Məhkəmə qərarları › İş №e-2-2(113)-1597/2020

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1597/2020

02.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1597/2020 02.09.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi ilə, Zeynalova Leyla Afiq qızının katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh şirkətinin Azərbaycan Respbulikasındakı filialına qarşı pul tələbinə dair iddia ərizəsi üzrə işə Bakı şəhərində, Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC-nin Cavabdeh şirkətinin Azərbaycan Respbulikasındakı filialına qarşı İddiaçı” X5 ilə Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı filialı arasında bağlanmış x xxx 2019-cu il tarixli ZENA 0026/2019 nömrəli icarə müqaviləsinin ləğv edilməsi, həmçinin həmin müqavilə üzrə yaranan 28 158.94 (iyirmi səkkiz min yüz əlli səkkiz manat 94 qəpik) məbləğində pulun, o cümlədən ödənilmiş 30 AZN dövlət rüsumunun, ümumilikdə 28 188.94 (iyirmi səkkiz min yüz səksən səkkiz manat 94 qəpik) pulun cavabdehdən turularaq İddiaçı” X4 ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı filialı arasında x xxx 2019-cu il tarixli ZENA 0026/2019 nömrəli icarə müqaviləsi bağlanmışdır. Bağlanılmış müqavilə şərtlərinə uyğun olaraq İddiaçı mülkiyyətində olan teleskopik yükləyici olan 90-T-192 qeydiyyat nömrəli T40170 markalı Bobcat texnikası aylıq 5 000 (beş min) manat müqabilində Cavabdeh Şirkətinə icarəyə verilmişdir. Müqavilə şərtlərinə uyğun olaraq yuxarıda adı qeyd olunan texnika şirkətin istifadəsinə verilmişdir. Qeyd edilən müddət ərzində teleskopik yükləyici olan 90-T-192 qeydiyyat nömrəli T40170 markalı Bobcat texnikasınin istifadəsi üzrə aylıq hesab fakturalar tərtib olunub şirkətə göndərilərək aylıq ödənişlərin ödənilməsi tələb olunmuşdur. Lakin şirkət tərəfindən müxtəlif bəhanələr göstərilərək ödənişlər ödənilməmiş və ödənişlərin tezliklə ödəniləcəyi vəd edilmişdir. İddiaçı olaraq şirkətin möhlət verilməsi tələbi qəbul olunaraq aylıq ödənişlərin ödənilməməsinə baxmayaraq texnika eyni şərtlər daxilində istifadəçinin ixtiyarına verilmişdir. Belə ki, İddiaçı ilə Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı filialı arasında tərtib olunmuş xx xxxxxx 2019-cu il tarixli akta əsasən şirkətin onlara 32725.74 (otuz iki min yeddi yüz iyirmi beş) manat 74 qəpik borcu olduğu təsdiq olunmuşdur. Lakin bu müddət ərzində şirkət tərəfindən qeyd olunan icarə müqaviləsi üzrə ödənişlər tam şəkildə ödənilməyərək bağlanmış müqavilə şətləri pozulmuşdur. Yalnız xx xxxxxx 2019-cu il tarixdə 1 000 (bir min manat) və xx xxxxxx 2020ci il tarixdə 3566.80 (üç min beş yüz altmış altı) manat 80 qəpik ödənilmişdir. Geri qalan 28 158.94 (iyirmi səkkiz min yüz əlli səkkiz manat 94 qəpik) manat ödəniş bu günə kimi ödənilməmişdir. Göründüyü kimi cavabdeh şirkət tərəfindən ödənişlərin tam şəkildə ödənilməməsi aralarında bağlanmış xx xxx 2019-cu il tarixli ZENA 0026/2019 nömrəli icarə müqaviləsinin şərtlərinin pozulmasına səbəb olmuşdur. Belə ki , həmin müqavilənin 2.8-ci bəndinə əsasən icarəçi müqavilə üzrə müəyyən olunmuş icarə haqlarınının vaxtlıvaxtında ödənilməsini icarəçidən tələb etmə hüququ vardır. Həmçinin müqavilənin 3.3-cü bəndinə əsasən icarəçinin icarə haqqını vaxtı vaxtında ödəmək öhdəliyi vardır. Buradan da aydın görünür ki, cavabdeh şirkət bağlanmış müqavilənin öhdəliklərini yerinə yetirməmişdir. Onların bu tipli hərəkətlərinə görə isə iddiaçı şirkət bu gün böyük məbləğdə maliyyə vəsaitindən məhrum olmuşdur. Xüsusi ilə qeyd etmək lazımdır ki, iddiaçı tərəfindən prosesual tələblərə uyğun olaraq pretenziya qaydasında da borcun ödənilməsi tələb olunmasına baxmayaraq şirkət borcu ödəməmişdir. Nəhayət iddiaçı cavabdeh tərəfindən aldadıldığından pozulmuş hüquqlarının bərpası üçün bağlanmış müqavilənin 6.2-ci bəndinə uyğun olaraq məhkəməyə müraciət etmək qərarına gəldi. Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən İddiaçınə 28 158.94 (iyirmi səkkiz min yüz əlli səkkiz manat 94 qəpik) manat ödənişin alınaraq İddiaçınə qaytarılması zəruridir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. İş üzrə cavabdehin nümayəndəsinin üzrlü səbəblərdən məhkəmə iclasına gəlmədiyinə dair hər hansı bir hallar müəyyən olunmadığına görə və onun gəlməməsi işə baxılmasına mane olmadığından, məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. İş materiallarında olan İcarəyə verən İddiaçı ilə İcarəçi Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı filialı arasında bağlanmış x xxx 2019-cu il tarixli ZENA 0026/2019 nömrəli icarə müqaviləsinə əsasən İcarəyə verən, teleskopik yükləyici olan 90- T-192 qeydiyyat nömrəli T40170 markalı teleskopik yükləyicini (Bobcat) İcarəçinin müvəqqəti sahiblik və istifadəsinə verməyi, İcarəçi isə müqabilində teleskopik yükləyicidən istifadə üçün İcarəyə verənə icarə haqqı ödəməyi öhdəsinə götürür. Bu Müqaviləyə müvafiq olaraq İcarəyə verən tərəfindən İcarəçiyə icarəyə verilmiş teleskopik yükləyici və İcarə vərənin operatorun xidmətlərini daxil olmaqla müqabilində İcarəçi İcarəyə verənə Tərəflərlə imzalanan Əlavələrə müvafiq olaraq aylıq (30 gün) 5000 AZN icarə haqqı ödəyir. İcarəyə verən tərəfindən göstəriləcək birdəfəlik evakuasiya xidmətinin dəyəri 400 AZN təşkil edir. Müqavilənin 8.1-ci bəndinə əsasən Bu Müqavilə 2019-cu il mayın 6-dan qüvvəyə minir və 2019-cu il iyunun 6-dək qüvvədədir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli 181 nömrəli Hesab-fakturaya və ona əlavə olunmuş Görülmüş işlər haqqında tərəflər arasında imzalanmış akta əsasən Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən teleskopik yükləyicinin icarəsi üzrə 25 gün (xx.xx.2019-xx.xx.2019) istifadəyə görə 4566,8 manat icarə haqqı hesablanmışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli 203 nömrəli Hesab-fakturaya və ona əlavə olunmuş Görülmüş işlər haqqında tərəflər arasında imzalanmış akta əsasən Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən teleskopik yükləyicinin icarəsi üzrə 01 ay (xx.xx.2019-xx.xx.2019) istifadəyə görə 5000 manat icarə haqqı hesablanmışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli 254 nömrəli Hesab-fakturaya və ona əlavə olunmuş Görülmüş işlər haqqında tərəflər arasında imzalanmış akta əsasən Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən teleskopik yükləyicinin icarəsi üzrə 01 ay (xx.xx.2019-xx.xx.2019) istifadəyə görə 5000 manat icarə haqqı hesablanmışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli 275 nömrəli Hesab-fakturaya və ona əlavə olunmuş Görülmüş işlər haqqında tərəflər arasında imzalanmış akta əsasən Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən teleskopik yükləyicinin icarəsi üzrə 01 ay (xx.xx.2019-xx.xx.2019) və 40 əlavə saat (xx.xx.2019xx.xx.2019) istifadəyə görə 5606 manat icarə haqqı hesablanmışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli 315 nömrəli Hesab-fakturaya və ona əlavə olunmuş Görülmüş işlər haqqında tərəflər arasında imzalanmış akta əsasən Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən teleskopik yükləyicinin icarəsi üzrə 01 ay (xx.xx.2019-xx.xx.2019) və 32,5 əlavə saat (xx.xx.2019xx.xx.2019) istifadəyə görə 5492,38 manat icarə haqqı hesablanmışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli 351 nömrəli Hesab-fakturaya və ona əlavə olunmuş Görülmüş işlər haqqında tərəflər arasında imzalanmış akta əsasən Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən teleskopik yükləyicinin icarəsi üzrə 01 ay (xx.xx.2019-xx.xx.2019) və 48 əlavə saat (xx.xx.2019xx.xx.2019) istifadəyə görə 5727,20 manat icarə haqqı hesablanmışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli 393 nömrəli Hesab-fakturaya və ona əlavə olunmuş Görülmüş işlər haqqında tərəflər arasında imzalanmış akta əsasən Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən teleskopik yükləyicinin icarəsi üzrə 08 gün (xx.xx.2019-xx.xx.2019) istifadəyə görə 1333,36 manat icarə haqqı hesablanmışdır. İş materiallarında olan Görülmüş işlər haqqında tərəflər arasında imzalanmış xx.xx.2019-cu il tarixli akta əsasən icarə müqaviləsi üzrə cəmi xidmətlərin dəyəri (ƏDV xaric) 32725,74 manat təşkil edir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli pretenziya bildirişinə əsasən iddiaçı cavabdehə bildirmişdir ki, xx xxx 2019-cu tarixli ZENA 0026/2019 nömrəli icarə müqaviləsinin şərtlərinə uyğun olaraq 28 158.94 (iyirmi səkkiz min yüz əlli səkkiz manat 94 qəpik) manat ödənişin müqavilədə göstərilmiş rekvizitlər üzrə bank hesab nömrəsinə tam şəkildə ödənilməsini xahiş edir, əks təqdirdə bağlanmış müqavilənin 6.2-ci bəndinə uyğun olaraq məhkəməyə müraciət olunacaq və mübahisə məhkəmə qaydasında həll ediləcəkdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 700.1-ci maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 704.1-ci maddəsinə əsasən əgər hər hansı torpaq sahəsinin, hüququn və ya müəssisənin icarəsi müqaviləsi bağlanarkən icarə müddəti müəyyənləşdirilməyibsə, müqavilənin ləğvinə yalnız azı altı aylıq xəbərdarlıq müddətini gözləmək şərti ilə ilin sonunda yol verilir. Beləliklə də, iş materiallarına əlavə edilmiş sənədlərdən, həmçinin mübahisəli müqavilədən görünür ki, tərəflər müqavilənin qüvvədə olma müddəti ilə bağlı razılığa gəlmişdir. Odur ki, müqavilə artıq ləğv edilmiş hesab edilərək, iddia İddiaçı” X5 ilə Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı filialı arasında bağlanmış x xxx 2019cu il tarixli ZENA 0026/2019 nömrəli icarə müqaviləsinin ləğv edilməsi hissəsində təmin edilməməlidir. Digər tərəfdən məhkəmə hesab edir ki, cavabdeh iddiaçı qarşısında sözügedən müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi tam və lazımınca icra etməmişdir, beləliklə cavabdehin iddiaçı qarşısında icarə müqaviləsi üzrə icarə haqqına görə pul öhdəliyi yaranmışdır. Odur ki, iddia icarə haqqının cavabdehdən tutulması hissəsində əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi deyildikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onunla risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, toplanmış və tədqiq olunan sübutlara məcmu halda, tam, hərtərəfli hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməli, cavabdehdən icarə haqqı borcu üzrə 28 158.94 manat məbləğində pul vəsaiti tutularaq iddiaçının hesabına köçürülməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iş üzrə ödənilmiş dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin olunmalı, 28 158.94 (iyirmi səkkiz min yüz əlli səkkiz manat 94 qəpik) məbləğində pul, o cümlədən ödənilmiş 30 AZN dövlət rüsumunun, ümumilikdə 28 188.94 (iyirmi səkkiz min yüz səksən səkkiz manat 94 qəpik) pulun cavabdehdən turularaq İddiaçınə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 284-5.3, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. 28 158.94 (iyirmi səkkiz min yüz əlli səkkiz manat 94 qəpik) məbləğində pul, o cümlədən ödənilmiş 30 AZN dövlət rüsumunun, ümumilikdə 28 188.94 (iyirmi səkkiz min yüz səksən səkkiz manat 94 qəpik) pulun cavabdehdən turularaq İddiaçınə ödənilsin. İddia qalan hisssədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar