Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1621/2020 21.08.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, İddiaçı nümayəndəsi Vəkil, Cavabdeh nümayəndələri X8 və X7 iştirakları ilə, İddiaçı Cavabdeh İddiaçınə qarşı “borcun ödənilməsi” və iddiçı İddiaçı Cavabdeh qarşı “borcun tutulması” tələblərinə dair birləşdirilmiş işlərə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh (Cavabdeh İB) cavabdeh İddiaçınə (İddiaçı MMC) qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı MMC-dən təbii qazdan istifadəyə görə yaranmış 23017,80 manat əsas borc və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun alınaraq Cavabdeh hesabına köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı X6 arasında bağlanmış xx.xx.2017-ci il tarixli, AKX-2/364 nömrəli “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə” müqavilə üzrə cavabdehə məxsus istixana Cavabdeh tərəfindən təbii qazla təchiz olunmuşdur. Cavabdeh İddiaçı Cavabdeh ilə bağlanmış “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə” müqavilə üzrə öhdəliklərini yerinə yetirməmiş və istixanada təbii qazdan istifadəyə görə xx.xx.2019-cu il tarixə 23017,80 manat məbləğində borcu yaranmışdır. Cavabdeh tərəfindən 23017,80 manat məbləğində borcun ödənilməsi barədə cavabdehə pretenziya qaydasında müraciət olunmasına baxmayaraq, borcunu ödəməmiş, kreditorla borclu arasında bağlanmış “Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə” müqavilənin, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərini pozmuşdur. İddiaçının nümayəndəsi iddia tələbiin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı MMC-dən təbii qazdan istifadəyə görə yaranmış 87335,6 manat əsas borc və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun alınaraq Cavabdeh hesabına köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda iddiçı İddiaçı MMC Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli aktın ləğv edilməsi, əsassız hesablanmış 43170,4 manat borcun silinməsi və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırımışdır ki, "İddiaçı" MMC Salyan rayonu ərazisində yerləşən istixanada Cavabdeh ilə bağlanmış müqaviləyə uyğun təbii qazdan istifadə edir, tərəvəz məhsullarının istehsalı ilə məşğul olur. İstixanada quraşdırılmış qaz sayğacı vasitəsi ilə təbii qazdan istifadə edir. Cavabdeh nümayəndələri tərəfindən 2020-ci ilin fevral ayında istixanada quraşdırılmış sayğac çıxardılaraq dövlət yoxlamasına göndərilmişdir. Sayğac şirkət nümayəndəsinin iştirakı və məlumatı olmadan yoxlamadan keçirilmiş, guya sayğacda nöqsanlar aşkar edilmişdir. Bundan sonra cəmiyyətə 43170,40 manat cərimə hesablanmışdır. Qeyd olunan akt tərtib edilərək guya sayğacın işləmədiyi dövr üçün 2019-cu ilin iyun-2020-ci ilin fevral ayları üçün borc hesablanmışdır. Amma cavabdeh qurum nəzərə almayıb ki, hər ay "Cavabdeh" İB-nin nümayəndələri sayğaca baxış keçirir, sayğacın göstəricisini götürür və şirkətə hesab faktura təqdim edirlər. Bu səbəbdən də sayğacda nöqsanın olması qeyri-mümkündür. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-133/2020 nömrəli xx.xx.2020-ci il tarixli qərardadı ilə iddiaçı Cavabdeh İddiaçı MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair (İş № ) işin məhkəmənin icraatında olan İddiaçı MMC-nin Cavabdeh” İstehsalat Birliyinə qarşı “borcun silinməsi” tələbinə dair (İş № ) işlə birlikdə baxılması üçün bir icraatda birləşdirilməsi qərara alınmışdır. İddiaçı MMC-nin nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli akt üzrə hesablanmış 43170,4 manat borcun silinməsi və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddiaçı MMC-nin nümayəndəsi məhkəmə iclasında İddiaçı MMC-nin Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iş üzrə iddia tələbinin məzmunu üzrə izahat verərək iddia tələbinin təmin edilməsini, Cavabdeh İddiaçı MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair iş üzrə iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Cavabdeh nümayəndəsi X8 və X9 məhkəmə iclasında Cavabdeh İddiaçı MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair iş üzrə iddia ərizəsinin məzmunua uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi və İddiaçı” MMC-nin Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iş üzrə iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki: "Cavabdeh" İB ilə istehlakçı İddiaçı MMC arasında qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə xx.xx.2017-ci il tarixli, AKX-2/364 saylı müqavilə bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqaviləyə əsasən istehlakçı istifadə etdiyi təbii qazın qeydə alınması məqsədi ilə G-650 markalı ********** saylı sayğacla təmin edilmişdir. -xx.xx.2020-ci il tarixli, ******* saylı aktdan görünür ki, İddiaçı MMC-nin istifadəsində olan qaz xəttinin üzərində nəzarət üçün quraşdırılmış G-650 markalı ********** saylı sayğaca texniki baxış zamanı onun təzyiq sensorunda nasazlıq səbəbindən elektrik hissənin alarm rejimində işləməsi və təzyiq göstəricilərini düzgün qeydə almadığı, təzyiq göstəricilərə əsasən oktyabr ayı 4.13 bar, noyabr ayı 3.068 bar, dekabr ayı 1.7 bar, yanvar 0.58 bar, fevral ayı 0.63 bar qeydə alması və təzyiq çeviricisinin nazas olması müəyyən olunmuşdur. -Cavabdeh İB-nin itirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının xx xxxxxx 2020-ci il tarixli rəyindən müəyyən olunur ki, iddiaçının istifadəsində olan, Salyan rayonu ərazisində yerləşən istixanaya quraşdırlan cihazların saatlıq qaz sərfiyyatına uyğun olmaması təzyiq sensorunda nasazlıq səbəbindən elektrik hissə alarm rejimində işləyib v’ təzyiq göstəriciləri düzgün qeydə almadığı, təzyiq 4.13 bar, xx.xx.2019-cu il tarixdə mexaniki göstərici 351704 kub.metr, xx.xx.2020-ci il tarixdə mexaniki göstərici 430874 kub.metr, fərq 79170 kub.metr qeydə alınmış, habelə xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək agis bazasına daxil edilmiş sərfiyyatın 111120 kub.metr olduğunu nəzərə alaraq 79170-4.13=326972 kub.metr, 326972-111120=215852 kub.metr müəyyən edilmişdir. -xx.xx.2020-ci tarixli abonentin saldosundan müəyyən olunur ki, İddiaçı MMC 2020ci ilin fevral ayında qalıq və akt üzrə hesablanmış borcu 43170,4 manat, 2020-ci ilin may ayının sonuna borcu isə 87335,60 manat təşkil edir. Əsaslandırıcı hissə: Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddiaçı Cavabdeh İddiaçı MMC-yə qarşı “borcun ödənilməsi” tələbi qismən təmin edilməli, İddiaçı MMC-nin Cavabdeh” İstehsalat Birliyinə qarşı “borcun silinməsi” tələbi təmin edilməlidir. Belə ki, hazırda məhkəmə tərəfindən birləşdirilmiş icraat üzrə iki iddia tələbinə mahiyyəti üzrə baxılmış, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, "Cavabdeh" İB ilə istehlakçı İddiaçı MMC arasında xx.xx.2017-ci il tarixli, AKX-2/364 saylı nömrəli müqavilə bağlanmışdır. Müqaviləyə əsasən paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öhdəsinə götürmüşdür. Daha sonra xx.xx.2020-ci il tarixdə qeyri-yaşayış sahəsinə quraşdırılmış sayğaca baxış keçirilmiş, qaz xəttinin üzərində nəzarət üçün quraşdırılmış G-650 markalı ********** saylı sayğaca texniki baxış zamanı onun təzyiq sensorunda nasazlıq səbəbindən elektrik hissənin alarm rejimində işləməsi və təzyiq göstəricilərini düzgün qeydə almaması, təzyiq göstəricilərə əsasən oktyabr ayı 4.13 bar, noyabr ayı 3.068 bar, dekabr ayı 1.7 bar, yanvar 0.58 bar fevral ayı 0.63 bar qeydə alması və təzyiq çeviricisinin nazas olması müəyyən olunmuşdur. Təzyiq 4.13 bar, xx.xx.2019-cu il tarixdə mexaniki göstərici 351704 kub.metr, xx.xx.2020-ci il tarixdə mexaniki göstərici 430874 kub.metr, fərq 79170 kub.metr qeydə alınmış, habelə xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək agis bazasına daxil edilmiş sərfiyyatın 111120 kub.metr olduğunu nəzərə alaraq, 79170-4.13=326972 kub.metr, 326972- 111120=215852 kub.metr müəyyən edilmişdir. Qeyd olunan 215852 kub.metr qaz itkisi istehlakçının tarif şurası tərəfindən müəyyən edilmiş 1 kub.metr 0.2 manat hesablanmaqla 43170,4 manat müəyyən edilmişdir. qeyd olunan aktda abonent qrafasında abonentin özünü təqdim etmədiyi və imzalamaqdan “imtina etdi”yi sözləri yazılmışdır. Cavabdeh təbii qazla təmin etdiyi müddət ərzində aktlar və təbii qazdan istifadə üzrə istelakçıya ümumilikdə 87335,60 manat ümumi borc hesablamışdır. Məhkəmə ilk növbədə birləşdirilmiş icraat üzrə İddiaçı MMC-nin Cavabdeh” İstehsalat Birliyinə qarşı “borcun silinməsi” tələbinə qiymət verilməsini məqsədə müvafiq hesab edərək bildirir ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci, 3.2-ci, 13.2-ci, 13.3-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələrinin tələblərinə əsasən, yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Həmin Qanunun 2.1-ci maddəsinə görə, bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Həmin Qanunun 2.3-cü maddəsinə əsasən dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir. Qanunun 20.1-ci maddəsinə əsasən yoxlama başlamazdan əvvəl yoxlayıcı xidməti vəsiqəsini, yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir, yoxlamanın hüquqi əsasları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüquq və vəzifələri haqqında məlumat verir. 17.3-cu maddəsinə əsasən yoxlayıcı orqan tərəfindən plan üzrə (növbəti) yoxlamanın başlanmasına ən azı beş iş günü qalmış sahibkara yoxlamanın aparılması haqqında qərarın surəti, həmçinin yoxlama zamanı sahibkarın və yoxlayıcı orqanın hüquq və vəzifələrinin izahı göndərilir. Plandankənar (növbədənkənar) yoxlamanın aparılması haqqında qərar sahibkara yoxlamanın başlandığı an təqdim edilir. Bu Qanunun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Bununla yanaşı, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 3.5ci maddəsinə əsasən, sahibkarlıq subyektlərinin sənaye qaz qurğularına “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada texniki bахış kеçirilir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4, 1.5 və 1.6-cı bəndlərinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra -yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Sərhəd-buraxılış məntəqələrində keçirilən yoxlamalar, dəniz və hava limanlarında nəzarətdən irəli gələn yoxlamalar, dövlət mülkiyyətində olan müəssisələrin idarəetməyə verilməsi barədə müqavilələrdən irəli gələn yoxlamalar reyestrdə qeydiyyata alınmır. Əsasnamənin 7.1-ci bəndinə əsasən yoxlayıcı orqanların vəzifəli şəxsləri Reyestrdə qeydiyyatdan keçməyən və ya bu Əsasnamənin tələbləri pozulmaqla yoxlamaların aparılmasına görə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Qeyd olunan Əsasnamənin tələbinə görə sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik yoxlayıcı orqanlar sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməli, habelə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yoxlayıcı orqan tərəfindən yalnız reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilməlidir. Yuxarıda qeyd olunan maddi huquq normalarının tələblərinə əsasən məhkəmə cavabdeh tərəfindən iddiaçıya məxsus olan qeyri-yaşayış sahəsinə quraşdırılmış sayğaca texniki baxışın keçirilməsi halına qiymət verərək bildirir ki, xx.xx.2020-ci il tarixdə İddiaçı MMC istifadəsində olan qeyri-yaşayış binasına xidmət edən qaz sayğacının laboratoriya müayinəsinə verilməsi üçün götürülməsi məqsədi ilə akt tərtib edilmişdir. Sözügedən baxış yuxarıda qeyd olunan qanunvericiliyin müddəalarına əsasən müvafiq reyestrdə qeydiyyata alınması şərtləndirilmiş yoxlamaların dairəsinə aid edilmişdir. Lakin Cavabdeh tərəfindən qanunvericilik ilə müəyyən edilmiş müddətdə və qaydada sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat Reyestrində qeydiyyata alınması, yoxlamanın aparılması haqqında hər hansı qərar qəbul edilməsi, yoxlamanın keçirilməsinə dair müvafiq bildirirşin iddiaçıya təqdim edilməsi iş materialları ilə öz təsdiqini tapmamış və məhkəmə araşdırmasında bu barədə sübutlar təqdim edilməmişdir. Belə olan halda qanunvericiliyin göstərilən tələblərinə əsasən məhkəmə hesab edir ki, Cavabdeh tərəfindən İddiaçı MMC istifadəsində olan qeyri-yaşayış binasında quraşdırılmış sayğacla bağlı aparılmış yoxlama hüquqi nəticə doğurmur. Beləliklə, şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının sahibkarlıq fəaliyyəti göstərdiyi qeyri-yaşayış sahəsində quraşdırılmış sayğac qanunvericiliyin pozulması ilə yoxlanılmışdır. Odur ki, iddia tələbi təmin edilərək, "İddiaçı" MMC Salyan rayonu ərazisində yerləşən istixanaya (abonent kodu **********00000) Cavabdeh tərəfindən hesablanmış 43170,4 manat borc silinməlidir. Bundan başqa, birləşdirilmiş icraat üzrə Cavabdeh İddiaçı MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə münasibətdə məhkəmə qeyd edir ki, “Qaz təchizatı” haqqında Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinin 8-ci bəndinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Qazdan istifadə qaydalarının 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Tərəflər arasında imzalanmış xx.xx.2017-ci il tarixli, AKX-2/364 nömrəli qazın alqısatqı müqaviləsinin 3.4-cü bəndinə əsasən hesab istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra 1 ay müddətində istehlakçı tərəfindən istehlak olunmuş təbii qazın dəyəri bank və ya poçt şöbələri vasitəsi ilə tam ödənilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 135.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. 136.4-cü maddəsinə əsasən kommunal xidmətlərə görə haqqa soyuq və isti su təminatı, kanalizasiya, elektrik təminatı, qaz təminatı və istilik təchizatına görə ödənilən haqlar daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Qeyd olunanlara və işin faktiki hallarına məhkəmə əsasən hesab edir ki, Cavabdeh tərəfindən İddiaçı MMC-yə hesablanmış 87335,60 manat borcun 43170,4 manat hissəsi akt üzrə hesablanmış borc olsa da, 44165,2 manat hissəsi istehlakçının təbii qazdan istifadə etməsi nəticəsində yaranmış borcdur. Odur ki, məhkəmə hesab edir ki, borcun ödənilməsi tələbi qismən, 44165,2 manat hissədə əsaslı olduğundan qismən təmin edilməli, cavabdeh İddiaçındən təbii qazdan istifadəyə görə hesablanmış 44165,2 (qırx dörd min yüz altmış beş min manat iyirmi qəpik) manat məbləğində borc tutularaq Cavabdehnə ödənilməlidir. Beləliklə, yuxarıda qeyd olunan maddi hüququ normalarının tələblərini məhkəmə araşdırması zamanı müəyyən olmuş hallara tətbiq edərək məhkəmə hesab edir ki, birləşdirilmiş icraat üzrə iddiaçı Cavabdeh İddiaçı MMC-yə qarşı “borcun ödənilməsi” tələbi qismən təmin edilməli cavabdeh İddiaçı MMC-dən 44165,20 manat təbii qazdan istifadəyə görə borc və ödənilmiş dövlət rüsumunun 15.2 manat hissəsi həmin tələb üzrə iddiaçı Cavabdeh xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Eyni zamandan birləşdirilmiş icraat üzrə İddiaçı MMC-nin Cavabdeh” İstehsalat Birliyinə qarşı “borcun silinməsi” tələbi tam təmin edilməli, İddiaçı MMC-yə məxsus Salyan rayonu ərazisində yerləşən istixanaya (abonent kodu **********00000) Cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixli akt üzrə hesablanmış 43170,4 manat borcun silinməli və ödənilmiş 30 manat dövlət rüsumu həmin tələb üzrə Cavabdehndə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Birləşdirilmiş icraat üzrə iddiaçı Cavabdeh İddiaçı MMC-yə qarşı “borcun ödənilməsi” tələbi qismən təmin edildiyindən ödənilmiş tələblərin məbləğinə münasib olaraq ödənilmiş dövlət rüsumunun 15,2 manat hissəsi həmin tələb üzrə cavabdeh İddiaçı MMC -yə, 14,8 manat hissəsi isə həmin tələb üzrə Cavabdehnə aid edilməlidir. Eyni zamanda birləşdirilmiş icraat üzrə İddiaçı MMC-nin Cavabdeh” İstehsalat Birliyinə qarşı “borcun silinməsi” tələbi tam təmin edildiyindən ödənilmiş dövlət rüsmunu həmin tələb üzrə Cavabdehndən tutularaq həmin tələb üzrə İddiaçı MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Birləşdirilmiş icraat üzrə iddiaçı Cavabdeh İddiaçınə qarşı “borcun ödənilməsi” tələbi qismən təmin edilsin. Cavabdeh İddiaçındən təbii qazdan istifadəyə görə hesablanmış 44165,2 manat (qırx dörd min yüz altmış beş min manat iyirmi qəpik) məbləğində borc və ödənilmiş dövlət rüsumuna görə 15,2 manat (on beş manat iyirmi qəpik) tutularaq Cavabdehnə ödənilsin. Ödənilmiş dövlət rüsumunun 14,8 manat (on dörd manat səksən qəpik) hissəsi iddiaçı Cavabdehnə aid edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Birləşdirilmiş icraat üzrə İddiaçı Cavabdeh” İstehsalat Birliyinə qarşı “borcun silinməsi” tələbi təmin edilsin. İddiaçınə məxsus Salyan rayonu ərazisində yerləşən istixanaya (abonent kodu **********00000) Cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixli akt üzrə hesablanmış 43170,4 (qırx üç min yüz yetmiş manat qırx qəpik) manat məbləğində borc silinsin və ödənilmiş 30 manat dövlət rüsumu Cavabdehndən İddiaçı xeyrinə tutulsun. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Zeynəb Axundova
Məhkəmə qərarları › İş №e-2-2(113)-1621/2020
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1621/2020
21.08.2020 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver