Məhkəmə qərarları › İş №e-2-2(113)-1625/2021

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-1625/2021

26.02.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-1625/2021 26.02.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyev Emin Zöhrab oğlunun sədrliyi və Aslanov Kamal Sahib oğlunun katibliyi ilə, İddiaçı “xxxx” Mənzil-Tikinti Kooperativinin Cavabdeh ASC-yə qarşı aktın ləğv edilməsi və qanunsuz hesablanan cərimə borcunun silinməsi tələbinə dair iddia ərizəsinə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” Mənzil-Tikinti Kooperativi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı “xxxx” MTK barəsində Cavabdeh ASC tərəfindən tərtib edilmiş xx.xx.2018-ci il tarixli 09307 saylı aktın ləğv edilməsi və həmin akt əsasında iddiaçı “xxxx” MTK -ya əsassız olaraq hesablanmış 27468 manat borcun silinməsi öhdəliyinin Cavabdeh ASC-yə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirən məhkəmə müəyyən etmişdir ki, iddiaçı xx.xx.2018-ci il tarixli 09307 saylı aktın ləğv edilməsini xahiş etmiş, halbuki sözügedən akt heç bir hüquqi nəticə doğurmadığına görə həmin tələblərə məhkəmə qaydasında baxılmır. Göründüyü kimi iddiaçı bir-biri ilə əlaqədar olmayan bir neçə tələbi iddia ərizəsində birləşdirmiş, belə ki, borcun silinməsi tələbinə Bakı Kommersiya Məhkəməsində baxılımalıdırsa, Cavabdeh ASC tərəfindən tərtib edilmiş xx.xx.2018-ci il tarixli 09307 saylı aktın ləğv edilməsi tələbinə məhkəmə qaydasında baxılmır. Həmçinin məhkəmə “xxxx” Mənzil-Tikinti Kooperativinin diqqətinə çatdırır ki, iddiaçı dövlət rüsumu ödəyən şəxslərə aiddiar, belə ki, iddiaçı “xxxx” Mənzil-Tikinti Kooperativi iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumunun ödənilməsindən azad edən bəndi seçmişdir, halbuki istehlakçıların hüquqlarının müdafiəsi haqqında Azərbaycan Respbulikasının Qanunun 1-ci maddəsinə əsasən istehlakçı - şəxsi tələbatını ödəmək məqsədi ilə mal, iş və xidmətlərdən istifadə edən, onları alan, sifariş verən, yaxud almaq və ya sifariş vermək niyyəti olan şəxs hesab edildiyi göstərilmişdir. Dövlət tərəfindən də istifadə edilən suyun qiyməti müəyyən edilərkən, fiziki şəxslər üçün bir tarif hüquqi şəxslər üçün isə başqa tarif nəzərdə tutulur. Bununla yanaşı məhkəmə qeyd edir ki, “Rusel Plaza” biznes mərkəzinlərində yerləşən sahələr çox vaxtı icarəyə verilir və sonuncu icarə haqqı vasitəsi ilə gəlir əldə edir. Göründüyü kimi Cavabdeh ASC-nin sistemində “xxxx” Mənzil- Tikinti Kooperativi abonent kimi göstərilsə də, suyun real istifadəçiləri üçüncü şəxslərdir və onların adına heç bir abonent kodu mövcud deyil və buna görə iddiaçı istehlakçı statusuna malik olmadığından dövlət rüsumu ödəməlidir. Azərbaycan Respublikası MPM-nin 150.0.2-ci maddəsinə əsasən iddia ərizəsinə dövlət rüsumunun ödənilməsi haqqında sənəd əlavə edilir. Azərbaycan Respublikası MPM-nin 152.1.5 və 152.1.7-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə və bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Qeyd olunanları nəzərə alan məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 263 və 264-cü maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddiaçı “xxxx” Mənzil-Tikinti Kooperativinin Cavabdeh ASC-yə qarşı aktın ləğv edilməsi və qanunsuz hesablanan cərimə borcunun silinməsi tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçı “xxxx” Mənzil-Tikinti Kooperativinə izah edilsin ki, Cavabdeh ASC-yə qarşı qanunsuz hesablanan cərimə borcunun silinməsinə dair kommersiya mübahisəsi ilə bağlı tələblə dövlət rüsumunun ödənilməsi haqqında sənəd (qəbz) əlavə etməklə yenidən məhkəməyə müraciət edə bilər. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim:Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar