Məhkəmə qərarları › İş №e-2-2(113)-1682/2021

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-1682/2021

06.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-1682/2021 06.04.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Aslanov Kamal Sahib oğlunun katibliyi, cavabdeh X1 iştirakı ilə, İddiaçı Azərbaycan Beynəlxalq X7 Cəmiyyətinin cavabdehlər Cavabdeh1, X2 və Cavabdeh3 qarşı kredit borcunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və digər tələbi barədə kommersiya mübahisəsinə dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Beynəlxalq X7 Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər X4 və Cavabdeh3 iddiaçı “xxxx” ASC-nin xeyrinə 114511,53 manat əsas, 18087,11 manat faiz borcu, 1100,15 manat cərimə, cəmi 133698,79 manat kredit borcunun, iddia ərizəsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun, 0,40 (qırx qəpik) manat bank xidmət haqqının, həmçinin, ipoteka predmetinə tutma yönəldilməsi üçün ödənilmiş 10 (on) manat dövlət rüsumunun və 20 (iyirmi) manat bank xidmət haqqının tutulması, tutmanın Cavabdeh1məxsus Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Malik Musayev küçəsi, 10-cu döngədə 0.0978 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 7A nömrəli, 2 mərtəbəli, 405.9 m2 ümumi, 124.6 m2 yaşayış, 133 m2 yardımçı sahədən ibarət 6 otaqlı fərdi yaşayış evinə (yüklülük çıxarışı: Seriya RX, № 1492983, qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2019) yönəldilməsi və onun ipoteka predmetindən istifadə hüququna xitam verilməsi, ipoteka predmetinin boşaldılması və ilkin satış qiyməti müəyyən edilməklə açıq hərracdan satılması və ipoteka predmetinin satışından əldə olunacaq vəsait hesabına kredit borcunun ödənilməsi, satışdan əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğin cavabdehlər X4 və Cavabdeh3 tutularaq iddiaçı “xxxx” ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi və cavabdehlər Cavabdeh1 və Cavabdeh3 məhkəmə iclasına gəlməmişlər və işə onların iştirakı olmadan baxılması barədə məhkəməyə müraciət etməmişlər. Məhkəmə iclasında iştirak edən cavabdeh “X3 işin mahiyyəti üzrə baxılmasını tələb etmədiyini bildirərək ərizənin baxılmamış saxlanılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.7-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalı, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respubikası MPM-nin 263 və 264-cü maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddiaçı Azərbaycan Beynəlxalq X7 Cəmiyyətinin cavabdehlər Cavabdeh1, X2 və Cavabdeh3 qarşı kredit borcunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və digər tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər, eləcə də 30 manat dövlət rüsumunun ödənilməsi barədə ********* nömrəli xx.xx.2021-ci il tarixli qəbz geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar