Məhkəmə qərarları › İş №e-2-2(113)-1586/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1586/2021

03.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1586/2021 03.05.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, X1 katibliyi, İddiaçı Acıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Acıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4nə qarşı “əsas borcun, hesablanmış faizlərin və cərimənin tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və sair” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Acıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4nə qarşı iddia ərizəsi və iddia ərizəsinin dəyişdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh4 MMC, Cavabdeh2 MMC və Cavabdeh1 İDK0116/69 saylı maliyyələşdirmə üçün ərizə üzrə 19.375,20 (on doqquz min üç yüz yetmiş beş manat, iyirmi qəpik) manat əsas borc, 1.024,73 (min iyirmi dörd manat, yetmiş üç qəpik) manat cərimə borcu olmaqla, cəmi 20.399,93 (iyirmi min üç yüz doxsan doqquz manat, doxsan üç qəpik) manat borcun İddiaçı ASCnin xeyrinə tutulması, cavabdehlər Cavabdeh4 MMC-dən və Cavabdeh1 K3746 saylı maliyyələşdirmə üçün ərizə üzrə 99,283.31 (doxsan doqquz min iki yüz səksən üç manat otuz bir qəpik) manat əsas borc, 17.791,24 (on yeddi min yeddi yüz doxan bir manat. İyirmi dörd qəpik) manat faiz borcu, 4528 (dörd min beş yüz iyirmi səkiiz) manat cərimə borcu olmaqla, cəmi 121.602,62 manat (yüz iyirmi bir min altı yüz iki manat, altmış iki qəpik) borcun İddiaçı ASC-nin xeyrinə tutulması, K3746 saylı maliyyələşdirmə üçün ərizə üzrə tutmanın Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri Abşeron rayonu Fatmayi kəndində yerləşən (0.08 ha) fərdi yaşayış evinə yönəldilməsi, Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri Abşeron rayonu Fatmayi kəndində yerləşən (0.08 ha) fərdi yaşayış evinin hərracdan ilkin satış qiyməti 307,000 (üç yüz yeddi min) manat məbləğində müəyyən edilərək açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin cavabdehlər Cavabdeh4 MMC-nin və Cavabdeh1 İddiaçı ASC-yə olan K3746 saylı maliyyələşdirmə üçün ərizə üzrə borcunun ödənilməsinə yönəldilməsi, Əmlak satıldıqdan sonra 1 ay ərzində boşaldılaraq mülkiyyətçilərə təhvil verilməsi, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun cavabdehlər Cavabdeh4 MMC-dən, Cavabdeh2 MMC-dən və Cavabdeh1 birgə qaydada tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 (on) manat dövlət rüsumunun və 30 (otuz) manat məbləğində xidmət haqqının cavabdehlər Cavabdeh2 MMC , Cavabdeh4 MMC-dən və Cavabdeh1 birgə qaydada tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC (bundan sonra “Bank”) ilə Cavabdeh4 MMC (bundan sonra “Müştəri”) arasında 02.07.2018-ci il tarixli GTC- 324LE/2018 saylı Bank Xidmətlərinin Göstərilməsinə dair X7, eyni zamanda “Bank” ilə Cavabdeh2 MMC (bundan sonra “Müştəri”) arasında 01.05.2018-ci il tarixli GTC- 163LE/2018 saylı Bank Xidmətlərinin Göstərilməsinə dair X7 (bundan sonra “Müqavilə”) və 03.09.2018-ci il tarixli X6 1 saylı əlavə imzalanmışdır. Sonradan Bank ilə Cavabdeh4 MMC arasında 09.01.2020-ci il tarixli GL3746 saylı kredit limiti müqaviləsi imzalanmış və Bank tərəfindən Müştəriyə 09.01.2030-cu il tarixinədək illik faiz dərəcəsi 25% olmaqla, 10.000.000 (on milyon) manat məbləğində krеdit limiti açılmışdır. Daha sonra GL3746 saylı kredit limiti müqaviləsi çərçivəsində tərəflər arasında 09.01.2020-ci il tarixli K3746 saylı maliyyələşdirmə üçün ərizə forması imzalanmış və Bank tərəfindən Müştəriyə dövriyyə vəsaitinin artırılması məqsədi ilə 09.01.2022-ci il tarixinədək illik faiz dərəcəsi 17% (illik cərimə faizi 15%, gündəlik 0.0416%) olmaqla, 100.000 (yüz min) manat məbləğində birdəfəlik krеdit verilmişdir. 09.01.2020-ci il tarixli GL3746 saylı kredit limiti müqaviləsi üzrəMüştərinin Bank qarşısında mövcud olan öhdəliklərinin icrasının təmin edilməsi məqsədilə: Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri Abşeron rayonu Fatmayi kəndində yerləşən (0.08 ha) fərdi yaşayış evi İddiaçı ASC-nin xeyrinə 09 yanvar 2020-ci il tarixli İ3278 saylı ipoteka müqaviləsi ilə yüklü edilmişdir. İpoteka müqaviləsi dövlət reyestrində qeydə alınmış və bu haqda 28.01.2020-ci il tarixli (Reyestr nömrəsi: **********57-10301; Qeydiyyat nömrəsi: **********) dövlət reyestrindən çıxarış verilmişdir. Bununla yanaşı 09.01.2020-ci il tarixli GL3746 saylı kredit limiti müqaviləsi üzrə Müştərinin Bank qarşısında olan öhdəliyinin icrasını təmin etmək məqsədilə Bank ilə Cavabdeh1 (bundan sonra “Zamin”) arasında 09.01.2020-ci il tarixli, Z3805 saylı zaminlik müqaviləsi bağlanmışdır. Bundan başqa “Bank” ilə Cavabdeh2 MMC arasında bağlanmış X6 1 saylı əlavə çərçivəsində tərəflər arasında 03.09.2018-ci il tarixli İDK0116 saylı invoysların diskontlaşdırılması limiti üzrə maliyyələşdirmə üçün ərizə forması eyni zamanda invoysların diskontlaşdırılması limitinə 16.04.2019-cu il tarixli, 1 saylı əlavə müqavilə imzalanmış və Bank tərəfindən Müştəriyə 03.11.2019-cu il tarixinədək, dövriyyə vəsaitinin artırılması məqsədi ilə 35,000 (otuz beş) min manat məbləğində bərpa olunan kredit limiti açılmışdır. Eyni zamanda Bank ilə Cavabdeh2 MMC və Cavabdeh4 MMC arasında 03.09.2018-ci il tarixli İDK0116 saylı invoysların diskontlaşdırılması üzrə kredit limiti müqaviləsinin şərtlərinin dəyişdirilməsi ilə bağlı 16.04.2019-cu il tarixli, 2 saylı əlavə imzalanmış, əlavəyə əsasən Cavabdeh4 MMC-nin müqavilə üzrə kredit alan və birgə borcalan qismində çıxış etdiyi müəyyən edilmişdir. Sonradan tərəflər arasında 03.09.2018ci il tarixli İDK0116 saylı invoysların diskontlaşdırılması üzrə kredit limiti müqaviləsinin şərtlərinin dəyişdirilməsi ilə bağlı 19.07.2019-cu il tarixli, 3 saylı və 11.12.2019-cu il tarixli 4 saylı əlavə imzalanaraq, limitdən borclu qismində yalnız “xxxx” MMC və “xxxx” MMC-nin çıxış etdiyi invoysların maliyyələşdirilməsi, limitin məbləği 55.000 (əlli beş min) manat, limitdən istifadə müddəti isə 03.03.2021-ci il tarixədək müəyyən edilmişdir. Daha sonra Bank ilə Cavabdeh4 MMC arasında 03.09.2018-ci il tarixli İDK0116 saylı invoysların diskontlaşdırılması üzrə kredit limiti müqaviləsi çərçivəsində 11.12.2019-cu il tarixli İDK0116/69 saylı maliyyələşdirmə üçün ərizə forması imzalanmış, satıcı Cavabdeh4 MMC ilə alıcı Maraqlı şəxs MMC arasında olan 05.11.2019-cu il tarixli 2331/MT-0684 saylı alış sifarişi və 04.12.2019-cu il tarixli ******* saylı elektron qaimə üzrə satıcının alıcıya qarşı olan pul tələblərinin maliyyələşdirilməsi məqsədi ilə Cavabdeh4 MMC-yə Bank tərəfindən 09.02.2020-ci il tarixinədək illik faiz dərəcəsi 13% olmaqla, 54,143.55 (alli dörd min yüz qırx üç manat, əlli beş qəpik) manat məbləğində pul vəsaiti verilmişdir. Cavabdehlər Cavabdeh4 MMC-nvinə Cavabdeh2 MMC-niBnank qarşısında mövcud olan öhdəliklərinin icrasının təmin edilməsi məqsədilə Bank ilə Cavabdeh1 (bundan sonra “Zamin”) arasında 03.09.2018-ci il tarixli, Z2808 saylı zaminlik müqaviləsi və zaminlik müqaviləsinə 16.04.2019-cu il tarixli 1 saylı əlavə bağlanmışdır. Lakin MüştəriK3746 saylı maliyyələşdirmə üçün ərizə və İDK0116/69 saylı maliyyələşdirmə üçün ərizəüzrə 335 gün ərzində müqavilə öhdəliklərini icra etməyərək, borcun müəyyənləşdirilən qaydada ödənilməsini həyata keçirməmişdir. Buna görə də Bank tərəfindən məhkəməyə qədər pretenziya qaydasına əməl edilərək cavabdehlərə xəbərdarlıq məktubları göndərilmiş və Bank qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi xahiş olunmuş, əks halda qanunvericiliklə müəyyən olunmuş və müqavilə şərtində nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. İpoteka saxlayan İddiaçı ASC İpoteka qoyan Cavabdeh3 ipoteka haqqında Azərbaycan Respublikasının Qanununun 36.2-ci bəndinə uyğun olaraq ipoteka predmetlərinə tutmanın yönəldiləcəyinə dair ipoteka qoyanların Banka məlum olan qeydiyyat ünvanına bildiriş göndərmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə təqdim olunmuş və həmin idarədə qeydə alınmışdır. İddiaçı ASC iddia ərizəsinin məhkəmənin icraatına qəbul olunması üçün 30 (otuz) manat dövlət rüsumu, ipoteka bildirişinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydiyyata alınması üçün 10 (on) manat dövlət rüsumu və 30 (otuz) manat xidmət haqqı ödəmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı Acıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh1 (eyni zamanda Cavabdeh4 MMC-nin rəhbəri) ərizə təqdim edərək borcunu ödəməyə hazır olduğunu, lakin pandemiya ilə əlaqədar bankın köməklik göstərməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən "Maraqlı şəxs" MMC-nin nümayəndəsi X4 izahat verərək, mübahisənin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Cavabdehlər Cavabdeh2nə və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Məhkəmə ilk növbədə Bankla Cavabdeh4 MMC arasında bağlanmış 09.01.2020-ci il tarixli K3746 saylı maliyyələşdirmə üçün ərizə formasından yaranmış olan öhdəlik münasibətləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, Bank ilə Cavabdeh4 MMC arasında 09.01.2020-ci il tarixli GL3746 saylı kredit limiti müqaviləsi imzalanmış və Bank tərəfindən Müştəriyə 09.01.2030-cu il tarixinədək illik faiz dərəcəsi 25% olmaqla, 10.000.000 (on milyon) manat məbləğində krеdit limiti açılmışdır. Daha sonra GL3746 saylı kredit limiti müqaviləsi çərçivəsində tərəflər arasında 09.01.2020-ci il tarixli K3746 saylı maliyyələşdirmə üçün ərizə forması imzalanmış və Bank tərəfindən Müştəriyə dövriyyə vəsaitinin artırılması məqsədi ilə 09.01.2022-ci il tarixinədək illik faiz dərəcəsi 17% olmaqla, 100.000 (yüz min) manat məbləğində birdəfəlik krеdit verilmişdir. 09.01.2020-ci il tarixli GL3746 saylı kredit limiti müqaviləsi üzrə Müştərinin Bank qarşısında mövcud olan öhdəliklərinin icrasının təmin edilməsi məqsədilə Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri Abşeron rayonu Fatmayi kəndində yerləşən (0.08 ha) fərdi yaşayış evi İddiaçı ASCnin xeyrinə 09 yanvar 2020-ci il tarixli İ3278 saylı ipoteka müqaviləsi ilə yüklü edilmişdir. İpoteka müqaviləsi dövlət reyestrində qeydə alınmış və bu haqda 28.01.2020-ci il tarixli (Reyestr nömrəsi: **********57-10301; Qeydiyyat nömrəsi: **********) dövlət reyestrindən çıxarış verilmişdir. Bununla yanaşı 09.01.2020-ci il tarixli GL3746 saylı kredit limiti müqaviləsi üzrə Müştərinin Bank qarşısında olan öhdəliyinin icrasını təmin etmək məqsədilə Bank ilə Cavabdeh1 arasında 09.01.2020-ci il tarixli, Z3805 saylı zaminlik müqaviləsi bağlanmışdır. Məhkəmə qeyd edir ki, Bankla borclu Cavabdeh4 MMC arasında öhdəlik münasibətləri yaranmış, Cavabdeh4 MMC öz üzərinə düşən öhdəlikləri lazımınca icra etməmiş və nəticədə borc yaranmışdır. Yuxarıda qeyd edilən öhdəliyin icrasının təmin edilməsi məqsədilə Cavabdeh1 ilə zaminlik, Cavabdeh3 arasında ipoteka müqavilə bağlanmışdır. İpoteka müqaviləsinin 2.5-ci bəndindən də, göründüyü kimi tərəflər ipoteka predmeti olan Bakı şəhəri Abşeron rayonu Fatmayi kəndində yerləşən (0.08 ha) fərdi yaşayış evinin dəyərini 307.000 manat müəyyən etmişlər. İşin müəyyən olunmuş halları həmçinin ondan ibarətdir ki, Bank ilə Cavabdeh2 MMC və Cavabdeh4 MMC arasında 03.09.2018-ci il tarixli İDK0116 saylı invoysların diskontlaşdırılması üzrə kredit limiti müqaviləsinin şərtlərinin dəyişdirilməsi ilə bağlı 16.04.2019-cu il tarixli, 2 saylı əlavə imzalanmış, əlavəyə əsasən Cavabdeh4 MMC-nin müqavilə üzrə kredit alan və birgə borcalan qismində çıxış etdiyi müəyyən edilmişdir. Sonradan tərəflər arasında 03.09.2018-ci il tarixli İDK0116 saylı invoysların diskontlaşdırılması üzrə kredit limiti müqaviləsinin şərtlərinin dəyişdirilməsi ilə bağlı 19.07.2019-cu il tarixli, 3 saylı və 11.12.2019-cu il tarixli 4 saylı əlavə imzalanaraq, limitdən borclu qismində yalnız “xxxx” MMC və “xxxx” MMC-nin çıxış etdiyi invoysların maliyyələşdirilməsi, limitin məbləği 55.000 (əlli beş min) manat, limitdən istifadə müddəti isə 03.03.2021-ci il tarixədək müəyyən edilmişdir. Daha sonra Bank ilə Cavabdeh4 MMC arasında 03.09.2018-ci il tarixli İDK0116 saylı invoysların diskontlaşdırılması üzrə kredit limiti müqaviləsi çərçivəsində 11.12.2019-cu il tarixli İDK0116/69 saylı maliyyələşdirmə üçün ərizə forması imzalanmış, satıcı Cavabdeh4 MMC ilə alıcı Maraqlı şəxs MMC arasında olan 05.11.2019-cu il tarixli 2331/MT-0684 saylı alış sifarişi və 04.12.2019-cu il tarixli ******* saylı elektron qaimə üzrə satıcının alıcıya qarşı olan pul tələblərinin maliyyələşdirilməsi məqsədi ilə Cavabdeh4 MMC-yə Bank tərəfindən 09.02.2020-ci il tarixinədək illik faiz dərəcəsi 13% olmaqla, 54,143.55 (alli dörd min yüz qırx üç manat, əlli beş qəpik) manat məbləğində pul vəsaiti verilmişdir. Cavabdehlər Cavabdeh4 MMC-nvinə Cavabdeh2 MMC-nin Bank qarşısında mövcud olan öhdəliklərinin icrasının təmin edilməsi məqsədilə Bank ilə Cavabdeh1 (bundan sonra “Zamin”) arasında 03.09.2018-ci il tarixli, Z2808 saylı zaminlik müqaviləsi və zaminlik müqaviləsinə 16.04.2019-cu il tarixli 1 saylı əlavə bağlanmışdır. Məhkəmə qeyd edir ki, Bankla borclular Cavabdeh2 MMC və Cavabdeh4 MMC arasında öhdəlik münasibətləri yaranmış, borclular öz üzərinə düşən öhdəlikləri lazımınca icra etməmiş və nəticədə borc yaranmışdır. Yuxarıda qeyd edilən öhdəliyin icrasının təmin edilməsi məqsədilə Cavabdeh1 ilə zaminlik müqaviləsi bağlanmışdır. İş materiallarına əlavə edilmiş maliyyə arayışından görünür ki, K3746 saylı maliyyələşdirmə üçün ərizə üzrə 99,283.31 (doxsan doqquz min iki yüz səksən üç manat otuz bir qəpik) manat əsas borc, 17.791,24 (on yeddi min yeddi yüz doxan bir manat. İyirmi dörd qəpik) manat faiz borcu, 4528 (dörd min beş yüz iyirmi səkiiz) manat cərimə borcu olmaqla, cəmi 121.602,62 manat (yüz iyirmi bir min altı yüz iki manat, altmış iki qəpik) borc, İDK0116/69 saylı maliyyələşdirmə üçün ərizə üzrə 19.375,20 (on doqquz min üç yüz yetmiş beş manat, iyirmi qəpik) manat əsas borc, 1.024,73 (min iyirmi dörd manat, yetmiş üç qəpik) manat cərimə borcu olmaqla, cəmi 20.399,93 (iyirmi min üç yüz doxsan doqquz manat, doxsan üç qəpik) manat borc yaranmışdır. Həmçinin məhkəmə qeyd edir ki, Cavabdeh1 (eyni zamanda Cavabdeh4 MMC və Cavabdeh2 MMC-nin rəhbəri) ərizə təqdim edərək borcunu ödəməyə hazır olduğunu. Lakin pandemiya ilə əlaqədar bankın köməklik göstərməsini bildirmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri mövcuddur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Həmin Məcəllənin 470-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.5-ci maddəsinə əsasən girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 (on) manat dövlət rüsumunun və 30 (otuz) manat məbləğində xidmət haqqının cavabdehlər Cavabdeh2 MMC , Cavabdeh4 MMC-dən və Cavabdeh1 birgə qaydada tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, məhkəməyə iddia ərizəsi verilərkən dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh4 MMC-dən, Cavabdeh2 MMC-dən və Cavabdeh1 birgə qaydada iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh4 MMC, Cavabdeh2 MMC və Cavabdeh1 birgə qaydada İDK0116/69 saylı maliyyələşdirmə üçün ərizə üzrə 19.375,20 (on doqquz min üç yüz yetmiş beş manat, iyirmi qəpik) manat əsas borc, 1.024,73 (min iyirmi dörd manat, yetmiş üç qəpik) manat cərimə borcu olmaqla, cəmi 20.399,93 (iyirmi min üç yüz doxsan doqquz manat, doxsan üç qəpik) manat borc İddiaçı ASC-nin xeyrinə tutulsun. Cavabdeh4 MMC-dən və Cavabdeh1 birgə qaydada K3746 saylı maliyyələşdirmə üçün ərizə üzrə 99,283.31 (doxsan doqquz min iki yüz səksən üç manat otuz bir qəpik) manat əsas borc, 17.791,24 (on yeddi min yeddi yüz doxan bir manat. İyirmi dörd qəpik) manat faiz borcu, 4528 (dörd min beş yüz iyirmi səkiiz) manat cərimə borcu olmaqla, cəmi 121.602,62 manat (yüz iyirmi bir min altı yüz iki manat, altmış iki qəpik) borc İddiaçı ASCnin xeyrinə tutulsun. K3746 saylı maliyyələşdirmə üçün ərizə üzrə tutma Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri Abşeron rayonu Fatmayi kəndində yerləşən (0.08 ha) fərdi yaşayış evinə yönəldilsin, Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri Abşeron rayonu Fatmayi kəndində yerləşən (0.08 ha) fərdi yaşayış evinin hərracdan ilkin satış qiyməti 307,000 (üç yüz yeddi min) manat məbləğində müəyyən edilərək açıq hərracda satılsın, satışdan əldə olunmuş vəsait Cavabdeh4 MMC-nin və Cavabdeh1 İddiaçı ASC-yə olan K3746 saylı maliyyələşdirmə üçün ərizə üzrə borcunun ödənilməsinə yönəldilsin, əmlak satıldıqdan sonra 1 ay ərzində boşaldılaraq mülkiyyətçilərə təhvil verilsin. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 (on) manat dövlət rüsumu və 30 (otuz) manat məbləğində xidmət haqqı Cavabdeh2 MMC , Cavabdeh4 MMC-dən və Cavabdeh1 birgə qaydada tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 30 manat məbləğində pul vəsaiti Cavabdeh4 MMC-dən, Cavabdeh2 MMC-dən və Cavabdeh1 birgə qaydada tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar