Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-1635/2024 31.07.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Namazova Günay Rüstəm qızının sədrliyi, X1 katibliyi ilə, Tərəflərin nümayəndələrinin iştirakı olmadan, İddiaçı MMC-nin cavabdeh “4 nömrəli X2” MMC-yə qarşı “pul” tələbinə dair işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh- 4 №li X3” MMC –dən xx.xx.2019 –cu il tarixli, 01/01-19 nömrəli, xx.xx.2020 - ci il tarixli, 05-1/20 nömrəl, xx.xx.2022-ci il tarixli, 3/01-22 nömrəli Nəqliyyat vasitələrinin icarə müqavilələri üzrə ödənilməmiş 1 975 084 ( bir milıyon doqquz yüz yetimiş beş min səksən dörd) manat əsas borcun və 1756 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" MMC –yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi/vəkili Vəkil1 xx.xx.2024-cü il tarixində ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddiaçı Cavabdeh- 4 №li X3” MMC –yə qarşı qaldırılmış iddia ərizəsinə əsasən xx.xx.2019 –cu il tarixli, 01/01-19 nömrəli, xx.xx.2020 - ci il tarixli, 05-1/20 nömrəl, xx.xx.2022-ci il tarixli, 3/01-22 nömrəli Nəqliyyat vasitələrinin icarə müqavilələrinə əsasən müqavilə üzrə 1 975 084 ( Bir milıyon doqquz yüz yetimiş beş min səksən dörd) manat əsas borcun ödənilməsinə dair iddia ilə Bakı Kommersiya Məhkəməsinə müraciət olunmuşdur. Lakin bununla belə məhkəmə araşdırması ərəfəsində tərəflər arasında danışıqlar aparılmış və ümumi razılıq əldə olunaraq məhkəmənin bundan sonra davam etdirilməsinə zərurət aradan qaldırılmışdır. Bununla əlaqədar hesab edir ki, hazırda tərəfimizdən qaldırılmış iddiadan imtina olunması daha məqsədəuyğundur. Qeyd olunanları nəzərə alaraq xahiş edir ki, tərəflərindən iddiadan imtina olunmasını nəzərə alınsın və iş üzrə icraata xitam verilsi. İddiadan imtina olunmasının nəticələrindən məlumatları var. Cavabdehin nümayəndəsi/vəkili Vəkil2 xx.xx.2024-cü il tarixində məhkəməyə ərizə ilə müraciət edərək iddiaçı "xxxx"xxxx"4 №-li Magistral Yolları MMC-nə qarşı pul tələbinə dair kommersiya işi üzrə mübahisə vardır. Hazırda tərəflər arasında mübahisə məhkəmədən kənar qarşılıqlı razılıq əsasında həll olunduğu üçün iddiaçı iddiadan imtina ilə bağlı məhkəməyə ərizə ilə müraciət etmişdir. İddiaçının ərizəsinə iştirakıları olmadan baxaraq, iddiadan imtina barədə qərardad çıxarılmasını və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 52.5-ci maddəsində iddiaçının iddiadan imtina etməsinin qanuna zidd olduğu və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozduğu təqdirdə məhkəmənin bu hərəkəti qəbul etməməli olduğu qeyd edilmişdir. - 261.0 və 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. İddiaçının nümayəndəsinin iddiadan imtina etməsi qanuna zidd olmadığına və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığına görə məhkəmə hesab edir ki, iddiadan imtina qəbul olunmalı və iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı MMC-nin cavabdeh “4 №-li X2” MMC-yə qarşı “1.975.084 manat məbləğində pul” tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərardad rəsmi qaydada verildikdən (elektron kabinetə yerləşdirildikdən) sonra 10 gün müddətində ondan elektron kabinet vasitəsi ilə Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Günay Namazova
Məhkəmə qərarları › İş №e-2-2(113)-1635/2024
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-1635/2024
31.07.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver