Məhkəmə qərarları › İş №e-2-2(113)-165/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-165/2024

06.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-165/2024 06.03.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ iddiaçı “X5” ASC-nin cavabdehlər Cavabdeh2 MMC və Nümayəndə1 qarşı kommersiya mübahisəsi üzrə Açar sözlər: kredit müqaviləsi üzrə borcun ödənilməsi Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Leyla Rauf qızının sədrliyi, X1 katibliyi ilə, iddiaçının nümayəndəsi X2 iştirakı ilə, iddiaçı “X5” ASC-nin cavabdehlər Cavabdeh2 MMC və Nümayəndə1 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxılmışdır. I. İŞİN HALLARİ

1. “X5” ASC (borcverən) ilə Cavabdeh2 MMC (borcalan) arasında 15 sentyabr 2022-ci il tarixli, 136odrftUBM/22 nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən bu müqaviləyə görə “Borcverən” müqavilənin 1.2 və 1.3-cü bəndlərində göstərilən məbləğdə və faizlə Kredit xəttini “Borcalan”ın mülkiyyətinə verir və “Borcalan” isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə “Borcverən”ə qaytarmağı öhdəsinə götürür. 1.2-ci bəndinə əsasən bu müqavilə üzrə “Bank” tərəfindən “Borcalan”a verilən kreditin məbləği 22300 manat təşkil edir. 1.3-cü bəndinə əsasən kredit ilk 15 günü faizsiz olmaqla açılır. 15 gün ərzində ödənilmədiyi təqdirdə qalıq məbləğ 3 (üç) ay müddətinə, xx.xx.2022-ci il tarixinədək illik 24 (iyirmi dörd) faiz ödəmək şərtilə verilir. 1.4-cü bəndinə əsasən kreditin məqsədli təyinatı: Əmək haqqının ödənilməsi üçün qısa müddətli kredit xətti. 2.7.1-ci bəndinə əsasən “Borcalan” krediti və onun faizlərinin ödənilməsi dövriliyini ən az 2 (iki) dəfə 5 (beş) təqvim günündən çox pozduqda “Borcverən” “Borcalan”ın bu müqavilə üzrə öhdəliyini vaxtında və lazımi qaydada icra edilməməsi ilə nəticələnə bilən bu müqaviləyə birtərəfli qaydada vaxtından əvvəl xitam verə və kreditin qalıq məbləğini bu müqavilənin 1.3-cü bəndində nəzərdə tutulmuş bütün dövr üçün hesablanmış kredit faizinin qalıq məbləği ilə birlikdə qaytarılmasım “Boıcalan”dan tələb edə bilər: 3.1.3-cü bəndinə əsasən borcverən öhdəliyin vaxtında və lazımi qaydada icra edilməməsinə və ya pozulmasına görə bu müqavilədə nəzərdə tutulmuş dəbbə pulunun (cərimənin, penyanın ) ödənilməsini və öhdəliyin icrasını “Borcalan”dan tələb edir. 3.2.2-ci bəndinə əsasən borcalan krediti və ondan istifadəyə görə faizləri tərəflər arasında yazılı razılaşdırılmış müəyyən olunmuş müddətlərdə “Borcverən”ə qaytarır. Borcalan kredit xətti hallarında isə Kreditin faktiki istifadə edilmiş məbləğinə ay ərzində hesablanmış faizləri növbəti ayın 1-dən 10-dək ödəməli, əsas borc məbləğini Müqavilənin 1.3-cü bəndində nəzərdə tutulmuş müddətə ödəməlidir. 5.2-ci bəndinə əsasən «Borcalan» kreditdən məqsədli təyinatına uyğun istifadə etmədikdə və ya «Borcalan» tərəfindən «Borcverən»i aldatmağa yönəlmiş hər hansı bir hərəkətin edildiyi, o cümlədən «Borcalan» özünün fəaliyyəti, iqtisadi-maliyyə imkanları və bu müqavilə üzrə öhdəliyin vaxtında və lazımi qaydada icrası üçün əhəmiyyətli olan digər faktlar (dövlət büdcəsinə, digər hüquqi və fiziki şəxslərə olan borclar, kreditorlar qarşısında icra edilməmiş mülki-hüquqi öhdəliklər və s.) haqqında verdiyi məlumatların və təqdim etdiyi sənədlərin həqiqətə uyğun olmadığı aşkar olunduqda «Borcverən»in tələbi ilə aldığı krediti qaytarmalı və kreditdən istifadəyə görə hesablanmış faizləri ödəməlidir. «Borcverən» kreditin dərhal qaytarılmasını tələb etməklə yanaşı «Borcalan»a qarşı istifadə edilmiş kreditin ümumi məbləğinin 1 (bir) faizi miqdarında cərimə tətbiq edə bilər. 5.3-cü bəndinə əsasən «Borcalan» kredit üzrə faizləri bu Müqavilədə nəzərdə tutulmuş ödəmə müddətində və qaydada ödəmədikdə, faizlərin gecikdirildiyi hər gün üçün əsas borc məbləğinin qalığına illik 40 (qırx) % miqdarında cərimə (dəbbə pulu) tətbiq edilir. 6.1-ci bəndinə əsasən bu müqavilə tərəflərin onu imzaladığı tarixdə qüvvəyə minir və tərəflərin öhdəlikləri tam icra olunana qədər qüvvədədir. Müqavilə bankın və borc alanın imzası və möhürü ilə təsdiq edilmişdir.

2. “X5” ASC (borcverən) ilə Nümayəndə1 (zamin) arasında 01 dekabr 2022-ci il tarixli 136odrftUBM/22 saylı zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən Zamin Kreditor qarşısında Borclunun “15” sentyabr 2022-ci il tarixli 136odrftUBM/22 saylı overdraft kredit Müqaviləsi (bundan sonra “Kredit Müqaviləsi” adlandırılacaq) üzrə öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürür. 1.2-ci bəndinə əsasən Overdraft kredit müqaviləsi iizrə Kreditor tərəfindən Borcluya 3 (üç) ay müddətinə “15” dekabr 2022-ci il tarixədək, kreditdən istifadəyə görə illik 24% ödəniliməsi şərtilə 22300 manat məbləğində kredit xətti verilir. 2.2-ci bəndinə əsasən Zamin Borclunun Kredit Müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi və ya lazımınca yerinə yetirmədiyinin nəticəsində əmələ gələn faizlərin (dəbbə pulu), borc tutulması üzrə məhkəmə xərclərinin və bununla bağlı digər zərərin əvəzinin ödənilməsinə görə Kreditor qarşısında Borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 2.3-cü bəndinə əsasən Kreditor Borclu tərəfindən Kredit Müqaviləsinin icra etmədiyi və ya lazımınca icra etmədiyi halda həm Borclu, həm də Zaminə qarşı Kredit Müqaviləsi üzrə öz tələblərini irəli sürə bilər. 3.2-ci bəndinə əsasən Kredit Müqaviləsinin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda həm Borcluya, həm də Zaminə qarşı öz tələblərini irəli sürmək Kreditorun vəzifəsidir. 7.1-ci bəndinə əsasən müqavilə imzalandığı tarixdən qüvvəyə minir və əsas kredit müqaviləsi üzrə və əsas kredit müqaviləsi ilə müəyyən edilmiş müddət və kredit limiti çərçivəsində bağlanacaq əlavə kredit müqavilələri üzrə öhdəliklərin tam şəkildə yerinə yetirilənə qədər qüvvədədir. Müqavilə kreditorun və borcalanın imzası və möhürü ilə, zaminin isə imzası ilə təsdiq edilmişdir.

3. “X5” ASC tərəfindən verilmiş hesabdan çıxarışdan müəyyən edilir ki, kredit müqaviləsi üzrə Cavabdeh2 MMC müxtəlif vaxtlarda ödənişlər etmişdir.

4. xx.xx.2023-cü il tarixli UB-BANK/PİKMD/1106143 saylı maliyyə arayışına əsasən “X5” ASC ilə Cavabdeh2 MMC arasında bağlanmış 136odrftUBM/22 kredit müqaviləsi üzrə Cavabdeh2 MMC-nin 23 may 2023-cü il tarixə 17.885,92 manat əsas borc, 1.772,41 manat faiz borcu və 715,68 manat cərimə borcu olmaqla cəmi 20.374,01 manat kredit borcu təşkil edir.

5. “X5” ASC tərəfindən Cavabdeh2 MMC və Nümayəndə1 pretenziya (xəbərdarlıq məktubları) ünvanlanaraq yaranmış borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə borcun tutulması tələbi ilə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.

6. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29 yanvar 2024-cü il tarixli, 9/9622 saylı ekspert rəyinə əsasən Cavabdeh2 MMC-nin “X5” ASC-yə xx.xx.2022-ci il tarixə (kreditin verilməsi müddətinin bitdiyi tarixə) əsas kredit borcu 17.885,92 manat, faiz borcu 1.129,77 manat təşkil edir. Ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir.

İİ. MƏHKƏMƏDƏ İCRAAT

a) İddia tələbi və iddia tələbinin dəlilləri

7. İddiaçı “X5” ASC cavabdehlər Cavabdeh2 MMC və Nümayəndə1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 MMC-dən və Nümayəndə1 xx.xx.2022-ci il tarixli 136odrftUBM/22 saylı kredit müqaviləsi üzrə əsas kredit borcu üzrə 17.885,92 manat, faiz üzrə 1.772,41 manat, cərimə üzrə 715,68 manat, cəmi 20.374,01 manat və mediasiya xərci kimi ödənilmiş 200 manat məbləğində pulun tutularaq iddiaçı "xxxx" KB ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" KB ASC ilə Cavabdeh2 MMC arasında xx.xx.2022-ci il tarixli 136odrftUBM/22 saylı kredit müqaviləsinə əsasən, borcluya xx.xx.2022-ci il tarixədək, illik 24 % ödəmək şərtilə, 22300 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq "xxxx" KB ASC ilə Nümayəndə1 arasında xx.xx.2022-ci il tarixli 136odrftUBM/22 saylı zaminlik müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin 2.1-ci bəndinə görə kredtitin və kreditdən istifadəyə görə faizlərin qaytarılmasının dövriliyi tərəflər arasında yazılı razılaşdırılmış ödəniş şərtləri və bu müqavilə ilə müəyyən edilir. Lakin Cavabdeh2 MMC müqavilənin şərtini pozaraq ödəməli оlduğu кreditin və кredit faizinin ödənilməsinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra еtməmişdir. Cavabdeh2 MMC-nin xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən əsas kredit borcu üzrə 17.885,92 manat, faiz üzrə 1.772,41 manat, cərimə üzrə 715,68 manat, cəmi 20.374,01 manat məbləğində banka borcu vardır.

9. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 445.1 və 445.2.1-ci maddələrinə istinad etmişdir

b) İddiaya qarşı etirazın dəlilləri

10.İddiaya qarşı etiraz təqdim olunmamışdır.

b) İşdə iştirak edən şəxslər və onların izahatları

11. İddiaçının nümayəndəsi X4 məhkəmə iclasında iddia tələbini müdafiə etmiş, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.

12. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş Cavabdeh2 MMC-nin qanuni təmsilçisi eyni zamanda cavabdeh Nümayəndə1 izahatında borc məbləğin həcmi ilə razı olduğunu, bir müddət ödəniş edə bilmədiklərini, lakin borclarını ödəyəcəklərini bildirmişdir.

13. İş üzrə cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, lakin Cavabdeh2 MMCnin nümayəndəsi və vəkili Vəkil ərizə ilə məhkəməyə müraciət edərək, e-2-2(113)- 165/2024 nömrəli iş üzrə xx.xx.2024-cü il tarixdə saat 11:15-ə təyin edilmiş məhkəmə iclasında səhəti ilə əlaqədar üzrlü səbəbdən iştirak edə bilməyəcəyini bildirmiş, digər cavabdeh isə gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

14. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İİİ. MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ

15. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).

16. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).

İV. TƏTBİQ EDİLƏN HÜQUQ

17. AR Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. - 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. - 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. - 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. - 472.2-ci maddəsinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. - mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.

18. AR MPM-in: - 103.1-cü maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 206.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə, yaxud əlavə və ya təkrar ekspertiza təyini haqqında qərardadda əsaslandırılmalıdır.

19. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. V. MƏHKƏMƏNİN MÖVQEYİ

20.Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir.

21. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı "xxxx" KB ASC ilə Cavabdeh2 MMC arasında bağlanmış 15 sentyabr 2022-ci il tarixli, 136odrftUBM/22 nömrəli kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı "xxxx" KB ASC Cavabdeh2 MMC-yə müqavilədə müəyyən edilmiş şərtlərlə cəmi 22300 manat məbləğində kredit verməklə, kredit ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etmiş, lakin Cavabdeh2 MMC kredit müqaviləsi üzrə əsas kredit borcunu və faizləri ödəmək öhdəliyini lazımi qaydada icra etməmiş, nəticədə cavabdehin iddiaçıya əsas və faiz borcu yaranmışdır. 22.Cavabdeh2 MMC-nin kredit müqaviləsi üzrə iddiaçıya olan əsas və faiz borcunun məbləğini müəyyən etmək üçün iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası keçirilmişdir. Ekspert rəyi ilə Cavabdeh2 MMC-nin xx.xx.2022-ci il tarixə (kreditin verilməsi müddətinin bitdiyi tarixə) əsas borcunun 17.885,92 manat məbləğində olması müəyyən edilmişdir. 23.Məhkəmə MPM-in 206.1-ci maddəsinə əsasən, ekspert rəyini tətqiq edərək belə qənaətə gəlir ki, hazırkı halda məhkəmənin ekspert rəyi ilə razılaşmaması üçün əsaslar mövcud deyil, odur ki, həmin rəy iş üzrə sübut qismində qəbul edilməlidir.

24. Belə olan halda kredit müqaviləsi üzrə əsas borcun tutulması hissəsində iddia tam təmin edilməlidir. 25.Mübahisəli kredit müqaviləsinin şərtlərinə əsasən hesablanmış faiz borcunun məbləğinə gəldikdə məhkəmə qeyd edir ki, yuxarıda göstərilən ekspert rəyi ilə mübahisəli müqavilə üzrə faiz borcunun xx.xx.2022-ci il tarixə (kreditin verilməsi müddətinin bitdiyi tarixə) 1.129,77 manat olması müəyyən edilmişdir. 26.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında formalaşdırılmış hüquqi mövqeyə görə, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. 27.Konstitusiya Məhkəməsinin sözügedən qərarında formalaşdırılmış hüquqi mövqeyə görə kreditor müqavilədə nəzərdə tutulmuş pul vəsaitindən istifadə haqqını (faizləri) yalnız kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək olan müddət üçün tələb etməkdə haqlıdır. 28.Odur ki, mübahisəli kredit müqaviləsi üzrə hesablanmış faiz borcunun tutulması hissəsində iddia qismən edilməli və mübahisəli müqavilə üzrə tutulacaq faiz məbləği ekspert rəyinə uyğun olaraq 1.129,77 manat məbləğində müəyyən edilməlidir.

29. Beləliklə, 15 sentyabr 2022-ci il tarixli, 136odrftUBM/22 nömrəli kredit müqaviləsi üzrə 17.885,92 manat əsas və 1.129,77 manat məbləğində faiz borcu Cavabdeh2 MMCdən bankın xeyrinə tutulmalıdır.

30. Bundan əlavə iddiaçı kredit müqaviləsi üzrə əsas borcu ödəniş planına uyğun qaytarmadığına görə Cavabdeh2 MMC-yə hesablanmış 715,68 manat məbləğində cərimə (dəbbə) pulunun cavabdehlərdən tutulması tələbini də irəli sürmüşdür.

31. Məhkəmə hesab edir ki, Cavabdeh2 MMC-nin ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan, eləcə də dəbbə pulunun azaldılması üçün əsaslar olmadığından iddiaçı iddia ərizəsində göstərilən məbləğdə dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır.

32. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, 15 sentyabr 2022-ci il tarixli, 136odrftUBM/22 nömrəli kredit müqaviləsi üzrə 715,68 manat məbləğində dəbbə pulu tutularaq "xxxx" KB ASC-yə ödənilməlidir.

33. İş materiallarından həmçinin görünür ki, "xxxx" KB ASC (kreditverən) ilə Cavabdeh2 MMC (borc alan) arasında bağlanmış 15 sentyabr 2022-ci il tarixli, 136odrftUBM/22 nömrəli kredit müqaviləsi üzrə öhdəliklərinin icrasının təmin edilməsi üsulu kimi "xxxx" KB ASC (kreditverən) ilə Nümayəndə1 (zamin) arasında 01 dekabr 2022-ci il tarixli 136odrftUBM/22 saylı zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən zamin Nümayəndə1 borc alan Cavabdeh2 MMC-nin 15 sentyabr 2022-ci il tarixli, 136odrftUBM/22 nömrəli kredit müqavilədən irəli gələn öhdəliklərinə zamin durmuşdur.

34. Məhkəmə zamin Nümayəndə1 15 sentyabr 2022-ci il tarixli, 136odrftUBM/22 nömrəli kredit müqaviləsi üzrə borc alan Cavabdeh2 MMC-nin bütün öhdəliklərinə zamin durduğundan həmin öhdəliklərə görə borc alanla birgə məsuliyyət daşıdığını nəzərə alaraq hesab edir ki, "xxxx" KB ASC kredit müqaviləsi üzrə borcun (kredit, faiz və dəbbə pulu borcu daxil olmaqla) müştərək (birgə) qaydada borc alan və zamindən tutulmasını tələb etməkdə də haqlıdır.

35. Məhkəmə xərclərinə dair hissədə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 200 manat məbləğində mediasiya xərcləri ödənilmişdir.

36. Dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı iddia üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 151,12 manat təşkil edir.

37. Göründüyü kimi hazırkı iş üzrə mediasiya xərcləri dövlət rüsumundan artıq olduğundan mediasiya xərclərini ödəmiş iddiaçı dövlət rüsumunu ödəməkdən azad edilmişdir.

38. Məhkəmə kommersiya mübahisələri üzrə tərəflərin çəkdiyi mediasiya xərclərinin məhz işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu, eyni zamanda “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya xərclərinin dövlət rüsumunu da ehtiva etdiyini nəzərə alaraq belə qənaətə gəlir ki, mediasiya xərcləri məhkəmə xərcləri kimi tərəflər arasında bölüşdürülməlidir.

39. Odur ki, hazırkı qətnamə ilə iddia qismən təmin edildiyindən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq iddiaçı tərəfindən ödənilmiş mediasiya xərclərinə görə 190 manat məbləğində pul vəsaiti cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. 40.Məhkəmə hazırkı qətnamə ilə iddia tələbinin qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 manat pul vəsaitinin 47 manat hissəsi cavabdehlərdən müştərək qaydada, 3 manat hissəsi isə iddiaçı "xxxx" KB ASC-dən tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına (Büdcə təsnifatının kodu 142319, Büdcə səviyyəsinin kodu 3, X3, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) ödənilməlidir.

41. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 MMC-dən və Nümayəndə1 müştərək qaydada 15 sentyabr 2022-ci il tarixli, 136odrftUBM/22 nömrəli krеdit müqaviləsi üzrə 17.885,92 manat məbləğində krеdit bоrcu, 1.129,77 manat məbləğində faiz bоrcu, 715,68 manat məbləğində dəbbə pulu olmaqla, cəmi 19.731,37 manat məbləğində pul vəsaiti, mediasiya xərclərinin əvəzi olaraq 190 manat məbləğində pul vəsaiti tutularaq “X5” ASC-yə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 manat pul vəsaitinin 47 manat hissəsi cavabdehlərdən müştərək qaydada, 3 manat hissəsi isə iddiaçı "xxxx" KB ASCdən tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına (Büdcə təsnifatının kodu 142319, Büdcə səviyyəsinin kodu 3, X3, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar