Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1667/2020 15.10.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Hümbətov Eldəniz Məhəddin oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə və Cavabdeh2 MMC-nin nümayəndəsi X7 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 MMC-yə qarşı “itirilmiş elektrik enerjisinə görə hesablanmış cərimələrin ödənilməsinin cavabdehin üzərinə öhdəlik kimi qoyulması tələbi barədə işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı MMMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,“xxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinin 4 üzləşmə aktında göstərilən x xxxxxx 2016-cı il tarixdən xx xxxxxx 2019-ci il tarixədək yaranmış 57653,14 manat borcun, o cümlədən və 2016-cı ildə əlavə sərfiyyat kimi hesablanmış 7042,70 manat və 2018-ci ilin yanvar ayında itirilmiş elektrik enerjisinə görə hesablanmış 3640,86 manat cərimələrin ödənilməsinin Cavabdeh2 MMC-nin üzərinə öhdəlik kimi qoyulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh2 MMC tərəfindən 2005-ci ildə Baki şəhəri xxxxxxrayonu R. Məmmədov küçəsi 20 A nömrəli ünvanda çoxmənzilli bina inşa olunmuş və mənzillər və qeyri-yaşayış sahələri ayrı-ayrı şəxslərə satılmışdır. Həmin bina 2 bloklu, 16 mərtəbəlidir. Bina tikintisi başa çatdıqdan sonra “xxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinin xxxxxxrayonu Enerji Təchizatı və Satışı tərəfindən binaya sayğac quraşdırılmış və kod nömrəsi 12/17-78-dir. xx.xx.2016-cı il tarixdə xxxxxxrayonu Enerji Təchizatı və Satışı İdarəsinin əməkdaşları tərəfindən elektrik enerjisinin uçotu və Elektrik enerjisindən istifadə Qaydalarına riayət olunmasının vəziyyəti yoxlanılaraq, obyektə sayğacdan kənar xəttin daxil olduğu aşkar edilərək Rİ 005086 saylı akt tərtib edilmişdir. Akta əsasən, obyektə itirilmiş elektrik enerjisinə görə 284.893 kvts əlavə sərfıyyat hesablanaraq, 17093 manat məbləğində hesab-faktura sənədi təqdim edilmişdir. xx.xx.2016-cı il tarixli AS/441 saylı Razılaşma protokoluna əsasən 7042,70 manat kompyuter məlumat bazasında dürüstləşmə aparılmışdır. xx.xx.2018-ci il tarixdə X8 əməkdaşları tərəfindən obyektə yenidən baxış keçirilmiş və elektrik sayğacının “C” fazasından keçən yükü hiss etməməsi aşkar edilərək, NDQ 003785 saylı akt tərtib edilmişdir. Akta əsasən itirilmiş elektrik enerjisinə görə 40.454 kvts, əlavə sərfiyyat hesablanaraq 3640,86 manat hesab-faktura sənədi təqdim edilmişdir. “xxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinin xxxxxxrayonu Enerji Təchizatı və Satışı İdarəsinin təqdim etdiyi üzləşdirmə aktından görünür ki, Cavabdeh2 MMC-nin xx.xx.2016-cı il tarixə olan borcu 21760,23 manat, xx.xx.2017-ci il tarixə olan borcu 33572,22 manat, xx.xx.2018-ci il tarixə olan borcu 53817,40 manat, xx.xx.2019-cu il tarixə olan borcu 57653,14 manat təşkil etmişdir. Qeyd olunmalıdır ki, onların binasının həm tikintisi, həm də istismarı qanun pozuntuları ilə müşayiət olunmuşdur. Belə ki, binanın təsisçisi, həm də binanın komendantları işləmiş Hüseyn Əsgərov və İradə Abdullayeva dələduzluq və digər qanunsuzluq əməllərinə görə cinayət məsuliyyətinə cəlb olunaraq həbs olunmuşlar. Həmçinin qeyd olunmalıdır ki, Cavabdeh2 MMC-nin sədri X5 törətdiyi cinayətlərə görə hazırda 10-nömrəli islah müəssisəsində cəza çəkir. xx xxxxx 2019-cu il tarixli 8 nömrəli və xx xxxxxxx 2019-cu il tarixli 18 nömrəli məktubla “xxxxxxxx” ASC-yə müraciət olunaraq liftlərə qoyulmuş sayğacların “xxxxxx” İnşaat MMC-nin kodundan çıxardılaraq İddiaçı MMMC-nin adına yeni kod verilməsi və yuxarıda qeyd olunan borc və cərimələrin silinməsi xahiş olunmuş, lakin “xxxxxxxx” ASC xx xxxxxx 2019-cu il tarixli məktubla imtina etmişdir. Aşağıdakı əsaslara görə İddiaçı MMMC özündən əvvəl fəaliyyət göstərmiş Cavabdeh2 MMC-nin elektrik borcuna görə məsuliyyət daşımır: Azərbaycan Respublikası Prezidentinin “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” məlum formaya uyğun olaraq, Cavabdeh2 MMC problemli bina kimi qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Prezidentinin məlum sərəncamına əsasən bina sakinlərinin qərarı ilə İddiaçı yaradılmış və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində 2018-ci il 2 avqust tarixində qeydiyyata alınmışdır. Xətai10” Mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti yaradılması ilə bağlı 2 liftdə və su nasosunda quraşdırılmış sayğaclar xx.xx.2018-ci il tarixdə 158610, 158612 və 158611 saylı aktlara uyğun olaraq sıfırlanmışdır. İddiaçı MMMC-nin sədri vaxtlı-vaxtında işıq pulunu ödəyir. Lakin həmin binaya əvvəllər xidmət göstərən Cavabdeh2 MMC-nin 53817,40 manat enerji borcuna görə tez-tez işıqları kəsirlər. Halbuki, elektrik enerjisinə görə borc Cavabdeh2 MMC-nin dövründə yaranmışdır və 2018-ci il 2 avqust tarixində qeydiyyata alınmış İddiaçı MMMC əvvəlki borclara görə məsuliyyət daşımır. “xxxxxxxx” ASC tərəfindən Cavabdeh2 MMC-nin fəaliyyəti dövründə yaranmış işıq borcunun İddiaçı MMMC- dən tələb etməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin tələblərinə ziddir. İddiaçı MMMC-nin nizamnaməsinin 1-ci maddəsindən görünür ki, bu cəmiyyət müstəqil təsərrüfat subyektidir və yaşayış binasının sahə mülkiyyətçilərinin ümumi yığıncağının qərarına əsasən yaradılmışdır, cəmiyyət öz fəaliyyətini Azərbaycan Respublikasının Konstitusiyasına, Azərbaycan Respublikasının “Mülki Məcəllə”sinə, Azərbaycan Respublikasının “Mənzil Məcəllə”sinə, Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına və bu Nizamnaməyə uyğun olaraq həyata keçirir. Həmçinin nizamnamənin 1.5 maddəsindən görünür ki, cəmiyyət öz öhdəlikləri üçün ona məxsus bütün əmlakı ilə cavbdehdir. Cəmiyyət iştirakçılarının öhdəliklərinə görə məsuliyyət daşımır. Göründüyü kimi, İddiaçı MMMC Cavabdeh2 MMC-nin hüquqi varisi deyildir. Enerjiyə görə borcun çox olması həmçinin onunla izah olunur ki, onların binada kommersiya fəaliyyəti ilə məşğul olan 13 qeyri-yaşayış obyekti, o cümlədən X3 adına 110 m2, X1 adına 20 m2, X2 adına 207 m2 və X4 adına 65 m2 və s. qeyri-yaşayış sahələri vardır ki, onların heç birinin ayrıca elektrik təminatı xətti olmadığı üçün elektrik enerjisi Cavabdeh2 MMC-nin sayğacı vasitəsilə verilir. Cavabdeh2 MMC iddiaya etiraz verərək, iddia tələbini qəbul etməyərək, bildirmişdir ki, İddiaçı MMMC xx xxxxxx 2018-ci il tarixdən qeydiyyata alınıb. İdarə heyətinin sədri olaraq Nümayəndə təyin olunub. "Cavabdeh2" MMC-nin direktoru X5 barədə qeyd edilən ünvanda inşa olunan yaşayış binasında mənzillərin təkrar satışına yol verərək dələduzluq etdiyi üçün cinayət məsuliyyətinə cəlb edilmişdir. "Cavabdeh2" MMC-nin təsisçisi və direktoru X5 2014-cü ilin 30 may tarixdən həbs edilmişdir. Nümayəndə "Cavabdeh2" MMC-nin direktoru olaraq 2018-ci il tarixdən dövlət qeydiyyatından keçirilib. Bu günə kimi həmin şirkətin direktoru olaraq inşa olunmuş binaya İddiaçı müdiri Nümayəndə səyi nəticəsində "Cavabdeh2" MMC fəaliyyət göstərmək üçün buraxılmır və hər hansı payçılarla yaranmış məhkəmə mübahisələrində iştirak edilmir. Şirkətə gələn məktublar Nümayəndə tərəfindən qəbul edilir və açılır. Həmin ünvana gələn məktublar "Cavabdeh2" MMC-yə verilmir və hər hansı formada iştiraklarına maneəçilik göstərilir. Bu barədə hüquq-mühafizə orqanlarına dəfələrlə rəsmi müraciətlər edilmişdir. Cavabdeh2” MMC-nin adına 12/17-78 kod nömrəsilə sayğac quraşdırılmışdır. Lakin payçılara sayğaclar quraşdırılsa da enerjidən istifadə haqqı onlar tərəfindən yığıldığından hər hansı borclarının mövcudluğu barədə məlumatları yoxdur. Elektrik enerjisi istehlakçısı - müqavilə əsasında elektrik enerjisini satın alan və ondan elektrikqəbulediciləri vasitəsilə istifadə edən hüquqi və ya fiziki şəxsdir. Abonent (əsas istehlakçı) - elektrik qurğuları enerjitəchizatı müəssisəsinin şəbəkələrinə qoşulmuş və elektrik enerjisinin alqı-satqı müqaviləsini enerjitəchizatı müəssisəsi ilə bağlayan istehlakçıdır. xx.xx.2016-cı il tarixdə xxxxxxrayon Enerji Təchizatı və satışı İdarəsi tərəfindən sayğacdan kənar xəttin daxil olduğu aşkar edilərək Rİ005086 saylı akt tərtib edilmişdir. xx.xx.2016-cı il tarixli AS/441 saylı razılıaşma protokoluna əsasən dürüstləşmə aparılmışdır və borc 7042 manat müəyyənləşdirilmişdir. İddiaçı qeyd edir ki, fəaliyyət dövründə həmin binada yerləşən 13 obyektdən elektrik enerjisindən istifadəyə görə ödənişlər yığılmamışdır. Elədirsə yaranmış borcları kim ödəməlidir?İddiaçı cəmiyyətin üzvlərinə mütamadi olaraq mütləq ödənişlər və haqların miqdarı haqqında hesabat verməlidir. Cavabdeh2 MMC-nin balansında hər hansı əmlakı yoxdur. Həmin yaşayış binasında hər hansı fəaliyyətlə məşğul deyildir. İddiaçını etiraf etdiyi kimi payçıların istifadəsində olan qeyri-yaşayış obyektləri fəaliyyət göstərirlərsə istifadə olunan elektrik enerjisinə görə yaranmaş borclar “xxxxxx“MMMC tərəfindən həll edilməli olduğu halda həmin borcların onlardan tutulması absurddur. Çoxmənzilli binanın idarə edilməsi və saxlanma xərcləri ilə bağlı məsələlər bilavasitə sahə mülkiyyətçilərinin səlahiyyətinə aid edilmişdir. Elektrik enerjisindən istifadə qaydalarının 1.4.-cü bəndinə əsasən Abonentin (əsas istehlakçının) şəbəkəsinə qoşulmuş istehlakçılar (subabonentlər), elektrik enerjisinin alqı-satqı müqaviləsini onunla bağlayırlar. Abonent ilə enerjitəchiz.atı müəssisəsi arasında bağlanılmış elektrik enerjisinin alqı-satqı müqaviləsində və bu müqaviləyə əlavədə onun şəbəkəsinə qoşulmuş subabonentlər haqqında məlumatlar, o cümlədən idarənin adı, elektrik enerjisi istehlakı, hesablaşma elektrik sayğacları, tarif və digər məlumatlar göstərilirÇoxmənzilli yaşayış binasının sahə mülkiyyətçilərinin ümumi yığıncağının qərarı ilə cəmiyyətin təsərrüfat fəaliyyətindən əldə edilən gəlir ümumi xərclərin, o cümlədən yaşayış binasının binadaxili istilik və elektrik enerjisi, təbii qaz. lift, məişət tullantılarının daşınması, kanalizasiya sisteminin təmiri və digər xərclərin ödənilməsi üçün istifadə edilir və ya nizamnamə ilə müəyyən olunan məqsədlər üçün yaradılan ehtiyat və ya digər xüsusi fonda köçürülə bilər. MMMC bütün məsələlərini ümumi yığıncağın qəbul etdiyi qərar əsasında həll edir. Sahə mülkiyyətçilərinin istəyi və razılığı olmadan qeyri-adi xidmət və ya abadlıq işlərinə görə "əlavə" ödəmələrin (yəni kommunal xidmətlərə görə mütləq ödəmələrədn başqa nəzərdə tutulan - mühafizə, avtomobil dayanacağı, domofon, giriş qapılarının və blokların qeyri-adi bəzədilməsi və s.) həyata keçirilməsi haqqında hər hansı bir qərarın qəbul edilməsi qətiyyən mümkün deyil.Bütün göstərilənləri və qanunvericiliyin müddəalarını rəhbər tutaraq, iddia tələbinə etiraz edərək, tələbin onlara aid olan hissədə rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, əlavə olaraq 57653,14 manat borc faktiki Cavabdeh2 MMC-nin borcun olmasına baxmayaraq, həmin vəsait “xxxxxxxx” ASC-nin əməkdaşları tərəfindən İddiaçı MMMC-dən tələb olunduğunu, halbuki rəhbərlik etdiyi cəmiyyətin borcun olması ilə bağlı heç bir sübutun təqdim edilmədiyini, əksinə “xxxxxxxx” ASC-nin təqdim etdiyi sənədlərdə həmin borc Cavabdeh2 MMC-nin borcu kimi göstərildiyini və sözügedən borcun sonuncunun fəaliyyəti dövründə yarandığını bildirmişdir. Odur ki, qeyd olunanları nəzərə alaraq, iddia tələbinin təmin olunması barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 MMC-nin nümayəndəsi X13 etirazda göstərilənlərlə eyni məzmunlu izahat verərək iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş “xxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X6 izahatında (məhkəməyə elektrik enerjisindən istifadəyə görə üzləşmə aktları təqdim etmiş) mübahisəli ünvanda xx.xx.2020-ci il tarixə 58676,82 manat məbləğlə bağlı borclu kimi Cavabdeh2 MMC-nin qeyd edildiyini bildirmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Qeyri-Kommersiya Qurumlarının Dövlət Reyestri tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli 05/1617/3-14 nömrəli çıxarışdan görünür ki, İddiaçı MMMC yaşayış binasını birgə idarə etmək, binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericilikdə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini tələb etmək məqsədi ilə xx.xx.2018-ci il tarixdə 1118- MM5-0087 qeydiyyat nömrəsi ilə mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti kimi İddiaçı MMMC-nin mənzil mülkiyyətçilərinin xx.xx.2018-ci il, xx.xx.2018-ci il tarixli qərarları və digər sənədlər əsasında qeydiyyata alınmış qanuni təmsilçisi Nümayəndədır. Hüquqi ünvanı ünvan 1, mənzil 95, fəaliyyət ərazisi ünvan 1-dir. İddiaçı nizamnaməsindən görünür ki, MMMC müstəqil təsərrüfat subyekti olmaqla, ünvan 1 ünvanında yerləşməklə, xx xxxxxx 2018-ci il tarixdə qeyri-kommersiya qurumu (gəlir əldə etməyi nəzərdə tutmayan qeyri-kommersiya təşkilatı olan hüquqi şəxs) kimi dövlət qeydiyyatına alınmış və əsas fəaliyyəti yaşayış binasını birgə idarə etmək, binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericilikdə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini tələb etməkdən, bu nizamnamədə nəzərdə tutulmuş məqsədlərinin yerinə yetirilməsi üçün fəaliyyət növlərini (kommunal xidmətlərin (istilik və elektrik enerjisi, təbii qaz, lift, məişət tullantıları və kanalizasiya xidmətləri təchizatı qurğuları və xəttləin təmir-bərpa işləri, onların işlək vəziyyətdə saxlanılması və s.) yaşayış binasının daxili və xarici divarlarının, zirzəmi və damlarının, həmçinin giriş bloklarının təmir olunması və işıqlandırılması, yaşayış binasının həyətyanı sahəsinin abadlaşdırılması və s., yaşayış binasının sakinlərinin rifahının yaxşılaşdırılmasına yönələn digər tədbirlərin yerinə yetirilməsi və digər xidmətlərin göstərilməsindən) həyata keçirməkdən ibarətdir. Həmçinin nizamnamənin 1.5-ci bəndindən görünür ki, cəmiyyət öz öhdəlikləri üçün ona məxsus bütün əmlakı ilə cavabdehdir. Cəmiyyət iştirakçılarının öhdəliklərinə görə məsuliyyət daşımır. “xxxxxxxx” ASC ilə Cavabdeh2 MMC arasında olan elektrik enerjisindən istifadəyə görə xx.xx.2020-ci il tarixli üzləşmə aktlarından görünür ki, Cavabdeh2 MMC-nin xx.xx.2020-ci il tarixinə qalıq borcu 58676,82 manat o cümlədən, xx.xx.2013-cü il tarixinə qalıq borcu 5602,81 manat, xx.xx.2013-cü il tarixinə qalıq borcu 4823,41 manat, xx.xx.2018-ci il tarixinə qalıq borcu 51943,98 manat və xx.xx.2018-ci il tarixinə qalıq borcu 53817,40 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 43.2-ci maddəsinə əsasən, hüquqi şəxslər bir fiziki və ya hüquqi şəxs tərəfindən, yaxud fiziki və hüquqi şəxslərin toplusu tərəfindən yaradıla bilər, üzvlüyə əsaslana bilər, üzvlərin olmasından asılı ola və ya asılı olmaya bilər, sahibkarlıq fəaliyyəti ilə məşğul ola və ya məşğul olmaya bilər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, çoxmənzilli binada daşınmaz əmlak kompleksini birgə idarə etmək, çoxmənzilli binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini təmin etmək məqsədi ilə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin könüllü birliyi mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş "Elektrik enerjisindən istifadə Qaydaları"nın: 8.35-ci bəndinə əsasən enerjitəchizatının subyektləri (dövlət elektroenergetika müəssisəsi, müstəqil enerji istehsalçıları, enerjitəchizatı müəssisələri, istehlakçılar, o cümlədən məişət abonentləri) arasında bütün mübahisəli məsələlərlə əlaqədar tərəflər bilavasitə məhkəməyə müraciət edə bilərlər. 9.1-ci bəndinə əsasən istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin «Dövlət Enerjinəzarət» İdarəsinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. 9.10-cu bəndinə əsasən istehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir. Məhkəmə araşdırılmasında müəyyən edilmişdir ki, Bakı şəhəri, xxxxxxrayonu, Rahib Məmmədov küçəsində yerləşən 20 nömrəli ev Cavabdeh2 MMC tərəfindən inşa edilmiş, daha sonra həmin bina sonuncunun idarəçiliyində olduğu dövrdə elektrik enerjisinin təchizatı məqsədi ilə Cavabdeh2 MMC ilə “xxxxxxxx” ASC arasında bağlanmış müqavilə əsasında 12/17-78 nömrəli sayğac quraşdırılmış və sonuncunun xx.xx.2020-ci il tarixinə tərtib etdiyi akta əsasən elektrik enerjisindən istifadəyə görə yaranmış 58676,82 manat məbləğində vəsaitə görə borclu kimi Cavabdeh2 MMC göstərilmişdir. Göründüyü kimi İddiaçı MMMC məhkəməyə müraciət edərək elektrik enerjisindən istifadəyə görə yaranmış 57653,14 manat borcun, o cümlədən 2016-cı ildə əlavə sərfiyyat kimi hesablanmış 7042,70 manat və 2018-ci ilin yanvar ayında itirilmiş elektrik enerjisinə görə hesablanmış 3640,86 manat cərimələrin ödənilməsi öhdəliyini Cavabdeh2 MMC-nin üzərinə qoyulmasını xahiş etsə də, sözügedən borcun İddiaçı MMMC-yə aid olması ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmiş, əksinə həmin vəsait ilə bağlı borclu Cavabdeh2 MMC-nin olduğu müəyyən edilmişdir. Yuxarıda qeyd olunan işin faktiki hallarını, qanunvericiliyin normalarını və iş materiallarına əlavə edilmiş sənədləri məcmu halda qiymətləndirən məhkəmə hesab edir ki, elektrik enerjisindən istifadəyə görə yaranmış 57653,14 manat məbləğində yaranmış borcun ödənilməsi qanuni əsaslarla Cavabdeh2 MMC-nin üzərində olduğuna görə təkrarən həmin öhdəliyin onun üzərinə məhkəmə tərəfindən qoyulması yolverilməzdir. Odur ki, elektrik enerjisindən istifadəyə görə yaranmış 57653,14 manat məbləğində borcla bağlı öhdəlik qanuni əsaslarla Cavabdeh2 MMC-nin üzərində olduğuna görə “xxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinin 4 üzləşmə aktında göstərilən x xxxxxx 2016-cı il tarixdən xx xxxxxx 2019-ci il tarixədək yaranmış 57653,14 manat borcun, o cümlədən və 2016-cı ildə əlavə sərfiyyat kimi hesablanmış 7042,70 manat və 2018-ci ilin yanvar ayında itirilmiş elektrik enerjisinə görə hesablanmış 3640,86 manat cərimələrin ödənilməsinin Cavabdeh2 MMC-nin üzərinə öhdəlik kimi qoyulması barədə İddiaçı MMMC-nin iddiası rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə Q Ə T E T D İ: “xxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinin 4 üzləşmə aktında göstərilən x xxxxxx 2016cı il tarixdən xx xxxxxx 2019-ci il tarixədək yaranmış 57653,14 manat borcun, o cümlədən və 2016-cı ildə əlavə sərfiyyat kimi hesablanmış 7042,70 manat və 2018-ci ilin yanvar ayında itirilmiş elektrik enerjisinə görə hesablanmış 3640,86 manat cərimələrin ödənilməsinin Cavabdeh2 MMC-nin üzərinə öhdəlik kimi qoyulması barədə İddiaçı MMMC-nin iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim:Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-1667/2020
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1667/2020
15.10.2020 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver