Məhkəmə qərarları › İş №e-2-2(113)-168/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-168/2023

21.12.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-168/2023 21.12.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İlk iddia üzrə iddiaçı xxx "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin "xxxx" Sanatoriyasının Cavabdeh qarşı icarə obyektinin boşaldılması, icarə sahəsindən çıxarılma və s. tələbi, müstəqil tələb irəli sürən üçüncü şəxs xxx "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı icarə obyektinin boşaldılması, icarə sahəsindən çıxarılma və s. tələbi və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh xxx "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin "xxxx" Sanatoriyasına qarşı qanuni sahibkarlıq fəaliyyətinə maneə ola biləcək hərəkətlərin edilməsinin qadağan edilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: icarə obyektinin boşaldılması, qanuni sahibliyə qaytarılma) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin və müstəqil tələb irəli sürən üçüncü şəxsin nümayəndə və vəkili Vəkil1, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin və müstəqil tələb irəli sürən üçüncü şəxsin nümayəndə və vəkili Vəkil3 iştirakları ilə, İlk iddia üzrə iddiaçı xxx "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin "xxxx" Sanatoriyasının Cavabdeh qarşı icarə obyektinin boşaldılması, icarə sahəsindən çıxarılma və s. tələbi, müstəqil tələb irəli sürən üçüncü şəxs xxx "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı icarə obyektinin boşaldılması, icarə sahəsindən çıxarılma və s. tələbi və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh xxx "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin "xxxx" Sanatoriyasına qarşı qanuni sahibkarlıq fəaliyyətinə maneə ola biləcək hərəkətlərin edilməsinin qadağan edilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:

1. İddiaçı xxx "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin "xxxx" Sanatoriyası Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh icarə obyektini boşaltması, iddia tələbi üzrə məhkəmə qətnaməsi icra edilənə kimi cavabdeh tərəfindən icarə obyektindən istifadə müddəti üzrə dəymiş ziyan məbləğinin (aylıq icarə haqqı məbləğində) ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Ərizə onunla əsaslandırılmışdır ki, 01 yanvar 2021-ci il tarixdə cavabdehlə "xxxx" Sanatoriyası arasında 01 saylı icarə müqaviləsi 1 (bir) il müddətinə bağlanmış və ümumi sahəsi qış aylarında 413,19 kv.m, yay aylarında 813,19 kv.m olan qeyri-yaşayış sahəsi cavabdehə 01 yanvar 2022-ci il tarixə kimi icarəyə verilmişdir. Müqavilə müddəti bitdikdən sonra sanatoriya tərəfindən icarə müqaviləsinə xitam vermək və icarə obyektini boşaltmaq barədə dəfələrlə yazılı bildiriş və xəbərdarlıqlarına baxmayaraq, cavabdeh tərəfindən icarə obyekti boşaldılmamışdır. Belə ki, 10 fevral 2022-ci il tarixli, 15/2 saylı, 27 aprel 2022-ci il tarixli, 34/2 saylı və 25 oktyabr 2021-ci il tarixli 99/2 saylı məktublarla yazılı qaydada cavabdehə müraciət edilmiş, müraciətlər cavabsız qalmışdır. Halbuki, məcburi köçkünlər sanatoriyanın digər korpusunu boşaltdıqdan sonra sanatoriyada təmir və yenidən qurma işlərinə başlanılmalı olması, lakin cavabdehin iaşə obyektinə gələnlərin maşın səsi, səsküylərinin sanatoriyaya gələnlərin istirahət və müalicəsinə mane olmasını, eləcə də müqavilə müddətinin bitməsini nəzərə alaraq icarə münasibətlərinə xitam verilməsini xahiş etmişlər. Cavabdehə müqaviləyə xitam vermək barədə bildirişi müqavilə müddəti bitdikdən 1 ay əvvəl və dəfələrlə sonradan da yazılı qaydada bildirmişlər. Daha sonra mediasiya təklifi, mediasiya prosesi gedişində iddiaçının mülkiyyətində olan icarə obyektini, eləcə də icarəyə verdikləri icarə torpağının boşaldılması, habelə dəymiş ziyan məbləği olaraq xx.xx.2022-ci ildən icra edilənədək hər ay icarə obyektindən qanunsuz istifadə nəticəsində dəymiş ziyan məbləğinin ödənilməsini tələb etmişlər.

3. İlkin iddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 180.1, 180.2, 180.3, 180.4-cü maddələri və “İcarə haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə istinad olunmuşdur.

4. Daha sonra cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh qanuni sahibkarlıq fəaliyyətinə mane ola biləcək hərəkətlərin edilməsinin cavabdehə qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" QSC-nin "xxxx" sanatoriyası (bundan sonra - cavabdeh) ilə Cavabdeh (bundan sonra - iddiaçı) arasında 01 yanvar 2021-ci il tarixdə bağlanmış, 01 nömrəli icarə müqaviləsinə əsasən icarəyə verən Bakı şəhəri, Səbail rayonu, N.Quliyev 57 ünvanında yerləşən, ümumi sahəsi qış ayları 413.19 kv.m, yay ayları 813.19 kv.m. olan, o cümlədən qeyri-yaşayış sahəsini icarəçinin icarəsinə verməyi, icarəçi isə müqavilənin 3.1- ci bəndində nəzərdə tutulan icarə haqqını (müvafiq olaraq 400 və 900 manat) ödəməyi öhdəsinə götürür. Müqavilənin 4.1-ci maddəsinə əsasən “Bu müqavilə 1 (bir) il müddətinə bağlanılır və imzalandığı giindən qüvvəyə minir. Cavabdeh iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 01 yanvar 2021-ci il tarixli 01 nömrəli icarə müqaviləsinin müddətinin bitdiyini göstərərək iddiaçının icarə obyektini boşaltması, iddia tələbi üzrə məhkəmə qətnaməsi icra edilənə kimi cavabdeh tərəfindən icarə obyektindən istifadə müddəti üzrə dəymiş ziyan məbləğinin (aylıq icarə haqqı məbləğində) ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qeyd olunur ki, iddiaçının həmin sahəyə heç vaxt heç bir hüququ olmamışdır. Təxminən 2000-ci illərin sonunda faktiki iddiaçı bütün dənizkənarı sahələrini zəbt etməyə başlamış, bir sıra sahibkarların əlindən restoranları alınmış və ya onlar diktə edilən şərtlərlə işləməyə məcbur edilmişdir. Aşağıdakılara əsasən cavabdehin iddiası əsassızdır: Belə ki, cavabdeh öz iddiasını onunla əsaslandırmışdır ki, icarə müqaviləsinin müddəti bitdiyinə görə icarəçi icarə obyektini boşaltmalı və obyektdən çıxmalıdır. Cavabdeh hansı sahədən çıxarılmalıdır? İddiaçının iddia etdiyi 413.19 və 813.19 kv.m-lik sahə hansı sahədən ibarətdir. Bu sahənin sərhədləri hansı sahəni əhatə edir? Nəzərə alınmalıdır ki, icarə müqaviləsi bağlananda artıq çıxarılması istənilən restoran var idi və işləyirdi. Bu icarə müqaviləsinin ləğv edilməsi Cavabdeh oradan çıxması üçün əsas ola bilməz. Əgər Cavabdeh icarəyə verilmiş sahədən çıxarılmağı istənilirsə, əvvəla icarəyə verilmiş (413.19 və 813.19 kv.m-kil) sahənin hara olması göstərilməlidir. Oradakı bütün sahə və tikililər cavabdehin illərdir ki, istifadəsindədir. O da nəzərə alınmalıdır ki, sanatoriya balıq restoranını tikəsi bir müəssisə deyildir. Sanatoriyada aparılacaq təmir və yenidən qurma işlərini, restorana gələn maşın səslərinin sanatoriyada dincəlməyə gələn insanların müalicəsinə mane olması kimi cavabdehin müqavilənin müddətinin uzadılmasından imtina edilməsinə dair göstərdiyi əsassız səbəblər müqavilənin xitam olunmasının əsas halları kimi qəbul edilməməlidir. Çünki həmin sahədə çoxsaylı restoranlar var və bir restoranın bağlanması orada hansısa nəqliyyat vasitəsinin gəlişini azaldası deyildir. Odur ki, iddia ərizəsində tələb dəqiq ifadə edilmişdir. Restoranın ərazisi icarə müqaviləsində müəyyən edilmiş, müvafiq olaraq qış (413.19 kv.m) və yay ayları (813.19 kv.m) üçün qeyd edilən sahədən dəfələrlə böyükdür. Oradakı tikililərə gəldikdə hamısı cavabdeh tərəfindən tikilmişdir. İddiaçının icarəyə verdiyi sahə müəyyən edilə bilmədiyinə görə cavabdehin tələbinin icra etməsi mümkünsüzdür. İddianın əsası kimi istinad edilən icarə müqaviləsində hansısa bir qeyri-yaşayış sahəsinin icarəyə verilməsi də bildirilmir. O da nəzərə alınmalıdır ki, çıxarılması istənilən yer restorandır və sırf restoran fəaliyyəti üçün tikilmiş sahədir. Hər halda iddiaçı xxx "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin "xxxx" sanatoriyası restoran tikintisi ilə məşğul olan subyekt deyildir. Əgər yüz minlərlə dəyəri olan belə bir restoran tikintisi ilə məşğul olmuşdursa, bunun hansı səbəbdən etməsinin, sanatoriya üçün ayrılmış pulları nə üçün və hansı əsasla balıq restoranının tikintisinə xərcləməsinin də hesabatını verməlidir. Cavabdeh tərəfindən müqaviləyə xitam verilməsi və icarə obyektindən çıxarılması sadəcə iddiaçının sahibkarlıq fəaliyyətinə maneələr yaratmaqdan, onun fəaliyyətdə olduğu sahəni zəbt etməkdən başqa bir məqsəd daşımır. Qarşılıqlı iddia üzrə iddiaçı yüz minlərlə pul vəsaiti xərcləyərək Bakı şəhərində sayılıb seçilən restoranı qurmuş, ora xüsusi avtomobil dayanacağı, uşaqlar üçün əyləncə mərkəzi, restorana gələn müştərilərə açıq və qapalı məkanda xidmət göstərmək üçün hər cür şərait yaratmışdır. Eyni zamanda restoranda onlarla sayda işçi daimi olaraq çalışmaqdadır. Yuxanda sadalananlara əsasən hesab edir ki, cavabdehin ilkin iddiası rədd edilməli, müqavilə münasibətlərinin uzadılması və iddiaçının qanuni sahibkarlıq fəaliyyətinə mane olan hallar aradan qaldırılmalıdır. İddiaçının qanuni sahibkarlıq fəaliyyətinə mane ola biləcək hərəkətlərin edilməsi cavabdehə qadağan edilməlidir.

6. Müstəqil tələb irəli sürən üçüncü şəxs xxx "xxxx" Qapalı Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh icarə obyektini boşaltması, cavabdehin icarə sahəsindən çıxarılması və icarə sahəsində quraşdırılmış avadanlıqların, eləcə də tikilmiş tikililərin cavabdehin hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

7. Daha sonra ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh xxx "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin "xxxx" Sanatoriyası və müstəqil tələb irəli sürən üçüncü şəxs xxx "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək, fiziki şəxs olaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olan restoran sahibi olan sahibkar, Cavabdeh icarə obyekti olan qeyri-yaşayış binasının və torpağının yerləşdiyi ünvandan, yəni mülkiyyətçi "xxxx" QSC-nin mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən icarə obyekti olan qeyri-yaşayış binalarından və ərazidən, habelə "xxxx" QSC tərəfindən "xxxx" Sanatoriyasına istifadəyə verilmiş 1,67 ha torpaq sahəsindən çıxarılması, cavabdehin icarə obyektini və "xxxx" Sanatoriyasının istifadəsinə verilmiş torpağı işçiləri ilə birlikdə boşaltması, onun tərəfindən icarə obyektində və qeyd edilən 1,67 ha torpaqda inşa edilmiş və qurulmuş qanunsuz tikililərin və qurğuların cavabdehin vəsaiti hesabına sökülməsi, iddiaçı tərəf olaraq istifadəsində və sərəncamında olan cavabdeh tərəfindən zəbt edilmiş icarə obyektinə və torpağa köçürülmələri barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. İlk iddia üzrə, müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiası üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən ilk iddia üzrə, müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiası üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tədqiq olunan sübutlar:

9. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin və müstəqil tələb irəli sürən üçüncü şəxsin nümayəndəsi və vəkili Vəkil1 ilkin iddia ərizəsi və müstəqil tələb irəli sürən üçüncü şəxsin iddia ərizəsinin məzmununa uyğun izahat verərək, ilkin iddia tələbinin və müstəqil tələb irəli sürən üçüncü şəxsin tələbinin təmin, qarşılıqlı iddianın isə rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.

10. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin və müstəqil tələb irəli sürən üçüncü şəxsin nümayəndəsi və vəkili Vəkil3 ilkin iddia ərizəsi və müstəqil tələb irəli sürən üçüncü şəxsin iddia ərizəsinin məzmununa uyğun izahat verərək, ilkin iddia tələbinin və müstəqil tələb irəli sürən üçüncü şəxsin tələbinin təmin, qarşılıqlı iddianın isə rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.

11. "xxxx" SC-nin Şıx sanatoriyası (icarəyə verən) ilə Cavabdeh (icarəçi) arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 01 nömrəli icarə müqaviləsindən görünür ki, icarəyə verən Bakı şəhəri, Səbaiİ rayonu, Bibi-Heybət qəsəbəsi, Namiq Quliyev, 45 yerləşən ümumi sahəsi qış ayları 413.19 kv.m, yay ayları 813.19 kv.m olan, o cümlədən qeyriyaşayış sahəsini icarəçinin icarəsinə verməyi, icarəçi isə müqavilənin 3.1-ci bəndində nəzərdə tutulan icarə haqqını ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən qış mövsümü (ilin yanvar, fevral, mart, oktyabr, noyabr və dekabr ayları) üçün 400 manat. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən yay mövsümü (ilin aprel, may, iyun, iyul, avqust və sentyabr ayları) üçün 900 manat. Həmin müqavilənin 3.3-cü bəndinə əsasən icarə haqqını nağd və ya nağdsız hesablaşma yolu ilə aparılır. Müqaviləyə əsasən icarəçinin vəzifələri aşağıdakılardır: - İcarə sahəsində olan əmlakın əsaslı və cari təmirini öz hesabına aparmaq; - İcarəyə götürülmüş qeyri-yaşayış sahəsini icarəyə verənin razılığı olmadan aparılmış bütün yenidən qurmalar ilə yeni tikililər müqavilə vaxtından əvvəl pozulduqda; - Müqavilənin müddəti bitdikdən sonra icarəyə götürdüyü qeyri-yaşayış sahəsini təyinatı üzrə lazımi istifadədən sonra qaytarılma məqamında uyğun gəlməli olduğu vəziyyətdə icarəyə verənə qaytarmaq. Bu müqavilə 1 il müddətinə imzalanır. Müqavilənin müddətinin başa çatmasına 1 ay qalmış tərəflər müqaviləyə əlavə və dəyişiklik etməzlərsə, müqavilə hər 2 tərəfin qarşılıqlı razılığı ilə həmin müddətə, həmin şərtlərlə uzadıla bilər.

12. xx.xx.1984-cü il tarixli 4/212 nömrəli aktdan görünür ki, (akta əlavə olunmuş cizgidə əks etdirilən) 26 Bakı komissarı rayonu, Xanlar qəsəbəsində yerləşən palçıq müalicəsi nəzdində müalicə-kurort çimərliyinin təşkili üçün Azərbaycan Respublikası kurort həmkarlar ittifaqının idarə edilməsi üzrə sovetliyinin hüzurunda 1,67 ha sahə təriqi ilə ölçülüb, ayrılmış, bütün sərhəd dönüşlərində naturada qeyd olunmuş daimi nişanlar qoyulmuşdur.

13. Bakı şəhər X4 İcraiyyə Komitəsinin tikintinin layihələndirilməsinə görə icazə barədə və torpaq sahəsinin ayrılması barədə xx.xx.1985-ci il tarixli qərarı ilə Azərbaycan Həmkarlar İttifaqları Kurortlarını İdarəetmə üzrə Azərbaycan Respublika Şurasına 26 Bakı komissarı rayonu, Xanlar qəsəbəsi, Kurort küçəsində “Şıxov” sanatoriyasına bitişik ərazidə yerləşən bulvar-istirahət zonasının təşkilinə icazə verilmişdir.

14. Bakı şəhər zəhmətkeş deputatları sovetinin icraiyyə komitəsi Baş memarlıq planlaşdırma idarəsi tərəfindən 1985-ci il tarixdə təsdiq edilmiş 6041 nömrəli inşaat pasportundan görünür ki, 26 Bakı komissarı rayonu, Xanlar qəsəbəsi, Kurort küçəsində “Şıxov” sanatoriyasına bitişik ərazidə yerləşən bulvar-istirahət zonasının təşkili üçün Azərbaycan Respublikası kurort həmkarlar ittifaqının idarə edilməsi üzrə şurasına torpaq sahəsi ayrılmışdır.

15. “Kurortlar” Səhmdar Cəmiyyətinin nizamnaməsindən görünür ki, “Kurortlar” Səhmdar Cəmiyyəti Azərbaycan Respublika Şurası Rəyasət Heyətinin qərarı əsasında Azərbaycan Həmkarlar İttifaqları Kurortlarını İdarəetmə üzrə Azərbaycan Respublika Şurasının müəssisələrinin bazasında yaradılmışdır. Həmkarlar İttifaqlarının 20 oktyabr 1992-ci il tarixli 20 nömrəli protokolu, q.4.

16. "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin nizamnaməsindən görünür ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti xx.xx.1992-ci il tarixdə dövlət qeydiyyatına alınmış və dövlət qeydiyyat nömrəsi (VÖEN) ********* olan "xxxx" Səhmdar Cəmiyyətinin bazasında yaradılmış və onun hüquqi varisidir.

17. Azərbaycan Respublika Həmkarlar X5 Heyətinin xx.xx.1992-ci il tarixli iclasının 20 nömrəli protokolundan görünür ki, Azərbaycan Respublika Həmkarlar X5 Heyətinin xx.xx.1992-ci il tarixdə (20-4q) qəbul etdiyi qərarı ilə X1 idarə edilməsi üzrə Azərbaycan Respublika Şurasının sanatoriya-kurort idarələri və təşkilatları zəmnində "xxxx" Səhmdar Cəmiyyəti təsis edilmiş, cəmiyyətin nizamnaməsi təsdiq edilmiş və "xxxx" Səhmdar Cəmiyyəti Həmkarlar İttifaqlarının Kurortlarının idarə edilməsi üzrə Azərbaycan Respublika Şurasının hüquqi varisi sayılmışdır.

18. "xxxx" Səhmdar Cəmiyyəti "xxxx" sanatoriyasının nizamnaməsindən görünür ki, "xxxx" sanatoriyası "xxxx" Səhmdar Cəmiyyətinin nizamnaməsinə müvafiq olaraq müstəqil stuktur bölməsidir, onun tabeliyində fəaliyyət göstərən hüquqi şəxs statuslu tərkib hissəsidir. Sanatoriyanın hüquqi ünvanı ünvan 3 məlumatlarından görünür ki, "xxxx" Səhmdar Cəmiyyətinin "xxxx" sanatoriyası xx.xx.1998-ci ildə dövlət qeydiyyatına (VÖEN **********) alınmaqla hüquqi ünvanı ünvan 4mentinin Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyat idarəsinin xx.xx.2012-ci il tarixli çıxarışı ilə müəyyən edilir ki, xx.xx.1992-ci il tarixdə qeydiyyata alınmış "xxxx" Səhmdar Cəmiyyətinin (SC) (VÖEN: **********) hazırkı adı "xxxx" Qapalı Səhmdar Cəmiyyətidir. Cəmiyyətin təsisçisi və nizamnamə kapitalındakı mayaların miqdarı (100%) Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyalarına məxsusdur.

21. "xxxx" QSC-nin Müşahidə Şurasının xx.xx.2012-ci il tarixli 2 nömrəli qərarı ilə "Kurort” Səhmdar Cəmiyyəti "Kurort” Qapalı Səhmdar Cəmiyyəti adlandırılmış və "Şıx” sanatoriyası QSC-nin tərkib hissəsi kimi təsdiq edilmişdir.

22. "Kurort” QSC-nin Müşahidə Şurasının xx.xx.2012-ci il tarixli 3 nömrəli qərarı ilə Azərbaycan Respublikası Kurortlar Şurası (indiki "Kurort” QSC) tərəfindən 04-50/11 saylı, xx.xx.1985-ci il tarixli "Şıxov” sanatoriyasına bitişik ərazidə yerləşən bulvar-istirahət zonasının təşkili ilə əlaqədar müraciətə əsasən Bakı şəhəri XDS İcraiyyə Komitəsi tərəfindən 22 mart 1985-ci il 1/12 saylı qərarı ilə ayrılmış 1,67 ha torpaq sahəsi "Şıx” sanatoriyasının istifadəsinə verilmişdir.

23. "Kurort” QSC-nin Müşahidə Şurasının xx.xx.2013-cü il tarixli 7 nömrəli qərarı ilə müəyyən olunur ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin Bakı şəhəri, Bibi-heybət qəsəbəsi Namiq Quliyev küçəsi 57-də inşa edilmiş 279 və 415 m2 sahəsi olan iaşə obyektlərinin dəyəri ödənilmədən "Kurort” QSC-nin tabeliyində olan "Şıx” sanatoriyasının balansına qəbuleidlməsi, "Kurort” QSC-nin Bakı şəhəri, Bibi-heybət qəsəbəsi, Namiq Quliyev 57-də inşa edilmiş iaşə obyektlərinə mülkiyyət hüquqlarının qeydə alınmasına dair dövlət reyestrindən çıxarışları nəzərə alınaraq "Kurort” QSC-nin mülkiyyət hüquqları qeydə alınmış hər iki iaşə obyekti əvəzsiz olaraq Cəmiyyətin tabeliyində olan "xxxx" sanatoriyasının sərəncamına və istifadəsinə verilmiş, qeyd edilən iaşə obyektlərinə aid istənilən hüquqi əqdləri bağlamaq, o cümlədən icarə müqavilələri bağlamaq, icarə haqqı ödənişlərini toplamaq, toplanmış icarə haqqı ödənişlərini sanatoriyanın zəruri xərclərinə yönəltmək, həmin iaşə obyektləri ilə bağlı bütün dövlət və qeyri-dövlət müəssisələri ilə danışıqlar aparmaq, hüquqi sənədləri hazırlamaq və təqdim etmək, zəruri sənədləşmələri aparmaq səlahiyyətləri "Şıx” sanatoriyasına həvalə edilmişdir.

24. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilən RX seriyalı, ******* nömrəli çıxarışdan müəyyən edilir ki, Bakı şəhəri, Səbail rayonu, Bibi-Heybət qəsəbəsi, Namiq Quliyev kçüəsi, 62F ünvanında, 0,03258 hektar torpaq sahəsində yerləşən ümumi sahəsi 265.6 kv.m olan qeyri-yaşayış binası xüsusi mülkiyyət hüququ əsasında xxx "xxxx" QSCnin adına xx.xx.2013-cü ildə Daşınmaz əmlakın dövlət reyestrində 49 nömrəli reyestr kitabının 4624 nömrəli vərəqində qeydiyyata alınmışdır (qeydiyyat nömrəsi: **********).

25. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli qeyri-yaşayış binasının Texniki Pasportundan müəyyən edilir ki, Bakı şəhəri, Səbail rayonu, Bibi-Heybət qəsəbəsi, Namiq Quliyev kçüəsi, 62F ünvanında yerləşən qeyri-yaşayış binasının hüquq subyekti xxx "xxxx" Qapalı Səhmdar Cəmiyyətidir (reyestr nömrəsi: **********28-06301).

26. 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin 2(81)-1629/2008 saylı, xx.xx.2008-ci il tarixli qətnaməsi ilə ilkin iddianın təmin edilərək, Bibi-Heybət Bələdiyyəsi ilə X3 arasında bağlanmış 29 saylı, 07 may 2005-ci il tarixli icarə müqaviləsinin etibarsız hesab edilməsi, "xxxx" sanatoriyasına məxsus 1,67 ha torpaq sahəsini əhatə edən çimərlik onasında 600 kv.m torpaq sahəsində X3 tərəfindən qanunsuz inşa edilmiş tikililərin sökülməsi və sahənin boşaldılması, Bibi-Heybət Bələdiyyəsinin qarşılıqlı iddiasının rədd edilməsi, ilk iddiaçılar tərəfindən ödənilmiş 2,20 manat dövlət rüsumunun cayabdehlərdən müştərək qaydada alınaraq ilk iddiaçılara müştərək qaydada ödənilməsi, ilk iddia üzrə dövlət rüsumunun kəsiri kimi 17,80 manatın cavabdehlərdən müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməsi, qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumunun Bibi-Heybət Bələdiyyəsinə aid edilməsi qət edilmişdir.

27. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-17/2009 saylı, xx.xx.2009-cu il tarixli qətnaməsi ilə cavabdeh Bibi-Heybət Bələdiyyəsinin apellyasiya şikayətinin qismən təmin edilərək, iş üzrə 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin 2(81)-1629/2008 saylı, xx.xx.2008-ci il tarixli qətnaməsi Bibi-Heybət Bələdiyyəsi ilə X3 arasında bağlanılmış 29 saylı, 07 may 2005-ci il tarixli icarə müqaviləsinin etibarsız hesab edilməsi, "xxxx" sanatoriyasına məxsus 1,67 ha torpaq sahəsini əhatə edən çimərlik onasında 600 kv.m torpaq sahəsində X3 tərəfindən qanunsuz inşa edilmiş tikililərin sökülməsi hissəsində ləğv edilməsi və qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

28. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2009-cu il tarixli, 2-1(102)- 256/09 saylı qərarı ilə iddiaçılar xxx, "xxxx" Səhmdar Cəmiyyəti və "xxxx" sanatoriyasının kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)- 17/2009 saylı, xx.xx.2009-cu il tarixli qətnaməsinin ilkin iddiaya aid hissəsinin ləğv edilməsi və işin həmin hissədə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi, cavabdeh Bibi-Heybət Bələdiyyəsinin kassasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır.

29. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-459/2009 saylı, xx.xx.2009-cu il tarixli qətnaməsi ilə 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin 2(81)-1629/2008 saylı, xx.xx.2008-ci il tarixli qətnaməsi ilkin iddianın təmin edilməsinə dair hissədə dəyişdirilmədən saxılanılması və cavabdeh Bibi-Heybət Bələdiyyəsinin apellyasiya şikayətinin təmin edilməməsi qət edilmişdir.

30. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 2-1(102)- 128/10 saylı qərarı ilə kassasiya şikayəti təmin edilməyərək, Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-459/2009 saylı, xx.xx.2009-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

31. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli mütəxəssis rəyində qeyd olunmuşdur ki, birinci sual üzrə: xxx "xxxx" QSC-nin adına verilmiş (reyestr nömrəsi **********28-06301) texniki pasportda ümumi torpaq sahəsi 0.7580 ha göstərilsə də, faktiki olaraq 0.9175 ha təşkil edir. Texniki pasportda göstərilən “A” literli tikilidə 1 saylı sahə (17.9 kv.m) sökülmüşdür. “A” literli tikiliyə bitişik tikintialtı sahəsi 151.9 kv.m metal konstruksiyaiı materialdan qeyriyaşayış sahəsi quraşdırılıb. Bundan başqa ərazidə tikintialtı sahəsi 16.5 kv.m sanitar qovşağı inşa edilib. Həmçinin tikintialtı sahəsi 194.1 kv.m yüngül konstruksiyalı materialdan (taxta və dəmir) qeyri-yaşayış sahəsi, tikintialtı sahəsi 171.0 kv.m talvar və tikintialtı sahəsi 12.3 kv.m taxtadan köməkçi sahələr quraşdırılıb (faktiki torpaq sahəsində olan bütün tikililər cavabdeh tərəfindən istifadə olunur). X2 faktiki istifadəsində olan torpaq sahəsi və üzərindəki qeyri-yaşayış tikililəri xxxnın "xxxx" QSC-nin adına dövlət reyestrində qeydiyyatı aparılmış **********28-06301 reyestr nömrəli qeyri-yaşayış binasının texniki pasport üzrə “A” və “B” literli tikililəri (əlavə inşa olunan tikililər) daxil olmaqla Bakı şəhəri X4 İcraiyyə Komitəsinin 1/12 saylı xx.xx.1985-ci il tarixli qərarı, həmin qərara əlavə edilmiş cizgiyə (akta) əsasən "xxxx" QSC-yə ayrılmış 1.67 ha torpaq sahəsinin bir hissəsidir (tam üst-üstə düşür). İkinci sual üzrə: yuxanda qeyd olunduğu kimi Cavabdeh faktiki istifadəsində olan torpaq sahəsi və üzərindəki qeyri-yaşayış tikililəri xxxnın "xxxx" QSC-nin adına dövlət reyestrində qeydiyyatı aparılmış **********28-06301 reyestr nömrəli qeyriyaşayış binasının texniki pasport üzrə “A” və “B” iiterli tikililər: (əlavə inşa olunan tikililər) daxil olmaqla Bakı şəhəri X4 İcraiyyə Komitəsinin 1/12 saylı, xx.xx.1985-ci il tarixli qərarı, həmin qərara əlavə edilmiş cizgiyə (akta) əsasən "xxxx" QSC-yə ayrılmış 1.67 ha torpaq sahəsinin bir hissəsidir (tam üst-üstə düşür).

32. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 07 iyul 2023-cü il tarixli, 10/2111 nömrəli ekspert rəyində qeyd olunmuşdur ki, qərardadın birinci sualı üzrə: Cavabdeh faktiki istifadəsində olan 9411 kv.m torpaq sahəsinin 6377 kv.m hissəsinin Bakı şəhəri X4 İcraiyyə Komitəsinin 1/12 saylı, xx.xx.1985-ci il tarixli qərarı, həmin qərara əlavə edilmiş cizgi və akta əsasən "xxxx" QSC-yə ayrılmış 1,67 ha torpaq sahəsi ilə üst-üstə düşdüyü, həmin üst-üstə düşən hissədə xx.xx.2013-cü il tarixdə tərtib olunmuş Texniki Pasportda öz əksini tapmış “A” və “B” literli xidmət binaları, “İ” literli mövsümi xidmət sahəsi, “İİ” literli yarımçıq tikili, “İV” literli talvar tikililərinin, texniki pasportda qeyd olunmayan bir ədəd gözətçi binasının və “A” literli tikili ilə “İİ” literli tikili arasında inşa edilmiş əlavə tikilinin yerləşdiyi müəyyən edilmişdir. Cavabdeh faktiki istifadəsində olan 9411 kv.m torpaq sahəsinin 3034 kv.m hissəsinin isə 1/12 saylı, xx.xx.1985-ci il tarixli qərarı, həmin qərara əlavə edilmiş cizgi və akta əsasən "xxxx" QSCyə ayrılmış 1,67 ha torpaq sahəsi ilə üst-üstə düşmədiyi müəyyən edilmişdir. “Google Earth” internet proqramında mövcud olan illər üzrə görüntülərdə relyefdə əmələ gəlmiş dəyişikliklərdən görünür ki, üst-üstə düşməyən 3034 kv.m sahə 2012-ci və 2017-ci illərdən sonra dənizin doldurulması nəticəsində yaranmışdır. Qərardadın ikinci sualı üzrə: ünvan 6 ünvanda (əvvəlki adı Namiq Quliyev 45) yerləşən, daşınmaz əmlakın Dövlət reyestrindən (Reyestr nömrəsi **********28-06301) xx.xx.2023-cü il tarixli çıxarışa və çıxarışa əlavə edilmiş texniki pasporta əsasən "xxxx" QSC-nin mülkiyyətində olan qeyri-yaşayış sahəsi və qeyri-yaşayış sahəsinə aid 7580 kv.m torpaq sahəsinin bütövlüklə Cavabdeh faktiki istifadəsində olan 9411,0 kv.m torpaq sahəsi ilə hissədə üst-üstə düşdüyü müəyyən edilmişdir. Üst-üstə düşən hissədə “A” literli tikili ilə “İİ” literli tikili arasında əlavə tikili, bir ədəd gözətçi binası, bir ədəd sanitar qovşağı və bir ədəd 32 metr uzunluqda, 5,5 metr enində mövsümi xidmət sahəsi tikilisi (qeyd olunan tikililər çıxarış və texniki pasportda göstərilməmişdir) inşa edilmişdir. Eyni zamanda Texniki pasportda qeyd olunan 7580 kv.m sahədən əlavə 1831 kv.m sahənin Cavabdeh faktiki istifadəsində olduğu müəyyən edilmişdir. Texniki pasportda qeyd olunan 7580 kv.m sahədən əlavə Cavabdeh faktiki istifadəsində olan 1831 kv.m ərazidə bir ədəd 29,5 metr uzunluqda, 5,5 metr enində talvar (mövsümi xidmət sahəsi) tikilisi inşa edilmişdir. Google Earth” internet proqramında mövcud olan illər üzrə görüntülərdə relyefdə əmələ gəlmiş dəyişikliklərdən görünür ki, Cavabdeh faktiki istifadəsində olan Texniki pasportda qeyd olunan 7580 kv.m sahədən əlavə 1831 kv.m sahə 2017-ci ildən sonra dənizin doldurulması nəticəsində yaranmışdır.

33. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 16 noyabr 2023-cü il tarixli, 3-16-16/2-10/7201 nömrəli ekspert rəyində qeyd olunmuşdur ki, qərardadın birinci sualı üzrə: xxx "xxxx" QSC-nin adına verilmiş (reyestr nömrəsi **********28-06301) texniki pasportda ümumi torpaq sahəsi 0.7580 ha göstərilsə də, faktiki olaraq 0.9175 ha təşkil edir. Texniki pasportda göstərilən “A” literli tikilidə 1 saylı sahə (17.9 kv.metr) sökülmüşdür. “A” literli tikiliyə bitişik tikintialtı sahəsi 151.9 kv.m metal konstruksiyalı materialdan qeyri-yaşayış sahəsi quraşdırılıb. Bundan başqa ərazidə tikintialtı sahəsi 16.5 kv.metr sanitar qovşağı inşa edilib. Həmçinin tikintialtı sahəsi 194.1 kv.metr yüngül konstruksiyalı materialdan (taxta və dəmir) qeyri-yaşayış sahəsi, tikintialtı sahəsi 171 kv.metr talvar və tikintialtı sahəsi 12.3 kv.metr taxtadan köməkçi sahələr quraşdırılıb (faktiki torpaq sahəsində olan bütün tikililər cavabdeh tərəfindən istifadə olunur). Cavabdeh faktiki istifadəsində olan torpaq sahəsi və üzərindəki qeyri-yaşayış tikililəri xxx "xxxx" QSC-nin adına dövlət reyestrində qeydiyyatı aparılmış **********28- 06301 reyestr nömrəli qeyri-yaşayış binasının texniki pasport üzrə “A” və "B” literli tikililəri (əlavə inşa olunan tikililər) daxil olmaqla Bakı şəhəri X4 İcraiyyə Komitəsinin 1/12 saylı xx.xx.1985-ci il tarixli qərarı, həmin qərara əlavə edilmiş cizgiyə (akta) əsasən "xxxx" QSCyə ayrılmış 1.67 ha torpaq sahəsinin bir hissəsidir (tam üst-üstə düşür). Qərardadın ikinci sualı üzrə: Cavabdeh faktiki istifadəsində olan torpaq sahəsi və üzərindəki qeyri-yaşayış tikililəri xxx "xxxx" QSC-nin adına dövlət reyestrində qeydiyyatı aparılmış **********28- 06301 reyestr nömrəli qeyri-yaşayış binasının texniki pasport üzrə “A” və ”B” literli tikililəri (əlavə inşa olunan tikililər) daxil olmaqla Bakı şəhəri X4 İcraiyyə Komitəsinin 1/12 saylı xx.xx.1985-ci il tarixli qərarı, həmin qərara əlavə edilmiş cizgiyə (akta) əsasən "xxxx" QSCyə ayrılmış 1.67 ha torpaq sahəsinin bir hissəsidir (tam üst-üstə düşür).

Tətbiq edilən hüquq

34. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 180.4-cü maddəsinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. 697.1-ci maddəsinə görə kirayəçi kirayəyə götürdüyü əşyanı kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra qaytarmağa borcludur.

35. “İcarə haqqında” AR Qanununun: 9-cu maddəsinin 3-cü hissəsinə görə icarəyə götürülmüş ərazidə icarəyəverənin razılığı olmadan icarəçinin vəsaiti hesabına tikilmiş, aparılması mümkün olmayan binalar və qurğular icarəyəverənə məxsusdur. İcarəyəverən bunların sökülməsini tələb etdikdə icarəçi onları öz hesabına sökməyə və ya sökülmə xərclərini ödəməyə borcludur.

36. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 206.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə, yaxud əlavə və ya təkrar ekspertiza təyini haqqında qərardadda əsaslandırılmalıdır. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

Məhkəmənin mövqeyi

37. Məhkəmə hesab edir ki, ilkin iddia və müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiası təmin edilməlidir.

38. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Bibiheybət qəsəbəsi, Namiq Quliyev, 62F (əvvəlki ünvan N.Quliyev 57) ünvanında 0,02022 ha torpaq sahəsində yerləşən əmlak kompleksi kimi müəssisə daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2012-ci il tarixli çıxarışa əsasən (reyestr nömrəsi **********56- 12301) xxx "Kurort” QSC-nin xüsusi mülkiyyətindədir. "xxxx" QSC-nin Müşahidə Şurasının xx.xx.2013-cü il tarixli 7 nömrəli qərarı ilə həmin qeyri-yaşayış binası (iaşə obyekti) əvəzsiz olaraq Cəmiyyətin tabeliyində olan "xxxx" sanatoriyasının sərəncamına və istifadəsinə verilmiş və qeyd edilən iaşə obyektinə aid istənilən hüquqi əqdləri bağlamaq, o cümlədən icarə müqavilələri bağlamaq, icarə haqqı ödənişlərini toplamaq, toplanmış icarə haqqı ödənişlərini sanatoriyanın zəruri xərclərinə yönəltmək, həmin iaşə obyektləri ilə bağlı bütün dövlət və qeyri-dövlət müəssisələri ilə danışıqlar aparmaq, hüquqi sənədləri hazırlamaq və təqdim etmək, zəruri sənədləşmələri aparmaq səlahiyyətləri "Şıx” sanatoriyasına həvalə edilmişdir. İddiaçı "Şıx” Sanatoriyası ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixli, 01 nömrəli carə müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən Bakı şəhəri, Səbaiİ rayonu, Bibi-Heybət qəsəbəsi, Namiq Quliyev, 45 yerləşən ümumi sahəsi qış ayları 413.19 kv.m, yay ayları 813.19 kv.m olan qeyri- yaşayış sahəsi 01 yanvar 2022-ci il tarixədək cavabdehə icarəyə verilmişdir. Müqavilə müddəti bitdikdən sonra "xxxx" Sanatoriyası tərəfindən Cavabdeh icarə müqaviləsinə xitam verilməsi və icarə obyektinin boşaldılması barədə dəfələrlə yazılı bildiriş və xəbərdarlıqlar göndərilməsinə baxmayaraq, Cavabdeh tərəfindən icarə obyekti boşaldılmamışdır.

39. Bundan başqa, Bakı şəhər X4 İcraiyyə Komitəsinin tikintinin layihələndirilməsinə görə icazə və torpaq sahəsinin ayrılması barədə xx.xx.1985-ci il tarixli 1/12 saylı qərarı ilə Azərbaycan Həmkarlar İttifaqları Kurortlarını İdarəetmə üzrə Azərbaycan Respublika Şurasına 26 Bakı komissarı rayonu, Xanlar qəsəbəsi, Kurort küçəsində "Şıxov” sanatoriyasına bitişik ərazidə 1,67 ha torpaq sahəsi ayrılmış və həmin sahədə bulvaristirahət zonasının təşkilinə icazə verilmişdir. Bundan sonra Azərbaycan Həmkarlar İttifaqları Kurortlarını İdarəetmə üzrə Azərbaycan Respublika Şurasının hüquqi varisi olan "Kurort” QSC-nin Müşahidə Şurasının xx.xx.2012-ci il tarixli 3 nömrəli qərarı ilə həmin torpaq sahəsi "Şıx” sanatoriyasının istifadəsinə verilmişdir.

40. Hazırda iddiaçı "Şıx” Sanatoriyası xx.xx.2021-ci il tarixli, 01 nömrəli icarə müqaviləsinə icarə müddətinin bitməsi ilə əlaqədar xitam verilməsinə baxmayaraq Cavabdeh icarə obyektini boşaltmadığını, eləcə də icarə obyekti ilə yanaşı həmin ərazidə 1985-ci ildə Azərbaycan Həmkarlar İttifaqları Kurortlarını İdarəetmə üzrə Azərbaycan Respublika Şurasına ("xxxx" QSC-nin hüquqi sələfi) ayrılmış 1,67 ha torpaq sahəsinin bir hissəsinin də cavabdehin qanunsuz sahibliyində və istifadəsində olduğunu, bununla yanaşı cavabdehin həm icarə obyektinə daxil olan torpaq sahəsində, həm də "xxxx" QSCnin hüquqi sələfi Azərbaycan Həmkarlar İttifaqları Kurortlarını İdarəetmə üzrə Azərbaycan Respublika Şurasına ayrılmış 1,67 ha torpaq sahəsində qanunsuz tikililər inşa etdiyini əsas göstərərək Cavabdeh və işçi heyəti ilə birlikdə icarə obyekti olan qeyri-yaşayış obyekti və torpaqdan, yəni mülkiyyətçi "Kurort” QSC-nin mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən icarə obyekti olan qeyri-yaşayış binalarından və ərazidən, habelə "Kurort” QSC tərəfindən Şıx sanatoriyasına istifadəyə verilmiş 1,67 ha torpaq sahəsindən çıxarılması, cavabdehin icarə obyektini və "xxxx" sanatoriyasının istifadəsinə verilmiş torpağı işçiləri ilə birlikdə boşaltması, onun tərəfindən icarə obyektində və qeyd edilən 1,67 ha torpaqda inşa edilmiş və qurulmuş qanunsuz tikililərin və qurğuların cavabdehin vəsaiti hesabına sökülməsi, iddiaçı tərəf olaraq istifadələrində və sərəncamlarında olan cavabdeh tərəfindən zəbt edilmiş icarə obyektinə və torpaqlarına köçürülmələrini tələb edir.

41. Bununla yanaşı, müstəqil tələb irəli sürən üçüncü şəxs "xxxx" QSC cavabdehhə qarşı eyni tələbi irəli sürmüşdür.

42. İlkin iddianın və müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiasının bir hissəsini cavabdehin icarə obyektini boşaltması, cavabdehin icarə sahəsindən çıxarılması təşkil edir. Cavabdeh sözügedən tələblərə münasibətdə mübahisəli ərazidə yerləşən qeyriyaşayış sahələri və torpaq sahəsinin faktiki istifadəsində olmasını inkar etməsə də, sözügedən qeyri-yaşayış sahələrinin "Kurort” QSC-nin mülkiyyətində olan və "Şıx” sanatoriyasından icarəyə götürdüyü əmlak kompeksi olması, eləcə də istifadəsində olan torpaq sahəsinin "Kurort” QSC-yə ayrılmış 1,67 ha torpaq sahəsinin bir hissəsi olması faktlarını mübahisələndirmiş və bildirmişdir ki, iddiaçının iddia etdiyi 413.19 və 813.19 kv.m-lik sahə hansı sahədən ibarətdir. Bu sahənin sərhədləri hansı sahəni əhatə edir? Əgər Cavabdeh icarəyə verilmiş sahədən çıxarılmağı istənilirsə, əvvəla icarəyə verilmiş (413.19 və 813.19 kv.m-kil) sahənin hara olması göstərilməlidir.

43. Belə ki, qeyd edilən mübahisəli halın aydınlaşdırılması üçün iş üzrə məhkəmə tikinti-texniki ekspertizası və sonradan təkrar məhkəmə tikinti-texniki ekspertizası keçirilmişdir. Təkrar ekspertizanın nəticəsi olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 16 noyabr 2023-cü il tarixli, 3-16-16/2- 10/7201 nömrəli ekspert rəyi ilə Cavabdeh faktiki istifadəsində olan torpaq sahəsi və üzərindəki qeyri-yaşayış tikililəri xxx "xxxx" QSC-nin adına dövlət reyestrində qeydiyyatı aparılmış **********28-06301 reyestr nömrəli qeyri-yaşayış binasının texniki pasport üzrə “A” və ”B” literli tikililəri (əlavə inşa olunan tikililər) daxil olmaqla Bakı şəhəri X4 İcraiyyə Komitəsinin 1/12 saylı xx.xx.1985-ci il tarixli qərarı, həmin qərara əlavə edilmiş cizgiyə (akta) əsasən "xxxx" QSC-yə ayrılmış 1.67 ha torpaq sahəsinin bir hissəsi (tam üst-üstə düşür) olduğu müyyən edilmişdir.

44. Məhkəmə qeyd edir ki, hazırkı halda məhkəmənin təkrar ekspertiza üzrə ekspert rəyi ilə razılaşmaması üçün əsaslar mövcud deyil, odur ki, həmin rəy iş üzrə sübut qismində qəbul edilməlidir. Cavabdehin istinad etdiyi təkrar ekspertizanın rəyi ilə ilkin ekspertiza rəyi arasında (cavabdehin istifadəsində olan torpaq sahəsinin 1985-ci ildə "Kurort” QSC-yə ayrılmış 1,67 ha torpaq sahəsinin daxil olması hissəsində) ziddiyyətlərin olması barədə dəlillərinə münasibətdə qeyd edilməlidir ki, ilkin ekspertiza keçirilərkən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin mütəxəssisləri ekspertiza tədqiqatına cəlb edilməmiş, cavabdehin faktiki istifadəsində olan torpaq sahəsi ilə "Kurort” QSC-yə ayrılmış torpaq sahəsinin koordinatları müqayisə edilməmişdir. Göstərilən halları nəzərə alaraq məhkəmə ekspert rəyinin sözügedən hissəsi ilə razılaşmamış və mübahisəli halların aydınlaşdırılması üçün təkrar ekspertizanın təyin edilməsini zəruri hesab etmişdir. Odur ki, ilkin ekpertiza rəyinin yuxarıda göstərilən hissəsi mötəbər sübut kimi qəbul edilə bilməz.

45. Əlavə olaraq məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mübahisəli əmlak kompleksinə dair "xxxx" Sanatoriyası ilə Cavabdeh arasında bağlanmış 01 yanvar 2021-ci il tarixli, 01 nömrəli icarə müqaviləsinin müddəti 01 yanvar 2022-ci ildə bitmiş və "Şıx” Sanatoriyası tərəfindən Cavabdeh icarə obyektinin boşaldılmasına dair xəbərdarlıqlar edilmişdir. Göründüyü kimi tərəflər arasında bağlanmış icarə müqaviləsinə xitam verilməklə Cavabdeh mübahisəli daşınmaz əmlakdan (qeyri-yaşayış sahələri və torpaq sahəsi) istifadə və sahiblik etməsi üçün mövcud olmuş müqavilə əsası aradan qalxmışdır. Digər tərəfdən Cavabdeh faktiki istifadəsində olan daşınmaz əmlak (qeyri-yaşayış sahələri və torpaq sahəsi) üzərində qanunla qorunan əşya hüququna malik olmasını, yəni həmin əmlak üzərində sahibliyinin qanuni olmasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir.

46. Beləliklə, işin yuxarıda göstərilən halları ilə öz təsdiqini tapır ki, icarə müqaviləsi üzrə icarə verən olan "xxxx" sanatoriyası Mülki Məcəllənin 697.1-ci maddəsinin tələblərinə əsaslanaraq icarə obyekti olmuş, lakin icarə münasibətlərinə xitam verilməsinə baxmayaraq icarə verənə qaytarılmamış əmlakın (qeyri-yaşayış sahələri və ona aid torpaq sahəsinin) qaytarılmasını, müstəqil tələb irəli sürən üçüncü şəxs "Kurort” QSC isə həmin qeyri-yaşayış sahəsinin mülkiyyətçisi və torpaq sahəsinin qanuni sahibi qismində Cavabdeh qanunsuz sahiblik və istifadəsində olan daşınmaz əmlakın (qeyri-yaşayış sahələri və torpaq sahəsinin) qaytarılmasını, eynilə iddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxs 1985-ci ildə "xxxx" QSC-yə ayrılmış və QSC tərəfindən "xxxx" sanatoriyasının istifadəsinə verilmiş 1,67 ha torpaq sahəsinin qanuni sahibləri qismində həmin torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilmiş hissəsinin qaytarılmasını tələb etməklə haqlıdırlar.Ona görə də, Cavabdeh icarə obyekti olan qeyri-yaşayış binası və torpağın yerləşdiyi ünvandan - mülkiyyətçi "xxxx" QSC-nin mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən icarə obyekti olan qeyri-yaşayış binaları və ərazidən, habelə "xxxx" QSC tərəfindən "xxxx" Sanatoriyasına istifadəyə verilmiş 1,67 ha torpaq sahəsindən çıxarılmalı, cavabdeh icarə obyekti və "xxxx" Sanatoriyasının istifadəsinə verilmiş torpağı işçiləri ilə birlikdə boşaltmalıdır.

47. İlkin iddianın və müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiasının digər hissəsini cavabdeh tərəfindən özbaşına inşa edilmiş və qurulmuş qanunsuz tikililər və qurğuların sökülməsi təşkil edir.

48. Sözügedən tikililərin Cavabdeh tərəfindən inşa edilib-edilməməsi məsələsinə gəldikdə qeyd edilməlidir ki, cavabdeh mübahisəli ərazidə tikililərin onun tərəfindən inşa edilməsi faktını mübahisələndirməmişdir. Bundan əlavə qeyd edilməlidir ki, Cavabdeh mübahisəli tikililərin inşa edilməsinin lazımi icazələr alınmaqla (məlumatlandırma icraatı tətbiq edilən tikililərə münasibətdə isə həmin icraat tətbiq edilməklə), eləcə də icarəyə verən "Şıx” Sanatoriyasının razılığı alınmaqla aparılmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir.

49. Odur ki, “Kurort" QSC-nin mülkiyyətində olan əmlak kompeksinin və "xxxx" QSCyə ayrılmış 1,67 ha torpaq sahəsinin daxilində yerləşən, Cavabdeh tərəfindən icarə obyektində və qeyd edilən 1,67 ha torpaq sahəsində inşa edilmiş və qurulmuş qanunsuz tikililər və qurğular cavabdehin vəsaiti hesabına sökülməlidir.

50. İlkin iddiaçının və müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiasının bir hissəsini də istifadələrində və sərəncamlarında olan, cavabdeh tərəfindən zəbt edilmiş icarə obyektinə və torpaql sahəsinə köçürülmə təşkil edir.

51. İddia tələbinin həmin hissəsinə münasibətdə qeyd olunmalıdır ki, hazırkı qətnamə ilə Cavabdeh icarə obyekti olan qeyri-yaşayış binası və torpağın yerləşdiyi ünvandan mülkiyyətçi "xxxx" QSC-nin mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən icarə obyekti olan qeyri-yaşayış binaları və ərazidən, habelə "xxxx" QSC tərəfindən "xxxx" Sanatoriyasına istifadəyə verilmiş 1,67 ha torpaq sahəsindən çıxarılması, cavabdeh icarə obyekti və "xxxx" Sanatoriyasının istifadəsinə verilmiş torpağı işçiləri ilə birlikdə boşaltması qət edilmişdir. İlkin İddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxsin mülkiyyətində olan olan daşınmaz əmlak boşaldıldıqdan sonra icarə obyekti və torpaq sahəsinə tələb irəli sürən şəxslərin köçməsi üçün hər hansı maneə qalmır (cavabdehə münasibətdə). O baxımdan məhkəmə həmin hissəyə ayrıca münasibət bildirməyə lüzum görmür.

52. Qarşılıqlı iddia üzrə iddiaçının iddia tələbi Cavabdeh qanuni sahibkarlıq fəaliyyətinə mane ola biləcək hərəkətlərin edilməsinin cavabdehə qadağan edilməsi təşkil edir.

53. Qarşılıqlı iddia tələbinə münasibətdə məhkəmə ilk növbədə qeyd edir ki, ilk iddia üzrə iddiaçının və müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiaları təmin edildiyindən Cavabdeh mübahisəli ərazidə sahibkarlıq fəaliyyətini həyata keçirməsinin heç bir hüquqi əsası mövcud deyildir. Eləcə də, qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən onun sahibkarlıq fəaliyyətinə mane olacaq hər hansı bir hərəkətin cavabdeh tərəfindən edilməsini təsdiqləyəcək mötəbər sübut məhkəməyə təqdim edilməmişdir.

54. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, qarşılıqlı iddia əsassız olduğundan təmin edilməməlidir.

55. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 150 (yüz əlli) (100 + 50) manat məbləğində pul Cavabdeh oğlundan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülməlidir.

56. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İlkin iddia və müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiası təmin edilsin. Cavabdeh icarə obyekti olan qeyri-yaşayış binası və torpağın yerləşdiyi ünvandan mülkiyyətçi "xxxx" QSC-nin mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən icarə obyekti olan qeyri-yaşayış binaları və ərazidən, habelə "xxxx" QSC tərəfindən "xxxx" Sanatoriyasına istifadəyə verilmiş 1,67 ha torpaq sahəsindən çıxarılsın, cavabdeh icarə obyekti və "xxxx" Sanatoriyasının istifadəsinə verilmiş torpağı işçiləri ilə birlikdə boşaltsın, Cavabdeh tərəfindən icarə obyektində və qeyd edilən 1,67 ha torpaq sahəsində inşa edilmiş və qurulmuş qanunsuz tikililər və qurğular cavabdehin vəsaiti hesabına sökülsün. Qarşılıqlı iddia təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 150 (yüz əlli) (100 + 50) manat məbləğində pul Cavabdeh oğlundan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar