Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1664/2022 15.07.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, Seyidova Çərkəz Rüstəm qızının katibliyi, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı firmasının Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun tələb edilməsinin qanunsuz hesab edilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı firması Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.Ə.Rəsulzadə qəsəbəsi, Dəmir yolunun Keşlə-Biləcəri mənzilinin 2650 km PK 3,4 rayonunda yerləşən qeyri-yaşayış sahəsinə abonent kodu 101604 üzrə "xxxx"ya hesablanmış 13.734 manat məbləğində borcun İddiaçı firmasından tələb edilməsinin qanunsuz hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ASC ilə İddiaçı firması arasında bağlanmış 28 oktyabr 2021-ci il tarixli, S-8832/21 saylı müqaviləyə əsasən, İddiaçı firmasının (VÖEN **********) sərəncamında olan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.Ə.Rəsulzadə qəsəbəsi, Dəmir yolunun Keşlə-Biləcəri mənzilinin 2650 kmPK 3,4 rayonunda yerləşən qeyri-yaşayış sahəsində yeni sayğac quraşdırılmışdır. Həmin sahədə əvvəllər icarə əsasında sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş "xxxx" MMC (VÖEN **********) olmuşdur. Buna görə də obyektin su ilə təchizatı ilə bağlı müqavilə və kod həmin MMC-nin adınadır (abonent kodu 101604). İddiaçı firması həmin ərazidə fəaliyyətə başladıqdan və yeni sayğac aldıqdan sonra dəfələrlə müraciət etmiş, obyektin su ilə təchizatına dair yeni müqavilə bağlansın və adlarına yeni abunə kodu verilsin, yaxud mövcud kod bizim adlarına keçirilsin. Bildirilmişdir ki,əvvəlki istifadəçi "xxxx" MMC-nin (VÖEN **********) borcu qaldığı üçün bu mümkünsüzdür. Belə olan halda, hüquqları pozulur. Çünki, başqa 1 sahibkarlıq subyektinə aid olan borcun İddiaçı firmasından tələb edilir, hər dəfə hazırda istifadə etdikləri suya görə ödədikləri məbləğdən bir hissə qanunsuz olaraq əvvəlki istifadəçi "xxxx" MMC-nin (VÖEN **********) borcuna görə silinir və suyun verilməsinin dayandırılacağı bildirilir. Qeyd edilməlidir ki, əvvəlki istifadəçi "xxxx" MMC-nin (VÖEN **********) borcu 2017-ci il tarixdən qaldığı halda, onlara qarşı Cavabdeh ASC tərəfindən hər hansı iddia qaldırılıb borc tələb edilməmişdir. Bu borcun yaranmasında İddiaçı firmasının hər hansı təqsir və aidiyyəti olmadığı halda, əziyyət çəkir. Onlara məxsus sayğac əvvəlki istifadəçi "xxxx" MMC-nin adına olan 101604 abonent kodu ilə göstərilir və ödənişləri onların adından həyata keçirilirmiş kimi qeyd edilir. Halbuki, cavabdehin qarşısında İddiaçı firmasının pul ödəmə öhdəliyi yalnız öz faktiki işlətdiyi suya görə ola bilər. Əvvəlki məhkəmə iclasında iştirak etmiş İddiaçı firmasının Nümayəndə iddianın məzmununa uyğun izahat verərək, iddanın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iddiaya etiraz edərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin olunmalıdır. İşin iş materiallarında olan sənədlər əsasında müəyyən olunmuş halları ondan ibarətdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.Ə.Rəsulzadə qəsəbəsi, Dəmir yolunun Keşlə-Biləcəri mənzilinin 2650 km PK 3,4 rayonunda yerləşən qeyriyaşayış sahəsi xx.xx.2004-cü il tarixli dövlət aktı ilə “Tejkar” kiçik müəssisəsinə ayrılmışdır, sonradan xx.xx.2007-ci il tarixdə sonuncu İddiaçı firmasına qoşulmuş və hüquqi varisliyi İddiaçı firmasına keçmişdir. Qeyd edilən sahə xx.xx.2011-ci il tarixli icarə müqaviləsi ilə "xxxx" MMC-yə icarəyə vermişdir. İşdə olan abonent haqqında məlumatdan görünür ki, qeyd edilən qeyri-yaşayış sahəsi üzrə abonent kodu "xxxx" MMC-nin adınadır. İşdə olan xx.xx.2017-ci il tarixli 08939 saylı aktdan görünür ki, Binəqədi Rayon Sukanal İdarəsinin əməkdaşları tərəfindən ünvana baxış keçirilmiş və abonent "xxxx" MMC-nin su sayğacından kənar d=50 mm boru vasitəsi ilə sudan qeyri-qanuni istifadə etməsi müəyyən edilmişdir. Akt əsasında xx.xx.2017-ci il tarixdə qeyri-qanuni istifadə nətiəsində su hesabatı çıxarılmış və "xxxx" MMC-nin sudan qeyri-qanuni istifadə etməklə Cavabdeh ASC-yə 13.734 manat ziyan vurması müəyyən edilmişdir. Həmçinin işdən müəyyən olunur ki, Cavabdeh ASC ilə İddiaçı firması arasında suyun alqı-satqısı barədə müqavilə olmasa da, tərəflər arasında bağlanmış müqavilə əsasında İddiaçı firması tərəfindən sayğac alınmış və 28 oktyabr 2021-ci il tarixdə quraşdırılmışdır. Hazırda iddiaçı tərəf "xxxx" MMC-yə hesablanmış borcun İddiaçı firmasından tələb edilməsinin qanunsuz hesab edilməsini xahiş edir. Cavabdeh tərəf isə buna məhkəmə iclasında etiraz etmişdir. Məhkəmə qeyd edir ki, hər hansı bir mübahisənin həll edilməsi üçün ilk növbədə həmin mübahisənin mövcud olub-olması müəyyən edilməlidir. Hazırda isə Cavabdeh ASC tərəfindən "xxxx" MMC-yə hesablanmış borcun birbaşa olaraq İddiaçı firmasından tələb edilməsi açıq-aşkar görünməsə də, Azərsu ASC tərəfindən İddiaçı firmasına ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubun məzmunundan görünür ki, xx.xx.2017-ci il tarixli 08939 saylı akt əsasında "xxxx" MMC-nin sudan qeyriqanuni istifadə etməklə Cavabdeh ASC-yə 13.734 manat ziyan hesablanması, hazırda borcun 14.056,82 manat təşkil etməsi və yaranmış borcun qarşılıqlı razılaşma əsasında hissə-hissə ödəmək imkanının olması və qeyd olunan halla bağlı Binəqədi rayon Sukanal İdarəsinə yaxınlaşıb razılıq protokolu imzalamaq İddiaçı firmasına tövsiyə olunmuşdur. Göründüyü kimi, məktubda Cavabdeh ASC-nin özü tərəfindən borcun "xxxx" MMCyə hesablansa da, İddiaçı firmasına borcun hissə-hissə ödənilməsi tövsiyə olunmuşdur. Həmçinin də o da qeyd edilməlidir ki, hazırkı iddiaya Cavabdeh ASC-nin nümayəndəsi tərəfindən etiraz edilməsi və iddianın rədd edilməsi xahişi ona dəlalət edir ki, həqiqətən də "xxxx" MMC-yə hesablanmış borc İddiaçı firmasından tələb edilir və "xxxx" MMC-yə hesablanmış borcun İddiaçı firmasından tələb edilməsi Cavabdeh ASC tərəfindən qanuni hesab edilir. Göründüyü kimi, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.Ə.Rəsulzadə qəsəbəsi, Dəmir yolunun Keşlə-Biləcəri mənzilinin 2650 km PK 3,4 rayonunda yerləşən qeyri-yaşayış sahəsi İddiaçı firmasının istifadəsində olmadığı müddətdə icarəçi "xxxx" MMC-yə hesablanmış 13.734 manat ziyan İddiaçı firmasından tələb edilir. Qeyd edilən ziyan isə İddiaçı firması tərəfindən vurulmadığından və qeyri-yaşayış sahəsi həmin müddətdə onun istifadəsində olmadığından həmin pulun İddiaçı firmasından tələb edilməsi qanunsuzdur. Məhkəmə həmçinin qeyd edir ki, qeyd edilən formada qətnamənin qəbul edilməsi Mülki Prossesual Hüquq baxımından da yol verilir. Belə ki, Mülki Prossesual Məcəllənin 223.1-ci maddəsinə əsasən Məhkəmə əmlakın və ya pul məbləğlərinin verilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətləri etməyə cavabdehi məcbur edən qətnamə çıxardıqda, qətnamənin nəticə hissəsində kimin, harada, nə vaxt və ya hansı müddətdə həmin hərəkəti etməyə borclu olmasını göstərir. Sudan İstifadə qaydalarının 3.1 və 3.1.1-ci bəndinə əsasən STTSAS-a qanunsuz (özbaşına) qoşulma halları aşkar edildikdə, bir nüsxəsi istehlakçıya təqdim olunan akt tərtib etməklə və qanunsuz qoşulmanı dərhal su və kanalizasiya sistemindən ayırmaqla, su təchizatı və kanalizasiya şəbəkəsindən istifadəni dayandırmaq və dəymiş ziyanın ödənilməsini təqsirkar şəxsdən tələb etmək STKM-in hüququdur. Hazırkı halda isə hesablanmış ziyanın İddiaçı firmasından tələb edilməsi qanunsuz olduğundan, iddia təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Azərsu ASC tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.Ə.Rəsulzadə qəsəbəsi, Dəmir yolunun Keşlə-Biləcəri mənzilinin 2650 km PK 3,4 rayonunda yerləşən qeyri-yaşayış sahəsinə abonent kodu 101604 üzrə "xxxx"-ya hesablanmış 13.734 manat məbləğində borcun İddiaçı firmasından tələb edilməsi qanunsuz hesab edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-1664/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1664/2022
15.07.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver