Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-160/2023 06.03.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Ələkbrəova Gülcan Maşallah qızının katibliyi ilə, İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə, Cavabdeh2, Cavabdeh1 iştirakları ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 qarşı xx.xx.2021ci il tarixli, 102842-758353/2 saylı müqavilə üzrə pulun tutulması tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı ASC cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada 12.088,12 manat məbləğində əsas bоrc və 4.276,22 manat faiz borcu оlmaqla, cəmi 16.364,34 manat borcun və 200 manat məbləğində ödənilmiş mediasiyaya dair xərcinin tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə borcalan Cavabdeh2 arasında bağlanmış 21 aprel 2021 il tariхli, 102842-758353/2 nömrəli istehlak krеditi müqaviləsinə əsasən borcluya 18 ay müddətinə, illik 24%dərəcəsi ilə 14.639 manat məbləğində krеdit vеrilmişdir. Еyni zamanda, bank və digər cavabdehlər – Cavabdeh1 arasında 21 aprel 2021 il tariхli, 102842- 758353/2 nömrəli və Cavabdeh3 arasında 21 aprel 2021 il tariхli, 102842-758353/2/2 zaminlik müqavilələri bağlanmışdır. Zaminlik müqavilələrinin 4.2-ci bəndinə əsasən zaminlər bank qarşısında (bоrcalan tərəfindən 21 aprel 2021 il tariхli, 102842-758353/2 nömrəli krеdit müqaviləsinin şərtlərinin yеrinə yеtirilməsinə görə) bоrcalanla еyni dərəcədə, krеditdən istifadəyə görə faizlərin və cərimələrin ödənilməsi, bоrcalan tərəfindən krеdit müqaviləsi üzrə icra еdilməyən və icrası mümkün оlmayan öhdəliklər üzrə bоrcların yığılması ilə əlaqədar məhkəmə хərclərinin və digər хərclərin ödənilməsinə cavabdеhlik daşıyır. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və krеditin təsdiq оlunmuş hissə-hissə ödəmə qrafikini pоzmuşdur. Cavabdehlərə dəfələrlə şifahi və yazılı хəbərdarlıq olunsa da, onlar Banka olan borclarını ödəməmişlər. 15 sentyabr 2022-ci il tarixinə cavabdehlərin kredit müqaviləsi üzrə 12.088,12 manat məbləğində əsas bоrcu və 4.276,22 manat faiz borcu оlmaqla, ümumilikdə 16.364,34 manat məbləğində kredit bоrcu yaranmışdır. İstehlak krеditi müqaviləsinin şərtlərinə əsasən Borcalan müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada kreditin qaytarılmasını, kredit və dəbbə pulu üzrə hesablanmış faizlərin, habelə Bankın xidmət tarifləri və şərtlərindən irəli gələn xidmət haqlarının Banka ödənilməsini öhdəsinə götürür. Eyni zamanda həmin müqaviləyə əsasən ödəniş cədvəlində müəyyən edilən hissə-hissə ödəniş (icra) müddətlərində, habelə kredit müddətində öhdəliklər vaxtında tamamən icra edilmədikdə gecikdirilmiş kredit yaranır. Belə ki, Borcalanlar krediti vaxtında ödəməmiş və nəticədə gecikdirilmiş kredit yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 4.6-cı maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Azərbaycan Respublikası “Mediasiya haqqında” AR Qanununun 21.6-cı maddəsinə əsasən tərəflərdən biri mediasiya prosesinin tətbiqi barədə yazılı formada digər tərəfə bu Qanunun 22-ci (22.1.1-ci, 22.1.4-cü, 22.1.7-ci və 22.1.8-ci maddələr istisna olmaqla) maddəsində nəzərdə tutulan məlumatları, həmçinin tərəflərin qarşılıqlı razılaşdığı mediator (mediatorlar) və ya mediasiya təşkilatı varsa, bu barədə məlumatı, olmadıqda isə bu barədə təklifləri əks etdirən təklifi göndərir. İddiaçı “Expressbank “ ASC tərəfindən mediasiya prosesinin tətbiqi barədə borclulara 15 mart 2022-ci il tarixdə təklifi göndərilmişdir. Tərəflər arasında mediatorun iştirakı ilə 15 aprel 2022-ci il tarixdə mediasiya prosesi keçirilmişdir. Lakin tərəflərin təşəbbüsü ilə mediasiya prosesinə xitam verilmiş və bu barədə MŞB/4-00848 saylı protokol tərtib edilmişdir. xx.xx.2023-cü il tarixdə iddiaçının nümayəndəsi iddia ərizəsinə əlavə barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada 13.746,70 manat məbləğində əsas bоrc və 2.617,64 manat faiz borcu оlmaqla, cəmi 16.364,34 manat borcun və 200 manat məbləğində ödənilmiş mediasiyaya dair xərcinin tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 faiz borcunun silinməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 faiz borcunun silinməsini xahiş etdi. Digər cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə digər cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: İddiaçı ASC (Bank) ilə Cavabdeh2 (borcalan) arasında bağlanmış 21 aprel 2021-ci il tarixli, 102842-758353/2 saylı kredit müqaviləsinə əsasən bank 14.639 manat məbləğində krediti illik 24%-lə 18 ay müddətinə borc alanın mülkiyyətinə vermiş, borc alan isə həmin kreditdən dövriyyənin vəsaitinin artırılması məqsədi ilə istifadə etməyi və onu xx.xx.2022-ci il tarixinədək faizi ilə birlikdə borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Həmin müqavilənin: 1.3-cü bəndinə görə kredit dövriyyə vəsaitinin artırılması və cari xərclər məqsədilə verilir. 3.1-ci bəndinə görə bu Müqavilə üzrə əsas borc və faizlər (bundan sonra «Kredit öhdəliyi» adlandırılacaq) ödəniş cədvəlinə (Əlavə № 1) əsasən borc alanın bankdakı AZ64AZEN******************** nömrəli cari hesabına köçürmə yolu ilə və ya nağd şəkildə mədaxil edilməklə həmin vəsaitin silinməsi yolu ilə Kredit müddətində tam həcmdə qaytarılır. 3.3-cü bəndinə görə kredit müddətinin axımı kredit borc alanın cari hesabına köçürüldüyü təqvim tarixindən başlanır və müddətin sonuncu günü, əgər bu tarix qeyri-iş gününə düşərsə, növbəti iş günü qurtarır. 3.4-cü bəndinə görə faizlər kreditin verilmə tarixindən etibarən kredit tam həcmdə qaytarılan günədək müqavilə ilə müəyyənləşdirilən ssuda hesabı üzrə borc məbləğinə aylıq 30, illik isə 360 gün hesabı ilə gündəlik olaraq hesablanır. 6.1-ci bəndinə görə bu müqavilə tərəflərin imzaları və möhürü olan tərəfin möhürü ilə təsdiq edildiyi tarixdən hüquqi qüvvəyə minir və borc alan tərəfindən əsas borcu, faizlər və digər xərclər banka tam həcmdə ödənildiyi tarixdən qüvvədən düşür. 7.3-cü bəndinə görə bu müqavilə üzrə müəyyən edilmiş müddətlərdə və məbləğdə ödəniş aparılmadıqda, hər gecikdirilmiş gün üçün gecikdirilmiş əsas borc məbləğinə illik 48 faiz dərəcəsi ilə faiz hesablanır və bu faiz borc alan tərəfindən tam həcmdə ödənilməlidir. 8.1-ci bəndinə görə bu Müqavilə üzrə öz öhdəliklərini icra etməyən və ya lazımınca icra etməyən tərəf Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə müəyyən olunan qaydada məsuliyyət daşıyır. Kredit müqaviləsi hər iki tərəfin imzası və İddiaçı ASC-nin möhürü ilə təsdiq edilmişdir. İddiaçı ASC-nin (bank) ilə Cavabdeh1 (zamin) arasında 21 aprel 2021-ci il tarixli, 102842- 758353/2 saylı zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən bu müqaviləyə görə zamin, borc alanın 21 aprel 2021-ci il tarixli, 102842-758353/2 nömrəli kredit müqaviləsi üzrə bank qarşısında götürdüyü öhdəliklərin yerinə yetirməsinə görə Borc alanla birgə məsuliyyəti öz üzərinə götürür. 3.1.2-ci bəndinə əsasən bankın borc alan kredit müqaviləsində müəyyən edilmiş müddətdə əsas borcu və əsas borc üzrə hesablanmış faizləri qaytarmadıqda, habelə kredit təyinatı üzrə istifadə edilmədikdə, zaminə qarşı tələb yönəltmək hüququ var; 3.6.5-ci bəndinə əsasən zamin müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və tam həcmdə icra edir, onların pozulmasına yol vermir; 3.6.6-cı bəndinə əsasən zamin zaminliklə təmin edilmiş öhdəlik üzrə əsas borc, faizlər və Borc alanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində Banka dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla Bank qarşısında Borc alan ilə eyni həcmdə birgə məsuliyyət daşıyır; Müqavilə bankın imzası və möhürü, zaminin və borc alanın isə imzaları ilə təsdiq edilmişdir. İddiaçı ASC-nin (bank) ilə Cavabdeh3 (zamin) arasında 21 aprel 2021-ci il tarixli, 102842- 758353/2/2 saylı zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən bu müqaviləyə görə zamin, borc alanın 21 aprel 2021-ci il tarixli, 102842-758353/2 nömrəli kredit müqaviləsi üzrə bank qarşısında götürdüyü öhdəliklərin yerinə yetirməsinə görə Borc alanla birgə məsuliyyəti öz üzərinə götürür. 3.1.2-ci bəndinə əsasən bankın borc alan kredit müqaviləsində müəyyən edilmiş müddətdə əsas borcu və əsas borc üzrə hesablanmış faizləri qaytarmadıqda, habelə kredit təyinatı üzrə istifadə edilmədikdə, zaminə qarşı tələb yönəltmək hüququ var; 3.6.5-ci bəndinə əsasən zamin müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və tam həcmdə icra edir, onların pozulmasına yol vermir; 3.6.6-cı bəndinə əsasən zamin zaminliklə təmin edilmiş öhdəlik üzrə əsas borc, faizlər və Borc alanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində Banka dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla Bank qarşısında Borc alan ilə eyni həcmdə birgə məsuliyyət daşıyır; Müqavilə bankın imzası və möhürü, zaminin və borcalanın isə imzaları ilə təsdiq edilmişdir. 21 aprel 2021-ci il tarixli, 102842-758353/2 saylı kredit müqaviləsinin ödəniş cədvəlinə əsasən Cavabdeh2 tərəfindən kredit müqaviləsi üzrə ödəyəcək əsas məbləğ 14.639 manat, faizin məbləği 2.937,14 manat, cəmi ödəniləcək məbləğ 17.576,14 manat məbləğində müəyyən edilmişdir. Ödəniş cədvəli kredit alan və kredit verən tərəfindən imzalanmışdır. İddiaçı ASC tərəfindən verilmiş hesabdan çıxarışdan müəyyən edilir ki, 102842- 758353/2 saylı kredit müqaviləsi üzrə Cavabdeh2 sonuncu dəfə xx.xx.2022-ci il olmaqla müxtəlif vaxtlarda ödənişlər etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 yanvar 2023-cü il tarixli, 9/8106 saylı ekspert rəyindən görünür ki, Cavabdeh2 hesabdan çıxarış məlumatları, 21 aprel 2021-ci il tarixli, 102842-758353/2 nömrəli krеditi müqaviləsinin şərtləri əsas götürülməklə, Cavabdeh2 İddiaçı ASC-yə xx.xx.2022-ci il tarixə (iddia ərizəsinin verildiyi tarixə) ödənilməli əsas borcu 13.746,70 manat, faiz borcu 1.200,55 manat məbləğində müəyyən edilmişdir. Ekspertiza tədqiqatının dəyəri 200 manat təşkil edir. İddiaçı ASC tərəfindən Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 ünvanlanmış xəbərdarlıq məktubuna əsasən müəyyən edilir ki, yaranmış borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə işin Hüquq Departamentinə təqdim ediləcəyi və cavabdehlər barəsində məhkəmə qaydasında qanunvericiliyə uyğun daha ciddi tədbirlər görüləcəyi bildirilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 21 aprel 2021-ci il tarixli, 102842-758353/2 saylı kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı ASC Cavabdeh2 kredit müqaviləsində müəyyən edilmiş şərtlərlə 14.639 manat məbləğində kredit verməklə, göstərilən müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etmiş, lakin Cavabdeh2 kredit müqaviləsi üzrə əsas kredit borcunu və faizləri ödəmək öhdəliyini lazımi qaydada icra etməmiş, nəticədə Cavabdeh2 iddiaçıya borcu yaranmışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 743-cü maddəsinə görə əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Cavabdeh2 kredit müqaviləsi üzrə iddiaçıya olan əsas və faiz borcunun məbləğini müəyyən etmək üçün iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası keçirilmişdir. Ekspert rəyi ilə Cavabdeh2 iddianın qaldırıldığı tarixə əsas borcunun 13.746,70 manat məbləğində olması müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 206.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə, yaxud əlavə və ya təkrar ekspertiza təyini haqqında qərardadda əsaslandırılmalıdır. Həmin Məcəllənin 103.1-cü maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə qeyd edir ki, hazırkı halda məhkəmənin ekspert rəyi ilə razılaşmaması üçün əsaslar mövcud deyil, odur ki, həmin rəy iş üzrə sübut qismində qəbul edilməlidir. Belə olan halda ekpert rəyi ilə mübahisəli kredit müqaviləsi üzrə əsas borcun 13.746,70 təşkil etməsinin müəyyən edildiyini nəzərə alaraq hesab edir ki, əsas borcun tutulması hissəsində iddia təmin edilməli, iddiaçının xeyrinə mübahisəli müqavilə üzrə 13.746,70 manat məbləğində əsas borc tutulmalıdır. Mübahisəli kredit müqaviləsinin şərtlərinə əsasən hesablanmış faiz borcunun məbləğinə gəldikdə məhkəmə qeyd edir ki, yuxarıda göstərilən ekspert rəyi ilə mübahisəli müqavilə üzrə faiz borcunun iddia ərizəsinin verildiyi (xx.xx.2022-ci il) tarixə 1.200,55 manat olması müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında formalaşdırılmış hüquqi mövqeyə görə, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Konstitusiya Məhkəməsinin sözügedən qərarında formalaşdırılmış hüquqi mövqeyə görə kreditor müqavilədə nəzərdə tutulmuş pul vəsaitindən istifadə haqqını (faizləri) yalnız kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək olan müddət üçün tələb etməkdə haqlıdır. Hazırkı halda ekspert rəyi ilə xx.xx.2022-ci il tarixədək olan dövr üçün mübahisəli kredit müqaviləsi üzrə faiz borcunun 1.200,55 manat məbləğində müəyyən edilməsini nəzərə alsaq müqavilənin müddətinin bitdiyi tarixə faiz borcu 1525,95 manat (1.200,55 manat + 325,40 manat (xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan 36 günlük müddəti üçün - 13.746,70*24%/365 gün*36gün)) təşkil edir. Odur ki, müqavilə üzrə hesablanmış faiz borcunun tutulması hissəsində iddia qismən əsaslıdır. Bununla yanaşı iş materiallarından görünür ki, İddiaçı ASC (kredit verən) ilə Cavabdeh2 (kredit alan) arasında bağlanmış 21 aprel 2021-ci il tarixli, 102842-758353/2 saylı kredit müqaviləsi üzrə öhdəliklərinin icrasının təmin edilməsi üsulu kimi İddiaçı ASC (kredit verən) ilə Cavabdeh1 və Cavabdeh3 (zaminlər) arasında 21 aprel 2021-ci il tarixli, 102842-758353/2 və 21 aprel 2021-ci il tarixli, 102842-758353/2/2 saylı zaminlik müqavilələri bağlanmışdır. Həmin müqavilələrə əsasən zaminlər Cavabdeh1 və Cavabdeh3 kredit alan Cavabdeh2 21 aprel 2021-ci il tarixli, 102842-758353/2 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərinə zamin durmuşlar. Mülki Məcəllənin: 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Belə olan halda məhkəmə zaminlər Cavabdeh1 və Cavabdeh3 21 aprel 2021-ci il tarixli, 102842-758353/2 saylı kredit müqaviləsi üzrə borc alanın bütün öhdəliklərinə zamin durduğundan həmin öhdəliklərə görə borc alanla birgə məsuliyyət daşıdığını nəzərə alaraq hesab edir ki, İddiaçı ASC kredit müqaviləsi üzrə borcun (kredit və faiz olmaqla) müştərək (birgə) qaydada borc alan və zaminlərdən tutulmasını tələb etməkdə haqlıdır. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 200 manat məbləğində mediasiya prosesinə dair xərclər iddiaçı tərəfindən ödənilmişdir. Dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı iddia üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 139,09 manat təşkil edir. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Göründüyü kimi hazırkı iş üzrə mediasiya xərcləri dövlət rüsumundan artıq olduğundan mediasiya xərclərini ödəmiş iddiaçı dövlət rüsumunu ödəməkdən azad edilmişdir. Digər tərəfdən MPM-in: 4.6-cı maddəsinə görə kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. Məhkəmə kommersiya mübahisələri üzrə tərəflərin çəkdiyi mediasiya xərclərinin məhz işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu, eyni zamanda “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya xərclərinin dövlət rüsumunu da ehtiva etdiyini nəzərə alaraq belə qənaətə gəlir ki, mediasiya xərcləri məhkəmə xərcləri kimi tərəflər arasında bölüşdürülməlidir. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, hazırkı qətnamə ilə qismən təmin edildiyindən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq iddiaçı tərəfindən ödənilmiş mediasiya xərclərinə görə 180 manat məbləğində pul vəsaiti cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 200 manat pul vəsaitinin 180 manat hissəsi cavabdehlər X2, X3 müştərək qaydada, 20 manat hissəsi isə İddiaçı ASC-dən tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına (Büdcə təsnifatının kodu 142319, Büdcə səviyyəsinin kodu 3, X1, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) ödənilməlidir. Nəticə hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 müştərək qaydada 13.746,7 manat məbləğində əsas borc, 1525,95 manat məbləğində faiz borcu, cəmi 15.272,65 manat məbləğində pul vəsaiti və mediasiya xərclərinin əvəzi olaraq 180 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ASC -yə ödənilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 200 manat pul vəsaitinin 180 manat hissəsi cavabdehlər X2, X3 müştərək qaydada, 20 manat hissəsi isə İddiaçı ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Büdcə təsnifatının kodu 142319, Büdcə səviyyəsinin kodu 3, X1, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-160/2023
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-160/2023
06.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver