Məhkəmə qərarları › İş №e-2-2(113)-162/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-162/2022

22.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-162/2022 22.12.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi ilə, Məhkəmə iclas katibi Qasımov Fərid Fərzalı oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3, Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil3 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 Qapalı Səhmdar Cəmiyyətinə, Cavabdeh3 və Cavabdeh2 qarşı cavabdehlərdən 12 aprel 2019-cu il tarixli, RB/KM-1231 saylı Kredit müqaviləsi üzrə kreditə görə 170490,77 ABŞ dolları, faiz borcuna görə 3536,22 ABŞ dolları, dəbbə borcuna görə 64000 ABŞ dolları, cəmi 238026,99 ABŞ dollarının, xx.xx.2020-ci il tarixli, RB/KM-1314 saylı Kredit müqaviləsi üzrə kreditə görə 200000 ABŞ dolları, faiz borcuna görə 7348,38 ABŞ dolları, dəbbə borcuna görə 40000 ABŞ dolları, cəmi 247348,38 ABŞ dollarının, xx.xx.2020-ci il tarixli, RB/KM-1319 saylı Kredit müqaviləsi üzrə kreditə görə 600000 ABŞ dolları, faiz borcuna görə 22500,14 ABŞ dolları, dəbbə borcuna görə 12103,32 ABŞ dolları, cəmi 634603,46 ABŞ dollarının və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehlərə qarşı cavabdehlərdən 12 aprel 2019-cu il tarixli, RB/KM-1231 saylı Kredit müqaviləsi üzrə kreditə görə 170490,77 ABŞ dolları, faiz borcuna görə 3536,22 ABŞ dolları, dəbbə borcuna görə 64000 ABŞ dolları, cəmi 238026,99 ABŞ dollarının, xx.xx.2020-ci il tarixli, RB/KM-1314 saylı Kredit müqaviləsi üzrə kreditə görə 200000 ABŞ dolları, faiz borcuna görə 7348,38 ABŞ dolları, dəbbə borcuna görə 40000 ABŞ dolları, cəmi 247348,38 ABŞ dollarının, xx.xx.2020-ci il tarixli, RB/KM-1319 saylı Kredit müqaviləsi üzrə kreditə görə 600000 ABŞ dolları, faiz borcuna görə 22500,14 ABŞ dolları, dəbbə borcuna görə 12103,32 ABŞ dolları, cəmi 634603,46 ABŞ dollarının və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh1 Qapalı Səhmdar Cəmiyyəti arasında bağlanmış 12 aprel 2019-cu il tarixli, RB/KM-1231 saylı kredit müqaviləsinə əsasən illik 5 (beş) % faiz dərəcəsi olmaqla 12 ay müddətinə 320000 ABŞ dolları məbləğində Cavabdeh1 Qapalı Səhmdar Cəmiyyətinə kredit verilmişdir. 12 aprel 2019-cu il tarixli, RB/KM-1231 saylı kredit müqaviləsi və zaminlik üzrə tərəflər arasında öhdəliklərin icrası müddəti cavabdehlərin xahiş əsasında xx.xx.2020-ci il tarixindən xx.xx.2021-ci il tarixlərinədək uzadılaraq son icra müddətin sonu göstərilmişdir. Sözügedən kredit müqaviləsi üzrə faiz dərəcəsi isə illik 5 % olduğundan müqavilə müddətinin sonu ilə məhdudlaşmır və əsas öhdəliklər tam icra edilənə qədər hesablanır. 12 aprel 2019-cu il tarixli, RB/KM-1231 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi cavabdeh X10 və Cavabdeh2 ilə İddiaçı ASC arasında 12 aprel 2019-cu il tarixli, RB/KM1231 saylı Zaminlik müqavilələri bağlanmışdır. Həmin müqavilənin şərtlərinə görə zamin və borclu 12 aprel 2019-cu il tarixli, RB/KM-1231 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasına görə birgə məsuliyyət daşıyırlar. Bundan başqa iddiaçı ilə Cavabdeh1 Qapalı Səhmdar Cəmiyyəti arasında xx.xx.2020-ci il tarixli, RB/KM- 1314 saylı kredit müqaviləsi imzalanmış və Cavabdeh1 Qapalı Səhmdar Cəmiyyətinə illik 5 (beş) % faiz dərəcəsi olmaqla 1 (bir) ay müddətinə 200000 ABŞ dolları məbləğində kredit verilmişdir. xx.xx.2020-ci il tarixli, RB/KM-1314 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi cavabdeh X10 ilə İddiaçı ASC arasında xx.xx.2020ci il tarixli, RB/KM-1314 saylı Zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilənin şərtlərinə görə zamin və borclu xx.xx.2020-ci il tarixli, RB/KM-1314 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasına görə birgə məsuliyyət daşıyırlar. Daha sonra iddiaçı ilə Cavabdeh1 Qapalı Səhmdar Cəmiyyəti arasında xx.xx.2020-ci il tarixli, RB/KM-1319 saylı kredit müqaviləsi imzalanmış və Cavabdeh1 Qapalı Səhmdar Cəmiyyətinə illik 5 (beş) % faiz dərəcəsi olmaqla 3 (üç) ay müddətinə 600000 ABŞ dolları məbləğində kredit verilmişdir. xx.xx.2020-ci il tarixli, RB/KM-1319 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi cavabdeh X10 ilə İddiaçı ASC arasında xx.xx.2020ci il tarixli, RB/KM-1319 saylı Zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilənin şərtlərinə görə zamin və borclu xx.xx.2020-ci il tarixli, RB/KM-1319 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasına görə birgə məsuliyyət daşıyırlar. X1 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. xx.xx.2021-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən onun varisi Cavabdeh3dur. Odur ki, hal-hazırda Cavabdeh3 atasının əvəzinə cavabdeh kimi işə cəlb edilmişdir. Hər üç kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh1 Qapalı Səhmdar Cəmiyyəti kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə cavabdehlərə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilmələrinə baxmayaraq Cavabdeh1 Qapalı Səhmdar Cəmiyyəti öhdəliklərinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. 05 may 2021-ci il tarixinə olan maliyyə arayışına əsasən Cavabdeh1 Qapalı Səhmdar Cəmiyyətinin 12 aprel 2019-cu il tarixli, RB/KM-1231 saylı kredit müqaviləsi üzrə borcunun məbləği kreditə görə 170490,77 ABŞ dolları, faiz borcuna görə 3536,22 ABŞ dolları, dəbbə borcuna görə 64000 ABŞ dolları, borcun cəmi məbləği 238026,99 ABŞ dolları, xx.xx.2020-ci il tarixli, RB/KM-1314 saylı kredit müqaviləsi üzrə borcunun məbləği kreditə görə 200000 ABŞ dolları, faiz borcuna görə 7348,38 ABŞ dolları, dəbbə borcuna görə 40000 ABŞ dolları, borcun cəmi məbləği 247348,38 ABŞ dolları, xx.xx.2020-ci il tarixli, RB/KM-1319saylı kredit müqaviləsi üzrə borcunun məbləği kreditə görə 600000 ABŞ dolları, faiz borcuna görə 22500,14 ABŞ dolları, dəbbə borcuna görə 12103,32 ABŞ dolları, borcun cəmi məbləği 634603,46 ABŞ dolları təşkil edir. Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil3 məhkəməyə iddia ərizəsinə etiraz təqdim edərək, etirazını onunla əsaslandırmışdır ki, xx.xx.2019-cu il tarixli, RB/KM-1231 saylı zaminlik müqaviləsinə münasibətdə iddia ərizəsi və iş materialları ilə tanış olarkən məlum olmuşdur ki, "Rabitəbank” ASC və "Bakı OTİS Lift” QSC arasında bağlanmış xx.xx.2019cu il tarixli, RB/KM-1231 saylı «Kredit müqaviləsi»nə əsasən illik 5% olmaqla 320.000,0 ABŞ dolları məbləğində pul vəsaiti 12 ay müddətinə borcluya kredit verilib. Həmin müqavilənin icrasının təmini üsulu kimi borclu şirkətin təsisçiləri - X10 və Cavabdeh2 ilə eyni tarixli və eyni saylı Zaminlik Müqaviləsi də bağlanıb. Hazırki kredit və zaminlik müqavilələri ilə bağlı məhkəmə mübahisələri başlanınadək Cavabdeh2 xx.xx.2019-cıı il tarixli, RB/KM-1231 saylı "Zaminlik müqavilə”sinin mövcüdluğundan xəbərsiz olmuşdur. Nümayəndəsi olduğu Cavabdeh2 Oşir oğlu " Bakı OTİS Lift” QSC-nin təsisçilərindən biridir. O, cəmiyyətdə 21 % paya malikdir. "xxxx" QSC-nin təsisçilərinin xx.xx.2019-cu il tarixli ümumi yığıncağın qərarına əsasən "Rabitəbank” ASC-dən 320.000,00 ABŞ dolları kredit götürülməsi və həmin kreditin təminatı olaraq Cavabdeh3 mülkiyyətində olan iki ədəd daşınmaz əmlakın girov qoyulması qərara alınmışdır. Cavabdeh2 Cəmiyyətin ümumi yığıncağında iştirak etmiş, həm də ümumi yığıncağın katibi olmuşdur. Göründüyü kimi, ümumi yığıncağın qarantıda kredit müqaviləsi üzrə Cavabdeh2 və ya digər bir şəxsin zamin olması deyil, konkret olaraq müəyyən əmlakların girov qoyulması nəzərdə tutulmuşdur. Cavabdeh2 təsisçi kimi kredit müqaviləsi üzrə müəyyən daşınmaz əmlakların girov qoyulması haqda qərar qəbul etdikdən sonra özünün həmin müqavilə üzrə zamin kimi cəlb edilib, onunla zaminlik müqaviləsinin bağlanması heç məntiqli deyil. Həmçinin Cavabdeh2 zamin olması ilə bağlı hər hansı bir iradə ifadəsi olmamışdır. Eyni zamanda iş materiallarında olan əsas kredit müqaviləsinə edilmiş xx.xx.2020-ci il tarixli əlavə razılaşma ilə tanış olduğu zaman, zaminlik müqaviləsində və əlavə razılaşmada olan Cavabdeh2 məxsus olduğu iddia olunan imzaların bir-birindən açıq şəkildə fərqləndiyi aydın görünür. Belə ki, Cavabdeh2 onunla İddiaçı ASC arasında xx.xx.2019-cu il tarixli, RB/KM-1231 saylı “Zaminlik müqavilə”sinin harada və hansı şəraitdə bağlanmasından xəbərsizdir. Cavabdeh2 həmin müqavilə ilə tanış olduqda zaminlik müqaviləsindəki və əlavə razılaşmadakı imzaların ona məxsus olmadığı müəyyən olmuşdur. Nəticə etibarilə Cavabdeh2 ilə İddiaçı ASC arasında bağlandığı iddia olunan xx.xx.2019-cu il tarixli, RB/KM saylı “Zaminlik müqaviləsi” və xx.xx.2020-ci il tarixli əlavə razılaşmadakı imzalar Cavabdeh2 məxsus olmadığından həmin əqd və əlavə razılaşma üzrə ona qarşı hər hansı tələbin yönədilməsinin hüquqi əsası yoxdur. xx.xx.2020-ci il tarixli, RB/KM-1314 saylı kredit müqaviləsi və xx.xx.2020-ci il tarixli, RB/KM-1319 saylı kredit müqaviləsinə münasibətdə qeyd edildiyi kimi Cavabdeh2 “Bakı Otis Lift" QSC-nin təsisçilərindən biridir və müəssisədə 21 (iyirmi bir) % təsisçi payına sahibdir. Belə ki, cavabdehlər İddiaçı ASC və "xxxx" QSC arasında bağlanmış xx.xx.2019-cu tarixli kredit müqaviləsinin bağlanması ilə bağlı “Bakı Otis Lift" QSC-nin təsisçilərinin ümumi yığıncağının qərarı (xx.xx.2019-cu il tarixli) olsa da, digər iki müqavilə ümumi yığıncağın qərarı (razılığı) olmadan bağlanmışdır. Bu da öz növbəsində "xxxx" QSC-nin təsisçisi kimi Cavabdeh2 maraqlarına ziddir. "xxxx" QSC-nin nizamnaməsinin 5.3.13-cü bəndinə əsasən, cəmiyyətin fəaliyyət qaydalarının müəyyən edilməsi və cəmiyyətin illik biznes və maliyyə planının qəbul və təsdiq edilməsi səhmdarların ümumi yığıncağının müstəsna səlahiyyətinə aiddir. Nizamnamənin 6.3.7-ci bəndinə əsasən, hər hansı əqdin bağlanması nəticəsində Baş direktorun maraqları ilə Cəmiyyətin maraqlarının ziddiyyətə girməsi halında cəmiyyət adından və tərəfindən belə əqdin bağlanmasına icazə verilməsi baş direktora həvalə oluna bilməz. Göründüyü kimi, konkret olaraq kredit dosyesində olmalı məlumatların siyahısı göstərilmişdir. Lakin 01,10.2020-ci il və xx.xx.2020-ci il tarixli kredit müqavilələri bağlanarkən hüquqi şəxsin səlahiyyətli idarəetmə orqanının kreditin alınması haqqında müvafiq qərarı, eləcə də səhmdarların əksəriyyətinin razılığı (imzalarının) yoxdur. Bunun nəticəsidir ki, həmin hüquqi şəxsin direktoru, həm də zamin eyni şəxsdir. Bu onu deməyə əsas verir ki, “Bakı Otis Lift’ QSC-nin səhmdarlarının əksəriyyətinin razılığı olmadan direktor hüquqi şəxsin maraqlarına zidd çıxış edə bilməz. Həmçinin Bank təminatın qiymətləndirilməsi zamanı ən azı təminat qismində zamin çıxış etdikdə, zaminin eyni anda bir neçə kredit müqaviləsi üzrə zamin olmasına, habelə borcalan ilə zaminin bir-birinin kreditləri üzrə qarşılıqlı zamin olmasına diqqət etməli idi. İşin hallarından aydın şəkildə görünür ki, cavabdehlər İddiaçı ASC və Bakı Otis Lift” QSC arasında xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli kredit müqavilələri bağlanarkən kreditin götürülməsi ilə bağlı təsisçilərin umumi yığıncağının qərarı ( razılığı) olmamışdır. Nəticə etibarilə xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli kredit müqavilələri bağlanarkən təsisçilərin umumi yığıncağının qərarı (razılığı) olmadığı üçün həmin əqdlər etibarsız hesab edilməlidir. İddiaçının nümayəndəsi X6 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 əvvəl keçirilmiş məhkəmə iclasında iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında iddia ərizəsinə etiraz edərək, izahatında bildirdi ki, hər 3 kredit müqaviləsi bağlanarkən həm nizamnamənin, həm Mülki Məcəllənin tələbləri pozulmuşdur. Birinci kredit müqaviləsi bağlanarkən ümumi yığıncağın qərarı keçiriblər, orda təminat kimi hansısa daşınmaz əmlakın girov qoyulmasını qeyd ediblər. Lakin sonradan gedib bankda nə danışıq olubsa özünün adına imzalayıb, Cavabdeh2 zamin kimi qeyd ediblər. Digər 2 kredit müqaviləsi üzrə isə pandemiyanın sıx olduğu bir dövrdə bankın nə marağı olub ki, heç bir təminatsız 800000 dollar şəxsə borc verirdi və bilə bilə ki, direktor digər 3 təsisçinin razılğı olmadan bu qədər yüklü məbləğdə borc götürür və sadəcə öz imzası ilə də zamin dayanır. Hesab edir ki, burda şəxs ümumi maraqlardan kənara çıxmışdır. Düzdür həmin məbləğ hüquqi şəxsin hesabına köçürülüb, lakin qanunvericiliyin tələbləri pozulduğu üçün qeyd olunan əqdin etibarsız hesab edilməlidir. Sonda cavabdehin nümayəndəsi və vəkili iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil3 məhkəmə iclasında iddia ərizəsinə etirazın məzmununa uyğun izahat verdi və iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıda qeyd olunan sənədlər əlavə edilmişdir: İddiaçı ilə Cavabdeh1 Qapalı Səhmdar Cəmiyyəti, X10 və Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, RB/KM-1231 saylı Kredit müqaviləsindən görünür ki, iddiaçı Cavabdeh1 Qapalı Səhmdar Cəmiyyətinə illik 5 (beş) % faiz dərəcəsi olmaqla 12 ay müddətinə 320000 ABŞ dolları məbləğində kredit vermişdir. İddiaçı ilə Cavabdeh1 Qapalı Səhmdar Cəmiyyəti və Cavabdeh2 arasında bağlanmış 12 aprel 2019-cu il tarixli, RB/KM1231 saylı Zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 Cavabdeh1 Qapalı Səhmdar Cəmiyyəti ilə iddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli, RB/KM-1231 saylı Kredit Müqaviləsinə əsasən kredit almış Cavabdeh1 Qapalı Səhmdar Cəmiyyətinin iddiaçı qarşısında öz öhdəliklərini tamamilə və vaxtında icra etməsi üçün məsuliyyəti öhdələrinə götürmüşdür. İddiaçı ilə Cavabdeh1 Qapalı Səhmdar Cəmiyyəti və X10 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, RB/KM-1314 saylı Kredit müqaviləsindən görünür ki, iddiaçı Cavabdeh1 Qapalı Səhmdar Cəmiyyətinə illik 5 (beş) % faiz dərəcəsi olmaqla 1 (bir) ay müddətinə 200000 ABŞ dolları məbləğində kredit vermişdir. İddiaçı ilə Cavabdeh1 Qapalı Səhmdar Cəmiyyəti və X10 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, RB/KM-1319 saylı Kredit müqaviləsindən görünür ki, iddiaçı Cavabdeh1 Qapalı Səhmdar Cəmiyyətinə illik 5 (beş) % faiz dərəcəsi olmaqla 3 (üç) ay müddətinə 600000 ABŞ dolları məbləğində kredit vermişdir. İddiaçı ilə Cavabdeh1 Qapalı Səhmdar Cəmiyyəti və X10 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, RB/KM-1314 saylı və xx.xx.2020-ci il tarixli, RB/KM-1319 saylı Zaminlik müqavilələrindən görünür ki, X10 Cavabdeh1 Qapalı Səhmdar Cəmiyyəti ilə iddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli, RB/KM-1314 saylı və xx.xx.2020-ci il tarixli, RB/KM-1319 saylı Kredit Müqavilələrinə əsasən kredit almış Cavabdeh1 Qapalı Səhmdar Cəmiyyətinin iddiaçı qarşısında öz öhdəliklərini tamamilə və vaxtında icra etməsi üçün məsuliyyəti öhdələrinə götürmüşdür. İddiaçı ilə Cavabdeh1 Qapalı Səhmdar Cəmiyyəti, Cavabdeh2 və X10 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, RB/KM-1231 nömrəli Kredit Müqaviləsinə 1 saylı Əlavədən görünür ki, xx.xx.2019-cu il tarixli, RB/KM-1231 nömrəli Kredit Müqaviləsinin müddəti 12 aprel 2020-ci il tarixindən 12 Aprel 2021-ci il tarixinədək əsas məbləğ üzrə ödəniş müddətin sonu ödənilməklə uzadılmışdır. AZ-İİ seriyalı 129514 saylı Ölüm haqqında şəhadətnamədən görünür ki, X10 xx.xx.2020-ci il tarixdə ölmüşdür. Bakı şəhəri 18 saylı notariat ofisi tərəfindən 112 nömrəli vərəsəlik işi üzrə verilmiş 2V-6 reyestr nömrəli xx.xx.2021-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamədən görünür ki, X7 vərəsələri Cavabdeh3dur və o, miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin X5 Dövlət Qeydiyyatı İdarəsi tərəfindən xx.xx.2015-ci il tarixdə verilmiş şəhadətnaməyə əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində 100% paydan və Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin X5 Dövlət Qeydiyyatı İdarəsi tərəfindən xx.xx.2004-cü il tarixdə verilmiş şəhadətnaməyə əsasən Cavabdeh1 Qapalı Səhmdar Cəmiyyətində 19% paydan ibarətdir. Bakı şəhəri 18 saylı notariat ofisinin xx.xx.2020-ci il tarixli 946 saylı məktubundan görünür ki, mərhum - X7 xx.xx.2020-ci il tarixdə vəfatı ilə əlaqədar vərəsə - Cavabdeh3 ərizəsi əsasında vərəsəlik işi açılmışdır, vərəsələrin dairəsi müəyyən edilmişdir. Həqiqətən Cavabdeh3 mərhumun qanun üzrə vərəsəsidir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 4/1062 saylı ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, mülki işin 133-137-ci vərəqlərində olan xx.xx.2019-cu il tarixli RB/KM-1231 nömrəli Kredit müqaviləsinin 2-4-cü vərəqlərinin aşağı hissəsindəki 2-ci imzalar, 5-ci vərəqinin yuxarı hissəsində “Zamin’’ qrafasında “Абушов Ajaз” yazıları və qarşısındakı imza, həmin vərəqin aşağı sağ hissəsində “8.4 Cavabdeh2” qrafasındakı imza; 138-141 –ci vərəqlərində olan xx.xx.2019-cu il tarixli RB/KM-1231 nömrəli Zaminlik müqaviləsinin 1-3cü vərəqlərinin aşağı hissəsindəki 2-ci imzalar, 4-cü vərəqinin yuxarı hissəsində '‘Zamin" qrafasında “Абушов Ajaз” yazıları və qarşısındakı imza, həmin vərəqin aşağı sağ hissəsində '‘9.3 Cavabdeh2” qrafasındakı imza; 164-cü vərəqində olan xx.xx.2019-cu il tarixli RB/KM-1231 nömrəli “Kredit müqaviləsinin müddətinin uzadılması haqqında xx.xx.2020-ci il tarixli Əlavə razılaşmada “ZAMİN Cavabdeh2” qrafasındakı imza - Cavabdeh2 tərəfindən icra olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/7468 saylı rəyi ilə, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, tərəflər arasında imzalanmış 12 aprel 2019-cu il tarixli, RB/KM-1231 saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin İddiaçı ASC-yə iddia ərizəsində borcun hesablandığı xx.xx.2021-ci il tarixə olan borcu əsas borcu 169872,06 ABŞ dolları, faiz borcu 2932,69 ABŞ dolları, 01 oktyabr 2020-ci il tarixli, RB/KM-1314 saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin İddiaçı ASC-yə iddia ərizəsində borcun hesablandığı xx.xx.2021-ci il tarixə olan borcu əsas borcu 200000,00 ABŞ dolları, faiz borcu 5736,66 ABŞ dolları, 19 oktyabr 2020-ci il tarixli, RB/KM-1319 saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin İddiaçı ASC-yə iddia ərizəsində borcun hesablandığı xx.xx.2021-ci il tarixə olan borcu əsas borcu 600000,00 ABŞ dolları, faiz borcu 13833,43 ABŞ dolları müəyyən edilmişdir. Ekspertiza tədqiqatının dəyəri 200 manat təşkil etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək, iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verib, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçı ilə Cavabdeh1 Qapalı Səhmdar Cəmiyyəti, X10 və Cavabdeh2 arasında xx.xx.2019-cu il tarixli, RB/KM-1231 saylı Kredit müqaviləsi bağlanmış və müqaviləyə əsasən iddiaçı Cavabdeh1 Qapalı Səhmdar Cəmiyyətinə illik 5 (beş) % faiz dərəcəsi olmaqla 12 ay müddətinə 320000 ABŞ dolları məbləğində kredit vermişdir. Eyni zamanda iddiaçı ilə Cavabdeh1 Qapalı Səhmdar Cəmiyyəti və Cavabdeh2 arasında 12 aprel 2019-cu il tarixli, RB/KM1231 saylı Zaminlik müqaviləsi bağlanmış və müqaviləyə əsasən Cavabdeh2 Cavabdeh1 Qapalı Səhmdar Cəmiyyəti ilə iddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli, RB/KM-1231 saylı Kredit Müqaviləsinə əsasən kredit almış Cavabdeh1 Qapalı Səhmdar Cəmiyyətinin iddiaçı qarşısında öz öhdəliklərini tamamilə və vaxtında icra etməsi üçün məsuliyyəti öhdəsinə götürmüşdür. İddiaçı ilə Cavabdeh1 Qapalı Səhmdar Cəmiyyəti, Cavabdeh2 və X10 arasında xx.xx.2019-cu il tarixli, RB/KM-1231 nömrəli Kredit Müqaviləsinə 1 saylı Əlavə bağlanaraq xx.xx.2019-cu il tarixli, RB/KM-1231 nömrəli Kredit Müqaviləsinin müddəti 12 aprel 2020-ci il tarixindən 12 Aprel 2021-ci il tarixinədək əsas məbləğ üzrə ödəniş müddətin sonu ödənilməklə uzadılmışdır. İddiaçı ilə Cavabdeh1 Qapalı Səhmdar Cəmiyyəti və X10 arasında xx.xx.2020-ci il tarixli, RB/KM-1314 saylı Kredit müqaviləsi bağlanmış və müqaviləyə əsasən iddiaçı Cavabdeh1 Qapalı Səhmdar Cəmiyyətinə illik 5 (beş) % faiz dərəcəsi olmaqla 1 (bir) ay müddətinə 200000 ABŞ dolları məbləğində kredit vermişdir. İddiaçı ilə Cavabdeh1 Qapalı Səhmdar Cəmiyyəti və X10 arasında xx.xx.2020ci il tarixli, RB/KM-1319 saylı Kredit müqaviləsi bağlanmış və müqaviləyə əsasən iddiaçı Cavabdeh1 Qapalı Səhmdar Cəmiyyətinə illik 5 (beş) % faiz dərəcəsi olmaqla 3 (üç) ay müddətinə 600000 ABŞ dolları məbləğində kredit vermişdir. Eyni zamanda iddiaçı ilə Cavabdeh1 Qapalı Səhmdar Cəmiyyəti və X10 arasında xx.xx.2020-ci il tarixli, RB/KM- 1314 saylı və xx.xx.2020-ci il tarixli, RB/KM-1319 saylı Zaminlik müqavilələri bağlanmış və müqavilələrə əsasən X10 Cavabdeh1 Qapalı Səhmdar Cəmiyyəti ilə iddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli, RB/KM-1314 saylı və xx.xx.2020-ci il tarixli, RB/KM-1319 saylı Kredit Müqavilələrinə əsasən kredit almış Cavabdeh1 Qapalı Səhmdar Cəmiyyətinin iddiaçı qarşısında öz öhdəliklərini tamamilə və vaxtında icra etməsi üçün məsuliyyəti öhdələrinə götürmüşdür. X10 xx.xx.2020-ci il tarixdə ölmüşdür. Cavabdeh3 X7 qanun üzrə vərəsəsidir. Cavabdeh1 Qapalı Səhmdar Cəmiyyəti tərəfindən kreditlər üzrə ödənişlər aparılmamış, Kredit Müqavilələrinin tələblərinə əməl olunmamış, kreditlər ödənilməmişdir. Nəticədə Cavabdeh1 Qapalı Səhmdar Cəmiyyətinin iddiaçıya borcu yaranmışdır. Məhkəmə qeyd edir ki, mülki hüquq məsuliyyətin yaranma əsaslarından biri müqavilələrdir. Belə müqavilələrindən biri də borc (kredit) müqaviləsi olmaqla bir tərəf digər tərəfə iradə ifadələri ilə razılaşdırdıqları pul məbləğini digər tərəfə verməyə, digər tərəf isə götürülmüş həmin pul məbləğinə görə borc verən qarşısında pulu qaytarmaq öhdəliyi daşıyır. İddiaçı cavabdehə borc pul verdiyini aralarında mülki hüquq münasibətlərinin yaranmasına əsas olan borc müqaviləsinə istinad edir. Cavabdeh isə bunun əksini təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə tədqiqatı zamanı Cavabdeh1 Qapalı Səhmdar Cəmiyyətinin iddiaçıya xx.xx.2020-ci il tarixli, RB/KM-1314 saylı və xx.xx.2020-ci il tarixli, RB/KM-1319 saylı Kredit Müqavilələri üzrə olan əsas kredit borcları iş materialları və ekspert rəyi ilə təsdiq olunduğundan həmin məbləğlər iddiaçının xeyrinə tutulmalıdır. İddiaçı xx.xx.2019-cu il tarixli, RB/KM-1231 saylı Kredit müqaviləsi üzrə 170490,77 ABŞ dolları məbləğində əsas kredit borcunun ödənilməsini tələb etsə də, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/7468 saylı ekspert rəyi ilə əsas kredit borcu 169872,06 ABŞ dolları müəyyən olunmuşdur. Məhkəmə, Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyi ilə razılaşaraq qeyd edir ki, ekspert rəyinin məzmunundan və ekspertiza tədqiqatının aparıldığı sənədlərdən görünür ki, ekspertin gəldiyi nəticə, ona ekspertiza tədqiqatının aparılması üçün təqdim olunmuş sənədlər tədqiq olunmaqla əldə olunmuş və iş materiallarına əlavə olunmuş sübutlara (sənədlərə) və işin həqiqi hallarına uyğundur və kifayət qədər əsaslandırılmışdır. Qeyd edilənləri nəzərə alan məhkəmə hesab edir ki, yuxarıda tədqiq edilən məhkəmə ekspertiza mərkəzinin ekspert rəyi ilə müəyyən edilən hallar və gəlinən nəticə, inandırıcı sübut kimi qəbul edilməli və düzgün nəticə kimi qiymətləndirilməlidir. Məhkəmə iclasında tədqiq olunan ekspert rəyi və işin materiallarında olan sənədlərlə Cavabdeh1 Qapalı Səhmdar Cəmiyyətinin xx.xx.2019-cu il tarixli, RB/KM-1231 saylı Kredit müqaviləsi üzrə iddiaçıya olan əsas kredit borcu 169872,06 ABŞ dolları məbləğində müəyyən olunduğundan məhkəmə hesab edir ki, göstərilən kredit müqaviləsi üzrə əsas kredit borcunun ekspert rəyi ilə müəyyən edilmiş məbləği tutulmaqla iddia göstərilən hissədə qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İş materiallarında olan kredit müqavilələrinə əsasən Cavabdeh1 Qapalı Səhmdar Cəmiyyəti kredit məbləğlərinə hesablanmış faizləri ödəməyi öhdəsinə götürmüşdür. Faiz borcu ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı 12 aprel 2019-cu il tarixli, RB/KM- 1231 saylı Kredit müqaviləsi üzrə 3536,22 ABŞ dolları, xx.xx.2020-ci il tarixli, RB/KM-1314 saylı Kredit müqaviləsi üzrə 7348,38 ABŞ dolları, xx.xx.2020-ci il tarixli, RB/KM-1319 saylı Kredit müqaviləsi üzrə 22500,14 ABŞ dolları faiz borcları tələb etsə də, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/7468 saylı ekspert rəyi ilə Cavabdeh1 Qapalı Səhmdar Cəmiyyətinin iddiaçıya ödəməli olduğu faiz borcları 12 aprel 2019-cu il tarixli RB/KM-1231 saylı Kredit müqaviləsi üzrə 2932,69 ABŞ dolları, xx.xx.2020-ci il tarixli RB/KM-1314 saylı Kredit müqaviləsi üzrə 5736,66 ABŞ dolları, xx.xx.2020-ci il tarixli RB/KM-1319 saylı Kredit müqaviləsi üzrə 13833,43 ABŞ dolları məbləğlərində müəyyən olunmuşdur. Məhkəmə hesab edir ki, ekspert rəyi ilə müəyyən edilmiş 12 aprel 2019-cu il tarixli RB/KM-1231 saylı Kredit müqaviləsi üzrə 2932,69 ABŞ dolları, xx.xx.2020-ci il tarixli RB/KM-1314 saylı Kredit müqaviləsi üzrə 5736,66 ABŞ dolları, xx.xx.2020-ci il tarixli RB/KM-1319 saylı Kredit müqaviləsi üzrə 13833,43 ABŞ dolları məbləğlərində faiz borcları iddiaçının xeyrinə tutulmaqla iddia göstərilən hissələrdə qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə iddia tələbinin cərimənin tutulması hissəsinə münasibətdə qeyd edir ki, həmin tələb tərəflər arasında bağlanmış krеdit müqavilələrindən irəli gəlir. Belə ki, krеdit müqavilələrinin 6.2-ci bəndlərinə əsasən Cavabdeh1 Qapalı Səhmdar Cəmiyyəti cərimə ödəməyi öhdəsinə götürmüşdür. Lakin məhkəmə hesab edir ki, tələb olunan dəbbə pulu məbləğləri yaranmış borc məbləğlərinə görə tənasübsüz surətdə yüksək məbləğlər olduğundan, onların məbləğlərini azaldaraq 12 aprel 2019-cu il tarixli RB/KM-1231 saylı Kredit müqaviləsi üzrə 8000 ABŞ dolları, xx.xx.2020-ci il tarixli RB/KM-1314 saylı Kredit müqaviləsi üzrə 10000 ABŞ dolları və xx.xx.2020-ci il tarixli RB/KM-1319 saylı Kredit müqaviləsi üzrə 10000 ABŞ dolları həddlərində müəyyən edilməklə tutulması ədalətlidir. Bundan başqa, məhkəmə qeyd edir ki, iddiaçı hər üç kredit müqavilələri üzrə yaranmış borcların Cavabdeh1 Qapalı Səhmdar Cəmiyyəti ilə yanaşı zaminlər Cavabdeh3 və X7 qanun üzrə vərəsəsi Cavabdeh2 müştərək qaydada tutulmasını xahiş etmişdir. Lakin məhkəmə tədqiqatı zamanı müəyyən olunmuşdur ki, Cavabdeh2 yalnız 12 aprel 2019-cu il tarixli RB/KM-1231 saylı Kredit müqaviləsi üzrə zamin olmuş, digər kredit müqavilələri üzrə tərəf olmamışdır. Buna görə də məhkəmə hesab edir ki, Cavabdeh2 ancaq 12 aprel 2019-cu il tarixli RB/KM-1231 saylı Kredit müqaviləsi üzrə yaramış borc məbləğinin ödənilməsi tələb oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, Cavabdehlər Cavabdeh1 Qapalı Səhmdar Cəmiyyətindən, Cavabdeh3 və Cavabdeh2 12 aprel 2019-cu il tarixli RB/KM-1231 saylı Kredit müqaviləsi üzrə kreditə görə 169872,06 ABŞ dolları, faiz borcuna görə 2932,69 ABŞ dolları, dəbbə borcuna görə 8000 ABŞ dolları, cəmi 180804,75 ABŞ dolları, cavabdehlər Cavabdeh1 Qapalı Səhmdar Cəmiyyətindən və Cavabdeh3 xx.xx.2020-ci il tarixli RB/KM-1314 saylı Kredit müqaviləsi üzrə kreditə görə 200000 ABŞ dolları, faiz borcuna görə 5736,66 ABŞ dolları, dəbbə borcuna görə 10000 ABŞ dolları, cəmi 215736,66 ABŞ dolları, xx.xx.2020-ci il tarixli RB/KM-1319 saylı Kredit müqaviləsi üzrə kreditə görə 600000 ABŞ dolları, faiz borcuna görə 13833,43 ABŞ dolları, dəbbə borcuna görə 10000 ABŞ dolları, cəmi 623833,43 ABŞ dolları ödənildiyi gün üçün Azərbaycan manatı məzənnəsi ilə tutularaq iddiaçıya ödənilməli və iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə məhkəmə xərcləri qeyd olunan normanın tələblərinə uyğun bölüşdürülməlidir. İddianın təmin edilmiş hissəsinin iddia tələbinin 91,10 faizini təşkil etdiyini nəzərə alaraq, məhkəmə hesab edir ki, ödənilmiş 30 manat dövlət rüsumunun 27,33 manat məbləği cavabdehlərdən tutularaq iddiaçıya ödənilməli, qalan 2,67 manat məbləği iddiaçıya aid edilməlidir. Bundan başqa iş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatlarının dəyəri 200 manat məbləğində ekspertiza xərclərinin 182,2 manat məbləği cavabdehlərdən müştərək qaydada, 17,8 manat məbləği iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 Qapalı Səhmdar Cəmiyyətindən, Cavabdeh3 və Cavabdeh2 12 aprel 2019-cu il tarixli RB/KM-1231 saylı Kredit müqaviləsi üzrə kreditə görə 169872,06 ABŞ dolları, faiz borcuna görə 2932,69 ABŞ dolları, dəbbə borcuna görə 8000 ABŞ dolları, cəmi 180804,75 ABŞ dolları, cavabdehlər Cavabdeh1 Qapalı Səhmdar Cəmiyyətindən və Cavabdeh3 xx.xx.2020-ci il tarixli RB/KM-1314 saylı Kredit müqaviləsi üzrə kreditə görə 200000 ABŞ dolları, faiz borcuna görə 5736,66 ABŞ dolları, dəbbə borcuna görə 10000 ABŞ dolları, cəmi 215736,66 ABŞ dolları, xx.xx.2020-ci il tarixli RB/KM-1319 saylı Kredit müqaviləsi üzrə kreditə görə 600000 ABŞ dolları, faiz borcuna görə 13833,43 ABŞ dolları, dəbbə borcuna görə 10000 ABŞ dolları, cəmi 623833,43 ABŞ dolları ödənildiyi gün üçün Azərbaycan manatı məzənnəsi ilə tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Ödənilmiş 30 manat dövlət rüsumunun 27,33 manat məbləği Cavabdeh1 Qapalı Səhmdar Cəmiyyətindən, Cavabdeh3 və Cavabdeh2 tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin, qalan 2,67 manat məbləği İddiaçı Açıq Səhmdar Cəmiyyətinə aid edilsin. İş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatlarının dəyəri 200 manat məbləğində ekspertiza xərclərinin 182,2 manat məbləği Cavabdeh1 Qapalı Səhmdar Cəmiyyətindən, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada, 17,8 manat məbləği İddiaçı Açıq Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN: **********, X2, Kod: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, AZ34CTRE******************** saylı hesabına köçürülsün. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə ondan Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar