Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1652/2024 23.05.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh1 MMC-yə və Samir Mamishova qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: icarə müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Atayeva Nərgiz Etibar qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 MMC və Samir Mamishova qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC (bundan sonra – iddiaçı) cavabdehlər Cavabdeh1 MMC və Samir Mamishova (bundan sonra – cavabdehlər) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 47983,89 manat borcun və dövlət rüsumu qismində iddiaçı tərəfindən ödənilmiş 233,95 manat olmaqla, ümumilikdə 48217,84 manat məbləğində borcun cavabdehlərdən tutularaq iddiaçının hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (İcarəyə verən) ilə Cavabdeh1 MMC (İcarəçi) arasında Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospektu 153 ünvanında yerləşən “X4” biznes mərkəzi kimi adlanan binanın 8-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 124 kv.m. olan əmlakın icarəyə verilməsi ilə bağlı xx.xx.2023-cü il tarixli STPB/010723 saylı İcarə müqaviləsi imzalanmışdır. Həmçinin, bundan öncə "xxxx" MMC (İcarəyə verən) ilə Cavabdeh1 MMC (İcarəçi) arasında Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospektu 153 ünvanında yerləşən “X4” biznes mərkəzinin 8-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 124 kv.m. olan əmlakın icarəyə verilməsi ilə bağlı xx.xx.2022-ci il tarixli, STPB/270122 saylı icarə müqaviləsi bağlanmışdır. "xxxx" MMC ilə cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, STPB/270122 saylı icarə müqaviləsi üzrə cavabdeh xx.xx.2023-xx.xx.2023-cü il aralığı üçün aylıq 4.216 manat icarə haqqı və 1.240 manat xidmət haqqı ödəməli idi. İcarəçi cavabdeh xx.xx.2022-ci il tarixdə 19.314.24 AZN, xx.xx.2023-cü il tarixdə isə qeyd edilən müqavilə üzrə 48.511.83 AZN "xxxx" MMC-yə ödəniş etmiş və həmin müqavilə üzrə hüquq və öhdəliklərin ötürülməsi səbəbindən xx.xx.2023-cü il tarixdə 14.606.31 manat məbləğdə İddiaçı MMC-yə edilmişdir. Sonuncu ödəniş isə cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdə 5.000 AZN edilmiş vəxx.xx.2022-ci il tarixli, STPB/270122 saylı icarə müqaviləsiüzrə ümumi borc məbləğindən çıxılmışdır. Beləliklə, xx.xx.2022-ci il tarixli, STPB/270122 saylı icarə müqavilə üzrə icarəyə verilən əmlak üzrəicarə və xidmət haqqı məbləği olaraq ödənilməmiş ƏDV istisna olmaqla10.392.31 manat və ƏDV daxil12.262.93 manat (7873.33 AZN icarə haqqı, 4.389.60 AZN xidmət haqqı (ƏDV daxil) olmaqla) debitor borcu yaranmışdır. xx.xx.2023-cü il tarixli “X5 İ” binasının icarə və əməliyyatların idarə edilməsi üzrə sazişə əsasən, qeyd edilən bina üzrə bütün icarəyə verilən əmlakların icarə və əməliyyatların idarə edilməsi notarial qaydada təsdiq edilərək "xxxx" MMC-dən İddiaçı MMC-yə ötürülmüşdür. Beləliklə, yuxarıda qeyd edilən müqavilə üzrə tələbkarqismində İddiaçı MMC çıxış edir. Həmçinin, İddiaçı MMC iləCavabdeh1 MMC arasındabağlanmış xx.xx.2023-cü il tarixli STPB/010723 saylı İcarə müqaviləsi üzrə xx.xx.2023-xx.xx.2023-cü il aralığı əhatə edən dövrdəicarəçi bütün sahə üçün aylıq 4.216 manat icarə haqqı və 1.240 manat xidmət haqqı ödəməli idi. İcarəçi isə qeyd edilən müqavilə üzrə iddiaçıya heç bir ödəniş etməmiş və xx.xx.2023xx.xx.2023-cü ilədək, yəni müqavilənin bağlandığı tarixdən 6 ay boyunca əmlakı tərk edənədək heç bir ödəniş edilmədən, yəni icarə haqqı və xidmət haqları ödənilmədən əmlakdan istifadə edilmişdir. Beləliklə, xx.xx.2023-cü il tarixli STPB/010723 saylı İcarə müqaviləsi üzrə ödənilməmiş icarə və xidmət haqqı məbləği ƏDV istisna olmaqla 30.272 manat və ƏDV daxil olmaqla 35.720.96 manat (27.602.56 AZN icarə haqqı, 8.118.40 AZN xidmət haqqı (ƏDV daxil) olmaqla) borc məbləği təşkil edir. Ümumilikdə, Cavabdeh1 MMC-ninƏDV daxil 47,983.89 manat məbləğində İddiaçı MMC-yə ödənilməmiş borcu mövcuddur. Nəzərə alaraq ki, hər iki icarə müqaviləsinin 3.7-ci maddəsi ilə icarəyə verənin icarəçinin icarə haqqını gecikdirdiyi hər gün üçün 0.1 % məbləğində, ümumi gecikdirilmiş məbləğin 10 % artıq olmamaqla faiz hesablaya bildiyi halda, bu şərt biz tərəfdən güzəşt olaraq tətbiq edilməmiş və gecikdirilmiş günlər üçün faiz hesablanmamışdır. Əlavə olaraq, İddiaçı MMC iləCavabdeh1 MMC arasındabağlanmış xx.xx.2023-cü il tarixli STPB/010723 saylı İcarə müqaviləsni in 7.3-cü bəndinə əsasən, müqavilə icarəyə verilən əmlakın boşaldılması və ya tərkedilməsi icarəyə verənə məlum olduğu tarixdən 1 ay sonra xitam edilmiş hesab olunur. Belə ki, Cavabdeh1 MMC şirkəti “X4” binasının 8-ci mərtəbəsində yerləşən icarəyə verilən sahəni xx.xx.2023-cü ildə boşaldaraq tərk etmişdir. Beləliklə, xx.xx.2024-cü il tarixdə qeyd edilən müqaviləyə xitam edilmiş hesab olunur. Buna baxmayaraq, müqavilə üzrə qalıq borcların xx.xx.2024-cü il tarixədək, yəni müqavilənin xitam tarixinədək hesablamaq hüququmuz olduğu halda, icarəçiyə güzəşt olaraq borcların hesablanması xx.xx.2023-cü il tarixə yəni, əmlakın boşaldılması gününədək hesablanmışdır.
3. Daha sonra iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə verərək, Samir Mamishovun hazırkı işə əlavə cavabdeh qismində cəlb edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
4. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1652/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə vəsatət təmin edilmiş, Samir Mamishov cavabdeh qismində iş üzrə icraata cəlb edilmişdir.
5. Cavabdeh1 MMC-nin nümayəndəsi və vəkili Nümayəndə1 iddia ərizəsinə yazılı etiraz təqdim edərək, iddia ərizəsinin Samir Mamishova aid hissədə təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Etiraz onunla əsaslandırılmışdır kihazırkı iş üzrə Samir Mamishov cavabdeh qismində işə cəlb edilmişdir. AR MM-nin 87.1-ci maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyətin iştirakçıları onun öhdəlikləri üzrə məsuliyyət daşımır və cəmiyyətin fəaliyyəti ilə bağlı zərər üçün qoyduqları mayaların dəyəri həddində risk daşıyırlar. Cəmiyyət öz iştirakçılarının üçüncü şəxslər qarşısında öhdəliklərinə görə məsuliyyət daşımır. Qeyd edilən iş üzrə məhkəmənin yekun qərarı çıxarılarkın Mülki Məcəllənin imperativ normalarını nəzərə almağınzı xahiş edir.
II. Tərəflərin mövqeləri:
7. Məhkəmə iclasında iddiaçının nümayəndəsi A.Qəhrəmanova iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddiaçı hesab edir ki, borcun yaranmasında cavabdehin qanuni təmsilçisi olan S.Mamishov da məsuliyyət daşıyır, bu səbəbdən borc müştərək qaydada cavabdehlərdən tutulmalıdır.
8. Əvvəlki məhkəmə iclasında Cavabdeh1 MMC-nin nümayəndəsi və vəkili Nümayəndə1 izahatında bildirdi ki, yaranmış borcu qəbul edirlər. Lakin həmin borc yalnız MMC-dən tutulmalıdır. Borcun ödənilə bilinməməsinin səbəbi cavabdehin maddi vəziyyətinin qənaətbəxş olmamasıdır. Belə ki, cavabdehin maddi vəziyyəti imkan verən kimi borc ödəniləcəkdir.
9. Sonuncu məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehlərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər.
10. Sonuncu məhkəmə iclasının cavabdehlərin iştirakları olmadan keçirilməsi mümkün hesab edilmişdir.
III. Məhkəmə baxışının hədləri:
11. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
12. İddiaçı ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli STPB/010723 nömrəli icarə müqaviləsinə əsasən “icarəyə verən” Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti 153 ünvanında yerləşən “X4” biznes mərkəzi kimi adlanan binanın 8-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 124 kv.m. olan əmlakı “icarəçiyə” icarəyə verir.
13. Müqavilənin 3.1-ci bəndinə əsasən icarəyə verilən əmlakla bağlı icarəçi, bu müqavilənin qüvvədə olduğu müddət ərzində icarəyə verənə icarəyə verilən əmlakın hər kvadrat metri üçün aylıq 34 manat haqq ödəyəcək. Bu qiymətə əlavə dəyər vergisi daxil deyil və bütün sahə üçün ümumi icarə haqqı 4216 manat təşkil edəcək.
14. Müqavilənin 3.7-ci bəndinə əsasən əgər ödəniş gecikdirilərsə icarəyə verən icarəçiyə ödənişin gecikdirildiyi hər günü üçün gecikdirilmiş məbləğin 0,1% məbləğində, ancaq ümumi gecikdirilmiş məbləğin 10 % məbləğindən artıq olmamaqla əvvəlcdən dəyərləndirilmiş ziyan qismində faiz hesablaya bilər.
15. İddiaçı ilə cavabdeh arasında imzalanmış 2 saylı Əlavədə icarəyə verən tərəfindən icarəçiyə göstəriləcək xidmətlər razılaşdırılmışdır.
16. İddiaçı ilə cavabdeh arasında imzalanmış 3 saylı Əlavədə icarəyə verən tərəfindən icarəçiyə göstəriləcək xidmətlər razılaşdırılmışdır.
17. İddiaçı ilə cavabdeh arasında imzalanmış 4 saylı Əlavədə qeyri-yaşayış sahəsinin təhvil vermə şəraiti razılaşdırılmışdır.
18. İddiaçı ilə cavabdeh arasında imzalanmış 5 saylı Əlavədə tikinti qaydaları razılaşdırılmışdır.
19. İddiaçı ilə cavabdeh arasında imzalanmış 6 saylı Əlavədə binada davranış qaydaları razılaşdırılmışdır.
20. İddiaçı ilə cavabdeh arasında imzalanmış 9 saylı Əlavədə giriş kartından istifadə qaydaları razılaşdırılmışdır.
21. İddiaçı ilə "xxxx" MMC arasında imzalanmış “X4” binasının icarə və əməliyyatların idarə edilməsi üzrə xx.xx.2023-cü il tarixli sazişə əsasən bütün icarəyə verilən əmlakların icarə və əməliyyatların idarə edilməsi notarial qaydada təsdiq edilərək "xxxx" MMC-dən İddiaçı MMC-yə ötürülmüşdür.
22. İddiaçı tərəfindən cavabdehə EBEA 724058 nömrəli xx.xx.2024-cü il tarixli 11,80 manat, EBEA 723267 nömrəli xx.xx.2024-cü il tarixli 19314,24 manat, EBEA 723818 nömrəli xx.xx.2024-cü il tarixli 19314,24 manat, EBEA 722596 nömrəli xx.xx.2024-cü il tarixli 6438,08 manat, EBDT 850122 nömrəli xx.xx.2024-cü il tarixli 6438,08 manat, EBEA 723490 nömrəli xx.xx.2024-cü il tarixli 643,78 manat, EBDW 546908 nömrəli xx.xx.2024cü il tarixli 474,66 manat, EBDW 546912 nömrəli xx.xx.2024-cü il tarixli 3530,56 manat məbləğində elektron qaimələr təqdim edilmişdir.
23. İddiaçı tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospektu 153 ünvanında yerləşən “X4” biznes mərkəzinin binanın 8-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 124 kv.m. olan sahə xx.xx.2023-cü il tarixdə cavabdeh MMC tərəfindən boşaldılaraq tərk edilmişdir.
24. İddiaçının hesabından çıxarışa əsasən cavabdeh MMC tərəfindən iddiaçıya xx.xx.2022-ci ildə 19314,24 manat, xx.xx.2024-cü ildə 5000 manat pul ödənilmişdir.
25. Məhkəmə nümayəndələrin izahatını dinləyib materialları araşdıraraq hesab edir ki, iddia ərizəsi Cavabdeh1 MMC-yə aid olan hissədə təmin edilməlidir.
26. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
27. 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.
28. 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür.
29. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı ilə cavabbdeh MMC arasında xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli qeyri-yaşayış sahəsinin icarəyə verilməsi haqqında icarə müqavilələri bağlanmış, cavabdeh xx.xx.2023-cü il tarixdə icarə sahəsini tərk etmişdir. İddiaçı müqavilələrdən irəli gələrək üzərinə düşən öhdəliklərini icra etmiş, lakin öhdəliklər cavabdeh tərəfindən tam şəkildə icra edilməmiş, yaranmış 47983,89 manat borc ödənilməmişdir.
30. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh1 MMC-yə aid olan hissədə təmin edilməli, Cavabdeh1 MMC-dən 47983,89 manat məbləğində borc tutularaq iddiaçıya ödənilməlidir.
31. Məhkəmə iddia ərizəsinin yaranmış borcun həmçinin digər cavabdeh Samir Mamishovdan tutulmalı olması hissəsində razılaşmır.
32. Mülki Məcəllənin 91-2.5-ci maddəsinə əsasən kənar idarəçi icra orqanı kimi cəmiyyətə münasibətdə idarəetməni qeyri-qənaətbəxş həyata keçirməsi nəticəsində və üçüncü şəxslərə ziyan vurduğu zərərə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyır.
33. Həmin Məcəllənin 49.3-cü maddəsinə əsasən hüquqi şəxs adından çıxış edən şəxs, o cümlədən hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxs təmsil etdiyi hüquqi şəxsin mənafeləri üçün vəzifələrini yerinə yetirərkən vicdanla, peşəkar qaydada və məntiqlə hərəkət etmək, hüquqi şəxsin və onun bütün iştirakçılarının maraqlarına sadiq olmaq və hüquqi şəxsin maraqlarını öz maraqlarından üstün tutmaq, ehtiyatlı olmaq, habelə qərarların qəbulu zamanı ədalətli və qərəzsiz olmağa borcludur. Həmin şəxs, bu vəzifələrin hüquqi şəxsin maraqlarına uyğun olaraq yerinə yetirilməsi üçün məsuliyyət daşıyır. Hüquqi şəxsin nizamnamə kapitalında ən azı 5 faiz paya (səhmə) malik olan iştirakçısının (iştirakçılarının) tələbi ilə o, vəzifələrini pozduğu halda, pozuntu nəticəsində hüquqi şəxsə dəymiş zərərin əvəzini ödəməlidir.
34. Belə ki, materiallardan görünür ki, Samir Mamishov Cavabdeh1 MMC-nin qanuni təmsilçisi olmaqla, iddiaçı ilə bağlanmış icarə müqavilələrinin tərəfi olmamışdır.
35. İddiaçı hazırda cavabdeh Samir Mamishovdan vurulmuş zərəri deyil, iddiaçı ilə cavabdeh MMC arasında bağlanmış icarə müqavilələri üzrə yaranmış borcu tələb edir.
36. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi S.Mamishova aid hissədə təmin edilə bilməz.
37. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
38. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 233,95 manat dövlət rüsumu cavabdeh MMC-yə aid edilməlidir.
V. Nəticə:
36. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh1 MMC-dən 47983,89 manat əsas borc, ödənilmiş 233,95 manat dövlət rüsumu, ümumilikdə 48217,84 (qırx səkkiz min iki yüz on yeddi manat səksən dörd qəpik) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova