Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1620/2020 24.09.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, “xxxxxxx” Kommersiya Bankı (KB) Açıq Səhmdar Cəmiyyətinin (ASC) Azərbaycan Respublikası Xammal və X29 Mərkəzi Cavabdehnə (MMC) qarşı ilkin hərracın və təkrar hərracın etibarsız hesab edilməsi barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: “xxxxxxx” KB ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək hərrac təşkilatçısı “Azərbaycan Respublikası Respublika Xammal və X29 Mərkəzi “xxxxx” MMC tərəfindən Gəncə şəhəri, Kəpəz rayonu, Heydər Əliyev prospekti ilə Məmməd Xələfov küçəsinin kəsişməsinin cənub-qərb hissəsində yerləşən qeyri yaşayış binası, Gəncə şəhəri, Kəpəz rayonu, Sədi küçəsində yerləşən 36A saylı evin, 28 saylı mənzili və Gəncə şəhəri, Kəpəz rayonu, Heydər Əliyev prospektində yerləşən 12 saylı evin, 13 saylı mənzili üzrə keçirilmiş xx xxxxxx 2016-cı il tarixli ilkin hərracın və xx xxxx 2016-cı il tarixli təkrar hərracın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, “xxxxxxx” KB ASC ilə X12 arasında xx xxxxxx 2012-ci il tarixli, 013mk/12 saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış xx xxxxxx 2012-ci il tarixli, 013mk-1/12 saylı əlavə kredit müqaviləsi ilə 36 ay müddətinə 125000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kreditin təminatı kimi X3 mülkiyyətində olan Gəncə şəhəri Kəpəz rayonu, Heydər Əliyev prospekti ilə Məmməd Xələfov küçəsinin kəsişməsinin cənub-qərb hissəsində yerləşən qeyri yaşayış binası, X17 mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, Sədi küçəsində yerləşən 36A saylı evin, 28 saylı mənzili və X7 mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, Heydər Əliyev prospektində yerləşən 12 saylı evin, 13 saylı mənzili ipoteka ilə yüklü edilmiş və ipoteka müqavilələri müvafiq dövlət qeydiyyatına alınmışdır. X1 müqaviləsindən irəli gələn öhdəlikləri yerinə yetirmədiyi üçün bank məhkəməyə müraciət etmiş və Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli, 2(043)-3165/2015 saylı qətnaməsi ilə “xxxxxxx” KB ASC-nin iddiası qismən təmin edilərək, cavabdehlər X12 və X4 müştərək qaydada xx xxxxxx 2012-ci il tarixli 013mk/12 saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış xx xxxxxx 2012-ci il tarixli, 013mk-1/12 saylı əlavə kredit müqaviləsi üzrə üzrə 98636,88 ABŞ dolları əsas borc, 10714,60 ABŞ dolları faiz, 48,52 ABŞ dolları cərimə, cəmi 109400 ABŞ dolları məbləğində pulun ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının məzənnəzinə əsasən manatla, dövlət rüsumu kimi ödənilmiş 30 manat və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişlərin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 90 manat məbləğində pulun alınaraq “xxxxxxx” KB ASC-yə verilməsi, tutmanın X12 tərəfindən öhdəliyin təminatı kimi “xxxxxxx” KB ASC-yə ipotekaya qoyulmuş ilkin satış qiyməti 128000 manat dəyərində olan Gəncə şəhəri, Kəpəz rayonu, Heydər Əliyev prospekti ilə Məmməd Xələfov küçəsinin kəsişməsinin cənub-qərb hissəsində 0,0103 ha torpaq sahəsində yerləşən 64,3 kv.m ümumi sahəli qeyri-yaşayış binasına, X23 tərəfindən öhdəliyin təminatı kimi ipotekaya qoyulmuş ilkin satış qiyməti 52000 manat dəyərində olan Gəncə şəhəri, Kəpəz rayonu, Sədi küçəsində yerləşən 36A nömrəli binanın 99,3 kv.m ümumi sahəsi olan 5 otaqdan ibarət 28 nömrəli mənzilə, X12 tərəfindən öhdəliyin təminatı kimi“xxxxxxx” KB ASC-yə ipotekaya qoyulmuş ilkin satış qiyməti 40000 manat dəyərində olan Gəncə şəhəri, Kəpəz rayonu, Heydər Əliyev prospektində istifadədə olan 0,0479 ha torpaq sahəsində yerləşən 12 nömrəli, 3 mərtəbəli binanın 2-cı girişində, 2-ci mərtəbəsində, 55,8 kv.m ümumi 44,4 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 13 nömrəli mənzilə yönəldilməsi, ipoteka predmetlərinin satılması üçün açıq hərraca çıxarılmaları, satışından əldə olunmuş pul vəsaitinin borcun, xidmət haqqının və dövlət rüsumunun ödənilməsinə yönəldilməsi, borc, xidmət haqqı və dövlət rüsumu ödənildikdən sonra artıq qalan məbləğin X12, X23 və X9 qaytarılması, ipoteka predmetləri açıq hərracdan satıldıqdan sonra X3, X7, X5, X13, X10, X17, X11, X14 və X6 ipoteka qoyulmuş yaşayış və qeyri-yaşayış sahələriniən geci 1 ay ərzində tərk edib boşaldılması qət edilmişdir. Həmin qətnamə üzrə icra vərəqəsi icra edilməsi üçün aidiyyəti üzrə Gəncə şəhəri üzrə İcra idarəsinə göndərilsə də, həmin qətnamədən cavabdehlər X12, X23, X16 və üçüncü şəxs X15 tərəfindən apellyasiya şikayəti verilmişdir. Cavabdehlərin apellyasiya şikayətinə baxan Gəncə Apellyasiya Məhkəməsi MK-nın 2(104)-1111/2016 nömrəli iş üzrə xx xxx 2016-cı il tarixli qətnaməsi ilə apellyasiya şikayətinin təmin edilməməsi, qətnamənin onlara münasibətdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsi MK-nın 2(104)-1111/2016 nömrəli iş üzrə xx xxx 2016-cı il tarixli qətnaməsindən isə iddiaçı “xxxxxxx” KB ASC, cavabdehlər X12, X23, X16 və üçüncü şəxs X15 tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi MK-nın 2(102)-5437/2016 nömrəli iş üzrə xx xxxxxx 2016-cı il tarixli qərarı ilə kassasiya şikayətləri təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli, 2(043)-3165/2015 saylı qətnaməsi üzrə icra vərəqəsi icra edilməsi üçün aidiyyəti üzrə Gəncə şəhəri üzrə İcra idarəsinə göndərilsə də, həmin qətnamədən apellyasiya və kassasiya şikayətləri verilmişdir. Lakin, icra məmuru tərəfindən icraatında olan iş üzrə qəbul olunmuş məhkəmə aktından verilmiş apellyasiya və kassasiya şikayətinin müvafiq məhkəmələrin icraatına qəbul olunması barədə məlumatı olmasına baxmayaraq, icra sənədi üzrə icraatı məcburi olaraq dayandırmalı olduğu halda bunu etməmiş, əksinə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-nın xx.xx.2016-cı il tarixli iş üzrə yekun qərarı banka təqdim edildikdən sonra Gəncə şəhəri üzrə İcra idarəsinə sənədin icrası üçün müraciət olunduqda, icra məmuru heç bir əsas olmadan “İcra haqqında” Qanununun 23.1.5-ci maddəsinə istinad edərək, icra sənədinin icra olunmadan məhkəməyə geri qaytarılması barədə qərar qəbul edərək, iş üzrə tələbkar bankın hüquqlarını kobud şəkildə pozmaqla dövlət adından çıxarılmış məhkəmə qərarının qanunvericiliyin tələblərinə uyğun icra etməkdən imtina etmişdir. “İcra edilməyən icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması haqqında” xx xxx 2017-ci il tarixli Gəncə şəhəri üzrə İcra idarəsinin qərarında qeyd olunur ki, icra sənədi xx xxxxxxx 2015-ci il tarixdə Gəncə şəhəri üzrə İcra idarəsinin icraatına daxil olmuş, xx xxxxxxx 2015-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək qərarın surəti tərəflərə və məhkəməyə göndərilmiş, xx xxxxxx 2015-ci il tarixdə “xxxxx” MMC Hərrac Mərkəzinə sifariş verilmiş, “xxxxx” MMC-nin xx xxxxxx 2015-ci il tarixli, xx xxxxxx 2016-cı il tarixli, xx xxxxxx 2016-cı il tarixli və xx xxxxxx 2016-cı il tarixli bildirişlərinə əsasən keçirilmiş hərraclarda əmlaklar satılmamış, xx xxxx 2016-cı il tarixli məlumata əsasən əmlaklar hərracda satılmadığı üçün “xxxxxxx” KB ASC-yə təklif olunmuş və sonra “xxxxx” MMC-nin xx xxxxx 2016-cı il tarixli məktubu ilə sifariş məktubu üzrə icra müddəti başa çatdığı üçün sənədlər icra olunmadan Gəncə şəhəri üzrə İcra idarəsinə geri qaytarılmışdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun imperativ norması olan 17.1.7-ci maddəsinə əsasən icraatda olan iş üzrə qəbul olunmuş məhkəmə aktlarından verilmiş apellyasiya və kassasiya şikayəti müvafiq məhkəmələrin icraatına qəbul olunduğu halda icra sənədi üzrə icraat məcburi olaraq dayandırılır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun imperativ norması olan 17-ci maddəsinin 1-ci bəndinin 7-ci yarımbəndindən göründüyü kimi, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli, 2(043)-3165/2015 nömrəli qətnaməsindən apellyasiya və kassasiya şikayətləri verildiyindən həmin icra sənədi üzrə icraat məcburi olaraq dayandırılmalı idi. Lakin, Gəncə şəhəri üzrə İcra idarəsinin böyük icra məmuru X8 “İcra edilməyən icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması haqqında” xx xxx 2017-cı il tarixli qərarından bəlli olur ki, imperativ norma olan “İcra haqqında” Qanunun 17.1.7-ci maddəsinin tələblərinə riayət olunmamışdır. Çünki, qanunun tələblərinə riayət olunmuş olsa idi, hərraclar 2016-cı ilin yanvar-fevral ayında deyil, Ali Məhkəmənin iş üzrə yekun qərarının çıxarıldığı 2016-cı ilin noyabr ayından sonra keçirilməli idi. Qeyd olunan, “İcra edilməyən icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması haqqında” xx xxx 2017-cı il tarixli Gəncə şəhəri üzrə İcra idarəsinin qərarı “xxxxxxx” KB ASC tərəfindən mübahisələndirilmiş və Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2017-ci il tarixli, 2- 1(83)- 1982/2017 saylı qərarı ilə həmin qərar ləğv edilmiş və Gəncə Apellyasiya Məhkəməsinin X2 2-1(104)-480/2017 saylı, xx xxxxxx 2017-ci il tarixli qərarı ilə borclu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Lakin, Gəncə Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(104)-480/2017 saylı, xx xxxxxx 2017-ci il tarixli qərarından borclu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli, 2-1(102)679/18 saylı qərarı ilə iddiamız mümkün sayılmamışdır. İddianın mümkün sayılmamasının əsası kimi məhkəmə aidiyyətinin düzgün seçilməməsi, qeyd olunan mübahisəyə icra vərəqəsini vermiş məhkəmə tərəfindən baxılmalı olduğu qərara alınmışdır. Ali Məhkəmənin qərarı banka xx xxx 2018-ci il tarixdə daxil olmuşdur. Bundan sonra, “xxxxxxx” KB ASC “icra məmurunun qərarının ləğv edilməsinə və icra sənədinin icra olunmasına dair” iddia ərizəsi ilə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə müraciət etmiş və məhkəmənin xx xxxxxx 2018-ci il tarixli, 2(043)- 1061/2018 saylı qətnaməsi ilə bir icraatda birləşdirilmiş mülki işlər üzrə X3, X7 və X17 iddiası əsassız olduğundan təmin edilməmiş, “xxxxxxx” KB ASC-nin iddiası təmin edilərək, Gəncə şəhəri üzrə İcra idarəsinin “icra edilməyən icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması haqqında” xx xxx 2017-cı il tarixli qərarının ləğv edilməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsi MK-nın xx xxx 2019-cu il tarixli, 2(104)-877/2019 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi MK-nın xx xxxx 2019-cu il tarixli, 2(102)-4901/2019 saylı qərarı ilə verilmiş kassasiya şikayətləri təmin edilməiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra, “xxxxxxx” KB ASC xx xxxx 2020-ci il tarixli məktub ilə Azərbaycan Respublikası Respublika Xammal və X29 Mərkəzi “xxxxx” MMC-yə müraciət ünvanlamışdır. “xxxxxxx” KB ASC-yə təqdim olunan “xxxxx” MMC-nin xx xxxx 2020-ci il tarixli, 01/727 saylı cavab məktubunda, xx xxxxxx 2016-cı il və xx xxxx 2016-cı il tarixində keçirilmiş hərracların etibarsız hesab edilərək, ləğv edilməsi üçün məhkəməyə müraciət olunması tövsiyyə olunmuşdur. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair”Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxx 2014-cü il tarixli Qərarında qeyd olunur ki, “İpoteka haqqında”Qanunun 43-cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi qanunazidd hesab edilməlidir. Gəncə şəhəri, Kəpəz rayonu, Heydər Əliyev prospekti ilə Məmməd Xələfov küçəsinin kəsişməsinin cənub-qərb hissəsində yerləşən qeyri yaşayış binası, Gəncə şəhəri, Kəpəz rayonu, Sədi küçəsində yerləşən 36A saylı evin, 28 saylı mənzili və Gəncə şəhəri, Kəpəz rayonu, Heydər Əliyev prospektində yerləşən 12 saylı evin, 13 saylı mənzili üzrə Hərrac Mərkəzi “xxxxx” MMC tərəfindən keçirilmiş xx xxxxxx 2016-cı il tarixli hərrac və xx xxxx 2016-cı il tarixli təkrar hərrac baş tutmamışdır. Halbuki, həmin icra sənədi üzrə qətnamədən verilmiş apellyasiya və kassasiya şikayətinə məhkəmədə baxılması əsası ilə hərracın keçirilməsi dayandırılmalı olduğu halda dayandırılmamışdır. Ali Məhkəmənin yekun qərarı qüvvəyə minəndən sonra isə icra məmuru icra sənədinin əsassız olaraq məhkəməyə geri qaytarmış və həmin qərar məhkəmə qaydasında ləğv olunmuşdur. Buna görə həmin hərraclar etibarsız hesab edilməlidir. İddiaçının nümayəndəsi Nümayəndə2 izahatında iddianı müdafiə etdiyini, iddia ərizəsində göstərilən xüsusatları təsdiq etdiyini bildirərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Azərbaycan Respublikası Xammal və X29 Mərkəzi “xxxxx” MMC ərizə ilə məhkəməyə müraciət edərək iddianı qəbul etdiyini, hərracların etibarsız hesab olunmasına etiraz etmədiklərini bildirərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişlər. İş materiallarında olan: - “xxxxx” MMC-nin xx xxxxxx 2016-cı il tarixli, 03-3 №-li protokolundan görünür ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli, 2(043)-3165/2015 nömrəli icra vərəqəsinin və Gəncə şəhəri üzrə İcra idarəsinin xx xxxxxx 2015-ci il tarixli, 11773/15 A.H saylı sifariş məktubuna əsasən Gəncə şəhəri, Kəpəz rayonu, Heydər Əliyev prospektində yerləşən 12 nömrəli binanın 13 nömrəli mənzili, Gəncə şəhəri, Kəpəz rayonu, Heydər Əliyev prospekti, Məmməd Xələfov küçəsinin kəsişməsinin cənub-qərb hissəsində yerləşən qeyri-yaşayış binası, Gəncə şəhəri, Kəpəz rayonu, Sədi küçəsində yerləşən 36A nömrəli binanın 28 nömrəli mənzili ilkin hərraca çıxarılmış, alıcı müraciəti olmadığından hərrac baş tutmamışdır. - “xxxxx” MMC-nin xx xxxx 2016-cı il tarixli, 11/4 №-li protokolundan görünür ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli, 2(043)-3165/2015 nömrəli icra vərəqəsinin və Gəncə şəhəri üzrə İcra idarəsinin xx xxxxxx 2015-ci il tarixli, 11773/15 A.H saylı sifariş məktubuna əsasən Gəncə şəhəri, Kəpəz rayonu, Heydər Əliyev prospektində yerləşən 12 nömrəli binanın 13 nömrəli mənzili, Gəncə şəhəri, Kəpəz rayonu, Heydər Əliyev prospekti, Məmməd Xələfov küçəsinin kəsişməsinin cənub-qərb hissəsində yerləşən qeyri-yaşayış binası, Gəncə şəhəri, Kəpəz rayonu, Sədi küçəsində yerləşən 36A nömrəli binanın 28 nömrəli mənzili təkrar hərraca çıxarılmış, alıcı müraciəti olmadığından hərrac baş tutmamışdır. - Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2019-cu il tarixli, 2(104)-877/2019 saylı qətnaməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsi MK-nın xx xxxx 2019-cu il tarixli, 2(102)-4901/2019 saylı qərarının surətindən görünür ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(043)- 1061/2018 saylı qətnaməsinə əsasən “xxxxxxx” KB ASC-nin iddiası təmin edilərək, Gəncə şəhəri üzrə İcra idarəsinin “icra edilməyən icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması haqqında” xx xxx 2017-cı il tarixli qərarının ləğv edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. - 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. - 191.3-ci maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə işin faktiki hallarını qiymətləndirərək hesab edir ki, cavabdeh tərəfindən iddianın etiraf edilməsi hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmasa da, qanuna zidd olduğuna görə qəbul edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. - 414-cü maddəsinə əsasən əgər müqavilənin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, o, hərrac keçirilməsi yolu ilə bağlana bilər. Müqavilə hərracı udan şəxslə bağlanır. Hərracın təşkilatçısı kimi əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi və ya ixtisaslaşdırılmış təşkilat çıxış edə bilər. İxtisaslaşdırılmış təşkilat əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi ilə müqavilə əsasında hərəkət edir və onların adından və ya öz adından çıxış edir. Həmin Məcəllədə göstərilən hallarda əmlakın və ya əmlak hüququnun satışı barədə müqavilələr yalnız hərrac keçirilməsi yolu ilə bağlana bilər. Hərrac auksion və ya müsabiqə formasında keçirilir. Ən yüksək qiymət təklif etmiş şəxs auksionda hərracı udmuş sayılır, hərracın təşkilatçısının qabaqcadan təyin etdiyi müsabiqə komissiyasının rəyinə əsasən ən yaxşı şərtlər təklif etmiş şəxs isə müsabiqə üzrə hərracı udmuş sayılır. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, hərracın formasını satılan əmlakın mülkiyyətçisi və ya satılan əmlak hüququnun sahibi müəyyənləşdirir. - 415.5-ci maddəsinə əsasən hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. İlkin olaraq onu qeyd etmək lazımdır ki, hərracın keçirilmə qaydalarını və şərtlərini müəyyən edən bu normalar Mülki Məcəllənin “Müqavilənin bağlanması” adlanan bölməsində nəzərdə tutulmuşdur və bu normaların müqayisəli təhlilindən belə nəticəyə gəlinir ki, hərracın etibarsız hesab edilməsi üçün ilk növbədə hərracın nəticəsi, yəni, əqd mövcud olmalıdır ki, əqdin etibarsızlığı üçün qanunvericilikdə nəzərdə tutulmuş əsasların mövcud olub – olmadığı araşdırılsın. Hazırkı mübahisənin predmeti olan ilkin və təkrar hərracın isə nəticəsi olmamışdır, hərraclar baş tutmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 416-cı maddəsinə əsasən həmin Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Bu normada da hərracın etibarsız sayılmasının hüquqi nəticəsi göstərilmişdir və hərracın etibarsızlığın nəticəsinin hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olması qeyd olunmuşdur. Mübahisə predmeti olan hərraclarda isə heç bir nəticə əldə olunmamış, hər hansı bir əqd bağlanmamışdır. Beləliklə, məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia rədd edilməli, iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: “xxxxxxx” X28 Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikası Xammal və X29 Mərkəzi Cavabdehnə qarşı ilkin hərracın və təkrar hərracın etibarsız hesab edilməsi barədə iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Fərrux Qasımov
Məhkəmə qərarları › İş №e-2-2(113)-1620/2020
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1620/2020
24.09.2020 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver