Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1675/2024 29.08.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: kredit müqaviləsi, borcun ödənilməsi) Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, Cavabdeh3 iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı borcun tutulması tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:
1. İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 2682,01 manat əsas, 1437,21 manat faiz, 3597,88 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 381,47 manat faiz borcu və iş üzrə ödənilmiş 100,99 manat dövlət rüsumunun tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin Xətai filialı ilə Cavabdeh3 arasında bağlanmış ********* nömrəli, xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən dövriyyə vəsaitinin artırılması məqsədilə cavabdehə illik 25% dərəcəsi ilə, 18 ay müddətinə 4750 (dörd min yeddi yüz əlli) ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh3 kredit verilərkən Cavabdeh2 və Cavabdeh4 ilə bank arasında ZM-280013076 nömrəli, xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.2-ci bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin və ya zaminlər kreditor qarşısında borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. Kredit və zaminlik müqavilələri üzrə bağlanmış 01 saylı, xx.xx.2017-ci il tarixli əlavə sazişlərə əsasən borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı konvertasiya edilməklə (1USD = 1.40 manat) 4406,70 manat təşkil etmişdir. Kreditin müddəti xx.xx.2021-ci il tarixədək uzadılmışdır. Kredit üzrə borcalan tərəfindən bu əlavə saziş imzalandığı tarixdən etibarən illik 17% ödənilməli idi. Müqavilənin müvafiq bəndinə əsasən borcalan ödəniş qrafikində nəzərdə tutulmuş müddətlərdə kredit üzrə hesablanmış faizləri və cərimələri, habelə tariflərə uyğun olaraq komissiya haqlarını, çıxarış və arayışların borcalana verilməsi və ya borcalanın adından göndərilməsi üzrə xərcləri kreditora vaxtında və tam olaraq ödəməyi öhdəliyinə götürmüşdür. Müqavilədən irəli gələn öhdəliyin vaxtında və lazımi qaydada icra edilməməsi ilə əlaqədar krediti hesablanmış faizlər, cərimə və bu müqaviləyə əsasən ödənilməsi nəzərdə tutulan digər məbləğlər ilə birlikdə qaytarılmasını, dəymiş zərərin, o cümlədən əldən çıxmış faydanın ödənilməsini tələb etməyə bankın hüququ vardır. xx.xx.2023-cü il tarixə Cavabdeh3 cəmi borcu 8098,57 manat təşkil edir. Bundan 2682,01 manat əsas, 1437,21 manat faiz, 3597,88 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 381,47 manat faiz borcu təşkil edir. Müqavilənin müvafiq bəndlərinə əsasən borcalan kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə, kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə bankın hüququ vardır. Müqavilənin şərtlərinin kobud şəkildə pozulması ilə əlaqədar bank tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına və **********433 nömrəli, xx.xx.2023-cü il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdehlər banka heç bir cavab verməmiş və kredit borcunun banka qaytarılmasını təmin etməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi, cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulması bank lisenziyasının ləğvindən əvvəl, yəni bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi.
3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 427.3, 442, 445, 448.1, 449.1, 449.4, 465, 470.1, 472.2, 474.2, 739.1-ci maddələrinə istinad olunmuşdur.
4. Cavabdehlər tərəfindən iddiaya qarşı yazılı etiraz daxil olmamışdır.
5. İş üzrə iddiaçı və digər cavabdehlər Cavabdeh2, Cavabdeh4 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmişlər. İddiaçının nümayəndəsi “AZEMİS“ elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq məhkəmə baxış iclasının onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tədqiq olunan sübutlar:
6. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 izahatında qeyd etmişdir ki, iddia tələbini əsas borc hissəsində qəbul edir, lakin faiz borcu və digər məbləğlərlə razı deyildir.
7. İddiaçı ASC ilə Cavabdeh3 arasında imzalanmış xx.xx.2015-ci il tarixli, ********* nömrəli kredit müqaviləsinin şərtlərindən görünür ki, borcalana 18 (on səkkiz) ay müddətinə illik 25 faiz dərəcəsi ilə 4750 (dörd min yeddi yüz əlli) ABŞ dolları məbləğində kredit verilmişdir.
8. İddiaçı ASC ilə Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 arasında imzalanmış xx.xx.2015-ci il tarixli, 280013076/ZM saylı zaminlik müqaviləsindən görünür ki, 4750 ABŞ dolları təşkil edən kredit məbləği, 18 ay təşkil edən kreditin qaytarılma müddəti, 25% təşkil edən kredit üzrə ödəniləcək illik faiz dərəcəsi, 50% təşkil edən kreditin qaytarılması gecikdirildiyi halda cərimə kimi ödəniləcək illik 4,17% cərimə faizi zaminliklə təmin edilmiş öhdəliklərdir.
9. xx.xx.2015-ci il tarixli, ********* nömrəli kredit müqaviləsinə xx.xx.2017-ci il tarixdə 1 nömrəli Əlavə bağlanmışdır. Əlavədə qeyd edilmişdir ki, 1.1. kredit aşağıdakı şərtlərlə restruktizasiya edilir: borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin əsas məbləğinin qalığı (bundan sonra “restrukturizasiya edilmiş kredit”) manata konvertasiya edilməklə (1 USD = 1.40 AZN) 4406,70 (dörd min dörd yüz altı manat yetmiş qəpik) manat təşkil edir. Restrukturizasiya edilmiş kredit üzrə bu əlavə saziş qüvvəyə minənədək hesablanmış faiz və cərimə borcları (1 USD ~ 1,40 manat) manata konvertasiya edilməklə 2006,20 (iki min altı manat iyirmi qəpik) manat ayrıca hesabda dondurulur. Borcalan tərəfindən öhdəliyi bu sazişə əlavə edilmiş ödəniş qrafiki üzrə 12 (on iki) ay ərzində vaxtında və ya lazımınca icra edildikdə və ümumi gecikmə günlərinin sayı 30 (otuz) gündən çox oimadıqda, dondurulmuş faiz və cərimə borcları 12 (on iki) ayın sonunda kreditor tərəfindən güzəşt edilir. Əgər ödəniş qrafiki üzrə 12 (on iki) ayın sonunda gecikmə günlərinin sayı 30 (otuz) gündən artıq olarsa, dondurulmuş faiz və cərimə borcları güzəşt edilmir və kredit öhdəliyi üzrə ödənişlər ilkin olaraq cərimənin, sonra faizlərin, daha sonra isə əsas məbləğin ödənilməsinə yönəldilir. Restrukturizasiya edilmiş kredit 12 (on iki) aydan öncə tam bağlanarsa, ödənilmiş məbləğ 12 (on iki) ayın yerdə qalan ayları üzrə bu sazişə əlavə edilmiş ödəniş qrafikinə əsasən hesablanacaq faizlər həcmində dondurulmuş faizlərdən silinir və dondurulmuş faizlərin qalan hissəsi kreditor tərəfindən güzəşt edilir. 1.2. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2021-ci il tarixədək uzadılır. Restrukturizasiya edilmiş kredit üzrə borcalan tərəfindən bu əlavə saziş imzalandığı tarixdən etibarən illik 18 (on səkkiz)% ödənilir. Restrukturizasiya edilmiş kredit üzrə planlaşdırılmış faktiki illik faiz dərəcəsi 18 (on səkkiz) faiz təşkil edir.
10. xx.xx.2015-ci il tarixli, ********* nömrəli zaminlik müqaviləsinə xx.xx.2017-ci il tarixdə 1 nömrəli Əlavə bağlanmışdır. Əlavədə qeyd edilmişdir ki, 1.1. borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin əsas məbləğinin qalığı (bundan sonra “restrukturizasiya edilmiş kredit”) manata konvertasiya edilməklə (1 USD = 1.40 AZN) 4406,70 (dörd min dörd yüz altı manat yetmiş qəpik) manat təşkil edir. 1.2. Restrukturizasiya edilmiş kredit üzrə bu əlavə saziş qüvvəyə minənədək hesablanmış faiz və cərimə borcları (1 USD ~ 1,40 manat) manata konvertasiya edilməklə 2006,20 (iki min altı manat iyirmi qəpik) manat ayrıca hesabda dondurulur. Borcalan tərəfindən öhdəliyi bu sazişə əlavə edilmiş ödəniş qrafiki üzrə 12 (on iki) ay ərzində vaxtında və ya lazımınca icra edildikdə və ümumi gecikmə günlərinin sayı 30 (otuz) gündən çox oimadıqda, dondurulmuş faiz və cərimə borcları 12 (on iki) ayın sonunda kreditor tərəfindən güzəşt edilir. Əgər ödəniş qrafiki üzrə 12 (on iki) ayın sonunda gecikmə günlərinin sayı 30 (otuz) gündən artıq olarsa, dondurulmuş faiz və cərimə borcları güzəşt edilmir və kredit öhdəliyi üzrə ödənişlər ilkin olaraq cərimənin, sonra faizlərin, daha sonra isə əsas məbləğin ödənilməsinə yönəldilir. Restrukturizasiya edilmiş kredit 12 (on iki) aydan öncə tam bağlanarsa, ödənilmiş məbləğ 12 (on iki) ayın yerdə qalan ayları üzrə bu sazişə əlavə edilmiş ödəniş qrafikinə əsasən hesablanacaq faizlər həcmində dondurulmuş faizlərdən silinir və dondurulmuş faizlərin qalan hissəsi kreditor tərəfindən güzəşt edilir. 1.3. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2021-ci il tarixədək uzadılır. 1.4. Restrukturizasiya edilmiş kredit üzrə borcalan tərəfindən bu əlavə saziş imzalandığı tarixdən etibarən illik 18 (on səkkiz)% ödənilir. Restrukturizasiya edilmiş kredit üzrə planlaşdırılmış faktiki illik faiz dərəcəsi 18 (on səkkiz) faiz təşkil edir.
11. 06 iyul 2015-ci il tarixli **********96 USD saylı kassa məxaric orderindən məlum olur ki, 4750 ABŞ dolları Cavabdeh3 verilmişdir.
12. 30 dekabr 2023-cü il tarixli **********936 nömrəli maliyyə arayışından görünür ki, 28 fevral 2017-ci il tarixli KM021T02170076S01 saylı kredit müqaviləsi üzrə 26 dekabr 2023-cü il tarixinə 2682,01 manat əsas borc, 1437,21 manat faiz borcu, 3597,88 manat cərimə borcu, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 381,47 manat faiz borcu hesablanmışdır.
13. LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən cavabdehlərə göndərilmiş xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubunda cəmi 6321,47 manat məbləğində borcun 3 (üç) gün ərzində ödənilməsi barədə xəbərdarlıq edilmişdir.
14. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/2367 saylı ekspert rəyindən görünür ki, iş materiallarında olan hesabdan çıxarış məlumatları və xx.xx.2015-ci il tarixli, ********* saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh3 LPO İddiaçı ASC-yə olan borcu müqavilə müddətinin bitdiyi tarixə, yəni xx.xx.2021-ci il tarixə əsas borc üzrə 2687,86 manat, faiz borcu üzrə 975,69 manat; maliyyə arayışında qeyd edilən tarixə, yəni xx.xx.2023-cü il tarixə əsas borc üzrə 2687,86 manat, faiz borcu üzrə 975,69 manat, faiz borcu üzrə (5%lə) 379,29 manat məbləğində müəyyən edilir. Tətbiq edilən hüquq
15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir.
16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi
17. İşin müəyyən olunmuş hallarından göründüyü kimi, İddiaçı ASC ilə Cavabdeh3 arasında xx.xx.2015-ci il tarixli, ********* nömrəli kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən Cavabdeh3 bank tərəfindən 18 (on səkkiz) ay müddətinə illik 25 faiz dərəcəsi ilə 4750 ABŞ dolları məbləğində kredit ayrılmışdır. İddiaçı ASC ilə Cavabdeh3 arasında xx.xx.2015-ci il tarixli, ********* nömrəli kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixdə 1 nömrəli Əlavə bağlanmış və həmin sazişlə tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli, ********* nömrəli kredit müqaviləsinə və ödəniş planına dəyişikliklər edilmiş və kredit qalığı və hesablanmış faizlərin qaytarılması müddətləri uzadılmışdır. Eyni zamanda İddiaçı ASC ilə Cavabdeh4 və Cavabdeh2 arasında xx.xx.2015-ci il tarixli, 280013076/ZM saylı zaminlik müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, ********* nömrəli kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə Cavabdeh4 və Cavabdeh2 bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. Müvafiq olaraq zaminlik müqavilələrinin müddətinin uzadılmasına dair müqavilələr bağlanmışdır. Kreditor kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsə də, borcalan və zaminlər kredit müqaviləsi üzrə öhdəlikləri tam icra etməmiş, bununla da müqavilənin şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşlar.
18. İddia tələbinin bir hissəsini cavabdеhlər Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 2682,01 manat əsas, 1437,21 manat faiz borcunun tutulması təşkil edir.
19. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehlərin (borcalan və zaminlər) müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını, cavabdehin müəyyənləşdirilmiş pul məbləğini iddiaçıya ödəmək vəzifəsi daşımasını, xx.xx.2024-cü il tarixli, 9/2367 saylı ekspert rəyini, MPM-in 218.3-cü maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbi əsas kredit borcunun tutulması hissəsində tam, faiz borcunun tutulması hissəsində isə qismən təmin edilməli, 2682,01 manat (iki min altı yüz səksən iki manat bir qəpik) əsas borc, 975,69 manat (doqquz yüz yetmiş beş manat altmış doqquz qəpik) faiz borcu (rəyə uyğun, müqavilə müddətinin sonuna olan faiz borcu) ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır.
20. İddia tələbinin digər hissəsini cavabdеhlər Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada krеdit razılaşması üzrə 3597,88 manat cərimə borcunun tutulması təşkil edir.
21. Göstərilən tələbə münasibətdə məhkəmə hesab edir ki, borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı müqavilə şərtlərinə əsasən cərimə məbləğinin ödənilməsini tələb etməkdə haqlıdır.
22. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də tərəflərin əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, cərimə məbləği azaldılaraq, kredit razılaşması üzrə 100 (yüz) manat məbləğində müəyyən edilməli, dəbbə pulunun ödənilməsinə dair iddia tələbi qalan hissədə təmin edilməməlidir.
23. İddiaçı kredit müqaviləsi bitəndən sonra illik 5%-lə hesablanmış 381,47 manat məbləğində faiz borcunun cavabdehdən iddiaçının xeyrinə tutulmasını xahiş etmişdir.
24. Məhkəmə hesab edir ki, iddia həmin hissədə də qismən təmin olunmalı, müqavilə müddəti başa çatan tarixdən (xx.xx.2021-ci il) maliyyə arayışında qeyd edilən tarixə (26 dekabr 2023-cü il tarixə) olan müddət üzrə gecikdirilmiş vaxt üçün illik 5% lə hesablanan, ekspert rəyi ilə müəyyən olunan 379,29 manat (əlli bir manat əlli beş qəpik) məbləğində (ekspert rəyinə uyğun) pul ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır.
25. Borc məbləğinin zamin olan Cavabdeh4 və Cavabdeh2 tutulmasına münasibətdə məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinin tələbləri əsas götürülməlidir. Belə ki, həmin maddənin tələbinə əsasən zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir, əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Kredit müqaviləsinin müddəti xx.xx.2021-ci il tarixdə birmişdir. İddiaçı məhkəməyə xx.xx.2024-cü il tarixdə müraciət etmişdir. Göründüyü kimi, qanunla müəyyən edilmiş müddətlər keçdiyi, zaminliyə xitam verildiyi üçün cavabdeh – zaminlərə münasibətdə iddia təmin olunmamalı, iddia Cavabdeh3 münasibətdə göstərilən qaydada qismən təmin olunmalıdır.
26. Eləcə də, iddiaçı 100,99 manat mediasiya xərcinin cavabdehlərdən onun xeyrinə tutulmasını xahiş etmişdir.
27. Məhkəmə hesab edir ki, ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq 51,60 manat (əlli bir manat altmış qəpik) mediasiya xərci Cavabdeh3 tutularaq ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir.
28. Həmçinin iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (iki yüz) manat məbləğində pulun 51,10 manat (əlli bir manat on qəpik) hissəsi Cavabdeh3, 48,90 manat (qırx səkkiz manat doxsan qəpik) hissəsi iddiaçı ləğv prosesində İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülməlidir.
29. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh3 2682,01 manat (iki min altı yüz səksən iki manat bir qəpik) əsas borc, 975,69 manat (doqquz yüz yetmiş beş manat altmış doqquz qəpik) faiz borcu, 100 (yüz) manat cərimə, kredit müqaviləsinin müddəti bitəndən sonra hesablanmış 379,29 (üç yüz yetmiş doqquz manat iyirmi doqquz qəpik) faiz məbləği, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 51,60 manat (əlli bir manat altmış qəpik) olmaqla, ümumilikdə 4188,59 manat (dörd min yüz səkəsn səkkiz manat əlli doqquz qəpik) məbləğində pul vəsaiti iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. İddia Cavabdeh2 və Cavabdeh4 münasibətdə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (iki yüz) manat məbləğində pulun 51,10 manat (əlli bir manat on qəpik) hissəsi Cavabdeh3, 48,90 manat (qırx səkkiz manat doxsan qəpik) hissəsi iddiaçı ləğv prosesində İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülsün. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Zeynəb Axundova