Məhkəmə qərarları › İş №e-2-2(113)-1698/2020

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-1698/2020

05.08.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-1698/2020 05.08.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Səfərli Arzu Mahir qızının katibliyi ilə, İddiaçı MMC-nin cavabdeh “xxxx” ASC-yə qarşı “maddi ziyanın və mənəvi zərərin ödənilməsi” tələbinə dairişə məhkəmənin binasında, açıq məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdeh “xxxx” ASC-yə qarşı “maddi ziyanın və mənəvi zərərin ödənilməsi” tələbinə dairiddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdeh “xxxx” ASC tərəfindən İddiaçı MMC-dən elektrik enerjisindən istifadəyə görə haqqın vaxtından əvvəl tələb edilməsinin və elektrik enerjisinin verilişinin ödəmə sənədi təqdim edildikdən sonra 1 ay ərzində dayandırılmasının qanunsuz hesab edilməsi, elektrik enerjisinin verilişinin qanunsuz dayandırılması nəticəsində İddiaçı MMC-yə dəymiş 10.000 (on min) manat məbləğində maddi ziyanın, İddiaçıMMC-nin qanunla müəyyən olunmuş hüquqlarını pozduğuna görə 3000 (üç min) manat məbləğində mənəvi zərərin, hüquqi yardım xərcləri üçün 1000 (min) manat məbləğində pul vəsaitinin və məhkəməyə müraciət ilə bağlı 30 (otuz) manat məbləğində dövlət rüsumunun cavabdeh “xxxx” ASC-dən tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi icraata qəbul edilmiş və işin məhkəmə hazırlıq iclası xx xxxxxx 2020-ci il tarixə saat 15:15-ə təyin edilmişdir. xx.xx.2020-ci il tarixdə iddiaçının nümayəndəsi məhkəməyə “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə ərizə ünvanlayaraq iddia ərizəsinin geri qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də nümayəndələri məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə iddiaçının nümayəndəsinin ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 170.3-cü maddəsinə əsasən, bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Yuxarıda şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, işin məhkəmə baxışına hazırlanması zamanı iddiaçının nümayəndəsi ərizənin qaytarılması barədə ərizə verdiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinəəsasən, bu Məcəllə ilə nəzərdə tutulmuşəsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 266 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçının nümayəndəsinin vəsatəti təmin edilsin. İddiaçı MMC-nin cavabdeh “xxxx” ASC-yə qarşı “maddi ziyanın və mənəvi zərərin ödənilməsi” tələbinə dairiddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçı MMC tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçıya geri qaytarılsın. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar