Məhkəmə qərarları › İş №e-2-2(113)-1659/2020

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-1659/2020

29.07.2020 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-1659/2020 29.07.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əhmədov İlham Bayram oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh Sığorta Şirkəti ASC-yə qarşı “sığorta ödənişi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh Sığorta Şirkəti ASC-yə qarşı “sığorta ödənişi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Sığorta Şirkəti ASC-dən İddiaçı MMC-nin xeyrinə 10.710 (on min yeddi yüz on) manat məbləğində sığorta ödənişi, 3000 (üç min) manat məbləğində dəbbə pulu və 2000 (iki min) manat məbləğində isə mənəvi ziyan olmaqla, cəmi 15710 (on beş min yeddi yüz on) manat məbləğində pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1659/2020 nömrəli xx.xx.2020-ci il tarixli qərardadına əsasən iddia ərizəsi məhkəmənin icraatına qəbul edilmiş və işin məhkəmədə baxılmağa hazırlanması xx.xx.2020-ci il tarixə saat 10:40-a təyin edilmişdir. Məhkəmə hazırlıq iclasında cavabdehin nümayəndəsi iştirak etmiş, iddiaçının nümayəndəsi isə iştirak etməmişdir və işin baxışı xx.xx.2020-ci il tarixə saat 10:30-a təyin edilmişdir. Daha sonra məhkəmə iclası xx xxxx 2020-ci il tarixə saat 10:45-ə təyin edilmiş və tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmiş, iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında iddia ərizəsinin mahiyyəti üzrə baxılmasını tələb etmədi. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.7-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, iddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada bildiriş göndərilsə də, iddiaçının nümayəndəsi məhkəməyə gəlmədiyindən, həmçinin işə onun iştirakı olmadan baxılmasını xahiş etmədiyindən və cavabdehin nümayəndəsi işin mahiyyəti üzrə baxılmasını tələb etmədiyindən iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.7, 260, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı MMC-nin Cavabdeh Sığorta Şirkəti ASC-yə qarşı “sığorta ödənişi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: İlham Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar