Məhkəmə qərarları › İş №e-2-2(113)-171/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-171/2023

08.06.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-171/2023 08.06.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" QSC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair ilk, iddiaçı Cavabdeh MMC-nin cavabdeh "xxxx" QSC-yə qarşı “pul” tələbinə dair qarşılıqlı iddiaları üzrə kommersiya mübahisəsi (açar sözlər: yığım vərəqələri, elektron qaimələr) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndələri X7, X8, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı "xxxx" QSC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair ilk, iddiaçı Cavabdeh MMC-nin cavabdeh "xxxx" QSC-yə qarşı “pul” tələbinə dair qarşılıqlı iddiaları üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı "xxxx" QSC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı tərəfindən xx.xx.2019-cu il tarixindən xx.xx.2022-ci il tarixinədək cavabdehə göstərilmiş stansiya xidmətlərinə görə hesablanmış 3390892,57 manat və 2486 manat ödənilmiş dövlət rüsumu, cəmi 3393378,57 manat məbləğində pulun cavabdehə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən cavabdehə xx.xx.2019cu il tarixindən xx.xx.2022-ci il tarixinədək stansiya xidmətləri göstərilmiş və həmin xidmətlərə görə yığımlar hesablanmışdır. Belə ki, ADY-nin Səngəçal, Dübəndi, Ələt və Bakı-Yük stansiyalarında göstərilmiş xidmətlərə (“vaqonların dalan yoluna verilib götürülməsi”, “dalan yolundan istifadə”, “ADY-yə məxsus vaqonun (konteynerin) istifadəsi” və s.) görə Cavabdeh MMC-yə 3 390 892,57 manat yığım hesablanmışdır. Bununla bağlı Cavabdeh MMC-yə xx.xx.2022-ci il tarixində pretenziya ünvanlanmış, lakin pretenziya tələbi icra edilməmişdir. Ona görə də iddiaçı pozulmuş hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

3. İddiaçı xx.xx.2023-cü il tarixdə iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə verərək, göstərmişdir ki, sonradan araşdırma zamanı müəyyən olunmuşdur ki, 2020-ci ilin yanvar və noyabr ayları üzrə Biləcəri stansiyasında hesablanmış 793668 manat, 2019-cu ilin fevral, aprel, may, avqust ayları və 2020-ci ilin noyabr ayı üzrə Dübəndi stansiyasında hesablanmış cəmi 2364533,87 manat borc cavabdehin istifadəsində olan təmir üçün açılmış vaqonların ümumi istifadəli yolda boşdayanmasına görə hesablanmışdır. Belə ki, tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli hüq.498 nömrəli xidmət müqaviləsinə uyğun olaraq icraçı (iddiaçı) sifarişçinin (cavabdeh) sifarişinə əsasən sifarişçinin mülkiyyətində və ya icarəsində olan çən vaqonlarının əsaslı, təmir və cari təmirini həyata keçiməyi, sifarişçi isə göstərilən xidmətin dəyərini icraçıya ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi tərəfindən 2007-ci il 19 dekabr tarixində təsdiq edilmiş 46/S vaqon müayinəçisinin təlimatına əsasən vaqon müayinəçisi cavabdehin istifadəsində olan vaqonlarda nasazlıq aşkar etdiyindən vaqonları təmirə açmış və bunun əsasında VU-23 nömrəli bildiriş tərtib etmişdir. Qeyd edilən bildirişlər cavabdehə göndərilsə də, onlar tərəfindən hər hansı sifariş verilməmiş, nəticədə təmir üçün açılmış vaqonlar iddiaçının ümumi istifadəli yolunda dayanmışdır. Bu səbəbdən iddiaçı tərəfindən cavabdehə “Yük daşımaları üzrə xidmətlərə görə yığımların hesablanması və tətbiqi Qaydaları”nın 3.4-cü bəndinə əsasən yığımlar hesablanmışdır.

4. Cavabdeh iddia ərizəsinə dair yazılı etiraz təqdim edərək iddianın rədd edilməsini xahiş etmişdir.

5. Etiraz onunla əsaslandırılmışdır ki, təqdim edilmiş sənədlərin əksəriyyətində (yığım vərəqələri) cavabdeh deyil, qeyri-rezident olan “X12 FZE” qeyd olunmuşdur. Bu daha onu göstərir ki, iddia tələbləri üzrə cavabdeh düzgün müəyyən edilməmişdir. Bundan əlavə təqdim edilmiş sənədlərin əksər hissəsi mübahisələndirilən dövrdən əvvələ aid olmaqla hazırkı işə aidiyyatı olmamaqla sübut kimi dəyərləndirilə bilməz. Bundan əlavə, elektron qaimələr hazırkı iş üzrə borcun olmasını təsdiq edən mötəbər sübut kimi nəzərə alına bilməz. Belə ki, elekton qaimələrdən altısı boşdayanmaya görə cavabdehə təqdim edilmiş, lakin həmin qaimələr cavabdeh tərəfindən qəbul edilməmiş, həmin qaimələr üzrə vəsait ödənilməmişdir. Bundan əlavə, iddiaçı tərəfindən boş dayanmasına görə yığım hesablanmış vaqonlar cavabdehin deyil, qeyri-rezident olan FZE Şirkətinin (X4 rezidenti olan) mülkiyyətində olmuşdur. Yəni, iddiaçı cavabdehin mülkiyyətində, habelə qanuni sahibliyində olmayan vaqonların boş dayanmasına görə ona 3158202,67 manat məbləğində borc hesablanmışdır. Bununla bağlı da məhkəməyə yalnız elektron qaimələr təqdim edilmişdir. Bundan əlavə, stansiya xidmətləri göstərilmiş vaqonların mülkiyyətçisinin cavabdeh olması sübut olunmur. Təmirə açılma ilə bağlı tərtib edilmiş VU- 23 bildirişləri qeyd olunduğu kimi 2019-cu ilin fevral, aprel, may, avqust və 2020-ci ilin yanvar və noyabr ayları üçün yox, 2016, 2017 və 2018-ci illəri əhatə edir. Bu da onu göstərir ki, 2019 və 2020-ci illər ərzində boşdayanma halı olmamışdır. Vaqonların təmir üçün açılması, sifarişin verilməli olması, ümumi istifadəli yollarda boşdayanma nəticəsində yığım hesablanacağı barədə cavabdehin xəbərdar olunduğu sübut olunmur. Cavabdeh FZE-nin Azərbaycan Respublikasındakı ticarət agentidir. Cavabdehin icra etdiyi əməliyyatlar həmin Şirkətin adından və onun hesabına icra edilmiş, buna görə də iş üzrə əsl Cavabdeh FZE-dir. Həmin Şirkətin qanuni sahiblik və istifadəsində olan vaqonların Azərbaycan Respublikasında işlədilməsi ilə bağlı xx.xx.2020-ci il tarixinə qədər yaranmış öhdəliklərə görə cavabdeh maddi məsuliyyət daşımır.

6. İddiaçı Cavabdeh MMC cavabdeh "xxxx" QSC-yə qarşı “pul” tələbinə dair qarşılıqlı iddia ərizəsi verərək, cavabdehdən onun xeyrinə 2911207,50 manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh "xxxx" QSC-nin müraciəti əsasında tərəflər arasında baş tutan razılaşmaya əsasən iddiaçı tərəfindən onun qanuni istifadəsində olan 215 ədəd vaqon 19 mart 2021-ci il tarixindən etibarən cavabdehin müvəqqəti olaraq əvəzli istifadəsinə verilmişdir. Vaqonların bəziləri onlara geri qaytarılsa da, bir qismi bu günə qədər hələ də cavabdehin istifadəsindədir. Tərəflər arasındakı razılaşmaya əsasən bir vaqon üçün gündəlik istifadə haqqı 15 ABŞ dolları, yəni 25.50 manat olaraq müəyyənləşdirilsə də, cavabdeh təşkilat tərəfindən 2911207,50 manat məbləğində pul vəsaiti istifadə haqqı bu günə qədər ödənilməmiş olaraq qalır. İddiaçı tərəfindən cavabdehin istifadəsinə verilən vaqonların seriya nömrələri, təhvil-təslim tarixi, istifadə müddəti, istifadə haqqı və ümumi borcu müəyyənləşdirən maliyyə arayışı iddia ərizəsinə əlavə olunmuşdur.

8. İddiaçı qarşılıqlı iddia ərizəsinə yazılı etiraz təqdim edərək qarşılıqlı iddianın rədd edilməsini xahiş etmişdir.

9. Etiraz onunla əsaslandırılmışdır ki, qarşılıqlı iddia ərizəsinə yalnız iddiaçının özü tərəfindən tərtib edilmiş maliyyə arayışı əlavə edilmiş, qeyd edilən vaqonların onlara hansı hüquqi sənədlər əsasında təhvil verildiyini təsdiq edə bilməmişdir. Bundan əlavə, tərəflər arasında vaqonların istifadəsinə dair hər hansı müqavilə mövcud olmamış, iddiaçı tərəfindən qeyd edilən vaqonlar ADY-yə təhvil verilmişdirsə, bunu təsdiq edən təhvil-təslim aktları iddia ərizəsinə əlavə olunmamışdır. Qarşılıqlı iddiaçı vaqonların istifadəyə verilməsinə dair müqavilə, təhvil-təslim aktları, ümumiyyətlə bu halın mövcudluğuna dair heç bir sübut təqdim etməmişdir. Qeyd edilənlərə əsasən qarşılıqlı iddianın rədd edilməsi xahiş edilmişdir.

II. Tərəflərin mövqeləri:

10. Əvvəlki məhkəmə iclasında iddiaçının nümayəndəsi V.Qasımov ilk iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək, ilk iddianın təmin edilməsi, qarşılıqlı iddianın əsassız olduğundan rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdehə iddiaçı tərəfindən aylıq olaraq elekton qaimələr təqdim edilir, hazırda tələb edilən borcların əksər hissəsi, yəni 2364534,67 manat boşdayanmaya görə, qalan 232689,90 manat hissəsi isə müxtəlif xidmətlərə görə hesablanmışdır. Müxtəlif xidmətlərə görə yığımlar müxtəlif vaxtlarda cavabdeh tərəfindən ödənilsə də, lakin boşdayanmaya görə iddiaçıya hər hansı vəsait ödənilməmişdir. Boşdayanmaya görə tələb edilən borc üzrə bu vaxta qədər ödəniş edilməsə də, həmin tələb qanundan irəli gələn tələbdir, bu səbəbdən həmin tələbə cavabdehin bildirdiyi kimi 3 illik deyil, 10 illik iddia müddəti tətbiq edilməlidir. Bundan əlavə, tələb edilən borc üzrə hər hansı ödəniş edilməmişdir, cavabdehin təqdim etdiyi ödənişlər 2019-cu ildən əvvəlki borclar üzrə silinmişdir. Təqdim edilmiş sənədlərlə bağlı bildirdi ki, cavabdehə və “X12 FZE” Şirkətinə iddiaçı tərəfindən eyni kod verilmiş, bu səbəbdən təqdim edilmiş sənədlərdə Cavabdeh MMC-nin əvəzinə “X12 FZE” Şirkətinin adının qeyd olunması texniki səhvdir. Belə ki, vaqonlara xidmət göstərilərkən, vaqon ümumi istifadəli yolda dayanarkən onlar tərəfindən araşdırma aparılır, vaqonun kimin mülkiyyət və ya qanuni sahibliyində olması müəyyən edilir, bundan sonra sənədləşmə aparılır. Tələb edilən dövrdə adları qeyd edilmiş vaqonlar cavabdehin mülkiyyətində olmuş, lakin hazırda vahid qeydiyyat sistemində digər şəxsin adına qeydiyyata olduğu, hazırda cavabdehin mülkiyyətində olmadığı üçün bu barədə sənəd təqdim edə bilmirlər. Bununla bağlı X1 yük vaqonları parkının avtomatlaşdırılmış məlumat bankından (həmin məlumat bankı iddiaçı tərəfindən deyil, MDB ölkələri üzrə Moskva şəhərində qeydə alınır) həmin dövr üzrə məlumatların təqdim edilməsi ilə bağlı verdikləri sorğuya isə cavab alınmamışdır. Bundan əlavə, əgər həqiqətən də vaqonlar “X12 FZE” Şirkətinə məxsusdursa, onda həmin vaqonlara görə hesablanmış digər yığımlar cavabdeh tərəfindən ödənildiyi təqdirdə, məhz həmin vaqonlara görə hesablanmış boşdayanma yığımlarının ödənilməsindən cavabdehin imtinası anlaşılan deyil. Həmin vaqonlarla bağlı tərəflər arasında 2018-ci ildə xidmət müqaviləsi imzalanmış, göstəriləcək xidmətlər, qiymət və sairə müəyyənləşdirilmişdir. Həmin müqaviləni təqdim etməkdə məqsəd odur ki, cavabdehin mülkiyyətində vaqonlar olmuş, cavabdeh bu səbəbdən onlara xidmət göstərilməsi üçün iddiaçı ilə həmin müqaviləni imzalamışdır. Bu səbəbdən ilk iddianın təmin edilməsini xahiş edir. Əlavə olaraq bildirdi ki, qarşılıqlı iddia əsassızdır. Belə ki, həmin ərizədə göstərildiyi kimi tərəflər arasında hər hansı razılaşma olmamış, iddiaçıya hər hansı vaqon verilməmişdir. Ərizəyə əlavə edilmiş siyahıda adları qeyd edilmiş vaqonlar isə məhz onların boşdayanmaya görə yığımlar hesabladıqları vaqonlardır. Göstərilənlərə əsasən qarşılıqlı iddianın rədd edilməsini xahiş edir.

11. Məhkəmə iclasında iddiaçının digər nümayəndəsi E.Mursaqulov ilk iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək, ilk iddianın təmin edilməsi, qarşılıqlı iddianın əsassız olduğundan rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, qarşılıqlı iddia ərizəsinə əlavə edilmiş siyahıda adları qeyd edilmiş vaqonlara dair qarşılıqlı iddiaçının mülkiyyət və sairə hüquqlarını təsdiq edən hər hansı sənəd əlavə edilməmişdir. Ümumiyyətlə qarşılıqlı iddia tələbini təsdiq edə biləcək hər hansı sübut belə mövcud deyildir. Bu səbəbdən qarşılıqlı iddiaçı həmin iddianı qaldırmaqda ümumiyyətlə subyektiv hüquqa malik deyildir.

12. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə ilk iddia ərizəsinə etiraz edib yazılı etirazın məzmununa uyğun izahat verib ilk iddianın rədd edilməsini, qarşılıqlı iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verib qarşılıqlı iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdehin qanuni sahiblik və istifadəsində 2019-cu ildən 2020-ci ilin dekabr ayına qədər hər hansı vaqon olmamış, bu səbəbdən iddiaçı tərəfindən bu barədə müvafiq sənəd təqdim edilə bilmir. Təqdim edilmiş VU-23 nömrəli bildirişlər isə ümumiyyətlə 2019-2020-ci illərə deyil, daha əvvəlki illərə aiddir, yığım vərəqələrində isə “X12 FZE” Şirkətinin adının qeyd olunması isə təsadüf deyildir. İddiaçı tərəfindən hesablanmış digər yığımların onlar tərəfindən ödənilməsinin məqsədi odur ki, “X12 FZE” Şirkəti ilə Cavabdeh MMC arasında müqavilələr imzalanmış, həmin müqavilələr əsasənda cavabdeh “X12 FZE” Şirkətinin mülkiyyətində olan vaqonlarla bağlı həmin Şirkətin verdiyi ayrı-ayrı tapşırıqları agent olaraq icra edir. Bu səbəbdən həmin şirkətin borclarına görə vəkalət verənin əvəzinə vəkalət alanın məsuliyyət daşıması, borcun ondan tələb edilməsi absurddur. Bundan əlavə, təqdim edilmiş hesabfaktuaralar, elektron qaimələr onlar tərəfindən emal edilir, yalnız əsaslı olaraq hesablanmış borclar ödənilir. Hazırda boşdayanma ilə bağlı tələb edilən borc tamamilə əsassız və qondarma borcdur. Ümumiyyətlə cavabdeh tərəfindən iddiaçıya bu vaxta qədər boşdayanma ilə bağlı hər hansı ödəniş edilməmişdir. Bundan əlavə, borc əsaslı olsa idi belə, tələbə üç illik iddia müddəti tətbiq edilməklə iddia rədd edilməlidir. Belə ki, iddiaçı inzibati orqan deyil, tərəflər arasında öhdəlik münasibətlərinin yaranması üçün mütləq müqavilə olmalıdır, tərəflər arasında bağlanmış 2018-ci il tarixli müqavilədə isə tərəflərin öhdəlikləri, xidmətin dəyəri və sairə tam olaraq razılaşdırılmışdır, bu səbəbdən həmin tələbə müqavilədən irəli gələn tələb kimi baxıldıqda, iddia müddəti ötürülmüşdür. Qarşılıqlı iddia tələbi ilə bağlı əlavə olaraq bildirdi ki, vaqonların qarşılıqlı cavabdehin əvəzli istifadəsinə verilməsi barədə razılaşma və sairə şifahi olmuş, bu səbəbdən qarşılıqlı iddia tələbi ilə bağlı hər hansı sübut təqdim edə bilmirlər. Lakin həmin sübutlar cavabdeh tərəfindən Məhkəməyə təqdim edildiyi təqdirdə isə, onların iddiasının əsaslı olması aşkar ediləcəkdir. İlk iddia tələbinin əsassız olması səbəbindən rədd edilməsini xahiş edərək, əlavə olaraq məhkəmənin iddia tələbinin təmin edilməli olması qənaətinə gəldikdə isə iddia müddətinin tətbiq edilməklə rədd edilməli olmasını bildirdi.

13. Əvvəlki məhkəmə iclasında cavabdehin qanuni təmsilçisi Qanuni nümayəndə ilk iddia ərizəsinə etiraz edib yazılı etirazın məzmununa uyğun izahat verib ilk iddianın rədd edilməsini, qarşılıqlı iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verib qarşılıqlı iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdehin qanuni sahiblik və istifadəsində 2019-cu ildən 2020-ci ilin dekabr ayına qədər hər hansı vaqon olmamış, bu səbəbdən iddiaçı tərəfindən bu barədə müvafiq sənəd təqdim edilə bilmir. İddiaçının təqdim etdiyi 20 ədəd vaqonların onların adına qeydiyyata alınması ilə bağlı sənədlə bağlı bildirir ki, onlar cavabdehin adına qeydiyyata alınmış çən vaqonları deyil, xopper-dozator vaqonlarıdır, boşdayanmaya görə hesablanmış yığımlar isə həmin vaqonlara görə deyil, çən vaqonlarına görə hesablanmışdır. Bundan əlavə, boşdayanmaya görə tələb edilən borc onlardan tələb edilə bilməz. Belə ki, əgər həmin vaqonlar “X12 FZE” Şirkəti tərəfindən onların qanuni sahibliyinə verilsə idi, bu barədə yazılı müqavilə tərtib edilməli, müvafiq reyestrdə bununla bağlı qeydiyyat aparılmalı idi. Həmin vaqonlar yalnız 2020-ci ilin dekabr, 2021-ci ilin yanvar ayından etibarən cavabdehin qanuni sahibliyinə verilmişdir. Tələb edilən borc isə 2019 və 2020-ci illəri əhatə edir. Əlavə olaraq iddia müddətinin tətbiqi barədə ərizə təqdim edərək, göstərmişdir ki, iddiaçı tərəfindən təqdim edilmiş maliyyə arayışına əsasən borc tələbləri aşağıdakılardsan ibarətdir: boş vaqonun (özəl, icarəli) dayanmasına görə yığım – 3158202,67 manat; MDB və Baltikyanı dövlətlərə məxsus vaqon istifadəsinə görə; vaqonların dalan yoluna verilib götürülməsinə görə; iddiaçıya məxsus vaqonların istifadəsinə görə; lokomotivin manevr işlərinə görə yığım; digər yığımlar (yol haqqı, dərkənar və sairə). Müqavilə tələbləri üzrə iddia müddətinin 3 il olmasını nəzərə aldıqda, ümumilikdə 2364534,67 manat pul tələbi iddia müddəti ötürülməklə tələb edilir.

III. Məhkəmə baxışının hədləri:

14. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

15. İddiaçı tərəfindən cavabdehə xx.xx.2022-ci il tarixdə pretenziya göndərilərək stansiya xidmətlərinə görə yaranmış ümumilikdə 3390892,57 manat məbləğində borcun 10 gün müddətində ödənilməsi tələb edilmiş, əks təqdirdə müvafiq zəruri addımların atılacağı göstərilmişdir.

16. Qarşılıqlı iddiaçı cavabdehə xx.xx.2022-ci il tarixli pretenziya məktubu ünvanlayaraq yaranmış 2911207,50 manat borcun 7 gün ərzində ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

17. İddiaçı (icraçı) ilə cavabdeh (sifarişçi) arasında bağlanmış xx.xx.2018-ci il tarixli, hüq.498 nömrəli xidmət müqaviləsinə əsasən icraçı sifarişçinin sifarişinə əsasən sifarişçinin mülkiyyətində və ya icarəsində olan çən vaqonlarının əsaslı, depo və cari təmirini həyata keçirməyi, sifarişçi isə götürülən xidmətin dəyərini icraçıya ödəməyi öhdəsinə götürür.

18. Müqavilənin 3.1-ci bəndinə əsasən görülən xidmətin dəyəri icraçı tərəfindən təsdiq edilmiş kalkulyasiyada göstərilən qiymətlər əsasında hesablanır. Görülmüş xidmətin dəyəri ƏDV daxil olmaqla sifarişçi tərəfindən ödənilməlidir.

19. Müqavilənin 3.2-ci bəndinə əsasən icraçı tərəfindən təsdiq edilmiş kalkulyasiyaya əsasən əsaslı təmir haqqı 1 vaqona görə ƏDV daxil 3422 manat, depo təmirinin haqqı isə 1 vaqona görə ƏDV daxil 2115,15 manat təşkil edir.

20. Müqavilənin 4.1-ci bəndinə əsasən icraçı xidmətləri yalnız sifarişçinin müvafiq formada etdiyi sifarişlər əsasında təqdim edir.

21. İddiaçı (dəmir yolu) ilə cavabdeh (dalan yolu sahibi) arasında bağlanmış xx.xx.2014-ci il tarixli hüq.1129 nömrəli dalan dəmir yolunun istismar edilməsi barədə (dəmir yoluna məxsus lokomativ ilə xidmət edildiyi halda) müqaviləyə əsasən dalan yolu sahibinə məxsus dalan yolu dəmir yolunun Dübəndi stansiyasının 14-cü yoluna 33 saylı yoldəyişdirici ilə birləşir. Dalan yoluna dəmir yoluna məxsus lokomativlə xidmət edilir və dəmir yolları nizamnaməsinə, yüklərin daşıma qaydalarına, müqavilənin şərtlərinə uyğun olaraq istismar edilir.

22. Müqavilənin 1.2-ci bəndinə əsasən dalan yolunun sərhəddi yolun texniki pasportunda və vaqonların verilib götürülməsinə dair təlimatda müəyyən edilir. Dalan yolunun ümumi uzunluğu 730 p.m təşkil edir.

23. Müqavilənin 2.1-ci bəndinə əsasən dalan yolunda manevr heyyətlərinin hərəkəti və manevr işləri dəmir yollarının texniki istismar qaydalarına, qatarların hərəkətinə və manevr işlərinə dair təlimata, işarətvermə təlimatına, vaqonların verilib-götürülməsinə dair təlimaya və digər yerli təlimatlara uyğun olaraq aparılır.

24. Müqavilənin 4.1-ci bəndinə əsasən dalan dəmir yoluna vaqonların verilibgötürülmə yığımı faktiki verilib – götürülən vaqonların sayı əsasında hesablanır və bu ödənc dəmir yoluna məxsus lokomativ ilə vaqonların yükləmə və boşaltma sahələrinə paylaşdırıldığı üçün yük daşımaları üzrə əlavə xidmətlərə görə yığımlara əsasən müəyyən edilmiş qaydada tutulur, ödəniləcək yığım məbləği istifadəçi tərəfindən stansiyaya ödənilir.

25. Müqavilənin 4.2-ci bəndinə əsasən istifadəçi bu müqavilə üzrə vaqonların verilibgötürülməsinə və dalan yolunda dəmir yolunun lokomativi ilə xidmət edildikdə hər verilibgötürülmədə aparılan manevr işlərinə,, digər xidmətlərə görə 25 manat vahid yığım məbləğini stansiyanın xəzinəsinə ödəyir.

26. İddiaçı (dəmir yolu) ilə cavabdeh (dalan yolu sahibi) arasında bağlanmış xx.xx.2014-ci il tarixli hüq.1131 nömrəli dalan dəmir yolunun istismar edilməsi barədə (dəmir yoluna məxsus lokomativ ilə xidmət edildiyi halda) müqaviləyə əsasən istifadəçinin istifadə etdiyi dalan yolu dəmir yolunun Dübəndi stansiyasına 17 saylı yoldəyişdirici ilə birləşir. Dalan yoluna dəmir yoluna məxsus lokomativlə xidmət edilir və dəmir yolları nizamnaməsinə, yüklərin daşıma qaydalarına, müqavilənin şərtlərinə uyğun olaraq istismar edilir.

27. Müqavilənin 1.2-ci bəndinə əsasən dalan yolunun sərhəddi yolun texniki pasportunda və vaqonların verilib götürülməsinə dair təlimatda müəyyən edilir. Dalan yolunun ümumi uzunluğu 462,6 p.m təşkil edir.

28. Müqavilənin 2.1-ci bəndinə əsasən dalan yolunda manevr heyyətlərinin hərəkəti və manevr işləri dəmir yollarının texniki istismar qaydalarına, qatarların hərəkətinə və manevr işlərinə dair təlimata, işarətvermə təlimatına, vaqonların verilib-götürülməsinə dair təlimaya və digər yerli təlimatlara uyğun olaraq aparılır.

29. Müqavilənin 4.1-ci bəndinə əsasən dalan dəmir yoluna vaqonların verilibgötürülmə yığımı faktiki verilib – götürülən vaqonların sayı əsasında hesablanır və bu ödənc dəmir yoluna məxsus lokomativ ilə vaqonların yükləmə və boşaltma sahələrinə paylaşdırıldığı üçün yük daşımaları üzrə əlavə xidmətlərə görə yığımlara əsasən müəyyən edilmiş qaydada tutulur, ödəniləcək yığım məbləği istifadəçi tərəfindən stansiyaya ödənilir.

30. Müqavilənin 4.2-ci bəndinə əsasən istifadəçi bu müqavilə üzrə vaqonların verilibgötürülməsinə və dalan yolunda dəmir yolunun lokomativi ilə xidmət edildikdə hər verilibgötürülmədə aparılan manevr işlərinə,, digər xidmətlərə görə 25 manat vahid yığım məbləğini stansiyanın xəzinəsinə ödəyir.

31. “X12 FZE” Şirkəti (icarəçi) ilə “X11 CİS PTE LTD” (icarəyə verən) arasında bağlanmış xx.xx.2012-ci il tarixli, RLR01 saylı icarə müqaviləsinə əsasən icarəyə verən özünə məxsus dəmir yol vaqonlarını müvəqqəti əvəzli icarəyə verməyi, icarəçi isə onları icarəyə götürməyi öhdəsinə götürür.

32. Müqavilənin 1.2-ci bəndinə əsasən vaqonların model, say və qeydiyyat nömrələri müqavilənin ayrılmaz tərkib hissəsi olan təhvil-təslim aktlarında göstərilmişdir.

33. Müqavilənin əlavəsində icarəyə verilmiş 450 adda vaqonun nömrəsi, modeli və sayı göstərilmişdir.

34. 113İPEX190320665 nömrəli xx.xx.2019-cu il tarixli ödəniş tapşırığı ilə 47,20 manat, 113İPEX190461454 nömrəli xx.xx.2019-cu il tarixli ödəniş tapşırığı ilə 789,30 manat, 113İPEX********** nömrəli xx.xx.2019-cu il tarixli ödəniş tapşırığı ilə 20 manat, 113İPEX190940684 nömrəli xx.xx.2019-cu il tarixli ödəniş tapşırığı ilə 77,99 manat, 113İPEX190940686 nömrəli xx.xx.2019-cu il tarixli ödəniş tapşırığı ilə 117,60 manat, 113İPEX190940685 nömrəli ödəniş tapşırığı ilə 2744 manat, 113İPEX190950889 nömrəli xx.xx.2019-cu il tarixli ödəniş tapşırığı ilə 40 manat, 113İPEX191231592 nömrəli xx.xx.2019-cu il tarixli ödəniş tapşırığı ilə 20 manat, 113İPEX192180279 nömrəli xx.xx.2019-cu il tarixli ödəniş tapşırığı ilə 20 manat, 113İPEC192410972 nömrəli xx.xx.2019-cu il tarixli ödəniş tapşırığı ilə 20 manat, 113İPEX192460876 nömrəli xx.xx.2019-cu il tarixli ödəniş tapşırığı ilə 20 manat, 113İPEX192460877 nömrəli xx.xx.2019-cu il tarixli ödəniş tapşırığı ilə 90,40 manat, 113İPEX192691436 nömrəli xx.xx.2019-cu il tarixli ödəniş tapşırığı ilə 20 manat, 113İPEC192761331 nömrəli xx.xx.2019-cu il tarixli ödəniş tapşırığı ilə 20 manat, 113İPEX192761168 nömrəli xx.xx.2019-cu il tarixli ödəniş tapşırığı ilə 135,60 manat, 113İPEX193092086 nömrəli xx.xx.2019-cu il tarixli ödəniş tapşırığı ilə 20 manat, 113İPEX193372055 nömrəli xx.xx.2019-cu il tarixli ödəniş tapşırığı ilə 20 manat, 113İPEC193372053 nömrəli xx.xx.2019-cu il tarixli ödəniş tapşırığı ilə 45,20 manat, 113İPEX193381662 nömrəli xx.xx.2019-cu il tarixli ödəniş tapşırığı ilə 20 manat, 113İPEX193632359 nömrəli xx.xx.2019-cu il tarixli ödəniş tapşırığı ilə 1629,50 manat, 113İCT********** nömrəli xx.xx.2020-ci il tarixli ödəniş tapşırığı ilə 13824,71 manat, 113İPEX200620838 nömrəli xx.xx.2020-ci il tarixli ödəniş tapşırığı ilə 20 manat, 113İPEX200700319 nömrəli xx.xx.2020-ci il tarixli ödəniş tapşırığı ilə 1032 manat, 113İPEX200911116 nömrəli xx.xx.2020-ci il tarixli ödəniş tapşırığı ilə 20 manat, 113İPEX201251451 nömrəli xx.xx.2020-ci il tarixli ödəniş tapşırığı ilə 20 manat, 113İPEX201891507 nömrəli xx.xx.2020-ci il tarixli ödəniş tapşırığı ilə 20 manat, 113İCT********** nömrəli xx.xx.2020-ci il tarixli ödəniş tapşırığ ilə 40 manat, xx.xx.2020-ci il tarixli ödəniş tapşırığı ilə 40 manat, xx.xx.2020-ci il tarixli ödəniş tapşırığı ilə 88833,5 manat, xx.xx.2020-ci il tarixli 20 manat, xx.xx.2020-ci il tarixli ödəniş tapşırığı ilə 40 manat, xx.xx.2020-ci il tarixli ödəniş tapşırığı ilə 20 manat, xx.xx.2021-ci il tarixli ödəniş tapşırığı ilə 408300,8 manat, xx.xx.2021-ci il tarixli ödəniş tapşırığı ilə 20 manat, xx.xx.2021-ci il tarixli ödəniş tapşırığı ilə 20 manat, 113İPEC211051168 nömrəli xx.xx.2021-ci il tarixli ödəniş tapşırığı ilə 1700 manat, 113İPEX211191964 nömrəli xx.xx.2021-ci il tarixli ödəniş tapşırığı ilə 329,40 manat, 113İPEX211530352 nömrəli xx.xx.2021-ci il tarixli ödəniş tapşırığı ilə 20 manat, 113İPEX220060762 nömrəli xx.xx.2022-ci il tarixli ödəniş tapşırığı ilə 20 manat, 113İPEX220631757 nömrəli xx.xx.2022-ci il tarixli ödəniş tapşırığı ilə 20 manat, 113İPEX220631757 nömrəli ödəniş tapşırığı ilə 20 manat, 113İPEX220910916 nömrəli ödəniş tapşırığı ilə 20 manat, 113İPEX220911647 nömrəli ödəniş tapşırığı ilə 20 manat, 113İPEX221541689 nömrəli xx.xx.2022-ci il tarixli ödəniş tapşırığı ilə 20 manat, 113İPEX221871747 nömrəli ödəniş tapşırığı ilə 40 manat, 113İPEX222130832 nömrəli xx.xx.2022-ci il tarixli ödəniş tapşırığı ilə 20 manat, 113İPEX222380428 nömrəli xx.xx.2022-ci il tarixli ödəniş tapşırığı ilə 2669,92 manat, 113İPEX222451801 nömrəli xx.xx.2022-ci il tarixli ödəniş tapşırığı ilə 20 manat, 113İPEX222500875 nömrəli xx.xx.2022-ci il tarixli ödəniş tapşırığı ilə 22170,83 manat, 113İPEX222780921 nömrəli xx.xx.2022-ci il tarixli ödəniş tapşırığı ilə 20 manat, 113İPEX222832246 nömrəli xx.xx.2022-ci il tarixli ödəniş tapşırığı ilə 240 manat, 113İPEX223081327 nömrəli xx.xx.2022-ci il tarixli ödəniş tapşırığı ilə 20 manat, xx.xx.2022-ci il tarixli ödəniş qəbzinə əsasən 21084,01 manat, xx.xx.2022-ci il tarixli ödəniş qəbzinə əsasən 26990,26 manat, xx.xx.2022-ci il tarixli ödəniş qəbzinə əsasən 4858,25 manat, xx.xx.2022-ci il tarixli ödəniş qəbzinə əsasən 4851,63 manat, xx.xx.2022-ci il tarixli ödəniş qəbzinə əsasən 22170,83 manat pul cavabdeh tərəfindən iddiaçıya ödənilmişdir.

35. İddiaçı tərəfindən “X12 FZE”-yə verilmiş 06 nömrəli əlavə yığımlar üçün yığım vərəqəsi ilə 2019-cu ilin fevral dövründə vaqonların dalan yoluna verilib götürülməsi üçün 2918,14 manat, 08 nömrəli əlavə yığımlar üçün yığım vərəqəsi ilə 2019-cu ilin mart ayı üçün vaqonların dalan yoluna verilib götürülməsi üçün 1359,95 manat, “X12 FZE”-yə verilmiş 06 nömrəli əlavə yığımlar üçün yığım vərəqəsi ilə 2019-cu ilin fevral dövründə vaqonların dalan yoluna verilib götürülməsi üçün 2918,14 manat, Cavabdeh MMC-yə verilmiş 04 nömrəli əlavə yığımlar üçün yığım vərəqəsi ilə 2020-ci ilin yanvar dövründə vaqonların dalan yoluna verilib götürülməsi üçün 164,61 manat, “X12 FZE”-yə verilmiş 03 nömrəli əlavə yığımlar üçün yığım vərəqəsi ilə 2020-ci ilin yanvar dövründə vaqonların dalan yoluna verilib götürülməsi üçün 4774,28 manat, “X12 FZE”-yə verilmiş 02 nömrəli əlavə yığımlar üçün yığım vərəqəsi ilə 2020-ci ilin yanvar dövründə vaqonların dalan yoluna verilib götürülməsi üçün 2598,95 manat, “X12 FZE”-yə verilmiş 47 nömrəli əlavə yığımlar üçün yığım vərəqəsi ilə xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək yük daşımalarına görə yazılı teleqramların verilməsinə görə QU-1 hesabat kartların yazılmasına görə yığım vərəqinə görə 841,34 manat, “X12 FZE”-yə verilmiş 46 nömrəli əlavə yığımlar üçün yığım vərəqəsi ilə xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək MDB vaqonlarından istifadəyə görə yığım vərəqəsinə görə 16313,16 manat, “X12 FZE”-yə verilmiş 45 nömrəli əlavə yığımlar üçün yığım vərəqəsi ilə 2019-cu ilin dekabr dövründə vaqonların dalan yoluna verilib götürülməsi üçün 2892,18 manat, Cavabdeh MMC-yə verilmiş 44 nömrəli əlavə yığımlar üçün yığım vərəqəsi ilə 2019-cu ilin dekabr dövründə vaqonların dalan yoluna verilib götürülməsi üçün 6368,46 manat, Cavabdeh MMC-yə verilmiş 40 nömrəli əlavə yığımlar üçün yığım vərəqəsi ilə 2019-cu ilin noyabr dövründə vaqonların dalan yoluna verilib götürülməsi üçün 5975,52 manat, Cavabdeh MMC-yə verilmiş 39 nömrəli əlavə yığımlar üçün yığım vərəqəsi ilə 2019-cu ilin noyabr dövründə vaqonların dalan yoluna verilib götürülməsi üçün 2408,97 manat, “X12 FZE”-yə verilmiş 38 nömrəli əlavə yığımlar üçün yığım vərəqəsi ilə 2019-cu ilin oktyabr dövründə vaqonların dalan yoluna verilib götürülməsi üçün 2683,91 manat, “X12 FZE”-yə verilmiş 37 nömrəli əlavə yığımlar üçün yığım vərəqəsi ilə 2019-cu ilin oktyabr dövründə vaqonların dalan yoluna verilib götürülməsi üçün 7087,08 manat, “X12 FZE”-yə verilmiş 37 nömrəli əlavə yığımlar üçün yığım vərəqəsi ilə 2019-cu ilin oktyabr dövründə vaqonların dalan yoluna verilib götürülməsi üçün 7087,08 manat, “X12 FZE”-yə verilmiş 37 nömrəli əlavə yığımlar üçün yığım vərəqəsi ilə 2019-cu ilin oktyabr dövründə vaqonların dalan yoluna verilib götürülməsi üçün 7087,08 manat, “X12 FZE”-yə verilmiş 34 nömrəli əlavə yığımlar üçün yığım vərəqəsi ilə 2019-cu ilin sentyabr dövründə vaqonların dalan yoluna verilib götürülməsi üçün 4506,42 manat, “X12 FZE”-yə verilmiş 33 nömrəli əlavə yığımlar üçün yığım vərəqəsi ilə 2019-cu ilin sentyabr dövründə vaqonların dalan yoluna verilib götürülməsi üçün 7258,06 manat, “X12 FZE”-yə verilmiş 32 nömrəli əlavə yığımlar üçün yığım vərəqəsi ilə 2019-cu ilin sentyabr dövründə vaqonların dalan yoluna verilib götürülməsi üçün 5599,10 manat, “X12 FZE”-yə verilmiş 29 nömrəli əlavə yığımlar üçün yığım vərəqəsi ilə 2019-cu ilin sentyabr dövründə vaqonların dalan yoluna verilib götürülməsi üçün 6399,73 manat, “X12 FZE”-yə verilmiş 29 nömrəli əlavə yığımlar üçün yığım vərəqəsi ilə 2019-cu ilin avqust dövründə vaqonların dalan yoluna verilib götürülməsi üçün 7428,69 manat, “X12 FZE”-yə verilmiş 27 nömrəli əlavə yığımlar üçün yığım vərəqəsi ilə 2019-cu ilin avqust dövründə vaqonların dalan yoluna verilib götürülməsi üçün 2033,02 manat, “X12 FZE”-yə verilmiş 23 a nömrəli əlavə yığımlar üçün yığım vərəqəsi ilə 2019-cu ilin iyul dövründə vaqonların dalan yoluna verilib götürülməsi üçün 1965,88 manat, “X12 FZE”-yə verilmiş 23 nömrəli əlavə yığımlar üçün yığım vərəqəsi ilə 2019-cu ilin iyun dövründə vaqonların dalan yoluna verilib götürülməsi üçün 354 manat, “X12 FZE”-yə verilmiş 21 nömrəli əlavə yığımlar üçün yığım vərəqəsi ilə 2019-cu ilin iyun dövründə vaqonların dalan yoluna verilib götürülməsi üçün 1346,97 manat, “X12 FZE”-yə verilmiş 20 nömrəli əlavə yığımlar üçün yığım vərəqəsi ilə 2019-cu ilin iyun dövründə vaqonların dalan yoluna verilib götürülməsi üçün 3469,20 manat, “X12 FZE”-yə verilmiş 18 nömrəli xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixdən stansiyada ümumi istifadə yolunda boşdayanmasına görə yığım vərəqi üçün 267765,60 manat, “X12 FZE”-yə verilmiş 16 nömrəli əlavə yığımlar üçün yığım vərəqəsi ilə 2019-cu ilin may dövründə vaqonların dalan yoluna verilib götürülməsi üçün 3088,65 manat, “X12 FZE”-yə verilmiş 15 nömrəli əlavə yığımlar üçün yığım vərəqəsi ilə 2019-cu ilin may dövründə vaqonların dalan yoluna verilib götürülməsi üçün 3524,66 manat, “X12 FZE”-yə verilmiş 13 nömrəli əlavə yığımlar üçün yığım vərəqəsi ilə 2019-cu ilin aprel dövründə vaqonların dalan yoluna verilib götürülməsi üçün 1686,81 manat, “X12 FZE”-yə verilmiş 12 nömrəli xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixdən stansiyada ümumi istifadə yolunda boşdayanmasına görə yığım vərəqi üçün 267765,60 manat, “X12 FZE”-yə verilmiş 11 nömrəli xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixdən stansiyada ümumi istifadə yolunda boşdayanmasına görə yığım vərəqi üçün 241852,80 manat, “X12 FZE”-yə verilmiş 10 nömrəli xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixdən stansiyada ümumi istifadə yolunda boşdayanmasına görə yığım vərəqi üçün 340925,60 manat, “X12 FZE”-yə verilmiş 08 nömrəli əlavə yığımlar üçün yığım vərəqəsi ilə 2019-cu ilin mart dövründə vaqonların dalan yoluna verilib götürülməsi üçün 875,56 manat, Cavabdeh-yə verilmiş 02 nömrəli əlavə yığımlar üçün yığım vərəqəsi ilə 2019-cu ilin yanvar dövründə vaqonların dalan yoluna verilib götürülməsi üçün 108.56 manat, Cavabdeh-yə verilmiş --- nömrəli əlavə yığımlar üçün yığım vərəqəsi ilə 2019-cu ilin yanvar (İ/Xİİ) dövründə vaqonların dalan yoluna verilib götürülməsi üçün 2492,75 manat, Cavabdeh MMC-yə verilmiş 10a nömrəli xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixdən stansiyada ümumi istifadə yolunda boşdayanmasına görə yığım vərəqi üçün 520380 manat, “X12 FZE”-yə verilmiş 77 nömrəli əlavə yığımlar üçün yığım vərəqəsi ilə 2019-cu ilin sentyabr dövründə vaqonların dalan yoluna verilib götürülməsi üçün 1370,33 manat, Cavabdeh MMC-yə verilmiş 68 nömrəli əlavə yığımlar üçün yığım vərəqəsi ilə 2019-cu ilin avqust dövründə vaqonların dalan yoluna verilib götürülməsi üçün 4614,19 manat, Cavabdeh MMC-yə verilmiş 95 nömrəli əlavə yığımlar üçün yığım vərəqəsi ilə 2019-cu ilin noyabr dövründə vaqonların dalan yoluna verilib götürülməsi üçün 1885,65 manat, Cavabdeh MMC-yə verilmiş xx.xx.2020 nömrəli əlavə yığımlar üçün yığım vərəqəsi ilə 2020-ci ilin yanvar dövründə vaqonların dalan yoluna verilib götürülməsi üçün 2984,52 manat, Cavabdeh MMC-yə verilmiş 05 nömrəli əlavə yığımlar üçün yığım vərəqəsi ilə 2020-ci ilin yanvar dövründə vaqonların dalan yoluna verilib götürülməsi üçün 38434,62 manat, “X12 FZE”-yə verilmiş 12/02-20 nömrəli əlavə yığımlar üçün yığım vərəqəsi ilə 2020-ci ilin fevral dövründə vaqonların dalan yoluna verilib götürülməsi üçün 59 manat, “X12 FZE”-yə verilmiş 09 nömrəli əlavə yığımlar üçün yığım vərəqəsi ilə 2020-ci ilin fevral dövründə vaqonların dalan yoluna verilib götürülməsi üçün 1246,08 manat, “X12 FZE”-yə verilmiş 11 nömrəli xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixdən yük daşımalarına görə yazılı teleqramların verilməsinə görə QU-1 hesabat kartların yazılmasına görə yığım vərəqi üçün 146,32 manat, “X12 FZE”-yə verilmiş 09 nömrəli əlavə yığımlar üçün yığım vərəqəsi ilə 2020-ci ilin fevral dövründə vaqonların dalan yoluna verilib götürülməsi üçün 1246,08 manat, Cavabdeh MMC-yə verilmiş 14 nömrəli əlavə yığımlar üçün yığım vərəqəsi ilə 2020-ci ilin fevral dövründə vaqonların dalan yoluna verilib götürülməsi üçün 19300,08 manat , Cavabdeh MMC-yə verilmiş 02nömrəli əlavə yığımlar üçün yığım vərəqəsi ilə 2020-ci ilin noyabr dövründə vaqonların dalan yoluna verilib götürülməsi üçün 273288 manat , “X12 FZE”-yə verilmiş 18 nömrəli əlavə yığımlar üçün yığım vərəqəsi ilə 2020-ci ilin mart dövründə MDB vaqonlarından istifadə üçün 1231,92 manat, Cavabdeh MMC-yə verilmiş 35 nömrəli əlavə yığımlar üçün yığım vərəqəsi ilə 2020-ci ilin avqust dövründə MDB vaqonlarından istifadə üçün 1141,30 manat, “X12 FZE”-yə verilmiş 02 nömrəli vaqonların ötürülməsi və yığılması cədvəlinə görə 4729,44 manat, “X12 FZE”-yə verilmiş 03 nömrəli əlavə yığımlar üçün yığım vərəqəsi ilə 2021-ci ilin fevral dövründə MDB vaqonlarından istifadə üçün 2151,14 manat, “X12 FZE”-yə verilmiş 03 nömrəli əlavə yığımlar üçün yığım vərəqəsi ilə 2021-ci ilin yanvar dövründə MDB vaqonlarından istifadə üçün 2151,14 manat, “X12 FZE”-yə verilmiş 19 nömrəli vaqonların ötürülməsi və yığılması cədvəlinə əsasən vaqonların dalan yoluna verilib götürülməsi üçün 4989.63 manat, “X12 FZE”-yə verilmiş 22 nömrəli əlavə yığımlar üçün yığım vərəqəsi ilə 2021-ci ilin may dövründə MDB vaqonlarından istifadə üçün 20740,80 manat, “X12 FZE”-yə verilmiş 26a nömrəli əlavə yığımlar üçün yığım vərəqəsi ilə 2021-ci ilin iyun dövründə MDB vaqonlarından istifadə üçün 3288,16 manat, “X12 FZE”-yə verilmiş 34 nömrəli əlavə yığımlar üçün yığım vərəqəsi ilə 2021-ci ilin iyun dövründə MDB vaqonlarından istifadə üçün 3288,16 manat, “X12 FZE”-yə verilmiş 34 nömrəli əlavə yığımlar üçün yığım vərəqəsi ilə 2021-ci ilin sentyabr dövründə MDB vaqonlarından istifadə üçün 43,35 manat, “X12 FZE”-yə verilmiş 05 nömrəli əlavə yığımlar üçün yığım vərəqəsi ilə 2021-ci ilin mart dövründə MDB vaqonlarından istifadə üçün 2914,62 manat, “X12 FZE”-yə verilmiş 12 nömrəli əlavə yığımlar üçün yığım vərəqəsi ilə 2022-ci ilin aprel dövründə MDB vaqonlarından istifadə üçün 2914,62 manat, “X12 FZE”-yə verilmiş 05 nömrəli əlavə yığımlar üçün yığım vərəqəsi ilə 2022-ci ilin mart dövründə MDB vaqonlarından istifadə üçün 2914,62 manat, “X12 FZE”-yə verilmiş 12 nömrəli əlavə yığımlar üçün yığım vərəqəsi ilə 2022-ci ilin aprel dövründə MDB vaqonlarından istifadə üçün 6062,08 manat, “X12 FZE”-yə verilmiş 18 nömrəli əlavə yığımlar üçün yığım vərəqəsi ilə 2022-ci ilin may dövründə MDB vaqonlarından istifadə üçün 1419,84 manat hesablanmışdır.

36. İddiaçı tərəfindən cavabdehə HX 012008 nömrəli xx.xx.2019-cu il tarixli, EAAQ 527252 nömrəli xx.xx.2019-cu il tarixli, EAAR 675629 nömrəli xx.xx.2019-cu il tarixli, EAAT 161271 nömrəli xx.xx.2019-cu il tarixli, EAAU 256382 nömrəli xx.xx.2019-cu il tarixli, EAAV 749974 nömrəli xx.xx.2019-cu il tarixli, EAAX xx.xx.2019-cu il tarixli xx.xx.2019-cu il tarixli, EAAY 507563 nömrəlli xx.xx.2019-cu il tarixli, EBAA 069600 nömrəli xx.xx.2019-cu il tarixli, EBAB 177722 nömrəli xx.xx.2019-cu il tarixli, EBAC 525143 nömrəli xx.xx.2019-cu il tarixli, EBAD 830945 nömrəli xx.xx.2019-cu il tarixli, EBAF 183204 nömrəli xx.xx.2020-ci il tarixli, EBAG 379794 nömrəli xx.xx.2020-ci il tarixli, EBAH 667125 nömrəli xx.xx.2020-ci il tarixli, EBAİ 904659 nömrəli xx.xx.2020-ci il tarixli, EBAK 134724 nömrəli xx.xx.2020-ci il tarixli, EAAR 675629 nömrəli xx.xx.2019-cu il tarixli, EAAT 161271 nömrəli xx.xx.2019-cu il tarixli, EAAU 256382 nömrəli xx.xx.2019-cu il tarixli, EAAV 749974 nömrəli xx.xx.2019-cu il tarixli, EAAX 073276 nömrəli xx.xx.2019-cu il tarixli, EAAY 507563 nömrəli xx.xx.2019-cu il tarixli, EBAA 069600 nömrəli xx.xx.2019-cu il tarixli, EBAB 177722 nömrəli xx.xx.2019-cu il tarixli, EBAC 525143 nömrəli xx.xx.2019-cu il tarixli, EBAD 830945 nömrəli xx.xx.2019-cu il tarixli, EBAF 183204 nömrəli xx.xx.2020-ci il tarixli, EBAG 379794 nömrəli xx.xx.2020-ci il tarixli, EBAH 667125 nömrəli 1.03.2020-ci il tarixli, EBAİ 904659 nömrəli xx.xx.2020-ci il tarixli, EBAL 413740 nömrəli xx.xx.2020-ci il tarixli, EBAQ 003455 nömrəli xx.xx.2020-ci il tarixli, EBAV 652935 nömrəli xx.xx.2020-ci il tarixli, EBAX 548757 nömrəli xx.xx.2021-ci il tarixli, EBAY 799803 nömrəli xx.xx.2021-ci il tarixli, EBBA 205186 nömrəli xx.xx.2021-ci il tarixli, EBBB 711263 nömrəli xx.xx.2021-ci il tarixli, EBBD 368685 nömrəli xx.xx.2021-ci il tarixli, EBBE 982401 nömrəli xx.xx.2021-ci il tarixli, EBBK 900864 nömrəli xx.xx.2021-ci il tarixli, EBBP 707963 nömrəli xx.xx.2022-ci il tarixli, EBBU 515075 nömrəli xx.xx.2022-ci il tarixli, EBBW 482713 nömrəli xx.xx.2022-ci il tarixli, EBBY 071024 nömrəli xx.xx.2022-ci il tarixli, EBBX 854826 nömrəli xx.xx.2022-ci il tarixli elektron qaimələr göndərilmişdir.

37. Cavabdeh tərəfindən iddiaçıya göndərilmiş 315613 nömrəli məktubdan görünür ki, 17 saylı xx.xx.2006-cı ilə tarixli müqavilə əsasında "xxxx" MMC-dən onlara məxsus və dəmir yolunda onların adına qeydiyyatda olan məktubda qeyd olunan 20 ədəd xopperdozator vaqonları almışdır. Ona görə həmin vaqonların Moskva şəhəri X2 X5 vaqon parkı bazasında onların adına qeydiyyatdan keçirilməsinə və Dövlətlərarası dəmir yollarında işləməsinə köməklik göstərilməsi xahiş olunmuşdur.

38. İddiaçı tərəfindən cavabdehə göndərilmiş xx.xx.2006-cı il tarixli D-11758 nömrəli məktubdan görünür ki, 17 saylı xx.xx.2006-cı il tarixli müqavilə əsasında "xxxx" MMC-dən alınan 20 ədəd xopper-dozator vaqonları X3 X5 (Moskva şəhəri) rəisi Mityuxinin C-10234 saylı xx.xx.2006-cı il tarixli sərəncamı əsasında "xxxx" MMC-nin adına qeydiyyatdan keçirilmişdir.

39. Məhkəmə ilk öncə ilk iddia ərizəsinə münasibət bildirməyi zəruri hesab edir.

40. Belə ki, iddiaçı ona məxsus Səngəçal, Dübəndi, Ələt və Bakı-Yük stansiyalarında göstərilmiş xidmətlərə (“vaqonların dalan yoluna verilib götürülməsi, iddiaçıya məxsus vaqonun (konteynerin) istifadəsi və s.) görə yaranmış 232689,90 manat, habelə cavabdehin istifadəsində olan təmir üçün açılmış vaqonların ümumi istifadəli yolda boşdayanmasına görə yaranmış 2364533,87 manat məbləğində pulun cavabdehdən tutulmalı olmasını iddia edir.

41. Cavabdeh iddia tələbinə etiraz edərək iddiaçı tərəfindən boş dayanmasına görə yığım hesablanan vaqonların cavabdehin yox, başqa bir qeyri-rezidentin (X4 rezidenti olan xarici hüquqi şəxs) mülkiyyətində olduğunu, yəni iddiaçının cavabdehin nə mülkiyyəti, nə də qanuni sahiblik və istifadəsində olamayan vaqonların boş dayanmasına görə ona borc hesablandığını bildirir.

42. İddiaçı iddia ərizəsində 2019 və 2020-ci illər üzrə vaqonların ümumi istifadəli yollarda boşdayanmasına görə cavabdehə Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi tərəfindən 2007-ci il 19 dekabr tarixində təsdiq edilmiş 46/S vaqon müayinəçisinin təlimatına əsasən vaqon müayinəçisi cavabdehin istifadəsində olan vaqonlarda nasazlıq aşkar etdiyindən vaqonların təmirə açılmasına dair VU-23 nömrəli bildirişlər tərtib edildiyini, həmin bildirişlərin cavabdehə göndərilsə də, onlar tərəfindən hər hansı sifariş verilmədiyini, nəticədə təmir üçün açılmış vaqonların iddiaçının ümumi istifadəli yolunda dayandığını, bu səbəbdən iddiaçı tərəfindən cavabdehə “Yük daşımaları üzrə xidmətlərə görə yığımların hesablanması və tətbiqi Qaydaları”nın 3.4-cü bəndinə əsasən yığımlar hesablandığını göstərmişdir.

43. İddiaçı iddia tələblərinin əsası kimi istinad etdiyi hallara dair çoxsaylı yığım vərəqələri və forma VU-26 sənədləri təqdim etmişdir.

44. Belə ki, Məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş VU-26 sənədlərini hazırkı iş üzrə mötəbər sübut qismində qəbul etmir.

45. Belə ki, həmin sənədlər iddia ərizəsində göstərilən dövrə aid olmamaqla 2015-2018-ci illəri əhatə edir.

46. İddiaçıya həmin dövrə dair müvafiq bildirişlərin təqdim edilməsi təklif edilsə də, nümayəndə V.Qasımov həmin dövr üzrə cavabdehə müvafiq bildirişlərin telefonla şifahi qaydada verildiyini bildirmişdir.

47. “Yük daşımaları üzrə xidmətlərə görə yığımların hesablanması və tətbiqi Qaydaları”nın 3.4-cü bəndinə əsasən ümumi istifadə yollarında özəl və ya icarədə olan boş vaqonların hər hansı səbəbdən boş dayanmasına görə yığım, gəldiyi gün hesab edilməklə hər vaqon/gün üçün hər oxa görə 10 manat tutulsun. Tam olmayan gün tam günü kimi götürülsün.

48. Belə ki, iddiaçı tərəfindən təqdim edilmiş yığım vərəqələrinin əksəriyyətində ödəyici kimi cavabdeh deyil, “X12 FZE” Şirkəti göstərilmiş, iddiaçının nümayəndəsi V.Qasımov məhkəmə iclasında verdiyi izahatında həmin Şirkətlə cavabdehə iddiaçı tərəfindən eyni kod verildiyini, cavabdehin əvəzinə həmin Şirkətin adının yanlışlıqla qeyd olunduğunu bildirmişdir.

49. Məhkəmə tərəfindən iddiaçıya yığım vərəqələrində adları qeyd olunmuş vaqonların məhz cavabdehin mülkiyyətində, icarə və ya istifadəsində olmasını təsdiq edən sübutların məhkəməyə təqdim edilməsi təklif edilmiş, iddiaçının nümayəndəsi MDB üzrə vaqonların vahid qeydiyyatının Moskva şəhərində olan X1 yük vaqonları parkının avtomatlaşdırılmış məlumat bankında qeydiyyata alındığını, bu səbəbdən tərəflərindən müvafiq sorğu verildiyini, lakin artıq bir neçə aydır ki, cavab ala bilmədiklərini, hazırda həmin vaqonların cavabdehin mülkiyyətində olmaması səbəbindən 2019-2020-ci illərə dair həmin vaqonların sahibləri barədə məlumat təqdim edə bilməyəcəklərini bildirmiş, bununla da MPM-nin 77.1-ci maddəsinə əsasən sübut etmə vəzifəsini icra edə bilməmişdir.

50. İddiaçı tərəfindən məhkəmənin sorğusuna verilmiş xx.xx.2023-cü il tarixli 13-1/2- 1443/2023 saylı cavab məktubundan görünür ki, sorğuda qeyd olunan vaqonlar xx.xx.2022-ci il tarixinə qədər X1 yük vaqonları parkının avtomatlaşdırılmış məlumat bankında (Moskva ş.) Cavabdeh MMC-nin adına qeydiyyatda olmuş və sözügedən şirkətin müraciəti əsasında həmin tarixdən də qeydiyyatdan çıxarılmışdır.

51. Məhkəmə həmin sorğuya verilmiş cavabın da hazırkı iş üzrə mötəbər sübut hesab edilməməli olması qənaətinə gəlir.

52. Belə ki, sorğuya verilmiş cavab natamam olmaqla, həmin vaqonların məhz hansı tarixdən etibarən cavabdehin adına qeydiyyatda olması barədə məlumat qeyd edilməmişdir.

53. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş iddiaçı tərəfindən “X12 FZE” Şirkətinə ünvanlanmış xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, xx.xx.2021-ci il tarixli “Nissa Petroleum LTD” və xx.xx.2021-ci il tarixli “Protecta Solutions İNC” ilə bağlanmış müqavilələr əsasında bu şirkətlərdən aldıqları 430 ədəd çən vaqonları X1 yük vaqonları parkının avtomatlaşdırılmış məlumat bankında (Moskva ş.) xx.xx.2022-ci il tarixli sərəncamlar əsasında Dübəndi stansiyasına təhkim olunaraq “X12 FZE” Şirkətinin adına qeydiyyata alınmış və Dövlətlərarası dəmir yollarında işləməsinə icazə verilmişdir.

54. İddiaçının təqdim etdiyi əlavə yığımlar üçün yığım vəqələrində (həmçinin boşdayanmaya görə tərtib edilmiş xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövr üzrə) ödənişçi kimi “X12 FZE” Şirkəti qeyd edilmiş, məhkəmə bununla bağlı cavabdehin əsl cavabdeh “X12 FZE” Şirkəti ilə əvəz edilməsini iddiaçıya təklif etsə də, iddiaçı buna etiraz edərək işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir.

55. “X12 FZE” Şirkəti ilə cavabdeh arasında bağlanmış xx.xx.2008-ci il tarixli Nəqliyyat xidmətlərinin təşkili ilə bağlı müqaviləyə əsasən icraçı (cavabdeh) sifarişçinin (“X12 FZE” Şirkəti) sifarişi əsasında Azərbaycan Respublikası ərazisində neft aşırma terminallarından, limanlardan və dəmir yol stansiyalarından neft və neft məhsullarının, həmçinin digər yüklərin nəqli ilə bağlı xidmətlərin sifarişçiyə göstərilməsini təşkil edir, sifarişçi isə göstərilmiş xidmətləri bu müqavilə ilə müəyyən edilən qaydada və müddətlərdə icraçıya ödənilməsi öhdəsinə götürür.

56. Həmin müqavilənin 2.1.7-ci bəndinə əsasən sifarişçinin sifarişi ilə ona məxsus, icarəsində və ya istifadəsində olan vaqon-çənlərin cari, depo və əsaslı təmir işlərini icraçı öz öhdəsinə götürür.

57. “X12 FZE” Şirkəti ilə cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli Daşıma və digər xidmətlərin təşkili ilə bağlı müqaviləyə əsasən icraçı (cavabdeh) sifarişçinin (“X12 FZE” Şirkəti) təqdim etdiyi daşıma sifarişlərinə uyğun olaraq yüklərin Azərbaycan Respublikası ərazisində dəmir yolu, dəniz nəqliyyatı və avtomobil nəqliyyatı ilə daşınması xidmətlərini digər əlaqəli xidmətləri Sifarişçinin adından həyata keçirməyi, sifarişçi isə hazırkı müqavilə ilə icraçını Azərbaycan Respublikası ərazisində ticarət nümayəndəsi olaraq təyin edir və göstərilmiş xidmətləri bu müqavilə ilə müəyyən edilən qaydada və müddətlərdə qəbul edilməsini və razılaşdırılmış dəyərini icraçıya ödənilməsini öhdəsinə götürür.

58. Müqavilənin 4.1.1 və 4.1.2-ci bəndlərinə əsasən sifarişçi (“X12 FZE” Şirkəti) icraçını Azərbaycan Respublikası ərazisində özünün səlahiyyətli ticarət nümayəndəsi olaraq təyin edir. Azərbaycan Respublikasında ona məxsus vaqonlardan hazırkı müqavilənin məqsədləri üçün sahiblik və istifadə edilməsinə, həmçinin buna görə müvafiq hüquqverici səlahiyyətlərin sifarişçinin adından həyata keçirilməsinə razılıq verir.

59. Müqavilənin 6.3-cü bəndinə əsasən tərəflər razılaşırlar ki, hazırkı müqavilənin imzalandığı tarixə qədər sifarişçinin özünün və ya digər onun sifarişi əsasında digər daşıyıcı təşkilatların həyata keçirdiyi daşımalar və sifarişçiyə məxsus vaqonlarla bağlı müştərilər və Azərbaycan Respublikasınnın dəmir yolu şirkəti tərəfindən qaldırılan iddialara (daşıma haqqı, dalan yoluna verilib-götürülmə, icarə haqqı, vaqonun boş dayanmasına görə cərimə və sairə) görə icraçı hər hansı maddi məsuliyyət daşımır.

60. Görünüdüyü kimi, “X12 FZE” Şirkəti tərəfindən ona məxsus olan vaqonlardan cavabdehin istifadəsinə yalnız xx.xx.2020-ci il tarixli Daşıma və digər xidmətlərin təşkili ilə bağlı müqaviləyə əsasən səlahiyyət verilmişdir.

61. Belə olan halda iddiaçı iddia tələbini bu tələbə cavab verməli olmayan cavabdehə qarşı yönəltmişdir. Çünki qanunun mənasına görə iddia tələbinin yönəldiyi şəxs (fiziki və ya hüquqi), yəni irəli sürülmüş tələbə cavab verməli olan şəxs, başqa sözlə, mübahisənin həlli bilavasitə ixtiyarından və iradəsindən asılı olan şəxs cavabdeh hesab olunur. İddia tələbi iddiaya cavab verməli olmayan şəxsə qarşı verildikdə, iddia təmin oluna bilməz (Mülki Prosessual Məcəllə, maddə 50.4, 54.1, 54.2).

62. Məhkəmə iddiaçı tərəfindən cavabdehə təqdim edilmiş elektron qaimələri də hazırkı iş üzrə mötəbər sübut qismində qəbul etmir.

63. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

64. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

65. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

66. Beləliklə də iddiaçının təqdim etdiyi yazılı sənədlər güclü, aydın və konkret olmadığından, eləcə də təkzibolunmazlıqla bağlı tələbə cavab vermədiyindən, həmin sənədlər iddiaçının tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edən sübut kimi qiymətləndirilə bilməz.

67. İddiaçı bununla bağlı başqa sübut təqdim edə bilməmişdir.

68. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

69. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

70. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

71. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarında göstərmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan, həmçinin təkzibolunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68).

72. Avropa Məhkəməsi “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx.xx.2008-ci il tarixli qərarında isə qeyd etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq, əsaslı şübhədən kənar sübut standartları tətbiq edilir (§93).

73. Yuxarıda göstərilənlərə əsasən işin faktiki hallarını və qanunvericiliyin müddəalarını nəzərə alan Məhkəmə hesab edir ki, ilk iddia tələbi əsassız olduğundan təmin edilməməlidir.

74. Məhkəmə cavabdeh tərəfindən təqdim edilmiş iddia müddətinin tətbiqi barədə ərizə ilə bağlı aşağıdakıları qeyd edir.

75. Belə ki, “L.İ. Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2008-ci il tarixli Qərarına əsasən hər hansı bir mülki mübahisənin qanuni həlli baxımından iddia müddətlərinin axımının başlanğıcının müəyyənləşdirilməsi ilə yanaşı mübahisəyə aid bütün digər hallar da nəzərə alınmalıdır. İddia müddətinin tətbiqi qaydalarına riayət edilməsi üçün ilk növbədə nəzərə alınmalıdır ki, iddia etmək hüququ iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarından ibarətdir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. Bu hüququn həyata keçirilməsi hər hansı iddia müddətinin keçməsindən asılı deyil. Buna görə də, iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəməyə iddianı təqdim etmək mümkündür (MM-in 375.1-ci maddəsi). İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. İddia müddətinin keçməsi məhz bu mümkünlüyün qarşısını alır və məhkəmə tərəfindən iddiadan imtina edilməsinə əsas kimi götürülür (MM-in 375.2-ci maddəsi).

76. Həmin Qərara əsasən iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir.

77. Məhkəmə hesab edir ki, hazırkı işdə iddiaçı müvafiq subyektiv hüquqa malik olmadığından iddia müddətinin təbiq edilməli olması barədə ərizə də əsassızdır.

78. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçının müvafiq subyektiv hüquqa malik olması işin araşdırılan halları ilə də öz təsdiqini tapdığı təqdirdə belə, iddiaçı həmin hüququnun müdafiəsi ilə bağlı Məhkəməyə 2022-ci ilin may ayına qədər məhkəməyə müraciət edə bilərdi.

79. Lakin materiallardan görünür ki, iddiaçı hazırkı iddia ilə xx.xx.2022-ci ildə məhkəməyə müraciət etmişdir.

80. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə görə müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.

81. Bundan əlavə, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş ödəniş sənədlərinə əsasən elektron qaimələrin boşdayanmaya görə yaranmış borclar çıxılmaqla qalan hissəsi (vaqonlardan istifadə və digər yığımlar) iddiaçıya ödənilmişdir.

82. Cavabdehin nümayəndəsi öz izahatında həmin ödənişlərin “X12 FZE” Şirkətinin agenti olaraq edildiyini bildirmişdir.

83. Belə ki, Mülki Məcəllənin 431.1-ci maddəsinə əsasən borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir. Bu halda “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq kreditorla bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur.

84. Həmin Məcəllənin 432.3-cü maddəsinə əsasən əgər borclu kreditora bir neçə eyni növlü öhdəlik icra etməlidirsə və onun icra etdikləri bütün öhdəliklərin ödənilməsi üçün yetərli deyildirsə, icra zamanı borclunun özünün müəyyənləşdirdiyi öhdəlik ödənilir. Əgər borclu ödənilən öhdəliyi müəyyənləşdirməzsə, onda ödənilmə müddəti çatmış öhdəliklərdən müvafiq olaraq kreditorda daha az təminatı olan öhdəlik əvvəlcə ödənilir, bərabər təminatlı öhdəliklərdən borclu üçün daha ağır olanı, eyni dərəcədə ağır olan öhdəliklərdən daha köhnə öhdəlik, eyni müddətli öhdəliklərin isə hamısı ödənilir.

85. İddiaçı həmin ödənişlərin cavabdehin iddia ərizəsində göstərilən dövrdən daha əvvəlki dövrlər üzrə olan borclarına silindiyini göstərsə də, cavabdehin iddiaçı qarşısında 2019-cu ildən əvvəl icra edilməli olan, lakin icra edilməmiş öhdəliyinin olmasını təsdiq edən hər hansı sübut təqdim etməmişdir.

86. Göstərilənlərə əsasən Məhkəmə ilk iddia tələbini əsassız hesab edir.

87. Məhkəmə qarşılıqlı iddia ərizəsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

88. Belə ki, Mülki Məcəllənin:

89. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

90. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

91. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.

92. 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.

93. 405.2-ci maddəsinə əsasən müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır.

94. Belə ki, qarşılıqlı iddia ərizəsində qarşılıqlı cavabdehin müraciəti əsasında qarşılıqlı iddiaçıya məxsus 215 ədəd vaqonun xx.xx.2021-ci il tarixdən etibarən cavabdehin əvəzli istifadəsinə verildiyi, gündəlik istifadə haqqının 15 ABŞ dolları / 25.50 manat olmasının razılaşdırıldığı, nəticədə cavabdehin iddiaçıya ümnumilikdə 2911207,50 manat borcunun olduğu göstərilmişdir.

95. Məhkəmə iclasında qarşılıqlı iddiaçının nümayəndələri tərəflər arasında müqavilənin şifahi bağlandığını, həmin müqavilə əsasında cavabdehə hər hansı hesabfaktura, elektron qaimə təqdim edilmədiyini, cavabdeh tərəfindən iddiaçıya hər hansı vəsaitin ödənilmədiyini, vaqonların cavabdehin sahiblik və istifadəsinə keçməsinin rəsmiləşdirilmədiyini, bununla əlaqədar olaraq qarşılıqlı iddia ərizəsində göstərilən tələblə bağlı ümumiyyətlə hər hansı sübut təqdim edə bilməyəcəklərini bildirmişlər.

96. Qarşılıqlı iddia üzrə cavabdeh qarşılıqlı iddiaya etiraz edərək tərəflər arasında hər hansı razılaşmanın olmadığını, onların əvəzli istifadəsinə qarşılıqlı iddiaçı tərəfindən hər hansı vaqon verilmədiyini bildirir.

97. Belə olan vəziyyətdə tərəflər arasında əvəzli istifadə müqaviləsinin bağlanıbbağlanmaması ilə bağlı hal araşdırılmalı və sübut olunmalıdır.

98. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarında göstərmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan, həmçinin təkzibolunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68).

99. Məhkəmə qeyd edir ki, hazırkı halda qarşılıqlı iddiaçı tərəfindən cavabdehə ona məxsus vaqonların əvəzli istifadəyə verilməsini sübut etmək vəzifəsi qarşılıqlı iddiaçının üzərinə düşür.

100. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2 və 77.1-ci maddələrinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

101. İddiaçının tələblərinin əsası kimi istinad etdiyi fakt və halları təsdiq edən sübutlar qismində yalnız iddiaçı tərəfindən tərtib edilmiş arayış təqdim edilmişdir.

102. İddiaçı bununla bağlı başqa sübut təqdim edə bilməmişdir.

103. İşin faktiki hallarını və qanunvericiliyin müddəalarını nəzərə alan Məhkəmə hesab edir ki, iddiaçıya ödənilməli olan 2911207,50 manat məbləğində borcun tutulması hissəsində qarşılıqlı iddiaçı tələbini əsaslandıra və bununla bağlı (tərəflər arasında müqavilənin bağlandığını, vaqonların əvəzli istifadəyə verilməsini, ümumiyyətlə mülkiyyətindəı və qanuni sahibliyində 215 ədəd vaqonun olmasını təsdiq edən) hər hansı mötəbər sübutlar təqdim edə bilmədiyindən, iddia təmin edilməməlidir.

104. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən şəxslərin üzərinə qoyulması mülki mühakimə icraatının çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Tərəflərin hər biri bu qaydadan istifadə edərək öz tələb və etirazlarının əsaslılığını sübut etməlidir.

105. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “X6 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 6 noyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli Qərarında göstərmişdir ki, MPM-in mülki məhkəmə icraatının həyata keçirilməsinə dair tələblərinə əsasən hakim öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (MPM-in 9.3, 88 və 217-ci maddələri).

106. Konstitusiya Məhkəməsinin Plenumu “F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli Qərarında isə qeyd etmişdir ki, MPMə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün o, işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirir (MPM-in 9.1-ci, 14.1-ci, 88-ci maddələri). Bu prinsip və göstərişlərə ümumilikdə, MPM-in müəyyənləşdirdiyi qaydalara riayət edilməməklə və ya onlardan yayınmaqla çıxarılan (qəbul edilən) məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli hesab edilə bilməz.

107. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı).

108. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ilk və qarşılıqlı iddialar əsassız olduğundan təmin edilməməlidir.

109. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

110. Məhkəmə hesab edir ki, ilk və qarşılıqlı iddialar təmin edilmədiyindən iddia ərizələri verilərkən ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilməlidir.

V. Nəticə:

111. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ:

İddiaçı "xxxx" QSC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair ilk iddiası təmin edilməsin. İlk iddia ərizəsi verilərkən ödənilmiş 2486 manat dövlət rüsumu ilk iddiaçı "xxxx" QSC-nin özünə aid edilsin. İddiaçı Cavabdeh MMC-nin cavabdeh "xxxx" QSC-yə qarşı “pul” tələbinə dair qarşılıqlı iddiası təmin edilməsin. Qarşılıqlı iddia ərizəsi verilərkən ödənilmiş 2646 manat dövlət rüsumu qarşılıqlı iddiaçı Cavabdeh MMC-nin özünə aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar