Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1719/2025 06.05.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyətinin Cavabdeh qarşı maddi zərərin ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: maddi tələbin ödənilməsi ) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, iddiaçının nümayəndələri Nümayəndə1 və Nümayəndə2, Cavabdeh, cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı maddi zərərin ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:
1. İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyəti (İddiaçı MMC) Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı MMC-yə vurduğu 31718,25 (otuz bir min yeddi yüz on səkkiz manat iyirmi beş qəpik) manat maddi ziyan, 60 manat mediasiya xərci, 4000 manat audit xərci, 190 manat məhkəmə rüsumu olmaqla, ümumilikdə 35978,25 manat məbləğində pulun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2018-ci il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Vergilər Departamentinin Kommersiya X8 qeydiyyatı İdarəsi tərəfindən qeydiyyata alınmış və ********** saylı şəhadətnamə verilmişdir. Cəmiyyət Azərbaycan Respublikası qanunvericilik aktları ilə qadağan olunmayan bütün fəaliyyət növləri ilə məşğul olmaq hüququna malikdir və əsas fəaliyyəti Azərbaycan Respublikası daxilində sanitar və texniki işləri, istilik və havanın kondisiyalandırılması sisteminin quraşdırılması, obyektlərin buxar və kondisiyalaşmış hava ilə təchiz edilməsi, energetika obyektlərinin, avadanlıqların və qurğuların quraşdırılması, sazlanması və təmiri işləri olmuşdur. Cəmiyyətin işçiləri Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq işə qəbul olunmuşdur. İddiaçı MMC (işəgötürən) ilə Cavabdeh (işçi) arasında 01 avqust 2018-ci il tarixdə bağlanmış əmək müqaviləsinə əsasən cavabdeh icraçı direktor vəzifəsinə işə qəbul olunmuş və onun işinə xx.xx.2020-ci il tarixdə 55 saylı əmrlə xitam verilmişdir. Cavabdeh xidməti vəzifəsini yerinə yetirdiyi xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixə qədər 1 il 9 ay müddət ərzində ona etibar olunmuş vəzifədən istifadə edərək, bilərəkdən İddiaçı MMC-yə 31718,25 manat maddi ziyan vurmuşdur. Belə ki, Cavabdeh öz səlahiyyətləri və vəzifəsindən sui-istifadə edərək, cəmiyyətin bank hesabından xx.xx.2020-ci il tarixdə nağdlaşdırdığı 9800,5 manat (doqquz min səkkiz yüz) pulu, eyni zamanda sifarişçilərdən nağd formada qəbul etdiyi 11181,5 (on bir min yüz səksən bir manat beş qəpik) manat məbləğində pul vəsaitini Cəmiyyətin xəzinəsinə mədaxil etməmiş və ya təhvil verməmiş, yəni özü ilə götürərək, xx.xx.2020-ci il tarixdə Cəmiyyətin ofisindən çıxıb getmiş və beləliklə, İddiaçı MMC-yə 20881,5 manat (iyirmi min doqquz yüz səksən bir manat beş qəpik) maddi ziyan vurmuşdur. Bundan əlavə, cavabdeh xx.xx.2020-ci il tarixdə "xxxx" anbarında qalan 3637,77 (üç min altı yüz otuz yeddi manat yetmiş yeddi qəpik) manat dəyərində istifadə olunası materialları (istilik ləvazımatlarını) Cəmiyyətə təhvil verməyərək, gizlətmiş və şəxsi istifadəsinə xərcləmiş və beləliklə, İddiaçı MMC-yə 3637,77 manat (üç min altı yüz otuz yeddi manat yetmiş yeddi qəpik) dəyərində maddi ziyan vurmuşdur. Həmçinin cavabdeh "xxxx" MMC-nin məişət tullantılarının zərərsizləşdirilməsi zavodunda işləyən İddiaçı MMC-nin əməkdaşlarının 2020-ci ilin mart-aprel ayları üçün ödənilmiş əmək haqlarını, 2020-ci ilin mart ayı üçün ayrılmış 3600 (üç min altmış) manat və 2020-ci ilin aprel ayı üçün ayrılmış 3600 (üç min altmış) manat olmaqla, ümumilikdə 7200 (yeddi min iki yüz) manat məbləğində pul vəsaitini qəsdən cavabdeh tərəfindən yaradılmış “X2 Plumbing” MMC-nin hesabına keçirmişdir. Cavabdeh İddiaçı MMC-də işlədiyi dövr ərzində onun rəhbərliyi ilə Cəmiyyət üzrə icra edilmiş maliyyə-təsərrüfat əməliyyatlarının yoxlanılması, eyni zamanda tutduğu vəzifədən sui-istifadə edərək, Cəmiyyətə məxsus əmlakı qərəzli olaraq şəxsi istifadəsinə sərf etməsi və dəymiş ziyanın hesablanması məqsədi ilə audit araşdırılması aparılmışdır. AR/AP-MA-2020 saylı, 28 dekabr 2020-ci il tarixli audit rəyinə əsasən Cavabdeh İddiaçı MMC-yə ümumilikdə ******* manat (iki milyon üç yüz on bir min altı yüz səksən bir) maddi ziyan vurmuşdur. Dəymiş zərərin aradan qaldırılması və cavabdehin məsuliyyətə cəlb olunması ilə əlaqədər şikayətlər Azərbaycan Respublikası Baş Prokurorluğunda araşdırılmış, mülki qaydada məhkəməyə müraciət olunması tövsiyyə olunmuşdur.
3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1, 1096.2, 1097.1-ci maddələrinə istinad olunmuşdur.
4. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, iddia ərizəsində xx.xx.2020-ci il tarixdə Cavabdeh 9800,5 manatı bankdan nağdlaşdırmaqla və xx.xx.2020-ci il tarixdə sifarişçidən nağd götürdüyü 11181,5 manatı kassaya mədaxil etməməklə, ümumilikdə 20811,5 manat maddi ziyan vurulması qeyd edilsə də, iddianın həmin dəlili ilə bağlı bildirilmişdir ki, iddiaçının iddiada qeyd etdiyi məbləğlər yalnız MMC-nin fəaliyyəti ilə bağlı bankdan nağdlaşdırılmış, müştəridən götürülmüş pullar isə ümumi hesablanaraq şirkətin xərclərinə xərclənmiş, yerdə qalan əldə edilmiş gəlir isə MMC-nin direktoru Nümayəndə2la olan razılığa əsasən 40 faizi Cavabdeh, 40 faizi Nümayəndə2, qalan 20 faizi isə işçilərə həvəsləndirmə qaydasında ödənilmişdir. İddiaçı MMC-yə hər hansı ziyan vurulması, yaxud MMC-nin pulunun mənimsənilməsi halı olmamış və iddiaçıda bunu təsdiq edən sübutlar mövcud deyildir. İddiaçının iddia ərizəsinə əlavə etdiyi AR Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2023-cü il tarixli qərarından göründüyü kimi, iddiaçı tərəfindən qeyd olunan hallarla bağlı 11 mart 2021-ci il və xx.xx.2021-ci il tarixlərdə verdiyi müraciətlər əsasında araşdırmalar aparılmış, lakin iddiaçının qeyd etdiyi hallar öz təsdiqini tapmamışdır. Bundan başqa, iddiaçı ilə olan əmək müqaviləsinə ərizəyə əsasən xx.xx.2020-ci il tarixdə xitam verilərkən onun tərəfindən cavabdehə ödənilməli olan son haqq hesab ödənilmədiyi üçün məhkəməyə iddiaçıya qarşı pul tələbi ilə bağlı müraciət edərkən də iddiaçı tərəfindən birgə işlənilən vaxt ona ziyan vurulması, yaxud müəyyən pulun götürülməsi barədə iddialar səslənsə də, bununla bağlı hər hansı iddia qaldırılmamışdır. Bundan başqa, iddiaçı iddia ərizəsində xx.xx.2020-ci il tarixdə "xxxx" MMC-nin anbarında qalan 3637,77 manat dəyərində avadanlığı Cəmiyyətə təhvil verilməməsi, bununla bağlı da ona ona ziyan vurulmasını qeyd etsə də, iddiaçı ilə bağlanmış əmək müqaviləsində onun MMC-yə məxsus avadanlığı təhvil alması və ya təhvil verməli olduğu, ümumiyyətlə avadanlıqla bağlı hər hansı hərəkət etmək barədə öhdəliyi və ya vəzifənin olması barədə müddəa öz əksini tapmamışdır. Qeyd olunan əmlakın onun tərəfindən "xxxx" MMC-dən təhvil alınması barədə hər hansı bir sübut mövcud deyildir. Ona məlum olana görə, "xxxx" MMC-nin anbarında qalan 3637,77 manat dəyərində avadanlığı Nümayəndə2 qohumu vasitəsi ilə götürmüşdür. Bundan başqa, iddiada "xxxx" MMC tərəfindən “X6” MMC-nin əməkdaşlarına ödənilməli olan, 2020-ci ilin mart-aprel ayları üçün hər ay 3600 manat olmaqla, ümumilikdə 7200 manatın onun tərəfindən yaradılmış “X2 Plumbing” MMC-nin hesabına keçirilməsi qeyd olunsa da, iddiaçının həmin dəlili həqiqəti əks etdirmir. Əvvəla, "xxxx" MMC ilə İddiaçı MMC arasında olan müqaviləyə əsasən iddiaçının qeyd etdiyi tarixdə, yəni xx.xx.2024-cü il tarixdə görülmüş işlərlə bağlı “X7” MMC-yə 17405 manat ödəniş edilmiş və həmin ödəniş MMC-nin hesabında qalmışdır. Digər tərəfdən isə ümumiyyətlə "xxxx" MMC tərəfindən İddiaçı MMC-nin gördüyü hər hansı işlə bağlı təsisçisi olduğu “X2 Plumbing” MMC-nin hesabına heç bir köçürmələr olmamış, yalnız "xxxx" MMC ilə “X2 Plumbing” MMC arasında bağlanmış yeni müqaviləyə əsasən təsisçisi olduğu şirkət tərəfindən görülmüş işlərə görə ödənişlər olunmuşdur. İddianın tutduğu vəzifədən sui-istifadə edərək, iddiaçıya ******* manat ziyan vurması hissəsi ilə bağlı bildirmişdir ki, hazırkı iddia ərizəsində qeyd olunan halla bağlı iddia qaldırılmamış və iddiada qeyd olunan xüsusarlarla yanaşı, həmin hal da öz təsdiqini tapmadığından cinayət işinin başlanması rədd edilmiş, həmin qərarda da Nümayəndə2 dəfələrlə etdiyi müraciət əsasında araşdırma aparıldığı və Nümayəndə2 qeyd etdiyi xüsusatların öz təsdiqini tapmaması qeyd edilmişdir. Həmçinin həmin cinayət işi ilə bağlı Nümayəndə2 tərəfindən təqdim edilmiş audit rəyi hazırkı mülki iş üzrə hansı əhəmiyyət kəsb etməsi əsaslandırılmamaqla, hazırkı mülki işə hansı aidiyyatının olması müəyyən edilməmiş, hətta yuxarıda qeyd edilən cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan göründüyü kimi, qeyd olunan audit rəyi sübut kimi belə qəbul edilməmişdir. Azərbaycan Respublikası qanunvericiliyinin tələblərindən məlum olduğu kimi, cinayət təqibi üzrə qüvvəyə minmiş qərar mülki işə baxılarkən hadisənin olubolmaması, şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Beləliklə, iddia ərizəsində qeyd olunan halları təsdiq edən sübutlar iddiaçı tərəfindən təqdim edilməmiş, habelə iddiaçının sübut kimi məhkəməyə təqdim etdiyi cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2023-cü il tarixli qərarında isə iddaçının hazırkı iddia ərizəsində qeyd olunan hallar araşdırılaraq təsdiqini tapmamışdır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddianın rədd edilməsi xahiş edilmişdir.
5. Cavabdehin nümayəndəsi və vəkili tərəfindən iddia müddətinin tətbiqi barədə ərizə daxil olmuşdur. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı MMC Cavabdeh qarşı iddia qaldıraraq cavabdehin MMC-yə vurduğu 31718,25 manat maddi ziyan, 60 manat mediasiya xərci, 4000 manat audit xərci, 190 manat dövlət rüsumu olmaqla, ümumilikdə 35978,25 manatın tutularaq iddaçiya ödənilməsini xahiş etmişdir. İddia ərizəsindən göründüyü kimi, iddia ərizəsi məhkəməyə xx.xx.2024-cü il tarixdə təqdim edilmişdir. AR MM-nin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. İddia ərizəsinə əlavə edilmiş, AR DİN-nin BMCMİ-nin xx.xx.2020-ci il tarixli məktubdan göründüyü kimi, iddiaçının müraciətinə baxılmış və ona mülki mühakimə qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Həmçinin iddia ərizəsi və iddaçının məhkəməyə təqdim etdiyi sənədlərdən göründüyü kimi, iddiaçı eyni məzmunlu şikayətlə prokurorluğa müraciət edərək, Cavabdeh tərəfindən ona əmək münasibətlərində olan zaman ziyan vurulmasını qeyd edərək, barəsində cinayət işinin başlanmasını xahiş etmişdir. Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin 19 iyun 2023-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi barədə qərarından göründüyü kimi, Nümayəndə2 eyni məzmunlu şikayəti üzrə araşdırma aparılması qeyd olunan məsələnin mülki icraat qaydasında baxılmalı iş olması, ona görə də xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərdə etdiyi müraciətlərlə bağlı da ona qeyd olunan izahlar verilməsi qeyd edilmişdir. Habelə, iddiaçı ilə cavabdeh arasında olan əmək müqaviləsinə xx.xx.2020-ci il tarixdə xitam verilərkən onun tərəfindən ödənilməli olan son haqq hesab ödənilmədiyi üçün məhkəməyə iddiaçıya qarşı pul tələbi ilə bağlı iddia qaldırılmış, həmin vaxt da iddiaçı tərəfindən Cavabdeh qarşı birgə işlədikləri vaxt ona ziyan vurulması, yaxud müəyyən pulun götürülməsi barədə iddialar səslənsə də, ona qarşı bununla bağlı hər hansı iddia qaldırılmamışdır. Nəhayət, hazırkı mülki işə Binəqədi Rayon Məhkəməsində baxılarkən sədrlik edənin sualına cavab olaraq izahat verərkən iddiaçının səlahiyyətli nümayəndəsi Nümayəndə2 Cavabdeh işdən çıxdıqdan 2-3 gün sonra onun kompüterinin şifrəsini sındıraraq orda olan məlumatlara baxarkən Zaur tərəfindən hazırda qaldırdığı iddia ərizəsində qevd olunan hallara yol verilməsinin ona məlum olmasını bildirmişdir. Beləliklə, göründüyü kimi, iddiaçı hazırkı iddia ilə bağlı qanunla müəyyən edilmiş iddia müddətini ötürməklə, yəni iddia etdiyi hüquqlarının pozulması barədə Cavabdeh xx.xx.2020-ci il tarixdə işdən çıxmasından 2-3 gün sonra ona məlum olmasına baxmayaraq, həmin vaxtdan 4 ildən çox vaxt keçdikdən sonra iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. AR Əmək Məcəlləsinin 296-cı maddəsinin 5-ci bəndinə əsasən işəgötürən bu məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər.
6. İddiaçının nümayəndəsi tərəfindən iddia müddətinin tətbiqi barədə ərizəyə etiraz daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, cavabdehin nümayəndəsi və vəkili 10 fevral 2025-ci il tarixdə Bakı Kommersiya Məhkəməsinə ərizə ilə müraciət edərək, AR MPM-nin 373.2-ci maddəsinin tələblərinə istinad etməklə məhkəmədən iddiadan imtina barədə qərar çıxarılmasını xahiş etmişdir. Hesab edilir ki, cavabdehin nümayəndəsi və vəkilinin məhkəməyə təqdim etdiyi iddia müddətinin tətbiqi barədə ərizə tam əsassızdır və təmin edilə bilməz. Məhkəməyə təqdim olunan materiallardan görünür ki, işəgötürən işçinin qanunsuz əməllərini aşkar etdiyi tarixdən hüquq mühafizə orqanlarına davamlı müraciət edərək, hüquqi araşdırılma aparılmasını xahiş etmiş və faktla bağlı AR DİN BMCMİ və AR Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində araşdırılma aparılmışdır. Baş Prokuror yanında Korrupsiya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən 19 iyun 2023-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Beləliklə, iddia müddətinin axını başa çatmamış və zərərçəkmiş aidiyyəti üzrə müraciət edərək pozulmuş hüquqlarının bərpasını davamlı olaraq tələb etmişdir. AR Mülki Məcəllənin 373.1-ci maddəsinə əsasən ümumi iddia müddəti on il təşkil edir. Həmin məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Mülki Məcəllənin 373.4-ci maddəsinə əsasən tələblərin ayrı-ayrı növləri üçün bu məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər. AR MM-nin 374.2-ci maddəsinə əsasən iddia müddətləri axımının dayandırılması və kəsilməsi əsasları bu Məcəllə ilə müəyyənləşdirilir. AR MM-nin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 377.3-cü maddəsinə əsasən icra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. Məhkəməyə təqdim olunan materiallardan görünür ki, iddia müddətinin axını kəsilməmiş və iddiaçı məhkəməyə müraciət edərək, vurulan maddi ziyanın ödənilməsini tələb etmişdir. Tədqiq olunan sübutlar:
7. İddiaçının nümayəndələri Nümayəndə1 və Nümayəndə2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdilər və iddianın təmin olunmasını məhkəmədən xahiş etdilər.
8. Cavabdeh məhkəmə iclasında etiraz ərizəsi və iddia müddətinin tətbiqi barədə ərizənin məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsini (həmçinin) məhkəmədən xahiş etdi.
9. Cavabdehin nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında etiraz ərizəsi və iddia müddətinin tətbiqi barədə ərizənin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi.
10. "xxxx" MMC ilə İddiaçı MMC (icraçı direktor Cavabdeh) arasında bağlanmış xx.xx.2019-cu il tarixli, CA19003 saylı xidmət müqaviləsinin 1.1-ci bəndinə əsasən icraçı müqaviləyə əlavələrdə nəzərdə tutulmuş xidmətləri göstərməyi, sifarişçi isə razılaşdırılmış xidmət haqqını ödəməyi öhdəsinə götürür.
11. CA19003 saylı, xx.xx.2019-cu il tarixli xidmət müqaviləsinə 1 saylı əlavənin məzmunundan müəyyən olunur ki, müqavilə üzrə "xxxx" MMC tərəfindən İddiaçı MMC-yə göstəriləcək xidmətlərin ümumi dəyəri 3262,7 manat təşkil edir.
12. "xxxx" MMC ilə “X3 Plumbing” MMC (icraçı direktor Cavabdeh) arasında bağlanmış xx.xx.2020-ci il tarixli, CA20011 saylı xidmət müqaviləsinin 1.1-ci bəndinə əsasən icraçı müqaviləyə əlavələrdə nəzərdə tutulmuş xidmətləri göstərməyi, sifarişçi isə razılaşdırılmış xidmət haqqını ödəməyi öhdəsinə götürür.
13. "xxxx" MMC ilə İddiaçı MMC (icraçı direktor Cavabdeh) arasında bağlanmış xx.xx.2019-cu il tarixli, Nİ/AGE/01 nömrəli xidmətlərin göstərilməsi barədə müqavilənin 1.1-ci bəndinə əsasən müqavilənin şərtlərinə əsasən icraçı sifarişçinin sifarişinə əsasən xidmətləri razılaşdırılmış şərtlərlə sifarişçiyə göstərməyi, sifarişçi isə həmin xidmətlərin nəticələrini təhvil alıb dəyərini müqavilə ilə müəyyən edilmiş məbləğdə və şərtlərlə icraçıya ödəməyi öhdəsinə götürür.
14. İddiaçı tərəfindən təqdim edilmiş Azərbaycan Respublikası Auditorlar Palatasının və ABŞ X1 ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 24/21-D/X nömrəli auditor xidməti göstərilməsi barədə müqavilənin 3.1-ci bəndinə əsasən sifarişçi tapşırır, icraçı isə aşağıda qeyd edilən öhdəliklərin yerinə yetirilməsini öhdəsinə götürür: Cavabdeh İddiaçıMMC-nin icraçı direktor işlədiyi dövr ərzində onun rəhbərliyi ilə Cəmiyyət üzrə icra edilmiş maliyyə-təsərrüfat əməliyyatlarının qanuniliyinin auditi; Onun apardığı həmin maliyyə-təsərrüfat əməliyyatları nəticəsində və digər hallarda dəymiş ziyan məbləğinin müəyyən edilməsi; Qeyd edilənlərə dair aparılmış auditin nəticələri haqqında “Auditor xidməti göstərilməsi barədə” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin tələblərinə uyğun olaraq müvafiq auditor rəyinin tərtib olunması; tərtib edilmiş və ya toplanılmış sənədlərin, o cümlədən auditor rəyinin tələb olunan formada və qaydada sifarişçiyə təhvil-təslim edilməsi.
15. "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, 237527 nömrəli qəbzdən müəyyən olunur ki, Cəmiyyətin bank hesabından həmin tarixdə 9800,50 manat pul cavabdeh tərəfindən nağdlaşdırılmışdır.
16. Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Preventiv tədbirlər və təhqiqat İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın məzmunundan müəyyən olunur ki, Nümayəndə2 şikayəti üzrə aparılmış araşdırma nəticəsində cinayət hadisəsi müəyyən olunmadığından Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir.
17. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən Nümayəndə2 göndərilmiş xx.xx.2020-ci il tarixli, ***-**** nömrəli məktubun məzmunundan müəyyən olunur ki, araşdırma zamanı yaranmış mübahisənin mülki xarakterli olmaqla mülki mühakimə icraatı qaydasında məhkəmə orqanlarında baxılmalı olduğu müəyyən edilmişdir.
18. Azərbaycan Respublikası Ağdam Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(013)-353/2022 nömrəli qərardadının məzmunundan müəyyən olunur ki, iddiaçı Cavabdeh Nümayəndə2 qarşı şərəf və ləyaqətin, işgüzar nüfuzu ləkələyən məlumatların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə baxaraq iddiaçı Cavabdeh Nümayəndə2 qarşı İddiaçı MMC-nin təsisçisi Nümayəndə2 onun təsisçi və direktor olduğu “X4 Plumbing” MMC-nin və onun barəsində şərəf və ləyaqətini alçaldan və işgüzar nüfuzuna xələl gətirən məlumatların qəsdən yayılması nəticəsində vurulmuş 4000 manat məbləğində maddi və 5000 manat mənəvi, cəmi 9000 manat ziyan əvəzinin alınaraq ona ödənilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmışdır.
19. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(005)- 425/2022 nömrəli qərarından müəyyən olunur ki, Cavabdeh Nümayəndə2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci maddəsində nəzərdə tutulmuş cinayət məsuliyyətinə cəlb olunması barədə xüsusi ittiham qaydasında verdiyi şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilmişdir.
20. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)- 749/2022 nömrəli qətnaməsindən müəyyən olunur ki, iddiaçı Cavabdeh İddiaçı MMC-yə qarşı son haqq-hesabın ödənilməsi tələbinə dair iddia ərizəsi təmin edilməmişdir.
21. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(103)-2965/2022 nömrəli qətnaməsindən müəyyən olunur ki, iddiaçı Cavabdeh İddiaçı MMC-yə qarşı son haqq-hesabın ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)-749/2022 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)-749/2022 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamənin qəbul edilməsi, iddianın təmin edilməsi, Cavabdeh son haqq-hesabın ödənilməsi vəzifəsinin İddiaçı MMC-yə həvalə edilməsi qət edilmişdir. Tətbiq edilən hüquq
22. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 49.3-cü maddəsinə əsasən hüquqi şəxs adından çıxış edən şəxs, o cümlədən hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxs təmsil etdiyi hüquqi şəxsin mənafeləri üçün vəzifələrini yerinə yetirərkən vicdanla, peşəkar qaydada və məntiqlə hərəkət etmək, hüquqi şəxsin və onun bütün iştirakçılarının maraqlarına sadiq olmaq və hüquqi şəxsin maraqlarını öz maraqlarından üstün tutmaq, ehtiyatlı olmaq, habelə qərarların qəbulu zamanı ədalətli və qərəzsiz olmağa borcludur. Həmin şəxs, bu vəzifələrin hüquqi şəxsin maraqlarına uyğun olaraq yerinə yetirilməsi üçün məsuliyyət daşıyır. Hüquqi şəxsin nizamnamə kapitalında ən azı 5 faiz paya (səhmə) malik olan iştirakçısının (iştirakçılarının) tələbi ilə o, vəzifələrini pozduğu halda, pozuntu nəticəsində hüquqi şəxsə dəymiş zərərin əvəzini ödəməlidir. 49.4-cü maddəsinə əsasən hüquqi şəxsin mənafeləri üçün bu Məcəllə ilə müəyyən edilən vəzifələrini yerinə yetirməyən və ya lazımınca yerinə yetirməyən hüquqi şəxs adından çıxış edən şəxs, o cümlədən hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxs hüquqi şəxsə və ya səhmdara (payçıya) dəyən zərərə görə aşağıdakı hallarda məsuliyyət daşıyır: 49.4.1. hüquqi şəxsin zərərlə işlədiyi halda və ya hüquqi şəxsin mənfəətinə qeyrimütənasib həcmdə hüquqi şəxsin idarəetmə orqanlarının üzvlərinə bonusların ödənilməsi; 49.4.2. hüquqi şəxsin əmlakının bazar şərtlərindən əhəmiyyətli dərəcədə aşağı şərtlərlə və qiymətlə özgəninkiləşdirilməsi və ya istifadəyə verilməsi; 49.4.3. hüquqi şəxsə aidiyyəti olan şəxslərlə qanunun tələblərini pozan və ya hüquqi şəxsin maraqlarına təhlükə yaradan müqavilələrin bağlanması; 49.4.4. hüquqi şəxsin bağlanmış müqavilələr əsasında malları (işləri, xidmətləri) onların real dəyərindən əhəmiyyətli dərəcədə yuxarı qiymətə satın alması; 49.4.5. özü üçün, hüquqi şəxsə aidiyyəti olan şəxslər və ya digər şəxslər üçün maddi və qeyri-maddi əmlak nemətləri və bu cür əmlaka hüquqların təmin edilməsi məqsədi ilə hüquqi şəxsin əmlakının mənimsənilməsi və ya israf edilməsi; 49.4.6. səhmdarlara (payçılara) münasibətdə ədalətsiz və ya onlara ziyan vuran əqdlərin bağlanması. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi
24. İddia tələbi Cavabdeh tərəfindən İddiaçı MMC-yə vurulan 31718,25 (otuz bir min yeddi yüz on səkkiz manat iyirmi beş qəpik) manat maddi ziyanın tutulmasından ibarətdir.
25. İddiaçı iddia etmişdir ki, İddiaçı MMC (işəgötürən) tərəfindən Cavabdeh direktor kimi xidməti vəzifəsini yerinə yetirdiyi xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixə qədər 1 il 9 ay müddət ərzində ona etibar olunmuş vəzifədən istifadə edərək, İddiaçı MMC-yə 31718,25 manat maddi ziyan vurmuşdur. Belə ki, Cavabdeh öz səlahiyyətləri və vəzifəsindən sui-istifadə edərək, Cəmiyyətin bank hesabından xx.xx.2020-ci il tarixdə nağdlaşdırdığı 9800,50 manat pulu, eyni zamanda sifarişçilərdən nağd formada qəbul etdiyi 11181,50 manat məbləğində pul vəsaitini Cəmiyyətin xəzinəsinə mədaxil etməmiş və ya təhvil verməmiş və beləliklə, İddiaçı MMC-yə maddi ziyan vurmuşdur. Bundan əlavə, cavabdeh xx.xx.2020-ci il tarixdə "xxxx" anbarında qalan 3637,77 manat dəyərində materialları Cəmiyyətə təhvil verməyərək şəxsi istifadəsinə xərcləmiş və beləliklə, İddiaçı MMC-yə 3637,77 manat dəyərində maddi ziyan vurmuşdur. Həmçinin, cavabdeh "xxxx" MMC-nin məişət tullantılarının zərərsizləşdirilməsi zavodunda işləyən İddiaçı MMC-nin əməkdaşlarının 2020-ci ilin mart-aprel ayları üçün ödənilmiş əmək haqları, 2020-ci ilin mart ayı üçün ayrılmış 3600 manat və 2020-ci ilin aprel ayı üçün ayrılmış 3600 manat olmaqla, ümumilikdə 7200 manat məbləğində pul vəsaitini qəsdən cavabdeh tərəfindən yaradılmış “X2 Plumbing” MMC-nin hesabına keçirmişdir. Cavabdeh İddiaçı MMC-də işlədiyi dövr ərzində onun rəhbərliyi ilə Cəmiyyət üzrə icra edilmiş maliyyə-təsərrüfat əməliyyatlarının qanunvericiliyinin yoxlanılması, eyni zamanda tutduğu vəzifədən suiistifadə edərək Cəmiyyətə məxsus əmlakı qərəzli olaraq şəxsi istifadəsinə sərf etmə və dəymiş ziyanın hesablanması məqsədi ilə audit araşdırılması aparılmış və 4000 manat məbləğində xərc çəkmişdir. Beləliklə, dəymiş ziyanın ümumilikdə 31718,25 manat təşkil etdiyi iddia olunmuşdur (11181,50+9800,50+3637,77+7200=31819,77).
26. Məhkəmə sözügedən tələbə münasibətdə qeyd edir ki, iş materialları ilə İddiaçı MMC-də pozuntunun olması öz təsdiqini tapır. Həmin pozuntu nəticəsində ümumilikdə 20982 manat məbləğində vəsaitin cəmiyyətin dövriyyəsindən kənarlaşdırıldığı müəyyən edilir. Hüquqi şəxsin adından çıxış edən cavabdeh təmsil etdiyi hüquqi şəxsin mənafeləri üçün vəzifələrini yerinə yetirərkən vicdanla, peşəkar qaydada və məntiqlə hərəkət etmək, hüquqi şəxsin və onun bütün iştirakçılarının maraqlarına sadiq olmaq və hüquqi şəxsin maraqlarını öz maraqlarından üstün tutmaq, ehtiyatlı olmaq vəzifəsi daşıdığı halda, vəzifələrini lazımınca icra etməmiş və nəticədə hüquqi şəxsə zərər dəymişdir. Qanunvericiliyə əsasən hüquqi şəxsin adından çıxış edən şəxs qeyd olunan vəzifələrin hüquqi şəxsin maraqlarına uyğun olaraq yerinə yetirilməsi üçün məsuliyyət daşıyır və o, vəzifələrini pozduğu halda, pozuntu nəticəsində hüquqi şəxsə dəymiş zərərin əvəzini ödəməlidir.
27. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, MMC-nin direktoru olmuş Cavabdeh vəzifələrini hüquqi şəxsin maraqlarına uyğun olaraq yerinə yetirmədiyinə görə məsuliyyət daşıyır və pozuntu nəticəsində hüquqi şəxsə dəymiş zərərin əvəzini ödəməlidir.
28. Məhkəmə iş materiallarında olan sübutları məcmu halında qiymətləndirərək belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilməli və Cavabdeh 20982 manat (11181,50 manat+9800,5 manat) maddi ziyan tutularaq İddiaçınə ödənilməlidir. Həmin məbləğin 11181,50 manat hissəsi sifarişçilərdən nağd formada qəbul edilən məbləğ, 9800,5 manat hissəsi isə bankdan nağdlaşdırılan məbləğ olmuşdur. Cavabdeh qeyd edilən məbləğlərin yalnız MMC-nin fəaliyyəti ilə bağlı bankdan nağdlaşdırıldığını, müştəridən götürülmüş pulların isə ümumi hesablanaraq şirkətin xərclərinə xərcləndiyini qeyd etsə də, həmin halları təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Ona görə də həmin hissə ilə bağlı hazırkı nəticəyə gəlinmişdir.
29. Eyni zamanda iddiaçı cavabdehin xx.xx.2020-ci il tarixdə "xxxx" anbarında qalan 3637,77 manat dəyərində materialları (istilik ləvazımatlarını) Cəmiyyətə təhvil verməyərək, şəxsi istifadəsinə xərclədiyini, beləliklə İddiaçı MMC-yə 3637,77 manat dəyərində maddi ziyan vurduğunu iddia etsə də, həmin halı təsdiq edən sübutlar məhkəməyə təqdim olunmamışdır, ona görə də həmin hissədə iddia təmin olunmamalıdır.
30. Həmçinin, cavabdeh "xxxx" MMC-nin məişət tullantılarının zərərsizləşdirilməsi zavodunda işləyən İddiaçı MMC-nin əməkdaşlarının 2020-ci ilin mart-aprel ayları üçün ödənilmiş əmək haqları, 2020-ci ilin mart ayı üçün ayrılmış 3600 manat və 2020-ci ilin aprel ayı üçün ayrılmış 3600 manat olmaqla, ümumilikdə 7200 manat məbləğində pul vəsaitinin qəsdən cavabdeh tərəfindən yaradılmış “X2 Plumbing” MMC-nin hesabına keçirildiyini, ona görə də həmin məbləğin də cavabdehdən iddiaçının xeyrinə tutulmalı olduğunu iddia etsə də, həmin halı təsdiq edən sübutlar məhkəməyə təqdim olunmamışdır, ona görə də həmin hissədə də iddia əsassız olduğundan təmin olunmamalıdır.
31. Eyni zamanda iddiaçı audit yoxlaması üçün çəkilmiş 4000 manat məbləğində audit xərcinin cavabdehdən tutulmasını xahiş etmişdir. İddia həmin hissədə rədd edilməlidir. Belə ki, qanunvericiliyə əsasən cəmiyyətin illik maliyyə hesabatlarının auditor yoxlanışı hər hansı iştirakçının tələbi ilə aparıla bilər və bu halda auditor yoxlanışı həmin yoxlamanı tələb edən iştirakçının hesabına aparılır. Ona görə də məhkəmənin qənaətinə əsasən iddia həmin hissədə əsaslı sayıla bilməz.
32. Cavabdeh iddiaya etiraz etməklə yanaşı, həmçinin iddia müddətinin iddiaçı tərəfindən ötürüldüyünü bildirərək, iddia müddətinin tətbiq olunmasını və iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, cavabdehin iddia müddətinin müddətinin tətbiqi barədə ərizə kifayət qədər əsaslandırılmamış, iddiaçının mülki qanunvericiliyin hansı normasına istinadən müddətin ötürüldüyünü qeyd etməmişdir. Həmçinin, məhkəmə ərizəni əsassız sayaraq qeyd edir ki, hazırkı iddiaya münasibətdə iddia müddətinin tətbiqi üçün əsaslar müəyyən edilmir.
33. Eləcə də, iddiaçı 60 manat mediasiya xərci, 190 manat rüsumun cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir.
34. Məhkəmə hesab edir ki, iddia tələbinin təmin olunan hissəsinə uyğun olaraq ödənilmiş mediasiya xərci və dövlət rüsumunun əvəzi olaraq 115,80 manat (yüz on beş manat səksən qəpik) cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
35. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 20982 (iyirmi min doqquz yüz səksən iki) manat maddi ziyan, ödənilmiş mediasiya xərci və dövlət rüsumunun əvəzi olaraq 115,80 manat (yüz on beş manat səksən qəpik) olmaqla, ümumilikdə 21097,80 manat (iyirmi bir min doxsan yeddi manat səksən qəpik) məbləğində pul vəsaiti tutularaq İddiaçı Məsuliyyətli Cəmiyyətinin Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Zeynəb Axundova