Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1668/2022 16.09.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, X2 katibliyi, İddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin X1 Fondunun nümayəndəsi X4, Cavabdehlər Zamin Şirkətinin Azərbaycan Respublikasındakı filialının və Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 iştirakları ilə, İddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehler Zamin Şirkətinin Azərbaycan Respublikasındakı filialına və Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Zamin Şirkətinin Azərbaycan Respublikasındakı filialına və Cavabdehnə qarşı iddia və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cəmi 2.077.668 (iki milyon yetmiş yeddi min altı yüz altmış səkkiz) ABŞ dolları – bundan 2.000.000 (iki milyon) ABŞ dolları əsas, 10.945 (on min doqquz yüz qırx beş) ABŞ dolları faiz, 18.389 (on səkkiz min üç yüz səksən doqquz) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 48.334 (qırx səkkiz min üç yüz otuz dörd) ABŞ dolları faiz borcu və iş üzrə ödənilmiş 1.856,40 (bir min səkkiz yüz əlli altı manat qırx qəpik) manat dövlət rüsumunun «BOS ŞELF” MMC və Zamin Şirkətindən müştərək qaydada tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh «BOS ŞELF” MMC arasında bağlanmış 104.LN.2005.220420.00001 №-li, 22 aprel 2020-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 06 (altı) ay müddətinə illik 01 (bir) faiz dərəcəsi ilə ******* (iki milyon) ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh «BOS ŞELF” MMC-yə kredit verilərkən Zamin Şirkətinin Azərbaycan Respublikasındakı filialı VÖEN ********** ( keçmiş adı “STAR GULF FZCO ŞİRKƏTİ”nin Azərbaycan Respublikasındakı filialı) ilə Bank arasında 22 aprel 2020-ci il tarixli, 104.CL.220420.00001/b saylı Zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 2.1-ci bəndinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Kredit müqaviləsinin 7.1.5-ci bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. xx.xx.2022-ci il tarixdə Cavabdeh MMC və Zamin Şirkətinin Azərbaycan Respublikasındakı filialı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, MMC, Filial və Bank arasında imzalanmış Saxlanc Müqaviləsinin 3.1-ci maddəsinə uyğun olaraq, təminatın həyata keçirilməsini, Bankın MMC-yə və Filiala qarşı kredit borcu tələbinin girova yönəldilməsini və 2.077.668 ABŞ dolları məbləğində kredit borcunun Saxlanc Müqaviləsi üzrə girov şəklində Bankda saxlanılan 2.300.000 ABŞ dolları məbləğində pul vəsaiti hesabına ödənilməsini məhkəmədən xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1668/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə qarşılıqlı iddia ərizəsinin icraata qəbulundan imtina edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1668/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X5 izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehlərin nümayəndəsi və vəkili Nümayəndə2 izahat verərək, əsas borcla razı olduğunu bildirdi və kredit borcu tələbinin girova yönəldilməsini məhkəmədən xahiş etdi. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Mərkəzi Bankı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəməyə gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçının cavabdeh kimi qeyd etmiş olduğu ********** saylı VÖEN hal-hazırda Zamin Şirkətinin Azərbaycan Respublikasındakı filialına məxsusdur və qeyd edilən şirkətin əvvəlki adı "xxxx" olmuş və qeyd edilmiş VÖEN də onun Azərbaycan Respublikasındakı filialına məxsus olmuşdur. Məhkəmə iclasında pulun iddiaçı tərəfindən kimdən tələb edilməsi araşdırılmış və iddiaçı tərəf pulun müştərək qaydada Cavabdeh MMC və Zaminlik müqaviləsinin tərəfi ********** saylı VÖEN-nin sahibi Zamin Şirkətinin Azərbaycan Respublikasındakı filialı olduğundan, ondan tutulmasını xahiş etmişdir. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixli kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsi üzrə sonuncuya illik 1 (bir) faiz olmaqla, 6 ay müddətinə 2.000.000 (iki milyon) ABŞ Dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı Bankla “STAR GULF FZCO ŞİRKƏTİ”nin Azərbaycan Respublikasındakı filialı VÖEN ********** (indiki adı Zamin Şirkətinin Azərbaycan Respublikasındakı filialı) arasında zaminlik müqaviləsi bağlanmış və sonuncu kredit müqaviləsi üzrə öhdəliyin icra edilməməsinə görə əsas borclu ilə birgə məsuliyyət daşımağı öz üzərinə götürmüşdür. İşdə olan 22 aprel 2020-ci il tarixli 104.CL.170320.00001/a saylı saxlanc müqaviləsinə əsasən tərəfləri girovsaxlayan və Cavabdeh MMC olan 22 aprel 2020-ci il tarixli 104.CL.220420.00001/b saylı kredit müqaviləsinin şərtlərinə əsasən illik 1 faiz dərəcəsi ilə 2.000.000 (iki milyon) ABŞ dolları məbləğdə 6 (altı) ay müddətə verilmiş kredit Kredit müqaviləsi və ona edilmiş və ediləcək əlavələr üzrə öhdəliklərin yerinə yetirilməsini təmin etmək məqsədilə Girovqoyan əmlakı saxlanca verir, eləcə də, ona olan hüquq və maraqları (gələcəkdə - Girov qoyulmuş Əmlak) girovsaxlayana verir. Həmin saxlanc müqaviləsinə 1 nömrəli əlavədə İddiaçı ASC-də ******************** nömrəli hesabda saxlanılan "xxxx" Şirkətinə məxsus 2.300.000 (iki milyon üç yüz min) ABŞ dolları pul vəsaitinin girov qoyulması əks olunmuşdur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 31 may 2018-ci il tarixli Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 739-cu maddəsinin mənasına görə, kreditor pulu kredit alana təqdim etməyi öhdəsinə götürür. Bu isə kredit müqavilələrinin, bir qayda olaraq, konsensual müqavilə olmasını göstərir. X3 Məhkəməsi izah etmişdir ki, real müqavilələr üzrə hüquq və öhdəliklər müqavilə predmeti olan əmlakın (əşyanın) verilməsindən sonra əmələ gəlir. Məsələn, bağışlama müqaviləsi hədiyyə almış şəxsin hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Konsensual müqavilələr üzrə hüquq və öhdəliklər isə bu müqavilənin bağlandığı (imzalandığı) andan əmələ gəlir. Mülki qanunvericilikdə konsensual müqavilənin əsas əlamətlərindən biri “əmlakı təqdim etməyi öhdəsinə götürür”, “işləri görməyi öhdəsinə götürür” və s. bu kimi ifadələr ilə müəyyən olunur. Beləliklə, Konstitusiya Məhkəməsinin Qərarından aydın olur ki, Mülki Məcəllənin 739cu maddəsində nəzərdə tutulan borc müqaviləsi konsensual müqavilədir, həmin müqavilə tərtib olunub imzalandıqdan sonra bağlanmış hesab olunur və tərəflərin həmin müqavilədən irəli gələn öhdəlikləri, yəni borc verənin pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu borc alana keçirməyi öhdəliyi, borc alanın isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəliyi əmələ gəlir. Məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehlərin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış kredit və zaminlik müqavilələrindən irəli gəlir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, cavabdehlərin öhdəliyini icra etməməsi iddiaçıya kredit və zaminlik müqavilələri və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. Həmçinin də qeyd edilməlidir ki, cavabdeh tərəf pulun ona verilməsini və mövcud borc məbləğini mübahisələndirməmiş, məbləğlə razı olmuş, sadəcə olaraq pulun girov predmetinə yönəldilməsini xahiş etmişdir. Yuxarıda qeyd olunan normaların tələblərini rəhbər tutaraq məhkəmə hesab edir ki, iddia əsas borcun tələb edilməsi hissəsində əsaslıdır. Ona görə də, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə «BOS ŞELF” MMC arasında bağlanmış 22 aprel 2020-ci il tarixli 104.CL.220420.00001/b saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 2.000.000 (iki milyon) ABŞ dolları məbləğində pul ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata nisbətən məzənnəsi nəzərə alınmaqla azərbaycan manatı ilə Cavabdeh və Zamin Şirkətinin Azərbaycan Respublikasındakı filialından müştərək qaydada tutularaq Banka ödənilməlidir. Məhkəmə hesab edir ki, iddianın faiz borcunun tələb edilməsi hissəsində qismən təmin edilməlidir. Belə ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə «BOS ŞELF” MMC arasında bağlanmış 22 aprel 2020-ci il tarixli 104.CL.220420.00001/b saylı kredit müqaviləsinin 2.1-ci maddəsinə əsasən borcalan istifadə etdiyi kreditə görə Kreditora illik 1 (bir) faiz ödəyir. Müqavilənin müddətinin 6 aylıq olmasını və 5.1-ci maddəsini nəzərə alaraq məhkəmə iddiaçının faiz borcunun 10.000 ABŞ dolları hissəsinin tələb etməsində haqlı hesab edir. Belə ki, müqavilənin 5.1-ci maddəsinə əsasən borcalan aldığı krediti bu müqavilənin 1 saylı Əlavəsində göstərilmiş cədvələ uyğun ödəməyə borcludur. Müqavilənin 1 saylı əlavəsində fazi borcu 10.000 ABŞ dolları məbləğində hesablanmışdır. Bundan başqa da, sadə riyazi hesablama ilə illik faizin 1 faiz olmasını nəzərə alaraq 6 ay üçün 0,5 faiz hesablanmaqla, müqavilənin müddətinin bitmə tarixinə borc 10.000 ABŞ dolları (2.000.000 x0,5 %) təşkil edir. Məhkəmə hesab edir ki, iddia dəbbə borcunun tələb edilməsi hissəsində əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir. Hazırki işin hallarından görünür ki, cavabdehin 2.000.000 AB, dolları olduğu mübahisəli olmayan əsas borcuna münasibətdə iddiaçı 18.389 (on səkkiz min üç yüz səksən doqquz) ABŞ dolları məbləğində cərimə hesablayıb tələb etmişdir və məhkəmənin qənaətinə görə həmin məbləğ əsas borca mütənasibdir və cavabdehlərdən müştərək qaydada tutulmalıdır. Məhkəmə iddianın Mülki Məcəllənin 445.7-ci maddəsinə istinad etməklə 48.334 (qırx səkkiz min üç yüz otuz dörd) ABŞ dolları məbləğində pulun tələb edilməsi hissəsi ilə bağlı aşağıdakıları eyd edir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçı Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən faizlərin ödənilməsini tələb etməkdə qismən haqlıdır. Eyni zamanda iddiaçı daha böyük məbləği tələb etmək üçün digər əsasları sübut edə bilmədiyi üçün gecikdirilmiş vaxt üçün illik beş faizin ödənilməsini tələb edə bilər. Məhkəmə hesab edir ki, iddia bu hissədə də əsaslıdır. Belə ki, müqavilənin müddətinin xx.xx.2020-ci il tarixdə bitməsini və maliyyə arayışının xx.xx.2021-ci olmasını nəzərə alsaq görünür ki, 6 ay müddət keçmişdir. Bu halda isə əsas borca illik 5 faiz üzrə hesablanmalı olan məbləğ 2000.000x5%=100.000 (1 il üçün) 100.000/2=50.000 ABŞ dolları (6 ay üçün) təşkil edir. Belə olan halda, iddiaçının iddiasında əsas borca illik 5 faiz hesablanmaqla tutulmalı olan məbləğin 48.334 ABŞ dolları olmasını nəzərə alaraq məhkləmə hesab edir ki, sonuncu məbləğ cavabdehlərdən müştərək qaydada tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 1.856 (bir min səkkiz yüz əlli) manat məbləğində pul vəsaiti də cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2020-ci il tarixli 104.LN.2005.220420.00001 saylı Krеdit müqaviləsi üzrə 2.000.000 (iki milyon) ABŞ dolları əsas, 10.000 (on min) ABŞ dolları faiz, 18.389 (on səkkiz min üç yüz səksən doqquz) ABŞ dolları cərimə, əsas borca illik 5 faiz hesablanmaqla 48.334 (qırx səkkiz min üç yüz otuz dörd) ABŞ dolları, cəmi 2.076.723 (iki milyon yetmiş altı min yeddiz yüz iyirmi üç) ABŞ dolları məbləğində pul ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata nisbətən məzənnəsi nəzərə alınmaqla azərbaycan manatı ilə "Bos Şelf” Məhdud Məsuliyyətli Cəmiyyəti və Zamin Şirkətinin Azərbaycan Respublikasındakı filialından müştərək qaydada tutularaq LPO İddiaçı ASC-yə ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 1.856,40 (bir min səkkiz yüz əlli altı manat qırx qəpik) manat məbləğində pul "Bos Şelf” Məhdud Məsuliyyətli Cəmiyyəti və Zamin Şirkətinin Azərbaycan Respublikasındakı filialından müştərək qaydada tutularaq LPO İddiaçı ASC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-1668/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1668/2022
16.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver