Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1647/2020 18.09.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Səfərli Arzu Mahir qızının katibliyi, İddiaçının nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, Cavabdeh MMC-dən İddiaçı MMC-nin xeyrinə GSM müqaviləsinə əsasən 799 manat 61 qəpik xidmət haqqının və ödənilmiş 30 manat 40 qəpik dövlət rüsumunun, cəmi 830 manat 01 qəpik vəsaitin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış GSM müqaviləsinə əsasən sonuncu 799 manat 61 qəpik məbləğində cəmiyyətin rabitə xidmətlərindən istifadə edərək danışıqlar aparmış və nəticədə cəmi 799 manat 61 qəpik məbləğində borcu yaranmışdır. Müqavilənin şərtlərinə əsasən abonent ona göstərilən rabitə xidmətlərinə görə xidmət haqqını İddiaçı MMC-nin müəyyən etdiyi son ödəmə tarixinədək ödəməlidir. Hesab-fakturada göstərilənödəniş şərtləri abonent tərəfindən pozularsa, İddiaçı MMC gecikdirilən hər gün üçün gecikmə faizi tətbiq edir. Beləliklə borcluya aid GSM fakturalarından göründüyü kimi borclu müqavilənin şərtlərini pozaraq göstərilən borcun ödənilməsini təmin etməmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1647/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadı ilə iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında 30 (otuz) iş günü ərzində baxılması qərara alınmışdır. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1647/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadı ilə İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair işə mahiyyəti üzrə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Məhkəmə araşdırması zamanı iddiaçının nümayəndəsi iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh MMC-dən İddiaçı MMC-nin xeyrinə rabitə xidmətlərindən istifadəyə görə yaranmış 799 manat 61 qəpik xidmət haqqının, 110 manat vəkilə ödənilmiş xidmət haqqının və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun üzrlü səbələri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etdi. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv surətdə araşdıraraq, iddiaçının nümayəndəsinin izahatını dinləyərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - İddiaçı MMC ilə Cavabdeh MMC (Abunəçi) arasında imzalanmış ***-**** saylı xx xxxxx 2017-ci il tarixli Mobil rabitə xidmətlərinin göstərilməsinə dair müqavilədən görünür ki, bu müqavilə üzrə şirkət korporativ abunəçiyə mobil rabitə xidmətləri göstərir, korporativ abunəçi isə bu xidmətləri qəbul edib bu müqavilənin tərkib hissəsi olan korporativ tarif təklif planı əsasında xidmət haqqının vaxtı-vaxtında ödənilməsini təmin edir. Müqavilənin 2.2.5-ci bəndinə əsasən, təqdim edilən xidmətlərdən istifadəyə görə ödənişləri vaxtlı vaxtında olmasını və kredit xətti üzrə yaranmış borcların ödənişini tələb etmək şirkətin hüququdur. Müqavilənin 4.1-ci bəndinə əsasən, tərəflər bu müqavilənin lazımınca yerinə yetirilməməsinə görə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq məsuliyyət daşıyırlar və təqsirkar tərəf digər tərəfə vurulmuş ziyanı (real zərər) ödəməlidir. Müqavilənin 4.2-ci bəndinə əsasən, şirkətin təqdim etdiyi xidmətlər ilə bağlı yaranmış borca görə korporativ abunəçi şirkət qarşısında tam məsuliyyət daşıyır və onun vaxtında ödənilməsinə zəmanət verir. - ***-**** saylı xx xxxxx 2017-ci il tarixli Mobil rabitə xidmətlərinin göstərilməsinə dair 1 saylı Əlavədən görünür ki, vergi hesab faktura əsasında ödənilən nömrələr 552551991, 552552029, 552552232, 552552524, 552551232, ********* və ********* nömrələridir. -İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə göndərilən hesab-fakturadan görünür ki, xx.xx.2019-cu il tarixədək ƏDV daxil ödəniləcək məbləğ 799,61 manat təşkil edir. -xx xxxx 2019-cu il tarixli pretenziya məktubundan görünür ki, müqavilə üzrə öhdəliklər yerinə yetirilmədiyinə görə 799,61 manat borcun hazırkı pretenziya məktubunu aldıqdan sonra İddiaçı MMC-yə ödənilməsi xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. - Hüquqi yardımın göstərilməsi haqqında 275 saylı xx xxxxxx 2020-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh MMC Bakı Kommersiya Məhkəməsində hüquqlarının müdafiəsi üçün 110 (yüz on) manat ödəniş edilməsi razılaşdırılmışdır. - ********* nömrəli xx.xx.2019-cu il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında mobil rabitə xidmətlərinin göstərilməsinə dair müqavilə bağlanmışdır. Müqaviləyə əsasən, cavabdeh iddiaçının rabitə xidmətlərindən istifadə etmiş, 799,61 manat məbləğində borcu yaranmışdır. Tərəflər arasında bağlanmış müqavilələrin şərtlərinə əsasən abunəçi ona göstərilən rabitə xidmətlərinə görə abunə və xidmət haqqını İddiaçı MMC- nin müəyyən etdiyi son ödəmə tarixinədək ödəməli olduğu halda, cavabdeh müqavilələrin bu şərtlərini pozaraq qeyd olunan borcun ödənilməsini təmin etməmiş və nəticədə iddiaçıya 799,61 manat məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə qeyd edir ki, Cavabdeh MMC müqavilə üzrə öhdəliyini tam icra etməmiş və nəticədə iddiaçıya borcu yaranmışdır. Ona görə də 799,61 manat borc məbləği cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.6-cı maddəsinə əsasən, vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iş üzrə iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumu və 110 manat vəkil xərci cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, toplanmış və tədqiq olunan sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, Cavabdeh MMC-dən GSM müqaviləsinə əsasən 799,61 (yeddi yüz doxsan doqquz manat altmış bir qəpik) manat xidmət haqqı, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat və hüquqi yardıma çəkilən xərcin əvəzi olaraq 110 (yüz on) manat olmaqla, cəmi 939,61 (doqquz yüz otuz doqquz manat altmış bir qəpik) manat pul tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh MMC-dən GSM müqaviləsinə əsasən 799,61 (yeddi yüz doxsan doqquz manat altmış bir qəpik) manat xidmət haqqı, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat və hüquqi yardıma çəkilən xərcin əvəzi olaraq 110 (yüz on) manat olmaqla, cəmi 939,61 (doqquz yüz otuz doqquz manat altmış bir qəpik) manat pul tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-1647/2020
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1647/2020
18.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver