Məhkəmə qərarları › İş №e-2-2(113)-1714/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1714/2025

30.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1714/2025 30.06.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ləğv prosesində olan İddiaçı1 Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh və X2 qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: kredit müqaviləsi, borcun ödənilməsi, icranın gecikdirilməsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı1 Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdehnə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:

1. İddiaçı ləğv prosesində olan İddiaçı1 Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 06 aprel 2022-ci il tarixli, 034/M nömrəli nömrəli kredit müqaviləsi üzrə cəmi 3250,29 manat (üç min iki yüz əlli manat 29 qəpik) borc olmaqla – bundan 2480 manat əsas, 596 manat faiz borcu, Azərbaycan Respubikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün tələb olunan 174,29 manat faiz (5%) borcu, xx.xx.2022-ci il tarixli, 198/M saylı kredit müqaviləsi üzrə cəmi 11884,33 manat borc olmaqla – bundan 9578,91 manat əsas, 1714,72 manat faiz borcu, Azərbaycan Respubikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün tələb olunan 590,70 manat faiz (5%) borcu və iş üzrə ödənilmiş 136 manat dövlət rüsumunun cavabdehdən tutularaq ləğv prosesində olan İddiaçı1 ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı1 ASC ilə Cavabdeh MMC arasında bağlanmış 06 aprel 2022-ci il tarixli, 034/M nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 12 (on iki) ay müddətinə illik 21 (iyirmi bir) faiz dərəcəsi ilə 5000 (beş min) manat, xx.xx.2022-ci il tarixli, 198/M saylı kredit müqaviləsinə əsasən isə xx.xx.2023-cü il tarixinədək illik 21 (iyirmi bir) faiz dərəcəsi ilə 10000 (on min) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin müvafiq bəndinə əsasən kredit və faizlər ödənilmədikdə və yaxud qismən ödənildikdə borc alana bu barədə xəbərdarlıq göndərməklə, öhdəliyin vaxtından əvvəl icra olunmasını tələb etmək barədə bankın hüququ vardır. Kredit müqaviləsinin müvafiq bəndinə əsasən borc öhdəliyini lazımınca icra etmədikdə öhdəliyin icrasının vaxtında əvvəl tələb edilməsi barədə borc verən borc alanı xəbərdar etdikdən 3 (üç) iş günü müddətində borc öhdəliyini qeyri-şərtsiz icra etmək borc alanın vəzifəsidir. Borcun ödənilməsi barədə cavabdehə dəfələrlə şifahi müraciət olunmasına, habelə 12- 5/2-1241/2024 saylı, 06 sentyabr 2024-cü il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir. Bank tərəflər arasında bağlanmış müqavilələrin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi, cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulması bank lisenziyasının ləğvindən əvvəl, yəni bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. 06 aprel 2022-ci il tarixli, 034/M nömrəli kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə Cavabdeh MMC-nin banka 2480 manat məbləğində əsas, 596 faiz borcu, Azərbaycan Respubikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün tələb olunan 174,29 manat faiz (5%) borcu olmaqla, ümumilikdə 3250,29 manat, xx.xx.2022-ci il tarixli, 198/M saylı kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə banka 9578,91 manat məbləğində əsas, 1714,72 faiz borcu, Azərbaycan Respubikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün tələb olunan 590,70 manat faiz (5%) borcu olmaqla, ümumilikdə 11884,33 manat məbləğində borcu yaranmışdır.

3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 427.3, 442, 445, 445.2.1, 445.2.2, 445.3, 448.1, 449.1, 449.4, 470.1, 472.2, 474.2, 739.1-ci maddələrinə istinad olunmuşdur.

4. Cavabdeh tərəfindən iddiaya qarşı etiraz daxil olmamışdır.

5. İş üzrə cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar:

6. İddiaçının nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi.

7. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, "xxxx" ASC ilə Cavabdeh MMC arasında bağlanmış 06 aprel 2022-ci il tarixli, 034/M nömrəli kredit müqaviləsinin məzmunundan görünür ki, borcalana bankdan 12 (on iki) ay müddətinə, illik 21 (iyirmi bir) faiz dərəcəsi ilə 5000 (beş min) manat məbləğində kredit verilməsi razılaşdırılmışdır.

8. "xxxx" ASC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 198/M nömrəli kredit müqaviləsinin məzmunundan görünür ki, borcalana bankdan xx.xx.2023-cü il tarixinədək illik 21 (iyirmi bir) faiz dərəcəsi ilə 10000 (on min) manat məbləğində kredit verilməsi razılaşdırılmışdır.

9. Cavabdeh MMC tərəfindən ləğv prosesində olan İddiaçı1 ASC-yə ünvanlanmış xx.xx.2023-cü il tarixli zəmanət məktubunun məzmunundan müəyyən olunur ki, Cavabdeh MMC direktor X1 şəxsində bütün öz aktivləri, o cümlədən bank hesabında olan pul vəsaitləri ilə borc alan fiziki şəxs X1 İddiaçı1 ASC-dən 357/M nömrəli, xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən aldığı 15000 manat məbləğində kreditin və ona hesablanacaq faiz borcunun vaxtında ödənilmədiyi halda, bankın ilk yazılı tələbi ilə vaxtında ödənilməyən məbləğin ödənilməsi öhdəliyini öz üzərinə götürmüşdür.

10. xx.xx.2024-cü il tarixli, 12-5/2-1130/2024 nömrəli maliyyə arayışından müəyyən olunur ki, ləğv prosesində olan İddiaçı1 ASC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 034/M saylı kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixinə yaranmış əsas borc 2480 manat, müqavilə müddəti üçün hesablanmış və tələb olunan faiz məbləği 596 manat, gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanmış faiz məbləği 174,29 manat, müqavilənin tələbləri əsasında yaranmış ümumi borcun məbləği 3250,29 manat təşkil edir.

11. xx.xx.2024-cü il tarixli, 12-5/2-1242/2024 nömrəli maliyyə arayışından müəyyən olunur ki, ləğv prosesində olan İddiaçı1 ASC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 198/M saylı kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixinə yaranmış əsas borc 9578,91 manat, müqavilə müddəti üçün hesablanmış və tələb olunan faiz məbləği 1714,72 manat, gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanmış faiz məbləği 590,70 manat, müqavilənin tələbləri əsasında yaranmış ümumi borcun məbləği 11884,33 manat təşkil edir.

12. 12. İddiaçı tərəfindən iş materiallarına hesabdan çıxarış, ödəniş cədvəlləri, ödəniş tapşırıqları əlavə edilmişdir.

13. Ləğv prosesində olan İddiaçı1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən Cavabdeh MMC-yə göndərilmiş xx.xx.2024-cü il tarixli, 12-5/2- 1047/2024 nömrəli pretenziya məktubunun məzmunundan müəyyən olunur ki, xx.xx.2022ci il tarixli müqavilə üzrə yaranmış borcun 3 gün müddətində ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir.

14. Ləğv prosesində olan İddiaçı1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən Cavabdeh MMC-yə göndərilmiş xx.xx.2024-cü il tarixli, 12-5/2- 1241/2024 nömrəli pretenziya məktubunun məzmunundan müəyyən olunur ki, xx.xx.2022ci il tarixli müqavilə üzrə yaranmış borcun 3 gün müddətində ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir.

15. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2- 3(103)-54/2023 nömrəli qərarından görünür ki, İddiaçı1 ASC müflis elan edilmiş, Əmanətlərin Sığortalanması Fondu İddiaçı1 ASC-nin ləğvedicisi təyin edilmişdir.

16. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/2199 saylı ekspert rəyindən müəyyən olunur ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən İddiaçı1 ASC ilə Cavabdeh MMC arasında bağlanmış 06 aprel 2022-ci il tarixli 034/M saylı və 08 dekabr 2022-ci il tarixli 198/M saylı kredit müqavilələri üzrə sualda soruşulan tarixlərə banka olan borcu 06 aprel 2022-ci il tarixli 034/M saylı kredit müqaviləsi üzrə - xx.xx.2023-cü il tarixə (müqavilənin bitdiyi tarixə illik 21% ilə hesablanmaqla) 2483,45 manat əsas borc, 179,64 manat faiz borcu; xx.xx.2024cü il tarixə (maliyyə arayışında göstərilən tarixə illik 5% dərəcəsi ilə hesablanmaqla) 2483,45 manat əsas, 179,64 manat faiz borcu, 174,53 manat 5%-lə hesablanmış faiz borcu; xx.xx.2025-ci il tarixə (məhkəməyə müraciət olunan tarixə illik 5% dərəcəsi ilə hesablanmaqla) 2483,45 manat əsas, 179,64 manat faiz borcu, 217,99 manat 5%-lə hesablanmış faiz borcu; 08 dekabr 2022-ci il tarixli 198/M saylı kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə (müqavilənin bitdiyi tarixə illik 21% ilə hesablanmaqla) 9639,30 manat əsas borc, 393,60 manat faiz borcu; xx.xx.2024-cü il tarixə (maliyyə arayışında göstərilən tarixə illik 5% dərəcəsi ilə hesablanmaqla) 9639,30 manat əsas borc, 393,60 manat faiz borcu, 594,42 manat 5%-lə hesablanmış faiz borcu; xx.xx.2025-ci il tarixə (məhkəməyə müraciət olunan tarixə illik 5% dərəcəsi ilə hesablanmaqla) 9639,30 manat əsas borc, 393,60 manat faiz borcu, 763,11 manat 5%-lə hesablanmış faiz borcu məbləğində müəyyən edilir. Tətbiq edilən hüquq

17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (əvvəlki redaksiya). 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmənin mövqeyi

19. İşin müəyyən olunmuş hallarından göründüyü kimi, İddiaçı1 ASC ilə Cavabdeh MMC arasında kredit müqavilələri bağlanmış və tərəflər arasında həmin müqavilələrdən irəli gələn öhdəlik hüquq münsibətləri mövcud olmuşdur. 06 aprel 2022-ci il tarixli, 034/M nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 12 (on iki) ay müddətinə illik 21 (iyirmi bir) faiz dərəcəsi ilə 5000 (beş min) manat, xx.xx.2022-ci il tarixli, 198/M saylı kredit müqaviləsinə əsasən isə xx.xx.2023-cü il tarixinədək illik 21 (iyirmi bir) faiz dərəcəsi ilə 10000 (on min) manat məbləğində kredit verilmişdir. İddiaçı1 ASC müqavilələr üzrə öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirsə də, cavabdeh (borcalan) öz öhdəliklərini lazımınca yerinə yetirməmiş və nəticədə iddiaçıya borcu yaranmışdır.

20. İddia tələbinin bir hissəsini cavabdеh Cavabdeh MMC-dən 06 aprel 2022-ci il tarixli, 034/M nömrəli nömrəli kredit müqaviləsi üzrə 2480 manat məbləğində əsas, 596 manat faiz borcu; xx.xx.2022-ci il tarixli, 198/M saylı kredit müqaviləsi üzrə 9578,91 manat məbləğində əsas, 1714,72 manat faiz bоrcunun tutulması təşkil edir.

21. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehin müqavilə öhdəliklərini lazımınca icra etmədiyini, aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş faizləri ilə borcverənə qaytarmaq vəzifəsi daşımasını, belə olan halda iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını, ekspert rəyini, MPM-in 218.3-cü maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbi hər iki kredit müqavilələri üzrə əsas kredit borcu hissəsində tam (tələbə uyğun, ekspert rəyində əsas borc hissəsində məbləğlər daha artıq müəyyən edilmişdir) və faiz borcunun tutulması hissəsində isə qismən təmin edilməli, Cavabdehndən xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 2480 (iki min dörd yüz səksən manat) manat əsas borc, 179,64 manat (yüz yetmiş doqquz manat altmış dörd qəpik) faiz borcu; xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 9578,91 manat (doqquz min beş yüz yetmiş səkkiz manat doxsan bir qəpik) əsas borc, 393,60 manat (üç yüz doxsan üç manat altmış qəpik) faiz borcu ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalı, faiz borcunun tutulması hissəsində iddia tələbi qalan hissədə təmin olunmamalıdır. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/2199 saylı ekspert rəyində ləğv prosesində olan İddiaçı1 ASC ilə Cavabdeh MMC arasında bağlanmış 06 aprel 2022-ci il tarixli 034/M saylı kredit müqaviləsi üzrə Cavabdeh MMC-nin müqavilə müddətinin sonuna banka olan faiz borcunun 179,64 manat; 08 dekabr 2022-ci il tarixli 198/M saylı kredit müqaviləsi üzrə isə müqavilə müddətinin sonuna banka olan faiz borcunun 393,60 manat təşkil etdiyi qeyd olunmuşdur.

22. İddiaçı eyni zamanda 06 aprel 2022-ci il tarixli, 034/M nömrəli nömrəli kredit müqaviləsi üzrə müqavilə müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 174,29 manat; xx.xx.2022-ci il tarixli, 198/M saylı kredit müqaviləsi üzrə müqavilə müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 590,70 manat məbləğin cavabdehdən tutulmasını tələb etmişdir.

23. Məhkəmə qanunvericilik normalarını, MPM-in 218.3-cü maddəsinin tələblərini əsas götürərək hesab edir ki, iddiaçı gecikdirilmiş əsas məbləğə illik beş faizin cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır və Cavabdeh MMC-dən xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanmış 174,29 manat (yüz yetmiş dörd manat iyirmi doqquz qəpik), xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanmış 590,70 manat (beş yüz doxsan manat yetmiş qəpik) faiz məbləği ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır (tələbə uyğun, belə ki, ekspert rəyində gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanmış məbləğlər daha artıq müəyyən edilmişdir).

24. Eləcə də, iddiaçı məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 136 manat dövlət rüsumunun cavabdehdən tutulmasını xahiş etmişdir.

25. Məhkəmə hesab edir ki, iddia tələbinin təmin edilmiş hissəsinə uyğun olaraq ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 120 (yüz iyirmi) manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

26. Həmçinin iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat pulun 88,50 manat hissəsi Cavabdehndən, 11,50 manat hissəsi isə ləğv prosesində olan İddiaçı1 Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülməlidir.

27. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 2480 (iki min dörd yüz səksən manat) manat əsas borc, 179,64 manat (yüz yetmiş doqquz manat altmış dörd qəpik) faiz borcu, gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanmış 174,29 manat (yüz yetmiş dörd manat iyirmi doqquz qəpik) faiz məbləği olmaqla, cəmi 2833,93 manat; xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 9578,91 manat (doqquz min beş yüz yetmiş səkkiz manat doxsan bir qəpik) əsas borc, 393,60 manat (üç yüz doxsan üç manat altmış qəpik) faiz borcu, gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanmış 590,70 manat (beş yüz doxsan manat yetmiş qəpik) faiz məbləği olmaqla, cəmi 10563,21 manat (on min beş yüz altmış üç manat iyirmi bir qəpik), ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 120 (yüz iyirmi) manat olmaqla, ümumilikdə 13517,14 manat (on üç min beş yüz on yeddi manat on dörd qəpik) məbləğində pul vəsaiti ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat pulun 88,50 manat hissəsi Cavabdehndən, 11,50 manat hissəsi isə ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar