Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-163/2021 29.04.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı ofis icarəsinə dair icarə müqaviləsinə xitam verilməsi və artıq ödənilmiş vəsaitin icarə haqqından çıxılması barədə ilkin, Cavabdeh İddiaçı qarşı icarə haqqının ödənilməsi barədə qarşılıqlı iddia ərizələrinə dair işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh MMC-nin üzərinə2020-ci ilin martın 1-dən iyunun sonunadək Cavabdeh MMC ilə İddiaçı arasında 01.01.2020-ci il tarixli, ofis icarəsinə dair icarə müqaviləsi üzrə müəyyən edilmiş icarə haqqının ödənilməsindən İddiaçı azad edilməsi öhdəliyinin qoyulması və Cavabdeh MMC ilə İddiaçı arasında 01.01.2020-ci il tarixli, ofis icarəsinə dair icarə müqaviləsinə xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia onunla əsaslandırılmışdır ki, “X3” MMC ilə İddiaçı arasında 01.01.2020-ci il tarixli, ofis icarəsinə dair icarə müqaviləsi bağlanmışdır. Bundan əvvəl isə tərəflə 4 illlik uzun bir müddət ərzində tərəflər icarə müqaviləsi üzrə hüquq münasibətlərində olmuşlar. Bu illər ərzində tərəflər arasında heç bir problem yaranmamış tərəflər öhdəliklərini qüsürsuz icra etmişlər. Xüsusən icarəçi Əliyev Teymur heç bir gecikmə olmadan əvvəlki illər üzrə icarə haqqını ödəmişdir. 2020-ci ilin əvvələrindən coronovirus infeksiyası ilə əlaqədar olaraq bağlanmış icarə müqaviləsinin icra edilməsi ölkədə tətbiq edilən xüsusi karantin rejimi ilə əlaqədar olaraq mart ayından etibarən indiki vəziyyətə qədər qeyrimümkün olmuşdur. Belə ki, icarə müqaviləsi bağlanarkən İddiaçı tədris (treyninqlərin təşkil edilməsi) fəaliyyətini həyata keçirirdi. Lakin Nazirlər Kabinetinin yanında yaradılmış Operativ Qərərgahın qərarına əsasən tədris fəaliyyətini tələbələrin iştirakı ilə hayata keçirilməsi qadağan edilmiş fəaliyyətlər siyahısına daxil edilmişdir. Bu səbəblə də, 2020-ci ilin mart ayının 1-dən tədris fəaliyyətinin həyata keçirilməsi qeyri-mümkün olmuşdur. Bu səbəblə iddiaçı dəfələrlə cavabdehə İcarə haqqı ilə bağlı güzəştlərin edilməsi üçün dəfələrlə müraciət etmiş lakin müraciətlər süni olaraq cavabsız buraxılmışdır. Halbuki, bütün dünyada pandemiya halına gəlmiş koronovirus fors major hal hesab edilməli və mart ayından etibarən icarə haqqının ödənilməsi dayandırılmalı və İddiaçı mart ayından etibarən yaranmış borcdan azad edilməlidir. 20.06.2020-ci il tarixində və 21.06.2020-ci il tarixində icarə müqaviləsinə xitam verilməsinə dair yazılı bildirişi cavabdehin ünvanına rəsmi qaydada göndərilmişdir. Lakin cavabdeh tərəfindən bununla bağlı İddiaçı heç bir məlumat verilməmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh MMC-nin üzərinə 2020-ci il martın 1-dən iyunun sonunadək Cavabdeh MMC ilə İddiaçı arasında 01.01.2020-ci il tarixli, ofis icarəsinə dair icarə müqaviləsi üzə müəyyən edilmiş icarə haqqının ödənilməsindən İddiaçı azad edilməsi öhdəliyinin qoyulması və Cavabdeh MMC ilə İddiaçı arasında 01.01.2020-ci il tarixli, ofis icarəsinə dair icarə müqaviləsinə xitam verilməsi və bu müddət ərzində iddiaçıya vurulmuş maddi ziyanın əvəzi olaraq 6000 manat məbləğində kompensasiyanın iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə yenidən ərizə verərək İddiaçı tərəfindən əlavə ödənilmiş 1406 manatın ümumi məbləğdən çıxılması və 01.01.2020-ci il tarixli icarə müqaviləsinə xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmçinin, Cavabdeh MMC qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh X2 iddiaçı Cavabdeh MMC arasında 01.01.2020-ci il tarixində bağlanmış ofis icarəsinə dair müqaviləyə əsasən müəyyən edilmiş 6 aylıq 4800 manat+18% ƏDV= cəmi 5664 manat ödənilməmiş icarə haqqı və 30 manat dövlət rüsumu məbləğinin tutulması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, MMC ilə cavabdeh İddiaçı arasında 01.01.2020-ci il tarixində ofis icarəsinə dair müqavilə bağlanmışdır. Müqaviləyə əsasən MMC Bakı şəhəri, AZ1065, C.Cabbarlı 44 ünvanında yerləşən “Caspian Plaza”-da Əlavə 1-də göstərilmiş ofis shəsini, icarə haqqı qarşılığında İddiaçı vermişdir. Müqavilənin ayrılmaz tərkibi syaılan Əlavə 1-in 2.1-ci maddəsinə əsasən icarəçi 01.01.2020-ci il tarixindən 01.01.2021-ci il taixinədək 800 manat+18% ƏDV=944 manat olan aylıq icarə haqqını ödəməyi öz öhdəsinə götürmüşdür. Ödəniş 1 aydan bir olmaq şərti ilə hesab faktura və elektron qaimə təqdim olunan gündən 10 gün ərzində nağd və ya köçürmə yolu ilə ödənilməli idir. Müqavilə üzrə cavabdeh mart ayından etibarən iyul ayı da daxil olmaqla heç bir ödəniş etməmişdir. Ümumilikdə 6 aydan bəri +18% ƏDV, cəmi 5664 manat olan icarə haqqı borcu yaranmışdır. Bununla bağlı cavabdehlə dəfələrlə görüşlər, şifahi və telefon danışıqları olsa da heç bir nəticəsi olmamışdır. Buna görə də, cavbdehlə 01.01.2020-ci il tarixli ofis icarəsinə dair müqaviləyə iddiaçı tərəfindən 26 iyul 2020-ci il taixində xitam verilməsi barədə qarşı tərəfə bildiriş göndərilmişdir. Eyni zamanda 10 avqust 2020-ci il tarixində iddiaçı tərəfindən cavabdehə pretenziya məktubu göndərilmiş və 10 gün müddətində müqavilə öhdəliklərinin icra olunması tələb edilmişdir. Lakin həmin tarixdən 2 aydan çox keçməsinə baxmayaraq heç bir ödəniş edilməmişdir. Tərəflər ərizə ilə məhkəməyə müraciət edərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişlər. İş materiallarında olan: - 01 yanvar 2020-ci il tarixli ofis sahəsinə dair icarə müqaviləsinin və həmin müqaviləyə 1 saylı əlavənin surətindən görünür ki, Cavabdeh MMC ünvan 2 ünvanında yerləşən “Caspian Plaza” iş mərkəzinin 4-cü mərtəbəsində 62 kv.m. sahədən ibarət ofis sahəsini İddiaçı icarəyə verməyi, sonuncu isə 01 yanvar 2021-ci il tarixədək 944 manat (800+18%) (ƏDVdaxil) olan aylıq icarə haqqını ödəməyi öhdəsinə götürmüşdür. - xəzinə mədaxil orderi qəbzlərindən görünür ki, İddiaçı tərəfindən Cavabdeh MMCyə 2020-ci il yanvar və fevral ayları ərzində 2370 manat məbləğində pul vəsaiti ödənilmiş və ödənişin təyinatı icarə haqqı kimi qeyd olunmuşdur. - İddiaçı nümayəndəsi tərəfindən 2020-ci ilin mart aprel may iyun ayları üçün müəyyən edilmiş icarə haqlarının ödənilməsindən azad edilməsi barədə Cavabdeh MMCyə göndərilmiş pretenziya məktubunda xüsusi karantin rejiminə görə ofis sahəsindən istifadə etməyin mümkünsüz olduğu bildirmiş və müqaviləyə xitam verilməsi, əşyaların qaytarılması və 2020-ci ilin mart, aprel, may və iyun aylarına görə icarə haqqından azad edilməsini xahiş edilmişdir. - 20 iyun 2020-ci il tarixli aktın surətindən görünür ki, “Caspian Plaza” iş mərkəzinin 3-cü korpusunun 4-cü mərtəbəsində İddiaçı icarəyə götürdüyü ofis sahəsində olan əmlaklar siyahıya alınmışdır. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, ilkin iddia və qarşılıqlı iddia qismən təmin edilməlidir. Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Mülki Məcəllənin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur; - 700.3-cü maddəsinə əsasən əgər həmin Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə həmin Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir; - 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür; - 684.1-ci maddəsinə əsasən əmlak kirayəsi haqqı, əgər kirayə müddəti bir aydan qısadırsa, həmin müddətin sonunda ödənilməlidir. Əgər kirayə müddəti bir aydan çoxdursa, əmlak kirayəsi haqqı zərurət olduqda müvafiq surətdə hər ayın sonunda hissəhissə ödənilməlidir. Əgər əmlak kirayəsi haqqı zaman hissələri üzrə hesablanmışdırsa, ayrı-ayrı zaman hissələrinin sonunda ödənilir. Tərəflər arasında bağlanmış icarə müqaviləsinin məzmununa görə icarəyə verən - Cavabdeh MMC Bakı şəhəri Cəfər Cabbarlı 44 üinvanında yerləşən “Caspian Plaza”-nın 4-cü mərtəbəsində 62 kv.m. sahəni, 01 yanvar 2021-ci il tarixədək 944 manat icarə haqqı ödənilmək şərtilə icarəçi - İddiaçı icarəyə vermişdir və ödənişin aylıq olaraq hər ayın əvvəlində, elektron hesab-faktura təqdim olunan gündən 10 gün ərzində nağd və ya köçürmə yolu ilə ödənilməsi nəzərdə tutulmuşdur. Qeyd etmək lazımdır ki, müqavilədə fors – major halı kimi müharibə, yanğın, təbii fəlakət qeyd olunmuş, pandemiya, karantin və digər hallar əksini tapmamışdır. Lakin işin mübahisəsiz hallarından görünür ki, İddiaçı Cavabdeh MMC-yə məxsus ofis sahəsində tədrislə yəni təlimlərim keçirilməsinin təşkili ilə məşğul olmuş, 2020-ci ilin mart ayından etibarən ölkədə elan olunmuş xüsusi karantin rejiminə görə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına əsasən onun cavabdeh olmadığı haldan irəli gələn səbəblərə görə həmin vaxtdan fəaliyyət göstərə bilməmişdir. İddiaçı tərəfindən icarə haqqından əlavə qeyri – rəsmi olaraq hər ay 200 manat məbləğində pulun qeyri – rəsmi olaraq Cavabdeh MMC-yə ödənilməsi həm işdə olan qəbzlərlə, həm də cavabdehin nümayəndəsinin izahatı ilə təsdiqini tapır. Cavabdeh MMCnin nümayəndəsi izahatında X1 artıq vergi ödənilməməsi üçün 1416 manat məbləği rəsmi, 200 manatı isə qeyri – rəsmi ödənilməsini xahiş etdiyini, cavabdehin bununla razılaşdığını və 200 manat məbləğində pul vəsaitinin qeyri – rəsmi alındığınıi göstərsə də, məhkəmə qeyd olunan xüsusatları inandırıcı hesab etmir. İddianın bu hissəsi ilə bağlı onu qeyd etmək lazımdır ki, təqdim olunmuş qəbzlər əsasında ödənilmiş 3100 manat məbləğində pul vəsaitinin H.F.Quliyevadan alınmasının nə qanuni, nə də müqavilə əsası mövcud deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 439.4-cü maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. - 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. - 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. - 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə qeyd olunan normaların tələblərini nəzərə alaraq hesab edir ki, əsassız varlanma mövcud olduğuna görə 1406 manat məbləğində pul vəsaiti Cavabdeh MMC tərəfindən H.F.Quliyevaya qaytarılmalı olduğundan ödənilməli olan icarə haqqından çıxılmalıdır. Hər 2 tələbdə müqaviləyə xitam verilməsi xahiş edilsə də, məhkəmə hesab edir ki, həm ilkin iddia, həm də qarşılıqlı iddia bu hissədə rədd olunmalıdır. İcarə müqaviləsinin 8ci bəndində hazırki icarə müqaviləsinin müddəti 01.01.2021-ci il tarixinədək qüvvədə olması nəzərdə tutulmuş və müddətin bitdiyinə görə müqaviləyə xitam verilmişdir. Buna görə də müddəti bitmiş müqavilənin yenidən məhkəmə qaydasında xitam verilməsi zərurəti ortadan qalxmışdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdehnə qarşı ofis icarəsinə dair icarə müqaviləsinə xitam verilməsi və artıq ödənilmiş vəsaitin icarə haqqından çıxılması barədə iddiası və Cavabdeh İddiaçı qarşı icarə haqqının ödənilməsi barədə qarşılıqlı iddiaları qismən təmin edilsin. 1406 manat məbləğində pul vəsaiti ödənilməli olan 5564 manat məbləğində icarə haqqından çıxılmaqla 4158 manat məbləğində pul vəsaiti İddiaçı tutularaq Cavabdehnə ödənilsin. Qarşılıqlı iddianın verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 22 manat məbləğində pul vəsaiti İddiaçı tutularaq Cavabdehnə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Fərrux Qasımov
Məhkəmə qərarları › İş №e-2-2(113)-163/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-163/2021
29.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver