Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-159/2021 27.01.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, X1 Bağman qızının katibliyi ilə, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Ağentliyi «8 nömrəli X2 İstismarı» Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı cavabdehdən 654303,39 manat icarə haqqı, 10343,97 manat hesablanmış faiz, 5000 manat dəymiş mənəvi ziyan, 30 manat ödənilmiş dövlət rüsumu, cəmi 669677,36 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı cavabdehdən 585.383,39 manat icarə haqqı, 47084,51 manat hesablanmış faiz, 5000 manat dəymiş mənəvi ziyan, 30 manat ödənilmiş dövlət rüsumu, cəmi 637.497,9 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonra iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizəylə məhkəməyə müraciət edərək, cavabdehdən 684303,39 manat icarə haqqı, 10343,97 manat hesablanmış faiz, 5000 manat dəymiş mənəvi ziyan, 30 manat ödənilmiş dövlət rüsumu, cəmi 699677,36 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizəylə məhkəməyə müraciət edərək, cavabdehdən 654303,39 manat icarə haqqı, 10343,97 manat hesablanmış faiz, 5000 manat dəymiş mənəvi ziyan, 30 manat ödənilmiş dövlət rüsumu, cəmi 669677,36 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında xx xxxxxx 2017-cı il tarixli 17- AİS-046 saylı, xx xxxxxx 2018-ci il tarixli 18-AİS-007 NT saylı, xx xxxx 2018-ci il tarixli 18-AİS-009 saylı, xx xxxx 2018-ci il tarixli 18-AİS-019 saylı, xx xxxxxx 2018-ci il tarixli 18-AİS-029 saylı icarə barədə müqavilələr imzalanmışdır. Həmin müqavilələrin 1.1-ci maddəsinə əsasən iddiaçı bu müqavilənin 2.1-ci bəndində göstərilən çeşiddə və miqdarda texnikanı cavabdehə icarəyə verməyi, cavabdeh isə öz növbəsində iddiaçıya bu müqavilənin şərtlərinə uyğun olaraq icarə haqqını ödəməyi öhdəsinə götürmüşdür. Müqavilələrin 2.2-ci maddəsinə əsasən, icarəçi bu müqavilənin 2.1-ci maddəsindəki siyahıda göstərilmiş icarəyə verilənlər üçün icarəyə verənə aylıq ƏDV daxil icarə haqqı ödəməli idi. xx xxxxxx 2017-cı il tarixli 17-AİS-046 saylı müqaviləyə xx xxxx 2018-ci il tarixdə Əlavə 1, xx xxx 2018-ci il tarixdə Əlavə 2, xx xxx 2018-ci il tarixdə Əlavə 3 imzalanmışdır. xx xxxxxx 2018-ci il tarixli 18-AİS-007 NT saylı müqaviləyə xx xxx 2018-ci il tarixdə Əlavə 1, xx xxxxxx 2018-ci il tarixdə Əlavə 2 imzalanmışdı. xx xxxx 2018-ci il tarixli 18-AİS-009 saylı müqaviləyə xx xxx 2018-ci il tarixdə Əlavə 1, xx xxxxxx 2018-ci il tarixdə Əlavə 2 imzalanmışdır. xx xxxx 2018-ci il tarixli 18-AİS-019 saylı müqaviləyə xx xxxxxx 2018-ci il tarixdə Əlavə 1 imzalanmışdır. Tərəflər arasında imzalanmış xx xxxxxx 2019-cu il tarixli üzləşmə aktına əsasən cavabdehin xx.xx.2019-cu il tarixə 313.896,75 manat məbləğində borcun təşkil etdiyi müəyyən edilmişdir. Bundan sonra 2019-cu ildə cavabdehlə köhnə müqavilələr təzələnərək, xx xxxx 2019-cu il tarixli 19-AİS-005 saylı, xx xxxxx 2019-cu il tarixli 19-AİS-007 saylı, xx xxxxx 2019-cu il tarixli 19-AİS-008 saylı, xx xxxx 2019-cu il tarixli 19-AİS-012 saylı, xx xxxx 2019-cu il tarixli 19-AİS-013 saylı, xx xxxx 2019-cu il tarixli 19-AİS-014 saylı, xx xxxx 2019-cu il tarixli 19-AİS015 saylı, xx xxxx 2019cu il tarixli 19-AİS-016 saylı, xx xxxx 2019-cu il tarixli 19-AİS-017 saylı, xx xxxxxx 2019-cu il tarixli 19-AİS-018 saylı, xx xxxxxx 2019-cu il tarixli 19-AİS-021 saylı, xx xxxxxx 2019-cu il tarixli 19-AİS-027 saylı icarə müqavilələri imzalanmışdır. Həmin müqavilələrnin 1.1-ci maddəsinə əsasən iddiaçı bu müqavilənin 2.1-ci bəndində göstərilən çeşiddə və miqdarda texnikanı cavabdehə icarəyə verməyi, cavabdeh isə öz növbəsində iddiaçıya bu müqavilənin şərtlərinə uyğun olaraq icarə haqqını ödəməyi öhdəsinə götürmüşdür. Müqavilələrin 2.2-ci maddəsinə əsasən, icarəçi bu müqavilənin 2.1-ci maddəsindəki siyahıda göstərilmiş icarəyə verilənlər üçün icarəyə verənə aylıq ƏDV daxil icarə haqqı ödəməli idi. İddiaçı sözügedən müqavilələr çərçivəsində icarəyə verilənləri cavabdehə icarəyə verməsinə baxmayaraq icarə haqqı ödənilməmişdir. Nəticədə cavabdehin iddiaçıya xx xxxx 2020-ci il tarixə 585.383,39 manat məbləğində borcu yaranmışdır. Cavabdehə iddiaçı qarşısında yaranmış borcun ödənilməsi barədə dəfələrlə edilən şifahi xəbərdarlıqlara və güzəştlərin edilməsinə baxmayaraq, borcun ödənilməsi təmin edilməmişdir. Bu isə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinin tələblərini kobud şəkildə pozulması deməkdir. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddianı müdafiə edərək iddia ərizəsinə uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, iddia ərizəsindən də göründüyü kimi, 2019-cu ildə cavabdehlə köhnə müqavilələr təzələnərək, xx xxxx 2019-cu il tarixli 19-AİS-005 saylı, xx xxxxx 2019-cu il tarixli 19-AİS-007 saylı, xx xxxxx 2019-cu il tarixli 19-AİS-008 saylı, xx xxxx 2019-cu il tarixli 19-AİS-012 saylı, xx xxxx 2019-cu il tarixli 19-AİS-013 saylı, xx xxxx 2019-cu il tarixli 19-AİS-014 saylı, xx xxxx 2019-cu il tarixli 19- AİS-015 saylı, xx xxxx 2019-cu il tarixli 19-AİS-016 saylı, xx xxxx 2019-cu il tarixli 19-AİS- 017 saylı, xx xxxxxx 2019-cu il tarixli 19-AİS-018 saylı, xx xxxxxx 2019-cu il tarixli 19-AİS- 021 saylı, xx xxxxxx 2019-cu il tarixli 19-AİS-027 saylı, xx xxxxxx 2020-ci il tarixli 20-AİS- 003 saylı icarə müqavilələri imzalanmışdır və həmin müqavilələr hal-hazırda qüvvədədir. Hal-hazırda cavabdehin borcu icarə müqavilələri üzrə ödənişlər nəzərə alınmaqla xx.xx.2020-ci il tarixə 654303,39 manat təşkil edir. Sonda iddiaçının nümayəndəsi iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: Kommersiya qurumunun Dövlət reyestrindən Çıxarışın və Kommersiya qurumunun Dövlət qeydiyyatı haqqında Şəhadətnamənin surətlərindən görünür ki, İddiaçı xx xxxxxx 2003-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır. İddiaçı ilə cavabdeh arasında bağlanmış xx xxxxxx 2017-cı il tarixli 17- AİS-046 saylı, xx xxxxxx 2018-ci il tarixli 18-AİS-007 NT saylı, xx xxxx 2018-ci il tarixli 18-AİS-009 saylı, xx xxxx 2018-ci il tarixli 18-AİS-019 saylı, xx xxxxxx 2018-ci il tarixli 18-AİS-029 saylı, xx xxxx 2019-cu il tarixli 19-AİS-005 saylı, xx xxxxx 2019-cu il tarixli 19-AİS-007 saylı, xx xxxxx 2019-cu il tarixli 19-AİS-008 saylı, xx xxxx 2019-cu il tarixli 19-AİS-012 saylı, xx xxxx 2019-cu il tarixli 19-AİS-013 saylı, xx xxxx 2019-cu il tarixli 19-AİS-014 saylı, xx xxxx 2019-cu il tarixli 19-AİS015 saylı, xx xxxx 2019-cu il tarixli 19-AİS-016 saylı, xx xxxx 2019-cu il tarixli 19-AİS-017 saylı, xx xxxxxx 2019-cu il tarixli 19-AİS-018 saylı, xx xxxxxx 2019-cu il tarixli 19-AİS-021 saylı, xx xxxxxx 2019-cu il tarixli 19-AİS-027 saylı icarə müqavilələrinin surətlərindən görünür ki, iddiaçı müqavilələrin 2.1-ci bəndlərində göstərilən çeşiddə və miqdarda texnikanı cavabdehə icarəyə verməyi, cavabdeh isə öz növbəsində iddiaçıya bu müqavilənin şərtlərinə uyğun olaraq icarə haqqını ödəməyi öhdələrinə götürmüşlər. 5 ədəd aktların surətlərindən görünür ki, iddiaçı tərəfindən texnikalar cavabdehə təhvil verilmişdir. xx xxxxxx 2019-cu il tarixli üzləşmə aktının surətindən görünür ki, cavabdehin xx xxxxxx 2019-cu il tarixə iddiaçıya ümumi borcu 313896,75 manat təşkil etmişdir. Maliyyə arayışından görünür ki, cavabdehin iddiaçıya xx.xx.2020-ci il tarixə icarə haqqı üzrə ümumi qalıq borcu 654303,39 manat təşkil edir. Məhkəmə iş materiallarını tədqiq edib, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, sübutların məcmusuna qiymət verib hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçı ilə cavabdeh arasında xx xxxxxx 2017-cı il tarixli 17- AİS-046 saylı, xx xxxxxx 2018-ci il tarixli 18-AİS-007 NT saylı, xx xxxx 2018-ci il tarixli 18-AİS-009 saylı, xx xxxx 2018-ci il tarixli 18-AİS-019 saylı, xx xxxxxx 2018-ci il tarixli 18-AİS-029 saylı, xx xxxx 2019-cu il tarixli 19-AİS-005 saylı, xx xxxxx 2019-cu il tarixli 19-AİS- 007 saylı, xx xxxxx 2019-cu il tarixli 19-AİS-008 saylı, xx xxxx 2019-cu il tarixli 19-AİS-012 saylı, xx xxxx 2019-cu il tarixli 19-AİS-013 saylı, xx xxxx 2019-cu il tarixli 19-AİS-014 saylı, xx xxxx 2019-cu il tarixli 19-AİS015 saylı, xx xxxx 2019-cu il tarixli 19-AİS-016 saylı, xx xxxx 2019-cu il tarixli 19-AİS-017 saylı, xx xxxxxx 2019-cu il tarixli 19-AİS-018 saylı, xx xxxxxx 2019-cu il tarixli 19- AİS-021 saylı, xx xxxxxx 2019-cu il tarixli 19-AİS-027 saylı icarə müqavilələri bağlanmış, müqavilələrə əsasən iddiaçı müqavilələrin 2.1-ci bəndlərində göstərilən çeşiddə və miqdarda texnikanı cavabdehə icarəyə verməyi, cavabdeh isə öz növbəsində iddiaçıya bu müqavilənin şərtlərinə uyğun olaraq icarə haqqını ödəməyi öhdələrinə götürmüşlər. İddiaçı tərəfindən texnikalar cavabdehə təhvil verilmişdir. Cavabdehin iddiaçıya xx.xx.2020-ci il tarixə icarə haqqı üzrə ümumi qalıq borcu 654303,39 manat təşkil edir. Cavabdeh müqavilə üzrə götürdüyü öhdəliyi tam icra etməmişdir. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış icarə müqavilələrinə görə iddiaçı öhdəliyi yerinə yetirərək, texnikaları cavabdehə vermiş, cavabdeh isə müqavilə üzrə öhdəlikləri tam yerinə yetirməmişdir. Məhkəmə hesab edir ki, cavabdeh üzərinə düşən öhdəliyi lazımınca yerinə yetirmədiyindən, icarə müqavilələrində nəzərdə tutulan müddətlərdə icarə haqqını tam ödəmədiyindən, cavabdehdən iddiaçının xeyrinə 654303,39 manat icarə haqqı borcu tutulmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair xx xxxxxx 2014-cü il tarixli qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddəti ayırd edilməklə qeyd edilmişdir ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və faizlər) müddəti isə kreditin alınmasını və müvafıq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə isə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtı tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Qərarda həmçinin göstərilmişdir ki, kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər. Göründüyü kimi, Konstitusiya Məhkəməsi Plenumunun qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddətini ayırd edilərək, kredit müqaviləsinin qüvvədə olduğu halda belə kredit müddətinin bitməsindən sonra da eyni faiz dərəcəsi ilə gecikdirilmiş faizlərin hesablanması imkanını yalnız müqavilədə bu şəkildə şərtin nəzərdə tutulması ilə şərtləndirilmişdir. Konstitusiya Məhkəməsi qərarında müqavilədə bu kimi şərtin nəzərdə tutulmadığı halda isə, bu şəkildə faizlərin, buna dair zəruri sübutların təqdim edildiyi halda, yalnız öhdəliklərin icra edilməməsinə görə kreditora vurulmuş zərər qismində tutulmasını mümkün hesab etmişdir. Belə ki, qərarda göstərilmişdir ki, müqavilənin qüvvədə olma müddətinin bitməsinə baxmayaraq, müqavilə tərəflərin qarşılıqlı hüquqi bağlılığı davam edir və Mülki Məcəllənin 339.4-cü maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Bu isə Mülki Məcəllənin «Öhdəliklərin icra edilməməsi» adlanan 22-ci fəslində və «Öhdəliklərin icra edilməməsi üçün məsuliyyət» adlanan 23-cü fəslində müəyyən edilmiş müddəaların tətbiq edilməsini tələb edir. İstinad olunmuş qərarda belə nəticəyə gəlinmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafıq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfındən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafıq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafıq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. Göstərilən normaların dispozitiv şərtlərindən də göründüyü kimi, gecikdirilmiş vaxt üçün faiz tələb etmə yalnız kredit müqaviləsindən irəli gələn öhdəliyin icra edilməməsi, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) halında mümkündür. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq iddiaçı cavabdehdən gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malik olduğundan hesablanmış 10343,97 manat faiz cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli 07 saylı qərarının 3-cü bəndinə əsasən mənəvi zərərin ödənilməsi barədə Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları baxımından mənəvi zərərin ödənilməsini tələb etmək hüququ yalnız fiziki şəxslərə aiddir. Qeyd olunana əsasən məhkəmə hesab edir ki, iddia tələbi mənəvi zərərin ödənilməsi hissəsində təmin oluna bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, Azərbaycan Avtomobil Yolları Dövlət Ağentliyi «8 nömrəli X2 İstismarı» Məhdud Məsuliyyətli Cəmiyyətindən 654303,39 manat icarə haqqı, 10343,97 manat hesablanmış faiz və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçınə ödənilməli və iddia qalan hissədə rədd edilməlidir. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Azərbaycan Avtomobil Yolları Dövlət Ağentliyi «8 nömrəli X2 İstismarı» Məhdud Məsuliyyətli Cəmiyyətindən 654303,39 manat icarə haqqı, 10343,97 manat hesablanmış faiz və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Pirverdiyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-159/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-159/2021
27.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver