Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1604/2025 08.05.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı “hərracın nəticələrinə dair yekun hərrac protokolunun ləğv edilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: hərrac protokolu) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Hüseynzadə Nisə Ələkbər qızının katibliyi, Üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə3 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “hərracın nəticələrinə dair yekun hərrac protokolunun ləğv edilməsi” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “hərracın nəticələrinə dair yekun hərrac protokolunun ləğv edilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin ünvan 1 ünvanında istifadədə olan 0,066330 ha torpaq sahəsində yerləşən 1197,70 kv.metr ümumi sahəsi olan qeyri-yaşayış binasının 323000 (üç yüz iyirmi üç min) manat məbləğində satılması haqqında yekun hərrac protokolunun ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx xxxx 1963-cü il tarixində Cəlilabad rayonu Kövüzbulaq kəndində doğulmuşam. İddiaçı olaraq mən, İddiaçı, Cavabdeh MMCyə qarşı “hərracın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında istifadədə olan 0,066330 ha torpaq sahəsində yerləşən 1197,70 kv.metr ümumi sahəsi olan qeyri yaşayış binasının X3 barədə "xxxx" MMC-nin 04 dekabr 2023-cü il tarixli hərracın yekunları barədə 156 saylı protokolunun ləğv edilməsi, həmin qeyri-yaşayış obyektinə dair X7 adına verilmiş çıxarışın və digər hüquqi nəticələrin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş. Cəlilabad rayon məhkəməsinin 17 mart 2022-ci il tarixli, 2(073)-498/2022 saylı qətnaməsinə əsasən "xxxx" ASC-nin həmin iddiası əsassız olduğundan təmin edilməmiş, cavabdeh İddiaçı isə həmin işə üzrə "xxxx" ASC-yə qarşı ünvan 1 ünvanında 0,066330 ha torpaq sahəsi üzərində yerləşən 1197,70 kv.metr ümumi sahədən ibarət olan qeyri-yaşayış binasının (Orxan Şadlıq sarayı) bankın yüklülüyündən azad edilməsi barədə qarşılıqlı iddiası təmin edilmiş, eyni zamanda həmin qətnamə ilə "xxxx" ASC ilə X20 və X21 arasında bağlanılmış 07 aprel 2020-ci il tarixli ipoteka müqaviləsinin və 11 mart 2021-ci il tarixli sonrakı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi, mübahisəli qeyri-yaşayış binasının yüklülüyünə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində aparılmış qeydin ləğv edilməsi qət edilmişdir. Lakin sonradan mənim iştirakı və xəbəri olmadan Şirvan Kommersiya Məhkəməsi işə baxaraq, 23 noyabr 2022-ci tarixli, e-2-2(121)-474/2022 saylı qətnaməsi ilə ədalətli olmayan qətnamə qəbul etmişdir. Həmin qətnamədən Şirvan Kommersiya Məhkəməsinin 23 noyabr 2022-ci tarixli, e-2-2(121)-474/2022 saylı icra vərəqəsi və Cəlilabad rayon İcra və Probasiya Şöbəsinin 20 oktyabr 2023-cü il tarixli, 168524/30-15 saylı sifariş məktubuna əsasən hərrac keçirilmiş və hərracın qalibi X19 olmuşdur. Şirvan Kommersiya Məhkəməsinin 23 noyabr 2022-ci tarixli, e-2-2(121)-474/2022 saylı qətnaməsindən apellyasiya şikayəti, daha sonra isə tərəfimizdən kassasiya şikyəti verilmişdir. İddiaçı isə Cavabdeh MMC-nin hərracın yekunları barədə protokodan razı deyil. Belə ki, iddiaçının iştirakı olmadan qəbul edilmiş məhkəmə qətnaməsi nəticəsində belə hərrac keçirilmiş və bu iddiaçı üçün arzuolunmaz nəticələrə gətirib çıxarımşdır. Ona görə də, hesab edilir ki, Cavabdeh MMC hərracın yekunları barədə protokolu ləğv edilməlidir.
3. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Etiraz onunla əsaslandırılmışdır ki, iddia ərizəsində iddiaçının narazı olduğu hissə işin məhkəmə instansiyasında olan zaman icra sənədinin icra edilməsidir. Həmçinin tərəfin bütün bu hallardan məlumatlı olmasını da qəbul edir. Hərrac ipoteka haqqında AR qanunun və digər qanunvericiliyinin tələblərinə uyğun olaraq sifariş əsasında keçirilmiş və ipoteka qoyana bildirişlər göndərilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Baxmayaraq ki 3 il zaman keçmişdir. Mülki Məcəllənin qeyd edilən normasına əsasən İddiaçının iddia qaldırmaq üçün vaxtı ötürdüyü açıq-aşkar məlumdur. Çünki müqavilə qüvvəsinə malik protokol İmzalanmış və tərəf icra sədənində iccraata başlanan vaxtdan məlumatlı olmuşdur. İdiaçıya hərracın qanunvericiliyə uyğun keçirildiyinin də yaxşı məlum olduğu, məqsədinin icra sənədinin icrasını uzatmaq və əlavə vaxt qazanmaq olduğu, icraatı dayandırmaqla bağlı vəsatəti isə artıq hüquqlarından suiistifadə etdiyi hesab edilir.
5. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC tərəfindən iddia ərizəsinə yazılı etiraz təqdim edilmişdir.
6. Etiraz onunla əsaslandırılmışdır ki, iş üçün əhəmiyyətə malik olan digər bir iş üzrə, yəni X4 "xxxx" ASC-yə qarşı ipoteka müqaviləsinin etibarsızlığına dair qarşılıqlı iddiası üzrə ipoteka müqaviləsi və sonrakı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilələr əsasında ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış binasının (Orxan şadlıq sarayının) yüklülüyünə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində aparılmış qeydin ləğv edilməsi tələbinə dair mübahisə üzrə Ali Məhkəmənin Mülki X1 tərəfindən həmin iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qətnaməsindən verdiyi kassasiya şikayəti təmin edilməmişdir. Bu məlumat elektron məhkəmə sistemində yerləşdirilmişdir. Belə ki, X5 "xxxx" ASC-yə qarşı qarşılıqlı iddia qaldıraraq ipoteka müqaviləsi və sonrakı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilələr əsasında verərək ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın («Orxan» şadlıq sarayı binasının) yüklülükdən çıxarılmasını, daha sonra İddiaçı qarşılıqlı iddianın həcmini artırmış, ünvan 1 ünvanında 0.066330 ha torpaq sahəsində yerləşən 1197.70 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binasının («Orxan» şadlıq sarayı) "xxxx" ASC-nin yüklülüyündən çıxarılmasına, "xxxx" ASC ilə X20 və ƏsgərovSayıl Sahib oğlu arasında bağlanmış xx.xx.2020-ci il tarixli ipoteka müqaviləsinin və xx.xx.2021-ci il tarixli sonrakı ipoteka müqaviləsinin etibarsız hesab edilməsinə, həmin müqavilələr əsasında ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış binasının (Orxan şadlıq sarayının) yüklülüyünə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində aparılmış qeydin ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cəlilabad Rayon Məhkəməsinin (hakim Q.Paşayev) 17 mart 2022-ci il tarixli qətnaməsi ilə "xxxx" ASC-in cavabdeh İddiaçı qarşı əmlakın üzərində ipoteka yüklülüyünün saxlanılması tələbinə dair iddiası əsassız olduğundan təmin edilməmiş, ilk iddia üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu "xxxx" ASC-yə aid edilmiş, qarşılıqlı iddia təmin edilmiş, ünvan 1 ünvanında 0.066330 ha torpaq sahəsində yerləşən 1197.70 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binasının («Orxan» şadlıq sarayı) "xxxx" ASCnin yüklülüyündən çıxarılması, "xxxx" ASC ilə X20 və X21 arasında bağlanmış xx.xx.2020ci il tarixli ipoteka müqaviləsi və xx.xx.2021-ci il tarixli sonrakı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilələr əsasında ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış binasının (Orxan şadlıq sarayının) yüklülüyünə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində aparılmış qeydin ləğv edilməsi, qarşılıqlı iddia üzrə ödənilmiş cəmi 100 (bir yüz) manat dövlət rüsumunun "xxxx" ASC-dən alınaraq İddiaçı verilməsi qət edilmişdir. Cəlilabad rayon məhkəməsinin bu qətnaməsindən narazı qalan "xxxx" ASC Şirvan Apellaysiya Məhkəməsinə apellyasiya şikayəti vermişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-992/2024 saylı, xx.xx.2024-cü il tarixli QƏTNAMƏSİ ilə "xxxx" ASC-nin apellyasiya şikayəti qismən təmin edilmiş, Cəlilabad Rayon Məhkəməsinin 17 mart 2022-ci il tarixli, 2(073)-498/2022 saylı qətnaməsi ləğv edilmiş, İddiaçı "xxxx" ASCin cavabdeh İddiaçı qarşı əmlakın üzərində ipoteka yüklülüyünün saxlanılması tələbinə dair ilk iddiası və İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı ünvan 1 ünvanında 0.066330 ha torpaq sahəsində yerləşən 1197.70 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binasının («Orxan» şadlıq sarayının) "xxxx" ASC-nin yüklülüyündən çıxarılması, "xxxx" ASC ilə X20 və X21 arasında bağlanmış xx.xx.2020-ci il tarixli ipoteka müqaviləsi və xx.xx.2021-ci il tarixli sonrakı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilələr əsasında ünvan 2 ünvanında yerləşən qeyriyaşayış binasının (Orxan şadlıq sarayının) yüklülüyünə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində aparılmış qeydin ləğv edilməsi tələbinə dair qarşılıqlı iddiası təmin edilməməsi qət edilmişdir. Şirvan Apellasiya Məhkəməsinin bu qətnaməsindən narazı qalan İddiaçı Ali Məhkəmənin Mülki Kollegiyasına Kassasiya Şikayəti vermişdir. Ali Məhkəmənin Mülki Kollegiyasının 2(102)-334902024 saylı, xx.xx.2024-cü il tarixli Qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilmədən, qətnamə isə dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, bankın xeyrinə ipoteka yüklülüyü qüvvədə qalması qərara alınmışdır. Bu Qərar işin sonrakı həlli üçün böyük əhəmiyyətə malikdir. Ali Məhkəmənin bu Qərarının nəzərə alınması xahiş edilir. Məhkəmə artıq İddiaçı "xxxx" ASC-yə qarşı ünvan 1 ünvanında 0.066330 ha torpaq sahəsində yerləşən 1197.70 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binasının («Orxan» şadlıq sarayının) "xxxx" ASC-nin yüklülüyündən çıxarılması, "xxxx" ASC ilə X20 və X21 arasında bağlanmış xx.xx.2020-ci il tarixli ipoteka müqaviləsi və xx.xx.2021-ci il tarixli sonrakı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilələr əsasında ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış binasının (Orxan şadlıq sarayının) yüklülüyünə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində aparılmış qeydin ləğv edilməsi tələbinə baxmış və hüquqi qiymət vermişdir. Onun bütün iddia tələbləri rədd edilmişdir. Hesab edilir ki, bu iş üzrə onun tələblərinə təkrarən baxılmamalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 82.3cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
II. Tərəflərin mövqeləri:
7. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə3 iddia ərizəsinə etiraz edib yazılı etirazlarının məzmununa uyğun izahat verib iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
8. İddiaçı, cavabdeh və digər üçüncü şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndələri məhkəmə iclasında iştirak etməmiş, cavabdehin nümayəndəsi məhkəmə iclasının iştirakları olmadan keçirilməsini xahiş etmişdir.
9. Məhkəmə iclasının iddiaçı, cavabdeh və digər üçüncü şəxslərin iştirakları olmadan keçirilməsi mümkün hesab edilmişdir.
III. Məhkəmə baxışının hədləri:
10. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
11. Cavabdeh MMC tərəfindən tərtib olunmuş hərracın yekunları barədə xx.xx.2023cü il tarixli, 156 nömrəli protokola görə ünvan 1 ünvanında istifadədə olan 0,066330 ha torpaq sahəsində yerləşən 1197,70 kv.metr ümumi sahəsi olan qeyri-yaşayış binası 323000 (üç yüz iyirmi üç min) manata X19 tərəfindən alınmışdır.
12. Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(121)-474/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək cavabdehlər X11, X12, X13 xx.xx.2020-ci il tarixli, RBLLF-447 saylı kredit müqaviləsinə əsasən 150.000 manat əsas borc, 5.371,81 manat faiz borcu, xx.xx.2021-ci il tarixli, RBLLF-472 saylı kredit müqaviləsinə əsasən 119.999,50 manat əsas borc, 2.699,99 manat faiz borcu, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 300 manat rüsum, mediasiya xərci olaraq ödənilmiş 400 manat və dövlət rüsumu kimi ödənilmiş 168,07 manat olmaqla, ümumilikdə 278.939,37 (iki yüz yetmiş səkkiz min doqquz yüz otuz doqquz manat, otuz yeddi qəpik) manat məbləğində pulun müştərək qaydada tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi, tutmanın cavabdeh X17 məxsus ünvan 3 ünvanında istifadədə olan 0.066330 ha torpaq sahəsində yerləşən 1197.70 kv.m ümumi sahədən ibarət olan qeyri-yaşayış binasına və cavabdeh X8 məxsus Bakı şəhəri, ünvan 4 ünvanında, 0.0913 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 163.33 kv.m olan fərdi yaşayış evinə yönəldilməsi, cavabdeh X17 məxsus ünvan 3 ünvanında istifadədə olan 0.066330 ha torpaq sahəsində yerləşən 1197.70 kv.m ümumi sahədən ibarət olan qeyri-yaşayış binasının ilkin satış qiyməti 380.000 (üç yüz səksən min) manat və cavabdeh X8 məxsus Bakı şəhəri, ünvan 4 ünvanında, 0.0913 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 163.33 kv.m olan fərdi yaşayış evinin ilkin satış qiyməti 144.000 (bir yüz qırx dörd min) manat məbləğində olmaqla açıq hərracda satılması, cavabdeh X17 məxsus ünvan 3 ünvanında istifadədə olan 0.066330 ha torpaq sahəsində yerləşən 1197.70 kv.m ümumi sahədən ibarət olan qeyri-yaşayış binasının satışından əldə ediləcək vəsait hesabına xx.xx.2020-ci il tarixli, RBLLF-447 saylı kredit müqaviləsi üzrə 150.000 manat əsas borc, 5.371,81 manat faiz borcu, xx.xx.2021-ci il tarixli, RBLLF-472 saylı kredit müqaviləsi üzrə 119.999,50 manat əsas borc, 2.699,99 manat faiz borcu, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 300 manat rüsum, mediasiya xərci olaraq ödənilmiş 400 manat və dövlət rüsumu kimi ödənilmiş 168,07 manat məbləğində pulun iddiaçı "xxxx" ASC-yə olan borc ödənilməsi, cavabdeh X8 məxsus Bakı şəhəri, ünvan 4 ünvanında, 0.0913 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 163.33 kv.m olan fərdi yaşayış evinin satışından əldə ediləcək vəsait hesabına xx.xx.2021-ci il tarixli, RBLLF-472 saylı kredit müqaviləsi üzrə 119.999,50 manat əsas borc, 2.699,99 manat faiz borcu, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 300 manat rüsum, mediasiya xərci olaraq ödənilmiş 400 manat və dövlət rüsumu kimi ödənilmiş 168,07 manat məbləğində pul iddiaçı "xxxx" ASC-yə olan borc ödənilməsi, tutmanın ipoteka predmetlərinə yönəldikdən sonra ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 300 manat rüsumun, mediasiya xərci olaraq ödənilmiş 400 manatın və dövlət rüsumu kimi ödənilmiş 168,07 manatın cavabdeh X14 və ya cavabdeh X6 əmlakı hesabına ödənilməsi digərinin əmlakı hesabına ödənilməsini istisna edir. Cavabdeh X17 məxsus ünvan 3 ünvanında istifadədə olan 0.066330 ha torpaq sahəsində yerləşən 1197.70 kv.m ümumi sahədən ibarət olan qeyri-yaşayış binasının açıq hərrac yolu ilə satışından əldə edilmiş pulun qalan hissəsinin cavabdeh X17 qaytarılması, cavabdeh X8 məxsus Bakı şəhəri, ünvan 4 ünvanında, 0.0913 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 163.33 kv.m olan fərdi yaşayış evinin açıq hərrac yolu ilə satışından əldə edilmiş pulun qalan hissəsi cavabdeh X8 qaytarılması, ünvan 3 ünvanında istifadədə olan 0.066330 ha torpaq sahəsində yerləşən 1197.70 kv.m ümumi sahədən ibarət olan qeyri-yaşayış binası və Bakı şəhəri, ünvan 4 ünvanında, 0.0913 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 163.33 kv.m olan fərdi yaşayış evi açıq hərracdan satıldıqdan sonra həmin qeyri-yaşayış binası və fərdi yaşayış evi 1 ay ərzində boşaldılması qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir.
13. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-2(106)-19/2023 saylı qətnaməsi ilə cavabdeh X21 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2- 2(121)-474/2022 saylı qətnaməsi cavabdeh X18 apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmışdır.
14. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 13(102)- 136/2021 saylı qərardadı ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-3322/2021 nömrəl iş üzrə 26 may 2021-ci il tarixli qərarının ləğv edilməsi barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumuna təqdimat verilməsinə dair "xxxx" ASC-nin müraciəti əsassız olduğu üçün təmin edilməmişdir.
15. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(106)-992/2024 saylı qətnaməsi ilə "xxxx" ASC-nin apellyasiya şikayəti qismən təmin edilmiş, Cəlilabad Rayon Məhkəməsinin 17 mart 2022-ci il tarixli, 2(073)-498/2022 saylı qətnaməsi ləğv edilərək, iddiaçı "xxxx" ASC-in cavabdeh İddiaçı qarşı əmlakın üzərində ipoteka yüklülüyünün saxlanılması tələbinə dair ilk iddiası və İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı ünvan 1 ünvanında 0.066330 ha torpaq sahəsində yerləşən 1197.70 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binasının («Orxan» şadlıq sarayının) "xxxx" ASC-nin yüklülüyündən çıxarılması, "xxxx" ASC ilə X20 və X21 arasında bağlanmış xx.xx.2020-ci il tarixli ipoteka müqaviləsi və xx.xx.2021-ci il tarixli sonrakı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilələr əsasında ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış binasının (Orxan şadlıq sarayının) yüklülüyünə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində aparılmış qeydin ləğv edilməsi tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi qət edilmişdir.
16. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(102)-3490/2024 saylı Qərarı ilə cavabdeh İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməmiş, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(106)- 992/2024 nömrəli qətnaməsi qarşılıqlı iddianın təmin edilməməsinə dair hissədə dəyişdirilmədən saxlanılmışdır.
17. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(106)-141/2021 saylı qətnaməsi ilə İddiaçı oğlunun apellyasiya şikayəti təmin edilmiş, Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(073)-127/2020 saylı qətnaməsi ləğv edilmiş, iddia təmin edilərək ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasının (“Orxan” şadlıq sarayının) özgəninkiləşdirilməsinə dair Bakı şəhəri 14 saylı Notariat kontorunda bağlanmış xx.xx.2019-cu il tarixli müqavilə (reyestr 4Ə-500) və həmin müqavilədən irəli gələn hüquqi nəticələr, o cümlədən daşınmaz əmlakın X14 adına qeydə alınması və onun adına verilmiş xx.xx.2019-cu il tarixli mülkiyyət hüququnu təsdiq edən çıxarışın etibarsız hesab edilməsi, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasının (“Orxan” şadlıq sarayı) İddiaçı qaytarılması qət edilmişdir.
18. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2-2(106)-29/2025 saylı qətnaməsi ilə maraqlı şəxs İddiaçı nümayəndəsi-vəkili Nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Şirvan Kommersiya Məhkəməsinin 23 noyabr 2022-ci il tarixli, e-2-2(121)-474/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
19. Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(121)-474/2022 saylı icra vərəqəsi icra edilməsi üçün Cəlilabad rayon İcra Şöbəsinə göndərilmişdir.
20. Cavabdeh (hərrac təşkilatçısı) ilə X19 (əldə edən alıcı) arasında bağlanmış xx.xx.2023-cü il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqaviləyə görə X17 məxsus ünvan 1 ünvanında istifadədə olan 0.066330 ha torpaq sahəsində yerləşən 1197.70 kv.m ümumi sahəsi olan qeyri-yaşayış binası 323000 manata X2.
21. Cəlilabad Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Şaiq Heydərli tərəfindən Cavabdeh MMC-yə ünvan 1 ünvanında istifadədə olan 0.066330 ha torpaq sahəsində yerləşən 1197.70 kv.m ümumi sahəsi olan qeyri-yaşayış binasının açıq hərracda satılması haqqında sifariş göndərilmişdir.
22. Açıq hərracın keçirilməsinə dair 280 nömrəli, xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, icra şöbəsi, tələbkar və borcluya Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(121)-474/2022 nömrəli icra sənədi üzrə ünvan 1 ünvanında istifadədə olan 0.066330 ha torpaq sahəsində yerləşən 1197.70 kv.m ümumi sahəsi olan qeyri-yaşayış binasının hərracda satılması ilə bağlı xx.xx.2023-cü il tarixdə saat 11:00-da hərrac keçiriləcəyi barədə məlumat verilmişdir.
23. Açıq hərracın keçirilməsinə dair 280-1 nömrəli, xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, icra şöbəsi, tələbkar və borcluya Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(121)-474/2022 nömrəli icra sənədi üzrə ünvan 1 ünvanında istifadədə olan 0.066330 ha torpaq sahəsində yerləşən 1197.70 kv.m ümumi sahəsi olan qeyri-yaşayış binasının hərracda satılması ilə bağlı xx.xx.2023-cü il tarixdə saat 11:00-da təkrar hərrac keçiriləcəyi barədə məlumat verilmişdir.
24. “525-ci qəzet” qəzetinin qəzetinin xx.xx.2023-cü il tarixli buraxılışından çıxarışdan görünür ki, ünvan 1 ünvanında istifadədə olan 0.066330 ha torpaq sahəsində yerləşən 1197.70 kv.m ümumi sahəsi olan qeyri-yaşayış binasının açıq hərracdan satılması ilə bağlı xx.xx.2023-cü il tarixdə keçiriləcək açıq hərracın saatı və yeri barəsində elan dərc edilmişdir.
25. “525-ci qəzet” qəzetinin xx.xx.2023-cü il tarixli buraxılışından çıxarışdan görünür ki, ünvan 1 ünvanında istifadədə olan 0.066330 ha torpaq sahəsində yerləşən 1197.70 kv.m ümumi sahəsi olan qeyri-yaşayış binasının xx.xx.2023-cü il tarixdə açıq hərracın əmlakın alıcısı olmadığı üçün baş tutmaması barədə elan dərc edilmişdir.
26. “525-ci qəzet” qəzetinin qəzetinin xx.xx.2023-cü il tarixli buraxılışından çıxarışdan görünür ki, ünvan 1 ünvanında istifadədə olan 0.066330 ha torpaq sahəsində yerləşən 1197.70 kv.m ümumi sahəsi olan qeyri-yaşayış binasının açıq hərracdan satılması ilə bağlı xx.xx.2023-cü il tarixdə keçiriləcək açıq hərracın saatı və yeri barəsində elan dərc edilmişdir.
27. DƏDRX-dən verilmiş xx.xx.2024-cü il tarixli çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən 1197.70 kv.m ümumi sahəsi olan qeyri-yaşayış binası iddiaçının xüsusi mülkiyyətindədir.
28. Məhkəmə nümayəndənin izahatını dinləyib, materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia təmin olunmamalıdır.
29. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun:
30. 53.1-ci maddəsinə əsasən üzərinə həbs qoyulmuş əmlak, qanunla dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna olmaqla, həbsin səbəblərindən, əmlakın növündən və mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hal nəzərdə tutulmamışdırsa, tələbkara təklif olunur.
31. 53.2-ci maddəsinə əsasən vergi ödəyicisinin vergi borcuna görə siyahıya alınmış əmlakı istisna olmaqla, borclunun əmlakı qanunla nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır.
32. 61.1-ci maddəsinə əsasən vergi borcuna görə siyahıya alınmış əmlak istisna olmaqla, borclunun əmlakının satılması üzrə hərraclar, bu Qanunun 53.2-ci maddəsində göstərilən ixtisaslaşdırılmış müəssisələr tərəfindən müvafiq müqavilə əsasında təşkil edilir və keçirilir
33. 61.2-ci maddəsinə əsasən ixtisaslaşdırılmış müəssisələr hərracı icra məmurunun sifarişi əsasında keçirirlər. Həmin sifarişdə hərraca qoyulan əmlakın ilkin qiyməti göstərilir.
34. 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir.
35. 62-ci maddəsinə əsasən icra məmurundan müvafiq sifarişin alındığı gündən ən geci iki ay müddətində ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac keçirilməlidir. Hərracın keçirilməsi qaydası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir.
36. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 414.2-ci maddəsinə əsasən hərracın təşkilatçısı kimi əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi və ya ixtisaslaşdırılmış təşkilat çıxış edə bilər. İxtisaslaşdırılmış təşkilat əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi ilə müqavilə əsasında hərəkət edir və onların adından və ya öz adından çıxış edir.
37. Həmin Məcəllənin 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir.
38. Həmin Məcəllənin 415.5-ci maddəsinə əsasən hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur.
39. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(121)-474/2022 saylı icra vərəqəsi icra edilməsi üçün Cəlilabad rayon İcra Şöbəsinə göndərilmiş, sonuncu tərəfindən icra sənədi üzrə icraata başlanılaraq cavabdehə ünvan 1 ünvanında istifadədə olan 0.066330 ha torpaq sahəsində yerləşən 1197.70 kv.m ümumi sahəsi olan qeyri-yaşayış binasının açıq hərracda satılması haqqında sifariş göndərilmişdir. Həmin icra sənədinin icra edilməsi ilə əlaqədar cavabdeh tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada iki dəfə (xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə) hərrac keçirilmiş, təkrar hərracda ipoteka predmeti X19 tərəfindən əldə edilmiş, cavabdeh (hərrac təşkilatçısı) ilə X19 (əldə edən alıcı) arasında xx.xx.2023-cü il tarixdə hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə bağlanmış, əmlak 323000 manata H.Rəhimova satılmışdır.
40. Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi üzrə mübahisələndirilən hərraclar qanunvericiliyin tələblərinə uyğun keçirildiyindən, həmin hərracların etibarsız hesab edilməsi üçün əsaslar müəyyən edilmədiyindən iddia tələbi təmin edilə bilməz.
41. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarında göstərmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan, həmçinin təkzibolunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68).
42. Avropa Məhkəməsi “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx.xx.2008-ci il tarixli qərarında isə qeyd etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq, əsaslı şübhədən kənar sübut standartları tətbiq edilir (§93).
43. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı).
44. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir.
45. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
46. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən ödənilmiş 100 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
V. Nəticə:
47. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı Cavabdeh MMC-yə qarşı “hərracın nəticələrinə dair yekun hərrac protokolunun ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməsin. İddia ərizəsi verilərkən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova