Məhkəmə qərarları › İş №e-2-2(113)-163/2023

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-163/2023

09.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-163/2023 09.01.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi ilə, Məhkəmə iclas katibi Qasımov Fərid Fərzalı oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı cavabdehdən 57012 manat vəsait tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehə qarşı cavabdehdən 57012 manat vəsait tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Kommersiya işinin məhkəmə baxışı mərhələsində tərəflər məhkəməyə müraciət edərək, öz aralarında xx.xx.2022-ci il tarixli barışıq sazişi bağladıqlarını bildirmişlər. Tərəflər barışıq sazişini məhkəməyə təqdim edərək, barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etdilər. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, tərəflərin barışıq sazişi qanunazidd olmadığından və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığına görə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191-ci maddəsinə əsasən həmin barışıq sazişi təsdiq edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.5-ci maddəsinin tələbinə görə, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 52, 191, 261, 262, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı ilə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış xx.xx.2022-ci il tarixli barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq olunsun: Bundan sonra birlikdə “Tərəflər” adlandırılacaq, İddiaçı, (bundan sonra “Birinci tərəf’ adlandırılacaq VÖEN: **********) və cavabdeh "xxxx" ASC (bundan sonra “İkinci tərəf’ adlandırılacaq) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə və qüvvədə olan digər normativ hüquqi aktlara uyğun olaraq aşağıdakılar haqqında barışıq sazişi bağlayırlar:

1. Preambula İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. Sazişin predmeti

2.1 Tərəflər sözü gedən kommersiya işilə əlaqədar mübahisəni barışıqla həll etmək məqsədi ilə barışıq sazişi bağlayırlar. 2.2 Bu sazişə uyğun olaraq Birinci tərəf Orucov X2 tərəf "xxxx" ASC-yə qarşı iddia tələbindən imtina edir. 2.3 "xxxx" ASC İddiaçı xx.xx.2021-ci il tarixli Aİ 89/1021 saylı icra müqaviləsi üzrə 54189 (əlli dörd min yüz səksən doqquz) manatı hər ay 7000 manat olmaqla (sonuncu ayın ödənişi qalıq borca müvafiq olaraq) hiss-hissə ödəməyi öhdəsinə götürür. Ödənişlər hər ayın 30-na qədər aparılacaqdır. 2.4 Hər iki tərəf kommersiya işin icraatına xitam verilməsi və barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəni imzalayaraq müvafiq müvafiq məhkəməyə təqdim etməyi öhdəsinə götürür.

3. Öhdəliklərin icrası

3.1 Bu sazişin müddəalarının pozulmasına görə mübahisə yaranarsa, barışıq sazişinin icrasını təmin etmək üçün məhkəmə icra vərəqəsi verməklə icra tədbirləri görülməsi üçün icra şöbəsinə göndəriləcəkdir.

4. Digər müddəalar

4.1 Bu saziş, tərəflər onu imzaladığı gündən qüvvəyə minir. 4.2 Bu saziş 3 (üç) nüsxədən tərtib edilir. Onlardan hər biri müvafiq olaraq tərəflərdə və məhkəmədə saxlanılır. İş üzrə icraata xitam verilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar