Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1637/2023 30.05.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, əsas borc, faiz borcu, cərimə borcu, mediasiya xərci) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, X4 katibliyi ilə, İddiaçının nümayəndəsi X6 iştirakı ilə, Cavabdehin iştirakı olmadan, İddiaçı ASC-nin Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 DC00422360- 02 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 23,946.04 manat əsas borc, 2,216.33 manat faiz borcu, 205.13 manat cərimə borcu olmaqla, cəmi 26,367.50 manat borcun; DC00422360-03 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 46,977 manat əsas borc, 4,636.37 manat faiz borcu, 435.54 manat cərimə borcu olmaqla, cəmi 52,048.91 manat borcun və mediasiya prosesi üzrə ödənilmiş 400 manat məbləğində xidmət haqqının cavabdehdən tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC (bundan sonra “Bank”) ilə Cavabdeh2 (bundan sonra “Borcalan”) arasında xx.xx.2022-ci il tarixdə Bank xidmətlərinin göstərilməsinə dair X10nun xx.xx.2021-ci il tarixli 1.0.4 nömrəli versiyasının şərtlərini qəbul etməsi barədə OnGTC/SE/13731 saylı Razılaşma imzalanmışdır. Həmin razılıq ərizəsini imzalayaraq borclu www.pashabank.az saytında yerləşdirilmiş X7 qeyd edilmiş şərtləri (müvafiq redaksiyada) qəbul edir. Eyni zamanda tərəflər arasında X10 çərçivəsində: xx.xx.2022-ci il tarixli DC00422360-02 saylı maliyyələşdirmə üçün ərizə imzalanmış və Bank tərəfindən Borcalana xx.xx.2024-cü il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 24 822 manat məbləğində mal alışı məqsədi ilə birdəfəlik kredit; - xx.xx.2022-ci il tarixli DC00422360-03 saylı maliyyələşdirmə üçün ərizə imzalanmış və Bank tərəfindən Borcalana xx.xx.2024-cü il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 46977 manat məbləğində mal alışı məqsədi ilə birdəfəlik kredit verilmişdir. Lakin Borcalan DC00422360-02 saylı maliyyələşdirmə üçün ərizə üzrə öhdəliklərini 165 gün, DC00422360-03 saylı maliyyələşdirmə üçün ərizə üzrə öhdəliklərini 179 gün icra etməyərək kreditin müəyyənləşdirilən qaydada ödənilməsini həyata keçirməmişdir. Buna görə də Bank tərəfindən məhkəməyə qədər pretenziya qaydasına əməl edilərək cavabdehə xəbərdarlıq məktubu göndərilmiş və Bank qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi xahiş olunmuş, əks halda qanunvericiliklə müəyyən olunmuş və müqavilə şərtində nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. Borcalanın xx.xx.2022-ci il tarixə İddiaçı ASC qarşısında öhdəlikləri belədir: - DC00422360-02 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 23,946.04 manat əsas borc, 2,216.33 manat faiz borcu, 205.13 manat cərimə borcu olmaqla, cəmi 26,367.50 manat; - DC00422360-03 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 46,977 manat əsas borc, 4,636.37 manat faiz borcu, 435.54 manat cərimə borcu olmaqla, cəmi 52,048.91 manat təşkil edir. X8 4-cü bölümünün 3.11-ci bəndinə əsasən Kreditin əsas məbləği və ona hesablanmış faizlər ödəniş qrafikində və “Maliyyələşdirmə üçün ərizə” formasında göstərilən qaydada ödənilmədikdə gecikdirilmiş əsas məbləğə “Maliyyələşdirmə üçün ərizə” forması ilə müəyyən olunan qaydada və həcmdə cərimə faizi hesablanır. Cərimə faizi 2 qaydada müəyyən olunur: 1) kreditin müddəti bitənədək və 2) kreditin müddəti bitdikdən sonra. Kreditin müddəti bitənədək cərimə tətbiq olunduğu zaman kredit faizləri də öz növbəsində hesablanmağa davam edir. Bank xidmətlərinin göstərilməsinə dair X10nun 4-cü bölümünün 5.2.1-ci bəndinə əsasən Kreditin və faizlərin ödənilməsi Müştəri tərəfindən 3 (üç) aydan artıq müddətə gecikdirildikdə Bank Müştəriyə verilən Krediti vaxtından əvvəl ləğv edə və ya Kredit məbləğini vaxtından əvvəl Müştəridən tələb edə bilər. Eyni zamanda X8 əsasən Müştəri tərəfindən Müqavilə öhdəlikləri yerinə yetirilmədikdə, Azərbaycan Respublikası Qanunlarına əsasən məhkəmələrə və digər səlahiyyətli orqanlara müraciət etmək Bankın hüququdur. Bundan başqa mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi istiqamətində tədbirlər görülməsi məqsədi ilə Mediasiya İnstitutunun tətbiqi qaydasında 9 saylı Mediasiya Təşkilatına müraciət edilmiş, lakin tərəflər arasında məhkəmədən kənar qaydada razılıq əldə edilməmişdir. İddiaçı ASC Mediasiya prosesi üzrə 400 manat məbləğində xidmət haqqı ödəmişdir.
3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 21, 385.1, 421.2, 442, 443.1, 445.1, 445.2.1, 448.1 və 465.2-ci maddələri və “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1.1-ci maddəsi göstərilmişdir.
4. Daha sonra iddiaçının nümayəndəsi xx.xx.2023-cü il tarixində iddia ərizəsinə əlavə təqdim edərək, Cavabdeh2 DC00422360-02 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 23946,04 manat əsas borc, 3279,27 manat faiz borcu, 481,72 manat cərimə borcu olmaqla, cəmi 27707,03 manat borcun, DC00422360-03 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 46977 manat əsas borc, 6721,64 manat faiz borcu, 984,61 manat cərimə borcu olmaqla, cəmi 54683,25 manat borcun və mediasiya prosesi üzrə ödənilmiş 400 manat məbləğində xidmət haqqının cavabdehdən tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. Tərəflərin mövqeləri:
6. Məhkəmə iclasında iştirak edən İddiaçı ASC-nin nümayəndəsi X9 izahatında bildirdi ki, iddiaçı ilə Cavabdeh2 arasında xx.xx.2022-ci il tarixdə Bank xidmətlərinin göstərilməsinə dair X10nun xx.xx.2021-ci il tarixli 1.0.4 nömrəli versiyasının şərtlərini qəbul etməsi barədə OnGTC/SE/13731 saylı Razılaşma imzalanmışdır. Eyni zamanda tərəflər arasında X10 çərçivəsində xx.xx.2022-ci il tarixli DC00422360-02 saylı maliyyələşdirmə üçün ərizə imzalanmış və Bank tərəfindən Borcalana xx.xx.2024-cü il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 24 822 manat məbləğində mal alışı məqsədi ilə birdəfəlik kredit, xx.xx.2022-ci il tarixli DC00422360- 03 saylı maliyyələşdirmə üçün ərizə imzalanmış və Bank tərəfindən Borcalana xx.xx.2024-cü il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 46977 manat məbləğində mal alışı məqsədi ilə birdəfəlik kredit verilmişdir. Lakin cavabdeh kredit üzrə öhdəliklərini yerinə yetirməmiş və kreditin müəyyənləşdirilən qaydada ödənilməsini həyata keçirməmişdir. Cavabdeh iki maliyyələşdirmə üçün ərizələrdən cəmi bir xx.xx.2022-ci il tarixli DC00422360-02 saylı ərizə üzrə və cəmi bir dəfə (xx.xx.2022-ci il tarixində) ödəniş edib və həmin ödənişdən 875,96 manat əsas borca, 351,65 manat faiz borcuna çıxılıb. Digər maliyyələşdirmə üçün ərizə üzrə ümumiyyətlə ödəniş olunmayıb. Sonda DC00422360-02 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 23,946.04 manat əsas borc, 3279.27 manat faiz borcu, 481,72 manat cərimə borcu olmaqla, cəmi 27707,03 manat borcun, DC00422360-03 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 46,977 manat əsas borc, 6721,64 manat faiz borcu, 984,61 manat cərimə borcu olmaqla, cəmi 54,683,25 manat borcun, mediasiya prosesi üzrə ödənilmiş 400 manat məbləğində xidmət haqqının cavabdehdən tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkmədən xahiş etdiri.
7. Məhkəmə iclasının vaxtı yeri barədə lazımı qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
8. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
9. Məhkəmə baxışının hədləri:
10. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
11. Kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbi ilə bağlı
12. “Bank xidmətlərinin göstərilməsinə dair X10nun xx.xx.2021-ci il tarixli 1.0.4.№”-li versiyasına əsasən
13. İ.Müqavilənin predmeti
14. Müqavilənin 1-ci bəndinə əsasən bu müqavilədə, müştərinin müraciəti əsasında ona bank hesabının açılması, depozitinin yerləşdirilmə, maliyyələşdirilməsi (kredit, kredit xətti və ya limitin ayrılması), ticarətin maliyyələşdirilməsi (akkrediti, qarantiya, stand-by akkreditiv, inkasso), ödəniş kartlarının verilməsi, depozit qutularının icarəsi və bu xidmətlərin göstərilməsindən irəli gələn şərtlər müvafiq adlı bölmələrdə öz əksini tapmışdır.
15. Müqavilənin 2-ci bəndinə əsasən müqavilədə qeyd olunan xidmətlərdən hər hansı birinin Bank tərəfindən bu müqavilənin şərtlərini qəbul etmiş müştəriyə təqdim olunması üçün müvafiq xidmətin təqim olunmasını nəzərdə tutan ərizə formalarının banka təqdim olunması və ya bu müqavilə ilə müvafiq xidmətin göstərilməsi üçün ərizə formalarında qeyd edilməsi nəzərdə tutulan məlumatların https://Pashabank.digital və ya https://ib.pashabank.az internet səhifəsi üzrə müştəri üçün fərdi qaydada yaradılmış modulları vasitəsilə müştərinin özü və/və ya səlahiyyətli nümayəndəsi tərəfindən doldurularaq təqdim edilməsi tələb olunur (bundan sonra “Ərizə” dedikdə hər iki qaydada təqdim olunmuş sifariş nəzərdə tutulacaq). Müştərinin təklifinin (sifarişi) qəbul edilməsi Bankın yazılı məlumatı və ya xidməti təqdim etmək hərəkəti əsasında iradəsinin bəyanı ilə təsdiq olunur.
16. Müqavilənin 5-ci bəndinə əsasən bu müqavilə çərçivəsində təqdim olunan ərizə bu müqavilənin ayrılmaz tərkib hissəsini təşkil edir. Müvafiq ərizə və müqavilə şərtləri arasında uyğunsuzluq olarsa, ərizə şərtləri üstünlük təşkil edəcək.
17. İş materiallarında olan Cavabdeh2 tərəfindən xx.xx.2022-ci il tarixdə imzalanmış “Bank xidmətlərinin göstərilməsinə dair X10nun xx.xx.2021-ci il tarixli 1.0.4.№”-li versiyasının şərtlərinin qəbul etməsi barədə OnGTC/SE/13731 saylı razılaşmaya əsasən Cavabdeh2 razılaşmanı imzalamaqla, Bank xidmtlərinin göstərilməsinə dair X10nun Bankın rəsmi internet səhifəsində https://www.pashabank.az/gsa_addendum/lang,az/link üzrə yerləşdirilən xx.xx.2021-ci il tarixli 1.0.4 №-li versiyasının şərtlərini diqqətlə oxuduğunu, onun bütün müddəalarını başa düşdüyünü, müqavilə üzrə müəyyən edilən xidmətlərin istifadəsinə dair öz öhdəliyinə düşən şərtlərə riayət olunmasına görə məsuliyyət daşıdığını və əks halda yaranan hər hansı maddi zərər və ya məsuliyyəti birbaşa olaraq öz hesabına daşıdığını qəbul etmişdir.
18. xx.xx.2022-ci il tarixli, DC00422360-02 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 24822 manat məbləğində pul vəsaitini illik faiz dərəcəsi 17%, illik/gündəlik cərimə faiz dərəcəsi 15%, kredit müddəti bitdikdən sonra illik/gündəlik cərimə faiz dərəcəsi 32%, kreditin müddəti xx.xx.2024-cü il tarixədək olmaqla Cavabdeh2 tərəfindən malların alanması məqsədilə kredit götürülmüşdür.
19. xx.xx.2022-ci il tarixli, DC00422360-03 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 46977 manat məbləğində pul vəsaitini illik faiz dərəcəsi 17%, illik/gündəlik cərimə faiz dərəcəsi 15%, kredit müddəti bitdikdən sonra illik/gündəlik cərimə faiz dərəcəsi 32%, kreditin müddəti xx.xx.2024-cü il tarixədək olmaqla Cavabdeh2 tərəfindən malların alanması məqsədilə kredit götürülmüşdür.
20. İddiaçı ASC-nin xx.xx.2022-ci il tarixli, PB-OUT-05009-2022 saylı xəbərdarlıq məktubundan göründüyü kimi Cavabdeh2 xx.xx.3022-ci il tarixli, OnGTC/SE/13731 saylı nömrəli bank xidmətlərinin göstərilməsinə dair X10 çərçivəsində xx.xx.2022-ci il tarixli, DC00422360-02 saylı və xx.xx.2022-ci il tarixli, DC00422360-03 saylı maliyyələşdirmə ərizələri üzrə öhdəliklərini yerinə yetirmədiyi və DC00422360-02 saylı öhdəlik üzrə 79 gün və DC00422360-03 saylı öhdəlik üzrə isə 93 gün gecikmə olduğu qeyd olunmuşdur.
21. İddiaçı ASC-nin xx.xx.2023-cü il tarixli PB/BPŞ-OUT-00075-2023/6 saylı maliyyə arayışına əsasən Cavabdeh2 xx.xx.2022-ci il tarixə İddiaçı ASC qarşısında kredit üzrə öhdəlikləri DC00422360-02 maliyyələşdirmə üçün ərizəyə əsasən 23946,04 manat əsas borc, 2216,33 manat faiz borcu, 205,13 manat cərimə borcu olmaqla, cəmi 26.367,50 manat və gecikdirilmiş günlərin sayı 165 gün və DC00422360-03 maliyyələşdirmə üçün ərizəyə əsasən 46977 manat əsas borc, 4636,37 manat faiz borcu, 435,54 manat cərimə borcu olmaqla, cəmi 52.048,91 manat və gecikdirilmiş günlərin sayı 179 gün qeyd olunmuşdur.
22. İddiaçı ASC-nin xx.xx.2023-cü il tarixli PB/BPŞ-OUT-00167-2023/4 saylı maliyyə arayışına əsasən Cavabdeh2 xx.xx.2023-cü il tarixə İddiaçı ASC qarşısında kredit üzrə öhdəlikləri DC00422360-02 maliyyələşdirmə üçün ərizəyə əsasən 23946,04 manat əsas borc, 3279,27 manat faiz borcu, 481,72 manat cərimə borcu olmaqla, cəmi 27.707,03 manat və gecikdirilmiş günlərin sayı 260 gün və DC00422360-03 maliyyələşdirmə üçün ərizəyə əsasən 46.977 manat əsas borc, 6721,64 manat faiz borcu, 984,61 manat cərimə borcu olmaqla, cəmi 54.683,25 manat və gecikdirilmiş günlərin sayı 274 gün qeyd olunmuşdur.
23. Hesabdan çıxarışa əsasən müəyyən olunur ki, Cavabdeh2 xx.xx.2022-ci il tarixli DC00422360-02 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən xx.xx.2022-ci il tarixində 1227,61 manat ödəniş edilmişdir, həmin ödənişin 875,96 manat məbləği əsas borca, 351,65 manat məbləği faiz borca silinmişdir.
24. Məhkəmə qeyd edir ki, sübutetmə predmetinə daxil olan iş üçün əhəmiyyətli olan halların müəyyən edilməsi, daha sonra həmin hallara tətbiq edilən hüquq normalarının şərh edilməsi məhkəmə araşdırmasının obyektivliyi və ədalətliliyi üçün zəruridir.
25. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
26. Beləliklə, məhkəmə sübutetmə predmetinə daxil olan bütün faktları obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar əsasında tədqiq edərək müəyyən edir ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında xx.xx.2022-ci il tarixdə Bank xidmətlərinin göstərilməsinə dair X10nun xx.xx.2021-ci il tarixli 1.0.4 nömrəli versiyasının şərtlərini qəbul etməsi barədə OnGTC/SE/13731 saylı Razılaşma imzalanmış, həmin razılıq ərizəsi www.pashabank.az saytında yerləşdirilmiş X7 qeyd edilmiş şərtləri (müvafiq redaksiyada) cavabdeh imzalayaraq qəbul etmişdir. Eyni zamanda tərəflər arasında X10 çərçivəsində: xx.xx.2022-ci il tarixli DC00422360-02 saylı maliyyələşdirmə üçün ərizə imzalanmış və Bank tərəfindən Borcalana xx.xx.2024-cü il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 24 822 manat məbləğində mal alışı məqsədi ilə birdəfəlik kredit, xx.xx.2022-ci il tarixli DC00422360-03 saylı maliyyələşdirmə üçün ərizə imzalanmış və Bank tərəfindən Borcalana xx.xx.2024-cü il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 46977 manat məbləğində mal alışı məqsədi ilə birdəfəlik kredit verilmişdir. Lakin Borcalan DC00422360-02 saylı və DC00422360-03 saylı maliyyələşdirmə üçün ərizələr üzrə öhdəliklərini icra etməyərək kreditin müəyyənləşdirilən qaydada ödənilməsini həyata keçirməmişdir.
27. İşin yuxarıda göstərilən hallarından göründüyü kimi Cavabdeh2 mübahisəli kredit müqaviləsi əsas kredit borcunu və faizləri ödəniş qrafikinə uyğun olaraq ödəməməklə müqavilə öhdəliklərini əhəmiyyətli dərəcədə pozmuşdur.
28. Məhkəmə iddianın kredit müqaviləsi üzrə əsas və faiz borcunun tutulması hissəsinə dair aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
29. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
30. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
31. 386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
32. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
33. 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.
34. 743-cü maddəsinə görə əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər.
35. Belə olan halda məhkəmə Cavabdeh2 DC00422360-02 və DC00422360-03 saylı maliyyələşdirmə üçün ərizələr üzrə İddiaçı ASC qarşısında üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etmədiyini, nəticədə cavabdehin iddiaçıya əsas və faiz borcunun yarandığını, iddiaçının isə həmin öhdəliyinin icra edilməsini – kredit müqaviləsi üzrə əsas və faiz borcunun ödənilməsini - tələb etmək hüququna malik olduğunu nəzərə alaraq hesab edir ki, İddiaçı ASC cavabdeh “Cavabdeh2 DC00422360-02 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 23.946,04 manat əsas borc, 3.279,27 manat faiz borcunu və DC00422360-03 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 46.977 manat əsas borc, 6721,64 manat faiz borcunun tutulmasını tələb etməkdə haqlıdır.
36. Kredit müqaviləsi üzrə dəbbə pulunun ödənilməsi tələbi ilə bağlı
37. İddiaçı həmçinin DC00422360-02 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 23.946,04 manat əsas borcun gecikdirilməsinə görə 481,72 manat məbləğində və DC00422360-03 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 46.977 manat əsas borcun gecikdirilməsinə görə isə 984,61 manat məbləğində cərimə pulunun cavabdehdən tutulması tələbini irəli sürmüş və əsas X10nun 4-cü bölməsinin 3.11-ci bəndinə istinad etmişdir.
38. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
39. Həmin Məcəllənin 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır.
40. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
41. Məhkəmə sadalanan qanunvericilik normalarını, eləcə də Cavabdeh2 müqaviləyə əsasən üzərinə götürdükləri öhdəlikləri lazımi qaydada icra etmədiyini, nəticədə DC00422360-02 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 23.946,04 manat və DC00422360-03 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən isə 46.977 manat məbləğində əsas borcları yarandığını, öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə ödənilməsi nəzərdə tutulduğuna görə iddiaçı həmin müqavilə üzrə əsas borcun və dəbbə pulunun cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır.
42. Cavabdehdən tutulacaq dəbbə pulunun məbləğinə münasibətdə məhkəmə qeyd edir ki, tənasüb müəyyənləşdirilərkən cavabdehin həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
43. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu ağlabatan məbləğdə olduğundan tələb həmin hissədə də təmin edilməlidir.
Mediasiya xərcinin tutulması tələbi ilə bağlı
44. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 400 manat pulun cavabdehdən tutulması tələbini irəli sürmüşdür.
45. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, MŞB/9-2023 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, 18 yanvar 2023-cü il tarixində saat 09:15 saatlarında keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında cavabdehə bildiriş vasitəsi ilə məlumatlandırılmasına rəğmən iştirak etməmiş, iddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 400 manat məbləğində mediasiya xərcini ödəmişdir.
46. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun (bunda sonra “Mediasiya haqqında” Qanun) 28.1-ci maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər.“Mediasiya haqqında” Qanunun “mediasiya xərcləri” adlanan 36.1-ci maddəsinə əsasən, mediasiya prosesinə dair xərclərə daxildir: mediatora və ya mediasiya təşkilatına ödənilən haqq, o cümlədən mübahisə mediasiya vasitəsilə müsbət həll olunduqda mediatora və ya mediasiya təşkilatına ödənilən mükafat (36.1.1); mediasiyanın keçirilməsi ilə əlaqədar mediatorun və ya mediasiya təşkilatının çəkdiyi xərclər, o cümlədən mübahisənin baxıldığı yerə getmək üçün yol, yaşayış və yemək xərcləri (36.1.2).
47. Həmin Qanunun 36.5-ci maddəsinə əsasən, “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür.
48. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.
49. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş mediasiya xərcinin əvəzi olaraq 400 manat məbləğində pul Cavabdeh2 tutularaq İddiaçı ASC-yə ödənilməlidir.
50. Nəticə:
İİ. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. Cavabdeh2 DC00422360-02 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 23.946,04 manat əsas borc, 3.279,27 manat faiz borcu, 481,72 manat cərimə borcu, cəmi 27.707,03 manat (iyirmi yeddi min yeddi yüz yeddi manat, 03 qəpik) və DC00422360-03 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 46.977 manat əsas borc, 6721,64 manat faiz borcu, 984,61 manat cərimə borcu, cəmi 54.683,25 manat (əlli dörd min altı yüz səksən üç manat, 25 qəpik) məbləğində pul vəsaiti tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia verilərkən ödənilmiş mediasiya xərclərinin əvəzi olaraq 400 (dörd yüz) manat məbləğində pul vəsaiti Cavabdeh2 tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Günay Namazova