Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-168/2025 19.03.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 MMC, Cavabdeh1 və Cavabdeh3 MMC-yə qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər:) (kredit müqaviləsi, zaminlik müqaviləsi) Hakim Əhmədov İlham Bayram oğlunun sədrliyi, Daşdəmirova Ləman Şahlar qızının katibliyi, İddiaçının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 MMC, Cavabdeh1 və Cavabdeh3 MMCyə qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İ Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı ASC cavabdehlər Cavabdeh2 MMC, Cavabdeh1 və Cavabdeh3 MMCyə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “21 oktyabr 2020-ci il tarixli, 73/107 saylı Sahibkarlıq subyektləri tərəfindən alınan kreditlərə dövlət zəmanətinin verilməsi və faizlərin subsidiyalaşdırılması Kredit Müqaviləsi üzrə 209 741.27 manat əsas, 105.1 manat faiz və 105.1 manat cərimə borcu olmaqla cəmi 209 951.47 manat kredit borcu və ödənilmiş 508 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh2 MMC arasında bağlanmış 21 oktyabr 2020-ci il tarixli, 73/107 saylı Sahibkarlıq subyektləri tərəfindən alınan kreditlərə dövlət zəmanətinin verilməsi və faizlərin subsidiyalaşdırılması üzrə Kredit Müqaviləsinə əsasən sonuncuya 36 ay müddətinə illik 15% olmaqla 400 000 manat kredit verilmişdir. Əlavə olaraq İddiaçı ASC ilə Cavabdeh1 arasında 21 oktyabr 2020-ci il tarixli 301/107 saylı zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsində bağlanmış 21 oktyabr 2020-ci il tarixli, 73/107 saylı Sahibkarlıq subyektləri tərəfindən alınan kreditlərə dövlət zəmanətinin verilməsi və faizlərin subsidiyalaşdırılması üzrə Kredit Müqaviləsinə əsasən bank qarşısında öhdəliklərin vaxtında yerinə yetirilməsində Cavabdeh1 borcalanla eyni dərəcədə məsuliyyətinin olması əks olunmuşdur. Bundan əlavə İddiaçı ASC ilə Cavabdeh3 MMC arasında 21 oktyabr 2020-ci il tarixli 302/107 saylı zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsində 21 oktyabr 2020-ci il tarixli, 73/107 saylı Sahibkarlıq subyektləri tərəfindən alınan kreditlərə dövlət zəmanətinin verilməsi və faizlərin subsidiyalaşdırılması üzrə Kredit Müqaviləsinə əsasən bank qarşısında öhdəliklərin vaxtında yerinə yetirilməsində Cavabdeh3 MMC borcalanla eyni dərəcədə məsuliyyətinin olması əks olunmuşdur. Kredit müqaviləsinin tərkib hissəsi olan ödəniş qrafikinə əsasən Cavabdeh2 MMC hər ay ödəniş etməli olduğu halda, o bu öhdəliyi lazımi qaydada yerinə yetirməmişdir. Məlumat üçün qeyd edir ki, Cavabdeh2 MMC ilə bağlanmış 21 oktyabr 2020-ci il tarixli, 73/107 saylı Sahibkarlıq subyektləri tərəfindən alınan kreditlərə dövlət zəmanətinin verilməsi və faizlərin subsidiyalaşdırılması üzrə Kredit Müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirmədiyinə görə Bankın tələbi əsasında Azərbaycan Respublikası X4 tərəfindən zəmanət olaraq 125 661.01 manat əsas borca ödəniş edilmişdir. Həmçinin bildirir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il tarixli 9 iyul 249 nömrəli Qərarı ilə təsdiq edilmiş 1 nömrəli əlavənin 12.7-ci yarımbəndinə əsasən Zəmanət üzrə ödənilmiş vəsaitin geri qaytarılması üçün sahibkarlıq subyektinə və kredit üzrə təminat verən digər şəxslərə (girov (ipoteka) qoyana, zaminə və s.) qarşı Fondun adından və onun xeyrinə tələb hüquqlarını müvəkkil kredit təşkilatı həyata keçirir. Zəmanət üzrə ödəniş edildikdən sonra müvəkkil kredit təşkilatı və Fond arasında bağlanılmış əməkdaşlıq müqaviləsinin şərtlərinə uyğun olaraq, kredit üzrə daxil olan ödənişlərin təmin edilməsi üzrə tələb hüquqlarını Fond (və ya X7 müəyyən etdiyi üçüncü şəxs) həyata keçirə bilər. Hazırda 14 yanvar 2024-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh2 MMC, Cavabdeh1, Cavabdeh3 MMC kredit müqaviləsinə əsasən müəyyən olunmuş müddətdə krediti, ona hesablanacaq faiz və cərimələri ödəməli olduğu halda bu öhdəliyi lazımi qaydada yerinə yetirməməklə ödəniş cədvəlinə uyğun ödənişlər etməmiş və 21 oktyabr 2020-ci il tarixli, 73/107 saylı Sahibkarlıq subyektləri tərəfindən alınan kreditlərə dövlət zəmanətinin verilməsi və faizlərin subsidiyalaşdırılması Kredit Müqaviləsi üzrə 01 aprel 2024-cü il tarixə "xxxx" ASC-yə borcu 209 741,27 manat əsas, 105.1 manat faiz və 105.1 manat cərimə olmaqla cəmi 209 951.47 manat təşkil edir. Cavabdehlərə borcun qaytarılması haqqında tərəfimizdən dəfələrlə xəbərdarlıq olunmuş, lakin buna baxmayaraq bu günə kimi borcun və hesablanmış faizlərin ödənilməsi üçün tədbirlər görülməmişdir. İddiaçının tələbinin əsaslandırdığı sənədlər tərəflər arasında bağlanmış kredit müqaviləsi, zaminlik müqaviləsi, ödəniş qrafiki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il tarixli 9 iyul 249 nömrəli Qərarı ilə təqsdiq edilmiş 1 nömrəli əlavəsi, Azərbaycan Respublikasa X4 tərəfindən zəmənatin ödənilməsini təsdiq edən hesabdan çıxarış və kredit borcuna dair maliyyə arayışdır.
3. xx.xx.2024-cü il tarixdə iddiaçı məhkəməyə iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək, “21 oktyabr 2020-ci il tarixli, 73/107 saylı Sahibkarlıq subyektləri tərəfindən alınan kreditlərə dövlət zəmanətinin verilməsi və faizlərin subsidiyalaşdırılması üzrə kredit müqaviləsinə əsasən kredit müqaviləsinin bitdiyi 21 oktyabr 2023-cü il tarixə 84,778.27 manat əsas, 5,387.64 manat faiz və müqavilənin müddətinin bitdiyi 21 oktyabr 2023-cü il tarixdən 25 aprel 2024-cü il tarixə gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faiz hesablanmış borc isə 2166.56 manat borc, Fond tərəfindən dövlət zəmanətinə əsasən ödənilmiş məbləğ üzrə 108,648.02 manat borc və ödənilmiş 508 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İİ Tərəflərin mövqeləri:
4. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X6 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
5. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər, məhkəmə AR MPM-in 185-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
İİİ Məhkəmə baxışının hədləri:
6. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 222.2-ci maddəsinə əsasən, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir.
İV Sübutların tədqiqi və məhkəmənin mövqeyi
7. Kreditor İddiaçı ASC ilə borclu qismində Cavabdeh2 MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 73/107 nömrəli “Sahibkarlıq subyektləri tərəfindən alınan kreditlərə dövlət zəmanətinin verilməsi və faizlərin subsidiyalaşdırılması” kredit müqaviləsinə əsasən kreditor AR X1 22 sentyabr 2020-ci il tarixli, ZM-146 nömrəli Zəmanət məktubunun şərtlərinə uyğun olaraq məqsədli istifadə, qaytarılmaq, faizlər ödəmək şərtilə borcluya 400 000 manat məbləğində illik 15 faiz dərəcəsi ilə 36 ay müddətinə kredit verir. 1.2 Borclu kredit üzrə əsas borcu və ona hesablanmış faizləri (müqavilənin 6-cı hissəsi nəzərə alınmaqla), o cümlədən mövcud olduğu təqdirdə dəbbə pulunu bu müqavilədə nəzərdə tutulmuş qaydada kreditora ödəyir. 1.3. Kredit əsas vəsaitlərin alınması məqsədləri üçün borclunun Binəqədi rayonu, Dərnəgül şosesi, məhəllə 2095 ünvanında yerləşən sahibkarlıq fəaliyyətinin maliyyələşdirilməsinə verilir. 1.5.1.Borclunun kreditor qarşısında bu müqavilə üzrə öhdəliyini icra etmədiyi və ya lazımınca icra etmədiyi halda, bu öhdəliyi tamamilə icra etməsi barədə məsuliyyəti zamin qismində öz üzərinə götürməsinə dair Cavabdeh1, Cavabdeh3 MMC ilə kreditor arasında zaminlik müqavilələri bağlanılır. 6.1 Borclu bu müqavilə üzrə hesablanmış faizləri kreditin illik faiz dərəcəsindən Fond tərəfindən ödəniləcək faiz subsidiyası üzrə 7.5 faiz bəndi çıxıldıqdan ödəniş cədvəlinə uyğun olaraq ödəyir. 6.2. Fond tərəfindən 22 sentyabr 2020-ci il tarixli ZM -146 nömrəli Zəmanət məktubu ləğv ediləcəyi təqdirdə, (zəmanət verilmiş kreditin restrukturizasiyası və təyinatına uyğun istifadə edilməməsi halları istisna olmaqla), Kreditor kreditin illik faiz dərəcəsini faiz subsidiyası üzrə Fond tərəfindən ödəniləcək 7.5 faiz bəndi həcmində aşağı salır və bununla bağlı tərəflər bu müqaviləyə dəyişiklik edirlər.
8. Kreditor İddiaçı ASC ilə Cavabdeh1 və Cavabdeh3 MMC arasında bağlanmış 21 oktyabr 2020-ci il tarixli, 301/107, 302/107 nömrəli zaminlik müqavilələrinə əsasən zaminlər kreditor və borclu arasında bağlanmış 21 oktyabr 2020-ci il tarixli 73/107 nömrəli kredit müqaviləsinə əsasən yaranmış öhdəliyin icrasının təmin edilməsi üçün borclu tərəfindən bu öhdəlik icra edilmədikdə və ya lazımınca icra edilmədikdə, kredit müqaviləsi üzrə öhdəliyi tamamilə icra etməsi üzrə məsuliyyəti öz üzərinə götürür: 1.2. Kredit müqaviləsi üzrə öhdəlik aşağıdakılardan ibarətdir: 1.2.1 Kreditin məbləği 400 000 AZN 1.2.2 Kredit üzrə illik 15 faiz dərəcəsinə əsasən hesablanan faizlər 1.2.3 Kredit üzrə ödəniş öhdəliyi vaxtında icra edilmədikdə illik 15 faiz dərəcəsinə əsasən hesablanan cərimə; 1.2.4. Kreditin qaytarılma tarixi 36 ay müddətinə 21 oktyabr 2023-cü il tarixinədək.Zaminin əlavə razılığı olmadan, Kreditor ilə borclu arasında qarşılıqlı razılaşmaya əsasən kreditin ödənilməsi müddəti azaldıla bilər. 1.2.5. Kredit üzrə 13866.13 AZN məbləğində olan ödənişlər. Əsas borc və ona hesablanan faizlər Kredit müqaviləsində müəyyən edilmiş qaydada ödənilir.
9. AR X5 ilə İddiaçı ASC arasında AR Nazirlər Kabinetinin 9 iyul 2020-ci il tarixli, 249 nömrəli Qərarı ilə təsdiq edilmiş “Koronavirus (Covid-19) pandemiyasından zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə veriləcək bank kreditləri üzrə dövlət zəmanətinin verilməsi və kredit faizlərinin subsidiyalaşdırılması Qaydası” na uyğun olaraq sahibkarlıq subyektlərinin müvəkkil kredit təşkilatından manatla aldıqları kreditlərə dövlət zəmanəti və həmin kreditlərə hesablanmış faizlərin bir hissəsinə subsidiya verilməsi ilə bağlı Fondla müvəkkil kredit təşkilatlarının qarşılıqlı münasibətlərini tənzimləyən 17 iyul 2020-ci il tarixli sahibkarlıq subyektləri tərəfindən alınan kreditlərə dövlət zəmanətinin verilməsi və faizlərin subsidiyalaşdırılmasına dair əməkdaşlıq müqaviləsi bağlanmışdır. Həmin Müqavilənin: 1-ci bəndinə əsasən, bu müqavilə tərəflər arasında sahibkarlıq subyektləri tərəfindən alınan kreditlərə dövlət zəmanətinin verilməsi və faizlərin subsidiyalaşdırılmasını, müvəkkil kredit təşkilatı tərəfindən birdəfəlik zəmanət haqqı və komissiyanın ödənilməsini, zəmanət verilmiş kredit üzrə monitorinqin aparılmasını, sahibkarlıq subyekti müvəkkil kredit təşkilatı qarşısında kredit üzrə borc öhdəliyini icra etmədikdə, onun öhdəliyinin zəmanət məbləği həddində Fond tərəfindən müvəkkil kredit təşkilatına köçürülməsini, zəmanətə görə ödəniş edilmiş kredit üzrə daxil olan vəsaitlərin bölüşdürülməsi, müvəkkil kredit təşkilatının Fond qarşısında hesabatlılığına dair münasibətləri tənzimləyir. 2.1.11-ci bəndinə əsasən, fondun sahibkarlıq subyekti ilə bağlanmış kredit müqaviləsinin, habelə təminat müqavilələrinin şərtlərinin dəyişdirilməsinə və ya kreditlər üzrə tələb hüquqlarının üçüncü tərəfə ötürülməsinə razılıq vermək hüququ vardır. 2.2.5-ci bəndinə əsasən, fondun tələb hüquqlarını Fondun adından həyata keçirmək səlahiyyətini müvəkkil kredit təşkilatına həvalə etmək vəzifəsi vardır.
10. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il tarixli 9 iyul 249 nömrəli Qərarı ilə təsdiq edilmiş “Koronavirus (Covid-19) pandemiyasından zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə veriləcək bank kreditləri üzrə dövlət zəmanətinin verilməsi və kredit faizlərinin subsidiyalaşdırırlması” Qaydası adlanan 1 nömrəli əlavənin 12.7-ci yarımbəndinə əsasən Zəmanət üzrə ödənilmiş vəsaitin geri qaytarılması üçün sahibkarlıq subyektinə və kredit üzrə təminat verən digər şəxslərə (girov (ipoteka) qoyana, zaminə və s.) qarşı Fondun adından və onun xeyrinə tələb hüquqlarını müvəkkil kredit təşkilatı həyata keçirir. Zəmanət üzrə ödəniş edildikdən sonra müvəkkil kredit təşkilatı və Fond arasında bağlanılmış əməkdaşlıq müqaviləsinin şərtlərinə uyğun olaraq, kredit üzrə daxil olan ödənişlərin təmin edilməsi üzrə tələb hüquqlarını Fond (və ya X7 müəyyən etdiyi üçüncü şəxs) həyata keçirə bilər.
11. Cavabdeh2 MMC-nin hesabından xx.xx.2024-cü il tarixli çıxarışa əsasən hüquqi şəxsin xx.xx.2020-ci il tarixli, 73/107 nömrəli kredit müqaviləsi üzrə əsas borc məbləği 84,778.27 manat, faiz borc məbləği isə 18,787.68 manat təşkil edir.
12. İddiaçı ASC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 15/00418 nömrəli maliyyə arayışına əsasən Cavabdeh2 MMC, Cavabdeh1 və Cavabdeh3 MMC-nin 21 oktyabr 2020-ci il tarixli, 73/107 saylı Sahibkarlıq subyektləri tərəfindən alınan kreditlərə dövlət zəmanətinin verilməsi və faizlərin subsidiyalaşdırılması kredit müqaviləsi üzrə banka 21 oktyabr 2023-cü il tarixə 84,778.27 manat əsas, 5,387.64 manat faiz və müqavilənin müddətinin bitdiyi 21 oktyabr 2023-cü il tarixdən 25 aprel 2024-cü il tarixə gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faiz hesablanmış borc isə 2166.56 manat borc, Fond tərəfindən dövlət zəmanətinə əsasən ödənilmiş məbləğ üzrə 108,648.02 manat borcu vardır.
13. İddiaçı ASC tərəfindən Cavabdeh2 MMC, Cavabdeh1 və Cavabdeh3 MMC-yə pretenziya qaydasında xəbərdarlıq məktubu ünvanlanaraq, yaranmış borc məbləğinin ödənilməsi tələb edilmiş, əks təqdirdə kredit müqaviləsinin şərtlərinə və AR Qanunlarının tələblərinə uyğun olaraq müvafiq tədbirlər görüləcəyi barədə xəbərdarlıq edilmişdir.
14. Beləliklə, tərəflərin izahatları və iş materialları ilə təsdiq edilir ki, hazırkı mübahisə tərəflər arasında bağlanmış kredit müqaviləsindən irəli gəlmişdir. İddia kontragentin Müqavilə öhdəliyini pozmasına əsaslanmaqla pul öhdəliyin icrası tələbini ehtiva edir.
15. AR Mülki Məcəlləsinin: 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 399.1-ci maddəsinə əasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra еdilməməsi borclunun icranı gecikdirməsi sayılır. Bunun nəticəsində icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1 (“Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.”), 448.2 (“Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.”) və 448.4-cü (“Borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin.”) 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən əgər aminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.
16. İşin hallarından müəyyən olunur ki, İddiaçı ASC ilə Cavabdeh2 MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 73/107 saylı kredit müqaviləsinə əsasən sonuncuya 36 ay müddətinə illik 15% olmaqla 400000 manat məbləğində kredit verilmişdir. İddiaçı tərəfinfən kredit müqaviləsi üzrə öhdəlik icra edilsə də, Cavabdeh tərəfindən ödənişlər lazımı qaydada icra edilməmiş, borc məbləğinin ödənişləri həyata keçirilməmiş, nəticədə İddiaçı ASC ilə AR X4 arasında bağlanmış “sahibkarlıq subyektləri tərəfindən alınan kreditlərə dövlət zəmanətinin verilməsi və faizlərin subsidiyalaşdırılması” barədə xx.xx.2020-ci il tarixli əməkdaşlıq müqaviləsinə əsasən Fond tərəfindən bankın tələbi əsasında zəmanət olaraq 108,648.02 manat məbləğində ödəniş həyata keçirilmişdir.
17. Məhkəmə xx.xx.2020-ci il tarixli, 73/107 saylı kredit müqaviləsi üzrə bütün ödənişlər nəzərə alınmaqla müqavilə müddətinin bitdiyi tarixə, yəni xx.xx.2023-cü il tarixə əsas və faiz borc məbləğinin, xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğinin müəyyən edilməsi məqsədilə xx.xx.2024cü il tarixli qərardadına əsasən məhkəmə mühasibatlıq ekspertizası təyin etmiş, məhkəməyə dail olmuş rəyə əsasən müqavilənin bitdiyi tarixə əsas borc üzrə məbləğ 80,087.94 manat, faiz borcu üzrə 4905.39 manat, xx.xx.2024-cü il tarixə illik 5% hesablanmaqla əsas borc üzrə 78.090.47 manat, faiz borcu üzrə 292.84 manat müəyyən edilmişdir.
18. Daha sonra iddiaçının nümayəndəsi vəsatət verərək təkrar məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsini xahiş etmiş, məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadına əsasən təkrar məhkəmə mühasibatlıq-ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 9/7771 nömrəli ekspert rəyinə əsasən Cavabdeh2 MMC-nin İddiaçı ASC-yə olan borcu müqavilə müddətinin bitdiyi tarixə, yəni xx.xx.2023-cü il tarixə əsas borc üzrə 80,198.38 manat, faiz borcu üzrə 4,912.15 manat, xx.xx.2024-cü il tarixə illik 5 % hesablanmaqla əsas borc üzrə 78,210.08 manat, faiz borcu 5% ilə 293.29 manat məbləğində müəyyən edilmişdir.
19. Göründüyü kimi məhkəməyə təqdim edilmiş hər iki ekspert rəyində əsas əsas və faiz borcu məbləği, eyni zamanda gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləği demək olar ki, bir birinə yaxındır. Məhkəmə MPM-in 206.1-ci maddəsinə əsasən, iddia tələbindən kənara çıxmamaq şərtilə sonuncu ekspert rəyi ilə razılaşmamaq üçün əsasların mövcud olmadığı qənaətə gəlir.
20. Eyni zamanda işdən müəyyən olunur ki, İddiaçı ASC ilə Cavabdeh1 və Cavabdeh3 MMC arasında kredit müqaviləsinin təminatı olaraq 21 oktyabr 2020-ci il tarixdə 301/107 və 302/107 saylı zaminlik müqavilələri bağlanmışdır. Qanunvericiliyin tələblərinə müvafiq olaraq kredit müqaviləsi üzrə öhdəliklər borcu tərəfindən lazımı qaydada icra edilmədiyindən, zamin qismində çıxış edən şəxslər borcu ilə birgə müştərək qaydada məsuliyyət daşıyırlar.
21. xx.xx.2020-ci il tarixli, 73/107 saykı kredit müqaviləsinin bitdiyi 21 oktyabr 2023-cü il tarixdən xx.xx.2024-cü il tarixə gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış və iddiaçı tərəfindən tələb edilən 2166.56 manat cəriməyə münasibətdə isə məhkəmə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
22. Konstitusiya Məhkəməsi göstərmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, MM-in 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Beləliklə, öhdəliyin pozulması səbəbindən kreditor tərəfindən müddət bitənədək müqavilədən imtina olunması və bununla da müqaviləyə xitam verilməsi, o cümlədən tələbin ipoteka predmetinə yönəldilməsi halında, kreditor Mülki Məcəllənin 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin – gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə tələb irəli sürə bilər (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərarlar)
23. Məhkəmə müqavilə müddətinin bitdiyi 21 oktyabr 2023-cü il tarixdən xx.xx.2024-cü il tarixə olan müddət ərzində gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanmaqla ekspert rəyində göstərilən məbləği əsaslı hesab edərək, cəriməni 293.29 manat məbləğində müəyyən edir.
24. Məhkəmə işin sadalanan qanunvericilik normalarını, cavabdehin kredit müqaviləsi üzrə üzərlərinə götürdükləri öhdəliyi icra etmədiklərini, nəticədə onların iddiaçıya borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehlərdən tələb etmək hüququna malik olmasını, Azərbaycan Respublikası X4 tərəfindən dövlət zəmanətinə əsasən ödənilmiş məbləği nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehlərdən müştərək qaydada 80198.38 manat əsas borc, 4912.15 manat faiz borcu, müqavilə müddətinin bitdiyi (xx.xx.2023-cü il) tarixdən xx.xx.2024-cü il tarixədək gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik 5 faiz hesablanmış 293.29 manat borc olmaqla, cəmi 85403.82 manat və Azərbaycan Respublikası X4 tərəfindən tərəfindən dövlət zəmanətinə əsasən ödənilmiş 108648.02 manat tutularaq iddiaçıya ödənilməli, qalan hissədə iddia təmin edilməməlidir.
25. Məhkəmə xərclərinə dair hissədə isə iddiaçı 508 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutulmasını tələb edir və dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədləri iş materiallarına əlavə etmişdir.
26. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
27. İddia tələbi təmin edildiyindən məhkəmə dövlət rüsumunun tutulması hissəsində də iddia tələbini əsaslı hesab edir. 28.Eyni zamanda məhkəmə hesab edir ki, ilkin və təkrar məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyəri olan ümumilikdə 200 manat məbləğində pul da cavabdehlərdən müştərək qaydada tutulmaqla Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir.
V Nəticə:
29. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. 21 oktyabr 2020-ci il tarixli 73/107 saylı “sahibkarlıq subyektləri tərəfindən alınan kreditlərə dövlət zəmanətinin verilməsi və faizlərin subsidiyalaşdırılması üzrə” Kredit müqaviləsinə əsasən kredit müqaviləsinin müddətinin bitdiyi xx.xx.2023-cü il tarixə 80198.38 manat əsas borc, 4912.15 manat faiz borcu, müqavilə müddətinin bitdiyi (xx.xx.2023-cü il) tarixdən xx.xx.2024-cü il tarixədək gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik 5 faiz hesablanmış 293.29 manat borc olmaqla, cəmi 85403.82 manat (səksən beş min dörd yüz üç manat səksən iki qəpik), Azərbaycan Respublikası X4 tərəfindən dövlət zəmanətinə əsasən ödənilmiş 108648.02 (yüz səkkiz min altı yüz qırx səkkiz manat iki qəpik) manat və ödənilmiş 508 manat dövlət rüsumu cavabdehlər Cavabdeh1, Cavabdeh2 MMC və Cavabdeh3 MMC-dən müştərək qaydada İddiaçı ASCnin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 200 (iki yüz) manat pul məbləği cavabdehlərdən müştərək qaydada tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X2 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************4 SWİFT BİK CTREAZ 22) ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: İlham Əhmədov