Məhkəmə qərarları › İş №e-2-2(113)-1701/2021

Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-1701/2021

09.04.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1701/2021 09.04.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əhmədov İlham Bayram oğlunun sədrliyi, Kamilli Günel Hakim qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə Cavabdehlərin iştirakı olmadan İddiaçı “xxxx” ASC-nin cavabdehlər Cavabdeh2 və “xxxx” MMC-yə qarşı “sığorta ödənişinin ödənilməsi” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” ASC cavabdehlər Cavabdeh2 və “xxxx” MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən subroqasiya qaydasında iddiaçının xeyrinə dəymiş ziyana görə 797.59 manat sığorta ödənişinin, ödənilmiş 30.40 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya məxsus Cavabdeh2 tərəfindən idarə olunan ** AU *** dövlət qeydiyyat nişanlı Kia Optima markalı avtonəqliyyat vasitəsi ilə xx.xx.2017-ci il tarixində “xxxx” ASC tərəfindən “Avtonəqliyyat vasitələrinin tam sığortası” növü üzrə sığortalanmış ** JX *** dövlət qeydiyyat nişanlı İveco Urbanway markalı avtonəqliyyat vasitəsinə, yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurulmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsi ilə əlaqədar DYP əməkdaşı tərəfindən xx.xx.2017-ci il tarixli TYO 121796 saylı inzibati tənbeh vermə haqqında qərar tərtib olunmuşdur. “xxxx” MMC tərəfindən tərtib olunmuş zərər aktına əsasən sığortalanmış ** JX *** dövlət qeydiyyat nişanlı İveco Urbanway markalı avtonəqliyyat vasitəsinin təmiri üçün təmir mərkəzinin hesabına ödənilməsi qərara alınmış və köçürmə həyata keçirilmişdir. Təmir edildikdən sonra zərərvuran şəxsin mülki məsuliyyətinin icbari sığortasının olmadığı müəyyən edilmişdir. Sığorta tərəfindən sığortalıya ödənilmiş 797.59 manat məbləğində vəsaitin “xxxx” ASC-nin bank hesabına ödənilməsi barədə cavabdehə müvafiq bildiriş göndərilmiş lakin, cavabdehlər dəymiş zərər məbləğini ödəməkdən yayınmışdır. Mülki hüquq pozuntusu Cavabdeh2 tərəfindən törədilmiş və sonuncunun təqsirli və hüquqazidd əməli nəticəsində sığortalanmış avtomobilin sahibinə maddi zərər vurulmuşdur. Həmçinin avtonəqliyyat vasitəsini icarəyəverən Cavabdeh1 MMC-nin diqqətsizliyi nəticəsində nəqliyyat vasitəsi sığortalanmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 238-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə iddiaçının nümayəndəsinin razılığını nəzərə alaraq, işə mahiyyəti üzrə cavabdehlərin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki: - C-MİC-0551/17 saylı avtonəqliyyat vasitələrinin tam sığorta şəhadətnaməsindən görünür ki, İveco Urbanway markalı ** JX *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək “xxxx” ASC tərəfindən sığortalanmışdır. Şərtsiz azad olma məbləği 1000 manat, sığorta predmetinin dəyəri 294,842.53 manat, sığorta məbləği 294,842.53 manat və sığorta haqqı 3,917.28 manat məbləğində müəyyən olunmuşdur. - “xxxx” ASC tərəfindən xx xxxx 2018-ci il tarixdə tərtib edilmiş sığorta aktından görünür ki, xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək sığortalanamış İveco Urbanway markalı ** JX *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin iştirakı ilə xx.xx.2017-ci il tarixdə Nərimanov rayonu, Təbriz küçəsi istiqamətində yol nəqliyyat hadisəsi baş vermiş, zərərin məbləği 797.59 manat müəyyən edilmiş, sığorta ödənişi avtobusun təmiri üçün “xxxx” MMC-nin hesabına köçürülmüşdür. Zərərin nömrəsi CM- 2480/2017 kimi qeydiyyata alınmışdır. - 001 AZ**********4 nömrəli ödəniş tapşırığından görünür ki, “xxxx” ASC tərəfindən “xxxx” MMC-nin “X1” ASC-də olan hesabına CM-2480/17 nömrəli zərər aktı üzrə ödəniş həyata keçirilmişdir. - EAAK seriyalı 317317 nömrəli xx.xx.2018-ci il tarixli elektron qaimədən görünür ki, baş vermiş yol nəqliyyat hadisəsinin sığorta zərər aktlarına əsasən İveco Urbanway markalı ** JX *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəyən zərərin həcmi 797.59 manat məbləğində müəyyən olunmuşdur. - 265 nömrəli zərər aktından görünür ki, xx.xx.2017-ci il tarixdə İveco Urbanway markalı ** JX *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin iştirakı ilə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində dəymiş zərərin miqdarı 797.59 manat məbləğində müəyyən edilmişdir. -xx xxxxxx 2017-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, xx xxxxxx 2017-ci il tarixdə saat 14:00 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində Cavabdeh2 idarə etdiyi Kia Optima markalı ** AU *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi ilə dayanmış vəziyyətdə olan İveco Urbanway markalı ** JX *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi arasında yol nəqliyyat hadisəsi baş vermişdir. - “xxxx” MMC tərəfindən verilmiş etibarnamədən görünür ki, “xxxx” MMC-yə məxsus 2011-ci il buraxılış Kia Optima markalı ** AU *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixinədək idarə olunması Cavabdeh2 etibar edilmişdir. -AC seriyalı 490491 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, ** JX *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi “xxxx” MMC-yə məxsusdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə işin yuxarıda qeyd olunan hallarına əsasən hesab edir ki, xx xxxxxx 2017ci il tarixdə cavabdeh “xxxx” MMC-yə məxsus Cavabdeh2 idarə etdiyi KİA Optima markalı ** AU *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsilə “xxxx” ASC-də sığortalanmış “xxxx” MMC-yə məxsus İveco Urbanway markalı ** JX *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi arasında yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə sığortalanmış avtomobilin sahibinə (xxxx” MMC) maddi ziyan vurulmuşdur. Qüvvədə olan mülki qanunvericiliyin tələblərinə əsasən vurulmuş zərər üzrə məsuliyyəti “xxxx” MMC və avtomobili idarə edən şəxs Cavabdeh2 daşıyır. Avtonəqliyyat vasitəsinə vururlmuş zərərin həcmi isə 797.59 manat məbləğində müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli və cavabdehlərdən subroqasiya qaydasında 797.59 manat sığorta ödənişi tutularaq iddiaçı “xxxx” ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 241.4-cü maddəsinə əsasən iddiaçının tələbi əsaslı olduqda, məhkəmə onun iddiasını qiyabi qətnamə ilə təmin edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2 və “xxxx” MMC-dən subroqasiya qaydasında 797.59 (yeddi yüz doxsan yeddi manat əlli doqquz qəpik) manat sığorta ödənişi və 30.40 manat dövlət rüsumu tutularaq iddiaçı “xxxx” ASC-yə ödənilsin. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İlham Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar