Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1630/2025 13.05.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: alqı-satqı,pul) X4 Rövşən qızının sədrliyi, Nuriyeva Nigar Fikrət qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İdddiaçı "xxxx" MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. I. Kommersiya mübahisəsinin mahiyyəti:
1. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 19495,44 (on doqquz min dörd yüz doxsan beş manat, qırx dörd qəpik) manat borc məbləğinin, vəkilə xidmət haqqı olaraq “LCG” Vəkil bürosuna ödənilmiş 2000 (iki min) manat və iş üzrə ödənilmiş Dövlət rüsumuna görə 155 (yüz əlli beş) manat alınıb İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, CavabdehMMC arasında bağlanmış 0608/23 saylı xx.xx.2023-cü il tarixli müqəviləyə əsəsən təchiz edilmiş topdan satış “Mal” üçün 19495,44 manat məbləğində borc yaranmışdır. Beləliklə, cari ilin noyabr ayında müəssisənizin İddiaçınə19495,44 (on doqquz min dörd yüz doxsan beş manat, qırx dörd qəpik)AZN məbləğində borcu yaranmışdır. Çoxsaylı müraciətlərimizə baxmayaraq, borc bu günədək ödənilməyib. Məhkəmənin nəzərinə çatdırırıq ki, xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasının Vergilər Nazirliyinin vasitəsi iləCavabdeh MMC-yə elektron kargüzarlıq kabinetinə “Pretenziya” məktubu təqdim edilmişdir. Qeyd etmək istəyirəm ki, cavbdehə tərəfə iddia ərizəsinidə rəsmi qaydada kabinet vasitəsi ilə təqdim etmişik.
3. Daha sonra iddiaçı iddia tələbinin artırılmasına dair ərizə verərək 14494.44 manat borc məbləğinin,pul öhdəliyinin icra edilməməsinə görə 1750 manat borc məbləğinin, vəkilə xidmət haqqı olaraq “LCG” Vəkil bürosuna ödənilmiş 2000 (iki min) manat və iş üzrə ödənilmiş Dövlət rüsumuna görə 155 (yüz əlli beş) manat alınıb,ümumilikdə 18400 manat pulun İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 4. II. Tərəflərin mövqeləri:
5. Məhkəmə iclasında iştirak edən Vəkil iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi.Əlavə olaraq qeyd etdi ki, cavabdeh tərəfindən idda ərizəsiə veriləndən sonra 5000 manat ödəniş olduğu üçün iddia tələbinin həcmi azaldılmışdır.
6. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada cavabdehə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
7. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
8. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).
9. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).
IV. Sübutların tədqiqi:
10. İddiaçı tərədindən cavabdehə EBDP 642319 nömrəli xx.xx.2023-cü il tarixli 843.70 manat, EBDO 802250 nömrəli xx.xx.2023-cü il tarixli 196.47 manat, EBDQ 460108 nömrəli xx.xx.2023-cü il tarixli 1841.98 manat,EBEC 600243 nömrəli xx.xx.2024-cü il tarixli 2891 manat, EBEC 967725 nömrəli xx.xx.2024-cü il tarixli 3085.70 manat, EBDD 613577 nömrəli xx.xx.2023cü il tarixli 479.42 manat, EBDD 613578 nömrəli xx.xx.2023-cü il tarixli 48.73 manat, EBDD 654639 nömrəli xx.xx.2023-cü il tarixli 1924.25 manat, EBDJ 792331 nömrəli xx.xx.2023-cü il tarixli 520.85 manat məbləğində elektron qaimələr göndərilmişdir.
11. xx.xx.2023-cü il tarixli malların təhvil-qəbul aktına əsasən İddiaçı tərəfindən Cavabdeh MMC-yə 715 manat dəyərində mallar təhvil verilmişdir. Akt tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
12. xx.xx.2023-cü il tarixli X1 əsasən iddiaçı tərəfindən cavabdehə 715 manat məbləğində malın verilməsi razılaşdırılmışdır.
13. xx.xx.2023-cü il tarixli malların təhvil-qəbul aktına əsasən İddiaçı tərəfindən Cavabdeh MMC-yə 166.50 manat dəyərində mallar təhvil verilmişdir. Akt tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
14. xx.xx.2023-cü il tarixli X1 əsasən iddiaçı tərəfindən cavabdehə 166.50 manat məbləğində malın verilməsi razılaşdırılmışdır.
15. xx.xx.2023-cü il tarixli malların təhvil-qəbul aktına əsasən İddiaçı tərəfindən Cavabdeh MMC-yə 1561 manat dəyərində mallar təhvil verilmişdir. Akt tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
16. xx.xx.2023-cü il tarixli X1 əsasən iddiaçı tərəfindən cavabdehə 1561 manat məbləğində malın verilməsi razılaşdırılmışdır.
17. xx.xx.2024-cü il tarixli malların təhvil-qəbul aktına əsasən İddiaçı tərəfindən Cavabdeh MMC-yə 2891 manat dəyərində mallar təhvil verilmişdir. Akt tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
18. xx.xx.2024-cü il tarixli X1 əsasən iddiaçı tərəfindən cavabdehə 2891 manat məbləğində malın verilməsi razılaşdırılmışdır.
19. xx.xx.2024-cü il tarixli malların təhvil-qəbul aktına əsasən İddiaçı tərəfindən Cavabdeh MMC-yə 3085.70 manat dəyərində mallar təhvil verilmişdir. Akt tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
20. xx.xx.2024-cü il tarixli X1 əsasən iddiaçı tərəfindən cavabdehə 1085.70 manat məbləğində malın verilməsi razılaşdırılmışdır.
21. 06.09.2023-cü il tarixli malların təhvil-qəbul aktına əsasən İddiaçı tərəfindən Cavabdeh MMC-yə 4570.08 manat dəyərində mallar təhvil verilmişdir. Akt tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
22. 06.09.2023-cü il tarixli X1 əsasən iddiaçı tərəfindən cavabdehə 4570.08 manat məbləğində malın verilməsi razılaşdırılmışdır.
23. 02.04.2024-cü il tarixli malların təhvil-qəbul aktına əsasən İddiaçı tərəfindən Cavabdeh MMC-yə 712.72 manat dəyərində mallar təhvil verilmişdir. Akt tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
24. 02.04.2024-cü il tarixli X1 əsasən iddiaçı tərəfindən cavabdehə 712.72 manat məbləğində malın verilməsi razılaşdırılmışdır.
25. 28.03.2024-cü il tarixli malların təhvil-qəbul aktına əsasən İddiaçı tərəfindən Cavabdeh MMC-yə 1942.04 manat dəyərində mallar təhvil verilmişdir. Akt tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
26. 18.03.2024-cü il tarixli malların təhvil-qəbul aktına əsasən İddiaçı tərəfindən Cavabdeh MMC-yə 1610.70 manat dəyərində mallar təhvil verilmişdir. Akt tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
27. 12.03.2024-cü il tarixli malların təhvil-qəbul aktına əsasən İddiaçı tərəfindən Cavabdeh MMC-yə 3557.70 manat dəyərində mallar təhvil verilmişdir. Akt tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
28. 12.02.2024-cü il tarixli malların təhvil-qəbul aktına əsasən İddiaçı tərəfindən Cavabdeh MMC-yə 774.38 manat dəyərində mallar təhvil verilmişdir. Akt tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
29. 15.01.2024-cü il tarixli malların təhvil-qəbul aktına əsasən İddiaçı tərəfindən Cavabdeh MMC-yə 1239 manat dəyərində mallar təhvil verilmişdir. Akt tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
30. 28.12.2023-cü il tarixli malların təhvil-qəbul aktına əsasən İddiaçı tərəfindən Cavabdeh MMC-yə 2124 manat dəyərində mallar təhvil verilmişdir. Akt tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
31. 11.12.2023-cü il tarixli malların təhvil-qəbul aktına əsasən İddiaçı tərəfindən Cavabdeh MMC-yə 619.50 manat dəyərində mallar təhvil verilmişdir. Akt tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
32. 27.11.2023-cü il tarixli malların təhvil-qəbul aktına əsasən İddiaçı tərəfindən Cavabdeh MMC-yə 696.20 manat dəyərində mallar təhvil verilmişdir. Akt tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
33. 23.11.2023-cü il tarixli malların təhvil-qəbul aktına əsasən İddiaçı tərəfindən Cavabdeh MMC-yə 754.91 manat dəyərində mallar təhvil verilmişdir. Akt tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
34. 13.11.2023-cü il tarixli malların təhvil-qəbul aktına əsasən İddiaçı tərəfindən Cavabdeh MMC-yə 778.80 manat dəyərində mallar təhvil verilmişdir. Akt tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
35. 27.10.2023-cü il tarixli malların təhvil-qəbul aktına əsasən İddiaçı tərəfindən Cavabdeh MMC-yə 1644.04 manat dəyərində mallar təhvil verilmişdir. Akt tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
36. 18.10.2023-cü il tarixli malların təhvil-qəbul aktına əsasən İddiaçı tərəfindən Cavabdeh MMC-yə 2964.75 manat dəyərində mallar təhvil verilmişdir. Akt tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
37. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli ödəniş tapşırığına əsasən Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nin hesabına 5000 manat pul köçürülmüşdür.
38. "xxxx" ASC tərəfinən verilmiş (“LCG” vəkil bürosuna aid) hesabdan çıxarış məlumatlarına əsasən İddiaçı MMC tərəfindən “LCG” vəkil bürosunun hesabına 4000 manat pul köçürülmüşdür.
V. Tətbiq edilən hüquq:
39. AR Mülki Məcəlləsinin: - 567-ci maddəsinə görə alğı-satqı müqaviləsinə görə isə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. - 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. - 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
40. AR MPM-in: - 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
41. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.
42. Avropa İnsan Hüquqları Məhkəməsinin ədalətli məhkəmə araşdırması hüququna dair (maddə 6): “Yerli məhkəmə tərəflərin təqdim etdiyi arqumentləri seçərkən və sübutları qəbul edərkən müəyyən mülahizə sərbəstliyinə malik olmasına baxmayaraq, qərarlarını əsaslandırmaqla öz hərəkətlərinə haqq qazandırmalıdır (Suominen Finlandiyaya qarşı, § 36). Bu öhdəlik üzrə qərarın əsaslandırılması dərəcəsi qərarın xarakterindən asılı olaraq dəyişə bilər və yalnız işin konkret halları işığında şərh edilməlidir. (X2rşı, § 29; Hiro Balani İspaniyaya qarşı, § 27)”
Vİ.Məhkəmənin mövqeyi:
43. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.
44. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında alqı-satqı müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra edərək müxtəlif adda malları cavabdehə təqdim etmişdir. İddiaçının həmin malları cavabdehə təqdim etməsi elektron sistem vasitəsilə cavabdehə göndərilərək təsdiqlənmiş elektron qaimələrlə, eləcə də malların təhvil-qəbul aktları ilə, həmçinin cavabdeh tərəfindən müqavilə üzrə edilən qismən ödəmələrlə təsdiq edilir. Cavabdeh isə iddiaçı tərəfindən təqdim edilmiş malların dəyərini ödəməmiş, bununla sözügedən müqaviləyə əsasən üzərinə düşən öhdəlikləri pozmuşdur.
45. Məhkəmə cavabdehin müqaviləyə əsasən iddiaçı tərəfindən təqdim olunmuş malların dəyərini – 14494.44 manat məbləğində pul vəsaitini - ödəməməklə müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququnun yarandığını nəzərə alaraq hesab edir ki, iddia əsas borc hissəsində təmin edilməli, Cavabdeh MMC-dən 14494.44 manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilməlidir.
46. Bundan başqa iddiaçı öz iddia tələbində müqavilə dəyərinin ödənilməsinin gecikməsinə görə illik 5%-lə hesablanmış 1750 manatın da cavabdehdən tutulmasını tələb etmişdir.
47. Məhkəmə cavabdeh tərəfindən borcun ödənilməsinin gecikdirildiyi müddəti və 14494.44 manat əsas borc məbləğini nəzərə alaraq hesab edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməli və illik 5% ilə hesablanmış 724 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
48. Məhkəmə MPM-in 121.1-ci maddəsinin tələblərini nəzərə alaraq vəkil yardımına çəkilmiş xərclərə görə cavabdehdən 300 manat məbləğində pulun tutulmasını ağlabatan hesab edir.
49. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 155 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir.
50. Məhkəmə hesab edirki, iddia qismən təmin edildiyindən dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə idda tələbinin təmin edilən hissəsinə mütənasib olaraq 138 manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılmalıdır.
51. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" MMC-dən 14495.44 (on dörd min dörd yüz doxsan beş manat qırx dörd qəpik) manat, pul öhtəliyinin icra edilməməsinə görə 724 ( yeddi yüz iyirmi dörd) manat əsas borc, 300 (üç yüz) manat “LCG” Vəkil bürosuna Vəkilə xidmət haqqı, iş üzrə ödənilmiş 138 ( yüz otuz səkkiz) manat dövlət rüsumu iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulsun. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Günay Həşimova