Məhkəmə qərarları › İş №e-2-2(113)-1627/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1627/2023

13.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1627/2023 13.04.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, X4 qızının katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 və Cavabdeh iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı əsas kredit müqaviləsi üzrə əsas borcun, kredit borcuna görə hesablanmış faiz və dəbbə pulunun (cərimənin) ödənilməsi tələbinə dair kommersiya mübahisəsi ilə bağlı işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh: DC00267692-01 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 765,72 manat əsas borc, 84,34 manat cərimə borcu olmaqla, cəmi 850,06 manat; DC00267692-02 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 15715,80 manat əsas borc, 915,61 manat faiz borcu, 174,30 manat cərimə borcu olmaqla, cəmi 16805,71 manat; DC00267692-03 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 4803,30 manat əsas borc, 252,50 manat faiz borcu, 91,50 manat cərimə borcu olmaqla, cəmi 5147,30 manat; DC00267692-08 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 4607,29 manat əsas borc, 328,82 manat faiz borcu, 82,95 manat cərimə borcu olmaqla, cəmi 5019,06 manat borcun, mediasiya prosesi üzrə ödənilmiş 200 manat məbləğində xidmət haqqının cavabdehdən tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixdə bank xidmətlərinin göstərilməsinə dair X5nun xx.xx.2020-ci il tarixli 1.0.2 nömrəli versiyasının şərtlərini qəbul etməsi barədə OnGTC/SE/3399 saylı razılaşma imzalanmışdır. Həmin razılıq ərizəsini imzalayaraq borclu www.pashabank.az saytında yerləşdirilmiş X3 qeyd edilmiş şərtləri (müvafiq redaksiyada) qəbul edir. Eyni zamanda tərəflər arasında X5 çərçivəsində: -xx.xx.2021-ci il tarixli DC00267692-01 saylı maliyyələşdirmə üçün ərizə imzalanmış və Bank tərəfindən Borcalana xx.xx.2022-ci il tarixədək illik faiz dərəcəsi 15.5%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 30.5% olmaqla, 7 000 (yeddi min) manat məbləğində mal alışı məqsədi ilə birdəfəlik kredit verilmiş; - xx.xx.2021-ci il tarixli DC00267692-02 saylı maliyyələşdirmə üçün ərizə imzalanmış və Bank tərəfindən Borcalana xx.xx.2023-cü il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 23442 manat məbləğində mal alışı məqsədi ilə birdəfəlik kredit verilmiş; xx.xx.2021-ci il tarixli DC00267692-03 saylı maliyyələşdirmə üçün ərizə imzalanmış və bank tərəfindən borcalana xx.xx.2023-cü il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 6759 manat məbləğində mal alışı məqsədi ilə birdəfəlik kredit verilmiş; xx.xx.2021-ci il tarixli DC00267692-08 saylı maliyyələşdirmə üçün ərizə imzalanmış və bank tərəfindən borcalana xx.xx.2023-cü il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 6018 manat məbləğində mal alışı məqsədi ilə birdəfəlik kredit verilmişdir. Lakin borcalan DC00267692-01 saylı maliyyələşdirmə üçün ərizə üzrə öhdəliklərini 167 gün, DC00267692-02 saylı maliyyələşdirmə üçün ərizə üzrə öhdəliklərini 197 gün, DC00267692-03 saylı maliyyələşdirmə üçün ərizə üzrə öhdəliklərini 169 gün, DC00267692-08 saylı maliyyələşdirmə üçün ərizə üzrə öhdəliklərini 146 gün icra etməyərək kreditin müəyyənləşdirilən qaydada ödənilməsini həyata keçirməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iddia ərizəsi və iddia həcminin dəqiqləşdirilməsinə dair ərizəyə uyğun izahat verərək tələbin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh əsas borc hissəsində iddianı qəbul etdiyini bildirmiş, faiz və cərimə hissəsində iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2020-ci il tarixli OnGTC/SE/3399 saylı İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış bank xidmətlərinin göstərilməsinə dair X3n görünür ki, bu müqavilədə, müştərinin müraciəti əsasında ona bank hesabının açılması, depozitin yerləşdirilməsi, maliyyələşdirilməsi (kredit, kredit xətti və ya limitin ayrılması), ticarətin maliyyələşdirilməsi (akkreditiv, qarantiya, stand-by akkreditiv, inkasso), ödəniş kartlarının verilməsi, depozit qutularının icarəsi və bu xidmətlərin göstərilməsindən irəli gələn şərtlər müvafiq adlı bölmələrdə öz əksini tapmışdır. xx.xx.2021-ci il tarixli İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış DC00267692-01 saylı maliyyələşdirmə üçün ərizədən görünür ki, Bank tərəfindən borcalana xx.xx.2022-ci il tarixədək illik faiz dərəcəsi 15,5%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 30,5% olmaqla, 7000 manat məbləğində mal alışı məqsədi ilə birdəfəlik kredit verilmişdir. xx.xx.2021-ci il tarixli İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış DC00267692-02 saylı maliyyələşdirmə üçün ərizədən görünür ki, bank tərəfindən borcalana xx.xx.2023-cü il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 23442 manat məbləğində mal alışı məqsədi ilə birdəfəlik kredit verilmişdir. xx.xx.2021-ci il tarixli İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış DC00267692-03 saylı maliyyələşdirmə üçün ərizədən görünür ki, bank tərəfindən borcalana xx.xx.2023-cü il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 6759 manat məbləğində mal alışı məqsədi ilə birdəfəlik kredit verilmişdir. xx.xx.2021-ci il tarixli İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış DC00267692-08 saylı maliyyələşdirmə üçün ərizədən görünür ki, bank tərəfindən borcalana xx.xx.2023-cü il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 6018 manat məbləğində mal alışı məqsədi ilə birdəfəlik kredit verilmişdir. xx.xx.2023-cü il tarixli İddiaçı ASC tərəfindən tərtib olunmuş maliyyə arayışından görünür ki, Cavabdeh DC00267692-01 saylı maliyyələşdirmə üçün ərizə üzrə 765,72 manat əsas borc, 84,34 manat cərimə borcu olmaqla, cəmi 850,06 manat, gecikmə günü- 266 gün, DC00267692-02 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 15715,80 manat əsas borc, 915,61 manat faiz borcu, 174,30 manat cərimə borcu olmaqla, cəmi 16805,71 manat, gecikmə günü 296 gün, DC00267692-03 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 4803,30 manat əsas borc, 252,50 manat faiz borcu, 91,50 manat cərimə borcu olmaqla, cəmi 5147,30 manat, gecikmə günü 268 gün, DC00267692-08 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 4607,29 manat əsas borc, 328,82 manat faiz borcu, 82,95 manat cərimə borcu, cəmi 5019,06 manat, gecikmə günü 245 gündür. xx.xx.2023-cü il tarixli ilkin mediasiya sessiyasına xitam verilməsi barədə protokoldan görünür ki, İddiaçı ASC Bakı şəhəri 9 saylı mediasiya təşkilatına 200 manat məbləğində mediasiya xərci ödəmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1, 386.1, 467-ci maddələrinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. İş materiallarından da göründüyü kimi iddiaçı və cavabdeh arasında qanunvericiliyə uyğun olaraq kredit müqavilələri bağlanmış, iddiaçı tərəfindən üzərinə düşən öhdəliklər yerinə yetirilmiş, lakin cavabdeh bankın qarşısında olan öhdəliklərini tam olaraq yerinə yetirməmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia DC00267692-01 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 765,72 manat əsas borc, DC00267692-02 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 15715,80 manat əsas borc, 915,61 manat faiz borcu, 174,30 manat cərimə borcu olmaqla, cəmi 16805,71 manat, DC00267692-03 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 4803,30 manat əsas borc, 252,50 manat faiz borcu, 91,50 manat cərimə borcu olmaqla, cəmi 5147,30 manat, DC00267692-08 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 4607,29 manat əsas borc, 328,82 manat faiz borcu, 82,95 manat cərimə borcu olmaqla, cəmi 5019,06 manat, həmçinin 200 manat mediasiya xərci hissədə əsaslı olduğundan təmin edilməlidir. Həmçinin məhkəmə iddia tələbinin DC00267692-01 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 84,34 manat məbləğində cərimə hissəsi ilə əlaqədar qeyd edir ki, cərimə tənasübsüz sürətdə yüksək qiymətləndirildiyinə görə həmin məbləğ azaldılaraq 34,28 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli Cavabdeh DC00267692-01 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 765,72 manat əsas borc, 34,28 manat cərimə cəmi 800 manat, DC00267692-02 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 15715,80 manat əsas borc, 915,61 manat faiz borcu, 174,30 manat cərimə cəmi 16805,71 manat, DC00267692-03 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 4803,30 manat əsas borc, 252,50 manat faiz borcu, 91,50 manat cərimə cəmi 5147,30 manat, DC00267692-08 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 4607,29 manat əsas borc, 328,82 manat faiz borcu, 82,95 manat cərimə cəmi 5019,06 manat, ümumilikdə 27772,07 manat məbləğində pul, həmçinin mediasiya xərci kimi ödənilmiş 200 manat məbləğində pul tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh DC00267692-01 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 765,72 manat əsas borc, 34,28 manat cərimə cəmi 800 manat, DC00267692-02 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 15715,80 manat əsas borc, 915,61 manat faiz borcu, 174,30 manat cərimə cəmi 16805,71 manat, DC00267692-03 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 4803,30 manat əsas borc, 252,50 manat faiz borcu, 91,50 manat cərimə cəmi 5147,30 manat, DC00267692-08 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 4607,29 manat əsas borc, 328,82 manat faiz borcu, 82,95 manat cərimə cəmi 5019,06 manat, ümumilikdə 27772,07 manat məbləğində pul, həmçinin mediasiya xərci kimi ödənilmiş 200 manat məbləğində pul tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar