Məhkəmə qərarları › İş №e-2-2(113)-1585/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1585/2022

21.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1585/2022 21.11.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi ilə, Cəfərzadə Şəhriyar Rəhman oğlunun katibliyi iddiaçının nümayəndəsi X1 Cavabdeh4 nümayəndəsi və vəkili Vəkil Pirverdi oğlunun iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iş kommersiya işinə Bakı şəhərindən Bakı Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasınada baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 393.740,81 (üç yüz doxsan üç min yeddi yüz qırx manat 81 qəpik) manat əsas, 9.583,54 (doqquz min beş yüz səksən üç manat 54 qəpik) manat faiz, 1.634,94 (bir min altı yüz otuz dörd manat 94 qəpik) manat gecikən əsas məbləğ üzrə hesablanmış ikiqat gecikmə faizi, 1.838,79 (bir min səkkiz yüz otz səkkiz manat 79 qəpik) manat vaxtında ödənilməmiş öhdəliyin 0,1 % miqdarında cərimə borcu olmaqla, cəmi 406.797,63 (dörd yüz altı min yeddi yüz doxsan yeddi manat 63 qəpik) manat məbləğində borcun, ödənilmiş 30.40 manat dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 40 manat dövlət rüsumunun və 240 manat xidmət haqqının, həmçinin ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 400 manat mediasiya xərcinin tutulması, tutmanın ipoteka predmetləri olan Cavabdeh3 məxsus olan ünvan 1 ünvanında yerləşən mənzilə, Bakı şəhəri, Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi 3, mənzil B3. (Yeni qaydalarla: AZ1122, ünvan 2 ünvanında yerləşən mənzilə, Bakı şəhəri, Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi 3, mənzil B1. (Yeni qaydalarla: AZ1122, Bakı şəhəri, Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi,11, M17, m1) ünvanında yerləşən mənzilə və ünvan 5ləşən bağ evinə yönəldilməsinə, həmin ipoteka predmetlərinin hərracdan satılmasına, borcun göstərilən ipoteka predmetlərinin hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-yə ödənilməsinə, hərracda satışdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutulmasına, tutma Cavabdeh3 məxsus olan ünvan 1 ünvanında yerləşən mənzilə, Bakı şəhəri, Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi 3, mənzil B3. (Yeni qaydalarla: AZ1122, Bakı şəhəri, Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi,11, M17, m3) ünvanında yerləşən mənzilə, Bakı şəhəri, Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi 3, mənzil B1. (Yeni qaydalarla: AZ1122, Bakı şəhəri, Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi,11, M17, m1) ünvanında yerləşən mənzilə və ünvan 5ləşən bağ evinə yönəldikdə və həmin əmlaklar satıldıqda ən geci 1 ay ərzində Cavabdeh3 və digər şəxslərin həmin əmlaklardan çıxarılmalarına, həmin əmlakların boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh4 ilə İddiaçı ASC arasında xx.xx.2020-cı il tarixli, 030CRLN20000011 nömrəli Baş kredit müqaviləsi bağlanmış və həmin müqavilə çərçivəsində cavabdehə illik 16% dərəcəsi ilə 36 (otuz altı) aylıq müddətə dövriyyə vəsaitlərinin artırılması məqsədilə 600 000 (altı yüz min) manat kredit verilmişdir. Borcun təminatı olaraq Cavabdeh3 ilə xx.xx.2020-cı il tarixli 003REAL20000059 nömrəli, xx.xx.2020-cı il tarixli 003REAL20000060 nömrəli, xx.xx.2020-cı il tarixli 003REAL20000061 nömrəli, xx.xx.2020-cı il tarixli 003REAL20000062 nömrəli İpoteka müqavilələri bağlanmış və həmin müqavilələrdə göstərilən əmlaklar iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka müqavilələri notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. Bağlanmış ipoteka müqavilələri üzrə aşağıda göstərilən əmlaklar bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir: ünvan 1 ünvanında yerləşən mənzil, Bakı şəhəri, Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi 3, mənzil B3. (Yeni qaydalarla: AZ1122, Bakı şəhəri, Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi,11, M17, m3) ünvanında yerləşən mənzil, Bakı şəhəri, Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi 3, mənzil B1. (Yeni qaydalarla: AZ1122, Bakı şəhəri, Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi,11, M17, m1) ünvanında yerləşən mənzil, ünvan 5ləşən bağ evi. Bundan əlavə, borcun təminatı olaraq Cavabdeh3 ilə xx.xx.2020-cı il tarixli 003GRNT20000056 nömrəli, Cavabdeh2 ilə xx.xx.2020-cı il tarixli 003GRNT20000057 nömrəli, Cavabdeh1 ilə xx.xx.2020-cı il tarixli 003GRNT20000058 nömrəli zaminlik müqavilələri bağlanmışdır. Tərəflər arasında bağlanmış baş kredit müqaviləsinin 1.1.1-ci bəndinə əsasən bu müqavilənin predmeti kreditorun borcalana 600 000.00 AZN (Altı yüz min manat 00 qəpik) (USD və ya EUR ekvivalentində) məbləğində, illik faiz dərəcəsi 30 (otuz)%-dən, qaytarılması gecikdirildiyi halda ödəniləcək illik faiz dərəcəsi 60 (altmış )%dən, cərimə faizi gündəlik 1 (bir )%-dən, komissiya haqları bu müqaviləyə əsasən bağlanacaq əlavə razılaşmalarda nəzərdə tutulmuş qaydada hər təqvim ayının sonuna kreditin istifadə edilməmiş orta günlük qalıq məbləğinin illik 10 (on) %-dən, müddətdən əvvəl borc məbləği tam və ya qismən geri qaytarıldıqda, vaxtından əvvəl geri qaytarılmış məbləğin 10 (on) %-dən, qarantiyanın və ya kontrqarantiyanın istifadəsinə görə qarantiyanın və ya kontrqarantiyanın ümumi məbləğinin illik 15 (on beş)% -dən, akkreditiv üzrə benefisiara hər bir ödənişin aparıldığı tarixədək akkreditivin qalıq məbləğinə illik 15 (on beş)%-dən, həmçinin bloklaşdırma cədvəlinə əsasən akkreditiv hesabına bloklaşdırılmış vəsaitin köçürülməsi gecikdirildikdə, gecikdirilmiş məbləğlərə görə illik 15 (on beş)%-dən çox olmamaq şərti ilə 120 (yüz iyirmi) ay müddətinə kredit, kredit xətti, akkreditiv, qarantiya və kontrqarantiya limitinin ayrılması, borcalanın isə bu müqavilədə və bu müqaviləyə əsasən bağlanacaq əlavə razılaşmalarda nəzərdə tutulmuş şərtlərlə və qaydada limitdən istifadə etməsi, habelə limitin və limitə hesablanmış faizlərin kreditora ödənilməsinə dair pul öhdəliyidir. Tərəflər arasında bağlanılmış xx.xx.2020-ci il tarixli, 030CRLN20000011 nömrəli Baş kredit müqaviləsinə 030CRLN20000011-1 saylı Əlavə Razılaşmaya əsasən gecikdirilən əsas məbləğə kreditin istifadəsinə görə ödənilən illik faizin ikiqatı qədər faiz, həmçinin gecikmənin birinci günündən başlayaraq gecikdirilən əsas məbləğə hesablanan gündəlik 0,1% miqdarında cərimə faizi hesablanır. Zaminlik müqavilələrinin 1.2-ci bəndinə əsasən zamin və ya zaminlər Kredit Müqaviləsinə əsasən bağlanan və onun tərlib hissəsini təşkil edən digər müqavilələr üzrə öhdəlik daşıyır. Bundan əlavə, zaminlik müqavilələrinin 4.2-ci bəndinə görə faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin və ya zaminlər kreditor qarşısında borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. Lakin zaminlər də müqavilə şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırırlar. xx.xx.2021-ci il tarixinə borcalan Cavabdeh4 Baş kredit müqaviləsinə xx.xx.2020-ci il tarixli 030CRLN20000011-1 saylı Əlavə Razılaşmaya əsasən banka 393.740,81 (üç yüz doxsan üç min yeddi yüz qırx manat 81 qəpik) manat əsas, 9.583,54 (doqquz min beş yüz səksən üç manat 54 qəpik) manat faiz, 1.634,94 (bir min altı yüz otuz dörd manat 94 qəpik) manat gecikən əsas məbləğ üzrə hesablanmış ikiqat gecikmə faiz, 1.838,79 (bir min səkkiz yüz otz səkkiz manat 79 qəpik) manat vaxtında ödənilməmiş öhdəliyin 0,1 % miqdarında cərimə borcu olmaqla, cəmi 406.797,63 (dörd yüz altı min yeddi yüz doxsan yeddi manat 63 qəpik) manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehlər borcu ödəməkdən boyun qaçırırlar. Tərəflər arasında mübahisənin həllini təmin etmək məqsədi ilə Mediasiya Şurasına müraciət olunmuş və müraciət əsasında X4 iş üzrə mediator təyin olunmuşdur. xx.xx.2021-ci il tarixində ilkin mediasiya sessiyası keçirilmiş və Cavabdeh4 lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, sessiyada iştirak etmədiyi üçün mediator tərəfindən iddiaçıya X3 iştirak edilməməsi barədə Arayış təqdim olunmuşdur. Bundan əlavə, qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehlərə bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına bildirişin qeydiyyatı üçün ərizə verilmiş və ərizə bu orqanda qeydə alınmışdır. Daha sonra iddiaçı iddia tələbinin artırılmasına dair ərizə verərək, cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 393.740,81 manat əsas, 42 847,5 manat faiz, 56 541,89 (əlli altı min beş yüz qırx bir manat 89 qəpik) manat vaxtında ödənilməmiş öhdəliyin 0,1 % miqdarında cərimə borcu olmaqla, cəmi 493 130,2 manat məbləğində borcun, ödənilmiş 30.40 manat dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqmda bildirişin qeydə alınması üçün ödənilmiş 40 manat dövlət rüsumunun və 240 manat xidmət haqqının, həmçinin ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 400 manat mediasiya xərcinin tutulmasına, tutmanın ipoteka predmetləri olan Cavabdeh3 məxsus olan ünvan 1 ünvanında yerləşən mənzilə, Bakı şəhəri, Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi 3, mənzil B3. (Yeni qaydalarla: AZİ 122, Bakı şəhəri, Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi,ll, M17, m3) ünvanında yerləşən mənzilə, Bakı şəhəri, Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi 3, mənzil Bİ. (Yeni qaydalarla: AZİ 122, ünvan 7 ünvanında yerləşən mənzilə və ünvan 5ləşən bağ evinə yönəldilməsinə, həmin ipoteka predmetlərinin hərracdan satılmasına, borcun göstərilən ipoteka predmetlərinin hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-yə ödənilməsinə, hərracda satışdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin Cavabdeh4, Cavabdeh3 qızmdan, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutulmasına, tutma Cavabdeh3 qızma məxsus olan ünvan 1 ünvanında yerləşən mənzilə, Bakı şəhəri, Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi 3, mənzil B3. (Yeni qaydalarla: AZİ 122, Bakı şəhəri, Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi,11, M17, m3) ünvanmda yerləşən mənzilə, Bakı şəhəri, Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi 3, mənzil Bİ. (Yeni qaydalarla: AZİ 122, Bakı şəhəri, Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi,ll, M17, ml) ünvanında yerləşən mənzilə və ünvan 5ləşən bağ evinə yönəldikdə və həmin əmlaklar satıldıqda ən geci 1 ay ərzində Cavabdeh3 və digər şəxslərin həmin əmlaklardan çıxarılmalarına, həmin əmlakların boşaldılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh4 nümayəndəsi və vəkili Vəkil iddia tələbini qismən qəbul etdiklərini bildirmiş, əlavə olaraq məhkəməyə izahatında qeyd etmişdir ki, bank tərəfindən verilmiş kreditin 36 ay müddətinə qaytarılması razılaşdırılmasına baxmayaraq, cəmi 5 ay ərzində əsas borc üzrə 200.000 manat, faiz borc üzrə isə 98.000 manat ümumilikdə 298.000 manat ödəniş olmuşdur ki, bu da təqribən ayrılan 600.000 manat məbləğində kreditin yarısıdır. Hazırda əsas borc üzrə hesablanmış məbləğlə razı olsalar da faiz borcu həddindən artıq şişirilmişdir. Məhkəmə gedişatı zamanı məlum olmuşdur ki, iddiaçı tərəfin məqsədi borcun qaytarılmasını tələb etmək yox, cavabdehlərə məxsus ipoteka predmeti olan əmlakları onun əlindən almaqdır. Bununla bağlı olaraq da əsas borca hesablanmış faiz borcu və cərimə məbləği əsassız olaraq artırılmışdır. 2021-ci ilin may ayında ödəniş etmiş vətəndaşın iyul ayının əvvəlində məhkəməyə verilməsi ədalətli deyil. Belə ki ödəniş cədvəlindən məlum olur ki, 2021-ci ilin yanvar ayında 22.000 manat ödəniş edilməli olduğu halda 165.897 manat ödəniş olmuşdur. Qarşı tərəfə barışığın əldə olunması, kredit qarşılığında daşınmaz əmlakın verilməsi dəfələrlə təklif olunsa belə bununla razılaşmamışdır. İş üzrə keçirilmiş məhkəmə mühasibatlıq ekspertizası zamanı ekspert rəyində göstərilmiş əsas borc düzgün hesablansa da cərimə və faiz məbləği əsassızdır. Cavabdehin nümayəndəsi və vəkili iddia tələbinin qismən təmin edilməsini xahiş etmişdir. Digər cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsi və işin faktiki hallarını araşdıraraq, tərəflərin nümayəndələrini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki: Cavabdeh4 “borcalan”, İddiaçı ASC “kreditor” olmaqla imzalanmış xx.xx.2020-cı il tarixli, 030CRLN20000011 nömrəli Baş kredit müqaviləsinə əsasən illik 16% dərəcəsi ilə 36 (otuz altı) aylıq müddətə dövriyyə vəsaitlərinin artırılması məqsədilə 600 000 (altı yüz min) manat məbləğində kredit verilməsi müəyyən edilmişdir. xx.xx.2020-ci il tarixli 003GRNT20000056 nömrəli zaminlik müqaviləsinə əsasən Cavabdeh3 xx.xx.2020-cı il tarixli, 030CRLN20000011 nömrəli Baş kredit müqaviləsi üzrə borclunun öz öhdəliklərini yerinə yetirməsinə görə məsuliyyəti öz üzərinə götürmüşdür. xx.xx.2020-ci il tarixli 003GRNT20000057 nömrəli zaminlik müqaviləsinə əsasən Cavabdeh2 xx.xx.2020-cı il tarixli, 030CRLN20000011 nömrəli Baş kredit müqaviləsi üzrə borclunun öz öhdəliklərini yerinə yetirməsinə görə məsuliyyəti öz üzərinə götürmüşdür. xx.xx.2020-ci il tarixli 003GRNT20000058 nömrəli zaminlik müqaviləsinə əsasən Cavabdeh1 xx.xx.2020-cı il tarixli, 030CRLN20000011 nömrəli Baş kredit müqaviləsi üzrə borclunun öz öhdəliklərini yerinə yetirməsinə görə məsuliyyəti öz üzərinə götürmüşdür. Ziraat Bank Azərbaycan” ASC “ipoteka saxlayan”, Cavabdeh3 “ipoteka qoyan” Cavabdeh4 “borcalan” olmaqla imzalanmış xx.xx.2020-cı il tarixli 003REAL20000059 nömrəli ipoteka müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən mənzil ipoteka ilə yüklü edilmişdir. İddiaçı ASC “ipoteka saxlayan”, Cavabdeh3 “ipoteka qoyan” Cavabdeh4 “borcalan” olmaqla imzalanmış xx.xx.2020-cı il tarixli 003REAL20000060 nömrəli ipoteka müqaviləsinə əsasən Bakı şəhəri, Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi 3, mənzil B3. (Yeni qaydalarla: AZ1122, Bakı şəhəri, Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi,11, M17, m3) ünvanında yerləşən mənzil ipoteka ilə yüklü edilmişdir. İddiaçı ASC “ipoteka saxlayan”, Cavabdeh3 “ipoteka qoyan” Cavabdeh4 “borcalan” olmaqla imzalanmış xx.xx.2020-cı il tarixli 003REAL20000061 nömrəli ipoteka müqaviləsinə əsasən Bakı şəhəri, Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi 3, mənzil B1. (Yeni qaydalarla: AZ1122, Bakı şəhəri, Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi,11, M17, m1) ünvanında yerləşən mənzil ipoteka ilə yüklü edilmişdir. İddiaçı ASC “ipoteka saxlayan”, Cavabdeh3 “ipoteka qoyan” Cavabdeh4 “borcalan” olmaqla imzalanmış xx.xx.2020-cı il tarixli 003REAL20000062 nömrəli ipoteka müqaviləsinə əsasən ünvan 5ləşən bağ evi ipoteka ilə yüklü edilmişdir. ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Cavabdeh3 məxsus Bakı şəhəri, Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi 3, mənzil B1. (Yeni qaydalarla: AZ1122, Bakı şəhəri, Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi,11, M17, m1) ünvanında yerləşən mənzil xx.xx.2020 tarixində qeydiyyata alınmaqla 120 ay müddətinə İddiaçı ASC-nin xeyrinə ipoteka yüklü edilmişdir. ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Cavabdeh3 məxsus Bakı şəhəri, Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi 3, mənzil B3. (Yeni qaydalarla: AZ1122, ünvan 2 ünvanında yerləşən mənzil xx.xx.2020 tarixində qeydiyyata alınmaqla 120 ay müddətinə İddiaçı ASC-nin xeyrinə ipoteka yüklü edilmişdir. ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Cavabdeh3 məxsus ünvan 5ləşən bağ evi xx.xx.2020 tarixində qeydiyyata alımaqla 120 ay müddətinə İddiaçı ASC-nin xeyrinə ipoteka yüklü edilmişdir. ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Cavabdeh3 məxsus ünvan 1 ünvanında yerləşən mənzil xx.xx.2020 tarixində qeydiyyata alınmaqla 120 ay müddətinə İddiaçı ASCnin xeyrinə ipoteka yüklü edilmişdir. İddiaçı ASC tərəfindən DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə Cavabdeh3 məxsus Bakı şəhəri, Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi 3, mənzil B1. (Yeni qaydalarla: AZ1122, Bakı şəhəri, Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi,11, M17, m1) ünvanında yerləşən mənzilə, Cavabdeh3 məxsus ünvan 5ləşən bağ evinə, Cavabdeh3 məxsus Bakı şəhəri, Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi 3, mənzil B3. (Yeni qaydalarla: AZ1122, ünvan 2 ünvanında yerləşən mənzilə, ünvan 1 ünvanında yerləşən mənzilə tutumanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyatına alınmasına dair ərizə ilə müraciət olunmuş, qeyd olumuş ərizə ilə bağlı ümumilikdə 40 manat dövlət rüsumu, 240 manat xidmət haqqı ödənilmişdir. xx.xx.2021 tarixli 1897 nömrəli ödəniş tapşırığına əsasən İddiaçı ASC tərəfindən 400 manat mediasiya xərci ödənilmişdir. xx.xx.2022 tarixli maliyyə arayışında xx.xx.2020-cı il tarixli, 030CRLN20000011 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh4 393.740,81 manat əsas borc, 42.847,5 manat faiz borcu, 56.541,89 manat cərimə məbləği hesablanmışdır. xx.xx.2020-cı il tarixli, 030CRLN20000011 nömrəli kredit müqaviləsinə əlavə razılaşma olan 030CRLN20000011-1 nömrəli xx.xx.2020 tarixli ödəniş qrafikində xx.xx.2023 tarixinə sonuncu ödəniş olması tərəflər arasında razılaşdırılmışdır. İş üzrə məhkəmə mühasibatlıq ekspertizası keçirilmiş 08 iyul 2022 tarixli 9/2890 nömrəli ekspert rəyində qeyd olunmuşdur ki, 08 may 2020-ci il tarixli 030CRLN20000011 saylı kredit müqaviləsinin və müqavilə üzrə rəsmiləşdirilmiş əlavə sazişin qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh4 xx.xx.2022-ci il tarixə İddiaçı ASC-yə olan borcu 443.862,52 manat məbləğində müəyyən edilir, o,cümlədən: əsas borcu 389.809,0 manat, faiz borcu üzrə 54.053,52 manat. İş üzrə əmlakın qiymətləndirilməsi aparılmış, 26 iyul 2022-ci il tarixli ƏEM/İ 41-505/22 nömrəli qiymətləndirmə rəyində xx.xx.2022 tarixinə Bakı şəhəri, Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi 3, mənzil B1 (Yeni qaydalarla: AZ1122, ünvan 9 ünvanında yerləşən mənzilin bazar dəyəri 232.500 manat, likvid dəyəri 221.000 manat, ünvan 1 ünvanında yerləşən mənzilin bazar dəyəri 221.000 manat, likvid dəyəri 210.000 manat, Bakı şəhəri, Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi 3, mənzil B3. (Yeni qaydalarla: AZ1122, ünvan 2 ünvanında yerləşən mənzilin bazar dəyəri 150.000 manat, likvid dəyəri 142.000 manat, ünvan 5ləşən bağ evinin bazar dəyəri 346.000 manat, likvid dəyəri 311.000 manat qeyd olunmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh4 arasında xx.xx.2020-cı il tarixli, 030CRLN20000011 nömrəli baş kredit müqaviləsi bağlanmış və həmin müqavilə çərçivəsində illik 16% dərəcəsi ilə 36 (otuz altı) aylıq müddətə dövriyyə vəsaitlərinin artırılması məqsədilə 600 000 (altı yüz min) manat kredit verilmişdir. Cavabdeh4 kredit müqaviləsi üzrə müəyyən olunan şərtlərlə və qaydada ödənişlər edilməsini öhdəsinə götürsə də müqavilədən irəli gələn öhdəliklərini lazımınca icra etməyərək, kredit məbləğini və ona hesablanmış faizləri müqavilədə nəzərdə tutulan qaydada ödəməmiş və nəticədə iddiaçıya əsas və faiz borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-cı maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinəvə bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir Həmin Məcəllənin 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. İddianın krеdit razılaşması üzrə əsas və faiz borcunun tutulması hissəsinə münasibətdə məhkəmə cavabdehin kredit razılaşması üzrə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliyi lazımi qaydada yerinə yetirmədiyini, nəticədə cavabdehin iddiaçıya əsas və faiz borcunun yarandığını, iddiaçının isə həmin öhdəliyinin icra edilməsini, kredit razılaşması üzrə əsas və faiz borcunun ödənilməsini tələb etmək hüququna malik olduğunu, eyni zamanda iş üzrə keçirilmiş məhkəmə mühasibatıq ekspertizası nəticəsində verilmiş ekspert rəyini nəzərə alaraq, hesab edir ki, iddiaçı Cavabdeh4 389.809,0 manat əsas borc, 42 847,5 manat faiz borcunun tutulmasını tələb etməkdə haqlıdır. İddiaçı kredit razılaşması üzrə əsas borcu ödəniş planına uyğun qaytarmadığına görə hesablanmış 56 541,89 (əlli altı min beş yüz qırx bir manat 89 qəpik) manat məbləğində cərimə pulunun tutulması tələbini də irəli sürmüşdür. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, Cavabdeh4 ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə və razılaşmada öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Belə olan halda məhkəmə tələb olunan cərimə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan cərimə məbləği tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq cərimə məbləği 38.000 manat məbləğində müəyyən edilməlidir. Bununla yanaşı iş materiallarından görünür ki, İddiaçı ASC ilə Cavabdeh4 arasında xx.xx.2020-cı il tarixli, 030CRLN20000011 nömrəli baş kredit müqaviləsi üzrə öhdəliklərinin icrasının təmin edilməsi üsulu kimi İddiaçı ASC ilə Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 arasında zaminlik müqavilələri bağlanmışdır. Həmin müqavilələrə əsasən zaminlər kredit alan Cavabdeh4 kredit müqaviləsi razılaşmasından irəli gələn öhdəliklərinə zamin durmuşlar. Məhkəmə borc alan Cavabdeh4 kredit xətti müqaviləsi üzrə kreditor qarşısında götürdüyü öhdəlikləri lazımi qaydada icra etməyərək, ona verilmiş krediti və ya onun faizini ödəniş qrafiki üzrə ödəmədiyini, kredit verən İddiaçı ASC-nin kredit məbləğinin, faizlərin və dəbbə pulunun vaxtından əvvəl ödənilməsini tələb etmək hüququnun yarandığını, eləcə də zaminlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 həmin kredit müqaviləsi üzrə borc alanın bütün öhdəliklərini yerinə yetirməsinə görə məsuliyyəti öz üzərinə götürdüklərini və həmin öhdəliklərə görə borc alanla birgə məsuliyyət daşıdıqlarını nəzərə alaraq hesab edir ki, iddiaçı kredit müqaviləsi üzrə kredit, faiz və dəbbə pulu borcu daxil olmaqla borcun müştərək qaydada borc alan və zaminlərdən tutulmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 269.1-ci və 269.7-ci maddələrinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın; 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır; 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımıncz icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər; 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun: 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər; 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması yaxud ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsidir; 36.1-ci maddəsinə əsasən, ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər; 36.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana verildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir; 39.3-cü və 39.3.3-cü maddələrinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda, həmçinin, ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; 47.4-cü maddəsinə əsasən bu qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır; 59.3.1-ci maddəsinə əsasən, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olduqda ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. “İpoteka haqqında” AR Qanununun 59.4-cü maddəsinə görə bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Məhkəmə hesab edir ki, ipoteka müqavilələri ilə təmin edilmiş öhdəlik borclu cavabdehlər tərəfindən lazımınca icra edilmədiyindən, borcun ödənilməsi üçün tələb ipotekaya qoyulmuş Cavabdeh3 məxsus olan ünvan 1 ünvanında yerləşən mənzilə, Bakı şəhəri, Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi 3, mənzil B3. (Yeni qaydalarla: AZİ 122, Bakı şəhəri, Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi,ll, M17, m3) ünvanında yerləşən mənzilə, Bakı şəhəri, Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi 3, mənzil Bİ. (Yeni qaydalarla: AZİ 122, ünvan 7 ünvanında yerləşən mənzilə və ünvan 5ləşən bağ evinə yönəlməli, qeyd olunan əmlaklar açıq hərrac vasitəsilə satılmalı və satışdan əldə edilmiş vəsait hesabına borcun ödənilməsi həyata keçirilməli, ödəniş həyata keçirildikdən sonra ipoteka predmetlərinin satışından əldə olunan məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğ ipoteka qoyana qaytarılmalıdır. Məhkəmə hesab edir ki, ipoteka predmetlərinə tutma yönəldildikdə, Bakı şəhəri, Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi 3, mənzil B1 (Yeni qaydalarla: AZ1122, Bakı şəhəri, Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi,11, M17, m1) ünvanında yerləşən mənzilin ilkin satış qiyməti 221.000 manat, ünvan 1 ünvanında yerləşən mənzilin ilkin satış qiyməti 210.000 manat, Bakı şəhəri, Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi 3, mənzil B3. (Yeni qaydalarla: AZ1122, ünvan 2 ünvanında yerləşən mənzilin ilkin satış qiyməti 142.000 manat, ünvan 5ləşən bağ evinin ilkin satış qiyməti 311.000 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə iddia tələbinin ipoteka predmetlərinin hərracda satışdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutulmasına münasibətdə qeyd edir ki, borcun tutulmasının cavabdehlərdən müştərək qaydada tutulması yalnız məhkəmə qətnaməsinin icrası mərhələsində “İcra haqqında” qanunun tələblərinə uyğun olaraq keçirilə bilər. Qeyd edilən tələb qətnamənin icra mərhələsi ilə bağlı olduğundan həmin hissədə təmin edilməməlidir. “İpoteka haqqında” AR Qanununun 4.1-ci maddəsinə əsasən əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi aşağıdakılar da daxil edilməklə tam həcmdə təmin edilir: 4.1.1. əsas borc; 4.1.2. faizlər; 4.1.3. öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsi; 4.1.4. ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar icra qeydinin aparılması, məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 4.6-cı maddəsinə görə kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada X3 iştirak tələb olunur. MPM-in 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. Məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alıb hesab edir ki, iddia ərizəsinin məhkəməyə təqdim edilməsi ilə əlaqədar ödənilmiş 30.40 manat dövlət rüsumu, 400 manat məbləğində mediasiya xərci, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 40 manat dövlət rüsumu və 240 manat xidmət haqqı Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. İş üzrə keçirilmiş 08 iyul 2022-ci il tarixli 9/2890 saylı məhkəmə-mühasibatlıq ekspertizası ilə bağlı Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməli olan 100 manat, əmlakların qiymətləndirilməsi ilə bağlı olaraq "xxxx" MMC-yə ödənilməli olan 900 manat, Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutulmalıdır. Məhkəmə Ekspertizası Mərkəzinin və "xxxx" MMC-nin bank rekvizitləri aşağıdakılardır: Məhkəmə Ekspertizası Mərkəzi: Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X2, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ**********0000003944, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************. "xxxx" MMC: VÖEN: **********, Hesab N AZN: AZ30GUNA********************, Bank: GUNAY BANK ASC, VÖEN: **********, müxbir hesab: AZ25NABZ********************, KOD: 505594, SWİFT: GUNAAZ22) Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 389.809,0 manat əsas borc, 42 847,5 manat faiz borcu, 38.000 manat cərimə məbləği, 30.40 manat dövlət rüsumu, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 40 manat dövlət rüsumu və 240 manat xidmət haqqı, 400 manat məbləğində mediasiya xərci tutulmalı, tutma Cavabdeh3 məxsus olan ünvan 1 ünvanında yerləşən mənzilə, Bakı şəhəri, Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi 3, mənzil B3. (Yeni qaydalarla: AZİ 122, Bakı şəhəri, Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi,ll, M17, m3) ünvanında yerləşən mənzilə, Bakı şəhəri, Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi 3, mənzil Bİ. (Yeni qaydalarla: AZ 122, ünvan 7 ünvanında yerləşən mənzilə və ünvan 5ləşən bağ evinə yönəldilməli, həmin əmlaklar açıq hərrac vasitəsilə satılmalı və satışdan əldə edilmiş vəsait hesabına borcun ödənilməsi həyata keçirilməli, satışdan artıq qalan vəsait ipoteka qoyana qaytarılmalı, tutma yönəldildikdə, Bakı şəhəri, Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi 3, mənzil B1 (Yeni qaydalarla: AZ1122, Bakı şəhəri, Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi,11, M17, m1) ünvanında yerləşən mənzilin ilkin satış qiyməti 221.000 manat, ünvan 1 ünvanında yerləşən mənzilin ilkin satış qiyməti 210.000 manat, Bakı şəhəri, Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi 3, mənzil B3. (Yeni qaydalarla: AZ1122, ünvan 2 ünvanında yerləşən mənzilin ilkin satış qiyməti 142.000 manat, ünvan 10 ünvanında yerləşən bağ evinin ilkin satış qiyməti 311.000 manat məbləğində müəyyən edilməlidir. Eyni zamanda Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməli olan 100 manat, əmlakların qiymətləndirilməsi ilə bağlı olaraq "xxxx" MMC-yə ödənilməli olan 900 manat, Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı ASCnin xeyrinə 389.809,0 manat əsas borc, 42 847,5 manat faiz borcu, 38.000 manat cərimə məbləği, 30.40 manat dövlət rüsumu, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 40 manat dövlət rüsumu və 240 manat xidmət haqqı, 400 manat məbləğində mediasiya xərci tutulsun. Tutma Cavabdeh3 məxsus olan ünvan 1 ünvanında yerləşən mənzilə, Bakı şəhəri, Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi 3, mənzil B3. (Yeni qaydalarla: AZİ 122, Bakı şəhəri, Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi,ll, M17, m3) ünvanında yerləşən mənzilə, Bakı şəhəri, Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi 3, mənzil B1. (Yeni qaydalarla: AZİ 122, ünvan 7 ünvanında yerləşən mənzilə və ünvan 5ləşən bağ evinə yönəldilsin, həmin əmlaklar açıq hərrac vasitəsilə satılsın və satışdan əldə edilmiş vəsait hesabına borcun ödənilməsi həyata keçirilsin, satışdan artıq qalan vəsait ipoteka qoyana qaytarılsın. Tutma yönəldildikdə, Bakı şəhəri, Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi 3, mənzil B1 (Yeni qaydalarla: AZ1122, Bakı şəhəri, Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi,11, M17, m1) ünvanında yerləşən mənzilin ilkin satış qiyməti 221.000 manat, ünvan 1 ünvanında yerləşən mənzilin ilkin satış qiyməti 210.000 manat, Bakı şəhəri, Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi 3, mənzil B3. (Yeni qaydalarla: AZ1122, ünvan 2 ünvanında yerləşən mənzilin ilkin satış qiyməti 142.000 manat, ünvan 5ləşən bağ evinin ilkin satış qiyməti 311.000 manat məbləğində müəyyən edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 100 manat ekspertiza xərci müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinə ödənilsin. Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 əmlakların qiymətləndirilməsi ilə bağlı 900 manat müştərək qaydada tutularaq "xxxx" MMC-yə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar