Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1584/2020 14.09.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Rzazadə İqbal Kamil oğlunun katibliyi ilə, iddiaçının nümayəndəsi X2, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı ASC-nin cavabdeh “xxxx” ASC-yə qarşı əsassız tutulmuş pulun geri qaytarılması tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı ASC cavabdeh “xxxx” ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC-yə hesablanmış 4.040,27 manat borcun “xxxx” ASC-nin elektron sistemindən və mühasibatlıq qeydləriindən silinməsi öhdəliyinin “xxxx” ASC-nin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh “xxxx” ASC-yə müraciət edilən zaman bildirilmişdir ki, “Barmek” şirkətinin Bakı Elektrik şəbəkəsini idarə etdiyi vaxt İddiaçı ASC-nin 2004-cü ildən 4040,27 (dörd min qırx manat iyirmi yeddi qəpik) manat məbləğində borcu qalmışdır. Lakin İddiaçıASC-nin hər hansı borcu olmamışdır. Digər tərəfdən İddiaçıASC-nin belə bir borcu olsa belə cavabdeh “xxxx” ASC tərəfindən həmin məbləğin tələb edilməsi ilə bağlı iddia müddəti ötürülmüşdür. Buna görə də hesab edir ki, cavabdeh “xxxx” ASC tərəfindən həmin məbləğin ödənilməsi tələb edilə bilməz. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 527.1-ci maddəsinə əsasən öhdəliyə müddətin keçməsi nəticəsində tamamilə və ya qismən xitam verilir. Həmin Məcəllənin 551ci maddəsinə əsasən vaxtaşırı ödənişlər haqqında tələblər 5 (beş) il keçdikdən sonra qüvvəsini itirir. Sonradan iddiaçı iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, cavabdeh “xxxx” ASC-nin üzərinə İddiaçı-dən (“X3” MMC-dən) əsassız tutulmuş 4040,27 qəpik pulun geri qaytarılıb “xxxx” ASC-nin elektron sisteminə artıq ödəmə kimi qeyd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi dəqiqləşdirilmiş iddia tələbini müdafiə edib, iddia ərizəsi və iddia ərizəsinə əlavə ilə eyni məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinə etiraz edərək, iddianın əsassız olduğundan rədd edilməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş 02/1-640 saylı abunəçi İddiaçı ASC-nin abunə haqqında məlumatdan görünür ki, abunəçinin elektrik enerjisindən istifadəyə görə 2001- 2002-ci illərdə yaranmış 4.040,27 manat məbləğində qalıq borcu qalmışdır. 02/1-640 saylı abunəçi “xxxx” MMC-nin abunə haqqında məlumatından isə görünür ki, 02/1-640 saylı abunə kodu İddiaçı ASC-nin adından “xxxx” MMC-nin adına keçirilmiş və hal-hazırda abunəçinin “xxxx” MMC-dən “xxxx” ASC-yə keçmiş ödənilməmiş borcu yoxdur. 02/1-64 saylı abunəçi “xxxx” MMC-yə təqdim edilmiş xx.xx.2020-ci il tarixli hesabfakturadan görünür ki, abunəçinin elektrik enerjisinə görə 30.368,77 manat məbləğində ödənilməmiş borcu mövcuddur. 02/1-64 saylı abunəçi “xxxx” MMC-yə təqdim edilmiş xx.xx.2020-ci il tarixli hesabfakturadan görünür ki, abunəçinin elektrik enerjisinə görə ödənilməmiş borcu yoxdur, əksinə 7830 manat məbləğində artıq ödəmə mövcuddur. 02/1-64 saylı abunəçi “xxxx” MMC-yə təqdim edilmiş xx.xx.2020-ci il tarixli hesabfakturadan görünür ki, abunəçinin elektrik enerjisinə görə 13.167,54 manat məbləğində borcu mövcuddur. Əsaslandırıcı hissə: İşin mübahisəedilməyən hallarından görünür ki, 02/1-640 saylı abunəçi İddiaçı ASCnin elektrik enerjisindən istifadəyə görə 2001-2002-ci illərdə yaranmış 4.040,27 manat borcu mövcud olmuş, 2020-ci ilin may ayında 02/1-640 saylı abunə kodu İddiaçı ASC-nin adından “xxxx” MMC-nin adına keçirilərkən həmin məbləğ ASC tərəfindən ödənilmiş və ümumiyyətlə abunəçinin elektrik enerjisindən istifadəyə görə bütün borcları bağlanılmışdır. Hazırda İddiaçı ASC mübahisəli borcun müddəti ötmüş borc olmasına baxmayaraq “xxxx” ASC tərəfindən qeyri-qanuni olaraq həmin borcun ödənilməsinin onlardan tələb edildiyini və məcburiyyət qarşısında qalaraq həmin borcu ödədiklərini əsas göstərərək “xxxx” ASC-yə ödənilmiş 4.040,27 manat pulun geri qaytarılmasını tələb edir. Məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, Mülki Məcəllənin: 551.2-ci maddəsinə görə aşağıdakı tələblər beş il keçdikdən sonra qüvvəsini itirir: 551.2.1. kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər; 554.1. Müddət keçdikdən sonra mükəlləfiyyətli şəxsin öhdəliyin icrasından imtina etmək hüququ vardır. 554.2-ci maddəsinə görə öhdəlik müddətin keçdiyini bilmədən icra olunduqda belə, müddətin keçməsinə görə qüvvəsini itirmiş tələbin ödənilməsi üçün icra olunmuşları geri istəmək olmaz. Göründüyü kimi vaxtaşırı icra edilən ödənişlər üzrə tələblər beş il keçdikdən sonra öz qüvvəsini itirdiyindən göstərilən müddət keçdikdən sonra borclunun öhdəliyin icrasından imtina etmək hüququ vardır. Lakin tələb müddətin keçməsinə baxmayaraq icra edilmişdirsə, borclu icra etdiyini geri tələb edilə bilməz. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı ASC-nin ödənilmiş 4040,27 manat məbləğində borcun geri qaytarılması tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Məhkəmə hazırkı qətnamə ilə iddianın rədd edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddiaçı ASC-nin cavabdeh “xxxx” ASC-yə qarşı əsassız tutulmuş pulun geri qaytarılması tələbinə dair iddiası rədd edilsin. İddia verilərkən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-1584/2020
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1584/2020
14.09.2020 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver