Məhkəmə qərarları › İş №e-2-2(113)-1624/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1624/2022

17.06.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1624/2022 17.06.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İlkin iddia üzrə İddiaçı Cavabdeh2 qarşı vəzifədən azad edilmə, maddi və mənəvi zərərin ödənilməsi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 İddiaçı qarşı sənədlərin təhvil verilməsi və vəzifədən azad edilməsi tələbinə dair qarşılıqılı iddiası üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Cavabdeh1 qanuni təmsilçisi (direktoru) vəzifəsindən azd edilməsinin Cavabdeh2 həvalə edilməsi, vurulmuş 60.000 (altmış min) manat maddi və 1000 (min) manat mənəvi ziyanın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, ilkin mediasiya prosesində iştirakla bağlı ödənilmiş 100 (yüz) manat pulun və məhkəməyə ödənilmiş 170 (yüz yetmiş) manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra Cavabdeh2 qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Cavabdeh1 MMC-nin direktoru-qanuni təmsilçi vəzifəsindən azad edilməsi, 01 yanvar 2017-ci il tarixdən sonrakı dövr ərzində Cavabdeh1 MMC-nin fəaliyyətinin audit yoxlaması keçirilməklə, "xxxx" əsasında MMC-nin (rəsmi sənədləri möhür və digər rəsmi sənədlər) sənədlərini təhvil verməklə, direktor vəzifəsindən azad edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 Cavabdeh2 tərəfindən təsis edlmiş və həmin ildən başlayaraq müəssisənin bütün idarəçilik işləri təsisçi Cavabdeh2 tərəfindən həyata keçirilmişdir. X2 2008-ci ildə Cavabdeh1 MMC-nin qanuni təmsilçi (direktor) vəzifəsinə formal olaraq İddiaçı təyin etmiş və kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrində Cavabdeh1 MMC-nin qanuni təmsilçi (direktoru) kimi Emin İbrahimovun adı qeydiyyata alınsa da müəssisənin fəaliyyəti ilə bağlı bütün hüquqi prosedurlar Cavabdeh2 tərəfindən həyata keçirilmişdir. Cavabdeh1 MMC-nin qanuni təmsilçisi İddiaçı müəssisənin hansı fəaliyyətlə məşğul olması haqda ona heç bir məlumat verilməmiş və onun sənədləşmə işlərinin həyata keçirilməsi ilə bağlı razılığı tələb edilməmişdir. Cavabdeh1 MMC-nin qanuni təmsilçi olduğu müddətdə müəssisənin fəaliyyətindən əldə edilmiş gəlirdən ona heç bir ödəniş edilməmiş və direktor kimi fəaliyyətinə görə də əmək haqqı ödənişi həyat keçirilməmişdir. Cavabdeh1 MMC-nin təsisçi Cavabdeh2 qanuni təmsilçisi kimi müəssisənin bütün öhdəliklərini İddiaçı üzərinə qoymaqla onun etibarından su-istifadə etmişdir. İddiaçı Cavabdeh1 MMC-nin fəaliyyəti ilə bağlı bu günədək onun xəbəri olmadan, bütün idarəçilik onun əvəzindən Cavabdeh2 tərəfindən həyata keçirilmişdir. Müəssisənin vergi borcu ödənilmədiyindən vergi orqanı qarşısında borc öhdəliyi yaranmışdır. Cavabdeh1 MMC-nin yaranmış vergi borclarının ödənilməsi ilə bağlı Vergilər Nazirliyi tərəfindən məhkəməyə müraciət edilmişdir. Cavabdeh1 MMC-də aparılmış maliyyə əməliyyatlardan İddiaçı məlumatsız olması və yaranmış vergi borcları ilə bağlı onun məsuiyyət daşımadığı məhkəmədə sübütlarla və şahidlərin ifadələri ilə öz təsdiqini tapmışdır. Belə ki, Cavabdeh1 MMC-nin vergi borcuna görə Cavabdeh2 Bakı Yasamal Rayon Məhkəməsinin 1(004)-50/2018 nömrəli, 07 sentyabr 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il meddətində dövlət və özünü idarə orqanlarında maddi və məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Mülki idda üzrə Vergilər Nazirliyinin iddiası qismən təmin edilərək 219899, 93 (iki yüz on doqquz min səkkiz yüz doxsan doqquz manat doxsan üç qəpik) manat pul məbləğinin tutulması Cavabdeh1 MMC-nin təsisçisi Cavabdeh2 tutulmalı olduğu göstərilmişdir. Bundan sonra Cavabdeh1 MMC-nin vergi borcunun dövlət büdcəsinə ödənilməsinin təmin edilməsi üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhər Lokal Gəlirlər Baş İdarəsi tərəfindən İddiaçı ölkədən getmək hüququnun məhdudlaşırılması üçün Bakı Kommersiya Məhkəməsinə ərizə ilə müraciət etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-6056/2021 nömrəli, 06 dekabr 2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 MMC-nin vergi borcuna görə İddiaçı ölkədən getmək hüququ məhdudlaşdırılmışdır. Həmin qətnamədən İddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilmiş və hazırda iş baxılmaq üçün icraata götürülmüşdür. Cavabdeh1 MMC-nin vergi borcu təsisçi Cavabdeh2 tərəfindən ödənilmədiyindən İddiaçı kiçik sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilmir. Belə ki, xarici ticarət əlaqələri qurmaq üçün sərhəddəki məhdudiyyət səbəbindən maliyyə itkiləri ilə qarşılaşır. Ölkədən getmək hüquququ məhdudlaşdırılması nəticəsində ona həm maddi, həm də mənəvi ziyan vurulması onun sarsıntı keçirməsinə səbəb olmuşdur. Sonradan İddiaçı məlum olmuşdur ki, təsisçi Cavabdeh2 ona məlumat vermədən Əmək Məcəlləsinin 75.2 a) bəndinə əsasən birtərəfli qaydada əmək müqaviləsinə xitam vermişdir. Lakin əmək münasibətlərinə xitam verilsə də, Cavabdeh1 MMC-nin təsisçisi Cavabdeh2 tərəfindən İddiaçı adının formal olaraq kommersiya qurumlarının dövlət reyestrində saxlamaqla ona qarşı süni maneə yaradır. İddiaçı Cavabdeh1 MMC-nin qanuni təmsilçisi kimi fəaliyyətinin formal olması barədə dəfələrlə təsisçisi Cavabdeh2 müraciət etsə də heç bir nəticə əldə edilməmişdir. Sonuncu dəfə İddiaçı 14 yanvar 2022-ci il tarxdə Cavabdeh2 müraciət edərək onu Cavabdeh1 MMC-nin qanuni təmsilçisi (direktoru) vəzifəsindən azd edilməsini xahiş etmiş, əks təqdirdə ona vurulmuş 6000 (altmış min) manat maddi, 1000 (min) manat mənəvi ziyanın tələb edilməsi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalacağı və bu zaman dəymiş maddi zərərdən əlavə məhkəmə xərclərinin ondan tutulacağı barədə xəbərdar edilmişdir. Lakin Cavabdeh1 MMC-nin təsisçisi Cavabdeh2 İddiaçı sonuncu müraciətinə də heç bir əhəmiyyət verməmişdir. Ona görə də İddiaçı pozulmuş hüquqlarının bərpa edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göründüyü kimi cavbdehin qərəzli hərəkətləri nəticəsində iddiaçının hüquqları pozulmaqla yanaşı, səhhətinin pozulmasına və mənəvi sarsıntı və iztirab keçirməsinə səbəb olmuşdur. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh1 MMC-ni xx.xx.2008-ci il tarixdə təsisçi olaraq təsis etməklə, müəssisə dövlət qeydiyyatından keçirilmişdir. Qeyd olunan MMC-nin nizamnaməsinə əsasən cəmiyyətin cari fəaliyyətinə direktor rəhbərlik edir. MMC-nin direktoru vəzifəsinə 28 oktyabr 2013-cü il tarixdə təsisçi olaraq əmr əsasında İddiaçı təyin edilmişdir. MMC-nin nizamnaməsinin 2-ci redaksiyası xx.xx.2013-cü il tarixdə dövlə qeydiyyatından keçirilmişdir. Nizamnamənin 4.6-cı bəndinə görə cəmiyyətin fəaliyyətinə cari rəhbərliyi icraedici orqanı və qanuni təmsilçilik funksiyalarını direktor həyata keçirir. xx.xx.2017-ci il tarixə qədər müəssisənin fəaliyyəti nəticəsində yaranmış bütün fəaliyyətlə əlaqədar funksiyalara faktiki olaraq rəhbərlik etdiyini öz üzərinə götürməklə, bütün cavabdehlilik və məsuliyyət üzərində qalmışdır. xx.xx.2017-ci il tarixdən məhkəmənin hökmü ilə azadlıqdan məhrum edilmə cəzasına məhkum edilmişdir. Təsisçi olaraq direktor vəzifəsinə təyin etdiyi cavabdeh İddiaçı xx.xx.2017-ci il tarixdən sonrakı dövrdə MMC-ni idarə etmişdir. MMC-nin möhürü, bank rekvizitləri, vergi orqanında **********1 -VÖEN üzrə istifadə kodu, parol və şifrə, cəmiyyətin nizamnaməsinin əsli və s. sənədlər və səlahiyyətlər cavabdehdə olmuşdur. 2017-2020-ci illər dövründə azadlıqdan məhrumetmə qaydasında cəzaçəkmə müəssisəsində cəza çəkdiyi üçün MMC -nin direktoru tərəfindən Cavabdeh1 MMC hansı fəaliyyətlərlə məşğul olmasından məlumatsızdır. Bu səbəbdən təsisçi olaraq MMC-nin xx.xx.2017-ci ildən sonrakı keçən dövrün müstəqil audit cəlb edilməklə, bu dövr ərzində MMC-nin fəaliyyətin olub-olmaması, başqa öhdəliklərin yaranıb-yaranmaması bu fəaliyyətlər nəticəsində xx.xx.2017-ci il tarixdən sonrakı dövrlərdə hansı borc və öhdəliklərin olub-olmaması yoxlanılmaqla cavabdehin direktor vəzifəsindən azad edilməsinə etirazı olmamışdır. Cavabdeh əksinə MMC-ni rəsmi akt əsasında təsisçiyə təhvil verməkdən qəsdən yayınır. Nəzərə alınmalıdır ki, cavabdeh xx.xx.2017-ci ildən sonrakı 5 (beş) il müddətində müəssisənin direktoru vəzifəsindən azad edilməsi məqsədilə ona, yaxud məhkəməyə müraciət etməmişdir. Direktor MMC-nin təsisçisinə nə şifahi, nə də yazılı qaydada heç bir məlumat vermir və müəssisənin keçən 5 (beş) il ərzində fəaliyyəti nəticəsində gəliri, zərəri, öhdəliklərin olub-olmaması barədə məlumat verməkdən yayınmaqla, həm də MMC-nin son beş illik dövrün audit edilməsinə razılıq vermədən bəlkə də müəssisənin adından əlavə öhdəliklər və s. yaratmaqla, cavabdehlikdən yayınmaq istəyir. Sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədilə VÖEN-ə malik deyildir. Hazırkı mübahisənin Əmək Məcəlləsindən irəli gələn əmək münasibətləri olması barədə məhkəməyə yazılı ərizə və etirazlar təqdim edilmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçının nümayəndəsi və vəkili ilkin iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq qeyd etmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)-286/2022 nömrəli, 18 aprel 2022-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh1 MMC-nin qanuni təmsilçisinin ölkədən getmək hüququnun məhdudlaşdırılması ilə bağlı məhkəmə işə baxarkən müəyyən etmişdir ki, vergi hesabatlarının elektron mübadiləsi haqqında ərizədən görünür ki, ərizəni Cavabdeh1 MMC-nin rəhbəri qismində Cavabdeh2 imzalamışdır. Bundan əlavə Azərbaycan Respublikası Vergilər Nazirliyi Bakı şəhəri Vergilər Departamenti Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi ilə bağlanan Vergi hesabatlarının elektron sənəd formasında göndərilməsi haqqında xx.xx.2008-ci il tarixli müqavilədən görünür ki, müqaviləni vergi ödəyicisi Cavabdeh1 MMC-nin adından Cavabdeh2 imzalamışdır. Beləliklə Bakı Apellyasiya X1 müəyyən etmişdir ki, əmək müqaviləsinin bağlanmasına, bildirişin qeydiyyatına, həmin əmək müqavilələri üzrə ödənilən əmək haqqları üzrə ödənilən gəlir vergilərinə, həmçinin, sosial sığorta üzrə ödəmələrə nəzarət edən, baş verən qanun pozuntularına görə maliyyə sanksiyası tətbiq edən, o cümlədən muzdlu işlə bağlı cəlb edilmiş şəxslər üzrə yoxlamalar aparan ərizəçi vergi orqanı yoxlama-nəzarət işləri apararkən Cavabdeh1 MMC-nin rəhbərinin maraqlı şəxs olmamasını nəzərə almamış, bununla bağlı qanunvericiliklə ona məsuliyyətə cəlb etməyə dair verilmiş səlahiyyətlərindən istifadə etməmişdir. Halbuki, Cavabdeh1 MMC-nin qanuni təmsilçisinin bu qisimdə fəaliyyətinə xitam verilməsindən və onun faktiki rəhbərinin maraqlı şəxs olmamasından nəzarətedici orqan olaraq vergi orqanı, məhkəməyə hazırkı ərizə ilə müraciət etdiyi tarixdə xəbərdar olmalı və bununla bağlı qanunvericiliklə ona verilmiş sanskiya tətbiq etmək səlahiyyətlərindən istifadə etməli idi. Bu baxımdan maraqlı şəxsin Cavabdeh1 MMC-nin işçisi, qanuni təmsilçisi, faktiki rəhbəri olmamasına baxmayaraq, bununla bağlı dəyişiklik dövlət qeydiyyatına alınmadığından Cavabdeh1 MMC-nin dövlət büdcəsinə olan borcuna görə ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, hesablanmış borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə tutulmasının səmərəliliyini istisna etməklə, Cavabdeh1 MMC-nin borclarının vaxtında ödənilməsindən yayınmasına, maraqlı şəxsin isə hüquqlarının məhdudlaşdırılmasına səbəb olmuşdur. Maraqlı şəxs Cavabdeh1 MMC-nin hüquqi şəxsin direktoru vəzifəsindən azad edildiyi üçün, təmsilçi kimi məsuliyyətə cəlb olunması üçün əsaslar iş üzrə mövcud olmamışdır. Ona görə də Cavabdeh1 MMC-nin dövlət büdcəsinə olan 274 530,82 manat vergi borcunun ödənilməsini təmin etmək üçün maraqlı şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 6056/2021 nömrəli iş üzrə 06 dekabr 2021-ci il tarixli qətnaməsini ləğv edərək İddiaçı Mikayil oğlunun apellyasiya şikayəti təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul etmişdir. Cavabdeh1 MMC-nin dövlət büdcəsinə olan borcunu ödəməkdən yayınmaqla iddiaçını özünün borc öhdəliklərinə şərik etmək istəyir. Bununla da o, həm onun hüquqlarını məhdudlaşdırır, həm də qanunvericiliyin tələbini kobud surətdə pozmuş olur. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçı həm maddi, həm də mənəvi zərərə uğramış və çətin şərait iddiaçının sarsıntı keçirməsinə səbəb olmuşdur. Məhkəməyə təqdim edilmiş sübutlar məhkəmədə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmaqla, yekunda ədalətli qərar qəbul edilməsi üçün yetərli ola bilər. Ona görə də, lüzumsuz sübutların toplanması məhkəmə prosesinin əsassız olaraq uzadılmasına səbəb olan hallardandır. Belə olan halda məhkəmənin əsassız iş vaxtının itirilməsinə və iddiaçının hüquqlarının pozulmasına səbəb ola bilər. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdehin nümayəndəsi və vəkili qarşılıqlı iddianın məzmununa uyğun izahat vermiş, ilkin iddianın rədd qarşılıqlı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə ilkin iddia və qarşılıqlı iddia ərizəsini, işin faktiki hallarını araşdıraraq, tərəflərin nümayəndələrini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən ilkin iddia və qarşılıqlı iddia rədd edilməlidir. İş materiallarında olan: Bakı Yasamal Rayon Məhkəməsinin 1(004)-50/2018 nömrəli, 07 sentyabr 2018-ci il tarixli hökmü ilə Cavabdeh2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətində dövlət və özünü idarə orqanlarında maddi və məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2013-cü il tarixli 014 nömrəli əmrə əsasən İddiaçı Cavabdeh1 MMC-nin direktoru vəzifəsinə təyin edilmişdir. xx.xx.2015-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsindən çıxarışa əsasən İddiaçı müqaviləsinə xx.xx.2015-ci il tarixli 03 nömrəli əmr əsasında Azərbaycan Respublikası Əmək Məcəlləsinin 75.2 a maddəsi tərəflərin qarşılıqlı razılığı əsası ilə xitam verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)-286/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 6056/2021 nömrəli iş üzrə 06 dekabr 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal gəlirlər baş idarəsinin maraqlı şəxs İddiaçı ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbinə dair ərizəsi təmin edilməmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh1 MMC Cavabdeh2 tərəfindən təsis edilmiş, daha sonra İddiaçı Cavabdeh1 MMC-nin direktoru vəzifəsinə təyin edilmiş, xx.xx.2015-ci il tarixli 03 nömrəli əmr əsasında İddiaçı əmək müqaviləsinə tərəflərin qarşılıqlı razılığı əsası ilə xitam verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Məhkəmə İddiaçı Cavabdeh1 qanuni təmsilçisi (direktoru) vəzifəsindən azad edilməsinin Cavabdeh2 həvalə edilməsi tələbinə münasibətdə qeyd edir ki, məhkəməyə təqdim edilmiş sübutlardan məlum olur ki, İddiaçı Cavabdeh1 MMC ilə əmək müqaviləsinə tərəflərin qarşılıqlı razılığı əsası ilə xitam verilmişdir. İddiaçının MMC-nin direktoru olaraq fəaliyyətinə xitam verilmiş və vəzifədən azad olunma əmək qanunvericiliyində nəzərdə tutulmuş şəkildə rəsmiləşdirilmişdir. Məhkəmə hesab edir ki, direktor vəzifəsindən azad olunmuş şəxsin belə bir iddia ilə məhkəməyə müraciəti əsassızdır. İlkin iddia üzrə iddiaçı iddia ərizəsində eyni zamanda 60.000 (altmış min) manat maddi və 1.000 (min) manat mənəvi ziyanın cavabdehdən tutularaq iddiaçıya ödənilməsini də tələb etmişdir. İddiaçı iddia tələbini məhkəmə qətnaməsi ilə onun ölkədən çıxışına məhdudiyyət qoyulması nəticəsində xarici ticarət əlaqələri qurmaq üçün imkanlarının məhdudlaşması ilə əsaslandırmış, həm maddi həm də mənəvi sarsıntılar keçirdiyini qeyd etmişdir. Məhkəmə qeyd edir ki, ilkin iddia üzrə iddiaçı məhkəmə araşdırması zamanı iddia tələbini qeyd olunan hissədə təsdiqləyən hər-hansı sübutu məhkəməyə təqdim etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, ilkin iddia üzrə iddiaçının tələbi əsassız olduğundan rədd edilməlidir. Cavabdeh2 tərəfindən verilmiş qarşılıqlı iddia ərizəsinə münasibətdə məhkəmə qeyd edir ki, qarşılıqlı iddia üzrə iddaçı tərəfindən İddiaçı Cavabdeh1 MMC-nin direktor vəzifəsindən azad edilməsi, 01 yanvar 2017-ci il tarixdən sonrakı dövr ərzində Cavabdeh1 MMC-nin fəaliyyətində audit yoxlanılması, "xxxx" əsasında MMC-nin (rəsmi sənədləri möhür və digər rəsmi sənədlər) sənədlərini təhvil verməsi iddiası rədd edilməlidir. Mülki Məcəlləsinin 91.1-7ci maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyətin ali orqanı onun iştirakçılarının ümumi yığıncağıdır. Bir iştirakçısı olan cəmiyyətdə cəmiyyətin ümumi yığıncağının səlahiyyətləri iştirakçı tərəfindən təkbaşına həyata keçirilir. Cəmiyyətin nizamnaməsində nəzərdə tutulduğu halda, habelə ictimai əhəmiyyətli qurumlarda cəmiyyətin direktorlar şurası (və ya müşahidə şurası) və (və ya) təftiş komissiyası (müfəttiş) yaradılır. Məhdud məsuliyyətli cəmiyyətdə onun fəaliyyətinə cari rəhbərliyi həyata keçirən və iştirakçılarının ümumi yığıncağına hesabat verən icra orqanı (kollegial və ya təkbaşçı) yaradılır. Cəmiyyətin kollegial icra orqanının rəhbəri və üzvləri və ya cəmiyyətin təkbaşçı icra orqanının rəhbəri onun iştirakçıları olmayanların sırasından da seçilə bilər. Mülki Məcəlləsinin 91.1-7ci maddəsinə əsasən bir iştirakçıdan ibarət olan cəmiyyətdə ümumi yığıncağın səlahiyyətlərinə aid olan məsələlər barəsində qərarlar həmin iştirakçı tərəfindən təkbaşına qəbul edilir və yazılı surətdə rəsmiləşdirilir. Məhkəmə hesab edir ki, cavabdeh (ilkin iddiaçı) direktor vəzifəsindən azad edildiyindən və bununla bağlı hər hansı mübahisəli hal olmadığından, 01 yanvar 2017-ci il tarixdən sonrakı dövr ərzində Cavabdeh1 MMC-nin fəaliyyətində audit yoxlanılmasının aparılması hüquqi şəxsin səlahiyyətləri çərçivəsində olmaqla məhkəmə qərarı ilə müəyyən edilən hal olmadığından və "xxxx" əsasında MMC-nin (rəsmi sənədləri möhür və digər rəsmi sənədlər) sənədlərinin təhvil verilməsi ilə bağlı cavabdehə (ilkin iddiaçı) müraciət edilməsi və bundan imtina olunması ilə bağlı məhkəməyə sübut təqdim edilmədiyindən iddia rədd olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2 maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə uyğun olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3 maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə uyğun olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, iddiaçı iddia tələblərinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilmədiyindən iddianın maddi zərərin ödənilməsi tələbinə dair hissəsi rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İlkin iddia ərizəsi rədd edildiyindən məhkəmə qeyd edir k, ilkin mediasiya prosesində iştirakla bağlı ödənilmiş 100 (yüz) manat və məhkəməyə ödənilmiş 170 (yüz yetmiş) manat dövlət rüsumu ilkin iddia üzrə iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İlkin iddia rədd edilsin. Qarşılıqlı iddia rədd edilisin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar