Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1618/2020 02.09.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi ilə, Zeynalova Leyla Afiq qızının katibliyi ilə, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, Ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər “xxxx” MMC və Ələkbərov Ceyhun Vəkil oğluna qarşı borc tələbinin ipotekaya yönəldilməsi tələbinə dair iddia ərizəsi üzrə işə Bakı şəhərində, Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər “xxxx” MMC və Ələkbərov Ceyhun Vəkil oğluna qarşı borc tələbinin ipotekaya yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il 2(103)-232/2019 saylı qətnaməsi ilə qət olunan , Ali Məhkəmənin xx.xx.2019-cu il tarixli 2(102)-5217/19 saylı qərarı ilə təsdiq olunan “xxxx” MMC-nin ləğv prosesində olan “xxxx” ASC-yə olan 65355,25 avro əsas borc, 14482,65 avro faiz borcu və 1000 avro cərimə olmaqla cəmi 80837,90 avro məbləğində borcunun “xxxx” MMC-nin mülkiyyətində olan AZ-10-D-721 dövlət qeydiyyat nişanlı, 2006-cı il buraxılışlı, sarı rəngli “Katarpillar 330D” markalı ekskavatora (kapitallar №00487), AZ-10-D-722 dövlət qeydiyyat nişanlı, 2006-cı il buraxılışlı, sarı rəngli “Katarpillar 330D” markalı ekskavatora (kapitallar №00982), AZ-10-D-726 dövlət qeydiyyat nişanlı, 1999-cu il buraxılışlı sarı rəngli “Katarpillar D8N” markalı buldozerə (kapitallar №9TC04473) və Ələkbərov Ceyhun Vəkil oğlunun mülkiyyətindəki AZ-26-T-039 dövlət qeydiyyat nişanlı, 1999-cu il buraxılışlı sarı rəngli “Katarpillar D8L” markalı buldozerə (kapitallar №53Y3901) yönəldilməsi,həmin əmlakların açıq hərracdan satılması və borcun “xxxx” MMC-nin mülkiyyətində olan AZ-10-D-721 dövlət qeydiyyat nişanlı, 2006-cı il buraxılışlı, sarı rəngli “Katarpillar 330D” markalı ekskavatora (kapitallar №00487), AZ-10- D-722 dövlət qeydiyyat nişanlı, 2006-cı il buraxılışlı, sarı rəngli “Katarpillar 330D” markalı ekskavatora (kapitallar №00982), AZ-10-D-726 dövlət qeydiyyat nişanlı, 1999-cu il buraxılışlı sarı rəngli “Katarpillar D8N” markalı buldozerə (kapitallar №9TC04473) və Ələkbərov Ceyhun Vəkil oğlunun mülkiyyətindəki AZ-26-T-039 dövlət qeydiyyat nişanlı, 1999-cu il buraxılışlı sarı rəngli “Katarpillar D8L” markalı buldozerin (kapitallar №53Y3901) hərracdan satışından əldə olunan vəsait hesabına ləğv prosesində olan «xxxx» ASC-yə ödənilməsi, satışdan əldə olunan vəsait qətnamənin icrasına kifayət etmədikdə qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(001)-10256/2016 saylı qətnaməsi ilə iddia ərizəsi qismən təmin olunmuş, cavabdeh “xxxx” MMC-dən xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə 65355,25 avro məbləğində əsas borc, 21875,87 avro məbləğində faiz borcu və 1000 avro məbləğində cərimə borcu olmaqla, ümumilikdə 88231,12 avro məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə tutulması, tutmanın “xxxx” MMC-nin mülkiyyətində olan AZ-10-D-721 dövlət qeydiyyat nişanlı, 2006-cı il buraxılışlı, sarı rəngli “Katarpillar 330D” markalı ekskavatora (kapitallar №00487), AZ10-D-722 dövlət qeydiyyat nişanlı, 2006-cı il buraxılışlı, sarı rəngli “Katarpillar 330D” markalı ekskavatora (kapitallar №00982), AZ-10-D-726 dövlət qeydiyyat nişanlı, 1999-cu il buraxılışlı sarı rəngli “Katarpillar D8N” markalı buldozerə (kapitallar №9TC04473) və Ələkbərov Ceyhun Vəkil oğlunun mülkiyyətindəki AZ-26-T-039 dövlət qeydiyyat nişanlı, 1999-cu il buraxılışlı sarı rəngli “Katarpillar D8L” markalı buldozerə (kapitallar №53Y3901) yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılması, əmlak satışından əldə olunmuş vəsaitdən iddiaçıya olan borcun ödənilməsi, əmlakların satışından əldə olunmuş vəsaitin qətnamənin icrasına kifayət etmədiyi halda borcun qalan hissəsinin ümumi qaydada cavabdeh “xxxx” MMC-dən tutulması qət olunmuş, iddia qalan hissədə təmin olunmamışdır. Bakı Apelyasiya Məhkəməsi MK-nın xx.xx.2019-cu il tarixl, 2(103)-232/2019 saylı qərardadı ilə cavabdeh “xxxx” MMC tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(001)-10256/16 saylı qətnaməsi qismən- “tutma “xxxx” MMC-nin mülkiyyətində olan AZ-10-D-721 dövlət qeydiyyat nişanlı, 2006-cı il buraxılışlı, sarı rəngli “Katarpillar 330D” markalı ekskavatora (kapitallar №00487), AZ-10-D-722 dövlət qeydiyyat nişanlı, 2006-cı il buraxılışlı, sarı rəngli “Katarpillar 330D” markalı ekskavatora (kapitallar №00982), AZ-10-D-726 dövlət qeydiyyat nişanlı, 1999-cu il buraxılışlı sarı rəngli “Katarpillar D8L” markalı buldozerə (kapitallar №9TC04473) yönəldilsin. Həmin əmlaklar açıq hərracda satılsın.” hissələrində ləğv edilmiş, iddia ərizəsi qeyd edilən tələblərlə bağlı hissədə baxılmamış saxlanılmışdır. Bakı Apelyasiya Məhkəməsi MK-nın xx.xx.2019-cu il tarixli, 2(103)-232/2019 saylı qətnaməsi ilə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(001)-10256/2016 saylı qətnaməsi faizlərin tutulması hissəsində ləğv edilərək, iddianın həmin hissədə qismən təmin olunması, cavabdeh “xxxx” MMC-dən iddiaçı “xxxx” ASC-nin xeyrinə faizlərə görə 14482,65 avro pul vəsaitinin tutulması, məhkəmə xərcinin cavabdeh “xxxx” MMC-yə aid edilməsi, cavabdehdən 145 manatın tutularaq Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməsi, qətnamənin yoxlanılan qalan hissədə apelyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılması qət edilmişdir. İddiaçı “xxxx” ASC kassasiya şikayəti verərək Bakı Apelyasiya Məhkəməsi MK-nın xx.xx.2019-cu il tarixli, 2(103)-232/2019 saylı qətnaməsinin ləğv edilməsi, iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(102)-5217/2019 saylı qərarı ilə bankın kassasiya şikayəti təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(103)-232/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, müvafiq qətnamələrlə cavabdehin borc məbləği müəyyən olunsa da ipoteka predmetinə tutma yönəldilməsi mümkün olmamışdır. Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(103)-232/2019 saylı qətnaməsi ilə “xxxx” MMC-nin banka 65355,25 avro əsas borc, 14482,65 avro faiz borcu və 1000 avro cərimə borcu olmaqla cəmi 80837,90 avro borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq “xxxx” MMC borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən, qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehlərə bildiriş verilmişdir. Eyni zamanda ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq cavabdeh bildirişə münasibətini bildirmir. «İpoteka Haqqında» Azərbaycan Respublikasının Qanununun 34.1.1-34.1.3-cü bəndələrində əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dədə pozulması, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtin yerinə yetirilməməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi anı kimi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Mülki Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Mülki Məcəllənin 448.1-ci maddəsinə görə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 21-ci maddəsinə görə isə hüququ pozulmuş şəxsin ona vurulmuş zərərin (real zərər və əldən çıxmış faydanın) əvəzinin tam ödənilməsini tələb etmək hüququ vardır. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 501-ci maddəsinə əsasən kreditor öz arzusu ilə istənilən borcludan həm tam, həm də hissə-hissə icranı tələb edə bilər. Mülki Məcəllənin 317.1- ci maddəsinə əsasən əgər borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. «İpoteka Haqqında» Azərbaycan Respublikasının Qanununun 4-cü maddəsinə görə ipoteka saxlayanın tələbi əsas borc, faizlər, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi də daxil olmaqla tam həcmdə təmin edilir. Həmin qanunun 39.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Tərəflər arasında imzalanmış və notarial qaydada təsdiq olunmuş ipoteka müqaviləsində ipoteka predmetinin dəyəri tərəflər arasında qarşılıqlı razılaşmaya əsasən müəyyən olunmuşdur. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 172.3-cü maddəsinə və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinə əsasən ipoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbinin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Belə işlərə məhkəmə ərizənin daxil olduğu gündən bir ay müddətində baxır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.3.1-ci maddəsinin tələblərinə görə yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olarsa ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o, satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyi üçün bu öhdəliyin icrasını təmin etmək məqsədilə ipoteka predmeti olan əmlaka tutma yönəldilməli, həmin əmlak hərracda satılmalı və onun satışından əldə edilmiş pul vəsaiti borcun əvəzinə yönəldilməlidir. Məlum olduğu kimi, Azərbaycan Respublikası Maliyyə X1 xx xxxxxx 2017-ci il tarixli 49 saylı qərarı ilə “xxxx” ASC-nin lisenziyası ləğv edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 27 dekabr tarixli 2- 1(103) - 3194/2017 saylı qərarı ilə “xxxx” ASC müflis elan edilmiş, Əmanətlərin Sığortalanması Fondu “xxxx” ASC-nin ləğvedicisi təyin edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İş üzrə cavabdehin nümayəndəsinin üzrlü səbəblərdən məhkəmə iclasına gəlmədiyinə dair hər hansı bir hallar müəyyən olunmadığına görə və onun gəlməməsi işə baxılmasına mane olmadığından, məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəni və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasənqismən təmin edilməlidir. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(001)-10256/2016 saylı qətnaməsi ilə iddia ərizəsi qismən təmin olunmuş, cavabdeh “xxxx” MMC-dən xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə 65355,25 avro məbləğində əsas borc, 21875,87 avro məbləğində faiz borcu və 1000 avro məbləğində cərimə borcu olmaqla, ümumilikdə 88231,12 avro məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə tutulması, tutmanın “xxxx” MMC-nin mülkiyyətində olan AZ-10-D-721 dövlət qeydiyyat nişanlı, 2006-cı il buraxılışlı, sarı rəngli “Katarpillar 330D” markalı ekskavatora (kapitallar №00487), AZ10-D-722 dövlət qeydiyyat nişanlı, 2006-cı il buraxılışlı, sarı rəngli “Katarpillar 330D” markalı ekskavatora (kapitallar №00982), AZ-10- D-726 dövlət qeydiyyat nişanlı, 1999-cu il buraxılışlı sarı rəngli “Katarpillar D8N” markalı buldozerə (kapitallar №9TC04473) və Ələkbərov Ceyhun Vəkil oğlunun mülkiyyətindəki AZ-26-T-039 dövlət qeydiyyat nişanlı, 1999-cu il buraxılışlı sarı rəngli “Katarpillar D8L” markalı buldozerə (kapitallar №53Y3901) yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılması, əmlak satışından əldə olunmuş vəsaitdən iddiaçıya olan borcun ödənilməsi, əmlakların satışından əldə olunmuş vəsaitin qətnamənin icrasına kifayət etmədiyi halda borcun qalan hissəsinin ümumi qaydada cavabdeh “xxxx” MMC-dən tutulması qət olunmuş, iddia qalan hissədə təmin olunmamışdır. Bakı Apelyasiya Məhkəməsi MK-nın xx.xx.2019-cu il tarixli, 2(103)-232/2019 saylı qətnaməsi ilə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(001)- 10256/2016 saylı qətnaməsi faizlərin tutulması hissəsində ləğv edilərək, iddianın həmin hissədə qismən təmin olunması, cavabdeh “xxxx” MMC-dən iddiaçı “xxxx” ASC-nin xeyrinə faizlərə görə 14482,65 avro pul vəsaitinin tutulması, məhkəmə xərcinin cavabdeh “xxxx” MMC-yə aid edilməsi, cavabdehdən 145 manatın tutularaq Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməsi, qətnamənin yoxlanılan qalan hissədə apelyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılması qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixl, 2(103)-232/2019 saylı qərardadı ilə cavabdeh “xxxx” MMC tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(001)- 10256/16 saylı qətnaməsi qismən- “tutma “xxxx” MMC-nin mülkiyyətində olan AZ-10-D- 721 dövlət qeydiyyat nişanlı, 2006-cı il buraxılışlı, sarı rəngli “Katarpillar 330D” markalı ekskavatora (kapitallar №00487), AZ-10-D-722 dövlət qeydiyyat nişanlı, 2006-cı il buraxılışlı, sarı rəngli “Katarpillar 330D” markalı ekskavatora (kapitallar №00982), AZ-10- D-726 dövlət qeydiyyat nişanlı, 1999-cu il buraxılışlı sarı rəngli “Katarpillar D8L” markalı buldozerə (kapitallar №9TC04473) yönəldilsin. Həmin əmlaklar açıq hərracda satılsın.” hissələrində ləğv edilmiş, iddia ərizəsi qeyd edilən tələblərlə bağlı hissədə baxılmamış saxlanılmışdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(102)- 5217/2019 saylı qərarı ilə bankın kassasiya şikayəti təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(103)-232/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. xx.xx.2013-cü il tarixli İP1-02\0-AYİB nömrəli ipoteka müqaviləsinə əsasən, “İpoteka qoyan” “xxxx” MMC 02\0-AYİB nömrəli xx.xx.2013-cü il tarixli kredit müqaviləsi (bundan sonra Kredit müqaviləsi adlandırılacaqdır) üzrə öhdəliklərinin təminatı olaraq Ələkbərov Ceyhun Vəkil oğlunun mülkiyyətindəki AZ-26-T-039 dövlət qeydiyyat nişanlı, 1999-cu il buraxılışlı sarı rəngli “Katarpillar D8L” markalı buldozeri (kapitallar №53Y3901) (bundan sonra “ipoteka predmeti” adlandırılacaqdır) “ipoteka saxlayana” “xxxx” ASC-yə ipotekaya verir. Bu müqavilə ilə 171000 EURO təşkil edən kredit məbləğinin 36 ay müddətinə ilk 12 ay 15 faiz , növbəti 24 ay 19 faiz olan öhdəliklər təmin edilir. xx.xx.2013-cü il tarixli İP2-02\0-AYİB nömrəli ipoteka müqaviləsinə əsasən, “İpoteka qoyan” “xxxx” MMC 02\0-AYİB nömrəli xx.xx.2013-cü il tarixli kredit müqaviləsi (bundan sonra Kredit müqaviləsi adlandırılacaqdır) üzrə öhdəliklərinin təminatı olaraq “xxxx” MMCyə məxsus olan AZ-10-D-722 dövlət qeydiyyat nişanlı, 2006-cı il buraxılışlı, sarı rəngli “Katarpillar 330D” markalı ekskavatoru (kapitallar №00982), (bundan sonra “ipoteka predmeti” adlandırılacaqdır) “ipoteka saxlayana” ipotekaya verir. Bu müqavilə ilə 171000 EURO təşkil edən kredit məbləğinin 36 ay müddətinə ilk 12 ay 15 faiz , növbəti 24 ay 19 faiz olan öhdəliklər təmin edilir. xx.xx.2013-cü il tarixli İP3-02\0-AYİB nömrəli ipoteka müqaviləsinə əsasən, “İpoteka qoyan” “xxxx” MMC 02\0-AYİB nömrəli xx.xx.2013-cü il tarixli kredit müqaviləsi (bundan sonra Kredit müqaviləsi adlandırılacaqdır) üzrə öhdəliklərinin təminatı olaraq “xxxx” MMCyə məxsus olan AZ-10-D-726 dövlət qeydiyyat nişanlı, 1999-cu il buraxılışlı sarı rəngli “Katarpillar D8N” markalı buldozeri (kapitallar №9TC04473) (bundan sonra “ipoteka predmeti” adlandırılacaqdır) “ipoteka saxlayana” ipotekaya verir. Bu müqavilə ilə 171000 EURO təşkil edən kredit məbləğinin 36 ay müddətinə ilk 12 ay 15 faiz , növbəti 24 ay 19 faiz olan öhdəliklər təmin edilir. xx.xx.2013-cü il tarixli İP4-02\0-AYİB nömrəli ipoteka müqaviləsinə əsasən, “İpoteka qoyan” “xxxx” MMC 02\0-AYİB nömrəli xx.xx.2013-cü il tarixli kredit müqaviləsi (bundan sonra Kredit müqaviləsi adlandırılacaqdır) üzrə öhdəliklərinin təminatı olaraq “xxxx” MMCyə məxsus olan AZ-10-D-721 dövlət qeydiyyat nişanlı, 2006-cı il buraxılışlı, sarı rəngli “Katarpillar 330D” markalı ekskavatoru (kapitallar №00487) (bundan sonra “ipoteka predmeti” adlandırılacaqdır) “ipoteka saxlayana” ipotekaya verir. Bu müqavilə ilə 171000 EURO təşkil edən kredit məbləğinin 36 ay müddətinə ilk 12 ay 15 faiz , növbəti 24 ay 19 faiz olan öhdəliklər təmin edilir. xx xxxxxx 2013-cü il tarixli 000259 saylı “İpoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən” Çıxarışdan görünür ki, xx.xx.2013-cü il tarixli İP1-02\0-AYİB nömrəli ipoteka müqaviləsi üzrə Ələkbərov Ceyhun Vəkil oğlunun mülkiyyət hüququ ilə ona məxsus olan AZ-26-T-039 dövlət qeydiyyat nişanlı, 1999-cu il buraxılışlı, sarı rəngli “Katarpillar D8L” markalı, şassi №53Y3901 buldozer “xxxx” ASC-nin adına ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. 31 yanvar 2013-cü il tarixli 000252 saylı “İpoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən” Çıxarışdan görünür ki, xx.xx.2013-cü il tarixli İP2-02\0-AYİB nömrəli ipoteka müqaviləsi üzrə “xxxx” MMC-yə məxsus olan AZ-10-D-722 dövlət qeydiyyat nişanlı, 2006-cı il buraxılışlı, sarı rəngli “Katarpillar 330D” markalı şassi №00982 ekskavator “xxxx” ASC-nin adına ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. 31 yanvar 2013-cü il tarixli 000250 saylı “İpoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən” Çıxarışdan görünür ki, xx.xx.2013-cü il tarixli İP3-02\0-AYİB nömrəli ipoteka müqaviləsi üzrə “xxxx” MMC-yə məxsus olan AZ-10-D-726 dövlət qeydiyyat nişanlı, 1999-cu il buraxılışlı sarı rəngli “Katarpillar D8N” markalı, №9TC04473 buldozer “xxxx” ASC-nin adına ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. 31 yanvar 2013-cü il tarixli 000251 saylı “İpoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən” Çıxarışdan görünür ki, xx.xx.2013-cü il tarixli İP4-02\0-AYİB nömrəli ipoteka müqaviləsi üzrə “xxxx” MMC-yə məxsus olan AZ-10-D-721 dövlət qeydiyyat nişanlı, 2006-cı il buraxılışlı, sarı rəngli “Katarpillar 330D” markalı, şassi №00487 ekskavator “xxxx” ASC-nin adına ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. Kredit borcunun ödənilməsinə və ipoteka predmetinə tutma yönəldilməsinə dair “xxxx” MMC-yə göndərilmiş bildiriş Binəqədi rayonu, keçid 1410 mkr, ev 15\2 m 89 ünvanında belə bir şirkət olmadığı , Ələkbərov Ceyhun Vəkil oğluna göndərilmiş bildiriş Xocalı şəhərinin işğal altında olması qeyd olunaraq akt tərtib edilmişdir. AR MM-nin 279-cu maddəsinə görə əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktik təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanılması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. AR MM-nin 295-ci maddəsinə görə girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. “İpoteka haqqında” AR Qanununun 34.1.1-ci maddəsinə görə əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka predmetinə tutmanın yönəldilməsi üçün əsasdır. “İpoteka haqqında” AR Qanununun 39.1-ci maddəsinə görə ipoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbinin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Belə işlərə məhkəmə ərizənin daxil olduğu gündən 1 ay müddətində baxır. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunun 39.3.3-cü maddəsinə əsasən Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəllənin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Məhkəmə tələbin ipoteka predmetləri olan “xxxx” MMC-nin mülkiyyətində olan AZ- 10-D-721 dövlət qeydiyyat nişanlı, 2006-cı il buraxılışlı, sarı rəngli “Katarpillar 330D” markalı ekskavatora (kapitallar №00487), AZ-10-D-722 dövlət qeydiyyat nişanlı, 2006-cı il buraxılışlı, sarı rəngli “Katarpillar 330D” markalı ekskavatora (kapitallar №00982), AZ-10- D-726 dövlət qeydiyyat nişanlı, 1999-cu il buraxılışlı sarı rəngli “Katarpillar D8N” markalı buldozerə (kapitallar №9TC04473) yönəldilməsi, hərracda satılması və onların satışından əldə olunmuş pul vəsaiti hesabına cavabdeh “xxxx” MMC-nin xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə borcun ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi əsaslıdır. Məhkəmə tələbin ipoteka predmeti olan Ələkbərov Ceyhun Vəkil oğlunun mülkiyyətindəki AZ-26-T-039 dövlət qeydiyyat nişanlı, 1999-cu il buraxılışlı sarı rəngli “Katarpillar D8L” markalı buldozerə (kapitallar №53Y3901) yönəldilməsi, hərracda satılması və onların satışından əldə olunmuş pul vəsaiti hesabına cavabdeh “xxxx” MMCnin xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə borcun ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi ilə bağlı məhkəmə tərəfindən qiymət verildiyindən və bu mübahisələndirilmədiyindən həmin hissədə iş üzrə icraata xitam verilməlidir. Belə ki, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(001)- 10256/2016 saylı qətnaməsi ilə cavabdeh “xxxx” MMC-dən xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə 65355,25 avro məbləğində əsas borc, 21875,87 avro məbləğində faiz borcu və 1000 avro məbləğində cərimə borcu olmaqla, ümumilikdə 88231,12 avro məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə tutulması, tutmanın “xxxx” MMC-nin mülkiyyətində olan AZ-10-D-721 dövlət qeydiyyat nişanlı, 2006cı il buraxılışlı, sarı rəngli “Katarpillar 330D” markalı ekskavatora (kapitallar №00487), AZ10-D-722 dövlət qeydiyyat nişanlı, 2006-cı il buraxılışlı, sarı rəngli “Katarpillar 330D” markalı ekskavatora (kapitallar №00982), AZ-10-D-726 dövlət qeydiyyat nişanlı, 1999-cu il buraxılışlı sarı rəngli “Katarpillar D8N” markalı buldozerə (kapitallar №9TC04473) və Ələkbərov Ceyhun Vəkil oğlunun mülkiyyətindəki AZ-26-T-039 dövlət qeydiyyat nişanlı, 1999-cu il buraxılışlı sarı rəngli “Katarpillar D8L” markalı buldozerə (kapitallar №53Y3901) yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılması, əmlak satışından əldə olunmuş vəsaitdən iddiaçıya olan borcun ödənilməsi, əmlakların satışından əldə olunmuş vəsaitin qətnamənin icrasına kifayət etmədiyi halda borcun qalan hissəsinin ümumi qaydada cavabdeh “xxxx” MMC-dən tutulması qət olunmuş, iddia qalan hissədə təmin olunmamış, Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixl, 2(103)-232/2019 saylı qərardadı ilə cavabdeh “xxxx” MMC tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(001)-10256/16 saylı qətnaməsi qismən- “tutma “xxxx” MMC-nin mülkiyyətində olan AZ-10-D-721 dövlət qeydiyyat nişanlı, 2006-cı il buraxılışlı, sarı rəngli “Katarpillar 330D” markalı ekskavatora (kapitallar №00487), AZ-10-D-722 dövlət qeydiyyat nişanlı, 2006-cı il buraxılışlı, sarı rəngli “Katarpillar 330D” markalı ekskavatora (kapitallar №00982), AZ-10-D-726 dövlət qeydiyyat nişanlı, 1999-cu il buraxılışlı sarı rəngli “Katarpillar D8L” markalı buldozerə (kapitallar №9TC04473) yönəldilsin. Həmin əmlaklar açıq hərracda satılsın.” hissələrində ləğv edilmiş, iddia ərizəsi qeyd edilən tələblərlə bağlı hissədə baxılmamış saxlanılmış, Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(102)-5217/2019 saylı qərarı ilə bankın kassasiya şikayəti təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(103)-232/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddia tələbinin satışdan əldə olunan vəsait qətnamənin icrasına kifayət etmədikdə qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsinə münasibətdə məhkəmə qeyd edir ki, borcun tutulmasının cavabdehin əmlakına yönəldilməsi yalnız məhkəmə qətnaməsinin icrası mərhələsində “İcra haqqında” qanunun tələblərinə uyğun olaraq keçirilə bilər. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 43.1-ci maddəsinə görə borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbirlərindən biridir. Qeyd edilən tələb qətnamənin icra mərhələsi ilə bağlı olduğundan həmin hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. “xxxx” MMC-nin mülkiyyətində olan AZ-10-D-721 dövlət qeydiyyat nişanlı, 2006-cı il buraxılışlı, sarı rəngli “Katarpillar 330D” markalı ekskavatora (kapitallar №00487), AZ-10- D-722 dövlət qeydiyyat nişanlı, 2006-cı il buraxılışlı, sarı rəngli “Katarpillar 330D” markalı ekskavatora (kapitallar №00982), AZ-10-D-726 dövlət qeydiyyat nişanlı, 1999-cu il buraxılışlı sarı rəngli “Katarpillar D8N” markalı buldozerə (kapitallar №9TC04473) tutma yönəldilsin,həmin əmlakların açıq hərracdan satılsın və “xxxx” MMC-nin ləğv prosesində olan “xxxx” ASC-yə olan 65355,25 avro əsas borc, 14482,65 avro faiz borcu və 1000 avro cərimə olmaqla cəmi 80837,90 avro məbləğində borcun “xxxx” MMC-nin mülkiyyətində olan AZ-10-D-721 dövlət qeydiyyat nişanlı, 2006-cı il buraxılışlı, sarı rəngli “Katarpillar 330D” markalı ekskavatorın (kapitallar №00487), AZ-10-D-722 dövlət qeydiyyat nişanlı, 2006-cı il buraxılışlı, sarı rəngli “Katarpillar 330D” markalı ekskavatorun (kapitallar №00982), AZ-10-D-726 dövlət qeydiyyat nişanlı, 1999-cu il buraxılışlı sarı rəngli “Katarpillar D8N” markalı buldozerin (kapitallar №9TC04473) hərracdan satışından əldə olunan vəsait hesabına ləğv prosesində olan «xxxx» ASC-yə ödənilsin. İddia qalan hisssədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-1618/2020
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1618/2020
02.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver