Məhkəmə qərarları › İş №e-2-2(113)-1658/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1658/2021

22.04.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1658/2021 22.04.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Aslanov Kamal Sahib oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi ilə bağlı işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 1239 manat borc pulun, 500 manat əldən çıxmış faydanın və 30 manat dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “İddiaçı ” MMC Cavabdeh MMC-yə xx.xx.2019-cu il tarixdə 1239 manata Bikrost TKP üzlük tikinti materiallarını satmışdır. Cavabdeh MMC-yə xx.xx.2019-cu il tarixdə elektron qaimə, xx.xx.2019-cu il tarixdə isə elektron vergi hesab-fakturası göndərilmişdir. Hal-hazıradək aldığı 1239 manat Bikrost TKP üzlük tikinti materiallarının pulundan dəfələrlə şifahi və xx.xx.2020-ci il xəbərdarlıq etmələrinə baxmayaraq heç bir ödəniş etməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi X2 iddianı müdafiə edərək, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək tələbin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə qabaqcadan rəsmi məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İddiaçı MMC tərəfindən verilən xx.xx.2019-cu il tarixli, EBAE seriyalı, 188458 nömrəli elektron qaimədən və xx.xx.2019-cu il tarixli, 115896 nömrəli elektron vergi hesabfakturasından görünür ki, İddiaçı MMC ümumilikdə ƏDV daxil 1239 manat məbləğində malı alıcı Cavabdeh MMC-yə satmışdır. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalı, öhdəliyin icra edilməməsi, onun pozulması və ya lazımınca icra edilməməsinə görə cavabdeh iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borcludur, icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi halları borclunun icranın gecikdirməsi sayılır, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 443.1, 445.2.2 və 445.7-ci maddələri). Göründüyü kimi İddiaçı MMC malları alıcı Cavabdeh MMC-yə versə də, sonuncu üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, satıcıya 1239 manat məbləğində borcunu ödəməmişdir. Odur ki, məhkəmə hesab edir ki, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı 1239 manat məbləğində borcun tələbi iddiası əsaslı olduğundan təmin edilməlidir. Bununla yanaşı iddiaçı 1239 manat borca görə 500 manat məbləğində əldən çıxmış fayda tələb etsə də, məhkəmə hesab edir ki, həmin tələb qismən təmin edilməlidir, belə ki, əsas borc məbləği ödənilmədiyinə görə MM-nin 445.7-ci maddəsinə əsasən 1239 manat borca görə xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr üçün (16 ay gecikdirməyə görə) əldən çıxmış fayda 82,6 manat (1239x5:12x16) təşkil edir. Yuxarıda qeyd olunan işin faktiki hallarını, qanunvericiliyin normalarını və iş materiallarına əlavə edilmiş sənədləri məcmu halda qiymətləndirən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 1239 manat məbləğində əsas borc, həmin borc məbləğini ödənilmədiyinə görə əldən çıxmış fayda 82,6 manat, cəmi 1321,6 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbinin 75,99%-nin təmin olunduğunu nəzərə alan məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun 75,99%-i, yəni 22,79 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən (VÖEN: **********) 1239 manat məbləğində əsas borc, həmin borc məbləği ödənilmədiyinə görə əldən çıxmış fayda 82,6 manat, cəmi 1321,6 manat və dövlət rüsumu kimi ödənilmiş 22,79 manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar