Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1712/2020 09.10.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Hümbətov Eldəniz Məhəddin oğlunun katibliyi, İddiaçı nümayəndəsi, Vəkil2 və cavabdeh “xxxxxxxxx” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin nümayəndəsi, Vəkil1 iştirakı ilə, İddiaçı cavabdeh “xxxxxxxxx” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə (bundan sonra – “xxxxxxxxx” MMMC) qarşı “qərarın etibarsız hesab edilməsi” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi və iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “xxxxxxxxx” MMMC-nin təsis yığıncağının xx xxxx 2019-cu il tarixli qərarının etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən çoxmərtəbəli bina 2003-2005-ci illərdə tikilərək sakinlərin istifadəsinə verilmiş, 2006-cı ildən həmin binanın idarəedici təşkilat kimi İddiaçı MTK-nın nizamnaməsi təsdiq edilmişdir. Bir neçə ay əvvəl binanın elanlar lövhəsində ünvan 1 ünvanında yerləşən binanın idarə edilməsinin “xxxxxxxxx” MMMC-yə verildiyi, guya binanın mülkiyyətçilərinin ümumi yığıncağının keçirildiyi və həmin iclasda “xxxxxxxxx” MMMC-nin təsis edilməsi barədə elan yerləşdirilmişdir. İddiaçı MTK-nın bir qrup sahə mülkiyyətçilərinin xx xxxx 2019-cu il tarixli qərarı qanuna zidd tərtib edilmiş, keçirilməyən iclas protokolunda kooperativin təsisçiləri və sədrin iştirakı təmin edilmədən və kooperativin ləğvi barədə məsələ müzakirə olunmadığı halda binanın idarə edilməsi məqsədilə “xxxxxxxxx” MMMC təsis edilərək Ədliyyə Nazirliyinə müraciət olunmuşdur. Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş idarəsi İddiaçı MTK-nın sahə mülkiyyətçilərinin qanuna zidd tərtib edilmiş xx xxxx 2019-cu il tarixli protokoluna əsaslanaraq xx xxxxxx 2019-cu il tarixdə “xxxxxxxxx”MMMC-nin təsis müqaviləsini və Nizamnaməsini qeydiyyatdan keçirmişdir. Halbuki, nə kooperativin təsisçiləri, nə sahə mülkiyyətçiləri, nə də rəhbərliyi tərəfindən iclasın keçirilməsi barədə təşəbbüs olmamış və həmin iclas barədə əvvəlcədən elan yerləşdirilməmişdir. Həmçinin, iclas faktiki olaraq keçirilməmiş və yalnız sahə mülkiyyətçilərinin bəzilərindən formal imzalar toplanılmaqla əsassız və qanunsuz qaydada kooperativin idarə edilməsinə müdaxilə olunmuşdur. Kooperativ binada bir qrup sahə mülkiyyətçiləri tərəfindən qeyriqanuni olaraq iclas keçirilmədən, yaşayış və qeyri-yaşayış sahə mülkiyyətçilərinin sayı 56 nəfər olduğu halda, MMMC-nin təsisçisi S.Məmmədova və üzvləri tərəfindən iclas keçirilmədən, saxta protokol tərtib edilərək sahə mülkiyyətçilərinin sayını 52 nəfər göstərərək, yetərsay olmadan 29 nəfər əvəzinə 27 nəfər mülkiyyətçinin imzasını götürmüşlər. Bu barədə İddiaçı MTK tərəfindən Ədliyyə Nazirliyinə, Nəsimi Rayon İcra Hakimiyyətinə və “xxxxxxxxx” MMMC-nin təmsilçisi S.N.Məmmədovaya rəsmi qaydada məktub göndərilmişdir. Hal-hazırda ”İddiaçı” MTK nə yenidən təşkil edilmiş, nə də ləğv olunmamışdır və fəaliyyətini davam etdirir. MMMC təsis olunsa da, sahə mülkiyyətçilərinin MTK-ya 31000 manatdan artıq borcu olduğu, ondan da MTK-nın dövlət qurumlarına, xidmət təşkilatlarına, təsisçiyə və işçilərə borcu olduğundan ləğvetmə və təhvil-təslim prosesinin həyata keçirilməsi mümkün olmamışdır. Buna görə də hazırda İddiaçı MTK-nın dövlət tərəfindən təsdiq olunmuş və ləğv olunmamış nizamnaməsinə əsasən ünvan 2 ünvanında yerləşən çoxmənzilli binanın idarəedici təşkilatı olaraq qalır. Bundan başqa iclasın reallıqda keçirilmədiyini təsdiq edən daha bir sübut isə iclas protokolunun olmamasıdır. Məhkəmə iclasında işitrak edən İddiaçı nümayəndəsi, Vəkil2 iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, əlavə olaraq bildirmişdir ki, cavabdeh təşkilat dövlət qeydiyyatına alınmaq üçün müraciət edərkən bilərək yalan məlumat verməklə öz hüquqi ünvanını fərqli (ünvan 3 göstərib. Belə ki, binanı idarə edən təşkilatın hüquqi ünvanı hər hansı mənzil deyil, binanın öz ünvanı olmalı idi. Həmin ünvanda (Bakı şəhəri Nəsimi rayonu, Ak.Mirəli Qaşqay küçəsi 93) isə "İddiaçı" MTK artıq mövcud olduğundan və fəaliyyət göstərdiyindən cavabdeh təşkilat dövlət orqanlarına yalan məlumat təqdim etməklə yeni hüquqi şəxs yaradılmasına nail olmuşdur. Özlərini təsisçi kimi təqdim edən şəxslər bilirdi ki, Mülki Məcəlləyə uyğun olaraq "Cavabdeh" MMMC dövlət qeydiyyatına alınarkən hüquqi şəxsin yenidən təşkil olunmasının qaydalarına riayət etməli idilər. Lakin "İddiaçı" MTK-nm Bakı şəhəri Nəsimi rayonu, Ak.Mirəli Qaşqay küçəsi 93 ünvanında yerləşən binanın idarəedici təşkilatı olaraq hüquqi şəxs kimi dövlət orqanları qarşısında və s. öhdəliklərini (hansı bu öhdəliklər məhz yeni MMMC-nin yaradılmasının təşəbbüskarı olmuşlar) götürməkdən boyun qaçırmaq üçün dövlət orqanlarına həqiqətə uyğun olmayan məlumatlar təqdim etmişlər və sanki Bakı şəhəri Nəsimi rayonu, Ak.Mirəli Qaşqay küçəsi 93 ünvanında yerləşər binanın indiyədək idarəedici təşkilatı olmamışdır. "Cavabdeh" MMMC dövlət qeydiyyatına alınarkən həmin təşkilatın təsisçiləri tərəfindən hüquqi qüvvəsi olmayan, imzalara müdaxilələr edilməklə, adları bir neçə dəfə yazmaqla, öz qərarlarına istədikləri kimi düzəlişlər edilməklə faktiki olaraq keçirilməyən iclasın sənədlərini saxtakarlıq edilməklə tərtib edilmiş sənədlər təqdim olunduğundan, dövlət orqanını aldatmaqla qanunsuz yolla hüquqi şəxsin dövlət qeydiyyatına alınmasına nail olmuşlar. İddiaçı nümayəndəsi, Vəkil2 İddiaçı hazırkı iş üzrə subyektiv hüququ ilə bağlı bildirmişdir ki, "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununun 14.1.3-cü maddəsinə əsasən dövləl reyestrində aparılan yazıda reyestrə daxil edilmiş qurumlar barəsində qurumun təşkilati-hüquqi forması əks etdirilməlidir. Hazırkı halda isə "İddiaçı"ın təşkilati-hüquqi forması dövlət orqanları tərəfindən Mənzil-Tikinti Kooperativi kimi qeyd edilmişdir. Beləliklə, Mənzil Məcəlləsi də Mənzil-Tikinti Kooperativinin anlayışını da vermişdir. Mənzil Məcəlləsinin 109.1-ci maddəsinə əsasən yaşayış sahələrinə olan ehtiyacın ödənilməsi üçün üzvlərinin əmlak pay haqlarının birləşdirilməsi yolu ilə müvafiq binaların tikintisi və (və ya) yenidənqurulması, habelə müəyyən dövr ərzində kooperativ binada yaşayış və qeyriyaşayış sahələrinin bu Məcəllənin 141-1-ci maddəsinə uyğun olaraq idarə edilməsi məqsədi ilə fiziki və (və ya) hüquqi şəxslərin üzvlüyə əsaslanan könüllü birliyi mənzil-tikinti kooperativləri hesab edilir. Məhkəmə iclasında işitrak edən cavabdeh “xxxxxxxxx” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin nümayəndəsi, Vəkil1 izahatında iddia tələbi ilə razı olmadığını bildirərək, "Cavabdeh" MMMC-nin təsis edilməsi ilə bağlı iclasda ünvan 1 ünvanında yerləşən çoxmərtəbəli binanın mənzil mülkiyyətçilərinin (fiziki şəxslərin) iştirak etdiklərini, binanı inşa etmiş İddiaçı həmin iclasda hüquqi şəxs kimi iştirak etmədiyini və təsisçi olmadığını nəzərə alaraq, sonuncunun hazırki iddia tələbinin verilməsinə dair subyektiv hüququnun olmadığına görə tələbin rədd olunmasını xahiş etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İddiaçı nizamnaməsindən görünür ki, MTK müstəqil balansa malik və hüquqi ünvanı ünvan 5 olmaqla hüquqi şəxs kimi dövlət qeydiyyatına alınmış və əsas fəaliyyəti kooperativ üzvlərinin, Azərbaycan Respublikası vətəndaşlarının əmlak pay haqlarını könüllü birləşdirmək yolu ilə onların mənzil sahəsinə tələbatının ödənilməsindən ibarətdir. Həmin Nizamnəmənin 3.3-cü bəndlnə əsasən kooperativ qanunvericilklə qadağan olunmayan və xüsusi icazə tələb olunan fəaliyyət növləri ilə müvafiq dövlət orqanlarından lisenziya aldıqdan sonra: - müxtəlif müəssisə, idarə və təşkilatlarda əsaslı tikinti və təmir-tikinti işlərinin aparıması, əhaliyə pullu tikinti-təmir xidmətlərinin göstərilməsi; - bina və yaşayış evlərinin, komplekslərin, qurğuların tikintisi, yolların salınması, o cümlədən, digər tikinti xidmətinin göstərilməsi, reklam, kommersiya, biznes, matketinq və qanunvericilklə qadağan olunmayan digər fəaliyyət növlərini həyata keçirir. Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyətinin Başçısının 643 nömrəli, xx.xx.2011-ci il tarixli sərəncamı ilə İddiaçı tərəfindən inşa edilən Bakı şəhəri, Nəsimi rayonu, 959-cu məhəllə, X5 küçəsi 93 saylı ünvanda 15 mərtəbəli (+texmərtəbə) 1 girişli, yaşayış binasının (1-ci mərtəbəsi qeyri-yaşayış sahəsi) dövlət qəbul kommissiyasının aktları təsdiq olunmuşdur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2020-ci il tarixli uçot məlumatlarında İddiaçı əsas fəaliyyət növü “Yaşayış üçün sair yerlər tərəfindən xidmətlərin göstərilməsi”(55900) kimi qeyd olunmuşdur. “xxxxxxxxx” mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin təsis yığıncağının (36 sahə mülkiyyətçilərinin iştirakı ilə) xx.xx.2019-cu il tarixli qərarı ilə “xxxxxxxxx” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti təsis edilməsi, cəmiyyətin nizamnaməsinin təsdiq edilməsi, cəmiyyətin hüquqi ünvanın Bakı şəhəri, Nəsimi rayonu, X5 küçəsi, ev 93, mənzil 25 kimi müəyyən edilməsi və cəmiyyətin dövlət qeydiyyatı ilə bağlı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə müraciət edilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Qeyri-Kommersiya Qurumlarının Dövlət Reyestri tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 05/314-14 nömrəli çıxarışdan görünür ki, “xxxxxxxxx” MMMC yaşayış binasını birgə idarə etmək, binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericilikdə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini tələb etmək məqsədi ilə xx.xx.2019-cu il tarixdə 1119-MM6-0139 qeydiyyat nömrəsi ilə mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti kimi qeydiyyata alınmış “xxxxxxxxx” MMMC-nin mənzil mülkiyyətçilərinin xx.xx.2020-ci il tarixli qərarı və digər sənədləri əsasında edilmiş dəyişikliyə görə əvvəlki qanuni təmsilçisi X1, hazırki qanuni təmsilçisi X3r. Hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, X5 küçəsi, ev 93, mənzil 25, fəaliyyət ərazisi Bakı şəhəri, Nəsimi rayonu, X5 küçəsi, ev 93-dür. “xxxxxxxxx” mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin nizamnaməsindən görünür ki, MMMC müstəqil təsərrüfat subyekti olmaqla, Bakı şəhəri Nəsimi rayonu, Ak.Mirəli Qaşqay küçəsi 93 ünvanında yerləşməklə, xx xxxxxx 2019-cu il tarixdə qeyrikommersiya qurumu (gəlir əldə etməyi nəzərdə tutmayan qeyri-kommersiya təşkilatı olan hüquqi şəxs) kimi dövlət qeydiyyatına alınmış və əsas fəaliyyəti yaşayış binasını birgə idarə etmək, binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericilikdə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini tələb etməkdən, bu nizamnamədə nəzərdə tutulmuş məqsədlərinin yerinə yetirilməsi üçün fəaliyyət növlərini (kommunal xidmətlərin (istilik və elektrik enerjisi, təbii qaz, lift, məişət tullantıları və kanalizasiya xidmətləri təchizatı qurğuları və xəttləin təmir-bərpa işləri, onların işlək vəziyyətdə saxlanılması və s.) yaşayış binasının daxili və xarici divarlarının, zirzəmi və damlarının, həmçinin giriş bloklarının təmir olunması və işıqlandırılması, yaşayış binasının həyətyanı sahəsinin abadlaşdırılması və s., yaşayış binasının sakinlərinin rifahının yaxşılaşdırılmasına yönələn digər tədbirlərin yerinə yetirilməsi və digər xidmətlərin göstərilməsindən) həyata keçirməkdən ibarətdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 109.1-ci maddəsinə əsasən, yaşayış sahələrinə olan ehtiyacın ödənilməsi üçün üzvlərinin əmlak pay haqlarının birləşdirilməsi yolu ilə müvafiq binaların tikintisi və (və ya) yenidənqurulması, habelə müəyyən dövr ərzində kooperativ binada yaşayış və qeyriyaşayış sahələrinin bu Məcəllənin 141-1-ci maddəsinə uyğun olaraq idarə edilməsi məqsədi ilə fiziki və (və ya) hüquqi şəxslərin üzvlüyə əsaslanan könüllü birliyi mənzil-tikinti kooperativləri hesab edilir. 119.1-ci maddəsinə əsasən, çoxmənzilli binada daşınmaz əmlak kompleksini birgə idarə etmək, çoxmənzilli binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini təmin etmək məqsədi ilə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin könüllü birliyi mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti hesab edilir. 119.2-ci maddəsinə əsasən, mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti qeyrikommersiya təşkilatı olan hüquqi şəxsdir və onun əsas məqsədi mənfəət götürmək və əldə olunan mənfəəti iştirakçıları arasında bölüşdürmək deyil. 119.3-ci maddəsinə əsasən, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin nizamnaməsi bu Məcəllənin 44-47-ci maddələrində nəzərdə tutulmuş qaydada keçirilən ümumi yığıncaqda çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi səslərinin səs çoxluğu ilə qəbul edilir. İddiaçı Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin uçot məlumatlarına əsasən fəaliyyət növünün Bakı şəhəri, M.Qaşqay küçəsində yerləşən 93 nömrəli binada “yaşayış üçün sair yerlər tərəfindən xidmətlərin göstərilməsi” olduğu qeyd etsə də, məhkəmə bildirir ki, uçot məlumatlarında xidmət ümumi göstərilmiş, həmin MTKnın nizamnaməsində isə əsas fəaliyyət istiqaməti kimi isə binaların inşası və təmir-tikinti kimi işlərin görülməsi göstərilmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, Bakı şəhəri, M.Qaşqay küçəsində yerləşən 93 nömrəli binada yaşayan sakinlərin çox bir hissəsi öz mənzillərinə aid çıxarışlar alaraq mülkiyyət hüquqlarını əldə etmişlər, daha sonra mülkiyyətçilərin bir qismi öz iradə ifadələrini bildirərək qeyri-kommersiya hüquqi şəxs olan “xxxxxxxxx” MMMC yaratmaq məqsədi ilə təsis yığıncağı keçirərək xx xxxx 2019-cu il tarixli qərarı qəbul etmişlər. "M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2008-ci il tarixli qərarında göstərilir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Göründüyü kimi Bakı şəhəri, M.Qaşqay küçəsində yerləşən 93 nömrəli binada olan mənzillərin mülkiyyətçisi olmayan və xx xxxx 2019-cu il tarixli qərarın qəbul edilməsində təsisçi kimi iştirak etməyən İddiaçı xxxxxxxxx” MMMC-nin təsis yığıncağının xx xxxx 2019cu il tarixli qərarının etibarsız hesab edilməsi tələbi ilə bağlı iddianın qaldırılmasında subyektiv hüququ yoxdur. Yuxarıda qeyd olunan işin faktiki hallarını, qanunvericiliyin normalarını və iş materiallarına əlavə edilmiş sənədləri məcmu halda qiymətləndirən məhkəmə hesab edir ki, İddiaçıMənzil-Tikinti Kooperativinin cavabdeh “xxxxxxxxx” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə qarşı xx xxxx 2019-cu il tarixli qərarının etibarsız hesab edilməsi tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə Q Ə T E T D İ: İddiaçıMənzil-Tikinti Kooperativinin cavabdeh “xxxxxxxxx” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə qarşı xx xxxx 2019-cu il tarixli qərarının etibarsız hesab edilməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim:Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-1712/2020
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1712/2020
09.10.2020 · Sair işlər - Müəssisənin təsis sənədlərinin etibarsız hesab edilməsi barədə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver