Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1636/2024 04.09.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər:) (kredit, zaminlik və ipoteka müqaviləsi, maliyyə arayışı, ekspert rəyi) Hakim Əhmədov İlham Bayram oğlunun sədrliyi, Daşdəmirova Ləman Şahlar qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı QSC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdеhlərdən müştərək qaydada iddiaçı "xxxx" QSC-nin хеyrinə 55566.86 manat kredit borcu, 4580.39 manat faiz borcu, 23407.92 manat cərimə olmaqla cəmi 82287 (səksən iki min iki yüz səksən yeddi) manat 23 qəpik məbləğində borcun, mediasiya xərci olaraq ödənilmiş 410 manat, ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi üçün ödənilmiş 15 manat rüsum və 120 manat xidmət haqqının tutulması, tələbin ünvan 1 ünvanda yerləşən 0.057 ha torpaq sahəsi və üzərində yerləşən 705 kv.m ümumi sahədən ibarət qeyri yaşayış sahəsinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması, hərracdan satış hesabına əldə olunmuş vəsaitdən ümumilikdə cəmi 82287 manat 23 qəpik məbləğində borcun, mediasiya xərci olaraq ödənilmiş 410 manat, ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi üçün ödənilmiş 15 manat rüsumun və 120 manat xidmət haqqının Bankın xeyrinə ödənilməsi, Hərracdan əldə edilmiş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə tutulması barədə qətnamə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 "xxxx" QSC ilə bağladığı xx.xx.2019-cu il tarixli 022L**********75 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə 10000000 (on milyon) ABŞ Dolları məbləğində krеdit хətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə vеriləcək məbləğ və müddət ayrıca оlaraq krеdit razılaşması ilə müəyyən оlunur. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 "xxxx" QSC ilə bağladığı xx.xx.2020-ci il tarixli 022R********** saylı krеdit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.3333% оlmaqla, ödəniş planı üzrə hissəhissə qaytarmaq şərti ilə 130000 (yüz otuz min) manat məbləğində krеdit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2021-ci il tarixli 022R**********S saylı, xx.xx.2021-ci il tarixli 022R**********SA saylı, xx.xx.2021-ci il tarixli 022R**********SB saylı, xx.xx.2022-ci il tarixli 022R**********SC, xx.xx.2023-cü il tarixli 022R**********SD saylı sazişlərlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 krеdit razılaşmasının 1.2-ci bəndinin tələbini pоzaraq krеdit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri xx.xx.2023-cü il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü krеdit bоrcundan 57334.50 manat ödəmiş, onun 72665.59 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2023-cü il tarixə 139 gün üçün hesablanmış faiz borcu 4580.39 manat təşkiledir. Krеdit razılaşmasının 4.2.2-ci bəndinə uyğun оlaraq borclu ödəniş planı üzrə krеditi və оna hеsablanmış faizi vaхtında qaytarmadıqda hər gеcikdirilən gün üçün kredit qalığının 0.1% məbləğində cərimə ödəməlidir. xx.xx.2023-cü il tarixə 139 gün üçün hеsablanmış cərimə 23407.92 manat təşkil edir. Kredit xətti müqaviləsinin 3.1.2-ci bəndinin «a» yarımbəndinə əsasən krеdit alan müvafiq оlaraq krеditi və faizi ödəniş planına uyğun оlaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vеrmək, qalan krеdit məbləğini, faiz bоrcunu və müqavilə üzrə hеsablanmış cəriməni tələb еtmək hüququna malikdir. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin еtmək məqsədilə cavabdеhlər Cavabdeh3, Cavabdeh2 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1 bəndinə əsasən yuхarıda göstərilən uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və uzunmüddətli kredit müqaviləsi üzrə krеditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra еtməlidirlər. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2019-cu il tarixli 022M**********01 saylı ipoteka müqaviləsi əsasında ünvan 1 ünvanda yerləşən 0.057 ha torpaq sahəsi və üzərində yerləşən 705 kv.m ümumi sahədən ibarət qeyri yaşayış sahəsi İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 66 №-li reyestr kitabının 6256 №-li vərəqində qeydiyyata alınmış və xx.xx.2019-cu il tarixli elektron çıxarışa əsasən ünvan 1 ünvanda yerləşən 0.057 ha torpaq sahəsi və üzərində yerləşən 705 kv.m ümumi sahədən ibarət qeyri yaşayış sahəsinin Cavabdeh1 kredit öhdəliklərinin icrasını təmin etmək üçün "xxxx" QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. İpoteka saxlayan "xxxx" QSC tərəfindən cavabdeh-ipoteka verən Cavabdeh1 İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 36.2-ci bəndinə uyğun olaraq ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında xx.xx.2024-cü il tarixdə bildiriş göndərilmişdir. İpoteka predmetinə tutmanın yönədilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə Elektron Xidmətlər Portalı vasitəsi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Ərazi İdarəsinə təqdim olunmuş və xx.xx.2024-cü il tarixdə həmin idarədə qeydə alınmışdır. İddiaçı "xxxx" QSC ipoteka bildirişinin Azərbaycan Respublikasi Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Ərazi İdarəsində qeydiyyata alınması üçün 15 manat dövlət rüsumu və 120 manat xidmət haqqı ödəmişdir. Əmlak bank qarşısında ipoteka ilə yüklü edilərkən ipoteka qoyanın həyat yoldaşı notariat ofisinə ərizə təqdim edərək əmlakın bank qarşısında ipoteka ilə yüklü edilməsinə razılığını bildirmiş və əmlaka tutma yönəldildiyi təqdirdə onu qeyd şərtsiz tərk edəcəyini öhdəsinə götürmüşdür. Tərəflər arasındakı mübahisə kommersiya mübahisəsi olduğundan məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iddiaçı tərəf iştirak etmiş, lakin cavabdeh tərəflər iştirak etməmişdir. Bu barədə xx.xx.2024-cü il tarixli arayış verilmişdir. Mediasiya xərcləri olaraq bank tərəfindən 410 manat haqq ödənilmişdir.
3. 22 avqust 2024-cü il tarixdə iddiaçı iddia tələbinin azaldılmasına dair ərizə təqdim edərək cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 46501.07 manat kredit borcu, 3980.75 manat faiz borcu, 23458.88 manat cərimə olmaqla cəmi 73940 (yetmiş üç min doqquz yüz qırx) manat 70 qəpik məbləğində borcun, mediasiya xərci olaraq ödənilmiş 410 manat, ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi üçün ödənilmiş 15 manat rüsum və 120 manat xidmət haqqının tutulması, tələbin ünvan 1 ünvanında yerləşən 0.057 ha torpaq sahəsi və üzərində yerləşən 705 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması, hərracdan satış hesabına əldə olunmuş vəsaitdən ümumilikdə cəmi 73940 (yetmiş üç min doqquz yüz qırx) manat 70 qəpik məbləğində borcun, mediasiya xərci olaraq ödənilmiş 410 manat, ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi üçün ödənilmiş 15 manat rüsumun və 120 manat xidmət haqqının Bankın xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Tərəflərin mövqeləri:
4. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək tələbin təmin edilməsini məhkəmədən xahiş etdi.
5. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil telefon vasitəsi ilə əlaqə saxlayaraq səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmişdir. Məhkəmə AR MPM-in 185-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir.
II. Məhkəmə baxışının hədləri:
6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
III. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
7. İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanılmış 27 dekabr 2019-cu il tarixli, 022L**********75 saylı uzunmüddətli kredit müqaviləsinin: 1.1-ci bəndinə əsasən Bank bu müqavilə ilə müəyyən olunmuş şərtlər əsasında hissələrlə verilən kreditlər üçün Kredit Alana ********.00 (on milyon) ABŞ dolları məbləğində Uzunmüddətli Kredit Xətti açır. 1.3-cü bəndinə əsasən bu müqavilə və kredit razılaşmaları əsasında istənilən məbləğ 120 (yüz iyirmi) ay müddətində, 27 dekabr 2029-cu il tarixdən gec olmayaraq verilməlidir. Bu müqavilə və kredit razılaşmaları əsasında verilmiş kreditlərin illik faiz dərəcəsinin yuxarı həddi 28 (iyirmi səkkiz) faiz müəyyən olunur. 1.6-cı bəndinə əsasən Kredit Alan hər bir kredit üzrə əsas kredit məbləğini, faizi, xərcləri və başqa məsrəfləri müvafiq Kredit Razılaşmasında müəyyən olunmuş qaydada və şərtlərlə, olduğu halda Ödəniş Planına uyğun olaraq Banka qaytarmağı öz öhdəsinə götürür.
8. İddiaçı QSC ilə Cavabdeh1 arasında Uzunmüddətli kredit müqaviləsi əsasında bağlanılmış 14 yanvar 2020-ci il tarixli, 022R********** saylı kredit razılaşmasının: 1.1-ci bəndinə əsasən Bank məbləği 130000.00 (yüz otuz min) manat olan krediti aylıq faiz dərəcəsi 1.3333 (bir tam on mində üç min yüz otuz üç) faiz olmaqla 36 (otuz altı) ay müddətinə Kredit Alana verir. 2.3-cü bəndinə əsasən faiz, qaytarılmalı kredit məbləği üzrə hər gün üçün Bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu Kredit Razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuşaylıq faizin 1/30 hissəsi kimi hesablanır. 4.2.2-ci bəndinə əsasən, Kredit Alan ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0.1 faiz məbləğində cərimə ödəməyə borcludur.
9. İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanılmış 14 yanvar 2020-ci il tarixli 022S**********01 saylı zaminlik müqaviləsinin: 1.1-ci bəndinə əsasən Borclunun Uzunmüddətli Kredit Müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zamin Bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və Borclu ilə birlikdə Bank qarşısında birgə məsuliyyət daşıyır. 4.1-ci bəndinə əsasən bu müqavilə imzalandığı tarixdən qüvvəyə minir və Uzunmüddətli Kredit Müqaviləsinin müddəti bitdikdən sonra 3 (üç) il müddətinə qüvvədədir.
10. İddiaçı QSC ilə Cavabdeh3 arasında bağlanılmış 14 yanvar 2020-ci il tarixli 022S**********02 saylı zaminlik müqaviləsinin: 1.1-ci bəndinə əsasən Borclunun Uzunmüddətli Kredit Müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zamin Bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və Borclu ilə birlikdə Bank qarşısında birgə məsuliyyət daşıyır. 4.1-ci bəndinə əsasən bu müqavilə imzalandığı tarixdən qüvvəyə minir və Uzunmüddətli Kredit Müqaviləsinin müddəti bitdikdən sonra 3 (üç) il müddətinə qüvvədədir.
11. İddiaçı QSC tərəfindən kreditin verilməsinə dair 14 yanvar 2020-ci il tarixli çıxarışa əsasən, verilmiş kreditin məbləği 130000.00 (yüz otuz min) manat təşkil edir.
12. İddiaçı QSC tərəfindən verilmiş 14 dekabr 2023-cü il tarixli maliyyə arayışına əsasən, Cavabdeh1 14 yanvar 2020-ci il tarixli, 022R********** saylı kredit razılaşması üzrə həmin tarixə borcu əsas məbləğ üzrə 55566.86 manat, faiz üzrə borcu 4580.39 manat, cərimə borcu 23407.92 manat olmaqla, cəmi borcu 82287.23 manat təşkil edir. 13.İpoteka saxlayan İddiaçı QSC ilə ipoteka qoyan Cavabdeh1 arasında bağlanılmış 27 dekabr 2019-cu il tarixli 022M**********01 saylı ipoteka müqaviləsinin: 1.1-ci bəndinə əsasən, İpoteka qoyan xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 1 ünvanında yerləşən 0.057 ha torpaq sahəsi və həmin torpaq sahəsində xüsusi mülkiyyətində olan ümumi sahəsi 705 kv.m olan 3 mərtəbəli qeyri-yaşayış binasını Uzunmüddətli kredit müqaviləsinə əsasən yaranmış öhdəliyinin icrasını təmin etmək məqsədi ilə İpoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edir. 2.5-ci bəndinə əsasən, ipoteka predmetinin dəyəri – ilkin satış qiyməti tərəflərin qarşılıqlı razılığı ilə 910000.00 manat təşkil edir. 4.1-ci bəndinə əsasən ipoteka saxlayanın tələbi aşağıdakılar da daxil edilməklə tam həcmdə təmin edilir: -əsas borc, -faizlər, -dəbbə pulu, -vurulmuş zərərin əvəzinin ödənilməsi, -ipoteka predmetinin saxlanılması və salamatlığının təmin edilməsi xərclərinin ödənilməsi, -ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar məhkəmə və digər xərclərin ödənilməsi. 12.1-ci bəndinə əsasən bu müqavilə ipoteka ilə təmin edilmiş öhdəlik tam icra olunanadək hüquqi qüvvəyə malikdir.
14. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən, ünvan 1 ünvanında yerləşən 0.057 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 705 kv.m olan 3 mərtəbəli qeyri-yaşayış binası xüsusi mülkiyyət əsasında tam pay hüququ ilə Cavabdeh1 adına qeydə alınmışdır.
15. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən, ünvan 1 ünvanında yerləşən 0.057 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 705 kv.m olan qeyriyaşayış binası 28 dekabr 2019-cu il tarixdə İddiaçı QSC-nin xeyrinə 120 (yüz iyirmi) ay müddətinə ipoteka ilə yüklü edilmişdir.
16. İddiaçı QSC tərəfindən Cavabdeh1 26 yanvar 2024-cü il tarixdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildiriş ünvanlanmışdır.
17. İddiaçı QSC tərəfindən 5 fevral 2024-cü il tarixdə AR Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinə ərizə ünvanlanaraq, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin qeydə alınması xahiş edilmiş, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2024-cü il tarixdə elektron xidmətlər portalı vasitəsilə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş qeydə alınmışdır.
18. İddiaçı QSC tərəfindən verilmiş 16 aprel 2024-cü il tarixli maliyyə arayışına əsasən, Cavabdeh1 14 yanvar 2020-ci il tarixli, 022R********** saylı kredit razılaşması üzrə həmin tarixə borcu əsas məbləğ üzrə 46501.07 manat, faiz üzrə 3980.75 manat, cərimə borcu 23458.88 manat olmaqla, cəmi borcu 73940.70 manat təşkil edir.
19. Bakı 12 X2 tərəfindən verilmiş ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 15 yanvar 2024-cü il tarixli MŞB/12/2024-0002 nömrəli Arayışdan görünür ki, Accessbank QSC tərəfindən ilkin mediasiya sessiyası xərci olaraq 410 manat ödəniş həyata keçirilmişdir.
20. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, hazırkı mübahisə tərəflər arasında bağlanmış kredit müqaviləsi və zaminlik müqavilələrindən irəli gəlmişdir. İddia kontragentin Müqavilə öhdəliyini pozmasına əsaslanmaqla pul öhdəliyin icrası tələbini ehtiva edir
21. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.1-ci maddəsinə əasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra еdilməməsi borclunun icranı gecikdirməsi sayılır. Bunun nəticəsində icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1 (“Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.”), 448.2 (“Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.”) və 448.4-cü (“Borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin.”) 739.1-ci maddəsinə görə, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər.743.2. Bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.
22. Beləliklə məhkəmə tərəfindən müəyyən olundu ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 27 dekabr 2019-cu il tarixli, 022L**********75 saylı uzunmüddətli kredit müqaviləsi üzrə bank tərəfindən cavabdehə kreditlərin illik faiz dərəcəsinin yuxarı həddi 28 faiz olmaq şərti ilə 120 ay müddətinə 10.000000 ABŞ dolları məbləğində Uzunmüddətli Kredit Xətti açılmış, həmin müqaviləyə əsasən tərəflər arasında bağlanılmış 14 yanvar 2020-ci il tarixli, 022R********** saylı kredit razılaşması üzrə Cavabdeh1 aylıq faiz dərəcəsi 1.3333 faiz olmaqla 36 ay müddətinə 130000.00 manat məbləğində kredit verilmişdir. Kredit razılaşmasının təminatı olaraq bankla digər cavabdehlər Cavabdeh2 arasında 14 yanvar 2020-ci il tarixli 022S**********01 saylı, Cavabdeh3 arasında 14 yanvar 2020-ci il tarixli 022S**********02 saylı zaminlik müqavilələri bağlanılmışdır. Əlavə olaraq kredit müqaviləsinin digər təminatı qismində Bankla Cavabdeh1 arasında 27 dekabr 2019-cu il tarixli 022M**********01 saylı ipoteka müqaviləsi bağlanılmış və sözügedən müqaviləyə əsasən Cavabdeh1 məxsus Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsi 22 ünvanında yerləşən 0.057 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 705 kv.m olan qeyri-yaşayış binası bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir.
23. Məhkəmə kredit müqaviləsi üzrə yaranmış əsas və faiz borcunun miqdarının müəyyənləşdirilməsi məqsədilə 16 aprel 2024-cü il tarixli qərardad əsasında məhkəməmühasibatlıq ekspertizası təyin etmiş, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən məhkəməyə təqdim edilmiş 14 iyun 2024-cü il tarixli ekspert rəyinə əsasən xx.xx.2020-ci il tarixli 022R********** nömrəli kredit razılaşması üzrə xx.xx.2024-cü il tarixə əsas borc məbləği 46501.07 manat, faiz borcu 3980.75 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən ekspertiza xərclərinə dair məhkəməyə təqdim edilmiş bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 100.0 (yüz) manat təşkil edir.
24. Məhkəmə mülki prosessual qanunvericiliyin tələblərini rəhbər tutaraq və digər sübutlarla birlikdə qiymətləndirməklə iddia tələbini ekspertin rəyində hesablanmış əsas və faiz borcu həcmində, yəni əsas borc məbləği üzrə 46501.07 manat, faiz borcu üzrə 3980.75 manat məbləğində iddia tələbini əsaslı hesab edir.
25. İddiaçı tələbində həmçinin əsas və faiz borcu məbləğlərindən əlavə öhdəliyin vaxtında icra edilməməsi səbəbindən 23458.88 manat məbləğində cərimə borcunun ödənilməsini də tələb edir.
26. Məhkəmə bununla bağlı bildirir ki, məlum olduğu kimi, MM dəbbə pulunu öhdəliyin icrasını təmin etmə üsullarından biri kimi təsbit edir (460.1-ci maddə). Dəbbə pulu tərəflərin iradə sərbəstliyi və müqavilə azadlığı prinsiplərinə söykənir. Bu prinsiplər çərçivəsində tərəflər dəbbə pulunun miqdarını azad şəkildə müəyyənləşdirə bilərlər (MM-in 462.3-cü maddəsi). Lakin müəyyənləşdirilən dəbbə pulu miqdarı bəzi hallarda borclunun iqtisadi vəziyyətinə, sahibkarlıq fəaliyyətinə mənfi yöndə təsir edəcək şəkildə tənasübsüz ola bilər. Bu halda, müqavilədəki tənasübsüz dəbbə pulu şərti borclu üçün yalnız məhdud şəkildə öhdəlik yarada bilər. Təsadüfi deyildir ki, MM-in 467-ci maddəsi məhkəməyə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq səlahiyyəti vermişdir. Məhkəmə bu səlahiyyətini həyata keçirərkən kreditor və borclunun iqtisadi vəziyyətlərini, kreditorun mənafelərini, xüsusilə də çəkdiyi zərərin miqdarını, borclunun təqsirini, öhdəliyin pozulmasının ağırlığını, müqavilənin növünü və müddətini nəzərə alır.
27. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 iyul 2021-ci il tarixli Qərarında qeyd edilir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunan maddənin mənasına görə, dəbbə pulunun məbləği öhdəliyin pozulmasının əmələ gətirdiyi nəticələrə açıq-aşkar uyğun gəlmədiyi, yəni dəbbə pulunun məbləği kreditorun reallıqda məruz qaldığı zərərdən əhəmiyyətli dərəcədə çox olduğu hallarda məhkəmə dəbbə pulunu tənasübsüz surətdə yüksək müəyyənləşdirilmiş hesab edərək azalda bilər. Bu halda məhkəmə öhdəliyin borclu tərəfindən pozulması dərəcəsini, öhdəlikdə iştirak edənlərin əmlak vəziyyətini, lizinq verənin həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini nəzərə almaqla razılaşdırılmış dəbbə pulunun azaldılması haqqında qərar qəbul etməlidir.
28. Məhkəmə hazırkı iş üzrə borclunun öhdəliyini pozmasındakı təqsirinin dərəcəsini, İddiaçının mənafeyini nəzərə alaraq, habelə dəbbə pulunun öhdəliyin icrasının təmini üsulu olmasını və bu mənada yüksək məbləğdə dəbbə pulunun kreditorun əsassız varlanmasına səbəb olmasının yolverilməzliyini vurğulayaraq bu nəticəyə gəlir ki, iddia tələbi bu hissədə qismən təmin olunaraq Cavabdehdən İddiaçının xeyrinə 2325.05 manat məbləğində dəbbə pulu tutulmalıdır.
29. İddiaçı tələbində həmçinin tutmanın ipoteka ilə yüklü edilmiş Cavabdeh1 məxsus ünvan 1 ünvanında yerləşən 0.057 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 705 kv.m olan qeyri-yaşayış binasına yönəldilməsini xahiş edir. Bununla bağlı məhkəmə aşağıdakıları qeyd edir.
30. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. 319.1. əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. 319.5-ci maddəsinə əsasən əgər birinci hərracın keçirilməsi zamanı əşyanın ilkin satış qiymətinin yetmiş faizinə çatan təklif olmazsa, hərrac yenidən keçirilməlidir.Təkrar hərrac, təkrarən keçirilməsinə istinad edilərək, birinci hərracın formasında elan edilməli və həmin qaydada keçirilməlidir. Təkrar hərrac zamanı ipoteka predmetinin ən aşağı satış qiyməti heç olmasa hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olmalıdır. Bu baş verməzsə, hərrac keçirilmir. Hərrac üzrə xərclər mülkiyyətçinin üzərinə qoyulur.
31. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: 4.1-ci maddəsinə əsasən əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi aşağıdakılar da daxil edilməklə tam həcmdə təmin edilir: əsas borc; faizlər; öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsi; ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar icra qeydinin aparılması, məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi. 34-cü maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; bu Qanunda nəzərdə tutulmuş digər hallarda. 39.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin mühafizəsi və satışı xərcləri istisna olmaqla, həmin əşyanın dəyərindən ipoteka saxlayana ödənilməli məbləğlər, ipoteka predmetinin təsviri, ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. 41.2-ci maddəsinə əsasən məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. 47.4-cü maddəsinə əsasən bu Qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır. 47.5-ci maddəsinə əssən ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka qoyana qaytarılmalıdır.
32. Məhkəmə sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehlər tərəfindən öz öhdəliklərinin icra edilmədiyini, belə olan halda isə iddiaçının tərəflər arasında bağlanmış müqavilənin icrasını cavabdehlərdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, cavabdehlərdən müştərək qaydada 46501.07 manat əsas, 3980.75 manat faiz, 2325.05 manat cərimə olmaqla, ümumilikdə 52806.87 manat məbləğində pul iddiaçının xeyrinə tutulmalı, tutma ipoteka ilə yüklü edilmiş Cavabdeh1 məxsus ünvan 1 ünvanında yerləşən 0.057 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 705 kv.m olan qeyri-yaşayış binasına yönəldilməli və fərdi yaşayış evinin ilkin satış qiyməti 910000.00 (doqquz yüz on min) (likvid qiyməti) manat müəyyən edilməklə, həmin əmlak açıq hərracdan satılmalıdır.
33. İddiaçı eyni zamanda iddia ərizəsində ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 410 manat məbləğində mediasiyaya dair xərcin, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat rüsum və 120 manat xidmət haqqının da cavabdehlərdən müştərək qaydada tutulmasını tələb edir və həmin ödənişlərlə bağlı müvafiq sənədləri məhkəməyə təqdim etmişdir.
34. İddiaçı qeyd edilən ödənişlərin həyata keçirilməsi ilə bağlı müvafiq sənədləri məhkəməyə təqdim etdiyindən məhkəmə bu hissədə də tələbi əsaslı hesab edir.
35. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
36. “Mediasiya haqqında” AR Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür.
37. Məhkəmə hesab edir ki, İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul da cavabdehlərdən müştərək qaydada tutulmalıdır.
Nəticə:
38. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 46501.07 manat kredit borcu, 3980.75 manat faiz borcu, 2325.05 manat cərimə olmaqla ümumilikdə, 52806.87 (əlli iki min səkkiz yüz altı manat səksən yeddi qəpik) manat məbləğində borc, mediasiya xərci olaraq ödənilmiş 410 (dörd yüz on) manat, ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi üçün ödənilmiş 15 (on beş) manat rüsum və 120 (yüz iyirmi) manat xidmət haqqı tutulsun. Tutma ipoteka ilə yüklü edilmiş Cavabdeh1 məxsus ünvan 1 ünvanında yerləşən 0.057 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 705 kv.m olan qeyriyaşayış binasına yönəldilsin. Həmin əmlak ilkin satış qiyməti 910 000 (doqquz yüz on min) manat müəyyən edilməklə açıq hərracdan satılsın. Həmin əmlakın satılmasından əldə edilmiş məbləğdən ümumilikdə 52806.87 (əlli iki min səkkiz yüz altı manat səksən yeddi qəpik) məbləğində borc, mediasiya xərci olaraq ödənilmiş 410 (dörd yüz on) manat, ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi üçün ödənilmiş 15 (on beş) manat rüsum və 120 (yüz iyirmi) manat xidmət haqqı tutularaq İddiaçı QSC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat pul cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X1 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************4 SWİFT BİK CTREAZ 22) ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən İlham Əhmədov