Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1607/2021 03.06.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyeva Aytən Heydər qızının sədrliyi, məhkəmə iclas katibi Kərimov İlkin Camal oğlunun katibliyi, iddiaçının nümayəndəsi Vəkil, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh "Cavabdeh” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı icarə müqaviləsi üzrə pul tələbinə dair kommersiya işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdeh "Cavabdeh” MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ƏDV daxil 67,728.94 (altımış yeddi min yeddi yüz iyirmi səkkiz manat, 94 qəpik) manat əsas borc, MM-nin 445.7-ci maddəsinə əsasən hesablanmış 775.44 (yeddi yüz yetmiş beş manat, 44 qəpik) manat faiz borcu, vəkilə ödənilmiş 7,200.00 (yeddi min iki yüz) manat ümumilikdə cəmi 75,704.38 (yetmiş beş min yeddi yüz dörd manat, 38 qəpik) manat pulun və 30 (otuz) manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, icarəyə verən İddiaçı MMC ilə icarəçi Cavabdeh MMC arasında 20 avqust 2020-ci il tarixli Hİ 020/0820 saylı icarə müqaviləsi və həmin müqaviləyə 3 ədəd əlavə imzalanmışdır. Bu müqaviləyə və müqaviləyə əlavələrə əsasən icarəyə verən istifadəsində olan texnikaları icarə məqsədilə icarəçinin müddətli istifadəsinə verməyi, icarəçi isə müqavilə və müqaviləyə əlavələrdə nəzərdə tutulmuş icarə haqqını icarəyə verənə ödəməyi öhdəsinə götürmüşdür. Tərəflər arasında imzalanmış müqavilənin 2.2. və 2.3.-cü bəndlərində qeyd olunmuşdur ki, “hər icarə ayının sonunda tərəflər arasında təhvil-təslim aktı tərtib olunur və imzalanır. Təhvil-təslim aktı təsdiq olunduqdan sonra icarəyə verən icarəçiyə hesab faktura təqdim edir. İçarəçi hesab fakturanı qəbul etdikdən sonra 30 gün ərzində bank köçürmə yolu ilə icarəyə verənə ödəniş edir.” İddiaçı müqavilə üzər öhdəliklərini tam şəkildə icra etmiş və hər icarə ayının sonunda tərəflərin səlahiyyətli nümayəndələri arasında təhvil-təslim Aktı imzalanmışdır. Təhvil-Təslim Aktında texnikanın işlədiyi dövr, aylıq icarə haqqı məbləği və s. öz əksini tapmışdır. Təhvil-Təslim Aktı imzalandıqdan sonra iddiaçı cavabdehə elektron qaimə göndərmiş və həmin qaimələr cavabdeh tərəfindən qəbul olunmuşdur. Beləliklə, tərəflər arasında imzalanmış müqaviləyə, təhvil-təslim aktlarına və cavabdehin təsdiq etdiyi elektron qaiməyə əsasən cavabdehin iddiaçı qarşısında 12,695.1 (on iki min altı yüz doxsan beş manat, 10 qəpik) manat ƏDV borcu, 70,528.33 (yetmiş min beş yüz iyirmi səkkiz manat, 33 qəpik) manat əsas borc olmaqla cəmi ƏDV daxil 83,223.43 (səksən üç min iki yüz iyirmi üç manat, 43 qəpik) manat borcu yaranmışdır. Cavabdeh isə müqavilə üzrə öhdəliklərini yerinə yetirməmişdir. Belə ki, borcun ödənilməsi ilə bağlı cavabdehə dəfələrlə şifahi və yazılı müarciət edilsə də, cavabdeh yalnız 06.01.2021-ci il tarixdə ƏDV borcundan 2,355.33 (iki min üç yüzəlli beş manat, 33 qəpik) manat, əsas borcundan 13,085.16 (on üç min səksən beş mant, 16 qəpik) manat olmaqla bank köçürmə yolu ilə İddiaçıya ƏDV daxil 15,440.49 (on beş min dörd yüz qırx manat, 49 qəpik) manat ödəniş etmişdir. Beləliklə, bu ödənişdən sonra cavabdehin iddiaçı qarşısında borcu 10,339.77 (on min üç yüz otuz doqquz manat, 77 qəpik ) manat ƏDV, 57,443.17 (əlli yeddi min dörd yüz qırx üç manat, 17 qəpik) manat əsas olmaqla ƏDV daxil 67,728.94 (altımış yeddi min yeddi yüz iyirmi səkkiz manat, 94 qəpik) manat təşkil edir. Cavabdehin iddiaçıya olan borcunun bir hissəsini ƏDV borcu təşkil edir. Cavabdeh bu borcu ödəməməklə dolayısı ilə dövlətə büdcəsinə də ziyan vurmuş olur. Belə ki, ƏDV dövlət büdcəsinə ödənilir, iddiaçı cavabdehdən borcunu ala bilmədiyi üçün həmin ƏDV-ni dövlət büdcəsinə ödəyə bilmir. Bundan əlavə cavabdehin İddiaçıya borcunu ödəməməsi, İddiaçı MMC-də məcburi dövlət sosial sığorta haqlarının, işçilərin əmək haqlarının, kommunal ödənişlərin və s. ödənilməsində böyük çətinlik yaratmış və MMC-nin fəaliyyətin mənfi təsir göstərmişdir. Yuxarıda qeyd olunduğu kimi cavabdeh icra etməli olduğu pul öhdəlyinin bir hissəsinin icrasını gecikdirmişdir. Azərbaycan Respublikasının Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən (bundan sonra Mülki Məcəllə) borclu gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Deməli cavabdeh borcun ümumi dəyərinin illik 5%-ni, yəni 775.44 (yeddi yüz yetmiş beş manat, 44 qəpik) manatı iddiaçıya ödəməlidir. Yuxarıda göstərilənlər bir daha sübut edir ki, iddiaçı müqavilələrdə göstərilən şərtlərə uyğun olaraq üzərinə götürdüyü öhdəliyi tam icra etmiş, lakin həmin müddətdən xeyli vaxt keçməsinə baxmayaraq cavabdeh müqavilə üzrə öz üzərinə götürdüyü öhdəliyə uyğun olaraq icarə haqqını ödəməmiş bununla da o, müqavilə şərtlərini, həmçinin qüvvədə olan mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Cavabdeh iddiaçıya ödəməli olduğu pulu vaxtında geri qaytarmamaqla həmin vəsaitdən yararlanmışdır. İddiaçının nümayəndəsi Vəkil məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X3 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək qeyd etmişdir ki, tərəf öhdəliyin icrasının gecikdirilməsi ilə bağlı illik beş faiz tələb edə bilməz, belə ki, icarəyə verən hesab fakturaları təqdim etməmişdir. Əlavə olaraq qeyd etmişdir ki, tərəflər arasında imzalanmış icarə müqaviləsində icarə haqqının aylarla hesablanması göstərilsə də, iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş, təhvil-təslim aktında icarə haqqı günlərlə hesablanmış, əlavə iş saatları üzrə də, əlavə məbləğ müəyyənləşdirilmişdir.Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia ərizəsini nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: İddiaçı MMC (icarəyə verən) ilə "Cavabdeh” MMC (icarəçi) arasında bağlanmış Hİ 020/0820 saylı, 20 avqust 2020-ci il tarixli icarə müqaviləsinə, eləcə də müqaviləyə əlavələrdə nəzərdə tutulmuş, ümumilikdə 8 ədəd icarə müqaviləsi obyektini müqavilə şərtləri çərçivəsində istifadə üçün icarəçiyə verməyi öhdəsinə götürmüş, icarəçi isə icarə haqqını müqavilə ilə müəyyən edilmiş müddətdə və qaydada ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.2 və 2.3-cü bəndlərinə əsasən, hər icarə ayının sonunda tərəflər arasında təhvil-təslim aktı tərtib olunur və imzalanır. Təhvil-təslim aktı təsdiq olunduqdan sonra, 5 (beş) iş günü ərzində icarəyə verən icarəçiyə hesab faktura təqdim edir. İcarəçi hesab fakturanı qəbul etdikdən sonra 30 (otuz) iş günü ərzində bank köçürmə yolu ilə icarəyə verənə ödəniş edir. Tərəflər arasında bağlanmış Hİ 020/0820 saylı, 20.08.2020-ci il tarixli icarə müqaviləsinə 20.08.2020-ci il tarixli 1 saylı əlavənin 1-ci bəndinən görünür ki, müqavilənin 1.1-ci bəndinə əsasən icarəyə verən, istifadəsində olan əlavə iki ədəd ekskavator yükləyicini-CAT 432 F markalı, 10 S 930 nömrəli texnika aylıq icarə haqqı 5.310,00 AZN, JCB 3CXSM markalı, 90 T 183 nömrəli texnika aylıq icarə haqqı 5.310,00 AZN olmaqla, icarəçinin Şəmkir şəhərində icrasını həyata keçirdiyi “Şəmkir şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması layihəsi” çərçivəsində icarə məqsədi ilə icarəçinin müddətli istifadəsinə verməyi, icarəçi isə bu müqavilə ilə nəzərdə tutulmuş icarə haqqını müəyyən edilmiş vaxtda və qaydada icarəyə verənə ödəmə öhdəliyi götürmüş, 01.10.2020-ci il tarixli 2 saylı əlavəyə əsasən müqavilənin 1.1-ci bəndində qeyd edilən JCB 3CXSMT4T markalı, Az 90-K-020 nömrəli texnika, JCB 3CX markalı, ** AB *** nömrəli texnika ilə əvəz edilmiş və icarə haqqı dəyişdirilməmiş, 14.10.2020-ci il tarixli, 3 saylı əlavənin 1-ci bəndindən aydın olur ki, müqavilənin 1.1-ci bəndinə əsasən, icarəyə verən, istifadəsində olan əlavə 6 ədəd texnikanı- CAT 432 F markalı 10 S 930 seriyalı texnikanın aylıq icarə haqqı 5.310,00 AZN, JCB 3CXSM markalı, 90 T 183 seriyalı texnikanın aylıq icarə haqqı 5.310,00 AZN, CAT 432F markalı 10 V 574 seriyalı texnikanın aylıq icarə haqqı 5.310,00 AZN, CAT 305 markalı, 10 X 134 seriyalı texnikanın aylıq icarə haqqı 4.720,00 AZN, JCB8055 markalı 10 V 417 seriyalı texnikanın aylıq icarə haqqı 4.720,00 AZN, JCB3CX markalı ** AB *** seriyalı texnikanın aylıq icarə haqqı 5.310,00 AZN olmaqla, icarəçinin Salyan şəhərində icrasını həyata keçirdiyi “Sabirabad və Salyan rayonlarında yerləşən qış otaqlarında meliorativ tədbirlərin aparılması layihəsi” çərçivəsində icarə məqsədilə icarəçinin müddətli istifadəsinə verməyi, icarəçi isə müqavilə ilə nəzərdə tutulmuş icarə haqqını müəyyən edilmiş vaxtda və qaydada icarəyə verənə ödəməyi öhdəsinə götürmüşdür. 05 oktyabr 2020-ci il tarixli, 20.08.2020-ci il tarixli Hİ020/0820 saylı müqaviləyə əsasən 2020-ci ilin avqust ayı ərzində İddiaçı MMC tərəfindən Cavabdeh MMC üçün görülmüş işlərin (göstərilmiş xidmətlərin) təhvil-təslim aktından görünür ki, 10 S 930 seriyalı, CAT 432 F markalı və 90 T 183 seriyalı, JCB3CXSM markalı texnikaların icarə haqqı ümumilikdə 1.137,90 AZN təşkil etmiş, akt hər iki tərəfin möhürü ilə təsdiq edilmişdir. 06 oktyabr 2020-ci il tarixli, 20.08.2020-ci il tarixli Hİ020/0820 saylı müqaviləyə əsasən 2020-ci ilin sentyabr ayı əzində İddiaçı MMC tərəfindən Cavabdeh MMC üçün görülmüş işlərin (göstərilmiş xidmətlərin) təhvil-təslim aktından görünür ki, 10 S 930 seriyalı CAT 432 F markalı, 90 T 183 seriyalı JCB3CXSM markalı, ** AB *** seriyalı, JCB3CX markalı, 90 K 020 seriyalı JCB3CXSM4T markalı, texnikaların icarə haqqı ümumilikdə 18.396,01 AZN təşkil etmiş, akt hər iki tərəfin möhürü ilə təsdiq edilmişdir. 06 noyabr 2020-ci il tarixli, 20.08.2020-ci il tarixli Hİ020/0820 saylı müqaviləyə əsasən 2020-ci il oktyabr ayı ərzində İddiaçı MMC tərəfindən Cavabdeh MMC üçün görülmüş işlərin (göstərilmiş xidmətlərin) təhvil-təslim aktından görünür ki, 10 S 930 seriyalı CAT 432F markalı, 90 T 183 seriyalı JCB3CXSM markalı, ** AB *** seriyalı JCB3CX markalı, ** AB *** seriyalı JCB3CX markalı, 10 V 574 seriyalı CAT 432F markalı, 10 X 134 seriyalı CAT 305 markalı, 10 V 417 seriyalı JCB 8055 markalı texnikaların icarə haqqı ümumilikdə 27.140,85 AZN təşkil etmiş, akt hər iki tərəfin möhürü ilə təsdiq edilmişdir. 03 dekabr 2020-ci il tarixli, 20.08.2020-ci il tarixli Hİ020/0820 saylı müqaviləyə əsasən 2020-ci il noyabr ayı ərzində İddiaçı MMC tərəfindən Cavabdeh MMC üçün Salyan layihəsində görülmüş işlərin (göstərilmiş xidmətlərin) təhvil-təslim aktından görünür ki, 10 S 930 seriyalı CAT 432F markalı, 90 T 183 seriyalı JCB3CXSM markalı, 10 V 574 seriyalı CAT 432 markalı, 10 X 134 seriyalı CAT305 markalı, 10 V 417 seriyalı JCB8055 markalı, ** AB *** seriyalı JCB3CX markalı texnikaların icarə haqqı ümumilikdə 26.876,54 AZN təşkil etmiş akt hər iki tərəfin möhürü ilə təsdiq edilmişdir. 03 dekabr 2020-ci il tarixli, 20.8.2020-ci il tarixli Hİ020/0820 saylı müqaviləyə əsasən 2020-ci il noyabr ayı ərzində İddiaçı MMC tərəfindən Cavabdeh MMC üçün Qazax layihəsində görülmüş işlərin (göstərilmiş xidmətlərin) təhvil-təslim aktından görünür ki, 2020-ci il noyabr ayı üçün ** AB *** seriyalı JCB3CX markalı və ** AB *** seriyalı JCB3CX markalı texnikaların icarə haqqı ümumilikdə 9.672,13 AZN təşkil etmiş, akt hər iki tərəfin möhürü ilə təsdiq edilmişdir. İş materiallarında olan iddiaçı tərəfindən cavabdehə göndərilmiş, 06.10.2020-ci il tarixli, 13.11.2020-ci il tarixli, 03.12.2020-ci il tarixli, 29.12.2020-ci il tarixli elektron qaimələrdən görünür ki, 20.08.2020-ci il tarixli Hİ020/0820 saylı müqavilə əsasında İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə iddiaçı tərəfindən görülmüş işlərin (göstərilmiş xidmətlərin) dəyərinin ödənilməsi barədə elektron qaimə göndərilmişdir.. 19 fevral 2021-ci il tarixli pretenziya məktubundan görünür ki, İddiaçı MMC cavabdeh "Cavabdeh” MMC-dən Hİ 020/0820 saylı, 20.08.2020-ci il tarixli icarə müqaviləsi üzrə yaranmış 67.728,94 (altımış yeddi min yeddi yüz iyirmi səkkiz) manat məbləğində borcun 2 gün ərzində ödənilməsini tələb etmiş əks halda məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icarə edilməməsi dedikdə onun pozulması və ya lazımınca icarə edilməməsi (vaxtında icarə edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icarə edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icarə edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Qeyd olunan müqaviləyə görə icarəyə verən icarə haqqının vaxtında ödənilməsini icarəçidən tələb etmə hüququ var. İcarəçi icarə haqqını müqavilə ilə müəyyən edilmiş müddətdə və qaydada ödəməyə borcludur. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçı ilə cavabdeh arasında Hİ 020/0820 saylı, 20.08.2020-cu il tarixli icarə müqaviləsi bağlanmış, müqaviləyə və ona edilmiş əlavələrə əsasən icarəyə verən icarə obyektlərini icarəçinin müddətli istifadəsinə verməyi, icarəçi isə bu müqavilə ilə nəzərdə tutulmuş icarə haqqını müəyyən edilmiş vaxtda və qaydada icarəyə verənə ödəməyi öhdəsinə götürmüşdür.İddiaçı ilə cavabdeh arasında bağlanmış icarə müqaviləsinə görə iddiaçı öhdəliyi yerinə yetirərək, müqavilə ilə nəzərdə tutulmuş texnikaları cavabdehin istifadəsinə vermiş, cavabdeh isə müqavilə üzrə öhdəlikləri tam yerinə yetirməmişdir. İş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində həmçinin gecikdirilmiş vaxt üçün illik beş faiz olaraq, 775.44 (yeddi yüz yetmiş beş manat, qırx dörd qəpik) manat tələb etmişdir. Məhkəmə hesab edir ki, iddiaçının qeyd olunan tələbi ilə bağlı sübut təqdim edilmədiyindən rədd edilməlidir. İddiaçının göstərilmiş hüquqi yardımla əlaqədar vəkilə ödənilmiş 7.200 manatın iddia ərizəsi üzrə tələb edilməsi barədə isə məhkəmə qeyd edir ki, iddia tələbi həmin hissədə qismən təmin olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Belə ki, iddiaçının nümayəndəsi ilə Vəkil arasında imzalanmış, hüquqi yardım haqqında 14-98 saylı müqavilədən aydın olur ki, hüquqi yardıma dair müqavilənin predmetində müqavilənin konkret olaraq hansı iş üzrə bağlanması dəqiqləşdirilməmişdir. Məhkəmə müqavilədə hüquqi yardımın yalnız Bakı Kommersiya Məhkəməsində baxılan sözügüdən işlə bağlı olması öz təsdiqini tapmamasını və qanunvericiliyin tələbini nəzərə alıb belə qənaətə gəlir ki, hüquqi yardım üzrə 7.200 manat iddia tələbi, 1.000 manat məbləğində təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, yuxarıda qeyd olunan qanunvericiliyin tələblərinə əsaslanaraq və işin hallarına məcmu halda qiymət verərək məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Hİ 020/0820 saylı, 20 avqust 2020-ci il tarixli icarə müqaviləsi üzrə əsas borc 67.728,94 manat (ƏDV daxil olmaqla), vəkilə ödənilmiş hüquqi yardım üzrə 1.000 manat və 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh MMC-dən tutularaq, İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Hİ 020/0820 saylı, 20 avqust 2020-ci il tarixli icarə müqaviləsi üzrə əsas borc 67.728,94 manat (ƏDV daxil olmaqla), vəkilin göstərdiyi yardıma görə 1.000 manat və ödənilmiş dövlət rüsumunun əvəzi 30 manat olmaqla, ümumilikdə 68.758,94 (altımış səkkiz min yeddi yüz əlli səkkiz manat, doxsan dörd qəpik) manat Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-1607/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1607/2021
03.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver