Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1712/2021 05.05.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi ilə, Xasayeva İradə Ədalət qızının katibliyi ilə, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdehnə qarşı pul tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı MMC Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası, Bakı şəhəri, Səbail rayonu, X4 küçəsi 29 (əvvəlki 42-ci məhəllə) ünvanında yerləşən qeyri-yaşayış binasının 5-ci mərtəbəsində sahəsi 150 kv.m. təşkil edən qeyri-yaşayış (ofis) sahəsinin və binanın qapalı avtoduracağında 1 ədəd ödənişli avtoduracaq yerinin icarəyə verilməsi haqqında İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 12 iyul 2019-cu il tarixli, 19/368 №-li müqavilə üzrə 31 yanvar 2020-ci il tarixinə yığılmış əsas borc üzrə ƏDV daxil 23.134,10 manat məbləğində pul vəsaitinin, habelə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun və 0,40 manat məbləğində bank komissiyası haqqının, cəmi ƏDV daxil 23.164,50 manat məbləğinin Cavabdehndən İddiaçı MMC-nin xeyrinə tutulmasında dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında Azərbaycan Respublikası, Bakı şəhəri, Səbail rayonu, X4 küçəsi, 29 (əvvəlki 42-ci məhəllə) ünvanında olan qeyri-yaşayış binasının 5-ci mərtəbəsində yerləşən, sahəsi 150 kv.m. təşkil edən qeyri-yaşayış (ofis) sahəsinin və binanın qapalı avtoduracağında 1 (bir) ədəd ödənişli avtoduracaq yerinin icarəyə verilməsi haqqında 12 iyul 2019-cu il tarixli, 19/368 №-li müqavilə bağlanmışdır. İcarə müqaviləsinin 3.1-ci bəndinə uyğun olaraq icarəyə verilən əmlak(lar) üçün ƏDV xaric 3,000 manat məbləğində icarə haqqı, ƏDV xaric 750 manat məbləğində xidmət haqqı və ƏDV xaric 150 manat məbləğində duracaq haqqının cəmindən ibarət olan və ümumi məbləği ƏDV xaric 3,900 manat təşkil edən aylıq ödəniş müəyyən edilmişdir. İcarə müqaviləsinin 3.3-cü bəndinə əsasən cavabdeh icarəyə verilən əmlak(lar)da icarə müddəti, o cümlədən artırılmış icarə müddəti ərzində istifadə etdiyi elektrik enerjisi, telefon (beynəlxalq, mobil, şəhərlərarası telefon danışıqları və aylıq abunə haqları), internet xidmətləri və müqavilənin 3.4-cü bəndində qeyd edilməmiş digər kommunal xidmətlərə görə xərclərin ödənilməsi və ya kompensasiya olunması öhdəliyini daşıyacaq. İcarə müqaviləsinin 3.7-ci bəndinə əsasən müqavilənin 3.3-cü bəndi ilə cavabdehə aid edilən xərclər icarə haqqına və xidmət haqqına daxil deyil və onlar cavabdeh tərəfindən təyinatı üzrə ayrıca ödənilməlidir. İcarə müqaviləsinin 3.10-cu bəndinə əsasən həmin müqavilənin 3.1-ci bəndində göstərilmiş ödənişlər hər cari ayın ilk 10 (on) günü ərzində həyata keçirilərək, cavabdeh tərəfindən hər ay üzrə əvvəlcədən iddiaçının bank hesabına köçürmə yolu ilə ödənilməlidir. İcarə müqaviləsinin 5.2.1-ci yarımbəndinə uyğun olaraq icarə haqqı və müqavilə üzrə digər ödənişləri hesab-faktura və digər təsdiqedici sənədlər əsasında vaxtında ödəmək cavabdehin əsas öhdəliyi kimi nəzərdə tutulmuşdur. Bununla belə, icarə müqaviləsi üzrə ödənişlərin vaxtlı-vaxtında təmin edilməsi barədə cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə və möhlət verilməsinə baxmayaraq (28 fevral 2020-ci il tarixində FMG01/20/096 №-li rəsmi bildiriş təqdim edilib) cavabdeh tərəfindən icarə Müqaviləsi üzrə ödəniş öhdəliklərinə və şərtlərinə riayət edilməmiş və iddiaçının etibarından, yaxşı niyyətindən sui-istifadə edilərək ona xeyli miqdarda ziyan vurulmuşdur. Beləliklə, icarəyə verilən əmlak(lar)ın icarəsi ilə əlaqədar ödənişlərin cavabdeh tərəfindən həyata keçirilməməsi və cavabdehin üzərinə düşən öhdəlikləri sistematik olaraq pozması nəticəsində ümumilikdə ƏDV daxil 23,134.10 AZN əsas borc məbləği yığılmışdır. İcarə müqaviləsinin 8.7-ci bəndinə əsasən qarşılıqlı razılıq əsasında tərəflər istənilən vaxt müqaviləni ləğv edə bilərlər. Tərəflərin qarşılıqlı razılığı ilə icarə müqaviləsinə 31 yanvar 2020-ci il tarixində xitam verilmişdir. Xitam razılaşmasının 2ci bəndinə əsasən cavabdeh icarə müqaviləsinin şərtlərinə uyğun olaraq icarəyə verilən Əmlak(lar)ın iddiaçıya təhvil verildiyi xitam tarixinədək yerinə yetirməli olduğu bütün öhdəlikləri, o cümlədən icarə haqqının, icarə müqaviləsində nəzərdə tutulmuş xidmət haqlarının və digər ödənişlərin həyata keçirilməsini təmin etməlidir. Xitam razılaşmasının 3-cü bəndinə əsasən 2020-ci ilin yanvar ayı üçün müvafiq kommunal xidmət haqları üzrə borc istisna olmaqla, cavabdehin xitam tarixinədək icarə müqaviləsi üzrə iddiaçıya ödəməli olduğu ümumi borcunun ƏDV daxil 23.121,14 manay təşkil etməsi təsbit olunmuşdur. Xitam razılaşmasının 4-cü bəndinə uyğun olaraq icarə müqaviləsinə xitam verilməsi cavabdehi icarə müqaviləsi üzrə lazımınca yerinə yetirilməmiş öhdəliklərinin icrasından azad etmir. Lakin cavabdeh xitam razılaşması ilə üzərinə qoyulmuş öhdəliklərin icrasından da yayınmışdır. Mübahisənin məhkəməyə qədər könüllü olaraq həll edilməsinə nail olmaq məqsədilə 19 iyun 2020-ci il tarixində cavabdehə yaranmış borc məbləğinin ödənilməsinin təmin edilməsi haqqında İddiaçı tərəfindən FMG01/20/198№-li pretenziya bildirişi göndərilmiş və sözügedən borc məbləğinin ödənişinin 5 iş günü ərzində həyata keçirilməyəcəyi təqdirdə iddiaçının pozulmuş hüquq, maraq və mənafelərinin bərpası hüququndan istifadə edərək, məhkəmə və hüquqmühafizə orqanlarına müraciət edəcəyi və bu zaman yalnız borc məbləğinin deyil, həm də dəbbə pulu daxil olmaqla, cavabdehin iddiaçıya vurduğu bütün zərərin əvəzinin ödənilməsinin tələb ediləcəyi bildirilmişdir. Lakin cavabdeh sözügedən pretenziya bildirişinə də məhəl qoymamış və xitam tarixindən 1 il 1 aydan artıq bir müddətin keçməsinə baxmayaraq müvafiq borc məbləğinin ödənilməsi istiqamətində heç bir addım atmamışdır. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: Müqavilə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir. Çinarə MMC (mülkiyyətçi) ilə İddiaçı MMC (idarə edən) arasında bağlanmış 27 dekabr 2017-ci il tarixli, CH-27/12/17-849 saylı “Daşınmaz əmlakın icarə və idarəetməyə verilməsi haqqında” müqaviləyə 1.1 saylı əlavəyə əsasən Bakı şəhəri, Səbail rayonu, X4 küçəsi 29 (əvvəlki 42-ci məhəllə) ünvanında yerləşən sahəsi 17170,5 m2 olan obyekt 10 il müddətinə icarə və idarəetməyə verilmişdir. Həmin əlavənin: 2-ci bəndinə əsasən idarə edən obyekt(lər)i və yaxud onun hər hansı bir hissəsini üçüncü şəxslərə icarəyə, kirayəyə, idarəetməyə, qanunvericiliklə müəyyən edilmiş digər əsaslarda istifadəyə vermək və yaxud obyekt(lər)i birgə istifadə etmək hüququna malikdir. 3-cü bəndinə görə hazırki əlavə aid olduğu müqavilənin tərkib hissəsidir və tərəflərin imza və təsdiqindən sonra 01 yanvar 2018-ci il tarixindən qüvvəyə minir və tətbiq olunur. Əlavə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir. İddiaçı MMC (icarəyə verən) ilə Cavabdeh (icarəçi) arasında bağlanmış 12 iyul 2019cu il tarixli 19/368 saylı “Qeyri-yaşayış sahəsinin icarəyə verilməsi haqqında” müqaviləyə əsasən icarəyə verən icarə və idarəetmə hüququ əsasında istifadəsində olan Bakı şəhəri, Səbail rayonu, X4 küçəsi 29 (əvvəlki 42-ci məhəllə) ünvanında yerləşən qeyri-yaşayış binasında ümumi sahəsi 150 m2 təşkil edən qeyri-yaşayış sahəsini və binanın qapalı avtoduracağında 1 (bir) ədəd ödənişli avtoduracaq yerinin icarəçiyə icarəyə verməyi, icarəçi isə icarəyə verilən əmlakı qəbul edib icarə haqqını müqavilə ilə müəyyən olunmuş şərtlərlə icarəyə verənə ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin: 1.4-cü bəndinə əsasən icarəçi icarəyə verilən əmlaklardan bu müqavilənin 1.1-ci bəndində qeyd edilmiş təyinata uyğun olaraq öz qanuni biznes fəaliyyətinin həyata keçirilməsi məqsədilə istifadə edəcəkdir. 2.1-ci bəndinə əsasən icarə müddəti 01 yanvar 2019-cu il tarixdə başlaır və hazırki icarənin müddəalarına uyğun olaraq artırılmayınca və ya ona vaxtından əvvəl xitam verilməyincə 31 avqust 2020-ci il tarixdə saat 23:59-da başa çatacaq. 3.1.1-ci bəndinə əsasən həmin müqavilənin 1.1.1-ci yarımbəndində nəzərdə tutulan icarəyə verilən əmlaklara görə ƏDV xaric 3.000 manat məbləğində aylıq icarə haqqı nəzərdə tutulmuşdur. 3.1.2-ci bəndinə əsasən icarəyə verən tərəfindən bu müqavilənin 3.2-ci bəndində müəyyən edilmiş xidmətlərin göstərilməsinə görə ƏDV xaric 750 manat məbləğində aylıq xidmət haqqı nəzərdə tutulmuşdur. 3.1.3-cü bəndinə əsasən həmin müqavilənin 1.1.2-ci yarımbəndində nəzərdə tutulan icarəyə verilən əmlak üçün ƏDV xaric 150,00 manat məbləğində duracaq haqqı nəzərdə tutumuşdur. 3.3-cü bəndinə əsasən cavabdeh icarəyə verilən əmlak(lar)da icarə müddəti, o cümlədən artırılmış icarə müddəti ərzində istifadə etdiyi elektrik enerjisi, telefon (beynəlxalq, mobil, şəhərlərarası telefon danışıqları və aylıq abunə haqları), internet xidmətləri və Müqavilənin 3.4-cü bəndində qeyd edilməmiş digər kommunal xidmətlərə görə xərclərin ödənilməsi və ya kompensasiya olunması öhdəliyini daşıyır. 3-7-ci bəndinə əsasən müqavilənin 3.3-cü bəndi ilə cavabdehə aid edilən xərclər icarə haqqına və xidmət haqqına daxil deyil və onlar cavabdeh tərəfindən təyinatı üzrə ayrıca ödənilməlidir. 3.10-cu bəndinə əsasən 3.1-ci bəndində göstərilmiş ödənilşlər hər cari ayın ilk 10 günündən gec olmayaraq həyata keçirilir və icarəçi tərəfindən hər ay üzrə əvvəlcədən icarəyə verənin bank hesabına köçürmə yolu ilə ödənilməlidir. 8.7-ci bəndinə əsasən qarşılıqlı razılıq əsasında tərəflər istənilən vaxt müqaviləni ləğv edə bilərlər. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. İddiaçı MMC (icarəyə verən) ilə Cavabdeh (icarəçi) arasında “Qeyri-yaşayış sahəsinin icarəyə verilməsi haqqında 12 iyul 2019-cu il tarixli 19/368 saylı müqaviləyə xitam verilməsi barədə 13 yanvar 2020-ci il tarixdə razılaşma bağlanmışdır. Həmin razılaşmanın: 1-ci bəndinə əsasən tərəflərin qarşılıqlı razılığına əsasən icarə müqaviləsinə 31yanvar 2020-ci il tarixində xitam verilir. 2-ci bəndinə görə icarəçi icarə müqaviləsinin şərtlərinə uyğun olaraq icarəyə verilən əmlakın icarəyə verənə təhvil verildiyi xitam tarixinədək yerinə yetirməli olduğu bütün öhdəlikləri, o cümlədən icarə haqqının, icarə müqaviləsində nəzərdə tutulmuş xidmət haqlarının və digər ödənişlərin həyata keçirilməsini təmin etməlidir. 3-ci bəndinə əsasən tərəflər təsdiq edirlər ki, icarəçinin xitam tarixinədək icarə müqaviləsi üzrə icarəyə verənə ödəməli olduğu ümumi borcu ƏDV daxil 23.121,14 manat təşkil edir. Razılaşma tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir. İddiaçı tərəfindən Cavabdehnə 19 iyun 2020-ci il tarixli pretenziya məktubu ünvanlanaraq ümumilikdə 23.134,10 borc məbləğinin 5 iş günü ərzində ödənilməsi xahiş edilmiş, əks təqdirdə məhkəməyə və hüquq mühafizə orqanlarına müraciət ediləcəyi bildirilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia təmin edilməlidir: Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 12 iyul 2019-cu il tarixli, 19/368 saylı icarə müqaviləsinə əsasən Cavabdeh iddiaçının istifadəsində olan Bakı şəhəri, Səbail rayonu, X4 küçəsi 29 (əvvəlki 42-ci məhəllə) ünvanında yerləşən qeyri-yaşayış binasında ümumi sahəsi 150 m2 təşkil edən qeyri-yaşayış sahəsini və binanın qapalı avtoduracağında 1 (bir) ədəd ödənişli avtoduracaq yerinin icarəyə götürmüşdür. Eyni tərəflər arasında bağlanılmış 13 yanvar 2020-ci il tarixli razılaşmaya əsasən sözügedən icarə müqaviləsinə 31 yanvar 2020-ci il tarixindən xitam verilmiş, eləcə də həmin razılaşmada icarə müqaviləsi üzrə cavabdehin iddiaçıya 23.121,14 manat məbləğində borcunun olması göstərilmişdir. Mülki Məcəllənin: 882.1-ci maddəsinə görə borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 882.2-ci maddəsinə görə bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. Belə olan halda məhkəmə tərəflər arasında bağlanmış 13 yanvar 2020-ci il tarixli razılaşmaya əsasən Cavabdeh İddiaçı MMC-yə icarə müqaviləsi üzrə 23.121,14 manat məbləğində borcunun olmasını etiraf etdiyini nəzərə alaraq hesab edir ki, İddiaçı MMC Cavabdehndən həmin borcun tutulmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iddia verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehndən 23.134,10 manat (iyirmi üç min yüz otuz dörd manat on qəpik) məbləğində borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-1712/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1712/2021
05.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver