Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1589/2022 22.11.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, Kərimov İlkin Camal oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyətinin Cavabdeh1 və Cavabdeh2 qarşı müqaviləyə xitam verilməsi, avtonəqliyyat vasitəsinin qaytarılması və müqavilə üzrə yaranmış borcun ödənilməsi barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 26 fevral 2019-cu il tarixli, 02/0014/DLİZ nömrəli X4 müqaviləsinə xitam verilməsi, iddiaçıya məxsus “SHACMAN YÜK” minik markalı, **-JS-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisinə qaytarılması, İddiaçı MMC ilə Cavabdeh1 arasında bağlanmış müqavilə üzrə 18090,78 manat əsas borc, 7697,63 manat faiz borcu və 177,55 manat cərimə olmaqla, ümumilikdə 25965,96 manat məbləğinin, həmçinin, ilkin mediasiya sessiyası üçün ödənilmiş 200 manat məbləğinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh1 arasında bağlanmış 26 fevral 2019-cu il tarixli 02/0014/DLİZ nömrəli X4 Müqaviləsinə əsasən İddiaçı MMC təsviri bu müqavilədə göstərilən 1 ədəd, 2012-ci il buraxlışı olan, “SHACMAN YÜK" markalı **-JS-*** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh1 istifadəsinə vermişdir. Cavabdeh sözügedən müqavilənin 9.4 bəndinə əsasən Lizinq alanın “Lizinq verən"ə ödəməli olduğu lizinq ödənişlərinin ümumi dəyəri 18090,78 manat təşkil edir. Bu ümumi məbləğdən 7362,44 manat “lizinq verən”nin mükafatını təşkil edir. Tərəflərin razılığı əsasında bu müqaviləyə uyğun olaraq tərtib edilmiş ödəniş qrafikində nəzərdə tutulan qaydada həyata keçirilməli, hər ay 967,74 manat ödəniş etməlidir. Lizinq müqaviləsi üzrə illik faiz dərəcəsi 23% olmaqla 36 ay müddətinə verilmişdir. Cavabdeh müqaviləsinə əlavə edilmiş lizinq ödənişləri cədvəlində göstərilmiş aylar üzrə ödənişlərini aparmalı olduğu halda, müqavilənin şərtlərini pozaraq öhdəliklərini icra etməmişdir. Belə ki, cavabdeh 26 fevral 2019-cu il tarixdən etibarən hər ay 967,74 manat olmaqla ödəniş etməli olduğu təqdirdə 24 aprel 2020-ci il tarixdən etibarən heç bir ödəniş etməmişdir. Cavabdeh etibarnamə əsasında idarə etdiyi **-JS-*** dövlət qeydiyyat nişanlı “SHACMAN YÜK" avtomobilini etibarnamə olmadan idarə edərək özündə saxlamaqdadır. Yaranmış borcla bağlı iddiaçı tərəfindən cavabdehin faktiki qeydiyyatda olduğu ünvanı olan ünvan 1f tarixlərdə yazılı və zamini Cavabdeh2 ilə əlaqə saxlanılaraq şifahi xəbərdarlıqlar edilmiş, əks halda tərəflər arasında bağlanmış müqavilənin xitam edilməsi və yaranmış borcun məhkəmə qaydasında tələb edilməsi məqsədi ilə aidyyatı üzrə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia ərizəsində göstərilən xüsusatları təsdiq etdiyini bildirərək məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübu tlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. İş materiallarında olan: İddiaçı MMC ilə Cavabdeh1 arasında bağlanmış 26 fevral 2019-cu il tarixli 02/0014/DLİZ nömrəli X4 müqaviləsinə əsasən “Lizinq verən” əvvəlcədən lizinq vermək məqsədilə öz vəsaiti hesabına əldə etdiyi və mülkiyyətində olan və ya “Lizinq alan” tərəfindən seçilmiş, “Lizinq verən”lə “Satıcı” arasında bağlanılan alqı-satqı müqaviləsinə əsasən əldə edilmiş 1 ədəd, 2012-ci il buraxılışlı olan, Shacman Yük markalı nəqliyyat vasitəsini “Lizinq alanın” müvəqqəti sahiblik və istifadəsinə verməyi öz öhdəsinə götürür, “Lizinq alan” isə bu müqavilənin şərtlərinə uyğun olaraq lizinq obyektindən istifadəyə görə “Lizinq verən”ə şərtləşdirilmiş müzd ödəməyi öz öhdəsinə götürür. İddiaçı MMC ilə Cavabdeh2 arasında bağlanmış 26 fevral 2019-cu il tarixli 02/0014/DLİZ nömrəli zaminlik müqaviləsinə əsasən lizinq verən və lizinq alan arasında bağlanmış 26 fevral 2019-cu il tarixli 02/0014/DLİZ nömrəli X4 müqaviləsinə əsasən, lizinq alana müvəqqəti sahibliyə və istifadəyə verilmiş Shacman Yük markalı avtomobilindən, lizinq alanın müqavilədə müəyyənləşdirilmiş dövrliklə, lizinq verənə 25000 manat ödəməsi üzrə lizinq alanın öhdəliyini təmin etmək məqsədi ilə zamin, linzinq verən qarşısında cavabdehlik daşımağı öhdəsinə götürür. 26 fevral 2019-cu il tarixli təhvil-təslim aktına əsasən lizinq müqaviləsinin predmeti olan “Shacman” yük markalı, LZGJRDT67CX049654 şassi, 1112E008281 mühərrik, **-JS- *** dövlət qeydiyyat nişanlı avtomobil lizinq alan tərəfindən təhvil alınmışdır. 15 fevral 2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 həmin tarixə yaranmış 18090,78 manat əsas borc, 7524,26 manat mükafat borcu, 177,55 manat gecikdirilmiş cərimə məbləği, ümumilikdə 25792,59 manat lizinq borcu mövcuddur. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 748-1.12 və 748-1.12.4-ci maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. 748-2.5-ci maddəsinə əsasən maliyyə lizinqi zamanı lizinq obyektinə mülkiyyət hüququ, əgər maliyyə lizinqi müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, bütün lizinq ödənişlərinin verilməsi şərti ilə müqavilə müddəti başa çatmazdan əvvəl lizinq alana keçir. 748-10.1-ci maddəsinə əsasən lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. İddianın “X4 müqaviləsinin ləğv edilməsi” hissəsi ilə bağlı onu qeyd etmək lazımdır ki, müqavilənin müddəti 26 fevral 2022-ci il tarixdə bitmişdir və buna görə də iddia həmin hissədə təmin oluna bilməz. İddia ərizəsində qeyd olunan xüsusatların araşdırılması, aparılmış ödənişlər nəzərə alınmaqla əsas və faiz borcunun düzgün hesablanıb-hesablanmamasının müəyyən edilməsi üçün iş üzrə məhkəmə – mühasibatlıq ekspertizası təyin edilmişlir. Məhkəmə-mühasibatlıq ekspertizasının 19 oktyabr 2022-ci il tarixli, 9/4756 №-li rəyində qeyd olunmuşdur ki, 26 fevral 2019-cu il tarixli, 02/0014/DLİZ saylı daxili maliyyə lizinq müqaviləsinin şərtləri və ödəniş cədvəli nəzərə alınmaqla Cavabdeh1 xx.xx.2022-ci il tarixə İddiaçı MMC-yə olan əsas və mükafat borcu 20953,25 manat (əsas borc 16914,72 manat, mükafat borcu 4038,53 manat) müəyyən edilir. Məhkəmə hesab edir ki, əsas və mükafat borcunun məbləği hesablanarkən məhkəmə-mühasibatlıq ekspertizasının rəyində qeyd olunan məbləğlər əsas götürülməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 462.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanılmalıdır. Tərəflər arasında bağlanmış müqavilənin 11.3-cü bəndində qeyd olunmuşdur ki, lizinq verənin müəyyən etdiyi müddət ərzində lizinq obyekti, onun ayrılmaz hissəsi olan ləvazimat və sənədlər lizinq verənə təhvil verilməyibsə, lizinq verən lizinq obyektini məcburi qaydada geri ala bilər və onların təhvil verilməsinin hər gecikdirilmiş günü üçün lizinq obyektinin cari dəyərinin 0,5% məbləğində dəbbə pulunun ödənilməsini tələb edə bilər. Buna görə də məhkəmə hesab edir ki, iddianın bu hissədə təmin edilməsi üçün əsaslar mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. İddiaçı MMC ilə Cavabdeh2 arasında bağlanmış 26 fevral 2019-cu il tarixli 02/0014/DLİZ nömrəli zaminlik müqaviləsinin 2.2-ci bəninə əsasən lizinq alan lizinq müqaviləsinə əsasən üzərinə düşən öhdəliyi tamamilə və ya qismən icra etmədikdə, o cümlədən, lazımınca icra etmədikdə zamin lizinq alan ilə birlikdə lizinq verən qarşısında avtomobilin qiymətinin ödənilməsi və cərimələrin, habelə vurulmuş zərərin ödənilməsi üçün birgə məsuliyyət daşıyırlar. Buna görə də məhkəmə hesab edir ki, iddianın bu hissədə də təmin edilməsi üçün əsaslar mövcuddur. Məhkəmə işin faktiki hallarını qeyd olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, 16914,72 manat əsas borc, 4038,53 manat faiz borcu və 177,55 manat cərimə olmaqla, ümumilikdə 21130,80 manat məbləğində pul vəsaiti müştərək qaydada cavabdehlərdən iddiaçının xeyrinə tutulmalı, “Shacman yük” markalı, **-JS-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh1 alınaraq iddiaçıya qaytarılmalıdır. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-1-ci maddəsinə əsasən həmin Qanuna uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini və iddianın qismən təmin olunmasını nəzərə alaraq məhkəmə hesab edir ki, ilkin mediasiya sessiyasının keçirilməsinə görə ödənilmiş pul vəsaitinin əvəzi qismində 163 manat məbləğində pul vəsaiti müştərək qaydada cavabdehdən iddiaçının xeyrinə tutulmalı, məhkəmə - mühasibatlıq ekspertizasının keçirilməsinə xərclənmiş 200 manat məbləğində pul vəsaitinin 163 manat məbləğində hissəsi müştərək qaydada cavabdehlərdən, 37 manat məbləğində hissəsi iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyətinin Cavabdeh1 və Cavabdeh2 qarşı müqaviləyə xitam verilməsi, avtonəqliyyat vasitəsinin qaytarılması və müqavilə üzrə yaranmış borcun ödənilməsi barədə iddiası qismən təmin edilsin. İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 26 fevral 2019-cu il tarixli, 02/0014/DLİZ nömrəli müqavilə üzrə 16914,72 manat əsas borc, 4038,53 manat faiz borcu və 177,55 manat cərimə olmaqla, ümumilikdə 21130,80 manat məbləğində pul vəsaiti müştərək qaydada Cavabdeh1 və Cavabdeh2 tutularaq İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyətinə ödənilsin. “Shacman yük” markalı, **-JS-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh1 alınaraq İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyətinə qaytarılsın. İlkin mediasiya sessiyasının keçirilməsinə görə ödənilmiş vəsaitin əvəzi qismində 163 manat məbləğində pul vəsaiti müştərək qaydada Cavabdeh1 və Cavabdeh2 tutularaq İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyətinə ödənilsin. Məhkəmə - mühasibatlıq ekspertizasının keçirilməsinə xərclənmiş 200 manat məbləğində pul vəsaitinin 163 manat məbləğində hissəsi müştərək qaydada Cavabdeh1 və Cavabdeh2, 37 manat məbləğində hissəsi İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 ay müddətində elektron kabinet vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Fərrux Qasımov
Məhkəmə qərarları › İş №e-2-2(113)-1589/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1589/2022
22.11.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver