Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1669/2022 19.05.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Ələkbərova Gülcan Maşallah qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh şəxsi bank hesabında olan qalıq vəsaitindən artıq miqdarda xərclədiyi 358,18 manat məbləğində bоrcun və 10,4 manat məbləğində dövlət rüsumunun və 20 manat məbləğində ödənilmiş mediasiyaya dair xərcin tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə fiziki şəxs Cavabdeh arasında bağlanmış 27 iyun 2018-ci il tariхli bank hesabı və biznes kart xidmətlərinin göstərilməsi haqqında müqaviləyə əsasən onun adına plastik kart hesabı açılmışdır. Müqavilənin şərtlərinə uyğun olaraq hesab sahibi olan Cavabdeh açılmış AZ16AZEN******************** saylı plastik kart hesabına daxil olan pul vəsaitlərini qəbul etməyi və hesaba salmağı, hesabdan pul vəsaitlərini köçürməyi və verməyi, habelə hesab üzrə digər əməliyyatların aparılmasına dair imkan yaradılır. Bu müqavilənin şərtlətinə əsasən hesab üzrə əməliyyatlar hesabda mövcud olan pul vəsaiti həcmində aparılır. Həmin vəsaitin həcmindən artıq məbləğ istifadə edildikdə texniki Overdraft yaranır (Overdraft - hesabda olan qalıq vəsaitdən artıq miqdarda vəsaitin xərclənməsi) və hesab sahibi bankın tələbi ilə müvafiq vəsaiti banka dərhal qaytarmalıdır. Lakin Cavabdeh tərəfindən plastik kart hesabında olan vəsitin həcmindən artıq məbləğdə vəsait istifadə edilib və vaxtında banka ödəniş edilməmiş, yəni öhdəlik yarandığı tarixdən bu günədək öhdəliyi icra etməyərək müqavilənin 4.10-cu və 4.12-ci bəndlərini pоzmuşdur. Belə ki, 12.11.2020-ci il tarixə Cavabdeh cari hesabında 359.53 manat pul vəsaiti var idi. Borclunun kart hesabı vasitəsi ilə cəmi 717.71 manat məbləğində müəyyən əməliyyatlar aparmışdır. Həmin əməliyyatlar bunlardan ibarətdir: 359.53 manat məbləğində vergi ödənişləri silinmiş, 336.98 manat məbləğində online vasitəsi ilə ticarət edilmiş, həmçinin 21.2 (bundan 0.2 azn xidmət haqqı) manat məbləğində hesabdan nağd şəkildə terminal vasitəsi ilə çıxarılmışdır. Vergi ödənişləri və edilmiş online ticarət online qaydada hesabdan silinmişdir. Bütün online silinmələrin təsdiqi barədə məlumatlar ən gec 30 gün ərzində göndərilir və sonra silinmə aparılır, silinmə təsdiqlənməyincə cari hesabda pulun silinməsi əks olunmur və balans qalığı yenilənmir. Odur ki, həmin vergi və online ticarət ödənişlərinin silinməsi təsdiq edilənə kimi borclu hesabdan pul vəsaiti çıxarmışdır. Ona görə də, pul vəsaiti kartdan çıxarıldığından silinmənin təsdiqi aparılan zaman hesabda kifayət qədər pul vəsaiti olmadığına görə silinmə bank hesabından aparılmış və bu səbəbdən də 358.18 manat məbləğində overdraft yaranmışdır. Odur ki, Cavabdeh vergi ödəyicisi olaraq onun hesabından vergi ödənişlərinin aparılacağı barədə məlumatlandırılır və buna görə borclu online ticarət və hesabdan pul vəsaiti məxaric etməməli idi. Həmçinin, yuxarıda qeyd olunan halların (ödənişlərin online qaydada silinməsi və daha sonra təsdiqlənməsi) baş verməsi ölkədaxili əməliyyat sistemlərində (Azəricard, Millikart, Visa, Mastercard) mövcud olan nöqsanlar səbəbindən baş verir və gələcəkdə bu cür halların baş verməməsi üçün təkmilləşdirmə işləri aparılır. Cavabdehə xəbərdarlıq məktubu təqdim edilərək ona mübahisənin məhkəməyə qədər nizama saılnması təklif edilmişdir. Həmçinin, cavabdehə dəfələrlə edilmiş şifahi хəbərdarlıqlara baxmayaraq üzərinə düşdüyü öhdəlikləri icra etməmişdir. 28 fevral 2022-ci il tarixinə borclunun bank hesabı və biznes kart xidmətlərinin göstərilməsi haqqında müqaviləyə əsasən yaranmış overdraft üzrə 358.18 manat məbləğində əsas bоrcu yaranmışdır. Bank hesabı və biznes kart xidmətlərinin göstərilməsi haqqında müqaviləsinin şərtlərinə əsasən hesab sahibi müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada hesabda olan qalıq vəsaitdən artıq miqdarda istifadə etdiyi məbləği və banka dəymiş ziyan üzrə ödənişləri banka ödənilməsini öhdəsinə götürür. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş: İddiaçı ASC (bank) ilə Cavabdeh (hesab sahibi) arasında bağlanmış 27 iyun 2018-ci il tarixli, bank hesabı və biznes kart xidmətlərinin göstərilməsi haqqında 544331/20180627 saylı müqavilədən görünür ki, müqaviləyə görə bank, hesab sahibinə hesab açmağı, açılmış hesaba daxil olan pul vəsaitlərini qəbul etməyi və hesaba salmağı, hesabdan pul vəsaitlərini köçürməyi və verməyi, habelə hesab üzrə digər əməliyyatların aparılmasına dair hesab sahibinin sərəncamlarını yerinə yetirməyi öhdəsinə götürür. Həmin müqavilənin: 4.10-cu maddəsinə əsasən hesab üzrə əməliyyatlar hesabda mövcud olan pul vəsaiti həcmində aparılır. Həmin vəsait həcmindən artıq istifadə edildikdə texniki overdraft (hesabda olan qalıq vəsaitdən artıq miqdarda vəsaitin xərclənməsi) yaranır və hesab sahibi bankın tələbi ilə müvafiq vəsaiti banka qaytarmalıdır. Hesab üzrə overdraft yarandıqdan sonra növbəti günlərdə həmin hesabda kifayət qədər pul vəsaiti olduqda, yaranmış borc məbləği bank tərəfindən hesab sahibinin hesabından akseptsiz qaydada silinir. Bank, yaranmış overdraft üzrə borc məbləğini hesab sahibinin bankda olan digər hesablardan da akseptsiz qaydada silə bilər. 4.12-ci maddəsinə əsasən overdraft baş verdiyi hallarda, hesab sahibinin sərəncamı olmadan akseptsiz qaydada silmək üçün onun hesabında pul vəsaiti kifayət qədər olmadıqda, yaranmış borcu hesab sahibi 30 təqvim günü müddətində banka qaytarmalıdır. 8.1-ci maddəsinə əsasən müqavilə imzalandığı tarixdən qüvvəyə minir və qeyrimüəyyən müddətə qüvvədə olur. Müqavilə hesab sahibinin imzası və bankın imzası və möhürü ilə təsdiq edilmişdir. 12.11.2020-28.01.2021-ci illəri əhatə edən dövrdə aparılan müxtəlif period əməliyyatlarla təsdiq edilir ki, Cavabdeh AZ16AZEN******************** saylı bank hesabındakı qalıq pul vəsaiti 12.11.2020-ci il tarixə 359,53 manat, 28.01.2021-ci il tarixə isə qalıq -358,18 manat təşkil edir. İddiaçı ASC tərəfindən verilmiş 16.02.2022-ci il tarixli maliyyə arayışı ilə təsdiq edilir ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış Bank hesabı müqaviləsinə əsasən plastik kart hesabı açılmış, 16.02.2022-ci il tarixə Cavabdeh AZ16AZEN******************** saylı bank hesabında olan qalıq vəsaitindən artıq miqdarda (overdraft hesabına) istifadə edilmiş vəsait üzrə 358,18 manat borcu vardır. İddiaçı ASC tərəfindən Cavabdeh ünvanlanmış 12.03.2021-ci il tarixli, 001/026/1131/2021 nömrəli xəbərdarlıq məktubundan görünür ki, cari kart hesabında overdraft nəticəsində yaranmış 358,18 manat borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə borcun tutulması tələbi ilə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ASC ilə Cavabdeh arasında 27 iyun 2018-ci il tarixli, bank hesabı və biznes kart xidmətlərinin göstərilməsi haqqında 544331/20180627 saylı müqavilə bağlanmışdır. İddiaçı ASC Cavabdeh müqavilədə müəyyən edilmiş şərtlərlə plastik kart hesabı açmaqla, göstərilən müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etmişdir. Cavabdeh tərəfindən plastik kart hesabında olan vəsaitin həcmindən artıq məbləğdə vəsaitdən (358,18 manat) istifadə edilmişdir. Hazırda İddiaçı ASC hesabda olan vəsaitindən artıq miqdarda (overdraft hesabına) istifadə edilmiş 358,18 manat məbləğində pul vəsaitinin geri qaytarılmasını tələb edir. Mülki Məcəllənin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 954.1-cü maddəsinə görə bank hesabı müqaviləsinə görə bank müştəriyə (hesabın sahibinə) açılmış hesaba daxil olan pul vəsaitini qəbul etməyi və hesaba salmağı, hesabdan müvafiq məbləğlərin köçürülməsinə və verilməsinə, hesab üzrə digər əməliyyatların aparılmasına dair müştərinin sərəncamlarını yerinə yetirməyi öhdəsinə götürür. Belə olan halda məhkəmə 27 iyun 2018-ci il tarixli, bank hesabı və biznes kart xidmətlərinin göstərilməsi haqqında 544331/20180627 saylı müqavilə üzrə Cavabdeh iddiaçı "xxxx" ASC-yə bank hesabında olan qalıq vəsaitindən artıq miqdarda (overdraft hesabına) istifadə edilmiş vəsait üzrə 358,18 manat borcunun yarandığını, iddiaçının isə həmin müqavilənin 4.10-cu bəndinə əsasən həmin vəsaitin qaytarılmasını tələb etmək hüququna malik olduğunu nəzərə alaraq hesab edir ki, iddiaçı Cavabdeh şəxsi bank hesabında olan qalıq vəsaitindən artıq miqdarda xərclədiyi 358,18 manat məbləğində bоrcun tutulması barədə İddiaçı ASC-nin iddiası əsaslıdır. “Mediasiya haqqında” AR Qanununun 36.5-ci maddəsinə görə “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iddia verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 10,40 manat, eləcə də cavabdeh ilkin mediasiya sessiyasında iştirak etmədiyindən iddiaçının çəkdiyi mediasiya xərclərinin əvəzi olaraq 20 manat, cəmi 30,40 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 358,18 (üç yüz əlli səkkiz manat on səkkiz qəpik) məbləğində borc tutularaq, mediasiya xərclərinin əvəzi olaraq 20 (iyirmi) manat və dövlət rüsumunun əvəzi olaraq 10,4 manat (on manat qırx qəpik) məbləğində pul vəsaiti tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-1669/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1669/2022
19.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver