Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-164/2021 18.03.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Aslanov Kamal Sahib oğlunun katibliyi, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi, Vəkil1 və ilkin iddia üzrə cavabdehlər "Cavabdeh2" MMC-yə və Cavabdeh1 nümayəndəsi, Vəkil2 iştirakları ilə, İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə cavabdehlər "Cavabdeh2" MMC-yə və Cavabdeh1 qarşı icarə müqaviləsi üzrə borcun ödənilməsi tələbi barədə ilkin iddiası üzrə, qarşılıqlı iddia üzrə iddiaçı "Cavabdeh2" MMC-nin qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı əşyaların təhvil verilməsi və maddi ziyanın ödənilməsi tələbi barədə qarşılıqlı iddiası üzrə kommersiya mübahisəsinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : İlkin iddia üzrə İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, O-004 saylı xx xxxxxx 2017-ci il tarixli qeyri-yaşayış sahəsinin icarəyə verilməsi haqqında müqaviləyə əsasən yaranmış 10584,74 manat icarə borcu, icarə sahəsinə xidmətlərin göstərilməsi ilə əlaqədar yaranmış 5301,80 manat xidmət haqqı və istifadə edilmiş elektrik enerjisinə görə 545 manat borcun cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, İddiaçı (icarəyə verən) və Cavabdeh2 MMC (icarəçi) arasında bağlanmış O-004 saylı xx xxxxxx 2017-ci il tarixli qeyri-yaşayış sahəsinin icarəyə verilməsi haqqında müqaviləyə əsasən (icarə müqaviləsinin 1.1-ci bəndi) ünvan 1 ünvanında yerləşən binanın xidmət mərtəbəsində, ümumi sahəsi 122,7 m2 olan 04 saylı qeyri-yaşayış sahəsi icarəçinin istifadəsinə verilmiş, icarə müqaviləsinin müddəti 12 ay (icarə müqaviləsinin 2.1-ci bəndi), icarə haqqı 3488,37 manat (icarə müqaviləsinin 5.1-ci bəndi) müəyyən edilmişdir. Həmçinin, icarəçi ilə icarə sahəsinə xidmətlərin göstərilməsinə dair müqavilə imzalanmışdır. Bundan əlavə İddiaçı və cavadehlərdən Cavabdeh1 (zamin) arasında xx xxx 2019-cu il tarixli Zaminlik müqaviləsi imzalanmış, müqavilənin 1.1-ci bəndinə əsasən zamin icarəçinin (ünvan 1 ünvanında yerləşən binanın xidmət mərtəbəsində, ümumi sahəsi 122,7 m2 olan 04 saylı qeyri-yaşayış sahəsinə dair) O-004 saylı xx xxxxxx 2017-ci il tarixli İcarə müqaviləsi üzrə öhdəliklərin tam və ya qismən yerinə yetirilməməsinə görə öz əmlakı ilə icarəyə verən qarşısında tam həcmdə məsuliyyəti öz üzərinə götürmüşdür. İcarəçi tərəfindən müqavilə şərtləri pozulmuş (icarə müqaviləsinin 3.4.2-ci bəndi), 2020-ci ilin fevral, mart, may, iyun və iyul ayları üzrə ümumi 10584,74 manat icarə borcu və son bir il üzrə 5301,80 manat xidmət haqqı (icarə müqaviləsinin 3.4.22-ci bəndi), habelə istifadə edilmiş elektrik enerjisinə görə 545 manat borcun ödənişi (icarə müqaviləsinin 3.4.4-cü bəndi) həyata keçirilməmişdir. (Qeyd edir ki, pandemiya ilə əlaqədar sosial məsuliyyət çərçivəsində aprel ayı üçün icarə haqqı hesablanmamışdır). İcarəçi tərəfindən borcların qısa zamanda ödəniləcəyi bildirilsə də, müxtəlif bəhanələr irəli sürülərək ödənişlər bu günədək həyata keçirilməmişdir. İcarə borcunun ödənilməsi, əks təqdirdə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəməyə müraciət ediləcəyi və tərəflər arasında bağlanılmış müqavilənin birtərəfli qaydada ləğv olunması ilə bağlı Cavabdeh2 MMC-nin direktoru Cavabdeh1 xx.xx.2020-ci il tarixdə pretenziya ünvanlanmış, lakin səlahiyyətli şəxs pretenziyanı qəbul etməkdən imtina etmişdir. Həmçinin, tərəflər arasında bağlanmış O-004 saylı xx xxxxxx 2017-ci il tarixli qeyri-yaşayış sahəsinin icarəyə verilməsi haqqında müqavilənin 3.1.2-ci və 3.1.3.-cü bəndinə əsasən icarə haqqı və xidmət haqqı ödənilmədiyi və öhdəliyin pozulmasının aradan qaldırılması barədə tərəflər arasında razılığın əldə edilmədiyi təqdirdə müqaviləni birtərəfli qaydada ləğv etmək icarəyə verənin hüququ kimi nəzərdə tutulmuşdur. İlkin iddia üzrə cavabdeh "Cavabdeh2" MMC ilkin iddia üzrə İddiaçı qarşı əşyaların təhvil verilməsi və maddi ziyanın ödənilməsi tələbi barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən binanın xidmət mərtəbəsində, ümumi sahəsi 122,7 m2 olan 04 saylı qeyri-yaşayış sahəsində saxlanılan "Cavabdeh2" MMC-yə məxsus 1 ədəd kompyuterin, 3 ədəd HP markalı printerin, kassa aparatının, su dispanserinin, divar şəkillərinin, Qurani Kərim kitablarının, dibçək güllərinin, qab-qacaq dəstlərinin, 2 ədəd çaydanın, 3 ədəd tibbi kuşetkanın və 25 bağlama kommersiya və peşə fəaliyyətinin sirrini ehtiva edən pasiyent sənədlərinin cavabdeh İddiaçı alınaraq iddiaçı "Cavabdeh2" MMC-yə təhvil verilməsi, cavabdeh İddiaçı 3000 manat məbləğində maddi ziyanın və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin, cəmi 3030 manat pul vəsaitinin alınaraq iddiaçı "Cavabdeh2" MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddiaçı iddiasını onunla əsaslandırmışdır ki, İddiaçı və Cavabdeh2 MMC arasında bağlanmış O-004 saylı xx xxxxxx 2017-ci il tarixli qeyri-yaşayış sahəsinin icarəyə verilməsi haqqında müqaviləyə əsasən ünvan 1 ünvanında yerləşən binanın xidmət mərtəbəsində, ümumi sahəsi 122,7 m2 olan 04 saylı qeyri-yaşayış sahəsi icarəçinin istifadəsinə verilmişdir. Hazırda İddiaçı qeyd olunan müqavilə üzrə müvafiq pul tələbi ilə məhkəməyə müraciət etmişdir. Bildirilməsi zəruridir ki, həm icarə müqaviləsində (7.6-cı bənd), həm də zaminlik müqaviləsində (4-cü bənd) fors-major hallarda öhdəlklərdən azad olunma nəzərdə tutulmuşdur. Həmin fors-major hallarına aid hadisələrdən biri də hazırda dünya ölkələri kimi Azərbaycan Respublikasının da üz-üzə qaldığı epidemiya -Covid-19 infeksiyasıdır. Bilindiyi kimi, ölkədə 2020-ci ilin mart ayından etibarən epidemioloji vəziyyət tətbiq edilərək karantin elan olunmuş və bugünədək də bu hal davam etməkdədir. Belə bir şəraitdə, sahibkarlıq subyektlərinin iş ahəngi pozulmuş və gəlirlərindən məhrum olmuşlar. Hazırda icarə müqaviləsinə xitam verilsə də, Cavabdeh2 MMC-və məxsus əşyalar onlara məxsus yaşayış sahəsində qanunsuz olaraq saxlanılmış, Cavabdeh2 MMC-nin səlahiyyətli şəxsləri tərəfindən həmin əşyaların götürülməsinə maneələr yaradılmışdır. Qeyd olunanlara əsasən, cavabdehə pretenziya qaydasında müraciət ünvanlanaraq, ünvan 2 ünvanında yerləşən binanın xidmət mərtəbəsində, ümumi sahəsi 122,7 m2 olan 04 saylı qeyri-yaşayış sahəsində saxlanılan Cavabdeh2 MMC-yə məxsus 1 ədəd kompyuterin, 3 ədəd HP markalı printerin, kassa aparatının, su dispanserinin, divar şəkillərinin, Qurani Kərim kitablarının, dibçək güllərinin, qab-qacaq dəstlərinin, 2 ədəd çaydanın, 3 ədəd tibbi kuşetkanın və 25 bağlama kommersiya və peşə fəaliyyətinin sirrini ehtiva edən pasiyent sənədlərinin xx xxxxxx 2020-ci il tarixədək “Cavabdeh2 MMC-yə təhvil verilməsinin təmin edilməsi xahiş edilmiş, əks halda eyni tələb ilə məhkəməyə müraciət olunacağı barədə məlumat verilmiş lakin tələb təmin edilməmişdir. Buna görə də, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Karantin rejiminin ölkə səviyyəsində yumşaldılmasından sonra Cavabdeh2 MMC-və məxsus əşyaların qaytarılmaması onun normal fəaliyyətini bərpa etməsinə çətinliklər yaratamış, MMC maddi-texniki bazasını formalaşdıra bilməmiş, müştərilərin peşə sirrini təşkil edən sənədlərinin əksəriyyəti cavabdeh tərəfindən hər hansı bir hüquqi əsas olmadan saxlanılmışdır. Belə olan halda, Cavabdeh2 MMC-yə 3000 manat məbləğində maddi ziyan dəymişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi, Vəkil1 və ilkin iddia üzrə cavabdehlər "Cavabdeh2" MMC-yə və Cavabdeh1 nümayəndəsi, Vəkil2 barışıq sazişini təqdim edərək, tərəflər barışıq sazişi imzalandığını, həmçinin sazişin şərtlərinin və hüquqi nəticələrinin onlara aydın olunduğunu bildirmiş, barışıq sazişinin təsdiq olunmasını məhkəmədən xahiş edərək bu barədə birgə ərizə təqdim etmişlər. Tərəflər məhkəməyə təqdim etdikləri ərizələrində, aşağıdakı şərtlərlə xx.xx.2021-ci il tarixdə barışıq sazişini imzaladıqlarını bildirərək, həmin sazişin təsdiq edilməsini məhkəmədən xahiş etmişlər:
1. Tərəflər hazırki iddia tələbi ilə bağlı ümumi borc məbləğinin 10000 (on min) manat olması barədə razılığa gəlirlər.
2. Razılaşdırılmış ümumi borc məbləğinin 3000 (üç min) manatı saziş bağlanan günədək "Cavabdeh2" MMC və Cavabdeh1 tərəfindən ödənildiyi üçün hazırda ödənilməmiş qalan 7000 (yeddi min) manat borc məbləğinin ödənilməsi ilə bağlı "Cavabdeh2" MMC və Cavabdeh1 bu saziş üzrə öhdələrinə götürürlər ki, həmin məbləği ən geci hər ayın 13-nə qədər aylıq 1400 manat olmaqla bu saziş məhkəmə tərəfindən təsdiq olunan tarixdən 5 (beş) ay ərzində müştərək qaydada İddiaçı ödəyəcəklər.
3. "Cavabdeh2" MMC bu saziş üzrə öhdəsinə götürür ki, tərəfindən verilmiş qarşılıqlı iddia tələbindən imtina edir.
4. İddiaçı bu saziş üzrə aşağıdakıları öhdəsinə götürür: 4.1 Bu Sazişin 1.1-ci bəndində göstərilən (İddiaçı "Cavabdeh2" MMC-yə və Cavabdeh1 qarşı ünvan 1 ünvanında yerləşən binanın xidmət mərtəbəsində, ümumi sahəsi 122,7 m2 olan 04 saylı qeyri-yaşayış sahəsinin icarəyə verilməsinə dair O-004 saylı xx xxxxxx 2017-ci il tarixli müqaviləyə əsasən yaranmış 10584,74 manat icarə borcunun, icarə sahəsinə xidmətlərin göstərilməsi ilə əlaqədar yaranmış 5301,80 manat xidmət haqqı və istifadə edilmiş elektrik enerjisinə görə 545 manat borcun cavabdehlərdən tutulması) iddia tələbinin qalan hissələrindən imtina edir; 4.2 "Cavabdeh2" MMC-yə icarəyə verilmiş ünvan 3 ünvanında yerləşən binanın xidmət mərtəbəsində olan 04 saylı qeyri yaşayış sahəsində qalmış MMC-yə məxsus əmlakı "Cavabdeh2" MMC-yə verir.
5. Bu Saziş mübahisəyə baxan məhkəmə tərəfindən təsdiq edilməsi barədə qərardad qəbul edildiyi andan qüvvəyə minir. Barışıq Sazişi məhkəmə tərəfindən qərardadla təsdiq edildikdən sonra tərəflər üçün məcburi xarakter daşımaqla, bu Saziş üzrə öhdəliklərin gələcəkdə icrasını tələb etmək üçün əsas hesab edilir.
6. Tərəflər Sazişin şərtlərini pozduqda, İddiaçı məhkəməyə müraciət edərək Sazişin şərtlərinin məcburi icrası ilə bağlı icra sənədi almaq hüququna malikdir. Azərbaycan Respublikası MPM-nin 191.1-ci maddəsinə əsasən tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. Tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə iş üzrə icraata xitam verilir. Məhkəmə tərəflərin barışıq sazişini təsdiq etdikdə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb və yuxarıda sadalanan qanunvericilik normalarını əsas götürərək, hesab edir ki, tərəflərin xx.xx.2021-ci il tarixli barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 263 və 264-cü maddələrinə əsasən, məhkəmə
QƏRARA ALDİ:
İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə cavabdehlər "Cavabdeh2" MMC-yə və Cavabdeh1 qarşı icarə müqaviləsi üzrə borcun ödənilməsi tələbi barədə ilkin iddiası üzrə, qarşılıqlı iddia üzrə iddiaçı "Cavabdeh2" MMC-nin qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı əşyaların təhvil verilməsi və maddi ziyanın ödənilməsi tələbi barədə qarşılıqlı iddiası üzrə kommersiya mübahisəsinə dair işlə bağlı xx.xx.2021-ci il tarixli barışıq sazişi aşağıdakı şərtlər daxilində təsdiq olunsun:
1. Tərəflər hazırki iddia tələbi ilə bağlı ümumi borc məbləğinin 10000 (on min) manat olması barədə razılığa gəlirlər.
2. Razılaşdırılmış ümumi borc məbləğinin 3000 (üç min) manatı saziş bağlanan günədək "Cavabdeh2" MMC və Cavabdeh1 tərəfindən ödənildiyi üçün hazırda ödənilməmiş qalan 7000 (yeddi min) manat borc məbləğinin ödənilməsi ilə bağlı "Cavabdeh2" MMC və Cavabdeh1 bu saziş üzrə öhdələrinə götürürlər ki, həmin məbləği ən geci hər ayın 13-nə qədər aylıq 1400 manat olmaqla bu saziş məhkəmə tərəfindən təsdiq olunan tarixdən 5 (beş) ay ərzində müştərək qaydada İddiaçı ödəyəcəklər.
3. "Cavabdeh2" MMC bu saziş üzrə öhdəsinə götürür ki, tərəfindən verilmiş qarşılıqlı iddia tələbindən imtina edir.
4. İddiaçı bu saziş üzrə aşağıdakıları öhdəsinə götürür: 4.1 Bu Sazişin 1.1-ci bəndində göstərilən (İddiaçı "Cavabdeh2" MMC-yə və Cavabdeh1 qarşı ünvan 1 ünvanında yerləşən binanın xidmət mərtəbəsində, ümumi sahəsi 122,7 m2 olan 04 saylı qeyri-yaşayış sahəsinin icarəyə verilməsinə dair O-004 saylı xx xxxxxx 2017-ci il tarixli müqaviləyə əsasən yaranmış 10584,74 manat icarə borcunun, icarə sahəsinə xidmətlərin göstərilməsi ilə əlaqədar yaranmış 5301,80 manat xidmət haqqı və istifadə edilmiş elektrik enerjisinə görə 545 manat borcun cavabdehlərdən tutulması) iddia tələbinin qalan hissələrindən imtina edir; 4.2 "Cavabdeh2" MMC-yə icarəyə verilmiş ünvan 3 ünvanında yerləşən binanın xidmət mərtəbəsində olan 04 saylı qeyri yaşayış sahəsində qalmış MMC-yə məxsus əmlakı "Cavabdeh2" MMC-yə verir.
5. Bu Saziş mübahisəyə baxan məhkəmə tərəfindən təsdiq edilməsi barədə qərardad qəbul edildiyi andan qüvvəyə minir. Barışıq Sazişi məhkəmə tərəfindən qərardadla təsdiq edildikdən sonra tərəflər üçün məcburi xarakter daşımaqla, bu Saziş üzrə öhdəliklərin gələcəkdə icrasını tələb etmək üçün əsas hesab edilir.
6. Tərəflər Sazişin şərtlərini pozduqda, İddiaçı məhkəməyə müraciət edərək Sazişin şərtlərinin məcburi icrası ilə bağlı icra sənədi almaq hüququna malikdir. e-2-2(113)-164/2021 nömrəli iş üzrə icraata xitam verilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər.
Hakim: Emin Əliyev