Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-166/2025 06.05.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı “X9” Bankının cavabdehlər Cavabdeh1 və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “kredit müqaviləsi üzrə pulun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, preyudisiallıq, üçüncü şəxsin iddia müddətinin tətbiq ərizəsi, ipoteka və girov predmetinə tutmanın yönəldilməsi) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi ilə İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh1 nümayəndəsi (qanuni təmsilçisi), "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Qanuni nümayəndə1, Üçüncü şəxsin nümayəndəsi və vəkili Vəkil3 iştirakları ilə İddiaçı “X9” Bankının cavabdehlər Cavabdeh1 və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs İsayev (İsaev) Nəriman (Nariman) Tanrıverdi oğlu) “kredit müqaviləsi üzrə pulun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı “X9” Bankı cavabdehlər Cavabdeh1 (bundan sonra Cavabdeh1 MMC) və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (bundan sonra "xxxx" MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada xx.xx.2009-cu il tarixli 880/M/AZE/11 nömrəli güzəştli kredit müqaviləsi və həmin müqavilənin tərkib hissəsi olan XXXX layihəsi üzrə tikinti quraşdırma işlərinin maliyyələşdirilməsi barədə” xx.xx.2017-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il tarixli müqavilələr üzrə 2016-2024-ci illər dövrü üçün 3 183 467,06 avro əsas borc, 2 208 080,63 avro faiz borcu olmaqla ümumilikdə 5 391 547,69 avro və 25000 ABŞ dolları əsas borc, 19815,07 ABŞ dolları faiz borcu olmaqla ümumilikdə 44815,07 ABŞ dolları məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi, borcun cavabdeh "xxxx" MMC-nin xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında 0,4358 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 58116,3 kv.m olan çoxmərtəbəli yaşayış binasına və Cavabdeh1 MMC-nin mülkiyyətində olan "xxxx" MMCnin nizamnamə kapitalındakı payların 100%-nə yönəldilməsi, həmin daşınmaz əmlaklar və nizamnamə kapitalındakı payların hərracdan satılması, satışdan əldə olunan vəsait hesabına borcun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. iddiaçı ilə cavabdeh "xxxx" MMC arasında xx.xx.2009-cu il tarixdə 880/M/AZE/11 nömrəli güzəştli kredit müqaviləsi bağlanmışdır. Tərəflərin xx.xx.2009-cu il tarixdə bağladığı 880/M/AZE/11 nömrəli güzəştli kredit müqaviləsinə, onun tərkib hissəsi olan əlavələrə, qoşmalara, aktlara, eləcə də 880/M/AZE/11 nömrəli güzəştli kredit müqaviləsinin tərkib hissəsi sayılan iddiaçı, "xxxx" MMC və Cavabdeh1 MMC arasında bağlanmış layihə üzrə tikinti quraşdırma işlərinin yekunlaşdırılmasının maliyyələşdirilməsi barədə üçtərəfli XXXX layihəsi üzrə tikinti-quraşdırma işlərinin maliyyələşdirilməsi barədə” xx.xx.2017-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il tarixli müqavilələrə əsasən Bakı Şəhər İcra Hakimiyyəti başçısının 255 saylı xx.xx.2008-ci il tarixli sərənXXXXna əsasən XXXXX- 4, məhəllə 3014 ünvanında yerləşən iki girişli 2-ci, 3-cü və 4-cü ofis təyinatlı olmaqla 24 mərtəbəli “Nəsim Bakı” yaşayış binasının inşasının maliyyələşməsi ilə bağlı qarşılıqlı haqq-hesab, eləcə də iddiaçı, "xxxx" QSC, "xxxx" MMC arasında xx.xx.2016-cı ildə Tehranda imzalanmış barışıq sazişi üzrə Bakı Şəhəri Yasamal Rayon İcra Şöbəsinin depozit hesabına “X13”ın Bakı filialındakı hesabından iddiaçının tapşırığı ilə 17-B135 nömrəli xx.xx.2017 tarixli ödəniş tapşırığı üzrə 1 061 065,83 manat və 17-B-138 nömrəli xx.xx.2017-ci il tarixli ödəniş tapşırığı üzrə 24120,77 manat köçürülmüşdür. 2.2. Ümumilikdə XXXX layihəsi üzrə tikinti-quraşdırma işlərinin maliyyələşdirilməsi barədə” xx.xx.2017-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il tarixli müqavilələr üzrə 2016-2024-ci il dövrü üçün 3 183 467,06 avro əsas borc, həmin məbləğə hesablanmış faizlər 2 208 080,63 avro, cəmi 5 391 547,69 avro və 25000 ABŞ dolları əsas borc və həmin məbləğə hesablanmış faizlər 19815,07 ABŞ dolları, cəmi 44815,07 ABŞ dolları məbləğində borc müştərək qaydada cavabdehlərdən tutularaq iddiaçıya qaytarılmalıdır. Lakin cavabdehlər həmin öhdəliklərini icra etməmişlər. 2.3. Kredit müqaviləsi üzrə ipotekaya qoyanın öhdəliklərinin təminatı üçün xx.xx.2010-cu il tarixdə tərəflər arasındakı ipoteka müqaviləsi Bakı şəhəri 14 saylı notariat kontorunda 3M-65 reyestr nömrəsi ilə təsdiqlənmişdir. İpoteka müqaviləsinə əsasən təminatlı öhdəliklərin yerinə yetirilməsini təmin etmək üçün cavabdeh öz xüsusi mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən 0,07752 ha torpaq sahəsini (Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2009-cu il tarixdə MH seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir), həmin ünvanda yerləşən ümumi sahəsi 266,3 kv.m olan 1 mərtəbəli qeyri-yaşayış binasını və onun altındakı 0,144 ha torpaq sahəsini (Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2009-cu il tarixdə MA seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir) və ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 264,8 kv.m olan 1 mərtəbəli qeyri-yaşayış binasını və onun altındakı 0,2143 ha torpaq sahəsini (Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2009-cu il tarixdə MA seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir) ipoteka saxlayanın ipotekasına qoymuşdur. Eləcə də ******* saylı xx.xx.2018-ci il tarixli çıxarışa əsasən yuxarıdakı sənədlərdə qeyd olunan torpaq sahələri (0,4358 ha) üzərində inşa edilən və ümumi sahəsi 58116,3 kv.m olan çoxmərtəbəli yaşayış binası da iddiaçının xeyrinə yüklü edilmişdir. 2.4. İpotekaya qoyan ipoteka ilə təmin olunmuş öhdəliyini icra etməmişdir və ipoteka saxlayandan aldığı kredit vəsaiti üzrə 2016-2024-ci il dövrü üçün 3 183 467,06 avro əsas borc, həmin məbləğə hesablanmış faizlər 2 208 080,63 avro, ümumilikdə 5 391 547,69 avro və 25000 ABŞ dolları əsas borc və həmin məbləğə hesablanmış faizlər 19815,07 ABŞ dolları, ümumilikdə 44815,07 ABŞ dolları məbləğində borcunu qaytarmamışdır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, xx.xx.2024-cü il tarixində cavabdehlərə və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reystri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə bildirişlər verilərək xəbərdarlıq edilmişdir ki, kredit müqaviləsi üzrə 2017-2024-ci il dövrü üçün ümumilikdə 5 391 547,69 avro və 44815,07 ABŞ dolları məbləğində borcu 5 iş günü ərzində qaytarılmasa, həmin borcun tutulmasının ipoteka predmetinə yönəldilməsi üçün məhkəməyə müraciət olunacaq. Lakin cavabdehlər həmin bildirişlərə və pretenziyalara heç bir cavab verməmişlər. Tutmanın ipoteka predmetinə yönəldilməsi barədə bildiriş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reystri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə xx.xx.2024-cü il tarixində təqdim edilmişdir. Həmin idarənin iddiaçıya təqdim etdiyi xx.xx.2024-cü il tarixli elektron məktubu ilə təsdiq edilir ki, iddiaçının bildirişi qeydiyyata alınmışdır. xx.xx.2024-cü il tarixdə elektron formada cavabdehlərə pretenziyalar göndərilmişdir və bir daha 3 gün ərzində borcun ödənilməsi onlardan tələb edilmişdir. Həmin pretenziyalara da cavab verilməmişdir. 2.5. İddiaçı tərəfindən kredit vəsaitlərinin Cavabdeh1 MMC-nin bank hesabına köçürülməsi və daha sonra Cavabdeh1 MMC-nin həmin vəsaitləri digər cavabdeh "xxxx" MMC-nin bank hesabına köçürməsi hər iki cavabdehin Milli İran Bankının Bakı filialındakı bank hesablarından çıxarışlarla sübut olunur. Həmin çıxarışlar iddia ərizəsinə əlavə edilir. İddiaçının "xxxx" MMC-nin təsisçisi X8 ilə bağladığı xx.xx.2010-cu il tarixdə Dövlət Vergi Xidmətində qeydiyyatda alınmış ipoteka müqaviləsinə əsasən ikinci cavabdeh onun mülkiyyətində olan "xxxx" MMC-nin nizamnamə kapitalkındakı payların 100%-ni kredit müqaviləsi üzrə birinci cavabdehin ("xxxx" MMC-nin) öhdəliklərinin təminatı kimi iddiaçının ipotekasına qoymuşdur. Azərbaycan Respublikası Vergilər Nazirliyinin 2 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2010-cu il tarixli **********677000 saylı məktubuna əsasən, payların üzərindəki yüklülük qeydiyyata alınmışdır. 4 iyul 2019-cu il tarixdə 3M-339 reyestr nömrəsi ilə “Sumqayıt ASAN” notariat kontorunda qeydiyyatda alınmış alqı-satqı müqaviləsinə əsasən "xxxx" MMC-nin nizamnamə kapitalındakı payların 100%-i Cavabdeh1 MMC-nin mülkiyyətinə keçmişdir. 2.6. Hazırkı iş üzrə iddianın qiyməti 5 391 547,69 avro və 44815,07 ABŞ dolları təşkil edir. Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi internet saytında xx.xx.2024-cü il tarixə təqdim edilən manat məzənnələrində 1 avro = 1,8434 AZN, 1 ABŞ dolları = 1,7000 AZN müəyyən edilmişdir. Beləliklə, 5 391 547,69 avro = 9 938 779,01 AZN, 44815,07 ABŞ dolları = 76185,62 AZN olmaqla iddianın qiyməti cəmi məbləğ 10 014 964,6 AZN təşkil edir. Ödənilməli olan dövlət rüsumunun məbləği 5797,48 manat müəyyən edilir. Bunu nəzərə alaraq, iddiaçının nümayəndəsi və vəkili tərəfindən xx.xx.2024-cü il tarixində hazırkı iddia ərizəsi üçün 5800 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 290, 295, 298, 317-ci və s. maddələri, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1.1, 39-cu maddələri göstərilmişdir.
4. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə İsayev (İsaev) Nəriman (Nariman) Tanrıverdi oğlu mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir.
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.
II. Tərəflərin mövqeləri:
6. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclaslarında iştirak edərək iddianın məzmununa uyğun izahat verdi və eyni zamanda bildirdi ki, iddianın faktiki əsası qismində 05 sentyabr 2017-ci il, 06 yanvar 2018-ci il və 06 iyun 2018-ci il tarixli kredit müqavilələri çıxış edir. Yekun məhkəmə aktı qəbul edilmiş digər iş üzrə iddiaçı hazırkı müqavilələr üzrə pulun tutulmasını tələb etməmişdir. İpoteka predmetinə tutma yönəldilməsi barədə tələbin faktiki əsasını isə 2010-cu il və 2017-ci il tarixli müqavilələr təşkil edir.
7. Məhkəmənin suallarına cavab olaraq iddiaçının nümayəndəsi və vəkili göstərdi ki, Cavabdeh1 MMC vasitəçi, "xxxx" MMC isə kredit alandır. Kredit müqavilələri üzrə pullar Cavabdeh1 MMC-nin hesabına köçürülür, sonuncu tərəfindən də "xxxx" MMC-nin hesabına köçürülürdü. Lakin hər iki hüquqi şəxs iddiaçı qarşısında məsuliyyət daşıyır. Adıçəkilən müqavilələrdə göstərilmişdir ki, həmin müqavilələr üzrə borc kredit vəsaitinə əlavə olunur. Belə olan halda həmin müqavilələr xx.xx.2009-cu il tarixdə 880/M/AZE/11 nömrəli güzəştli kredit müqaviləsinin tərkib hissəsidir.
8. Cavabdeh1 MMC-nin nümayəndəsi – qanuni təmsilçisi, "xxxx" MMC-nin nümayəndəsi Qanuni nümayəndə1 məhkəmə iclaslarında iştirak edərək göstərdi ki, kredit müqavilələr üzrə pul vəsaitləri Cavabdeh1 MMC-yə köçürülür, Cavabdeh1 MMC isə təmirtikinti işlərinin aparılması, podratçılara ödənişlər edilməsi üçün pul məbləğini "xxxx" MMCyə köçürürdü. Cavabdeh1 MMC bir növ nəzarətçi funksiyasında çıxış edirdi. Lakin 2018-ci il tarixdə "xxxx" MMC-nin bank hesablarına həbs qoyulması, müxtəlif maneələrin yaranması borcun ödənilməsinə imkan vermədi. Belə ki, 2023-cü ilin sonuna kimi binalar inşa edilərək satılmalı, əldə edilən məbləğ ilə kredit müqavilələri üzrə borc bağlanılmalı idi. Bundan başqa, iddiaçının verdiyi vəsaitdən qalan 535125 avro iddiaçıya qaytarılmışdır.
9. Məhkəmənin suallarına cavab olaraq Cavabdeh1 MMC-nin nümayəndəsi – qanuni təmsilçisi, "xxxx" MMC-nin nümayəndəsi Qanuni nümayəndə1 bildirdi ki, Cavabdeh1 MMC-yə münasibətdə iddia tələbinin təmin edilməsi məsələsini məsələsi məhkəmənin mülahizəsinə buraxılır. Cavabdehlər kredit məbləğinin xarici valyutada qaytarılmasına etiraz etmirlər. Belə ki, kredit xarici valyutada verildiyi üçün həmin valyutada da qaytarılmalıdır.
10. Üçüncü şəxsin nümayəndəsi və vəkili Vəkil3 “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə iddia müddətinin tətbiqi barədə ərizə ünvanlayaraq göstərmişdir ki: – hazırkı iddia tələbi üzrə hüquqi əsaslandırma məhz məhkəmə qətnamələri ilə etibarsız hesab edilmiş əqdlərlə (xx.xx.2009-cu il tarixli güzəştli kredit müqaviləsi və xx.xx.2017-ci il tarixli ipoteka müqaviləsi) əlaqələndirilmişdir. İddia tələbinin əsaslandırıldığı digər üç müqavilə, xx.xx.2017-ci il tarixli, xx.xx.2018-ci il tarixli və xx.xx.2018-ci il tarixli müqavilələr də xx.xx.2009-cu il tarixli 880/M/AZE/11 saylı güzəştli kredit müqaviləsinin tərkib hissəsi kimi imzalandığından, həmin müqavilələr də formal, əhəmiyyətsiz əqdlərdir. Bununla belə həmin müqavilələr müddətli olaraq bağlanılmış, müqavilələrin hər birinin qüvvədə olma tarixləri aydın qeyd edilmişdir. Belə ki, xx.xx.2018ci il tarixli 5.4-cü bəndinə görə müqavilənin müddəti 05 ay olaraq müəyyən edilmiş və xx.xx.2018-ci il tarixdən hesablanmış, xx.xx.2018-ci il tarixli müqavilənin 5.4-cü bəndinə görə isə müqavilənin müddəti 08 ay olaraq müəyyən edilmiş və xx.xx.2018-ci il tarixdən hesablanmışdır. Beləliklə, xx.xx.2018-ci il tarixli müqavilə 05 ay müddətinə bağlanılmış, həmin müqavilənin müvafiq bəndi (müqavilənin 5.4-cü bəndinə görə müddət qarşılıqlı razılıq əsasında uzadıla bilər) ilə xx.xx.2018-ci il tarixli müqavilə imzalanmaqla daha 08 ay müddətinə uzadılmış, xx.xx.2019-cu il tarixdə müqavilənin qüvvədə olma müddəti bitmişdir. – Müqavilə tələbləri üzrə iddialar üç il ərzində irəli sürülə bilər. Hazırkı iş üzrə iddia tələbi xx.xx.2019-cu ildən sonrakı üç il ərzində irəli sürülməli olsa da, məhkəməyə müraciət xx.xx.2024-cü il tarixdə edilmişdir ki, bununla da 3 illik müddət ötürülmüşdür. Həm daxili, həm də beynəlxalq qanunvericilik “müddət” anlayışına həssas yanaşaraq hüquq münasibətləri iştirakçılarını intizamlandırdığından, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur etdiyindən, eləcə də hüquq intizamının nizamlanmasına kömək etdiyindən hüquq münasibətləri iştirakçılarından atılmalı olan formal addımları və verilməli olan şikayətləri onların verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətləri çərçivəsində edilməsini tələb edir. Yuxarıda qeyd olunanlara əsasən, iddiaçının cavabdehlərə qarşı “kredit müqaviləsi üzrə pulun tutulması və tutulmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair” iddiasının əsassız olması ilə yanaşı, həmçinin iddia müddətinin keçməsi ilə əlaqədar təmin edilməməsi barədə qətnamə çıxarılmalıdır.
11. Üçüncü şəxsin nümayəndəsi və vəkili Vəkil3 məhkəmə iclaslarında iştirak edərək, etirazın məzmununa uyğun izahat verdi və eyni zamanda göstərdi ki, 2017-ci il tarixli ipoteka müqaviləsi ilə yüklü edilən ipoteka predmeti ilə bağlı olan hissədə qətnamə üçüncü şəxsin hüquq və mənafelərinə toxuna bilər. İkinci ipoteka müqaviləsi etibarsız hesab olunmuş, birinci ipoteka müqaviləsinin isə müddəti keçmişdir. Həmçinin istinad olunan müqavilələrə imza çəkən iddiaçının nümayəndəsi eyni zamanda Cavabdeh1 MMC-nin direktoru olmuşdur. Həmçinin ipoteka predmeti ipoteka ilə yüklü edilən zaman təsisçilərin qərarı olmalıdır.
12. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə iddia müddətinin tətbiqi barədə üçüncü şəxsin ərizəsinə etiraz ünvanlayaraq qeyd etmişdir ki, müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 mübahisənin tərəfi deyil. Mübahisənin tərəfləri iddiaçı və cavabdehlərdir. Cavabdehlər isə nəinki iddia müddətinin tədbiqi haqqında ərizə vermişlər, əksinə iddianı etiraf etmiş və iddiaçıya borclu olduqlarını məhkəmə iclaslarında təsdiqləmişlər. Mülki prosessual qanunvericiliyə əsasən cavabdehin iddiadan imtina etmək və iddianı etiraf etmək hüququ vardır, üçüncü şəxsin isə belə bir hüququ yoxdur. Cavabdehlər iddia müddətinin tətbiq edilməsini məhkəmədən tələb etməmişlərsə, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə müraciət etmək səlahiyyəti yoxdur. Bu səbəbdən üçüncü şəxs tərəfindən verilmiş iddia müddətinin tətbiq edilməsi barədə ərizə təmin edilməməlidir.
III. Məhkəmə baxışının hədləri:
13. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
a) Kredit müqaviləsi üzrə əsas borcun və faiz borcunun tutulması tələbi ilə bağlı
14. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
15. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
16. İşin məhkəmə tərəfindən müəyyən olunan halları ondan ibarətdir ki: – İddiaçı, Cavabdeh1 MMC (XXXX qismində) və "xxxx" MMC (Şirkət qismində) arasında bağlanmış 05 sentyabr 2017-ci il tarixli XXXX layihəsi üzrə tikinti-quraşdırma işlərinin maliyyələşdirilməsi haqqında üçtərəfli müqaviləyə əsasən, Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti başçısının 255 saylı xx.xx.2008-ci il tarixli sərənXXXXna əsasən XXXXX-4, məhəllə 3014 ünvanında yerləşən iki girişli 2-ci, 3-cü və 4-cü ofis təyinatlı olmaqla 24 mərtəbəli tikintisi yarımçıq qalmış XXXX yaşayış binasının cari fiziki problemlərinin “Şirkət” tərəfindən aradan qaldırılması, eləcə də layihə üzrə tikinti-quraşdırma işlərinin “Şirkət” tərəfindən yerinə yetirilməsi üçün podratçı və subpodratçılarla bağlanmış müqavilələr üzrə hesablaşmalar və onlara ödənilən haqqhesablar hazırkı müqavilə üzrə “Şirkət” adlanan "xxxx" MMC-nin təsisçisi olan və hazırkı müqavilə üzrə Cavabdeh1 adlanan Cavabdeh1 MMC tərəfindən ödəniləcək və bu ödəmələr təsisçi tərəfindən maliyyə qoyuluşları hesab ediləcək və gələcəkdə geri qaytarılması şərti ilə ödəniləcək. Bank hazırkı müqavilənin şərtlərinin “Şirkət” tərəfindən yerinə yetirildiyi halda ehtiyac duyulan vəsaitin ayrılması və layihə üzrə görülən işlərin dəyərinin ödənilməsi üçün Cavabdeh1nin ixtiyarına verəcək. Müqavilənin dəyəri işin həcmi barədə hazırlanmış smetaya uyğun olaraq 353 336,19 manatdır. Yuxarıda qeyd olunan iş həcmi smeta formasındadır, işlərin gedişində və real görülmüş işlərin miqdarının hesablanaraq müəyyən edilməsi zamanı, işlərin həcmi və ondan irəli gələrək müqavilənin dəyəri əvvəl müəyyən olunandan 25% arta və ya azaldıla bilər. Müqavilənin etibar müddəti 4 tam aydır və xx.xx.2017-ci il tarixdən başlanılır. Bu müddət Bank və “Şirkət”in razılığı ilə uzadıla bilər; – İddiaçı, Cavabdeh1 MMC (XXXX qismində) və "xxxx" MMC (Şirkət qismində) arasında bağlanmış 06 yanvar 2018-ci il tarixli XXXX layihəsi üzrə tikinti-quraşdırma işlərinin maliyyələşdirilməsi haqqında üçtərəfli müqaviləyə əsasən, qeydiyyat nömrəsi ******* və qeydiyyat tarixi xx.xx.2018 olan Dövlət Reyestrindən çıxarışa əsasən ünvan 5 ünvan) və əvvəlki çıxarışlara əsasən XXXXX-4, məhəllə 3014 ünvanında yerləşən iki girişli 2-ci, 3-cü və 4-cü ofis təyinatlı olmaqla 24 mərtəbəli tikintisi yarımçıq qalmış XXXX yaşayış binasının cari fiziki problemlərinin “Şirkət” tərəfindən aradan qaldırılmasının ikinci mərhələsinin icrası hazırkı müqavilənin predmetini təşkil edir. Müqavilənin dəyəri, o cümlədən podratçılara, tikinti materiallarının satıcılarına və layihənin icrası ilə bağlı ödənilməsi nəzərdə tutulan ödənişlərlə bağlı pul vəsaiti hazırkı müqavilə üzrə “Şirkət” adlanan "xxxx" MMC-nin təsisçisi Cavabdeh1 MMC-nin hesabına köçürülür. Layihə ilə bağlı Cavabdeh1 tərəfindən “Şirkət”ə ödənilən və Bankın istəyinə əsasən “Şirkət” tərəfindən podratçılara birbaşa ödənilən vəsait və ödəmələr "xxxx" MMC-nin (Şirkət) kreditor borcu sayılır və onun “X7” Bankının qarşısında kredit öhdəliyi kimi tanınır və “Şirkət”in kredit müqaviləsinə əsasən Banka olan əvvəlki kredit borcalarına əlavə olunur. Müqavilənin dəyəri 1 986 097,29 manat təşkil edir. Protokolda qeyd olunan iş həcmi smeta formasındadır, işlərin gedişində və real görülmüş işlərin miqdarının hesablanaraq müəyyən edilməsi zamanı, işlərin həcmi və ondan irəli gələrək müqavilənin dəyəri əvvəl müəyyən olunandan 10% həcmində arta və ya azaldıla bilər. Müqavilənin müddəti miladi təqvimi ilə beş tam aydır və xx.xx.2018-ci il tarixndən başlanır. Bu müddət Bank və “Şirkət”in razılığı ilə uzadıla bilər. – İddiaçı, Cavabdeh1 MMC (XXXX qismində) və "xxxx" MMC (Şirkət qismində) arasında bağlanmış 06 iyun 2018-ci il tarixli XXXX layihəsi üzrə tikinti-quraşdırma işlərinin maliyyələşdirilməsi haqqında üçtərəfli müqaviləyə əsasən, qeydiyyat nömrəsi ******* və qeydiyyat tarixi xx.xx.2018 olan Dövlət Reyestrindən çıxarışa əsasən ünvan 5 ünvan) və əvvəlki çıxarışlara əsasən XXXXX-4, məhəllə 3014 ünvanında yerləşən iki girişli 2-ci, 3-cü və 4-cü ofis təyinatlı olmaqla 24 mərtəbəli tikintisi yarımçıq qalmış XXXX yaşayış binasının cari fiziki problemlərinin “Şirkət” tərəfindən aradan qaldırılmasının üçüncü mərhələsinin icrası hazırkı müqavilənin predmetini təşkil edir. Müqavilənin dəyəri, o cümlədən podratçılara, tikinti materiallarının satıcılarına və layihənin icrası ilə bağlı ödənilməsi nəzərdə tutulan ödənişlərlə bağlı pul vəsaiti hazırkı müqavilə üzrə “Şirkət” adlanan "xxxx" MMC-nin təsisçisi Cavabdeh1 MMC-nin hesabına köçürülür. Layihə ilə bağlı Cavabdeh1 tərəfindən “Şirkət”ə ödənilən və Bankın istəyinə əsasən “Şirkət” tərəfindən podratçılara birbaşa ödənilən vəsait və ödəmələr "xxxx" MMC-nin (Şirkət) kreditor borcu sayılır və onun “X7” Bankının qarşısında kredit öhdəliyi kimi tanınır və “Şirkət”in kredit müqaviləsinə əsasən Banka olan əvvəlki kredit borcalarına əlavə olunur. Müavilənin dəyəri 8 030 637,62 manat təşkil edir. Protokolda qeyd olunan iş həcmi smeta formasındadır, işlərin gedişində və real görülmüş işlərin miqdarının hesablanaraq müəyyən edilməsi zamanı, işlərin həcmi və ondan irəli gələrək müqavilənin dəyəri əvvəl müəyyən olunandan 10% həcmində arta və ya azaldıla bilər. Müqavilənin müddəti miladi təqvimi ilə səkkiz tam aydır və xx.xx.2018-ci il tarixdən başlanır. Bu müddət “Bank” və “Şirkət”in razılığı ilə uzadıla bilər.
17. İddiaçı adıçəkilən kredit müqavilələri üzrə 2016-2024-ci illər dövrü üçün 3 183 467,06 avro əsas borc, 2 208 080,63 avro faiz borcu olmaqla ümumilikdə 5 391 547,69 avro və 25000 ABŞ dolları əsas borc, 19815,07 ABŞ dolları faiz borcu olmaqla ümumilikdə 44815,07 ABŞ dolları məbləğində borcun cavabdehlərdən tutulmasını tələb edir.
18. Cavabdeh1 MMC kredit müqavilələri üzrə pulun ondan tutulması məsələsini məhkəmənin mülahizəsinə buraxır.
19. Cavabdeh "xxxx" MMC borc məbləğinə və onun xarici valyutada tutulmasına etiraz etmir.
20. Üçüncü şəxs İsayev (İsaev) Nəriman (Nariman) Tanrıverdi oğlu iddiaya etiraz edərək iddia müddətinin tətbiq edilməsi və iddianın rədd edilməsini xahiş edir.
21. Məhkəmə kredit müqaviləsi üzrə borcun tutulması tələbinə hüquqi qiymət verilməsi üçün əvvəlcə tərəflər arasında bağlanmış kredit müqaviləsinin hüquqi qüvvəsi məsələsinin müqavilə bağlanarkən qüvvədə olan maddi hüquq normaları əsasında şərh edilməsini zəruri sayır.
22. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən (müqavilə bağlanarkən qüvvədə olan redaksiyası) borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
23. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.
24. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.
25. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 31 may 2018-ci il tarixli Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 739-cu maddəsinin mənasına görə, kreditor pulu kredit alana təqdim etməyi öhdəsinə götürür. Bu isə kredit müqavilələrinin, bir qayda olaraq, konsensual müqavilə olmasını göstərir.
26. X4 Məhkəməsi izah etmişdir ki, real müqavilələr üzrə hüquq və öhdəliklər müqavilə predmeti olan əmlakın (əşyanın) verilməsindən sonra əmələ gəlir. Məsələn, bağışlama müqaviləsi hədiyyə almış şəxsin hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Konsensual müqavilələr üzrə hüquq və öhdəliklər isə bu müqavilənin bağlandığı (imzalandığı) andan əmələ gəlir. Mülki qanunvericilikdə konsensual müqavilənin əsas əlamətlərindən biri “əmlakı təqdim etməyi öhdəsinə götürür”, “işləri görməyi öhdəsinə götürür” və s. bu kimi ifadələr ilə müəyyən olunur.
27. Konstitusiya Məhkəməsinin Qərarından aydın olur ki, Mülki Məcəllənin 739-cu maddəsində nəzərdə tutulan borc müqaviləsi konsensual müqavilədir, həmin müqavilə tərtib olunub imzalandıqdan sonra bağlanmış hesab olunur və tərəflərin həmin müqavilədən irəli gələn öhdəlikləri, yəni borc verənin pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu borc alana keçirməyi öhdəliyi, borc alanın isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəliyi əmələ gəlir. Hazırkı mübahisə üzrə borc verən pula mülkiyyət hüququnu borc alana keçirmək öhdəliyini icra etsə də, borc alan müqavilə üzrə öhdəliyini icra etməyərək aldıqlarını borc verənə qaytarmaq öhdəliyini icra etməmişdir.
28. Məhkəmə iddiaçının tələbini təşkil edən borcun məbləği ilə bağlı qeyd edir ki, borc məbləğinin həcmi müəyyənləşdirilərkən iddia tələbindən kənara çıxmamaq şərtilə məhkəmə-mühasibatlıq ekspertizasının rəyi əsas götürülməlidir. Belə ki, maliyyə arayışında qeyd edilən məbləğlər hər bir halda iddiaçının mövqeyini əks etdirməklə birtərəflidir, lakin məhkəmə ekspertizası təhqiqat, ibtidai istintaq orqanının və ya məhkəmənin (hakimin) icraatında olan işin halları barədə informasiya daşıyan maddi obyektlər, hadisələr və proseslər haqqında xüsusi elmi biliklər əsasında aparılan tədqiqatdır və həmin tədqiqatın nəticəsində əldə olunan məlumatlar (nə qədər ki mötəbərdir) kredit müqaviləsi üzrə əsas və faiz borcunun məbləğlərinin müəyyənləşdirilməsində həlledicidir. Məhkəmə bu nəticəyə gələrkən həmçinin nəzərə alır ki, ekspert rəyi məhkəməyə daxil olduqdan sonra iddiaçı və cavabdehlər ekspert rəyinə etiraz etməmiş, rəyin mötəbərliliyini şübhə altına alan hər hansı vəsatət də verməmişlər.
29. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, 07 oktyabr 2024-cü il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/5819 nömrəli 23 sentyabr 2024-cü il tarixli məhkəmə-mühasibatlıq ekspertizası üzrə ekspert rəyi məhkəməyə daxil olmuş, həmin rəydə XXXX layihəsi üzrə tikinti-quraşdırma işlərinin maliyyələşdirilməsi haqqında 05 sentyabr 2017-ci il tarixli, XXXX layihəsi üzrə tikintiquraşdırma işlərinin maliyyələşdirilməsi haqqında 06 yanvar 2018-ci il tarixli, XXXX layihəsi üzrə tikinti-quraşdırma işlərinin maliyyələşdirilməsi haqqında 06 iyun 2018-ci il tarixli üçtərəfli müqavilələr üzrə müqavilə şərtləri nəzərə alınmaqla əsas və faiz borcunun müəyyən edilməsi ilə bağlı məsələ öz həllini tapmadığından Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-2938/2024 nömrəli qərardadı ilə iş üzrə əlavə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, 04 mart 2025-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/10123 nömrəli, 18 fevral 2025-ci il tarixli əlavə məhkəmə-mühasibatlıq ekspertizası üzrə ekspert rəyi məhkəməyə daxil olmuşdur.
30. 9/10123 nömrəli, 18 fevral 2025-ci il tarixli ekspert rəyinə əsasən, təqdim edilmiş iş materiallarında olan ödənişləri özündə əks etdirən maliyyə arayışı məlumatları, hesabdan çıxarış məlumatları və tərəflər arasında imzalanmış XXXX layihəsi üzrə tikintiquraşdırma işlərinin maliyyələşdirilməsi haqqında 05 sentyabr 2017-ci il tarixli, 06 yanvar 2018-ci il tarixli və 06 iyun 2018-ci il tarixli üçtərəfli müqavilələrin qeyd olunan şərtləri əsas götürülməklə cavabdehlər Cavabdeh1 MMC və "xxxx" MMC-nin iddiaçı “X12”na iddia ərizəsində borcun hesablandığı tarixə olan əsas və faiz borcu aşağıdakı kimi müəyyən olunur, o cümlədən xx.xx.2024-cü il tarixə avro üzrə 3 189 418,56 avro əsas, 1 377 591,26 manat faiz, ABŞ dolları üzrə xx.xx.2024-cü il tarixə 25 000 ABŞ dollar əsas, 17 722,22 ABŞ dolları faiz borcu.
31. Məhkəmə qeyd edilən ekspert rəyini qismən əsaslı sayır. Belə ki, ekspert tərəfindən rəyin təsviri-əsaslandırıcı hissəsində göstərilmişdir ki, XXXX layihəsi üzrə tikinti-quraşdırma işlərinin maliyyələşdirilməsi haqqında 05 sentyabr 2017-ci il tarixli, 06 yanvar 2018-ci il tarixli və 06 iyun 2018-ci il tarixli üçtərəfli müqavilələr xx.xx.2009-cu il tarixli 880M/AZE/11 saylı kredit müqaviləsinin tərkib hissəsidir, bu səbəbdən də faiz məbləğləri adıçəkilən kredit müqaviləsinin xx.xx.2009-cu il tarixli, 880M/AZE/11 saylı kredit müqaviləsinə əsasən hesablanmalıdır. Belə ki, xx.xx.2009-cu il tarixli, 880M/AZE/11 saylı kredit müqaviləsinin 6-1-ci maddəsinə əsasən Kredit vəsaiti xərcləri ödəniş tarixində bu Müqavilə üzrə müəyyən edilmiş bütün məbləğlər üçün toplanır və toplanma həmin məbləğ bütövlükdə ödənilib qurtarana qədər davam edir. Sifarişçi kredit vəsaiti üzrə borcları EDBİ-yə hər bir xidmət xərci günündə və bu maddənin müddəalarına uyğun şəkildə CİRR məzənnəsi üstə gəl 4% (dörd faiz) olaraq ödənilməlidir. xx.xx.2009-cu il tarixli, 880M/AZE/11 saylı kredit müqaviləsinin 6-8-ci maddəsinə əsasən əgər hazırkı müqavilə üzrə məbləğin tam ödənişi müəyyən edilmiş tarixdə aparılmazsa, bu zaman gecikdirilmiş müddət üçün əlavə ödəniş illik CİRR məzənnəsi üstə gəl 7% (yeddi faiz) olmalıdır. CİRR (Ticarət kreditinin istinad dərəcəsi) İran İslam Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilir və 7% təşkil edir. Belə olduğu halda kreditin faiz dərəcəsi 11% və cərimə faizi 14% təşkil etməlidir.
32. Göründüyü kimi, 9/10123 nömrəli, 18 fevral 2025-ci il tarixli rəy üzrə ekspert tərəfindən faiz borcu xx.xx.2009-cu il tarixli, 880M/AZE/11 saylı kredit müqaviləsi əsas götürülməklə hesablanmışdır.
33. Halbuki İddiaçı cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və Cavabdeh1 MMC-yə qarşı iddia ərizəsi və daha sonra iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, İddiaçı cavabdeh "xxxx" MMC-dən kredit müqaviləsinə əsasən əsas borc üzrə 48 734 005,73 avro, faizlər üzrə 31 769 268,39 avro, cərimə üzrə 207 986,05 avro olmaqla ümumilikdə 80 711 260,19 avro məbləğində vəsaitin, eləcə də xx.xx.2019-cu il tarixdən etibarən həmin vəsaitin ödəniləcəyi tarixədək gecikdirilmiş hər bir günə görə 14890,95 avro məbləğində dəbbə pulunun tutularaq iddiaçıya ödənilməsi, borcun tutulmasının "xxxx" MMC-nin xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0,4358 ha olan torpaq sahəsi və onun üzərində inşa edilmiş ümumi sahəsi 58116,3 kv.m olan (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2017-cu il tarixdə RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla mülkiyyət hüququ qeydiyyata alınmışdır) 24 mərtəbəli 2 girişli yaşayış binasına yönəldilməsi, həmin daşınmaz əmlakların hərracda satılması və satışdan əldə olunan vəsaitin hesabına "xxxx" MMC-nin iddiaçıya olan borcunun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, həmin iş üzrə X3 müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi işə cəlb edilmişdir.
34. Bakı Kommersiya Məhkəməsinin Məhkəmənin 2021-ci il 13 oktyabr tarixli e-2- 2(113)-1267/2021 nömrəli qətnaməsi ilə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia rədd edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 20 oktyabr tarixli 2-2(103)-778/2022 nömrəli qətnaməsi ilə iddiaçı və "xxxx" MMC tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 13 oktyabr tarixli e-2-2(113)-1267/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumları apellyatorlara aid edilmişdir. Həmin qətnamədən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-2(102)-144/2023 nömrəli qərarı ilə təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 20 oktyabr tarixli 2-2(103)-778/2022 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
35. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
36. Konstitusiya Məhkəməsi bir sıra qərarlarında göstərmişdir ki, preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015-ci il tarixli, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli qərarları).
37. Bundan başqa, Konstitusiya Məhkəməsi göstərmişdir ki, məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyünü ehtiva edir. Belə ki, Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsindən görünür ki, qətnamənin preyudisiallığı işdə iştirak edən şəxslərin dairəsi ilə məhdudlaşdırılır və yalnız aşağıdakı şərtlər daxilində mövcud olur: konkret fakt işdə iştirak edən şəxsin iştirak etdiyi başqa bir mülki iş üzrə çıxarılmış və qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş olmalıdır; bu fakt həmin işdə iştirak edən şəxslərin iştirak etdikləri başqa bir iş üzrə də sübutetmə predmetinə aid olmalıdır. Göründüyü kimi, yekun məhkəmə qərarlarının preyudisial əhəmiyyəti mütləq deyildir və prosessual qanunvericiliklə müəyyən edilmiş hədlərə malikdir. Belə ki, məhkəmə aktının preyudisiallığının tanınması üçün preyudisiallığın obyektiv və subyektiv hədlərinin məcmusunun müəyyən edilməsi vacib şərtdir. Preyudisiallığın subyektiv həddi əvvəl baxılmış və yeni baxılan işlərdəki şəxslərin dairəsinin, yəni subyekt tərkibinin eyniliyini şərtləndirir (Konstitusiya Məhkəməsi Plenumunun G.Əhmədovanın şikayəti üzrə 24 iyul 2019-cu il tarixli qərarı).
38. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, hazırkı iş üzrə Bakı Kommersiya Məhkəməsinin Məhkəmənin 2021-ci il 13 oktyabr tarixli e-2-2(113)-1267/2021 nömrəli qətnaməsi preyudisialdır. Belə ki, həmin iş üzrə işdə iştirak edən şəxslər hazırkı iş üzrə iddiaçı, cavabdeh və üçüncü şəxs kimi çıxış edir (preyudisiallığın subyektiv həddi), “Nəsim-Bakı” layihəsinin reallaşdırılması ilə əlaqədar Cavabdeh1 MMC-yə köçürülən məbləğlərin hansı kredit müqaviləsi üzrə ödənişlərə hesablanması hər iki iş üzrə sübutetmə predmetinə daxildir (preyudisiallığın obyektiv həddi).
39. Belə olan halda, Bakı Kommersiya Məhkəməsinin Məhkəmənin 2021-ci il 13 oktyabr tarixli e-2-2(113)-1267/2021 nömrəli qətnaməsi ilə müəyyən olunan hallar və onun nəticələri preyudisial olaraq qəbul edilməlidir. Həmin qətnamədə isə müəyyən olunmuşdur ki, İddiaçı, "xxxx" MMC və Cavabdeh1 MMC-nin arasında bağlanmış üçtərəfli müqavilələr mübahisəli kredit müqaviləsinə (xx.xx.2009-cu il tarixli, 880M/AZE/11 saylı kredit müqaviləsinə) əlavə olaraq imzalanmamış, eləcə də həmin razılaşmaların bağlanması ilə əlaqədar kredit müqaviləsinə müvafiq dəyişikliklər edilməmişdir. Bu baxımdan məhkəmə hesab etmişdir ki, həmin müqavilələr çərçivəsində ödənilməsi iddia edilən vəsaitlərin cavabdehin ipoteka ilə təmin edilmiş mübahisəli kredit müqaviləsi üzrə borclarına aid edilməsi üçün hər hansı bir əsasın mövcudluğu məhkəmə tərəfindən müəyyən edilmir.
40. Göründüyü kimi, ekspert rəyində göstərilənlərin və iddiaçının bildirdiklərinin əksinə, XXXX layihəsi üzrə tikinti-quraşdırma işlərinin maliyyələşdirilməsi haqqında 05 sentyabr 2017-ci il tarixli, XXXX layihəsi üzrə tikinti-quraşdırma işlərinin maliyyələşdirilməsi haqqında 06 yanvar 2018-ci il tarixli, XXXX layihəsi üzrə tikintiquraşdırma işlərinin maliyyələşdirilməsi haqqında 06 iyun 2018-ci il tarixli üçtərəfli müqavilələrin xx.xx.2009-cu il tarixli, 880M/AZE/11 saylı kredit müqaviləsinin əlavəsi olmadığı qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyən edilmişdir. Belə olan halda, ekspertin xx.xx.2009-cu il tarixli, 880M/AZE/11 saylı kredit müqaviləsinə istinad etməklə, onun faiz üzrə şərtlərinə əsaslanmaqla 05 sentyabr 2017-ci il, 06 yanvar 2018-ci il və 06 iyun 2018-ci il tarixli müqavilələr üçün faiz borcu hesablaması əsassız olmuşdur.
41. Eyni zamanda göstərilməlidir ki, iddiaçı iddiasının faiz borcunun hesablanması hissəsi ilə bağlı faktiki əsas kimi xx.xx.2009-cu il tarixli, 880M/AZE/11 saylı kredit müqaviləsinə istinad etdiyindən və həmin müqavilənin işə aidiyyəti olmadığı müəyyən edildiyindən məhkəmə tərəfindən faiz borcu hissəsində iddianın təmin edilməsi mümkün deyildir. Bu səbəbdən də həmin hissədə 9/10123 nömrəli, 18 fevral 2025-ci il tarixli ekspert rəyi mötəbər qəbul edilə bilməz.
42. Belə olan halda, mülki məhkəmə icraatında “ne ultra petita” prinsipindən irəli gələrək məhkəmənin müstəsna hallar istisna olmaqla iddia tələbindən kənara çıxılmasının mümkün olmadığı nəzərə alınmaqla “X9” Bankı, Cavabdeh1 MMC və "xxxx" MMC arasında XXXX layihəsi üzrə tikinti quraşdırma işlərinin maliyyələşdirilməsi barədə” xx.xx.2017-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il tarixli müqavilələr üzrə əsas borc 3 189 418,56 avro və 25000 ABŞ dolları müəyyən edilməlidir.
43. Lakin ekspert rəyindən görünür ki, kredit müqavilələri üzrə 535 125 avro ödəniş aparılmış, ekspert tərəfindən həmin ödəniş faiz borcuna silinmişdir. Halbuki iş materialları ilə “X9” Bankı, Cavabdeh1 MMC və "xxxx" MMC arasında XXXX layihəsi üzrə tikinti quraşdırma işlərinin maliyyələşdirilməsi barədə” xx.xx.2017-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il tarixli müqavilələr üzrə faiz borcunun şərtləşdirilmədiyi müəyyən edildiyindən həmin məbləğ əsas borc məbləği üzrə silinməlidir. Beləliklə, məhkəmə müəyyən edir ki, xx.xx.2017-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il tarixli müqavilələr üzrə əsas borc 2 648 342,06 (3 189 418,56 – 535 125) avro və 25000 ABŞ dolları təşkil edir.
44. Məhkəmə iddiaya cavab verməli olan şəxslərə münasibətdə isə aşağıdakıları qeyd edir.
45. 05 sentyabr 2017-ci il tarixli XXXX layihəsi üzrə tikinti-quraşdırma işlərinin maliyyələşdirilməsi haqqında üçtərəfli müqavilənin 3.1.3-cü bəndinə əsasən, bu müqavilənin dəyəri “Şirkət”in Bank qarşısındakı əvvəlki müqavilələrdən irəli gələn borc öhdəliklərinə əlavə olunur və “Şirkət” hazırkı müqavilə üzrə aldığı vəsaiti banka olan əvvəlki borcları ilə birgə geri qaytaracağı barədə öhdəlik götürür.
46. 06 yanvar 2018-ci il tarixli XXXX layihəsi üzrə tikinti-quraşdırma işlərinin maliyyələşdirilməsi haqqında üçtərəfli müqavilənin 3.1.3-cü bəndinə əsasən, bu müqavilənin dəyəri “Şirkət”in Bank qarşısındakı əvvəlki müqavilələrdən irəli gələn borc öhdəliklərinə əlavə olunur və “Şirkət” hazırkı müqavilə üzrə aldığı vəsaiti banka olan əvvəlki borcları ilə birgə geri qaytaracağı barədə öhdəlik götürür.
47. 06 iyun 2018-ci il tarixli XXXX layihəsi üzrə tikinti-quraşdırma işlərinin maliyyələşdirilməsi haqqında üçtərəfli müqavilənin 3.1.3-cü bəndinə əsasən, bu müqavilənin dəyəri “Şirkət”in Bank qarşısındakı əvvəlki müqavilələrdən irəli gələn borc öhdəliklərinə əlavə olunur. “Şirkət” hazırkı müqavilə üzrə aldığı vəsaiti Banka olan əvvəlki borcları geri qaytaracağı, ona hesablanmış faizləri və aidiyyətli xərcləri ödəyəcəyi barədə öhdəlik götürür.
48. Göründüyü kimi, hər üç müqavilədə müqavilənin qiymətini – kredit məbləğini qaytarmaq öhdəliyini “Şirkət” - "xxxx" MMC götürmüşdür. Müqavilələrin bu və ya digər bəndində isə Cavabdeh1 MMC-nin birgə borclu olması ilə bağlı hər hansı müddəa təsbit edilməmişdir. Əksinə, müqavilələrin predmetlərindən də göründüyü kimi, Cavabdeh1 MMC-nin öhdəliyi iddiaçı tərəfindən cavabdeh "xxxx" MMC-yə ayrılmış kredit üzrə vəsaitlərin təyinatı üzrə xərclənməsinə nəzarət etməkdən ibarət olmuşdur. Eyni zamanda təsadüfi deyildir ki, 05 sentyabr 2017-ci il tarixli müqavilənin 5.8, 06 yanvar 2018-ci il tarixli müqavilənin 5.4, 06 iyun 2018-ci il tarixli müqavilənin 5.4-cü bəndi ilə müqavilənin müddətinin məhz iddiaçı ilə cavabdeh "xxxx" MMC-nin razılığı ilə uzadılması şərtləşdirilmiş, həmin razılıq Cavabdeh1 MMC-nin mövqeyindən asılı edilməmişdir. Halbuki həmin müddətlər bilavasitə kreditin qaytarılması müddətləridir və onların uzadılması bütün borclalanlarla razılaşdırılmalıdır. Belə olan halda isə pul məbləğini borc verənə qaytarmaq öhdəliyini Cavabdeh1 MMC daşımadığı sübut olunmuş, həmin şəxsə qarşı isə iddia təmin edilə bilməz.
49. Üçüncü şəxsin iddia müddətinin tətbiqi barədə ərizəsinə münasibətdə isə aşağıdakılar göstərilməlidir.
50. Mülki Məcəllənin Mülki Məcəllənin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.
51. Həmin Məcəllənin 372.2-ci maddəsinə görə, hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.
52. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç ildir.
53. L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsinin 8 may 2008-ci il tarixli Qərarında ifadə olunan hüquqi mövqeyinə görə, iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir.
54. Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
55. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsində nəzərdə tutulmuş müddətlər iddia müddətləridir və mülki qanunvericilikdə əks olunan iddia müddətləri institutu kreditor (iddiaçı) tərəfindən müvafiq tələb irəli sürüldüyü halda borclunun (cavabdehin) ərizəsi əsasında tətbiq olunan və bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olan müddətdir. Təsadüfi deyildir ki, Mülki Məcəllənin 375.2-ci maddəsi də iddia müddətinin tətbiqi nəticəsində iddiadan imtina haqqında qərarın çıxarılmasını təsbit etmişdir. Bu səbəbdən hazırkı halda üçüncü şəxsin iddia müddətinə istinad etməklə iddianın rədd edilməsini tələb etməsi əsassız olmuşdur.
56. Mülki Prosessual Məcəllənin 57.2-ci maddəsində də təsbit edilmişdir ki, müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər iddianın əsasını və predmetini dəyişdirmək, iddia tələblərinin miqdarını artırmaq və ya azaltmaq, iddiadan imtina etmək, iddianı etiraf etmək, qarşılıqlı iddia vermək, məhkəmə qətnaməsinin məcburi icrasını tələb etmək hüquqları istisna olmaqla, tərəfin prosessual hüquqlarından istifadə edir və onun prosessual vəzifələrini daşıyırlar
57. Göstərilənlərə əsasən məhkəmə bu qənaətə gəlir ki, “X9” Bankı, Cavabdeh1 MMC və "xxxx" MMC arasında XXXX layihəsi üzrə tikinti quraşdırma işlərinin maliyyələşdirilməsi barədə” xx.xx.2017-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il tarixli müqavilələr üzrə 2648342,06 avro və 25 000 ABŞ dolları əsas borc cavabdeh "xxxx" MMC-dən tutularaq iddiaçı “X9” Bankına ödənilməlidir.
b) İpoteka və girov predmetlərinə tutma yönəldilməsi tələbinə dair
58. İddiaçı eyni zamanda borcun cavabdeh "xxxx" MMC-nin xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında 0,4358 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 58116,3 kv.m olan çoxmərtəbəli yaşayış binasına və Cavabdeh1 MMC-nin mülkiyyətində olan "xxxx" MMC-nin nizamnamə kapitalındakı payların 100%-nə yönəldilməsi, həmin daşınmaz əmlaklar və nizamnamə kapitalındakı payların hərracdan satılması, satışdan əldə olunan vəsait hesabına borcun ödənilməsini xahiş edir.
59. Mülki Məcəllənin 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur.
60. Həmin Məcəllənin 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır.
61. Həmin Məcəllənin 270.1-ci maddəsinə əsasən girov və ipoteka müqavilə üzrə əmələ gəlir.
62. Həmin Məcəllənin 309.1-ci maddəsinə əsasən daşınmaz əmlakın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əmlakın ipotekası haqqında müqavilə isə dövlət qeydiyyatına alınmalı olan daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır.
63. İş materiallarında olan ipoteka saxlayan “İddiaçı”, ipoteka qoyan "xxxx" MMC arasında bağlanmış xx.xx.2010-cu il tarixli “ipoteka” müqaviləsindən görünür ki, “Borc Müqaviləsi” dedikdə Borcalan qismində ipoteka qoyan ilə Borc verən qismində İpoteka saxlayan arasında imzalanmış 21 noyabr 2009-cu il tarixli borc müqaviləsi, tərəflər arasında imzalanan borc müqaviləsinə əlavələri, qoşmaları və ya ona edilmiş hər hansı dəyişikliklər, “Təminatlı Öhdəliklər” aşağıdakı qaydada Borc Müqaviləsinin əsasında Borcalan qismində ipoteka qoyanın borcverən qismində İpoteka saxlayana vaxtaşırı borclu olduğu istənilən növ və formada hər bir və bütün öhdəliklər, təəhhüdlər və borcların hər biri və hamısı mənasını kəsb edir. “Təminatlı Öhdəliklə”rin yerinə yetirilməsini təmin etmək üçün İpoteka qoyan bununla öz xüsusi mülkiyyətində olan və ünvan 6 ünvanında yerləşən 0,07752 ha torpaq sahəsini, həmin ünvanda yerləşn ümumi sahəsi 266,3 kv.m. olan 1 mərtəbəli qeyri-yaşayış binasını və onun altındakı 0,144 ha torpaq sahəsini, ünvan 7 ünvanında yerləşən ümumi sahəsi 264,8 kv.m. olan 1 mərtəbəli qeyri-yaşayış binasını və onun altındakı 0,2143 ha torpaq sahəsini İpoteka saxlayan üçün İpoteka qoyur və İpoteka saxlayan “Təminatlı Öhdəliklər”in müvafiq qaydada və vaxtında ödənişi, yerinə yetirilməsi və tamamilə ödənilməsi uçün bu ipotekaya qoyulmuş Mülkiyyəti və Əmlakı birinci dərəcəli əmlak təminatı olaraq qəbul edir.
64. İş materiallarında olan ipoteka saxlayan “İddiaçı”, ipoteka qoyan Qanuni nümayəndə2, borcalan "xxxx" MMC arasında bağlanmış xx.xx.2010-cu il tarixli ipoteka müqaviləsindən görünür ki, “Borc Müqaviləsi” dedikdə Borcalan ilə Borc verən qismində İpoteka saxlayan arasında imzalanmış 21 noyabr 2009-cu il tarixli borc müqaviləsi, tərəflər arasında imzalanan borc müqaviləsinə əlavələri, qoşmaları və ya ona edilmiş hər hansı dəyişikliklər, “Təminatlı Öhdəliklər” aşağıdakı qaydada Borc Müqaviləsinin əsasında Borcalanın borcverən qismində İpoteka saxlayana vaxtaşırı borclu olduğu istənilən növ və formada hər bir və bütün öhdəliklər, təəhhüdlər və borcların hər biri və hamısı mənasını kəsb edir. “Təminatlı Öhdəliklə”rin yerinə yetirilməsini təmin etmək üçün İpoteka qoyan bununla "xxxx" MMC-nin özünə məxsus olan və 200 pay təşkil edən bütün paylarını, İpoteka saxlayan üçün İpoteka qoyur və İpoteka saxlayan “Təminatlı Öhdəliklər”in müvafiq qaydada və vaxtında ödənişi, yerinə yetirilməsi və tamamilə ödənilməsi uçün bu ipotekaya qoyulmuş Mülkiyyəti və Əmlakı birinci dərəcəli əmlak təminatı olaraq qəbul edir.
65. İş materiallarında olan 2009-cu il 21 noyabr tarixli 880/M/AZE/11 saylı güzəştli kredit müqaviləsinə əsasən yaranmış öhdəliyin icrasının təmin edilməsi məqsədilə ipoteka saxlayan “İddiaçı” ilə ipoteka qoyan "xxxx" MMC arasında bağlanmış, ipoteka qoyan və ipoteka saxlayan tərəfindən imzalanmış və notarial qaydada təsdiq edilmiş 2017-ci il 28 dekabr tarixli 3M-1382 reyestr nömrəli ipoteka müqaviləsinə əsasən, ipotekanın predmeti ünvan 8 ünvanında, mülkiyyətində olan 0,4358 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 58.116,3 m2 olan 24 mərtəbəli 2 girişli yaşayış binasıdır (2.1-ci bənd). İpoteka predmetinin dəyəri ipoteka qoyanın və ipoteka saxlayanın razılığına əsasən 40.000.000 manat məbləğində müəyyən edilmişdir (2.3-cü bənd). Öhdəliyin icra müddəti kredit müqaviləsinə uyğun olaraq vəsaitlərin ipoteka qoyana faktiki təqdim edildiyi tarixdən 2025-ci il 28 dekabr tarixinədək müəyyən edilmişdir (3.3-cü bənd).
66. Məhkəmə ipoteka və girov predmetlərinə tutmanın yönəldilməsi ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
67. X2 "xxxx" MMC-yə, Qanuni nümayəndə2 və “X9” Bankına qarşı iddia ərizəsi, sonradan isə iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər – Cavabdeh1 MMC və Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi idarəsi) “X10 Bankı” ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 3M-1382 nömrəli ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və RX seriyalı, ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-8/2023 nömrəli 5 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, “X10 Bankı” ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2017-ci il tarixli ipoteka müqaviləsi etibarsız hesab edilməsi, həmin müqavilə əsasında verilmiş RX seriyalı, ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdehlər “X9” Bankı və "xxxx" MMC, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh1 MMC tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-551/2024 nömrəli 15 aprel 2024-cü il tarixli qətnaməsi ilə təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin 5 sentyabr 2023-cü il tarixli 2(060)-8/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən cavabdeh “X9” Bankı tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-2812/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarı ilə təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-551/2024 nömrəli 15 aprel 2024-cü il tarixli qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır.
68. Beləliklə, iddiaçının hazırda istinad etdiyi 2017-ci il 28 dekabr tarixli 3M-1382 reyestr nömrəli ipoteka müqaviləsi Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-8/2023 nömrəli iş üzrə qanuni qüvvəyə minmiş 5 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə etibarsız hesab edilmişdir. Bu mənada iddiaçının hazırda həmin müqaviləyə istinadı əsassız olmuşdur.
69. Digər tərəfdən, xx.xx.2010-cu il tarixli “ipoteka” (girov) müqaviləsi və xx.xx.2010cu il tarixli ipoteka müqaviləsi 2009-cu il 21 noyabr tarixli 880/M/AZE/11 saylı güzəştli kredit müqaviləsi və ondan irəli gələn öhdəliklərin icrasının təmin edilməsi üsulu kimi bağlanmışdır.
70. Hazırkı iş üzrə isə XXXX layihəsi üzrə tikinti quraşdırma işlərinin maliyyələşdirilməsi barədə” xx.xx.2017-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il tarixli müqavilələrin 2009-cu il 21 noyabr tarixli 880/M/AZE/11 saylı güzəştli kredit müqaviləsinə aidiyyəti olmadığı preyudisial olaraq müəyyən olunmuşdur.
71. Göstərilənlərə əsasən məhkəmə bu qənaətə gəlir ki, borcun cavabdeh "xxxx" MMC-nin xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında 0,4358 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 58116,3 kv.m olan çoxmərtəbəli yaşayış binasına və Cavabdeh1 MMC-nin mülkiyyətində olan "xxxx" MMC-nin nizamnamə kapitalındakı payların 100%-nə yönəldilməsi, həmin daşınmaz əmlaklar və nizamnamə kapitalındakı payların hərracdan satılması, satışdan əldə olunan vəsait hesabına borcun ödənilməsini hissəsində iddia rədd edilməlidir.
c) İddia tələbinin xarici valyutada göstərilməsi ilə bağlı
72. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 nömrəli qərarının 10-cu bəndinə əsasən, qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir.
73. Qeyd edilən qərara əsasən məhkəmə hesab edir ki, XXXX layihəsi üzrə tikinti quraşdırma işlərinin maliyyələşdirilməsi barədə” xx.xx.2017-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il tarixli müqavilələr üzrə əsas borc qətnamənin icra olunduğu günə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının və avronun manata nisbətən məzənnəsi nəzərə alınmaqla Azərbaycan manatı ekvivalenti ilə tutulmalıdır.
d) Məhkəmə xərcləri ilə bağlı
74. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasından görünür ki, iddiaçı tərəfindən dövlət rüsumu kimi ********** nömrəli qəbzə əsasən 5800 manat məbləğində pul dövlət büdcəsinə ödənmişdir.
75. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişindən görünür ki, xx.xx.2024-cü il 9/5819 nömrəli ekspert rəyi üzrə aparılmış tədqiqatın dəyərini 50 manat, xx.xx.2025-ci il tarixli 9/10123 nömrəli ekspert rəyi üzrə aparılmış tədqiqatın dəyərini 500 manat təşkil edir.
76. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
77. Həmin Məcəllənin 115.0, 115.0.4 və 115.0.9-cu maddələrinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər və məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər daxildir.
78. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
79. Həmin Məcəllənin 119.3-cü maddəsinə əsasən, iş, işdə iştirak edən şəxslər tərəfindən həmin kateqoriyadan olan mübahisələrin qanunla nəzərdə tutulmuş məhkəməyə qədər həlli qaydalarının və müqavilə qaydalarının (tələbi cavabsız qoymaq, tələb olunan sənədləri göndərməmək) pozulması nəticəsində meydana gəlmişdirsə, məhkəmə həmin xərcləri işin nəticəsindən asılı olmayaraq müəyyən edə bilər.
80. Mübahisənin məhkəməyə qədər həlli qaydalarının və müqavilə qaydalarının pozulması nəticəsində meydana gəldiyini nəzərə alaraq məhkəmə hesab edir ki, məhkəmə xərcləri işin nəticəsindən asılı olmayaraq müəyyən edilməli və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 2852 manat məbləğində pul cavabdeh "xxxx" MMC-dən tutularaq iddiaçı “X9” Bankına, ekspertiza xərci olaraq 550 manat məbləğində pul cavabdeh "xxxx" MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə ödənilməlidir.
V. Nəticə:
81. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. “X9” Bankı, Cavabdeh1 MMC və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında XXXX layihəsi üzrə tikinti quraşdırma işlərinin maliyyələşdirilməsi barədə” xx.xx.2017-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il tarixli müqavilələr üzrə 2648342,06 avro və 25000 ABŞ dolları əsas borc (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının və avronun manata nisbətən məzənnəsi nəzərə alınmaqla Azərbaycan manatı ekvivalenti ilə) cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq iddiaçı “X9” Bankına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 2852 manat məbləğində pul cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq iddiaçı “X9” Bankına ödənilsin. Ekspertiza xərci olaraq 550 manat məbləğində pul cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, X1, 210005, VÖEN – **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN – **********, hesab AZ34CTRE********************) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.
Hakim Nərmin Əhmədova