Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1640/2020 19.08.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Səfərli Arzu Mahir qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Nümayəndə və Ortaqlarının tam ortaqlıq “TAC” Kredit İttifaqının Cavabdeh qarşı “borcun tutulması”tələbinə dair iqtisadi işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Nümayəndə və Ortaqlarının tam ortaqlıq “TAC” Kredit İttifaqı Cavabdeh qarşı “borcun tutulması”tələbinə dair iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək,Cavabdeh 3999,50 (üç min doqquz yüz doxsan doqquz manat əlli qəpik) manat kredit, 499,86 (dörd yüz doxsan doqquz manat səksən altı qəpik) manat faiz, 999,72 (doqquz yüz doxsan doqquz manat yetmiş iki qəpik) manat cərimə borcu olmaqla, cəmi 5499,08 (beş min dörd yüz doxsan doqquz manat səkkiz qəpik) manat məbləğində borcun və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, kreditor “Tac” kredit ittifaqı ilə Cavabdeh arasında xx xxx 2016-cı il tarixdə 194/SKMF-160 saylı kredit müqviləsi bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən kreditverən həmin müqavilə ilə müəyyən edilmiş şərtlərlə kreditalana 5000 (beş min) manat krediti SKMF-nin vəsaiti hesabına illik 6 faizlə və güzəşt müddəti 18 ay olmaq şərti ilə 36 ay müddətinə sahibkarlıq fəaliyyəti ilə məşğul almaq üçün verir. Kredit alan bu müqavilə ilə aldığı krediti, ona hesablanmış faizi müqavilədə göstərilən digər öhdəlikləri vaxtında və tam yerinə yetirməyi öhdəsinə götürür. Həmin müqavilənin 4.1-ci maddəsinə əsasən kreditalan TAC Kİ qarşısında müqavilədə nəzərdə tutulmuş şərtlərlə aldığı vəsaiti 36 ay ərzində qaytarmağı qeyd-şərtsiz olaraq öhdəsinə götürmüşdür. Müqavilənin 4.2-ci bəndinə əsasən, kreditalan kredit məbləğini kreditin verilmə tarixindən sonra bu müqaviləyə 1 saylı Əlavədə göstərilmiş ödəmə cədvəli ilə müəyyən olunmuş qaydada ödənilməsini həyata keçirəcəkdir. Həmin əlavə üzrə ödəniş o halda vaxtında ödənilmiş hesab edilir ki, müvafiq dövr üçün müəyyən olunmuş gün Bankın əməliyyat saatlarında kreditverənin cari hesablaşma hesabına daxil edilmiş olsun. Əgər ödəniş iş günü hesab olunmayan günə təsadüf edərsə, ödəniş həmin gündən sonra gələn nöbəti iş günü ödənməlidir. Lakin borclu bu günədək 1000,50 manat kredit, 531,32 manat faiz ödəmişdir. xx.xx.2018-ci il tarixindən bu günədək heç bir ödəniş etməmişdir. Bununla əlaqədar olaraq kreditor borcluya borcun qaytarılması barədə bildiriş göndərsə də, borclu tərəfindən borcun ödənilməsi istiqamətində hər hansı bir addım atılmamışdır. Müqavilənin 5.1-ci bəndinə əsasən, TAC Kİ tarif cədvəlinə uyğun olaraq kreditalan kreditverənə kreditin təhsis edilməsinə, müvafiq hesabların açılmasına və göstərilən digər xidmətlərə görə müvafiq komisyon haqqı ödəyir. Kreditalan kredit üzrə hesablanmış faiz borcunu kreditin müddəti bitənədək hər ay ödəməyi öz öhdəsinə götürür. Müqavilənin 5.3cü bəndinə əsasən, kredit üzrə faizlər illik faiz dövrü şərti olaraq 360 gün götürülməklə, illik 6 faiz dövründə kreditin istifadə edildiyi günlərin faktiki sayına görə hər gün üçün günün əvvəlinə olan qalığa hesablanır. Fazilər kreditin verildiyi gündən hesablanır. Müqavilənin 6.1-ci bəndinə əsasən, müqaviləyə 1 saylı əlavə ilə müəyyən edilən ödəmə günü həmin gün üçün təyin edilmiş məbləğ ödənilmədikdə ertəsi gündən etibarən vaxtı keçmiş borcun faktiki olaraq ödənildiyi tarixədək 5.3-cü bəndində göstərilmiş faiz dərəcəsinin iki mislinə bərabər cərimə ödəyir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1640/2020 nömrəli xx xxxx 2020-ci il tarixli qərardadı ilə, iddiaçı Nümayəndə və Ortaqlarının tam ortaqlıq “TAC” Kredit İttifaqının Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında 30 (otuz) iş günü ərzində baxılması qərara alınmışdır. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1640/2020 nömrəli xx xxxx 2020-ci il tarixli qərardadı ilə, iddiaçı Nümayəndə və Ortaqlarının tam ortaqlıq “TAC” Kredit İttifaqının Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair işə mahiyyəti üzrə iddia icraatı qaydasında baxılmsı qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin maliyyə arayışı üzrə təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Həmin Məcəllənin 238.4-cü maddəsinə əsasən, İşə qiyabi baxılmasına iddiaçının razılığı yazılı formada olmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. İddiaçının nümayəndəsi etiraz etmədiyindən xx.xx.2020-ci il tarixli qərardadı ilə işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - «TAC» Kredit İttifaqı ilə Cavabdeh arasında bağlanmış xx xxx 2016-cı il tarixli, 194/SKMF-160 nömrəli Kredit müqaviləsindən görünür ki, “kreditverən” TAC» Kredit İttifaqı “kreditalan” Cavabdeh 5000 manat krediti SKMF-in vəsaiti hesabına illik 6 faizlə və güzəşt müddəti 18 ay olmaq şərti ilə 36 ay müddətinə verir. Müqavilənin 1.2-ci bəndinə əsasən, kredit sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün verilir. Müqavilənin 1.3-cü bəndinə əsasən, hazırki müqavilənin 1.1-ci bəndində göstərilən kredit xx xxx 2016-cı il tarixdən xx xxx 2019-cu ilə qədər verilir. Müqavilənin 4.1-ci bəndinə əsasən, kreditalan TAC Kİ qarşısında müqavilədə nəzərdə tutulmuş şərtlərlə aldığı vəsaiti 36 ay ərzində qaytarmağı qeyd-şərtsiz olaraq öhdəsinə götürmüşdür. Müqavilənin 5.3-cü bəndinə əsasən, kredit üzrə faizlər illik faiz dövrü şərti olaraq 360 gün götürülməklə, illik 6 faiz dövründə kreditin istifadə edildiyi günlərin faktiki sayına görə hər gün üçün günün əvvəlinə olan qalığa hesablanır. Fazilər kreditin verildiyi gündən hesablanır. Müqavilənin 6.1-ci bəndinə əsasən, müqaviləyə 1 saylı əlavə ilə müəyyən edilən ödəmə günü həmin gün üçün təyin edilmiş məbləğ ödənilmədikdə ertəsi gündən etibarən vaxtı keçmiş borcun faktiki olaraq ödənildiyi tarixədək 5.3-cü bəndində göstərilmiş faiz dərəcəsinin iki mislinə bərabər cərimə ödəyir. - 194/SKMF-160 nömrəli müqavilə üzrə ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx xxxxxx 2017-ci il tarixdən xx xxx 2019-cu il tarixədək hər ay 277,78 manat ödəniş etməli idi. -xx xxx 2016-cı il tarixli kassa məxaric orderinin surətindən görünür ki, Cavabdeh “TAC” Kİ-dən 5000 manat kredit almışdır. -xx xxxx 2020-ci il tarixli maliyyə arayışından görünür ki, xx xxx 2016-cı il tarixli kredit müqaviləsi üzrə Cavabdeh 3999,50 manat kredit borcu, 499,86 manat faiz borcu, 999,72 manat cərimə borcu olmaqla, cəmi 5499,08 manat borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-cı maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən, Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, “TAC” Kredit İttiqfaqı ilə Cavabdeh arasında kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən, “kreditverən” TAC» Kredit İttifaqı “kreditalan” Cavabdeh 5000 manat krediti SKMF-in vəsaiti hesabına illik 6 faizlə və güzəşt müddəti 18 ay olmaq şərti ilə 36 ay müddətinə vermişdir. İş materiallarında olan kassa məxaric orderindən görünür ki, cavabdeh həmin 5000 manatı qəbul etmişdir, yəni iddiaçı müqavilə üzrə öhdəliyini yerinə yetirmişdir. Lakin cavabdeh müqavilə üzrə öhdəliklərinə yerinə yetirməmiş və kredit üzrə 1000,50 manat kredit, 531,32 manat faiz ödənişi etmiş və bununla da öhdəliklərini tam olaraq icra etməmişdir. İddiaçı tərəf iddia tələbi üzrə tələb etdiyi borcun əsası olaraq kassa məxaric orderi və maliyyə arayışını göstərmişdir. Maliyyə arayışı ilə müəyyən olunur ki, hazırda cavabdehin iddiaçıya 3999,50 (üç min doqquz yüz doxsan doqquz manat əlli qəpik) manat kredit, 499,86 (dörd yüz doxsan doqquz manat səksən altı qəpik) manat faiz, 999,72 (doqquz yüz doxsan doqquz manat yetmiş iki qəpik) manat cərimə borcu vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddia qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 3999,50 (üç min doqquz yüz doxsan doqquz manat əlli qəpik) manat əsas kredit borcu, 499,86 (dörd yüz doxsan doqquz manat səksən altı qəpik) manat faiz, 999,72 (doqquz yüz doxsan doqquz manat yetmiş iki qəpik) manat cərimə borcu və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat olmaqla ümumilikdə 5529,08 (beş min beş yüz iyirmi doqquz manat səkkiz qəpik) manat pul tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Repsublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlaraəsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 3999,50 (üç min doqquz yüz doxsan doqquz manat əlli qəpik) manat əsas kredit borcu, 499,86 (dörd yüz doxsan doqquz manat səksən altı qəpik) manat faiz, 999,72 (doqquz yüz doxsan doqquz manat yetmiş iki qəpik) manat cərimə borcu və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat olmaqla ümumilikdə 5529,08 (beş min beş yüz iyirmi doqquz manat səkkiz qəpik) manat pul tutularaq iddiaçı “Nümayəndə və Ortaqlarının tam ortaqlıq “TAC” Kredit İttifaqının xeyrinə ödənilsin. Cavabdeh qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verməyə haqlıdır. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-1640/2020
Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-1640/2020
19.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver