Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-1662/2020 12.06.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlu, İddiaçı “TAC” Kredit İttifaqının Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbi üzrə kiçik iddialar üzrə sadələşdirilmiş icraat barədə kommersiya mübahisəsinə dair ərizəyə məhkəmənin inzibati binasında baxaraq, MÜƏYYƏN E T D İ M: İddiaçı “TAC” Kredit İttifaqı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 1297,14 manat kredit, 97,20 manat faiz, 694,40 manat cərimə olmaqla, cəmi 2088,74 manat məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçı “TAC” Kredit İttifaqının xeyrinə tutulması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, “TAC” Kredit İttifaqı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli, “85/SKMF-64” saylı kredit müqaviləsinə əsasən sonuncuya SKMF-nin vəsaiti hesabına illik 6%, güzəşt müddəti 12 ay olmaq şərtilə 36 ay müddətinə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün 5000 manat məbləğində kredit vermiş, sonuncu, müqaviləyə əsasən həmin məbləği vaxtında ödəməyi öz öhdəsinə götürsə də bugünədək 3702,86 manat kredit, 1009,17 manat faiz ödəmiş, xx.xx.2019-cu il tarixindən sonra heç bir ödəniş etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-4.1-ci maddəsinə əsasən, məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından aşağıdakı hallarda imtina edir: 284-4.1.4. ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə vardırsa. 284-4.2-ci maddəsinə əsasən, bu Məcəllənin 284-4.1-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə ərizənin daxil olduğu gündən 5 (beş) iş günü müddətində onun qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərardad çıxarır. Məhkəmə bu müddət ərzində ərizəni qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır. Ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. 284-4.3-cü maddəsinə əsasən, ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Yuxarıda qeyd olunanlardan göründüyü kimi kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verilən ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə olduqda məhkəmə həmin ərizənin qəbul olunmasında imtina edir. İddia ərizəsində cavabdeh tərəfindən müəyyən ödənişlərin edildiyini və 1297,14 manat kredit, 97,20 manat faiz, 694,40 manat cərimə olmaqla, cəmi 2088,74 borcun ödənilməsi tələb olunduğunu nəzərə alan məhkəmə hesab edir ki, tələb olunan faiz və cərimə borcla bağlı tələbetmə hüququ barədə mübahisə olduğundan iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Həmçinin iddia ərizəsinə əlavə edilmiş və elektron informasiya sistemində yerləşdirilmiş sənədləri nəzərdən keçirən məhkəmə, pretenziya və iddia ərizəsinin cavabdehlər tərəfindən almasını təsdiq edən sənədləri aşkar etməmişdir. Azərbaycan Respublikası MPM-nin 150.0.4-cü və 150.0.7-cü maddələrə əsasən, müvafiq olaraqkommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd və müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilməlidir. İddia ərizəsi və əlavə edilmiş sənədlərdən görünür ki, cavabdeh tərəfindən iddia ərizəsinin alınması ilə bağlı və pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd sübut iddiaçı təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-in 263, 264-cü maddələrinə əsasən, QƏT E T D İ M: İddiaçı “TAC” Kredit İttifaqının Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbi üzrə kiçik iddialar üzrə sadələşdirilmiş icraat barədə kommersiya mübahisəsinə dair ərizənin qəbul olunmasında imtina edilsin. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər, həmçinin 30 manat məbləğində dövlət rüsumunun ödənilməsini təsdiq edən ********* nömrəli, xx.xx.2020-ci il tarixli qəbz geri qaytarılsın. “TAC” Kredit İttifaqına izah edilsin ki, kiçik iddialar üzrə sadələşdirilmiş icraat barədə kommersiya mübahisəsinə dair ərizənin qəbul edilməsindən imtina olunması onun həmin tələb üzrə iddia icraatı qaydasında ərizə verməsinə mane olmur. Həmçinin “TAC” Kredit İttifaqına o da izah edilsin ki, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (poçt qəbzi), eləcə də iddia ərizəsinin alınması barədə sübut (poçt qəbzi) iddia ərizəsinə əlavə edildikdən sonra təkrarən məhkəməyə iddia icraatı qaydasında müraciət oluna bilər. Qərardaddan şikayət verilə bilməz. Hakim: Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-1662/2020
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-1662/2020
12.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver