Məhkəmə qərarları › İş №e-2-2(113)-1672/2020

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-1672/2020

14.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-1672/2020 14.08.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Səfərli Arzu Mahir qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh2, Cavabdeh3 Nazim qızının iştirakları ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh3 Nazim qızına qarşı “kreditin, ona hesablanmış faiz və cərimənin qaytarılması, tələbin girov qoyulmuş əmlaka yönəldilməsi” tələbinə dair iqtisadi işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh2, Cavabdeh3 Nazim qızı, Cavabdeh1 qarşı “kreditin, ona hesablanmış faiz və cərimənin qaytarılması, tələbin girov qoyulmuş əmlaka yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, birgə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 H162KK14 saylı müqavilə üzrə 46513 manat əsas, 39584,41 manat faiz, 475097,65 manat cərimə olmaqla, cəmi 561195,06 manat məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq banka ödənilməsi, qeyd edilən vəsaitlərin ödənilməsini təmin etmək məqsədi ilə tələbin xx xxxxxxx 2014-cü il tarixli M1-H16KK14 saylı ipoteka müqaviləsinə əsasən, Cavabdeh2 mülkiyyətində olan ünvan 1 blok C ünvanında yerləşən qeyri-yaşayış sahəsinə, x xxxxxx 2017-ci il tarixli 3M-1207 nömrəli İpoteka müqaviləsinə əsasən Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsi, ev 47/13 ünvanında yerləşən 29 nömrəli mənzilə x xxxxxx 2017-ci il tarixli 3M-1208 nömrəli ipoteka müqaviləsinə əsasən, Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsi, ev 47/13 ünvanında yerləşən 30 nömrəli mənzilə yönəldilməsi, həmin daşınmaz əmlakların açıq hərracda satılması və əldə olunan vəsaitlərin birgə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 banka olan borclarının ödənilməsinə yönəldilməsi, satışdan əldə olunan vəsaitlər tələbin ödənilməsi üçün yetərli olmadıqda və ya hər hansı səbəbdən ipoteka predmetinə tutma yönəldilməsinin icrası mümkün olmadıqda borcun qalıq hissəsinin cavabdehlərdən tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə araşdırması zamanı iddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 H162KK14 saylı müqavilə üzrə 96385,72 manat əsas, 42101,15 manat faiz, 475097,65 manat cərimə olmaqla, cəmi 613584,52 manat məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq banka ödənilməsi, qeyd edilən vəsaitlərin ödənilməsini təmin etmək məqsədi ilə tələbin xx xxxxxxx 2014-cü il tarixli M1-H16KK14 saylı ipoteka müqaviləsinə əsasən, Cavabdeh2 mülkiyyətində olan ünvan 1 blok C ünvanında yerləşən qeyri-yaşayış sahəsinə, x xxxxxx 2017-ci il tarixli 3M- 1207 nömrəli İpoteka müqaviləsinə əsasən Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsi, ev 47/13 ünvanında yerləşən 29 nömrəli mənzilə x xxxxxx 2017-ci il tarixli 3M-1208 nömrəli ipoteka müqaviləsinə əsasən, Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsi, ev 47/13 ünvanında yerləşən 30 nömrəli mənzilə yönəldilməsi, həmin daşınmaz əmlakların açıq hərracda satılması və əldə olunan vəsaitlərin birgə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 banka olan borclarının ödənilməsinə yönəldilməsi, satışdan əldə olunan vəsaitlər tələbin ödənilməsi üçün yetərli olmadıqda və ya hər hansı səbəbdən ipoteka predmetinə tutma yönəldilməsinin icrası mümkün olmadıqda borcun qalıq hissəsinin cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. xx.xx.2020-ci il tarixdə keçirilən məhkəmə iclasında iddiaçının nümayəndəsi barışıq sazişi təqdim edərək, tərəflər arasında bağlanmış barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehlər barışıq sazişinin şərtləri ilə razı olduqlarını və barışıq sazişinin təsdiq edilməsinə etiraz etmədiklərini bildirdilər. Məhkəməyə təqdim edilmiş, xx.xx.2020-ci il tarixli barışıq sazişindən görünür ki, tərəflər aşağıdakı şərtlərlə barışığa gəlmişlər:

1. Müqavilə üzrə əsas borclu Cavabdeh2 xx xxxxxxx 2014-cü il tarixli H162KK14 nömrəli kredit müqaviləsi və xx.xx.2017-ci il tarixdə bağlanmış razılaşmanın şərtlərini tam qəbul edir, həmin müqavilə və razılaşma üzrə yaranmış 96385.72 (doxsan alt min üç yüz səksən beş manat yetmiş iki qəpik) manat əsas, 42101,15 (qırx iki min yüz bir manat on beş qəpik) manat faiz, 475097,65 (dörd yüz yetmiş beş min doxsan yeddi manat altmış beş qəpik) manat cərimə olmaqla, cəmi 613584,52 (altı yüz on üç min beş yüz səksən dörd manat əlli iki qəpik) manat İddiaçı ASC-yə borcu olduğunu etiraf edir.

2. Bank, borclu Cavabdeh2 tərəfindən bu sazişin 3 və 4-cü bəndlərində qeyd olunan şərtlərə əməl edildiyi təqdirdə, müqavilə üzrə hesablanmış 42101,15 (qırx iki min yüz bir manat on beş qəpik) manat faiz borcunun 30000 (otuz min) manat hissəsini və cərimə borcunu tam güzəşt etməyi öz öhdəsinə götürür.

3. Bu saziş ilə 2-ci bəndə qeyd olunan güzəştlər nəzərə alındıqdan sonra ödənilməli məbləğ 108486,87 (yüz səkkiz min dörd yüz səksən altı manat səksən yeddi qəpik) manat təşkil edir.

4. Borclu bu sazişin 3-cü bəndində göstərilən məbləğdən ilkin olaraq 5000 (beş min) manat saziş imzalandığı gün, qalan 103486,87 (yüz üç min dörd yüz səksən altı manat səksən yeddi qəpik) manat məbləği isə tam qurtaranadək hər ay 4000 (dörd min) manat olmaqla qaytarmağı öhdəsinə götürür.

5. Borclular tərəfindən bu sazişin şərtlərinə əməl edilməzsə və aylqı ödəniş 30 iş günündən artıq gecikdirilərsə, a. güzəşt edilmiş 30000 (otuz min) manat faiz və 475097,65 (dörd yüz yetmiş beş min doxsan yeddi manat altmış beş qəpik) manat cərimə borcu bərpa edilir və qalıq borc məbləği ilə birlikdə tam olaraq ödənilir. b. Borcun ödənilməsi məqsədi ilə ipoteka predmetləri Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsi, ev 47/13 ünvanında yerləşən 29 nömrəli mənzil və Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsi, ev 47/13 ünvanında yerləşən 30 nömrəli mənzillər açıq hərracda satılır və əldə olunan vəsaitlər hesabına borc məbləği ödənilir, satışdan əldə olunan vəsaitlər tələbin ödənilməsi üçün yetərli olmaqdıqda və ya hər hansı səbəbdən ipoteka predmetlərinə tutma yönəldilməsi mümkün olmadıqda borcun qalıq hissəsi borcludan tutulur. Mənzillər satıldıqdan sonra borclular 1 ay ərzində oranı tərk edirlər.

6. Tərəflər razılaşırlar ki, bu sazişdə əks olunmayan digər məsələlər Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimlənəcəkdir.

7. Tərəflər öhdələrinə götürürlərki, mülki mübahisə üzrə tərəflərin çəkdikləri xərclər özlərinə aid ediləcəkdir və bu barədə qarşı tərəfə qarşı hər hansı iddia irəli sürməyəcəklər.

8. Bu barışıq sazişi tərəflərin iradə ifadəsini əks etdirir.

9. Bu barışıq sazişi üzrə götürülmüş öhdəliklərin icrası tərəflər üçün məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən İddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən, Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə məhkəmə iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 262.5-ci maddəsinə əsasən, iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Məhkəmə tərəfindən tərəflərə aralarında barışıq sazişinin təsdiq edilməsi ilə əlaqədar iş üzrə icraata xitam verilməsinin prosessual nəticələri izah edilmişdir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, tərəflərin barışıq sazişi bağlaması qanunazidd deyildir və hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, ona görə də tərəflər arasında bağlanılmış barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməli və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.5-ci maddəsinə əsasən, iş üzrə icraatına xitam verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.4-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.5, 263-264, 267- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh3 Nazim qızına qarşı “kreditin, ona hesablanmış faiz və cərimənin qaytarılması, tələbin girov qoyulmuş əmlaka yönəldilməsi” tələbinə dair iddiası üzrə tərəflər arasında bağlanmış barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilsin:

1. Müqavilə üzrə əsas borclu Cavabdeh2 xx xxxxxxx 2014-cü il tarixli H162KK14 nömrəli kredit müqaviləsi və xx.xx.2017-ci il tarixdə bağlanmış razılaşmanın şərtlərini tam qəbul edir, həmin müqavilə və razılaşma üzrə yaranmış 96385.72 (doxsan alt min üç yüz səksən beş manat yetmiş iki qəpik) manat əsas, 42101,15 (qırx iki min yüz bir manat on beş qəpik) manat faiz, 475097,65 (dörd yüz yetmiş beş min doxsan yeddi manat altmış beş qəpik) manat cərimə olmaqla, cəmi 613584,52 (altı yüz on üç min beş yüz səksən dörd manat əlli iki qəpik) manat İddiaçı ASC-yə borcu olduğunu etiraf edir.

2. Bank, borclu Cavabdeh2 tərəfindən bu sazişin 3 və 4-cü bəndlərində qeyd olunan şərtlərə əməl edildiyi təqdirdə, müqavilə üzrə hesablanmış 42101,15 (qırx iki min yüz bir manat on beş qəpik) manat faiz borcunun 30000 (otuz min) manat hissəsini və cərimə borcunu tam güzəşt etməyi öz öhdəsinə götürür.

3. Bu saziş ilə 2-ci bəndə qeyd olunan güzəştlər nəzərə alındıqdan sonra ödənilməli məbləğ 108486,87 (yüz səkkiz min dörd yüz səksən altı manat səksən yeddi qəpik) manat təşkil edir.

4. Borclu bu sazişin 3-cü bəndində göstərilən məbləğdən ilkin olaraq 5000 (beş min) manat saziş imzalandığı gün, qalan 103486,87 (yüz üç min dörd yüz səksən altı manat səksən yeddi qəpik) manat məbləği isə tam qurtaranadək hər ay 4000 (dörd min) manat olmaqla qaytarmağı öhdəsinə götürür.

5. Borclular tərəfindən bu sazişin şərtlərinə əməl edilməzsə və aylqı ödəniş 30 iş günündən artıq gecikdirilərsə, a. güzəşt edilmiş 30000 (otuz min) manat faiz və 475097,65 (dörd yüz yetmiş beş min doxsan yeddi manat altmış beş qəpik) manat cərimə borcu bərpa edilir və qalıq borc məbləği ilə birlikdə tam olaraq ödənilir. b. Borcun ödənilməsi məqsədi ilə ipoteka predmetləri Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsi, ev 47/13 ünvanında yerləşən 29 nömrəli mənzil və Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsi, ev 47/13 ünvanında yerləşən 30 nömrəli mənzillər açıq hərracda satılır və əldə olunan vəsaitlər hesabına borc məbləği ödənilir, satışdan əldə olunan vəsaitlər tələbin ödənilməsi üçün yetərli olmaqdıqda və ya hər hansı səbəbdən ipoteka predmetlərinə tutma yönəldilməsi mümkün olmadıqda borcun qalıq hissəsi borcludan tutulur. Mənzillər satıldıqdan sonra borclular 1 ay ərzində oranı tərk edirlər.

6. Tərəflər razılaşırlar ki, bu sazişdə əks olunmayan digər məsələlər Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimlənəcəkdir.

7. Tərəflər öhdələrinə götürürlərki, mülki mübahisə üzrə tərəflərin çəkdikləri xərclər özlərinə aid ediləcəkdir və bu barədə qarşı tərəfə qarşı hər hansı iddia irəli sürməyəcəklər.

8. Bu barışıq sazişi tərəflərin iradə ifadəsini əks etdirir.

9. Bu barışıq sazişi üzrə götürülmüş öhdəliklərin icrası tərəflər üçün məcburidir. Barışıq sazişi təsdiq edildiyinə görə iş üzrə icraata xitam verilsin. İddiaçı ASC tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçıya geri qaytarılsın. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər.

Sədrlik edən Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar