Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1683/2024 21.05.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı Filialına qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: alqı-satqı müqaviləsi, borcun ödənilməsi, icranın gecikdirilməsi, dəbbə pulu) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı Filialına qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:
1. İddiaçı (bundan sonra İddiaçı MMC) Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı Filialına (bundan sonra Cavabdeh MMC-nin Azərbaycan Respublikasındakı Filialına) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 47011,09 (qırx yeddi min on bir manat doqquz qəpik) manat əsas borc, illik 5% hesablanmaqla 2397,93 (iki min üç yüz doxsan yeddi manat doxsan üç qəpik) manat cərimə, öhdəliyin gecikdirilməsinə görə hər gecikdirilmiş gün üçün 0,2% həcmində, lakin ödənişi gecikdirilmiş məbləğin 10% həcmindən çox olmamaq şərtilə 35006 (otuz beş min altı) manat gecikdirmə faizi, eləcə də mediasiya xərci olaraq 410 (dörd yüz on) manat olmaqla, ümumilikdə 84825,02 manat məbləğində pulun tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı Filialı arasında xx.xx.2022-ci il tarixli, FT250822NB01 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən satıcı hazırkı müqavilənin şərtlərinə uyğun olaraq müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavələrdə (bundan sonra “X5”) müəyyən olunan markada və keyfiyyətdə sürtkü yağlarını və filterləri alıcının mülkiyyətinə verməyi, alıcı isə həmin malı qəbul etməyi və malın dəyərini satıcıya ödəməyi öhdəsinə götürür. Müqavilənin 2.1-ci bəndinə görə malların qiyməti bu müvafiq X2 göstərilir. Müqavilənin 4.2-ci bəndində qeyd olunmuşdur ki, alıcı malın dəyərini bu müqavilədə nəzərdə tutulan qaydada və müddətdə ödəyir. Müqavilənin 8.1-ci bəndinə görə hazırkı müqavilə üzrə vəzifələrini icra etməyən və lazımi qaydada icra etməyən tərəf digər tərəfə vurduğu zərərə görə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə müəyyən olunan qaydada məsuliyyət daşıyır və qarşı tərəfə vurduğu zərərin əvəzini tam həcmdə ödəməlidir. Tərəflər arasında imzalanmış X1 və təhvil-təslim aktlarına əsasən aşağıda dəyəri qeyd olunmuş mallar satıcı tərəfindən alıcıya təhvil verilmiş və alıcı tərəfindən təhvil alınmışdır: 1) 10 noyabr 2022-ci il tarixli, 1 521 nömrəli təhvil-təslim aktına əsasən 20059,90 (iyirmi min əlli doqquz manat doxsan qəpik) manat; 2) 28 noyabr 2022-ci il tarixli, 1 662 nömrəli təhvil-təslim aktına əsasən 4720,02 (dörd min yeddi yüz iyirmi manat iki qəpik) manat; 3) 27 dekabr 2022-ci il tarixli, 1 910 nömrəli təhvil-təslim aktına əsasən 2832,01 (iki min səkkiz yüz otuz iki manat bir qəpik) manat; 4) 23 fevral 2023-cü il tarixli, 2 343 nömrəli təhvil-təslim aktına əsasən 4424.98 (dörd min dörd yüz iyirmi dörd manat doxsan səkkiz qəpik) manat; 5) 15 mart 2023-cü il tarixli, 2 481 nömrəli təhvil-təslim aktına əsasən 6631,60 (altı min altı yüz otuz bir manat altmış qəpik) manat; 6) 11 aprel 2023-cü il tarixli, 2 692 nömrəli təhvil-təslim aktına əsasən 5663,98 (beş min altı yüz altmış üç manat doxsan səkkiz qəpik) manat; 7) 25 sentyabr 2023-cü il tarixli, 4 184 nömrəli təhvil-təslim aktına əsasən 2678,60 (iki min altı yüz yetmiş səkkiz manat altmış qəpik) manat. Odur ki, yuxarıda qeyd olunanlara əsasən 47011,09 (qırx yeddi min on bir manat doqquz qəpik) manat dəyərində borc məbləği alıcı tərəfindən satıcıya bu günədək ödənilməmiş və alıcı tərəfindən tərəflər arasında imzalanmış müqavilə üzrə öhdəliklər pozulmuşdur. Müqavilənin 7.4-cü bəndinə görə ödənişin hər gecikdirilmiş günü üçün müvafiq X3 ümumi məbləğinin 0,2 % həcmində cərimə ödəməyi alıcı öhdəsinə götürür. Tətbiq olunan cərimələrin ümumi məbləği müvafiq X3 ümumi məbləğinin 10 %-dən artıq ola bilməz. İddiaçı tərəfindən cavabdehə pretenziya məktubu və mediasiya təklifi göndərilsə də, heç bir ödəniş edilməmişdir. Pretenziya məktubu ilə borcun ödənilməsi xahiş olunsa da, cavabdeh pretenziya məktubunun ona çatdığı gündən 15 (on beş) gün ərzində cavab verməklə və ya borcun ödənilməsi ilə bağlı heç bir hərəkət etməmişdir. Yəni borc ödənilməmiş qalmaqdadır. Bu da cavabdeh tərəfindən müqavilə öhdəliklərinin lazımınca icra edilməməsi deməkdir. Müqavilə üzrə razılaşmaya əsasən cavabdehlə aralarında yaranmış mübahisənin danışıqlar yolu ilə həll edilməsi üçün edilən bütün cəhdlərin heç bir nəticəsi olmadığından qanuni maraqların müdafiəsi baxımından mübahisənin Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun qaydada həll edilməsi məqsədi ilə “Mediasiya haqqında” qanunun 3.2-ci maddəsinin tələbinə uyğun olaraq, iddiaçı tərəfindən cavabdehə mediasiya prosesinin tətbiqi barədə təklif ünvanlanmışdır. Lakin cavabdeh həmin təklifə də münasibət bildirmədiyindən iddiaçı tərəfindən mediasiyaya müraciət edilmiş və qarşı tərəf təyin edilmiş mediasiya sessiyasında iştirak etməmişdir. Bakı 4 saylı Mediasiya təşkilatı tərəfindən xx.xx.2024-cü il tarixində MŞB/4-2024-00031 nömrəli İlkin mediasiya sessiyasından (İMS) iştirak edilməməsi barədə arayış təqdim olunmuşdur. Beləliklə, müqavilə üzrə 47011.09 (qırx yeddi min on bir manat doqquz qəpik) manat əsas borc məbləği, illik 5% hesablanmaqla 2397,93 (iki min üç yüz doxsan yeddi manat doxsan üç qəpik) manat cərimə, öhdəliyin gecikdirilməsinə görə hər gecikdirilmiş gün üçün 0,2 % həcmində, lakin ödənişi gecikdirilmiş məbləğin 10% həcmindən çox olmamaq şərtilə 35006 (otuz beş min altı) manat gecikdirmə faizi, ümumilikdə 84415,02 (səksən dörd min dörd yüz on beş manat iki qəpik) manat borc məbləği yaranmışdır.
3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386, 425.1, 442, 443.3, 445.1, 445.2.1, 445.7, 462.1, 567, 597, 598-ci maddələrinə istinad olunmuşdur.
4. Daha sonra iddiaçı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəməyə “iddia tələbinin həcminin azaldılması” barədə ərizə verərək, Cavabdeh MMC-nin Azərbaycan Respublikasındakı Filialından 47011,09 (qırx yeddi min on bir manat doqquz qəpik) manat əsas borc məbləği, illik 5% hesablanmaqla 2397,93 (iki min üç yüz doxsan yeddi manat doxsan üç qəpik) manat cərimə, öhdəliyin gecikdirilməsinə görə hər gecikdirilmiş gün üçün 0,2% həcmində lakin ödənişi gecikdirilmiş məbləğin 10% həcmindən çox olmamaq şərtilə 26531,42 (iyirmi altı min beş yüz otuz bir qırx iki qəpik) manat gecikdirmə faizi, eləcə də mediasiya xərci olaraq 410 (dörd yüz) manat məbləğ olmaqla, ümumilikdə 76350,44 (yetmiş altı min üç yüz əlli manat qırx dörd qəpik) manat məbləğində pulun tutularaq İddiaçı MMCy-ə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Cavabdeh tərəfindən iddiaya etiraz daxil olmuşdır. Etiraz onunla əsaslandırılmışdır ki, tərəflər arasındakı xx.xx.2022 tarixli, FT250822NB01 nömrəli alqı-satqı müqaviləsi etibarsız olduğundan heç bir hüquqi nəticə yaratmır. Belə ki, müqavilənin 3.4-cü maddəsində qeyd edilmişdir ki. “bu müqavilə və onun ayrılmaz tərkib hissəsi olan əlavələrdə imzaların faksimile ilə edilməsinə yol verilmir.” Lakin müqavilədə hər iki tərəfin də hər səhifənin sonunda və müqavilənin “tərəflərin bank rekvizitləri və imzaları” bəndində (14-cü bənd) çəkmiş olduqları imzalara nəzər yetirəndə çəkilən imzaların eyni formada və ölçüdə olmaqla faksimile olduğu anlaşılır. Belə olan halda, etibarlı əqdin zəruri şərti olan forma tələbi pozulmuş olduğundan, bağlanan müqavilə əhəmiyyətsiz olur. Mülki Məcəllənin 331.3-cü maddəsində açıq şəkildə qeyd edilmişdir ki, əqdlərin bağlanması zamanı mexaniki və ya başqa surətçıxarma vasitələrinin köməyi ilə imzanın faksimilesindən, elektron imzadan və ya şəxsi imzanın başqa analoqundan istifadə edilməsinə qanunda, digər hüquqi aktlarda və ya tərəflərin razılaşmasında nəzərdə tutulan hallarda və qaydada yol verilir. Tərəflərin razılaşması ilə nəinki müqavilənin faksimile vasitəsilə imzalanması nəzərdə tutulmuş, əksinə olaraq faksimile ilə imzalanma tamamilə istisna edilmişdir. Mülki Məcəllənin 329.1-ci maddəsinə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Həmçinin əhəmiyyətsiz əqd onun bağlandığı andan etibarsızdır (MM. m. 351.1). Əlavə olaraq, AR Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair AR Konstitusiya Məhkəməsinin 02 aprel 2021-ci il tarixli Plenum qərarında da qeyd edilmişdir ki, əhəmiyyətsiz əqdin etibarsız sayılması üçün məhkəmədə iddia qaldırmağa zərurət yoxdur, o bağlandığı andan özlüyündə etibarsızdır. Əhəmiyyətsiz əqd miibahisələndirilmədən, məhkəmə qərarından, müddətlərdən və s. şərtlərdən asılı olmadan bağlandığı andan etibarən özlüyündə etibarsız olan, yəni arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Həmçinin imperativ bir tələb olan forma tələbinin pozulması müqaviləni qismən yox, tam şəkildə etibarsız edir və əhəmiyyətsiz əqdin etibarlı hala gətirilməsi mümkün deyildir. Müqavilənin etibarsızlığının cavabdeh tərəfindən irəli sürülməsi hüquqdan sui-istifadə kimi qəbul edilə bilməz, çünki müqavilə məhz iddiaçı tərəfindən təqdim edilməklə cavabdeh tərəfindən hər hansı dəyişiklik edilməsinə icazə verilməmişdir. Maqroya müqavilənin şərtləri ilə bağlı müzakirə və dəyişiklik etmək imkanı tanımadığından, cavabdeh tərəfindən sözügedən müddəaya dəyişiklik edilməsi mümkün olmamışdır. Hətta belə bir tələbi iddiaçı özü müəyyənləşdirdiyi halda, buna baxmayaraq qoyduğu tələbə riayət etməyərək faksimiledən istifadə etmişdir. Bu hal isə məhz iddiaçının təqsiri ucbatından baş verdiyindən müqavilənin etibarsızlığının irəli sürülməsi vicdanlılıq prinsipinin tələblərinə zidd deyildir. Plenum qərarında da qeyd edilmişdir ki, “iddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Qeyd olunmalıdır ki, əhəmiyyətsiz əqd üzrə yalnız əvəzedilən əşyalar üzərində əldə edənin hüququ yarana və nəticədə əsassız varlanma baş verə bilər. Beləliklə, əhəmiyyətsiz əqd əsasında əsassız varlanma halı baş verdiyi təqdirdə Mülki Məcəllənin 354.1-ci maddəsinə uyğun olaraq qarşı tərəfin əhəmiyyətsiz əqd əsasında əldə etdiklərinin geri qaytarılması, bu mümkün olmadıqda onların dəyərinin ödənilməsi ilə bağlı tələb hüququ irəli sürülə bilər.” Bu səbəbdən də, iddiaçı tərəfindən Maqroya satıldığı və təhvil verildiyi iddia edilən malların dəyərinin ödənilməsi üçün yalnızca əsassız varlanma qaydasında iddia irəli sürə bilər. Hazırda İddiaçı tərəfindən irəli sürülən iddia tələbinin hüquqi əsası yoxdur.
Tədqiq olunan sübutlar:
6. İddiaçının nümayəndəsi və vəkili nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.
7. Cavabdehin nümayəndəsi Nümayəndə məhkəmə iclasında verdiyi izahatda bildirdi ki, xx.xx.2024-cü il tarixində cavabdeh tərəfindən iddiaçının bank hesabına köçürmə qaydasında 10000 manat (ƏDV daxil) məbləğində ödəniş həyata keçirilmişdir. Bundan sonra, iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, 47011,09 (qırx yeddi min on bir manat doqquz qəpik) manat əsas borc, illik 5% hesablanmaqla 2397,93 (iki min üç yüz doxsan yeddi manat doxsan üç qəpik) manat cərimə, öhdəliyin gecikdirilməsinə görə hər gecikdirilmiş gün üçün 0,2 % həcmində, lakin ödənişi gecikdirilmiş məbləğin 10% həcmindən çox olmamaq şərtilə 26531,42 (iyirmi altı min beş yüz otuz bir manat qırx iki qəpik) manat gecikdirmə faizi, eləcə də mediasiya xərci olaraq 410 (dörd yüz on) manat olmaqla, ümumilikdə 76350,44 (yetmiş altı min üç yüz əlli manat qırx dörd qəpik) manat məbləğində pulun tutularaq, iddiaçıya ödənilməsini xahiş etmişdir. Qeyd edilir ki, ödənilmiş vəsait əsas borc məbləğindən deyil, müqavilənin 7.4-cü bəndində müəyyən edilən cərimənin məbləğindən çıxılmışdır. Nəzərə çatdırılır ki, müqavilənin 7.4-cü bəndinə əsasən “ödəniş hər gecikdirilmiş gün üçün müvafiq X3 ümumi məbləğinin 0,2% həcmində cərimə ödəməyi alıcı öz öhdəsinə götürür. Tətbiq olunan cərimələrin ümumi məbləği müvafiq X3 ümumi məbləğinin 10 faizindən artıq ola bilməz.” Əvvəla, iddiaçının özünün də təqdim etdiyi maliyyə arayışına əsasən hər gecikdirilmiş gün üçün xx.xx.2024-cü il tarixinə qədər yaranan cərimə məbləği 35006 manat təşkil etsə də, aparılan hesablamada 10 faiz məhdudiyyəti tətbiq olunmadığından yekun olaraq cərimə məbləği yanlış hesablanmışdır. Bu səbəbdən də, yaranmış cərimə məbləği 3500,6 (üç min beş yüz manat altı qəpik) manat məbləğindən daha artıq ola bilməz. Həmçinin, xx.xx.2024-cü il tarixində edilən ödəniş EBCİ xx.xx.2022 saylı qaimə faktura üzrə həyata keçirildiyindən, həmin məbləğ cərimənin məbləğindən deyil, həmin qaimə faktura üzrə yaranmış olan borc məbləğindən çıxılmalıdır. Belə olan halda, əsas borc məbləği 37011,09 (otuz yeddi min on bir manat doqquz qəpik) manat təşkil edir.
8. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, satıcı qismində İddiaçı MMC ilə alıcı qismində Cavabdeh MMC-nin Azərbaycan Respublikasındakı Filialı arasında xx.xx.2022-ci il tarixdə FT250822NB01 nömrəli alqısatqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən satıcı hazırkı müqavilənin şərtlərinə uyğun olaraq, ayrılmaz tərkib hissəsi olan əlavələrdə (bundan sonra “X5”) müəyyən olunan markada və keyfiyyətdə sürtkü yağlarını və fılterləri alıcının mülkiyyətinə verməyi, alıcı isə həmin malı qəbul etməyi və malın dəyərini satıcıya ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən malların qiyməti bu müqavilənin ayrılmaz tərkib hissəsi olan “X1”nda göstərilir. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən malın dəyərinə qablaşdırılma və bu müqavilədə müəyyən olunan təhvil yerinə təhvil verilməsi xərcləri daxildir. Həmin müqavilənin 6.1-ci bəndinə əsasən alıcı X4 əsasən aldığı malı qaimə-faktura və/ və ya təhvil-təslim aktı əsasında satıcının Bakı şəhərindəki anbarından təhvil alır. Həmin müqavilənin 6.2-ci bəndinə əsasən mal alıcıya verildiyi andan, malların təsadüfən məhv olması və ya zədələnməsi riski alıcının üzərinə düşür. Həmin müqavilənin 7.2-ci bəndinə əsasən ödəniş mallar təhvil verildikdən sonra 30 (otuz) iş günü ərzində həyata keçirilir. Həmin müqavilənin 7.4-cü bəndinə əsasən ödəniş hər gecikdirilmiş gün üçün müvafiq X3 ümumi məbləğin 0,2% həcmində cərimə ödəməyi alıcı öz öhdəsinə götürür. Tətbiq olunan cərimələrin ümumi məbləği müvafiq X3 ümumi məbləğinin 10 faizindən artıq ola bilməz. Həmin müqavilənin 7.5-ci bəndinə əsasən malların dəyəri hesabda və/vəya Razılaşma Protokolunda USD (ABŞ dolları) ilə qeyd olunduğu halda, ödənişlər Mərkəzi Bankın təyin etdiyi USD satış məzənnəyə uyğun AZN ilə ödəniləcəkdir.
9. xx.xx.2022-ci il tarixli, 1 521 nömrəli qiymətlərin razılaşdırma protokolu adlı sənəddən görünür ki, xx.xx.2022-ci il tarixli, FT250822NB01 nömrəli alqı-satqı müqaviləsi üzrə tərəflər sözügedən sənəddə ad(lar)ı qeyd olunmuş mal(lar)ın qiyməti (20059,90 manat ƏDV daxil) barədə razılığa gəlmişlər. Qiymətlərin razılaşdırma protokolu adlı sənəd hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
10. xx.xx.2022-ci il tarixli, 1 521 nömrəli təhvil-təslim aktında qeyd edilmişdir ki, xx.xx.2022-ci il tarixli, FT250822NB01 nömrəli alqı-satqı müqaviləsi üzrə 20059,90 manat (ƏDV daxil) mal(lar) (aktda qeyd olunmuş) İddiaçı MMC tərəfindən Cavabdeh MMC-nin Azərbaycan Respublikasındakı Filialına təhvil verilmişdir. Akt hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
11. xx.xx.2022-ci il tarixli, EBCİ seriyalı, 693041 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-nin Azərbaycan Respublikasındakı Filialına yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 20059,90 manat (ƏDV daxil) təşkil edir.
12. xx.xx.2022-ci il tarixli, 1 662 nömrəli qiymətlərin razılaşdırma protokolu adlı sənəddən görünür ki, xx.xx.2022-ci il tarixli, FT250822NB01 nömrəli alqı-satqı müqaviləsi üzrə tərəflər sözügedən sənəddə ad(lar)ı qeyd olunmuş mal(lar)ın qiyməti (4720,02 manat ƏDV daxil) barədə razılığa gəlmişlər. Qiymətlərin razılaşdırma protokolu adlı sənəd hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
13. xx.xx.2022-ci il tarixli, 1 662 nömrəli təhvil-təslim aktında qeyd edilmişdir ki, xx.xx.2022-ci il tarixli, FT250822NB01 nömrəli alqı-satqı müqaviləsi üzrə 4720,02 manat (ƏDV daxil) mal(lar) (aktda qeyd olunmuş) İddiaçı MMC tərəfindən Cavabdeh MMC-nin Azərbaycan Respublikasındakı Filialına təhvil verilmişdir. Akt hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
14. xx.xx.2022-ci il tarixli, EBCJ seriyalı, 992215 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-nin Azərbaycan Respublikasındakı Filialına yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 4720,02 manat (ƏDV daxil) təşkil edir.
15. xx.xx.2022-ci il tarixli, 1 910 nömrəli qiymətlərin razılaşdırma protokolu adlı sənəddən görünür ki, xx.xx.2022-ci il tarixli, FT250822NB01 nömrəli alqı-satqı müqaviləsi üzrə tərəflər sözügedən sənəddə ad(lar)ı qeyd olunmuş mal(lar)ın qiyməti (2832,01 manat ƏDV daxil) barədə razılığa gəlmişlər. Qiymətlərin razılaşdırma protokolu adlı sənəd hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
16. xx.xx.2022-ci il tarixli, 1 910 nömrəli təhvil-təslim aktında qeyd edilmişdir ki, xx.xx.2022-ci il tarixli, FT250822NB01 nömrəli alqı-satqı müqaviləsi üzrə 2832,01 manat (ƏDV daxil) mal(lar) (aktda qeyd olunmuş) İddiaçı MMC tərəfindən Cavabdeh MMC-nin Azərbaycan Respublikasındakı Filialına təhvil verilmişdir. Akt hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
17. xx.xx.2022-ci il tarixli, EBCL seriyalı, 992741 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-nin Azərbaycan Respublikasındakı Filialına yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 2832,01 manat (ƏDV daxil) təşkil edir.
18. xx.xx.2023-cü il tarixli, 2 343 nömrəli qiymətlərin razılaşdırma protokolu adlı sənəddən görünür ki, xx.xx.2022-ci il tarixli, FT250822NB01 nömrəli alqı-satqı müqaviləsi üzrə tərəflər sözügedən sənəddə ad(lar)ı qeyd olunmuş mal(lar)ın qiyməti (4424,98 manat ƏDV daxil) barədə razılığa gəlmişlər. Qiymətlərin razılaşdırma protokolu adlı sənəd hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
19. xx.xx.2023-cü il tarixli, 2 343 nömrəli təhvil-təslim aktında qeyd edilmişdir ki, xx.xx.2022-ci il tarixli, FT250822NB01 nömrəli alqı-satqı müqaviləsi üzrə 4424,98 manat (ƏDV daxil) mal(lar) (aktda qeyd olunmuş) İddiaçı MMC tərəfindən Cavabdeh MMC-nin Azərbaycan Respublikasındakı Filialına təhvil verilmişdir. Akt hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
20. xx.xx.2023-cü il tarixli, EBDA seriyalı, 443866 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-nin Azərbaycan Respublikasındakı Filialına yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 4424,98 manat (ƏDV daxil) təşkil edir.
21. xx.xx.2023-cü il tarixli, 2 481 nömrəli qiymətlərin razılaşdırma protokolu adlı sənəddən görünür ki, xx.xx.2022-ci il tarixli, FT250822NB01 nömrəli alqı-satqı müqaviləsi üzrə tərəflər sözügedən sənəddə ad(lar)ı qeyd olunmuş mal(lar)ın qiyməti (6631,60 manat ƏDV daxil) barədə razılığa gəlmişlər. Qiymətlərin razılaşdırma protokolu adlı sənəd hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
22. xx.xx.2023-cü il tarixli, 2 481 nömrəli təhvil-təslim aktında qeyd edilmişdir ki, xx.xx.2022-ci il tarixli, FT250822NB01 nömrəli alqı-satqı müqaviləsi üzrə 6631,60 manat (ƏDV daxil) mal(lar) (aktda qeyd olunmuş) İddiaçı MMC tərəfindən Cavabdeh MMC-nin Azərbaycan Respublikasındakı Filialına təhvil verilmişdir. Akt hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
23. xx.xx.2023-cü il tarixli, EBDB seriyalı, 721525 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-nin Azərbaycan Respublikasındakı Filialına yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 6631,60 manat (ƏDV daxil) təşkil edir.
24. xx.xx.2023-cü il tarixli, 2 692 nömrəli qiymətlərin razılaşdırma protokolu adlı sənəddən görünür ki, xx.xx.2022-ci il tarixli, FT250822NB01 nömrəli alqı-satqı müqaviləsi üzrə tərəflər sözügedən sənəddə ad(lar)ı qeyd olunmuş mal(lar)ın qiyməti (5663,98 manat ƏDV daxil) barədə razılığa gəlmişlər. Qiymətlərin razılaşdırma protokolu adlı sənəd hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
25. xx.xx.2023-cü il tarixli, 2 692 nömrəli təhvil-təslim aktında qeyd edilmişdir ki, xx.xx.2022-ci il tarixli, FT250822NB01 nömrəli alqı-satqı müqaviləsi üzrə 5663,98 manat (ƏDV daxil) mal(lar) (aktda qeyd olunmuş) İddiaçı MMC tərəfindən Cavabdeh MMC-nin Azərbaycan Respublikasındakı Filialına təhvil verilmişdir. Akt hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
26. xx.xx.2023-cü il tarixli, EBDD seriyalı, 372970 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-nin Azərbaycan Respublikasındakı Filialına yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 5663,98 manat (ƏDV daxil) təşkil edir.
27. xx.xx.2023-cü il tarixli, 4 184 nömrəli qiymətlərin razılaşdırma protokolu adlı sənəddən görünür ki, xx.xx.2022-ci il tarixli, FT250822NB01 nömrəli alqı-satqı müqaviləsi üzrə tərəflər sözügedən sənəddə ad(lar)ı qeyd olunmuş mal(lar)ın qiyməti (2678,60 manat ƏDV daxil) barədə razılığa gəlmişlər. Qiymətlərin razılaşdırma protokolu adlı sənəd hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
28. xx.xx.2023-cü il tarixli, 4 184 nömrəli təhvil-təslim aktında qeyd edilmişdir ki, xx.xx.2022-ci il tarixli, FT250822NB01 nömrəli alqı-satqı müqaviləsi üzrə 2678,60 manat (ƏDV daxil) mal(lar) (aktda qeyd olunmuş) İddiaçı MMC tərəfindən Cavabdeh MMC-nin Azərbaycan Respublikasındakı Filialına təhvil verilmişdir. Akt hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
29. xx.xx.2023-cü il tarixli, EBDP seriyalı, 002197 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-nin Azərbaycan Respublikasındakı Filialına yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 2678,60 manat (ƏDV daxil) təşkil edir.
30. xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, İddiaçı MMC ilə Cavabdeh MMC-nin Azərbaycan Respublikasındakı Filialı arasında bağlanmış xx.xx.2022-ci il tarixli, FT250822NB01 nömrəli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh MMC-nin Azərbaycan Respublikasındakı Filialının İddiaçı MMC-yə xx.xx.2024-cü il tarixinə 41011,09 manat əsas borc, 35006 manat dəbbə pulu, gecikdirilimiş vaxt üçün illik 5% məbləğində hesablanmaqla 2397,93 manat (xx.xx.2022-ci il tarixli e-qaimə üzrə 441 gecikmə günü üçün - 1211,84 manat; xx.xx.2022-ci il tarixli e-qaimə üzrə 423 gecikmə günü üçün - 273,50 manat; xx.xx.2022-ci il tarixli e-qaimə üzrə 394 gecikmə günü üçün - 152,85 manat; xx.xx.2023-cü il tarixli e-qaimə üzrə 336 gecikmə günü üçün - 203,67 manat; xx.xx.2023-cü il tarixli e-qaimə üzrə 316 gecikmə günü üçün - 287,07 manat; xx.xx.2023cü il tarixli e-qaimə üzrə 289 gecikmə günü üçün - 224,23 manat; xx.xx.2023-cü il tarixli eqaimə üzrə 122 gecikmə günü üçün - 44,77 manat) məbləğində borcu vardır.
31. "xxxx" ASC tərəfindən tərtib və təsdiq edilmiş xx.xx.2023-cü il tarixli, A formatlı, 206OPXO240950669 nömrəli ödəniş tapşırığından müəyyən edilir ki, Cavabdeh MMC-nin Azərbaycan Respublikasındakı Filialı tərəfindən İddiaçı MMC-nin AZ30KABA******************** nömrəli hesabına 8474,58 manat məbləğində ödəniş edilmişdir. Ödənişin təyinatı qismində xx.xx.2022-ci il tarixli, FT250822NB01 nömrəli alqısatqı müqaviləsi, 693041 EBCİ xx.xx.2022 qaimə qeyd edilmişdir.
32. "xxxx" QSC tərəfindən tərtib və təsdiq edilmiş xx.xx.2024-cü il tarixli, ******* nömrəli ödəmə qəbzindən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Bakı 4 saylı Mediasiya Təşkilatının AZ66AİİB400600D**********109 nömrəli hesabına 410 manat məbləğində ödəniş edilmişdir.
33. İddiaçı tərəfindən həmçinin müqavilə üzrə hazırkı mübahisəyə aidiyyatı olmayan bəzi təhvil təslim aktları və edilən ödənişlərlə bağlı sənədləri təqdim etmişdir.
Tətbiq edilən hüquq
34. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
35. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
36. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.
Məhkəmənin mövqeyi
37. Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. İddiaçı cavabdehin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirmədiyini əsas gətirərək, cavabdehə qarşı hazırkı iddia tələbini irəli sürmüşdür.
38. Cavabdehin nümayəndəsi iddia tələbinə etiraz ərizəsində alqı-satqı müqaviləsi etibarsız olduğundan heç bir hüquqi nəticə yaratmadığını bildirmiş, bununla bağlı müqavilənin 3.4-cü maddəsinə (bu müqavilə və onun ayrılmaz tərkib hissəsi olan əlavələrdə imzaların faksimile ilə edilməsinə yol verilmir) istinad etmiş və qeyd etmişdir ki. müqavilədə hər iki tərəfin də hər səhifənin sonunda və müqavilənin “tərəflərin bank rekvizitləri və imzaları” hissəsində (14-cü bənd) çəkmiş olduqları imzalara nəzər yetirəndə imzaların eyni formada və ölçüdə olmaqla, faksimile olduğu anlaşılır, tərəflərin razılaşmasında nəinki müqavilənin faksimile vasitəsilə imzalanması nəzərdə tutulmuş, əksinə faksimile ilə imzalanma tamamilə istisna edilmişdir. Cavabdeh həmin halı nəzərə alaraq hesab edir ki, müqavilə etibarsızdır.
39. Əvvəla, qeyd olunmalıdır ki, etiraz göstərilən hissədə əsassızdır. Belə ki, müqavilənin etibarsızlığı üçün əsaslar müəyyən olunmur. Cavabdeh özü də ərizəsində qeyd edir ki, müqavilədə hər iki tərəfin də hər səhifənin sonunda və müqavilənin “tərəflərin bank rekvizitləri və imzaları” bəndində çəkilən imzaların eyni formada və ölçüdə olmaqla faksimile olduğu anlaşılır. Hansı formada imzalanmasından asılı olmayaraq, tərəflər arasında müqavilə bağlanmış, müqavilə üzrə alqı-satqı əməliyyatları həyata keçirilmiş və ödənişlər edilmişdir. Eyni zamanda məhkəmə icraatının gedişində hazırkı mübahisə üzrə cavabdeh tərəfindən 10000 manat məbləğində ödəniş həyata keçirilmişdir. Belə olduğu təqdirdə cavabdehin göstərilən əsasla müqavilənin etibarsız sayılmalı olması barədə mövqeyi əsassızdır.
40. İddia tələbinin bir hissəsini Cavabdeh MMC-nin Azərbaycan Respublikasındakı Filialından 47011,09 (qırx yeddi min on bir manat doqquz qəpik) manat əsas borcun tutulması təşkil edir.
41. Əvvəla, qeyd olunmalıdır ki, iddia ərizəsində göstərilən 7 ədəd təhvil-təslim aktı üzrə (həmçinin müvafiq qiymət razılşdaırma protokolları və elektron qaimələr təqdim edilmişdir) təhvil verilən malların ümumi dəyəri 47011,09 manat (20059,90+4720,02+2832,01+4424.98+6631,60+5663,98+2678,60=47011,09) təşkil edir. Həmin məbləğdən məhkəmə icraatının gedişində 10000 manat (ƏDV ilə birlikdə) ödənilmişdir. İddiaçı ödənilən həmin məbləğin cərimədən çıxıldığını bildirərək, tələb olunan cərimə məbləğinin həcmini azaltmışdır. Cavabdeh nümayəndəsi etiraz etmiş və xx.xx.2024-cü il tarixində edilən ödəniş EBCİ xx.xx.2022 saylı qaimə faktura üzrə həyata keçirildiyindən, həmin məbləğin cərimə məbləğindən deyil, həmin qaimə faktura üzrə yaranmış olan borc məbləğindən çıxılmalı olduğunu, belə olan halda əsas borc məbləğinin 37011,09 manat təşkil etdiyini bildirmişdir.
42. Məhkəmə cavabdehin nümayəndəsinin həmin hissədə etirazını əsaslı sayaraq, qeyd edir ki, xx.xx.2023-cü il tarixli, A formatlı, 206OPXO240950669 nömrəli ödəniş tapşırığından da göründüyü kimi, Cavabdeh MMC-nin Azərbaycan Respublikasındakı Filialı tərəfindən İddiaçı MMC-nin hesabına edilən ödənişin təyinatı qismində xx.xx.2022-ci il tarixli, FT250822NB01 nömrəli alqı-satqı müqaviləsi, 693041 EBCİ, xx.xx.2022 qaimə qeyd edilmişdir. Ona görə də 10000 manat (ƏDV-nin də ödənildiyini hər iki tərəf təsdiq etmişlər) məbləğində pul ümumi borcdan çıxılaraq, əsas borcun məbləğ 37011,09 manat müəyyən edilməlidir.
43. Qeyd olunanlara əsasən məhkəmə qanunvericilik normalarını, cavabdehin alqısatqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya ödənilməmiş borcunun qaldığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia göstərilən hissədə qismən təmin edilməli və Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı Filialından 37011,09 manat (otuz yedi min on bir manat doqquz qəpik) borc tutularaq iddiaçıya ödənilməlidir.
44. Bundan əlavə iddiaçı cavabdehdən 26531,42 manat cərimə borcunun tutulmasını xahiş etmişdir.
45. Əvvəla, qeyd olunmalıdır ki, həmin məbləğdə cərimənin tələb edilməsi müqavilə şərtlərinə ziddir. Məhkəmə iddianın cərimə məbləğinin cavabdehdən tutulması hissəsinə münasibətdə də cavabdehin etirazını əsaslı sayır. Belə ki, müqavilə şərtinə əsasən tətbiq olunan cərimələrin ümumi məbləği müvafiq X3 ümumi məbləğinin 10 faizindən artıq ola bilməz.
46. Göstərilən tələbə münasibətdə məhkəmə hesab edir ki, cavabdeh tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də tərəflərin əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, cərimə məbləği azaldılaraq 3500 (üç min beş yüz) manat məbləğində müəyyən edilməli, həmin məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalı, qalan hissədə isə təmin edilməməlidir.
47. İddia tələbinin digər hissəsini cavabdehdən Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış 2397,93 manat məbləğində pulun cavabdehdən tutulması təşkil edir.
48. İddia tələbinin göstərilən hissəsinə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, cavabdeh pul məbləğinin ödənilməsini gecikdirdiyindən iddiaçı gecikdirilməyə görə illik beş faizlə hesablanmış məbləğin ödənilməsini cavabdehdən tələb etməkdə haqlıdır.
49. İddiaçı tərəfindən təqdim edilmiş maliyyə arayışında gecikdirilmiş vaxt üçün illik 5% məbləği xx.xx.2022-ci il tarixli e-qaimə üzrə 441 gecikmə günü üçün - 1211,84 manat; xx.xx.2022-ci il tarixli e-qaimə üzrə 423 gecikmə günü üçün - 273,50 manat; xx.xx.2022-ci il tarixli e-qaimə üzrə 394 gecikmə günü üçün - 152,85 manat; xx.xx.2023-cü il tarixli eqaimə üzrə 336 gecikmə günü üçün - 203,67 manat; xx.xx.2023-cü il tarixli e-qaimə üzrə 316 gecikmə günü üçün - 287,07 manat; xx.xx.2023-cü il tarixli e-qaimə üzrə 289 gecikmə günü üçün - 224,23 manat; xx.xx.2023-cü il tarixli e-qaimə üzrə 122 gecikmə günü üçün - 44,77 manat olmaqla, ümumilikdə 2397,93 manat müəyyən edilmişdir. Lakin təqdim olunmuş sənədlərdən müəyyən olunur ki, həmin məbləğ xx.xx.2022-ci il tarixli e-qaimə üzrə 399 gecikmə günü üçün - 1096,40 manat; xx.xx.2022-ci il tarixli e-qaimə üzrə 378 gecikmə günü üçün - 244,40 manat; xx.xx.2022-ci il tarixli e-qaimə üzrə 349 gecikmə günü üçün - 135,40 manat; xx.xx.2023-cü il tarixli e-qaimə üzrə 286 gecikmə günü üçün - 173,40 manat; xx.xx.2023-cü il tarixli e-qaimə üzrə 265 gecikmə günü üçün - 240,70 manat; xx.xx.2023-cü il tarixli e-qaimə üzrə 244 gecikmə günü üçün - 189,30 manat; xx.xx.2023-cü il tarixli e-qaimə üzrə 70 gecikmə günü üçün - 25,70 manat olmaqla, ümumilikdə 2105,30 manat (iki min yüz beş manat otuz qəpik) təşkil edir. Ona görə də iddia həmin hissədə qismən təmin olunmalı və cavabdehdən gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanan 2105,30 manat (iki min yüz beş manat otuz qəpik) məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır.
50. Eləcə də, iddiaçı 410 (iki yüz) manat mediasiya xərcinin cavabdehdən iddiaçının xeyrinə tutulmasını xahiş edir.
51. Məhkəmə hesab edir ki, 410 (dörd yüz on) manat mediasiya xərci cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
52. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı Filialından 37011,09 manat (otuz yedi min on bir manat doqquz qəpik) əsas borc, 3500 (üç min beş yüz) manat cərimə, gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanan 2105,30 manat (iki min yüz beş manat otuz qəpik), 410 (dörd yüz on) manat mediasiya xərci olmaqla, cəmi 43026,39 manat (qırx üç min iyirmi altı manat otuz doqquz qəpik) məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Zeynəb Axundova