Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1678/2024 19.04.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı X1 Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: icarə müqaviləsi, mediasiya xərci) Bakı Kommersiya Məhkəməsinin hakimi Namazova Günay Rüstəm qızı, İddiaçı X1 Cavabdeh MMC-yə qarşı borcun ödənilməsi tələbi barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı X3 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh "xxxx" MMC ilə aralarında 16 fevral 2022-ci il tarixində bağlanmış icarə müqaviləsinə əsasən, 3675 manat icarə haqqı borcu və gecikdirilmiş günlər üçün 200 manat məbləğində pul olmaqla, cəmi 3875 manat məbləğində pul, habelə 60 manat məbləğində mediasiya xərclərinin cavabdeh "xxxx" MMC-dən tutularaq iddiaçı X2 ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixində X3 (“İcarəyə verən”) və "xxxx" MMC (“İcarəçi”) arasında bağlanan İcarə müqaviləsinə əsasən “İcarəyə verən”,“İcarəçi”yə Bakı şəhəri, Xətai rayonu, Bakı Ağ şəhər layihəsinin BW- 30-31-32-33 torpaq sahəsində yerləşən 7-ci mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsi, 2 saylı 104.25 kv.m olan qeyri yaşayış sahəsini icarəyə vermiş, “İcarəçi” isə ilk 6 ay təmir üçün güzəştli, vergilər daxil olmaqla 500 manat, xx.xx.2022-ci il tarixindən aylıq icarə haqqı vergilər daxil 2000 manat hər ay icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. Belə ki, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli icarə müqaviləsi üzrə göndərilmiş elektron qaimələr üzrə aşağıdakı ödənişlər olunmuşdur: - 389499 saylı, xx.xx.2022-ci il tarixli və 356513 saylı, xx.xx.2022-ci il tarixli elektron qaimələr üzrə 2022-ci il sentyabr və oktyabr ayları üçün xx.xx.2022-ci ildə 3440 AZN; - 914340 saylı, xx.xx.2022-ci il tarixli və 266992 saylı, xx.xx.2022-ci il tarixli elektron qaimələr üzrə cavabdeh tərəfindən 2022-ci il noyabr və dekabr ayları üçün 3440 AZN; - 426268 saylı, xx.xx.2023-cü il tarixli və 248246 saylı, xx.xx.2023-cü il tarixli elektron qaimə üzrə cavabdeh tərəfindən 2023-cü il yanvar və fevral ayları üçün 3440 AZN; - 913433 saylı, xx.xx.2023-cü il tarixli elektron qaimə üzrə cavabdeh tərəfindən 2023-cü il mart ayı üçün 1720 AZN; - 751706 saylı, xx.xx.2023-cü il tarixli elektron qaimə üzrə cavabdeh tərəfindən 2023-cü il aprel ayı üçün 1720 AZN; - 638548 saylı, xx.xx.2023-cü il tarixli elektron qaimə üzrə cavabdeh tərəfindən 2023-cü il may ayı üçün 1720 AZN; - 953841 saylı, xx.xx.2023-cü il tarixli elektron qaimə üzrə cavabdeh tərəfindən 2023-cü il iyun ayı üçün 1720 AZN; - 970163 saylı, xx.xx.2023-cü il tarixlielektron qaimə üzrə cavabdeh tərəfindən 2023-cü il iyulayı üçün 1485 AZN. Müqavilə üzrə 18 685 manat icarə haqqı icarə haqqı ödənilsə də, 2023-cü ilin iyul, avqust və sentyabr ayı üzrə icarə haqqı ödənişləri olunmamışdır. Belə ki, 970163 saylı, xx.xx.2023cü il tarixli elektron qaimə üzrə 2023-cü ilin iyul ayı üçün 235 AZN; 125224 saylı, xx.xx.2023-cü il tarixli elektron qaimə üzrə 2023-cü ilin avqust ayı üçün 1720 AZN; 382012 saylı, xx.xx.2023-cü il tarixli elektron qaimə üzrə 2023-cü ilin sentyabr ayı üçün 1720 AZN məbləğində icarə haqqı cavabdeh tərəfindən ödənilməmişdir. Ümumilikdə cavabdeh tərəfindən 3675 manat məbləğində icarə haqqı ödənilməmişdir. Borcun ödənilməsi ilə bağlı iddiaçıtərəfindən cavabdehə “Mediasiya prosesin tətbiqi barədə Təklif” göndərilsə də, cavabdehin “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” xx.xx.2024-cü il tarixli MŞB/18/2023-01657 saylı Arayış iddiaçıya verilmiş və mediasiya xidmətinin göstərilməsinə görə iddiaçı tərəfindən 60 manat məbləğində mediasiya xərcləri ödənilmişdir. Eyni zamanda xx.xx.2023-cü il tarixində iddiaçı tərəfindən cavabdehə elektron məhkəmə portalı və onlayn kargüzarlıq vasitəsilə Pretenziya məktubu göndərilmiş və 3 gün müddətində müqavilə öhdəliklərinin icra olunması tələb edilmişdir. Lakin bu günə kimicavabdeh tərəfindən heç bir ödəniş edilməmişdir. Buna görə də, iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı tərəfindən cavabdehə icarə müqaviləsinin xx.xx.2023-cü il tarixindən ləğv olunması şərtilə xx.xx.2023-cü il tarixli xitam bildirişi göndərilmişdir.
II. Məhkəmə baxışının hədləri:
3. Mülki Prosessual Məcəllənin: -284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. -284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. -Məhkəmə iddiaçının kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxılması barədə ərizə ilə məhkəmə müraciət etdiyini, eləcə də təqdim edilmiş sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini nəzərə alaraq hazırkı işə MPM-in yuxarıda göstərilən maddələrinin tələblərinə əsasən təqdim edilmiş sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan - sadələşdirilmiş qaydada baxılmasını mümkün hesab etmişdir. -Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehlərə rəsmi qaydada bildirişlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır.
III. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
4. İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli icarə müqaviləsinə əsasən:
5. Müqavilənin 1.1-ci bəndinə əsasən müqavilə üzrə icarəyə verən ona məxsus aşağıda göstərilən sahəni icarəçiyə verir. İcarəçi isə icarə haqqını ödəməyi öhdəsinə götürür.
6. Müqavilənin 1.2-ci bəndinə əsasən sahənin yerləşdiyi ünvan: Bakı şəhəri, Xətai rayonu, Bakı Ağ Şəhər layihəsinin BW-30-31-32-33 torpa sahəsində yerləşən 7 mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsi, 2 saylı qeyri-yaşayış sahəsi.
7. Müqavilənin 1.3-cü bəndinə əsasən obyaktin icarə sahəsi: 104,25 kv.m. təşkil edir.
8. Müqavilənin 2.1-ci bəndinə əsasən müqavilə xx.xx.2022-ci il tarixdən qüvvəyə minir.
9. Müqavilənin 2.2-ci bəndinə əsasən müqavilə xx.xx.2025-ci il müddətinə qədər bağlanmışdır.
10. Müqavilənin 4.1-ci bəndinə əsasən ilk 6 ay təmi üçün güzəştli vergilər daxil olmaq 500 manat, xx.xx.2022-ci il tarixdən aylıq icarə haqqı vergilər daxil olmaqla 2000 manat təşkil edir.
11. Müqavilənin 4.2-ci bəndinə əsasən icarə haqqı hər aya görə cari ayın 5-dən gec olamaq şərti ilə icarəçi tərəfindən icarəyə verənə ödənilməlidir.
12. EBDİ970163 saylı xx.xx.2023-cü il tarixli elektron qaimə üzrə 1720 manat (2023cü ilin iyul ayı üçün 235 AZN ödənilməmiş), EBDL125224 saylı xx.xx.2023-cü il tarixli elektron qaimə üzrə 1720 manat (2023-cü ilin avqust ayı üçün 1720 AZN ödənilməmiş), EBDN382012 saylı, xx.xx.2023-cü il tarixli elektron qaimə üzrə 1720 manat (2023-cü ilin sentyabr ayı üçün 1720 AZN ödənilməmiş) məbləğində icarə haqqına dair e-qaimələr iddiaçı tərəfindən cavabdehə göndərilmişdir.
13. Bank hesabından çıxarışdan görünür ki, Cavabdeh MMC tərəfindən EBDİ970163 saylı xx.xx.2023-cü il tarixli elektron qaimə üzrə 1485 manat məbləğində ödəniş edilmişdir.
14. Məhkəmə iş materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır.
15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
16. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.
17. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
18. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin icarə haqlarının ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli icarə müqaviləsindən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi iddiaçıya icarə müqaviləsi və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.
19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
20. 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.
21. 700.3-cü maddəsinə əsasən əgər həmin Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə həmin Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir;
22. 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür;
23. 684.1-ci maddəsinə əsasən əmlak kirayəsi haqqı, əgər kirayə müddəti bir aydan qısadırsa, həmin müddətin sonunda ödənilməlidir. Əgər kirayə müddəti bir aydan çoxdursa, əmlak kirayəsi haqqı zərurət olduqda müvafiq surətdə hər ayın sonunda hissəhissə ödənilməlidir. Əgər əmlak kirayəsi haqqı zaman hissələri üzrə hesablanmışdırsa, ayrı-ayrı zaman hissələrinin sonunda ödənilir.
24. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2022-ci il tarixdə icarə müqaviləsi bağlanmış, icarəçi öhdəliklərini qismən icra etmiş, lakin həmin dövrə qədər ödənilməli olan icarə haqlarını tam ödəməmiş, bu hal iddiaçı tərəfindən təqdim edilmiş hesab üzrə əməliyyatlardan öz təsdiqini tapmışdır.
25. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin icarə müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi tam icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə 3675 manat borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia həmin hissədə təmin edilməli, cavabdehdən 3675 manat məbləğində əsas borc tutularaq iddiaçının hesabına ödənilməlidir.
26. Bundan başqa iddiaçı əsas borcun gecikdirilməsinə görə cavabdehə illik beş faiz olmaqla 200 manat məbləğində borc hesablanmışdır.
27. Məhkəmə iddia tələbini bu hissədə qismən əsaslı hesab edir və buna dair aşağıdakı hüquqi dəyərləndirmənin aparılmasını zəruri bilir.
28. Mülki Məcəllənin 445.7-ci maddəsində təsbit olunmuşdur ki, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.
29. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarında da qeyd olunmuşdur ki, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir. Belə nəticə MM-in 445.7, 443.1 və 443.2-ci maddələrinin əlaqəli şəkildə təhlilindən irəli gəlir.
30. Belə ki, məhkəmə hesab edir ki, 3675 manat əsas borca illin 5 faiz hesablamaqla qətnamə çıxan tarixə (EBDN382012 saylı xx.xx.2023-cü il tarixli elektron qaimə üzrə: 1720x5%:12=7 manat (1 ay)x8 ay=56 manat; EBDL125224 saylı xx.xx.2023cü il tarixli elektron qaimə üzrə 1720x5%:12=7 manat (1 ay)x9 ay=63 manat; EBDİ970163 saylı xx.xx.2023-cü il tarixli elektron qaimə üzrə qalan 235x5%:12=0,9 manat (1 ay)x10 ay=9 manat; 56+63+9=128 manat) 200 manat deyil, 128 manat məbləğində faiz pulunun cavabdehdən tələb etməsində iddiaçı haqlı olmuşdur.
31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
32. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1- 1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur.
33. Materiallardan da göründüyü kimi iddiaçı ilkin mediasiya sessiyasında iştirak etməklə bağlı 60 manat mediasiya xərci ödəmişdir.
34. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş mediasiya xərci cavabdehə aid edilməlidir.
IV. Nəticə:
35. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh MMC-dən xx.xx.2022-ci il tarixli icarə müqaviləsi üzrə 3675 manat əsas borc, 128 manat faiz borcu və mediasiya xərcinin əvəzi olaraq 60 manat tutularaq iddiaçı X2 ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Günay Namazova