Məhkəmə qərarları › İş №e-2-2(113)-170/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-170/2022

16.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-170/2022 16.05.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, X2 katibliyi, İddiaçı "BANK VTB (AZƏRBAYCAN)" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Bank VTB (Azərbaycan)» ASC-nin cavabdehlər Cavabdeh3 MMC, Cavabdeh2, «X4 Stansiyası» MMC və Cavabdeh1 MMC-yə qarşı «borcun ödənilməsi, borcun ipoteka predmetinə yönəldilməsi» tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Bank VTB (Azərbaycan)» ASC-nin cavabdehlər Cavabdeh3 MMC, Cavabdeh2, «X4 Stansiyası» MMC və Cavabdeh1 MMC-yə qarşı qarşı iddia və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bank VTB (Azərbaycan) ASC ilə Cavabdeh3 MMC arasında bağlanmış 30.09.2020-cil tarixli 108034-1-1089/1/5 saylı, “kredit müqaviləsi”nə əsasən 5.112.192,14 (beş milyon yüz on iki min yüz doxsan iki manat on dörd qəpik) manat məbləğində və İddiaçı ASC ilə “X4 Stansiyası” MMC arasında bağlanmış 30.09.2020-ci il tarixli 106544-1-13167/1/5 saylı, “kredit müqaviləsi”nə əsasən 905.874,21 (doqquz yüz beş min səkkiz yüz yetmiş dörd manat iyirmi bir qəpik) manat məbləğində pulun, 30 (otuz) manat məhkəməyə müraciət edilməsi üçün ödənilmiş dövlət rüsumunun, eləcə də ipotekanın qeydə alınması üçün ödənilmiş 910 manat məbləğində dövlət rüsumunun müştərək qaydada Cavabdeh3 MMC, Cavabdeh2 və “X4 Stansiyası” MMC-dən “Bank VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, tərəflər arasında bağlanmış 30.09.2020-ci il tarixli 108034-1-10839/1/5 saylı, “kredit müqaviləsi”nə əsasən tutulmalı olan ümumilikdə 5.112.192,14 (beş milyon yüz on iki min yüz doxsan iki manat on dörd qəpik) manat məbləğində pulun Bank qarşısında ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 38 ünvanında, binanın 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 559.6 kv.m olan qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti 560.000 (beş yüz altmış min) manat məbləğində müəyyən etməklə cavabdehlərdən tutulmalı olan məbləğin həmin əmlaka yönəldilməsi; Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 38 ünvanında, binanın 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 224.5 kv.m olan qeyriyaşayış sahəsinin ilkin satış qiyməti 470.000 (dörd yüz yetmiş min) manat məbləğində müəyyən etməklə cavabdehlərdən tutulmalı olan məbləğin həmin əmlaka yönəldilməsi; Bakı şəhəri, Nərimanov rayonu, Dərnəgül qəsəbəsi, 507-ci küçə, 9 ünvanında istifadədə olan 0.5809 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 5847.8 kv.m olan əmlak kompleksi kimi müəssisənin ilkin satış qiyməti 2.800.000 (iki milyon səkkiz yüz) manat məbləğində müəyyən etməklə cavabdehlərdən tutulmalı olan məbləğin həmin əmlaka yönəldilməsi; Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 38 ünvanında, binanın 2-ci mərtəbəsində yerləşən ümumi sahəsi 2762.3 kv.m olan qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti 2.762.000 (iki milyon yeddi yüz altmış iki min) manat məbləğində müəyyən etməklə cavabdehlərdən tutulmalı olan məbləğin həmin əmlaka yönəldilməsinə, həmin əmlakların açıq hərracdan satılmasına və satışdan əldə edilən vəsaitin Bank VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinə ödənilməsinə, tərəflər arasında bağlanmış 30.09.2020-ci il tarixli 106544-1-13167/1/5 saylı, “kredit müqaviləsi”nə əsasən tutulmalı olan ümumilikdə 905.874,21 (doqquz yüz beş min səkkiz yüz yetmiş dörd manat iyirmi bir qəpik) manat məbləğində pulun Bank qarşısında ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 38 ünvanında, binanın 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 559.6 kv.m olan qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti 560.000 (beş yüz altmış min) manat məbləğində müəyyən etməklə cavabdehlərdən tutulmalı olan məbləğin həmin əmlaka yönəldilməsi; Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 38 ünvanında, binanın 1ci mərtəbəsində yerləşən ümumi sahəsi 224.5 kv.m olan qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti 470.000 (dörd yüz yetmiş min) manat məbləğində müəyyən etməklə cavabdehlərdən tutulmalı olan məbləğin həmin əmlaka yönəldilməsi; Bakı şəhəri, Nərimanov rayonu, Dərnəgül qəsəbəsi, 507-ci küçə, 9 ünvanında istifadədə olan 0.5809 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 5847.8 kv.m olan əmlak kompleksi kimi müəssisənin ilkin satış qiyməti 2.800.000 (iki milyon səkkiz yüz) manat məbləğində müəyyən etməklə cavabdehlərdən tutulmalı olan məbləğin həmin əmlaka yönəldilməsi; daşınmaz əmlaklara tutma yönəldildikdən və onlar satıldıqdan sonra ipoteka qoyan Cavabdeh2 Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 38 ünvanında, binanın 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 559.6 kv.m olan qeyri-yaşayış sahəsini, Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 38 ünvanında, binanın 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 224.5 kv.m olan qeyri-yaşayış sahəsini, Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 38 ünvanında, binanın 2-ci mərtəbəsində yerləşən ümumi sahəsi 2762.3 kv.m olan qeyriyaşayış sahəsini və Cavabdeh1 MMC-nin Bakı şəhəri, Nərimanov rayonu, Dərnəgül qəsəbəsi, 507-ci küçə, 9 ünvanında istifadədə olan 0.5809 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 5847.8 kv.m olan əmlak kompleksi kimi müəssisəni ən gec bir ay ərzində tərk etmədikdə və yaşayış sahələrindən çıxmadıqda həmin şəxslərin məcburi qaydada çıxarılmaları və əmlakların boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bank VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyəti (bundan sonra mətndə Bank) ilə Cavabdeh3 MMC arasında bağlanmış 29.04.2014-cü il tarixli 108034-1-1089/1 saylı “kredit müqaviləsi” əsasında “Bank” “Kredit alan”a illik 12 (on iki) faiz hesablanması şərti ilə 60 (altmış) ay müddətinə 2.000.000 (iki milyon) ABŞ dolları məbləğində və 10.12.2014-cü il tarixli 108034-1-1089/2 saylı kredit müqaviləsi üzrə Bank” “Kredit alan”a illik 12 (on iki) faiz hesablanması şərti ilə 60 (altmış) ay müddətinə 815.900 (səkkiz yüz on beş min doqquz yüz) ABŞ dolları məbləğində kredit verilmişdir. Sonra Bank ilə Cavabdeh3 MMC arasında müxtəlif vaxtlarda kredit müqavilələrinə əlavə sazişlər bağlanmışdır. Sonuncu dəfə 29.04.2014-cü il tarixli 108034- 1-1089/1 “kredit müqaviləsi”nə və 10.12.2014-cü il tarixli 108034-1-1089/2 saylı kredit müqaviləsinə 05 saylı 30.09.2020-ci il tarixli əlavə sazişə əsasən Cavabdeh3 MMC-nin mövcud borcu kapitallaşdırılaraq manata konvertasiya edilərək 5.284.607 (beş milyon iki yüz səksən dörd min altı yüz yeddi) manat müəyyən olunmuş və illik 14 (on dörd) faiz hesablanması şərti ilə müqavilə müddəti 60 (altmış) ay müddətinə uzadılmışdır. Bank tərəfindən Cavabdeh3 MMC-nə verilmiş kredit müqaviləsinin təminatı kimi, Cavabdeh2 özünə məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 38 ünvanında, binanın 1ci mərtəbəsində yerləşən ümumi sahəsi 559.6 kv.m olan qeyri-yaşayış sahəsi 30.09.2020ci il tarixli 106542-NEDVİJ-427/4 saylı “Daşınmaz əmlakın sonrakı ipoteka müqaviləsi” əsasında (qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 05.10.2020-ci il); Cavabdeh2 özünə məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 38 ünvanında, binanın 1ci mərtəbəsində yerləşən ümumi sahəsi 224.5 kv.m olan qeyri-yaşayış sahəsi 30.09.2020ci il tarixli 106542-NEDVİJ-428/4 saylı “Daşınmaz əmlakın sonrakı ipoteka müqaviləsi” əsasında (qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 05.10.2020-ci il); Cavabdeh1 MMC-yə məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Dərnəgül qəsəbəsi, 507-ci küçə, 9 ünvanında istifadədə olan 0.5809 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 5847.8 kv.m olan əmlak kompleksi kimi müəssisə və onun tərkib hissəsi 30.09.2020-ci il tarixli 106542-NEDVİJ-429/4 saylı “Daşınmaz əmlakın sonrakı ipoteka müqaviləsi” əsasında (qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 05.10.2020-ci il); Cavabdeh2 özünə məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 38 ünvanında, binanın 2-ci mərtəbəsində yerləşən ümumi sahəsi 2762.3 kv.m olan qeyri-yaşayış sahəsi 30.09.2020-ci il tarixli 227422/2 saylı “Daşınmaz əmlakın sonrakı ipoteka müqaviləsi” əsasında (qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 05.10.2020-ci il); Eyni zamanda Kredit Müqaviləsi üzrə Cavabdeh3 MMC-nin öhdəliklərinin icrasını təmin etmək məqsədilə “X4 Stansiyası” MMC 09.12.2014-cü il tarixli 106544-G_RAN-157 saylı zaminlik müqaviləsi və 01 və 02 saylı əlavə razılaşmalar əsasında Cavabdeh3 MMC-nin Bank qarşısında öhdəliklərinin yerinə yetirilməsinə görə cavabdehlik daşımaq öhdəliyini öz üzərinə götürmüşdür. Həmçinin Kredit Müqaviləsi üzrə Cavabdeh3 MMC-nin öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 30.04.2014- cü il tarixli 225346 saylı zaminlik müqaviləsi və 01, 02 və 03 saylı əlavə razılaşmalar əsasında Cavabdeh3 MMC-nin Bank qarşısında öhdəliklərinin yerinə yetirilməsinə görə cavabdehlik daşımaq öhdəliyini öz üzərinə götürmüşdür. Eyni zamanda Bank ilə “X4 Stansiyası” MMC arasında bağlanmış 12.12.2014-cü il tarix1i 06544-1- 13167/1 saylı “kredit müqaviləsi” əsasında “Bank” “Kredit alan”a illik 12 (on iki) faiz hesablanması şərti ilə 60 (altmış) ay müddətinə 764.900 (yeddi yüz altmış dörd min doqquz yüz) ABŞ dolları məbləğində kredit verilmişdir. Sonra Bank ilə “X4 Stansiyası” MMC arasında müxtəlif vaxtlarda kredit müqavilələrinə əlavə sazişlər bağlanmışdır. Sonuncu dəfə 12.12.2014-cü il tarixli 106544-1-13167/1 “kredit müqaviləsi”nə imzalanmış 05 saylı 30.09.2020-ci il tarixli əlavə sazişə əsasən Cəmiyyətin mövcud borcu kapitallaşdırılaraq manata konvertasiya edilərək 1.083.210,36 (bir milyon səksən üç min iki yüz on, 36) manat müəyyən olunmuş və illik 14 (on dörd) faiz hesablanması şərti ilə müqavilə müddəti 60 (altmış) ay müddətinə uzadılmışdır. Bank tərəfindən “X4 Stansiyası” MMC-yə verilmiş kredit müqaviləsinin təminatı kimi, Cavabdeh2 özünə məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 38 ünvanında, binanın 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 559.6 kv.m olan qeyri-yaşayış sahəsi 30.09.2020-ci il tarixli 106542- NEDVİJ-427/3 saylı “Daşınmaz əmlakın sonrakı ipoteka müqaviləsi” əsasında (qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 05.10.2020-ci il); Cavabdeh2 özünə məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 38 ünvanında, binanın 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 224.5 kv.m olan qeyri-yaşayış sahəsi 30.09.2020-ci il tarixli 106542- NEDVİJ-428/3 saylı “Daşınmaz əmlakın sonrakı ipoteka müqaviləsi” əsasında (qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 05.10.2020-ci il); Cavabdeh1 MMC-yə məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Dərnəgül qəsəbəsi, 507-ci küçə, 9 ünvanında istifadədə olan 0.5809 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 5847.8 kv.m olan əmlak kompleksi kimi müəssisə və onun tərkib hissəsi 30.09.2020- ci il tarixli 106542-NEDVİJ- 429/3 saylı “Daşınmaz əmlakın sonrakı ipoteka müqaviləsi” əsasında (qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 05.10.2020-ci il); eyni zamanda Kredit Müqaviləsi üzrə“X4 Stansiyası” MMC-nin öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh3 MMC ilə 10.12.2014-cü il tarixli 108034-G_RAN-158 saylı zaminlik müqaviləsi və 01 və 02 saylı əlavə razılaşmalar əsasında Cəmiyyətin Bank qarşısında öhdəliklərinin yerinə yetirilməsinə görə cavabdehlik daşımaq öhdəliyini öz üzərinə götürmüşdür. Həmçinin Kredit Müqaviləsi üzrə “X4 Stansiyası” MMC-nin öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 ilə 10.12.2014-cü il tarixli 269338 saylı zaminlik müqaviləsi və 01 və 02 saylı əlavə razılaşmalar əsasında Cəmiyyətin Bank qarşısında öhdəliklərinin yerinə yetirilməsinə görə cavabdehlik daşımaq öhdəliyini öz üzərinə götürmüşdür. Lakin borclu şəxs öz üzərinə götürdüyü kredit öhdəlikləri 30 noyabr 2020-ci il tarixdən icra etməmişdir. İpoteka müqavilələrində və X1 və Monitorinqi Şöbəsi tərəfindən ipoteka predmetlərinin bazar dəyəri; Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 38 ünvanında, binanın 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 559.6 kv.m olan qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti 560.000 (beş yüz altmış min) manat məbləğində; Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 38 ünvanında, binanın 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 224.5 kv.m olan qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti 470.000 (dörd yüz yetmiş min) manat məbləğində; Bakı şəhəri, Nərimanov rayonu, Dərnəgül qəsəbəsi, 507-ci küçə, 9 ünvanında istifadədə olan 0.5809 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 5847.8 kv.m olan əmlak kompleksi kimi müəssisənin ilkin satış qiyməti 2.800.000 (iki milyon səkkiz yüz) manat məbləğində; Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 38 ünvanında, binanın 2-ci mərtəbəsində yerləşən ümumi sahəsi 2762.3 kv.m olan qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti 2.762.000 (iki milyon yeddi yüz altmış iki min) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı “BANK VTB (AZƏRBAYCAN)" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, "BANK VTB (AZƏRBAYCAN)" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh3 MMC arasında bağlanmış 29.04.2014-cü il tarixli 108034-1-10839/1 saylı və 10.12.2014-cü il tarixli 108034-1-10839/2 saylı təminatlı kredit müqavilələrinə əsasən sonuncuya 60 (altmış) ay müddətinə illik 12 (on iki) faiz olmaqla müvafiq olaraq 2.00.000 (iki milyon) ABŞ Dolları və 815.900 (səkkiz yüz on beş min doqquz yüz) məbləğində krеdit хətti açılmışdır. Tərəflər arasında 30.09.2020-ci il tarixli 29.04.2014-cü il tarixli 108034-1-10839/1 nömrəli “kredit müqaviləsi”nə və 10.12.2014-cü il tarixli 108034-1-10839/2 saylı “kredit müqaviləsi”nə dəyişiklik və əlavələr edilməsi barədə 05 saylı razılaşma imzalanmış və Cavabdeh3 MMC-nin 29.04.2014-cü il tarixli 108034-1- 10839/1 saylı Kredit Müqaviləsi üzrə 30.09.2020-ci il tarixə olan 2.334.897.15 ABŞ dolları (iki milyon otuz üç min dörd yüz min səkkiz yüz doxsan yeddi ABŞ dolları on səkkiz sent) məbləğində borcu və 10.12.2014-cü il tarixli 108034-1-10839/2 saylı kredit müqaviləsi üzrə 30.09.2020-ci il tarixə mövcud olan 773.695,40 ABŞ dolları (yeddi yüz yetmiş üç min altı yüz doxsan beş ABŞ dolları qırx sent) məbləğində mövcud borcu kapitallaşdırılaraq ABŞ dollarının Mərkəzi Bankın müəyyən etdiyi məzənnəsi ilə (1 ABŞ dolları-1.7000 AZN) konvertasiya edilərək 5 .284.607,39 (beş milyon iki yüz səksən dörd min altı yüz yeddi manat otuz doqquz qəpik) manat müəyyən olunmuş və illik 14 (on dörd) faiz hesablanması şərti ilə müqavilə müddəti 60 (altmış) ay müddətinə uzadılmışdır. 30.09.2020-ci il tarixli 5 saylı razılaşma üzrə Cavabdeh3 MMC-nin öhdəliklərinin icrasını təmin еtmək məqsədilə Bankla Cavabdeh2 arasında 30.09.2020-ci il tarixli 106542-NEDVİJ-427/4, 30.09.2020-ci il tarixli 227422/2, 30.09.2020-ci il tarixli 106542-NEDVİJ-428/4 saylı, Bankla Cavabdeh1 MMC arasında 30.09.2020-ci il tarixli 106542-NEDVİJ-429/4 saylı ipoteka müqavilələri bağlanaraq müvafiq olaraq Cavabdeh2 məxsus Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 38 ünvanında, binanın 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 559.6 kv.m olan, Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 38 ünvanında, binanın 2-ci mərtəbəsində yerləşən ümumi sahəsi 2762.3 kv.m olan, Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 38 ünvanında, binanın 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 224.5 kv.m olan qeyriyaşayış sahələri və Cavabdeh1 MMC-yə məxsus Bakı şəhəri, Nərimanov rayonu, Dərnəgül qəsəbəsi, 507-ci küçə, 9 ünvanında istifadədə olan 0.5809 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 5847.8 kv.m olan əmlak kompleksi kimi müəssisə və onun tərkib hissəsi Bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Eyni zamanda Cavabdeh3 MMC tərəfindən kredit müqavilələri üzrə öhdəliklərin icrasının təmin edilməsi məqsədilə Bankla “X4 Stansiyası” MMC arasında 09.12.2014-cü il tarixli 106544-G_RAN-157 saylı zaminlik müqaviləsi və zaminlik müqaviləsinə əlavə və dəyişikliklər edilməsi barədə 25.01.2019-cu il tarixli 01 saylı və 30.09.2020-ci il tarixli 02 saylı əlavə razılaşmalar, Bankla Cavabdeh2 arasında 30.04.2014- cü il tarixli 225346 saylı zaminlik müqaviləsi və 10.12.2014-cü il tarixli 01 saylı, 25.01.2019-cu il tarixli 02 saylı və 30.09.2020-ci il tarixli 03 saylı əlavə razılaşmalar imzalanmışdır. "BANK VTB (AZƏRBAYCAN)" Açıq Səhmdar Cəmiyyəti ilə “X4 Stansiyası” MMC arasında bağlanmış 12.12.2014-cü il tarixli 106544-1-13167/1 saylı təminatlı kredit müqaviləsinə əsasən sonuncuya 60 (altmış) ay müddətinə illik 12 (on iki) faiz olmaqla müvafiq olaraq 764.900 (yeddiz yüz altmış dörd min doqquz yüz) ABŞ Dolları məbləğində krеdit хətti açılmışdır. Tərəflər arasında 30.09.2020-ci il tarixli 12.12.20214-cü il tarixli 106544-1-13167/1 saylı “kredit müqaviləsi”nə dəyişiklik və əlavələr edilməsi barədə 05 saylı razılaşma imzalanmış və “X4 Stansiyası” MMC-nin 30.09.2020-ci il tarixə olan 637.182,56 ABŞ dolları (altı yüz otuz yeddi min yüz səksən iki ABŞ dolları əlli altı sent) məbləğində borcu kapitallaşdırılaraq ABŞ dollarının MB-ın müəyyən etdiyi məzənnəsi ilə (1 ABŞ dolları-1.7000 AZN) konvertasiya edilərək 1.083.210,36 AZN (bir milyon səksən üç min iki yüz on manat otuz altı qəpik) manat müəyyən olunmuş və illik 14 (on dörd) faiz hesablanması şərti ilə müqavilə müddəti 60 (altmış) ay müddətinə uzadılmışdır. 30.09.2020-ci il tarixli 5 saylı razılaşma üzrə “X4 Stansiyası” MMC-nin öhdəliklərinin icrasını təmin еtmək məqsədilə Bankla Cavabdeh2 arasında 30.09.2020-ci il tarixli 106542-NEDVİJ-427/3, 30.09.2020-ci il tarixli 106542-NEDVİJ-428/3 saylı, Bankla Cavabdeh1 MMC arasında 30.09.2020-ci il tarixli 106542-NEDVİJ-429/3 saylı ipoteka müqavilələri bağlanaraq müvafiq olaraq Cavabdeh2 məxsus Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 38 ünvanında, binanın 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 559.6 kv.m olan, Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 38 ünvanında, binanın 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 224.5 kv.m olan qeyri-yaşayış sahələri və Cavabdeh1 MMC-yə məxsus Bakı şəhəri, Nərimanov rayonu, Dərnəgül qəsəbəsi, 507-ci küçə, 9 ünvanında istifadədə olan 0.5809 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 5847.8 kv.m olan əmlak kompleksi kimi müəssisə və onun tərkib hissəsi Bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Eyni zamanda “X4 Stansiyası” MMC tərəfindən kredit müqavilələri üzrə öhdəliklərin icrasının təmin edilməsi məqsədilə Bankla Cavabdeh3 MMC arasında 10.12.2014-cü il tarixli 108034-G_RAN-158 saylı zaminlik müqaviləsi və zaminlik müqaviləsinə əlavə və dəyişikliklər edilməsi barədə 25.01.2019-cu il tarixli 01 saylı və 30.09.2020-ci il tarixli 02 saylı əlavə razılaşmalar, Bankla Cavabdeh2 arasında 10.12.2014- cü il tarixli 269338 saylı zaminlik müqaviləsi və 25.01.2019-cu il tarixli 01 saylı və 30.09.2020-ci il tarixli 02 saylı əlavə razılaşmalar imzalanmışdır. İş materiallarında olan 2020-ci il tarixli 05 oktyabr tarixli, ********** nömrəli Çıxarışın surətindən görünür ki, Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 38 ünvanında sahəsi 559.6 kv.m olan qeyri-yaşayış sahəsinin ipotekasının dövlət qeydiyyatı aparılmışdır. İş materiallarında olan 2020-ci il tarixli 05 oktyabr tarixli, ********** nömrəli Çıxarışın surətindən görünür ki, Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 38 ünvanında sahəsi 2762.3 kv.m olan qeyri-yaşayış sahəsinin ipotekasının dövlət qeydiyyatı aparılmışdır. İş materiallarında olan 2020-ci il tarixli 05 oktyabr tarixli, ********** nömrəli Çıxarışın surətindən görünür ki, Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 38 ünvanında sahəsi 224.5 kv.m olan qeyri-yaşayış sahəsinin ipotekasının dövlət qeydiyyatı aparılmışdır. İş materiallarında olan 2020-ci il tarixli 05 oktyabr tarixli, ********** nömrəli Çıxarışın surətindən görünür ki, Cavabdeh1 MMC-nin mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Dərnəgül qəsəbəsi, 507-ci küçə, 9 ünvanında ümumi sahəsi 5847.8 kv.m olan əmlak kompleksi kimi müəssisənin ipotekasının dövlət qeydiyyatı aparılmışdır. İş materiallarına əlavə edilmiş maliyyə arayışından görünür ki, 11.05.2022-ci il tarixə Cavabdeh3 MMC-nin Bank VTB (Azərbaycan) ASC-yə 108034-1-10839/1/5 saylı, 30.09.2020-ci il tarixli kommersiya krediti müqaviləsi üzrə əsas borcu 5.112.192,14 (beş milyon yüz on iki min yüz doxsan iki manat on dörd qəpik) manat, “X4 Stansiyası” MMCnin Bank VTB (Azərbaycan) ASC-yə 106544-1-13167/1/5 saylı, 30.09.2020-ci il tarixli kommersiya krediti müqaviləsi üzrə əsas borcu 905.874,21 (doqquz yüz beş min səkkiz yüz yetmiş dörd manat iyirmi bir qəpik) manat təşkil edir. İddianın dəyişdirilməsindən öncə qəbul edilmiş qərardad əsasında keçirilmiş ekspertiza rəyinə əsasən, Bank VTB (Azərbaycan) ASC ilə Cavabdeh3 MMC arasında bağlanmış 30.09.2020-ci il tarixli 108034-1-10839/1/5 saylı kredit müqaviləsi və Bank VTB (Azərbaycan) ASC ilə “X4 Stansiyası” MMC arasında bağlanmış 30 sentyabr 2020-ci il tarixli 106544-1-13167/1/5 saylı kredit müqaviləsi üzrə 29.04.2021-ci il tarixə (maliyyə arayışının verildiyi tarixə) banka olan əsas borcu 108034-1-10839/1/5 saylı kredit müqaviləsi üzrə 5.270.784,14 manat, 106544-1-13167/1/5 saylı kredit müqaviləsi üzrə 1.045.067,94 manat müəyyən edilmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 31 may 2018-ci il tarixli Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 739-cu maddəsinin mənasına görə, kreditor pulu kredit alana təqdim etməyi öhdəsinə götürür. Bu isə kredit müqavilələrinin, bir qayda olaraq, konsensual müqavilə olmasını göstərir. X3 Məhkəməsi izah etmişdir ki, real müqavilələr üzrə hüquq və öhdəliklər müqavilə predmeti olan əmlakın (əşyanın) verilməsindən sonra əmələ gəlir. Məsələn, bağışlama müqaviləsi hədiyyə almış şəxsin hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Konsensual müqavilələr üzrə hüquq və öhdəliklər isə bu müqavilənin bağlandığı (imzalandığı) andan əmələ gəlir. Mülki qanunvericilikdə konsensual müqavilənin əsas əlamətlərindən biri “əmlakı təqdim etməyi öhdəsinə götürür”, “işləri görməyi öhdəsinə götürür” və s. bu kimi ifadələr ilə müəyyən olunur. Beləliklə, Konstitusiya Məhkəməsinin Qərarından aydın olur ki, Mülki Məcəllənin 739cu maddəsində nəzərdə tutulan borc müqaviləsi konsensual müqavilədir, həmin müqavilə tərtib olunub imzalandıqdan sonra bağlanmış hesab olunur və tərəflərin həmin müqavilədən irəli gələn öhdəlikləri, yəni borc verənin pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu borc alana keçirməyi öhdəliyi, borc alanın isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəliyi əmələ gəlir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, müqavilə üzrə borc alan öz üzərinə düşən öhdəliyi tam icra etməmiş və nəticədə borcu yaranmışdır. Qeyd olunan normaların tələblərini rəhbər tutaraq məhkəmə hesab edir ki, iddia əsas borcun tələb edilməsi hissəsində əsaslıdır. Belə ki, Bank VTB (Azərbaycan) ASC ilə Cavabdeh3 MMC arasında bağlanmış 30.09.2020-cil tarixli 108034-1-1089/1/5 saylı, kredit müqaviləsinə əsasən əsas borc üzrə 5.112.192 (beş milyon yüz on iki min yüz doxsan iki) manat, 14 (on dörd) qəpik məbləğində pul Cavabdeh3 MMC-dən, Cavabdeh2 və “X4 Stansiyası” MMC-dən müştərək qaydada tutularaq Banka ödənilməlidir. Bank VTB (Azərbaycan) ASC ilə “X4 Stansiyası” MMC arasında bağlanmış 30.09.2020-ci il tarixli 106544-1-13167/1/5 saylı, kredit müqaviləsinə əsasən əsas borc üzrə 905.874 (doqquz yüz beş min səkkiz yüz yetmiş dörd) manat, 21 (iyirmi bir) qəpik məbləğində pul Cavabdeh3 MMC-dən, Cavabdeh2 və “X4 Stansiyası” MMC-dən müştərək qaydada tutularaq Banka ödənilməlidir. Məhkəmə iddianın borcun ipoteka predmetinə yönəldilməsi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.5-ci maddəsinə əsasən girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. İşin hallarından da göründüyü kimi, 30.09.2020-ci il tarixli 29.04.2014-cü il tarixli 108034-1-10839/1 nömrəli “kredit müqaviləsi”nə və 10.12.2014-cü il tarixli 108034-1- 10839/2 saylı “kredit müqaviləsi”nə dəyişiklik və əlavələr edilməsi barədə 05 saylı razılaşma üzrə Cavabdeh3 MMC-nin və 30.09.2020-ci il tarixli 12.12.20214-cü il tarixli 106544-1-13167/1 saylı “kredit müqaviləsi”nə dəyişiklik və əlavələr edilməsi barədə 05 saylı razılaşma üzrə “X4 Stansiyası” MMC-nin öhdəliklərinin icrasını təmin еtmək məqsədilə Bankla Cavabdeh2 arasında və Bankla Cavabdeh1 MMC arasında ipoteka müqavilə bağlanaraq Cavabdeh2 məxsus Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 38 ünvanında yerləşən sahəsi 559.6 kv.m, 2762.3 kv.m, 224.5 kv.m olan qeyri-yaşayış sahələri və Cavabdeh1 MMC-yə məxsus Bakı şəhəri, Nərimanov rayonu, Dərnəgül qəsəbəsi, 507-ci küçə, 9 ünvanında yerləşən əmlak kompleksi kimi müəssisə və onun tərkib hissəsi Bankın xeyrinə ipoteka ilə yüklü etmişdir. Həmçinin ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildiriş də, qanunvericiliyin tələbinə uyğun olaraq qeydə alınmışdır. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş: - 29.03.2022-ci il tarixli 048/VTB/22 saylı əmlakın qiymətləndirilməsi barədə rəyə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 38 ünvanında yerləşən sahəsi 559.6 kv.m olan qeyri-yaşayış sahəsinin bazar dəyəri 1.390.000 (bir milyon üç yüz doxsan min) manat, likvid dəyəri isə 1.250.000 (bir milyon iki yüz əlli min) manat; - 29.03.2022-ci il tarixli 047/VTB/22 saylı əmlakın qiymətləndirilməsi barədə rəyə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 38 ünvanında çox mərtəbəli yaşayış binasının ikinci mərtəbəsində yerləşən 2.762.3 kv.m olan qeyri-yaşayış sahəsinin bazar dəyəri 4.000.000 (dörd milyon) manat, likvid dəyəri isə 3.600.000 (üç milyon altı yüz min) manat; - 29.03.2022-ci il tarixli 049/VTB/22 saylı əmlakın qiymətləndirilməsi barədə rəyə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 38 ünvanında çox mərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşən 224.5 kv.m olan qeyri-yaşayış sahəsinin bazar dəyəri 770.000 (yeddi yüz yetmiş min) manat, likvid dəyəri isə 700.000 (yeddiz yüz min) manat; - 29.03.2022-ci il tarixli 050/VTB/22 saylı əmlakın qiymətləndirilməsi barədə rəyə əsasən Bakı şəhəri, Bakı şəhəri, Nərimanov rayonu, Dərnəgül qəsəbəsi, 507-ci küçə, 9 ünvanında 0.5809 ha torpaq sahəsində yerləşən əmlak kompleksinin bazar dəyəri 3.300.000 (üç milyon üç yüz min) manat, likvid dəyəri isə 2.900.000 (iki milyon doqquz yüz min) manat təşkil edir. Göründüyü kimi qanunveriliyin tələblərinə əməl edilərək ipoteka müqaviləsi bağlanmış və tutmanın yönəldilməsinə dair bildiriş də qeydə alınmışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 910 (on) manat məbləğində pul da, müştərək qaydada Cavabdeh3 MMC-dən, Cavabdeh2 və “X4 Stansiyası” MMC-dən tutularaq “Bank VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, dövlət rüsumu kimi ödənilmiş pulun əvəzi olaraq 30 manat məbləğində pul vəsaiti də müştərək qaydada Cavabdeh3 MMC-dən, Cavabdeh2 və “X4 Stansiyası” MMC-dən tutularaq “Bank VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Bank VTB (Azərbaycan) ASC ilə Cavabdeh3 MMC arasında bağlanmış 30.09.2020cil tarixli 108034-1-1089/1/5 saylı, kredit müqaviləsinə əsasən əsas borc üzrə 5.112.192 (beş milyon yüz on iki min yüz doxsan iki) manat, 14 (on dörd) qəpik məbləğində pul müştərək qaydada Cavabdeh3 MMC-dən, Cavabdeh2 və “X4 Stansiyası” MMC-dən tutularaq “Bank VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Bank VTB (Azərbaycan) ASC ilə Cavabdeh3 MMC arasında bağlanmış 30.09.2020cil tarixli 108034-1-1089/1/5 saylı, kredit müqaviləsi üzrə tutma ilkin satış qiyməti 1.250.000 manat müəyyən edilməklə Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 38 ünvanında binanın birinci mərtəbəsində yerləşən ümumi sahəsi 559,6 kv.m olan qeyri-yaşayış sahəsinə, ikin satış qiyməti 700.000 manat müəyyən edilməklə Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 38 ünvanında binanın birinci mərtəbəsində yerləşən ümumi sahəsi 224,5 kv.m olan qeyriyaşayış sahəsinə, ikin satış qiyməti 3.600.000 manat müəyyən edilməklə Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 38 ünvanında binanın ikinci mərtəbəsində yerləşən ümumi sahəsi 2762,3 kv.m olan qeyri-yaşayış sahəsinə, ilkin satış qiyməti 2.900.000 manat müəyyən edilməklə Titanik MMC-yə məxsus Bakı şəhəri, Dərnəgül qəsəbəsi, 507-ci küçə 9 ünvanında istifadədə olan torpaq sahəsində yerləşən, ümumi sahəsi 5847,8 kv.m olan əmlak kompleksi kimi müəssisəyə yönəldilərək açıq hərracda satılsın. Bank VTB (Azərbaycan) ASC ilə “X4 Stansiyası” MMC arasında bağlanmış 30.09.2020-ci il tarixli 106544-1-13167/1/5 saylı, kredit müqaviləsinə əsasən əsas borc üzrə 905.874 (doqquz yüz beş min səkkiz yüz yetmiş dörd) manat, 21 (iyirmi bir) qəpik məbləğində pul Cavabdeh3 MMC-dən, Cavabdeh2 və “X4 Stansiyası” MMC-dən tutularaq “Bank VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Bank VTB (Azərbaycan) ASC ilə “X4 Stansiyası” MMC arasında bağlanmış 30.09.2020-ci il tarixli 106544-1-13167/1/5 saylı, kredit müqaviləsi üzrə tutma kin satış qiyməti 1.250.000 manat müəyyən edilməklə Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 38 ünvanında binanın birinci mərtəbəsində yerləşən ümumi sahəsi 559,6 kv.m olan qeyri-yaşayış sahəsinə, ilkin satış qiyməti 700.000 manat müəyyən edilməklə Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 38 ünvanında binanın birinci mərtəbəsində yerləşən ümumi sahəsi 224,5 kv.m olan qeyriyaşayış sahəsinə ilkin satış qiyməti 2.900.000 manat müəyyən edilməklə Titanik MMC-yə məxsus Bakı şəhəri, Dərnəgül qəsəbəsi, 507-ci küçə 9 ünvanında istifadədə olan torpaq sahəsində yerləşən, ümumi sahəsi 5847,8 kv.m olan əmlak kompleksi kimi müəssisəyə yönəldilərək açıq hərracda satılsın. Daşınmaz əmlaklara tutma yönəldildikdən və onlar satıldıqdan sonra ipoteka qoyan Cavabdeh2 Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 38 ünvanında, binanın 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 559.6 kv.m olan qeyri-yaşayış sahəsini, Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 38 ünvanında, binanın 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 224.5 kv.m olan qeyri-yaşayış sahəsini, Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 38 ünvanında, binanın 2-ci mərtəbəsində yerləşən ümumi sahəsi 2762.3 kv.m olan qeyriyaşayış sahəsini və Cavabdeh1 MMC-nin Bakı şəhəri, Nərimanov rayonu, Dərnəgül qəsəbəsi, 507-ci küçə, 9 ünvanında istifadədə olan 0.5809 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 5847.8 kv.m olan əmlak kompleksi kimi müəssisəni ən geci bir ay ərzində çıxarılmaqla boşaldılsın. Məhkəmə-mühasibatlıq ekspertizanın keçirilməsi xərcinin əvəzi olaraq 100 manat məbləğində pul müştərək qaydada Cavabdeh3 MMC-dən, Cavabdeh2 və “X4 Stansiyası” MMC-dən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinə ödənilsin. Məhkəmə-Əmtəəşünaslıq Ekspertizasının keçirilməsinin dəyəri olaraq 2500 manat məbləğində pul müştərək qaydada STR” MMC-dən, Cavabdeh2 və “X4 Stansiyası” MMCdən tutularaq AB Consulting MMC-yə ödənilsin. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 910 (doqquz yüz on) manat, dövlət rüsumu kimi ödənilmiş pulun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul vəsaiti müştərək qaydada Cavabdeh3 MMC-dən, Cavabdeh2 və “X4 Stansiyası” MMC-dən tutularaq “Bank VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar